Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 1999-cu ilin iyulun 1-dək:

qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

əmək qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 314-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş həmin Məcəllənin ayrı-ayrı müddəalarının tətbiqini təmin etmək məqsədi ilə zəruri olan normativ-hüquqi aktların qəbul edilməsi qaydası barədə təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 48-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş ağır, zərərli və təhlükəli əmək şəraiti peşələrin (vəzifələrin) və iş yerlərinin siyahısını təsdiq etsin;

həmin Məcəllənin 50-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş vəzifələrin müsabiqə yolu ilə tutulması qaydası və müsabiqənin keçirilməsi şərtlərini müəyyən etsin.

həmin Məcəllənin 64-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 139-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısını, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını təsdiq etsin;

həmin Məcəllənin 217-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydasını təsdiq etsin;

həmin Məcəllənin 241-ci maddəsinin altıncı hissəsində və 251-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş qadın və yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahılarını təsdiq etsin;

bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair digər normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki,

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsində, 7-ci maddəsinin 2-1-ci hissəsində, 49-cu maddəsinin 2-2-ci (hər iki halda) və 4-cü hissələrində, 3-cü hissəsinin birinci cümləsində, 155-ci maddəsinin 6-cı hissəsində, 314-cü maddəsinin ikinci hissəsində (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

həmin Məcəllənin 15-ci maddəsinin üçüncü hissəsində, 36-cı maddəsinin birinci hissəsinin a bəndində, 48-ci maddəsinin beşinci hissəsində, 49-cu maddəsinin 4-cü hissəsində, 50-ci maddəsinin dördüncü hissəsində, 64-cü maddəsinin üçüncü hissəsində, 65-ci maddəsinin səkkizinci hissəsində, 87-ci maddəsinin dördüncü hissəsində, 90-cı maddəsinin ikinci hissəsində, 92-ci maddəsinin birinci hissəsində, 93-cü maddəsində, 97-ci maddəsinin ikinci hissəsində, 105-ci maddəsinin ikinci və üçüncü hissələrində, 115-ci maddəsinin ikinci hissəsində, 139-cu maddəsinin ikinci hissəsində, 148-ci maddəsinin beşinci hissəsində (birinci halda) 158-ci maddəsinin ikinci hissəsində, 159-cu maddədə, 166-cı maddəsinin birinci hissəsində, 177-ci maddəsinin altıncı hissəsində, 184-cü maddəsinin üçüncü hissəsində, 211-ci maddəsinin birinci hissəsində, 217-ci maddəsinin beşinci hissəsində, 221-ci maddəsinin birinci və dördüncü hissələrində, 225-ci maddəsinin üçüncü hissəsində, 239-cu maddəsinin üçüncü hissəsində, 241-ci maddəsinin altıncı hissəsində, 251-ci maddəsinin beşinci hissəsində, 257-ci maddəsinin üçüncü hissəsində və 312-ci maddəsinin ikinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[2]

həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci hissəsində, 14-cü maddəsinin üçüncü hissəsində, 30-cu maddəsinin yeddinci hissəsində, 34-cü maddəsinin birinci hissəsində, 37-ci maddəsinin altıncı hissəsində, 41-ci maddəsinin birinci hissəsində, 57-ci maddəsinin ikinci hissəsində, 87-ci maddəsinin altıncı hissəsində, 96-cı maddəsinin 3-cü hissəsində, 141-ci maddəsinin ikinci hissəsində, 212-ci maddəsinin birinci hissəsində və ikinci hissəsində (yeddinci abzas istisna olmaqla), 263-cü maddəsinin ikinci hissəsində, 281-ci maddəsinin ikinci hissəsində, 284-cü maddəsinin birinci hissəsində, 312-ci maddəsinin ikinci abzasının birinci cümləsində (hər iki halda) və 314-cü maddəsinin ikinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;[3]

həmin Məcəllənin 15-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir; [4]

həmin Məcəllənin 212-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasında və 215-ci maddəsinin on birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;[5]

aşağıda göstərilən səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı orqanları vasitəsilə həyata keçirir:

a) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində və 308-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini - Dövlət Əmək Müfəttişliyi Xidməti;[6]

b) həmin Məcəllənin 15-ci maddəsinin ikinci, üçüncü, dördüncü, beşinci, altıncı hissələrində, 217-ci maddəsinin birinci və ikinci hissəsində, 218-ci maddəsinin beşinci, altıncı, yeddinci hissələrində, 223-cü maddəsinin beşinci hissəsində, 235-ci maddəsinin birinci və ikinci hissələrində və 237-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının səlahiyyətlərini - Dövlət Əmək Müfəttişliyi Xidməti;

c) həmin Məcəllənin 47-ci maddəsinin e bəndində və 56-cı maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini - Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları; [7]

ç) həmin Məcəllənin 74-cü maddəsinin Qeydində, 98-ci maddəsinin ikinci hissəsində və 232-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini - Tibbi sosial Ekspert Komissiyaları;

Azərbaycan Respublikası Əmək Məsələsinin 36-cı maddəsinin birinci hissəsinin b bəndinə, 186-cı maddəsinin dördüncü hissəsində, 148-ci maddəsinin beşinci hissəsində (ikinci halda) və 212-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri həyata keçirirlər;

həmin Məcəllənin 36-cı maddəsinin birinci hissəsinin c bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanların həyata keçirirlər;

həmin Məcəllənin 70-ci maddəsinin Qeyd hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;[8]

həmin Məcəllənin 196-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsilə həyata keçirirlər;[9]

həmin Məcəllənin 213-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri həyata keçirirlər;

həmin Məcəllənin 218-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsilə), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər mərkəzi icra hakimiyyəti orqanları qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində həyata keçirirlər;[10]

həmin Məcəllənin 261-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

a) baş kollektiv sazişlə bağlı mübahisələr üzrə - Azərbaycan Respublikasının Nazirlər Kabineti;

b) sahə (tarif) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə - Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri; c) ərazi (rayon) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə - yerli icra hakimiyyəti orqanları;

həmin Məcəllənin 270-ci maddəsinin səkkizinci hissəsində müvafiq icra hakimiyyəti orqanları dedikdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

həmin Məcəllənin 275-ci maddəsinin dördüncü hissəsində, nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri, idarələri və yerli icra hakimiyyəti orqanları həyata keçirilər;

həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci hissəsində, 49-cu maddəsinin 2-2-ci (hər iki halda) və 4-cü hissələrində orqan dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.[11]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 15 aprel 1999-cu il

122

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 mart 2000-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, maddə 159)

2.       8 iyul 2008-ci il tarixli 793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 611)

3.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 avqust 2008-ci il 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 719)

4.       28 oktyabr 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 oktyabr 2008-ci il 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 10, maddə 896)

5.       13 fevral 2009-cu il tarixli 58 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 18 fevral 2009-cu il, 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 71)

6.       21 dekabr 2009-cu il tarixli 189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 25 dekabr 2009-cu il, 287)

7.       21 dekabr 2009-cu il tarixli 199 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 25 dekabr 2009-cu il, 287)

8.       14 iyul 2011-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 26 iyul 2011-ci il, 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 633)

9.       19 iyun 2012-ci il tarixli 651 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 20 iyun 2012-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 545)

  1. 8 iyul 2014-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 iyul 2014-cü il, 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 791)
  2. 21 noyabr 2014-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 23 noyabr 2014-cü il, 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1408)
  3. 22 dekabr 2014-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 24 dekabr 2014-cü il, 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1570)
  4. 28 yanvar 2015-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 29 yanvar 2015-ci il, 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 1, maddə 20)
  5. 23 iyun 2016-cı il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 3 iyul 2016-cı il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1050)
  6. 18 oktyabr 2018-ci il tarixli 307 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 2007)
  7. 28 dekabr 2018-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 dekabr 2018-ci il, 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2615)
  8. 1 fevral 2019-cu il tarixli 507 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 fevral 2019-cu il, 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 206)
  9. 16 may 2019-cu il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2019-cu il, 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 844)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 iyul 2014-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 iyul 2014-cü il, 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 791) ilə 2-ci hissəsinin ikinci abzasına Məcəlləsinin sözündən sonra 7-ci maddəsinin 2-1-ci hissəsində, 49-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində, sözləri əlavə edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 458 nömrəli Azərbaycan Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 dekabr 2018-ci il, 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2615) ilə 2-ci hissənin ikinci abzasa Məcəlləsinin sözündən sonra 3-cü maddəsinin 5-1-ci hissəsində, sözləri əlavə edilsin və həmin abzasda 3-cü hissəsinin birinci cümləsində sözləri 2-2-ci (hər iki halda) və 4-cü hissələrində, 3-cü hissəsinin birinci cümləsində sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 mart 2000-ci il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, maddə 159) ilə 2-ci bəndin üçüncü abzasında 166-cı maddəsinin birinci hissəsində sözlərindən sonra "177-ci maddəsinin altıncı hissəsində" sözləri əlavə edilmişdir.

 

8 iyul 2008-ci il tarixli 793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 611) ilə 2-ci bəndinin üçüncü abzasında 93-cü maddəsində, sözlərindən sonra 97-ci maddəsinin ikinci hissəsində, sözləri əlavə edilmişdir.

21 dekabr 2009-cu il tarixli 199 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 25 dekabr 2009-cu il, 287) ilə 2-ci bəndinin üçüncü abzasından 225-ci maddənin 3-cü hissəsində, sözləri çıxarılmışdır

 

8 iyul 2014-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 iyul 2014-cü il, 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 791) ilə 2-ci hissəsinin üçüncü abzasında 48-ci maddəsinin beşinci hissəsində, sözlərindən sonra 49-cu maddəsinin 4-cü hissəsində, sözləri əlavə edilmişdir.

 

22 dekabr 2014-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 24 dekabr 2014-cü il, 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1570) ilə ikinci hissəsinin üçüncü abzasında və 257-ci maddəsinin üçüncü hissəsində sözləri , 257-ci maddəsinin üçüncü hissəsində və 312-ci maddəsinin ikinci abzasının ikinci cümləsində sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 oktyabr 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 oktyabr 2008-ci il 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 10, maddə 896) ilə 2-ci bəndinin dördüncü abzasında 57-ci maddəsinin ikinci hissəsində, sözlərindən sonra 87-ci maddəsinin altıncı hissəsində, sözləri əlavə edilmişdir.

 

19 iyun 2012-ci il tarixli 651 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 20 iyun 2012-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 545) ilə üçüncü bəndində 212-ci maddəsinin birinci və ikinci hissələrində, 215-ci maddəsinin on birinci abzasında sözləri 212-ci maddəsinin birinci hissəsində və ikinci hissəsində (yeddinci abzas istisna olmaqla) sözləri ilə əvəz edilmişdir.

 

8 iyul 2014-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 iyul 2014-cü il, 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 791) ilə 2-ci hissəsinin dördüncü abzasında Məcəllənin sözündən sonra 3-cü maddəsinin 5-1-ci hissəsində, sözləri əlavə edilmişdir.

 

22 dekabr 2014-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 24 dekabr 2014-cü il, 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1570) ilə ikinci hissəsinin dördüncü abzasında 284-cü maddəsinin birinci hissəsində sözlərindən sonra , 312-ci maddəsinin ikinci abzasının birinci cümləsində (hər iki halda) sözləri əlavə edilmişdir.

 

23 iyun 2016-cı il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 3 iyul 2016-cı il, 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1050) ilə 2-ci hissəsinin dördüncü abzasına 87-ci maddəsinin altıncı hissəsində, sözlərindən sonra 96-cı maddəsinin 3-cü hissəsində, sözləri əlavə edilmişdir.

 

[4] 8 iyul 2014-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 iyul 2014-cü il, 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 791) ilə 2-ci hissəsinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

28 yanvar 2015-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 29 yanvar 2015-ci il, 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 1, maddə 20) ilə 2-ci hissəsinin beşinci abzasına Vergilər Nazirliyi sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

 

1 fevral 2019-cu il tarixli 507 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 fevral 2019-cu il, 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 206) ilə 2-ci hissənin beşinci abzasına Vergilər Nazirliyi sözlərindən sonra , Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) sözləri əlavə edilmişdir.

 

[5] 19 iyun 2012-ci il tarixli 651 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 20 iyun 2012-ci il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 545) ilə dördüncü bənd əlavə edilmişdir və dördüncü - on üçüncü bəndlər müvafiq olaraq beşinci - on dördüncü bəndlər hesab edilmişdir.

 

[6] 14 iyul 2011-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 26 iyul 2011-ci il, 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 633) ilə 2-ci hissəsinin dördüncü bəndinin "a" və "b" yarımbəndlərində, səkkizinci və onuncu bəndlərində "Dövlət Əmək Müfəttişliyi" sözləri "Dövlət Əmək Müfəttişliyi Xidməti" sözləri ilə, dördüncü bəndinin "c" yarımbəndində "Baş Məşğulluq İdarəsi" sözləri "Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

21 noyabr 2014-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 23 noyabr 2014-cü il, 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1408) ilə ikinci hissəsinin yeddinci abzasının a bəndində Azərbaycan Respublikası Əmək Məcəlləsinin sözlərindən sonra 13-cü maddəsinin altıncı hissəsində, sözləri əlavə edilmişdir.

 

[7] 16 may 2019-cu il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2019-cu il, 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 844) ilə 2-ci hissənin yeddinci abzasının c bəndində , 56-cı maddəsinin dördüncü hissəsində və 77-ci maddəsinin beşinci hissəsində sözləri və 56-cı maddəsinin dördüncü hissəsində sözləri ilə əvəz edilmişdir.

 

[8] 21 dekabr 2009-cu il tarixli 189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə(Azərbaycan qəzeti 25 dekabr 2009-cu il, 287) ilə 2-ci bəndinin on ikinci-iyirminci abzasları müvafiq olaraq on üçüncü-iyirmi birinci abzaslar hesab edilmiş və bəndə on ikinci abzas əlavə edilmişdir.

 

18 oktyabr 2018-ci il tarixli 307 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 2007) ilə 2-ci hissənin on dördüncü abzasına səlahiyyətlərini sözündən sonra dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə münasibətdə isə sözləri əlavə edilmişdir.

 

[9] 13 fevral 2009-cu il tarixli 58 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 18 fevral 2009-cu il, 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 71) ilə 2-ci bəndinin on ikinci abzasında Baş Dövlət Vergi Müfəttişliyi sözləri Vergilər Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[10] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 9 avqust 2008-ci il 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 719) ilə 2-ci bəndinin on dördüncü abzasında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sözləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[11] 28 dekabr 2018-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 dekabr 2018-ci il, 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2615) ilə 2-ci hissənin iyirmi ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda iyirmi üçüncü abzas əlavə edilmişdir.