Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununu Elm haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 580; 2002, 10, maddə 586; 2005, 5, maddə 391, 6, maddə 464; 2006, 5, maddə 389, 6, maddə 478, 12, maddə 1005; 2007, 8, maddə 745; 2013, 11, maddə 1314; 2014, 12, maddə 1524; 2015, 2, maddə 78, 11, maddə 1297) 6.2.19-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.20-ci maddə əlavə edilsin:

6.2.20. fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

823-VQD