Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 2, maddə 141; 2005, 1, maddə 49, 6, maddə 558; 2006, 4, maddə 370; 2015, 1, maddə 65) ilə təsdiq edilmiş Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydalarının 7-ci hissəsində Kənd Təsərrüfatı Nazirliyi sözləri Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə əvəz edilsin.

2. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 12, maddə 1151; 2008, 1, maddə 39; 2009, 1, maddə 34; 2010, 2, maddə 150; 2014, 12, maddə 1664; 2015, 2, maddə 218; 2016, 11, maddə 1947) aşağıdakı dəyişikliklər edilsin:

2.1. preambuladan 1.7-ci, sözləri çıxarılsın;

2.2.1-ci hissədən Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları, sözləri çıxarılsın;

2.3. həmin qərarla təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi Qaydaları üzrə:

2.3.1. 1.2-ci bəndə istehsalı, sözündən sonra yığılması, sözü əlavə edilsin;

2.3.2. 2.1-ci bənddə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (bundan sonra - Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) sözləri ilə əvəz edilsin;

2.3.3. 2.1.1-ci, 2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

2.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkar etmək məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələr aparılması, fitosanitar ekspertizalarının keçirilməsi və profilaktik tədbirlər görülməsi;

2.1.2. bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

2.1.4. fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi;;

2.3.4. 2.1.6-cı, 2.1.8-ci, 2.1.9-cu, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlər ləğv edilsin;

2.3.5. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

3.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onlarla mübarizə aparmaq məqsədilə Agentlik həmin ərazidə karantin elan olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif verir.;

2.3.6. 3.3-cü, 3.5-ci, 3.6-cı və 3.8-ci bəndlərdə Dövlət Xidməti sözləri Agentlik sözü ilə, 3.4.1-ci yarımbənddə Dövlət Xidmətinin sözləri Agentliyin sözü ilə əvəz edilsin;

2.3.7. 3.9-cu bənddə Dövlət Xidməti sözləri Agentlik sözü ilə, Kənd Təsərrüfatı Nazirliyinə sözləri Nazirlər Kabinetinə sözləri ilə əvəz edilsin;

2.3.8. 3.10-cu bənddə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya həmin Nazirliyin sözləri Agentliyin sözü ilə əvəz edilsin;

2.4. həmin qərarla təsdiq edilmiş Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası üzrə:

2.4.1. 3-cü hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) sözləri ilə əvəz edilsin;

2.4.2. 5-ci hissənin ikinci, üçüncü cümlələrində və 7-ci hissədə ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilsin;

2.5. həmin qərarla təsdiq edilmiş Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən halların 3-cü hissəsinin birinci cümləsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə və ikinci cümləsində Dövlət Fitosanitar Nəzarəti Xidmətinə sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sözləri ilə əvəz edilsin;

2.6. həmin qərarla təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları üzrə:

2.6.1. 2-ci hissədə Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) sözləri Nazirliyinin (bundan sonra Nazirlik) sözləri ilə əvəz edilsin;

2.6.2. 10-cu hissədə, 11-ci hissənin birinci abzasının ikinci cümləsində və dördüncü abzasında ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Nazirlik sözü ilə əvəz edilsin.

3. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 12, maddə 1165; 2008, 9, maddə 853; 2009, 1, maddə 34; 2010, 1, maddə 66; 2016, 11, maddə 1946; 2017, 11, maddə 2182) aşağıdakı dəyişikliklər edilsin:

3.1. preambuladan 1.8-ci, sözləri çıxarılsın;

3.2. 1-ci hissədən Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları, sözləri çıxarılsın;

3.3. həmin qərarla təsdiq edilmiş Fitosanitar sertifikatının nümunəvi formasında Bitki karantini və mühafizəsi təşkilatının sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sözləri ilə və (bitki karantini və mühafizəsi təşkilatına) sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sözləri ilə əvəz edilsin;

3.4. həmin qərarla təsdiq edilmiş Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları üzrə:

3.4.1. 2-ci hissədə Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları (bundan sonra Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri (bundan sonra regional bölmə) sözləri ilə əvəz edilsin;

3.4.2. 7-ci və 8-ci hissələrdə ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında regional bölmə sözləri ilə əvəz edilsin;

3.4.3. 13-cü hissədə və 14-cü hissənin üçüncü cümləsində Dövlət Xidmətinin yerli qurumları sözləri regional bölmə sözləri ilə əvəz edilsin;

3.4.4. 18-ci və 27-ci hissələrdə ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə əvəz edilsin;

3.5. həmin qərarla təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası üzrə:

3.5.1. 2-ci hissənin birinci cümləsində dövlət fitosanitar nəzarəti xidmətinə sözləri Agentliyə sözü ilə, ikinci cümləsində Dövlət fitosanitar nəzarəti xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin;

3.5.2. 8-ci hissədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri sözləri ilə əvəz edilsin.

4. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 1, maddə 54; 2009, 1, maddə 32; 2016, 11, maddə 1948; 2018, 4, maddə 805; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 avqust tarixli 367 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin qərarla təsdiq edilmiş Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları üzrə:

4.1.1. 4-cü hissədə Kənd Təsərrüfatı Nazirliyinə sözləri Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra Agentlik) sözləri ilə əvəz edilsin;

4.1.2. 6-cı, 8-ci hissələrdə və 14-cü hissənin beşinci abzasında ismin müvafiq hallarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilsin;

4.1.3. 9-cu hissədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri ilə əvəz edilsin;

4.1.4. 18-ci hissənin birinci abzasının birinci cümləsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Agentlik sözü ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın;

4.1.5. 19-cu hissə aşağıdakı redaksiyada verilsin:

19. Ərizəçi Agentliyin qərarı ilə razılaşmadığı halda, qərardan inzibati və məhkəmə qaydasında şikayət edə bilər.;

4.1.6. 21-ci və 26-cı hissələrdə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin;

4.1.7. 23-cü hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin və həmin hissəyə hər yarımillikdə sözlərindən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, sözləri əlavə edilsin;

4.1.8. 24-cü hissənin birinci abzasında Dövlət Xidməti sözləri Agentlik sözü ilə, ikinci abzasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Agentlik sözü ilə əvəz edilsin;

4.2. həmin qərarla təsdiq edilmiş İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları üzrə:

4.2.1. 2-ci hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra Agentlik) sözləri ilə əvəz edilsin;

4.2.2. 3-cü hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin və müəyyənləşdirmək üçün sözlərindən sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri əlavə edilsin;

4.2.3. 4-cü hissədə, 5-ci hissənin birinci cümləsində, 12-ci və 13-cü hissələrdə ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilsin;

4.3. həmin qərarla təsdiq edilmiş Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları üzrə:

4.3.1. 3.1-ci bənddə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) yerli qurumlarının sözləri Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin (bundan sonra regional bölmələr) sözləri ilə əvəz edilsin;

4.3.2. 3.2-ci bəndin birinci abzasında, ikinci abzasının birinci, dördüncü cümlələrində, 3.6-cı bəndin birinci cümləsində, 3.14-cü bəndin dördüncü cümləsində və 3.15-ci bəndin birinci cümləsində ismin müvafiq hallarında Dövlət Xidmətinin yerli qurumları sözləri ismin müvafiq hallarında regional bölmələr sözləri ilə əvəz edilsin;

4.3.3. 3.18-ci bəndin birinci abzasında Dövlət Xidməti sözləri Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri ilə əvəz edilsin;

4.4. həmin qərarla təsdiq edilmiş Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları üzrə:

4.4.1. 3-cü hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra Agentlik) sözləri ilə əvəz edilsin;

4.4.2. 4-cü hissənin birinci abzasında və 5-ci hissənin birinci cümləsində ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilsin;

4.4.3. 8-ci hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin və həmin hissəyə hər yarımillikdə sözlərindən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, sözləri əlavə edilsin;

4.5. həmin qərarla təsdiq edilmiş Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları üzrə:

4.5.1. 7-ci hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarına sözləri Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə sözləri ilə əvəz edilsin;

4.5.2. 20-ci hissənin birinci abzasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri ilə əvəz edilsin.

5. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 1, maddə 58; 2009, 1, maddə 34; 2014, 10, maddə 1297; 2015, 2, maddə 219; 2016, 11, maddə 1949; 2017, 9, maddə 1748) aşağıdakı dəyişikliklər edilsin:

5.1. preambuladan 1.10-cu, sözləri çıxarılsın;

5.2. 1-ci hissədən Dövlət fitosanitar nəzarəti xidmətinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydası, sözləri çıxarılsın;

5.3. həmin qərarla təsdiq edilmiş Pestisid ehtiyatının yaradılması və istifadəsi Qaydaları, pestisidlərin növlər üzrə ehtiyat Normaları üzrə:

5.3.1. 3-cü hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) sözləri ilə əvəz edilsin;

5.3.2. 5-ci və 7-ci hissələrdə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin;

5.3.3. 8-ci hissənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında Dövlət Xidmətinin yerli qurumları sözləri ismin müvafiq hallarında Agentliyin regional bölmələri sözləri ilə, üçüncü cümləsində yerli qurumda sözləri Agentliyin regional bölməsində sözləri ilə və Dövlət Xidmətinə sözləri Agentliyə sözü ilə əvəz edilsin;

5.4. həmin qərarla təsdiq edilmiş Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması Qaydası üzrə:

5.4.1. 3-cü hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra - Agentlik) sözləri ilə əvəz edilsin;

5.4.2. 7-ci hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin;

5.5. həmin qərarla təsdiq edilmiş Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formaları və təqdim edilməsi Qaydası üzrə:

5.5.1. 2-ci hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra - Agentlik) sözləri ilə əvəz edilsin;

5.5.2. 4-cü hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin;

5.5.3. Qaydaya əlavənin mətnində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (DFNX) sözləri Qida Təhlükəsizliyi Agentliyinə sözləri ilə, DFNX abreviaturası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə və DFNX-də abreviaturası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində sözləri ilə əvəz edilsin.

6. Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 2, maddə 189; 2014, 1, maddə 61) 1-ci hissəsi ləğv edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 11, maddə 1072, 12, maddə 1247; 2012, 1, maddə 40, 3, maddə 256, 10, maddə 1016, 11, maddə 1207; 2013, 6, maddələr 745, 757, 7, maddə 868, 8, maddələr 1005, 1018, 11, maddə 1466, 12, maddə 1639; 2014, 1, maddə 69, 2, maddələr 191, 201, 207, 3, maddələr 307, 317, 4, maddə 449, 5, maddə 560, 6, maddələr 733, 747, 7, maddələr 920, 953, 10, maddələr 1287, 1319, 11, maddələr 1505, 1506, 12, maddə 1656; 2015, 1, maddə 71, 4, maddə 465, 5, maddə 609, 6, maddə 790, 7, maddə 893, 11, maddələr 1415, 1421, 12, maddə 1573; 2016, 2 (II kitab), maddələr 367, 384, 4, maddələr 774, 830, 5, maddə 955, 7, maddələr 1340, 1355, 1358, 8, maddələr 1446, 1448, 9, maddə 1578, 11, maddə 1928, 12, maddələr 2219, 2233; 2017, 2, maddə 277, 4, maddə 624, 5, maddələr 972, 986, 6, maddə 1247, 7, maddələr 1479, 1484, 9, maddələr 1720, 1725, 1754, 10, maddələr 1898, 1926, 1930, 11, maddələr 2162, 2180; 2018, 3, maddə 620, 4, maddə 835, 5, maddə 1139; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 304 nömrəli və 17 avqust tarixli 355 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - Elektron xidmət növlərinin Siyahısının 10.13-cü və 10.14-cü bəndləri ləğv edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 4, maddə 440, 11, maddə 1513; 2015, 5, maddə 665; 2016, 3, maddə 615, 5, maddə 955, 9, maddə 1563, 10, maddə 1733; 2017, 1, maddə 123, 8, maddələr 1616, 1623, 9, maddə 1758; 2018, 2, maddə 343, 3, maddə 622, 4, maddə 809, 5, maddə 1126; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 avqust tarixli 367 nömrəli qərarı) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

8.1. 11.8-ci bənddə Dövlət sanitariya və fitosanitar nəzarəti orqanlarının sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra Agentlik) sözləri ilə əvəz edilsin;

8.2. 19.2-ci bənddə fitosanitar nəzarəti orqanları sözləri və 19.4-cü bənddə Dövlət sanitariya nəzarəti orqanlarının sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilsin;

8.3. 22.2-ci bənddə dövlət baytarlıq, fitosanitar xidmətlərinin yerləşdikləri sözləri Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, 12, maddə 1575; 2017, 8, maddə 1629) ilə təsdiq edilmiş Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydalarının 2.9-cu bəndində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə və 4.1-ci bəndinin ikinci cümləsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin sözləri Qida Təhlükəsizliyi Agentliyinin sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 467 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 10, maddə 1929) ilə təsdiq edilmiş Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydasında aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2.1-ci bənddə Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş idxal karantin icazəsi, təkrar ixracat fitosanitar sertifikatının və sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş sözləri ilə əvəz edilsin;

10.2. 2.2-2.5-ci bəndlər ləğv edilsin;

10.3. 2.13-cü bənddə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 15 oktyabr 2018-ci il

447