İcra haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. İcra
haqqında Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, №
8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973;
2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə
1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, №
12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591;
2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11,
maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787,
№ 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, №
12, maddə 2050; 2017, № 2, maddə 156, № 6, maddə
1056, № 8, maddə 1511; 2018, № 2, maddə 151; Azərbaycan
Respublikasının 2018-ci il 3 aprel tarixli 1062-VQD nömrəli, 24
aprel tarixli 1080-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.3-cü maddədə, 10.3-cü, 16.2-ci, 20.2-ci, 21.5-ci
maddələrin ikinci cümlələrində və 20.7-ci maddədə
orqana sözündən sonra (notarius istisna olmaqla) sözləri əlavə
edilsin.
1.2. 23.3-cü maddəyə aşağıdakı məzmunda
ikinci və üçüncü cümlələr əlavə edilsin:
Bu Qanunun 23.1-ci maddəsində nəzərdə
tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra
qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət
edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul
etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri
görməlidir..
1.3. 23.1-ci maddədə, 53.3-cü maddənin ikinci cümləsində
və 55-ci maddənin ikinci cümləsində orqana sözündən
sonra (notariusun icra qeydi isə tələbkara) sözləri əlavə
edilsin.
1.4. 23.7-ci maddənin birinci cümləsində və
70.4-cü maddənin birinci cümləsində orqana sözündən sonra
(notariusun icra qeydinin isə tələbkara) sözləri əlavə
edilsin.
1.5. 84.4-cü maddədən və digər orqanların
sözləri çıxarılsın.
Maddə 2.
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
№
1224-VQD