Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 827-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3490 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 572; 2005, № 1, maddə 49; 2015, № 10, maddə 1223) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”nin I bölməsinin 4-cü hissəsində “elmi tədqiqat təşkilatları” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 21 fevral 2018-ci il

     № 60