Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə[1]

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:[2]

1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).[3]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 27 aprel 1998-ci il

93

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında[4]

 

ƏSASNAMƏ

 

1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnaməyə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.[5]

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).

Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür: üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).[6]

3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.[7]

4. Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin bu Əsasnamənin 1-6 nömrəli əlavələrində göstərilən zonaların sərhədlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir.[8]

5. Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin altında yerləşən dövlət torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiymətinə uyğun olaraq müəyyən edilir. [9]

6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir.[10]

6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[11]

7. Tikinti altındakı torpaq sahələrinin normativ qiyməti həmin zonada yerləşən sərbəst torpaq sahələrinin normativ qiymətinin 75 faizi həcmində müəyyən edilir.

8. Torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. [12]

Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir.

Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir.[13]

 


 

1 nömrəli əlavə

Bakı şəhəri və onun ətrafı üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar[14]

 

Zonalar

Əmsallar

1

8,7

2

8,0

3

7,3

4

6,6

5

5,9

6

5,2

7

4,5

8

3,8

9

3,1

10

2,4

11

1,7

12

1,0

 

 

 

2 nömrəli əlavə

Sumqayıt və Gəncə şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar[15]

 

Zonalar

Əmsallar

1

5,0

2

4,8

3

3,6

4

2,4

5

1,2

6

1,0

 

 

3 nömrəli əlavə

 

Abşeron rayonu üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar[16]

 

Zonalar

Əmsallar

1

5,0

2

3,6

qəsəbə və kəndlər

1,0

 

 

4 nömrəli əlavə

 

Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar[17]

 

Zonalar

Əmsallar

1

2,9

2

2,2

3

1,5

4

1,0

 

 

 

5 nömrəli əlavə

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar[18]

 

Zonalar

Əmsallar

1

2,4

2

1,2

3

1,0

 

6 nömrəli əlavə

Azərbaycan Respublikasının digər rayonlarının mərkəzində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar[19]

 

Zonalar

Əmsallar

1

1,7

2

1,0

 

 

 

7 nömrəli əlavə

Sonuncu zonalarda yerləşən torpaq sahələrinin 100 kv.metrinin bazis qiyməti

 

Yerləşdiyi ərazi

Bazis qiyməti(manat)

Bakı şəhərinin 12-ci zonası

400

Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndləri

90

Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası

50

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası

40

Rayon mərkəzlərinin 2-ci zonası

30

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 7, maddə 477)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369)

3.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2000-ci il tarixli 113 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 560)

4.       29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443)

5.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432)

6.       22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 10, maddə 937)

7.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846)

8.       23 avqust 2011-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 08, maddə 785)

9.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

10.    5 oktyabr 2016-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 8 oktyabr 2016-cı il, 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1696)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə qərarın adında obyektlərinin sözündən sonra , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin sözləri, yerləşdiyi sözündən sonra dövlət sözü əlavə edilmişdir.

 

[2] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443)qərarın preambulası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

[3] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə 1-ci bəndində obyektlərinin sözündən sonra , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin sözləri, yerləşdiyi sözündən sonra dövlət sözü əlavə edilmişdir.

 

[4] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin adında obyektlərinin sözündən sonra , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin sözləri, adında yerləşdiyi sözündən sonra dövlət sözü əlavə edilmişdir.

 

[5] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Bu Əsasnamə Azərbaycan Respublikasında 1995 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı haqqında Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnaməyə və qüvvədə olan digər müvafiq hüquqi-normativ aktlara uyğun olaraq hazırlanmış və özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiymətini müəyyən edir.

 

[6] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə təhkim olunmuş torpaq sahələri onların texniki pasportlarında göstərilmiş tikinti, qurğu və bilavasitə müəssisə və obyektlərin fəaliyyəti üçün zəruri olan infrastrukturunun altında yerləşən torpaq sahələri (bundan sonra tikinti və infrastruktur altındakı torpaq sahələri) və müəssisənin özəlləşdirilməsi anında tikinti və infrastruktur altındakı torpaq sahələri kateqoriyasına aid edilməyən torpaq sahələri (bundan sonra sərbəst torpaq sahələri) kimi iki hissəyə bölünür.

 

[7] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 3-cü bəndində 1-5 nömrəli sözləri 1-6 nömrəli sözləri ilə əvəz edilmişdir.

 

[8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2000-ci il tarixli 113 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 560) ilə "Dövlət Əmlak Komitəsi" sözləri "Dövlət Əmlakı Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 4-cü bəndində 1-5 nömrəli sözləri 1-6 nömrəli sözləri ilə əvəz edilmişdir.

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 432) ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 4-cü bəndində Dövlət Tikinti və Arxitektura Komitəsi sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözləri ilə əvəz edilmişdir.

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846) ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 4-cü bəndində "Dövlət Əmlak Nazirliyi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 4-cü hissəsindən Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi sözləri çıxarılmışdır.

 

[9] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 7, maddə 477) ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altında yerləşən torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 17 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qiymət (kadastr) rayonları üzrə torpaqların normativ qiymətinə uyğun olaraq müəyyən edilir.

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 5-ci bəndində obyektlərinin sözündən sonra , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin sözləri yerləşən sözündən sonra dövlət sözü əlavə edilmişdir.

 

[10] 29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 6-cı bəndində 1-5 nömrəli sözləri 1-6 nömrəli sözləri ilə, 6 nömrəli sözləri 7 nömrəli sözləri ilə əvəz edilmişdir.

 

[11] 5 oktyabr 2016-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 8 oktyabr 2016-cı il, 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1696) ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməyə yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.

 

[12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 8-ci bəndinə yeni ikinci abzas əlavə edilmişdir.

22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 10, maddə 937) ilə 7-ci bəndi çıxarılmışdır və 8-ci bəndinin birinci abzasının ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə 1-3-cü zonalar üçün həmin torpağın normativ qiymətinin 10 faizi, 4-12-ci zonalar üçün isə 5 faizi həcmində müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 8-ci bəndində "nəzərə alaraq" sözlərindən sonra "illik" sözü əlavə edilmişdir.

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) ilə Həmin qərarla təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 8-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8. Torpaq sahələrinin icarə haqqının məbləği, şərtləri və vaxtı İcarə haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəverən ilə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə təhkim olunmuş torpaq sahələrinin dövlət mülkiyyətində olmasını nəzərə alaraq illik icarə haqqı həmin torpağın normativ qiymətinin 1/20 misli həcmində müəyyən olunur.

 

5 oktyabr 2016-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 8 oktyabr 2016-cı il, 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 10, maddə 1696) ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 8-ci hissənin ikinci cümləsində normativ qiymətinin 10 faizi sözləri bazar dəyərinin 3 faizi sözləri ilə, üçüncü cümləsində normativ qiymətlərin 5 faizi sözləri torpağın bazar dəyərinin 2 faizi sözləri ilə əvəz edilmişdir.

 

[13] 23 avqust 2011-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 08, maddə 785) ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 8-ci hissəsinə üçüncü abzas əlavə edilmişdir.

 

[14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 1 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1 nömrəli əlavə

Bakı şəhəri və onun ətrafı üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

14,2

2

13

3

11,8

4

10,6

5

9,4

6

8,2

7

7

8

5,8

9

4,6

10

3,4

11

2,2

12

1

 

 

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) 1 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1 nömrəli əlavə

Bakı şəhəri və onun ətrafı üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

7,6

2

7,0

3

6,4

4

5,8

5

5,2

6

4,6

7

4,0

8

3,4

9

2,8

10

2,2

11

1,6

12

1,0

 

 

[15] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 2 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2 nömrəli əlavə

Sumqayıt və Gəncə şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

8

2

6,6

3

5,2

4

3,8

5

2,4

6

1

 

 

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) 2 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2 nömrəli əlavə

Sumqayıt və Gəncə şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

5

2

4,8

3

3,6

4

2,4

5

1,2

6

1,0

 

 

[16] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 3 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3 nömrəli əlavə

Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

4,5

2

3

3

1,5

4

1

 

 

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) 3 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3 nömrəli əlavə

Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

2,9

2

2,2

3

1,5

4

1,0

 

 

[17] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 4 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4 nömrəli əlavə

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

4

2

2,5

3

1

 

 

 

 

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) 4 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4 nömrəli əlavə

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

2,4

2

1,2

3

1,0

 

 

 

 

[18] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 5 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

5 nömrəli əlavə

Azərbaycan Respublikasının digər rayonlarının mərkəzi üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

2,5

2

1

 

 

 

 

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) 5 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5 nömrəli əlavə

Azərbaycan Respublikasının digər rayonlarının mərkəzində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətlərinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

1,7

2

1,0

 

[19] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 369) ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"nin 6 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

6 nömrəli əlavə

Sonuncu zonalarda yerləşən torpaq sahələrinin 1 kvadrat metrinin bazis qiyməti

 

Yerləşdiyi ərazi

Bazis qiyməti (manat)

Bakı şəhərinin 12-ci zonası

8000

Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası

5000

Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Xankəndi, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası

4000

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası

3000

Rayon mərkəzlərinin 2-ci zonası

2000

 

 

 

29 may 2008-ci il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 443) 6 nömrəli Əlavəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6 nömrəli əlavə

Sonuncu zonalarda yerləşən torpaq sahələrinin 1 kvadrat metrinin bazis qiyməti

 

Yerləşdiyi ərazi

Bazis qiyməti (manat)

Bakı şəhərinin 12-ci zonası

4000

Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası

2500

Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası

2000

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası

1500

Rayon mərkəzlərinin 2-ci zonası

1000