Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği təsdiq edilsin (1 nömrəli əlavə).[1]

2. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 10 (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği təsdiq edilsin (2 nömrəli əlavə).[2]

3. Müəyyən edilsin ki, bu qərarın 1-ci və 2-ci hissələri ilə təsdiq edilən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğinə həmçinin sahibkarların sayğacla ilk dəfə təchiz edilməsi və onların quraşdırılması ilə bağlı xərclər, habelə əlavə dəyər vergisi daxildir.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 27 aprel 2018-ci il

180

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği[3]

 

Sıra

-si

Güc (kVt)

Qoşulma haqqının məbləği (manatla)

kənd təsərrüfatı təyinatlı obyektlər üçün

sənaye təyinatlı obyektlər üçün

ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün

1

2

3

4

5

Bir fazlı

1.

5 kVt-a qədər

(5 kVt-da daxil olmaqla)

630

700

840

2.

5 kVt-dan 10 kVt-dək

(10 kVt-da daxil olmaqla)

630 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 90

700 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 100

840 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 120

3.

10 kVt-dan 15 kVt-dək

(15 kVt-da daxil olmaqla)

1080 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 144

1200 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 160

1440 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 192

4.

15 kVt-dan 20 kVt-dək

(20 kVt-da daxil olmaqla)

1800 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 261

2000 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 290

2400 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 348

Üç fazlı

5.

5 kVt-a qədər

(5 kVt-da daxil olmaqla)

1245

1383

1660

6.

5 kVt-dan 10 kVt-dək

(10 kVt-da daxil olmaqla)

1245 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 21.4

1383 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 23.8

1660 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 28.4

7.

10 kVt-dan 15 kVt-dək

(15 kVt-da daxil olmaqla)

1352 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 453.2

1502 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 503.6

1802 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 604.4

8.

15 kVt-dan 20 kVt-dək

(20 kVt-da daxil olmaqla)

3618 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 281.8

4020 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 313.2

4824 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 375.8

9.

20 kVt-dan 30 kVt-dək

(30 kVt-da daxil olmaqla)

5027 + 20 kVt-dan əlavə, hər bir kVt güc x 290.2

5586 + 20 kVt-dan əlavə, hər bir kVt güc x 322.4

6703 + 20 kVt-dan əlavə, hər bir kVt güc x 386.9

10.

30 kVt-dan 40 kVt-dək

(40 kVt-da daxil olmaqla)

7929 + 30 kVt-dan əlavə, hər bir kVt güc x 124.3

8810 + 30 kVt-dan əlavə, hər bir kVt güc x 138.1

10572 + 30 kVt-dan əlavə, hər bir kVt güc x 165.7

11.

40 kVt-dan 50 kVt-dək

(50 kVt-da daxil olmaqla)

9172 + 40 kVt-dan əlavə, hər bir kVt güc x 208.7

10191 + 40 kVt-dan əlavə, hər bir kVt güc x 231.9

12229 + 40 kVt-dan əlavə, hər bir kVt güc x 278.3

12.

50 kVt-dan 75 kVt-dək

(75 kVt-da daxil olmaqla)

11259 + 50 kVt-dan əlavə, hər bir kVt güc x 117.16

12510 + 50 kVt-dan əlavə, hər bir kVt güc x 130.2

15012 + 50 kVt-dan əlavə, hər bir kVt güc x 156.24

13.

75 kVt-dan 100 kVt-dək (100 kVt-da daxil olmaqla)

14188 + 75 kVt-dan əlavə, hər bir kVt güc x 177.44

15765 + 75 kVt-dan əlavə, hər bir kVt güc x 197.12

18918 + 75 kVt-dan əlavə, hər bir kVt güc x 236.56

14.

100 kVt-dan 125 kVt-dək (125 kVt-da daxil olmaqla)

18624 +100 kVt-dan əlavə, hər bir kVt güc x 104.64

20693 +100 kVt-dan əlavə, hər bir kVt güc x 116.28

24832 +100 kVt-dan əlavə, hər bir kVt güc x 139.52

15.

125 kVt-dan 150 kVt-dək (150 kVt-da daxil olmaqla)

21240 +125 kVt-dan əlavə, hər bir kVt güc x 72

23600 +125 kVt-dan əlavə, hər bir kVt güc x 80

28320 +125 kVt-dan əlavə, hər bir kVt güc x 96

 

Qeydlər:

1. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün müəyyən olunan qoşulma haqqının məbləğləri dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlara, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və aktiv istehlakçılara da şamil olunur.

2. Bu əlavədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 10 (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği[4]

 

Sıra -si

Güc (kVt)

Qoşulma haqqının məbləği (manatla)

kənd təsərrüfatı təyinatlı obyektlər üçün

sənaye təyinatlı obyektlər üçün

ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün

1

2

3

4

5

Bir fazlı

1.

5 kVt-a qədər

(5 kVt-da daxil olmaqla)

945

1050

1260

2.

5 kVt-dan 10 kVt-dək

(10 kVt-da daxil olmaqla)

945 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 135

1050 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 150

1260 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 180

3.

10 kVt-dan 15 kVt-dək

(15 kVt-da daxil olmaqla)

1620 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 216

1800 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 240

2160 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 288

4.

15 kVt-dan 20 kVt-dək

(20 kVt-da daxil olmaqla)

2700 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 391.4

3000 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 435

3600 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 522

Üç fazlı

5.

5 kVt-a qədər

(5 kVt-da daxil olmaqla)

1868

2075

2490

6.

5 kVt-dan 10 kVt-dək

(10 kVt-da daxil olmaqla)

1868 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 32

2075 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 37.6

2490 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 42.6

7.

10 kVt-dan 15 kVt-dək

(15 kVt-da daxil olmaqla)

2028 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 679.8

2263 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 753.4

2703 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 907.4

8.

15 kVt-dan 20 kVt-dək

(20 kVt-da daxil olmaqla)

5427 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 422.6

6030 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 469.8

7240 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 563

9.

20 kVt-dan 30 kVt-dək

(30 kVt-da daxil olmaqla)

7540 + 20 kVt-dan əlavə, hər bir kVt güc x 435.4

8379 + 20 kVt-dan əlavə, hər bir kVt güc x 483.6

10055 + 20 kVt-dan əlavə, hər bir kVt güc x 580.3

10.

30 kVt-dan 40 kVt-dək

(40 kVt-da daxil olmaqla)

11894 + 30 kVt-dan əlavə, hər bir kVt güc x 186.4

13215 + 30 kVt-dan əlavə, hər bir kVt güc x 207.1

15858 + 30 kVt-dan əlavə, hər bir kVt güc x 248.6

11.

40 kVt-dan 50 kVt-dək

(50 kVt-da daxil olmaqla)

13758 + 40 kVt-dan əlavə, hər bir kVt güc x 313.1

15286 + 40 kVt-dan əlavə, hər bir kVt güc x 347.9

18344 + 40 kVt-dan əlavə, hər bir kVt güc x 417.4

12.

50 kVt-dan 75 kVt-dək

(75 kVt-da daxil olmaqla)

16889 + 50 kVt-dan əlavə, hər bir kVt güc x 175.72

18765 + 50 kVt-dan əlavə, hər bir kVt güc x 195.28

22518 + 50 kVt-dan əlavə, hər bir kVt güc x 234.36

13.

75 kVt-dan 100 kVt-dək (100 kVt-da daxil olmaqla)

21282 + 75 kVt-dan əlavə, hər bir kVt güc x 266.16

23647 + 75 kVt-dan əlavə, hər bir kVt güc x 295.72

28377 + 75 kVt-dan əlavə, hər bir kVt güc x 354.84

14.

100 kVt-dan 125 kVt-dək (125 kVt-da daxil olmaqla)

27936 +100 kVt-dan əlavə, hər bir kVt güc x 156.96

31040 +100 kVt-dan əlavə, hər bir kVt güc x 174.4

37248 +100 kVt-dan əlavə, hər bir kVt güc x 209.28

15.

125 kVt-dan 150 kVt-dək (150 kVt-da daxil olmaqla)

31860 +125 kVt-dan əlavə, hər bir kVt güc x 108

35400 +125 kVt-dan əlavə, hər bir kVt güc x 120

42480 +125 kVt-dan əlavə, hər bir kVt güc x 144

 

Qeydlər:

1. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün müəyyən olunan qoşulma haqqının məbləğləri dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlara, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və aktiv istehlakçılara da şamil olunur.

2. Bu əlavədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2019-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2019-cu il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 769)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 aprel 2019-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2019-cu il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 769) ilə 1-ci hissədə 24 (iyirmi dörd) rəqəmləri və sözləri 20 (iyirmi) rəqəmləri və sözü ilə əvəz edilmişdir.

 

[2] 17 aprel 2019-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2019-cu il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 769) ilə 2-ci hissədə 12 (on iki) rəqəmləri və sözləri 10 (on) rəqəmləri və sözü ilə əvəz edilmişdir.

 

[3] 17 aprel 2019-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2019-cu il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 769) ilə 1 nömrəli əlavə - Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğinin adında 24 (iyirmi dörd) rəqəmləri və sözləri 20 (iyirmi) rəqəmləri və sözü ilə əvəz edilmişdir.

 

[4] 17 aprel 2019-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2019-cu il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 769) ilə 2 nömrəli əlavə - Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğinin adında 12 (on iki) rəqəmləri və sözləri 10 (on) rəqəmləri və sözü ilə əvəz edilmişdir.