Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənov;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 aprel 2018-ci il

9