Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, 23, maddə 996; 1993, 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 5, maddə 251; 2003, 12, I kitab, maddə 677; 2005, 4, maddə 291; 2006, 10, maddə 846; 2007, 3, maddə 213; 2008, 6, maddələr 452, 472; 2009, 1, maddə 4, 5, maddə 312, 7, maddələr 514, 515, 12, maddə 974; 2010, 3, maddə 174, 11, maddə 960; 2011, 11, maddə 992; 2012, 7, maddə 664, 11, maddələr 1036, 1048, 1061; 2013, 5, maddələr 460, 478, 10, maddə 1143, 12, maddə 1477; 2014, 6, maddələr 612, 623; 2015, 12, maddə 1447; 2016, 12, maddələr 1979, 2040; 2017, 1, maddələr 16, 27, 7, maddə 1311, 10, maddə 1771; 11, maddə 1962, 12, I kitab, maddələr 2242, 2269; 2018, 2, maddə 168, 3, maddə 387, 5, maddələr 841, 859, 874, 6, maddə 1190) 2-ci maddəsində Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014) yubiley medalı; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) yubiley medalı;.

Maddə 2. Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Maddə 3. Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

1290-VQD

 


 

 

Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr

tarixli 1290-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

 

Maddə 1. Təltif edilən şəxslər

 

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanları təltif edirlər.

 

Maddə 3. Taxılma qaydası

 

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014) Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2018-ci il

30 oktyabr tarixli 1290-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

Medalın ön tərəfində xarici və daxili çevrələrlə əhatə olunmuş lövhə yerləşir. Diametri 26 mm olan xarici çevrə ilə diametri 20 mm olan daxili çevrənin arasında yuxarı qövs boyunca həkk olunmuş AZƏRBAYCAN RESPUBLİKASI sözlərini hər iki tərəfdən tamamlayan iki ədəd səkkizguşəli ulduz vardır. Alt hissədə ortada palıd yarpaqları təsvir olunmuş, sol tərəfdə qövs boyunca aşağıdan yuxarıya doğru 1919, sağ tərəfdə qövs boyunca yuxarıdan aşağıya doğru 2019 rəqəmləri, göy rəngli mərkəzi dairənin üzərində isə DÖVLƏT TƏHLÜKƏSİZLİYİ VƏ XARİCİ KƏŞFİYYAT ORQANLARI 100 İL sözləri yazılmışdır. Səkkizguşəli ulduz və onun şüaları, çevrələrin konturları, palıd yarpaqları və bütün yazılar relyefli olmaqla qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ VƏ XARİCİ KƏŞFİYYAT ORQANLARI 1919-2019 sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 4,25 mm enində mavi, 1,5 mm enində qızılı, 4,25 mm enində mavi zolaqlar, mərkəzdə isə 17 mm enində göy rəngli şaquli zolaq təsvir edilən xara lent çəkilmişdir. Xara lentin yuxarı hissəsinə üzərində ulduz, aypara və dalğalı lent təsvir olunan 40 mm x 5,5 mm ölçülü düzbucaqlı lövhə bərkidilmişdir. Ulduz, aypara və lent təsvirləri relyeflidir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 


Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsviri