İcra haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, İcra haqqında Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

İcra haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 3, maddə 114; 2003, 6, maddə 277; 2004, 8, maddə 598, 11, maddə 901, 12, maddə 973; 2007, 1, maddə 3, 6, maddə 562, 11, maddə 1053; 2008, 6, maddə 462, 7, maddə 602; 2009, 12, maddə 952; 2010, 2, maddə 75, 7, maddə 591; 2011, 6, maddə 482, 7, maddə 618; 2012, 11, maddə 1052; 2013, 6, maddə 613, 7, maddə 787, 12, maddə 1494; 2015, 12, maddə 1434; 2016, 12, maddə 2050; 2017, 2, maddə 156; 2017, 6, maddə 1056, 8, maddə 1511) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-1-ci maddədə 443, 444, 445.1, 446, 447.3, 448, 451-ci sözləri 142, 143, 144.1, 145, 146.3, 147, 150-ci sözləri ilə əvəz edilsin.

2. 13-cü maddə üzrə:

2.1. 13.1.1-ci maddəyə bu Qanunun sözlərindən sonra 13.1.3-2-ci, sözləri əlavə edilsin;

2.2. 13.1.3-cü maddədən və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 13.1.3-1-ci və 13.1.3-2-ci maddələr əlavə edilsin:

13.1.3-1. bu Qanunun 13.1.3-2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları on gün ərzində;

13.1.3-2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il

941-VQD