Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 2-ci bəndinin 30-cu abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "MDB hüquqları kənarından gətirilən aksiz vergisinə cəlb edilən malların aksiz dərəcələri haqqında" 1996-cı il 2 iyul tarixli 80 nömrəli və "MDB hüquqları kənarından gətirilən aksiz vergisinə cəlb edilən malların aksiz dərəcəsi haqqında" 1996-cı il 2 iyul tarixli 80 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" 1996-cı il 13 dekabr tarixli 175 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 19 yanvar 2001-ci il

20

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 21 dekabr tarixli 574 nömrəli qərarı ilə

təsdiq edilmişdir.[1]

 

 

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları

Mal mövqelərinin adları

Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)

1

2

3

2203 00

səməni pivəsi

1 litr üçün 1,7 manat

2204 (2204 10 110 0 və

2204 30 100 0 istisna olmaqla)

təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa

1 litr üçün 3,5 manat

2204 10 110 0

şampan şərabı

1 litr üçün 5,0 manat

2204 30 100 0

qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları

1 litr üçün 0,2 manat

2205

vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

1 litr üçün 3,5 manat

2206 00

digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış

1 litr üçün 3,5 manat

2207 10 000 0

denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı ilə

1 litr üçün 4,0 manat

2208 20

üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar

1 litr üçün 10,0 manat

2208 30

viski

1 litr üçün 10,0 manat

2208 40

rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan

1 litr üçün 10,0 manat

2208 50

cin və ardıc tinkturası

1 litr üçün 10,0 manat

2208 60

araq

1 litr üçün 10,0 manat

2208 70

likörlər

1 litr üçün 10,0 manat

2208 90 110 0

2208 90 780 0

digər spirtli içkilər

1 litr üçün 10,0 manat

2208 90 910 0

2208 90 990 0

həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti

1 litr üçün 4,0 manat

2402 10 000 0

tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar

1000 ədəd üçün 20,0 manat

2402 20

tərkibində tütün olan siqaretlər

1000 ədəd üçün 12,0 manat

2402 90 000 0

digər siqaretlər və siqarillalar

1000 ədəd üçün 12,0 manat

2710 12 110 0

yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün

1 ton üçün 1,0 manat[2]

2710 12 150 0

yüngül distilyatlar və məhsullar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 12 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 12 210 0

xüsusi benzinlər: uayt-spirit

1 ton üçün 1,0 manat

2710 12 250 0

digər xüsusi benzinlər

1 ton üçün 1,0 manat

2710 12 310 0

aviasiya benzinləri

1 ton üçün 1,0 manat

2710 12 413 0[3]

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə

1 ton üçün 1,0 manat[4]

2710 12 450 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə

1 ton üçün 80 manat

2710 12 490 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə

1 ton üçün 120 manat

2710 12 510 1

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

1 ton üçün 1,0 manat

2710 12 510 9

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, digərləri

1 ton üçün 80 manat

2710 12 590 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə

1 ton üçün 120 manat

2710 12 700 0

reaktiv benzin yanacağı

1 ton üçün 1,0 manat

2710 12 900 0

digər yüngül distilyatlar

1 ton üçün 1,0 manat

2710 19 110 0

orta distilyatlar: emalın spesifik prosesləri üçün

1 ton üçün 80 manat

2710 19 150 0

orta distilyatlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 19 210 1[5]

reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq

1 ton üçün

1,0 manat

2710 19 210 9

reaktiv mühərriklər üçün digər yanacaq

1 ton üçün

80 manat

2710 19 250 1

KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin

1 ton üçün

1,0 manat

2710 19 250 9

digər məqsədlər üçün kerosin

1 ton üçün

80 manat

2710 19 290 0

digər məqsədlər üçün digər orta distilyatlar

1 ton üçün 80 manat

2710 19 310 0

2710 19 480 0

qazoyllar

1 ton üçün 80 manat

2710 19 510 0

2710 19 680 0

maye yanacaq

1 ton üçün 1,0 manat

2710 19 710 0

sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün

1 ton üçün 1,0 manat

2710 19 750 0

sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 19 820 0

mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı

1 ton üçün 50 manat

2710 19 840 0

hidravlik məqsədlər üçün mayelər

1 ton üçün 1,0 manat

2710 19 860 0

açıq rəngli yağlar, vazelin yağı

1 ton üçün 1,0 manat

2710 19 880 0

dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ

1 ton üçün 1,0 manat

2710 19 920 0

metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları

1 ton üçün 1,0 manat

2710 19 940 0

elektrik izolyasiya yağları

1 ton üçün 50 manat

2710 19 980 0

digər sürtkü yağları və digər yağlar

1 ton üçün 1,0 manat

2710 20 110 0

2710 20 190 0

qazoyllar

1 ton üçün 80 manat

2710 20 310 0

2710 20 390 0

maye yanacaq

1 ton üçün 1,0 manat

2710 20 900 0

digər neft məhsulları

1 ton üçün 50 manat

2712 10

neft vazelini

1 ton üçün 10,0 manat

2713

neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar

1 ton üçün 24 manat

2714

təbii bitum və asfalt; bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları

1 ton üçün 1,0 manat

2715 00 000 0

təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar

1 ton üçün 1,0 manat

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 fevral 2002-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 2, maddə 112)

2.       28 oktyabr 2002-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 10, maddə 647)

3.       31 yanvar 2005-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 1, maddə 58)

4.       15 noyabr 2005-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1069)

5.       5 iyul 2013-cü il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 07, maddə 870)

6.       21 yanvar 2014-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 01, maddə 64)

7.       7 fevral 2014-cü il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 196)

8.       29 yanvar 2015-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 1 fevral 2015-ci il, 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 1, maddə 69)

9.       16 avqust 2016-cı il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1444) (bu Qərar imzalandığı gündən qüvvəyə minir və 60 (altmış) gün müddətində qüvvədədir)

10.    14 iyul 2017-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 iyul 2017-ci il, 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1489) (bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir)

11.    10 avqust 2017-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 avqust 2017-ci il, 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1614) (bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir)

12.    22 avqust 2017-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1620) (bu qərar 2017-ci ilin 1 aprel tarixindən tətbiq edilir və 2018-ci ilin 31 yanvar tarixinədək qüvvədədir)

13.    21 dekabr 2017-ci il tarixli 574 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2017-ci il, 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, II kitab, maddə 2521)

14.    2 mart 2018-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 585), (bu qərar 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir)

15.    17 oktyabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 2168), (bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir)

16.    12 aprel 2019-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 14 aprel 2019-cu il, 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 760) (Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra (14.05.2019) qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.)

17.    25 iyul 2019-cu il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 iyul 2019-cu il, 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 7, maddə 1348)

18.    26 avqust 2019-cu il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 avqust 2019-cu il, 187)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 yanvar 2015-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 1 fevral 2015-ci il, 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 1, maddə 69) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli, 209 nömrəli qərarı ilə

təsdiq edilmişdir[1]

 

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190-cı maddəsinin 190.1-ci bəndində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturuna uyğun kodları

Mal mövqelərinin adları

Aksiz dərəcələri (ölçü vahidinə görə ABŞ dolları ilə)

1

2

3

2207 10 000 0

Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az olmayan spirt konsentrasiyası ilə

1 litr üçün 1,0 ABŞ dolları

2208 90 910 0;

2208 90 990 0

Həcm %-i 80-dən az konsentrasiyalı denaturatlaşdırılmamış etil spirti

1 litr üçün 1,0 ABŞ dolları

2203 00

Səməni pivəsi

1 litr üçün 1,0 ABŞ dolları

2204 30 100 0

Qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları

1 litr üçün 0,05 ABŞ dolları

2204;

(2204 30 100 0 istisna olmaqla)

Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu

1 litr üçün 2,5 ABŞ dolları

2205

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

1 litr üçün 2,5 ABŞ dolları

2206 00

Digər qıcqırdılmış içkilər (alma sidri, perri (annud sidri), bal içkisi); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış

1 litr üçün 2,5 ABŞ dolları

2208 20

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi və ya üzümün sıxılması nəticəsində alınan spirtli tinkturalar (nastoykalar)

1 litr üçün 6,0 ABŞ dolları

2208 30

Viskilər

1 litr üçün 6,0 ABŞ dolları

220840

Rom və taffiya

1 litr üçün 6,0 ABŞ dolları

2208 50

Cin və ardıc arağı

1 litr üçün 6,0 ABŞ dolları

2208 60

Araq (vodka)

1 litr üçün 6,0 ABŞ dolları

2208 70

Likörlər

1 litr üçün 6,0 ABŞ dolları

2208 90 110 0
2208 90 780 0

Başqa spirtli tinkturası (nastoyka, araq) və başqa meyvələrdən çəkilən spirtli içkilər

1 litr üçün 6,0 ABŞ dolları

2402

Siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri

1000 ədəd üçün 1,8 ABŞ dolları

2710 11 110 0

Emalın spesifik prosesləri üçün yüngül destilyatlar və məhsullar

1 ton üçün 100 ABŞ dolları

271 012 410 0[1]

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə

1 ton üçün 1,0 ABŞ dolları

2710124500[1]

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən az oktan ədədi ilə

1 ton üçün

100 ABŞ dolları

2710124900

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə

1 ton üçün

150 ABŞ dolları

2710 11 510 0

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədi ilə

1 ton üçün 250 ABŞ dolları

271 012 510 1

 

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə

1 ton üçün 150 ABŞ dolları

271 012 510 9

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

1 ton üçün

100 ABŞ dolları

2710125900

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya daha çox oktan ədədi ilə

1 ton üçün

150 ABŞ dolları

2710 19 110 0

Orta destilyatlar, emalın spesifik prosesləri üçün

1 ton üçün 100 ABŞ dolları

2710 19 210 0;

2710 19 250 0;

2710 19 290 0

Emalın spesifik prosesləri üçün nəzərdə tutulmayan kerosindən alınmış reaktiv yanacaq və digər orta destilyatlar

1 ton üçün 100 ABŞ dolları

2710 19 310 0

2710 19 490 0

Ağır destilyatlar; qazoyllar (dizel yanacağı)

1 ton üçün 100 ABŞ dolları

2710 11 150 0

Yüngül destilyatlar və məhsullar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 11 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 ABŞ dolları

2710 11 210 0

Xüsusi benzinlər; uayt-spirit

1 ton üçün 1,0 ABŞ dolları

2710 11 250 0

Digər xüsusi benzinlər

1 ton üçün 1,0 ABŞ dolları

2710 11 310 0

Aviasiya benzinləri

1 ton üçün 1,0 ABŞ dolları

2710 11 700 0

Reaktiv benzin yanacağı

1 ton üçün 1,0 ABŞ dolları

2710 11 900 0

Digər yüngül destilyatlar

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 150 0

Orta destilyatlar, proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 510 0

2710 19 690 0;

Maye yanacaq

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 710 0

Sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 750 0

Sürtkü yağları və digər yağlar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 830 0

Hidravlik məqsədlər üçün mayelər

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 850 0

Şəffaf yağlar, vazelin yağı

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 870 0

Dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 910 0

Metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 990 0

Digər sürtkü yağları və digər yağlar

1 ton üçün 1,0 ABŞ dolları

2710 19 810 0

Mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı

1 ton üçün 60 ABŞ dolları

2710 19 930 0

Elektrik izolyasiya yağları

1 ton üçün 60 ABŞ dolları

2712 10

Neft vazelini

1 ton üçün 10 ABŞ dolları

2713

Neft koksu, neft bitumu və neftin və məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar

1 ton üçün 30 ABŞ dolları[1]

2714

Təbii bitum və asfalt; bitumlu şistlər və ya şist yağları və bitumlu qumlar; asfaltitlər və asfalt süxurları

1 ton üçün 1,0 ABŞ dolları

2715 00 000 0

Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların pekası əsasında bitumlu qarışıqlar (məsələn, bitumlu mastika, yol asfalt örtükləri)

1 ton üçün 1,0 ABŞ dolları

 

 

16 avqust 2016-cı il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1444) (bu Qərar imzalandığı gündən qüvvəyə minir və 60 (altmış) gün müddətində qüvvədədir) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə "2710124100" mal mövqelərində aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)" sütununda "200" rəqəmi "1,0" rəqəmi ilə əvəz edilmişdir.

 

14 iyul 2017-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 iyul 2017-ci il, 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1489) (bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə "2710124100" mal mövqelərinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)" sütununda "200" rəqəmi "1,0" rəqəmi ilə əvəz edilmişdir

 

16 avqust 2016-cı il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1444) (bu Qərar imzalandığı gündən qüvvəyə minir və 60 (altmış) gün müddətində qüvvədədir) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə "2710125101" mal mövqelərində aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)" sütununda "200" rəqəmi "1,0" rəqəmi ilə əvəz edilmişdir.

 

14 iyul 2017-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 iyul 2017-ci il, 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1489) (bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir) ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə "2710125101" mal mövqelərinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)" sütununda "200" rəqəmi "1,0" rəqəmi ilə əvəz edilmişdir

 

22 avqust 2017-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1620) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində 2710 19 210 0 alt yarımmövqeyinə aid sətirlər yeni redaksiyada verilmişdir. (bu qərar 2017-ci ilin 1 aprel tarixindən tətbiq edilir və 2018-ci ilin 31 yanvar tarixinədək qüvvədədir)

Əvvəlki redaksiyada deyilirdi:

2710 19 210 0

reaktiv mühərriklər üçün kerosin

1 ton üçün 1,0 manat

 

10 avqust 2017-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 avqust 2017-ci il, 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1614) (bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 (doxsan) gün müddətində qüvvədədir) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində 2710 19 210 0 və 2710 19 250 0 alt yarımmövqelərinə aid sətir yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2710 19 210 0

2710 19 250 0

digər məqsədlər üçün kerosin

1 ton üçün 80 manat

 

21 dekabr 2017-ci il tarixli 574 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 23 dekabr 2017-ci il, 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, II kitab, maddə 2521) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrii yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 29 yanvar tarixli 17 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları

Mal mövqelərinin adları

Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)

1

2

3

2203 00

Səməni pivəsi

1 litr üçün 1,0 manat

2204 (2204 10 110 0 və

2204 30 100 0 istisna olmaqla)

Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa

1 litr üçün 2,0 manat

2204 10 110 0

şampan şərabı

1 litr üçün 2,5 manat

2204 30 100 0

qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları

1 litr üçün 0,1 manat

2205

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

1 litr üçün 2,0 manat

2206 00

Digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış

1 litr üçün 2,0 manat

2207 10 000 0

denaturasiya olunmamış etil spirti, 80 həcm % və ya çox spirt qatılığı ilə

1 litr üçün 2,0 manat

2208 20

üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar

1 litr üçün 6,0 manat

2208 30

viski

1 litr üçün 6,0 manat

2208 40

rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan

1 litr üçün 6,0 manat

2208 50

cin və ardıc tinkturası

1 litr üçün 6,0 manat

2208 60

araq

1 litr üçün 6,0 manat

2208 70

likörlər

1 litr üçün 6,0 manat

2208 90 110 0

2208 90 780 0

digər spirtli içkilər

1 litr üçün 6,0 manat

2208 90 910 0

2208 90 990 0

həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti

1 litr üçün 2,0 manat

2402 10 000 0

tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar

1000 ədəd üçün 10,0 manat

2402 20

tərkibində tütün olan siqaretlər

1000 ədəd üçün 4,0 manat

2402 90 000 0

digər siqaretlər və siqarillalar

1000 ədəd üçün 4,0 manat

2710 12 110 0

yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün

1 ton üçün 80 manat

2710 12 150 0

yüngül distilyatlar və məhsullar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 12 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 12 210 0

xüsusi benzinlər: uayt-spirit

1 ton üçün 1,0 manat

2710 12 250 0

digər xüsusi benzinlər

1 ton üçün 1,0 manat

2710 12 310 0

aviasiya benzinləri

1 ton üçün 1,0 manat

2710 12 410 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə

1 ton üçün 1,0 manat

2710 12 450 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə

1 ton üçün 80 manat

2710 12 490 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə

1 ton üçün 120 manat

2710 12 510 1

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

1 ton üçün 1,0 manat

2710 12 510 9

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, digərləri

1 ton üçün 80 manat

2710 12 590 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə

1 ton üçün 120 manat

2710 12 700 0

reaktiv benzin yanacağı

1 ton üçün 1,0 manat

2710 12 900 0

digər yüngül distilyatlar

1 ton üçün 1,0 manat

2710 19 110 0

orta distilyatlar: emalın spesifik prosesləri üçün

1 ton üçün 80 manat

2710 19 150 0

orta distilyatlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 19 210 1

reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq

1 ton üçün 1,0 manat

2710 19 210 9

reaktiv mühərriklər üçün digər yanacaq

1 ton üçün 80 manat

2710 19 250 0

digər kerosin

1 ton üçün 80 manat

2710 19 290 0

digər məqsədlər üçün digər orta distilyatlar

1 ton üçün 80 manat

2710 19 310 0

2710 19 480 0

qazoyllar

1 ton üçün 80 manat

2710 19 510 0

2710 19 680 0

maye yanacaq

1 ton üçün 1,0 manat

2710 19 710 0

sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün

1 ton üçün 1,0 manat

2710 19 750 0

sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 19 820 0

mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı

1 ton üçün 50 manat

2710 19 840 0

hidravlik məqsədlər üçün mayelər

1 ton üçün 1,0 manat

2710 19 860 0

açıq rəngli yağlar, vazelin yağı

1 ton üçün 1,0 manat

2710 19 880 0

dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ

1 ton üçün 1,0 manat

2710 19 920 0

metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları

1 ton üçün 1,0 manat

2710 19 940 0

elektrik izolyasiya yağları

1 ton üçün 50 manat

2710 19 980 0

digər sürtkü yağları və digər yağlar

1 ton üçün 1,0 manat

2710 20 110 0

2710 20 190 0

qazoyllar

1 ton üçün 80 manat

2710 20 310 0

2710 20 390 0

maye yanacaq

1 ton üçün 1,0 manat

2710 20 900 0

digər neft məhsulları

1 ton üçün 50 manat

2712 10

Neft vazelini

1 ton üçün 10,0 manat

2713

Neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar

1 ton üçün 24 manat

2714

Təbii bitum və asfalt; bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları

1 ton üçün 1,0 manat

2715 00 000 0

Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar

1 ton üçün 1,0 manat

 

[2] 25 iyul 2019-cu il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 iyul 2019-cu il, 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 7, maddə 1348) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində 2710 12 110 0 alt yarımmövqeyinə aid sətrin Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla) sütununda 1 ton üçün 80 manat sözləri 1 ton üçün 1,0 manat sözləri ilə əvəz edilmişdir.

 

[3] 26 avqust 2019-cu il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 avqust 2019-cu il, 187) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində 2710 12 410 0 kodu 2710 12 413 0 kodu ilə əvəz edilmişdir.

 

[4] 26 avqust 2019-cu il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 avqust 2019-cu il, 187) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində 2710 12 413 0 və 2710 12 510 1 alt yarımmövqelərinə aid sətirlərin Aksiz dərəcələri (ölçü vahidinə görə manatla) sütununda 1 ton üçün 200 manat sözləri 1 ton üçün 1,0 manat sözləri ilə əvəz edilmişdir. (Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.)

 

[5] 12 aprel 2019-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 14 aprel 2019-cu il, 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 760) ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində 2710 19 210 0 və 2710 19 250 0 alt yarımmövqelərinə aid sətir yeni redaksiyada verilmişdir. (Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra (14.05.2019) qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.)

Əvvəlki redaksiyada deyilirdi:

2710 19 210 0

2710 19 250 0

digər məqsədlər üçün kerosin

1 ton üçün 80 manat