Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 494-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 8, maddə 603; 2006, 6, maddə 482; 2007, 8, maddə 745; 2008, 3, maddə 154; 2009, 12, maddə 948; 2011, 11, maddə 983; 2012, 6, maddə 509, 7, maddə 668, 11, maddə 1053; 2013, 6, maddələr 607, 623, 7, maddə 791, 12, maddə 1484; 2014, 1, maddə 7, 2, maddə 97, 6, maddələr 597, 604; 2015, 3, maddə 255; 2016, 4, maddə 645, 6, maddə 990, 7, maddə 1244, 11, maddələr 1770, 1775; 2017, 5, maddə 738, 6, maddə 1037) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-2-ci maddədə , notariat hərəkətləri aparan sözləri və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan sözləri ilə əvəz edilsin.

2. 5.6-cı maddənin birinci cümləsinə və 10.3-cü maddənin üçüncü cümləsinə notarius sözündən sonra və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər sözləri əlavə edilsin.

3. 10.1-ci maddənin birinci cümləsinə notarius sözündən sonra , yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 oktyabr 2017-ci il

798-VQD