“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 3535 nömrəli Sərəncamının 2.5-ci və 2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671; 2016, № 2 (II kitab), maddə 391, № 3, maddə 586; 2017, № 10, maddə 1875) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.4-cü bəndində “1460633532 (bir milyard dörd yüz altmış milyon altı yüz otuz üç min beş yüz otuz iki)” rəqəmləri və sözləri “1678705343,47 (bir milyard altı yüz yetmiş səkkiz milyon yeddi yüz beş min üç yüz qırx üç manat 47 qəpik)” rəqəmləri və sözləri ilə, “730316766 (yeddi yüz otuz milyon üç yüz on altı min yeddi yüz altmış altı)” rəqəmləri və sözləri isə “839352671 (səkkiz yüz otuz doqquz milyon üç yüz əlli iki min altı yüz yetmiş bir)” rəqəmləri və sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 1 iyun 2018-ci il

                     № 248