“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində işləri davam etdirmək, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyini daha da yaxşılaşdırmaq, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı tələb olunan proseduru və müddəti optimallaşdırmaq, sahibkarlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissəyə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi;” sözləri əlavə edilsin;

1.2. 3.1-ci bəndə “müraciətlər” sözündən sonra “kiçik və orta biznes evləri və” sözləri əlavə edilsin;

1.3. 3.2-ci bəndə “mərkəzlərinin” sözündən sonra “və kiçik və orta biznes evlərinin” sözləri əlavə edilsin;

1.4. 3.3-cü bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın və həmin bəndə “ərazi vahidləri üzrə” sözlərindən sonra “kiçik və orta biznes evlərində və” sözləri əlavə edilsin;

1.5. 6.2-ci bəndə “hər bir” sözlərindən sonra “kiçik və orta biznes evində və” sözləri əlavə edilsin;

1.6. 10-cu hissədə “İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,” sözləri əlavə edilsin;

1.7. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” üzrə:

1.7.1. 1.2.1-ci yarımbəndə “yaradılan,” sözündən sonra “kiçik və orta biznes evlərində (bundan sonra – KOB evləri) və” sözləri əlavə edilsin;

1.7.2. 1.2.10-cu yarımbənddə “3.1-1-ci” sözləri “3.1-ci” sözləri ilə əvəz edilsin;

1.7.3. 1.4-cü bənddə “üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd)” sözləri “iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi)” sözləri ilə əvəz edilsin;

1.7.4. 1.4.1-ci yarımbəndə “sifarişçinin” sözündən sonra “KOB evlərinə və ya” sözləri əlavə edilsin və həmin yarımbənddən “və sifarişçiyə təqdim edilməsi (göndərilməsi)” sözləri çıxarılsın;

1.7.5. 1.4.2-ci yarımbəndə “fiziki qoşulma” sözlərindən sonra “, tikinti obyektinə elektrik enerjisinin verilməsi, texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması” sözləri əlavə edilsin;

1.7.6. 1.4.3-cü yarımbənd ləğv edilsin;

1.7.7. 1.10-cu, 2.1-ci, 2.6-cı, 2.9-cu və 2.18-ci bəndlərdə ismin müvafiq hallarında “mərkəzlər” sözündən əvvəl ismin müvafiq hallarında “KOB evləri və ya” sözləri əlavə edilsin;

1.7.8. 2.12-ci bənddə “8 (səkkiz)” sözləri “6 (altı)” sözləri ilə əvəz edilsin;

1.7.9. 2.14-cü bənd ləğv edilsin;

1.7.10. 2.19-cu bəndə “ETM-in” abreviaturasından sonra “KOB evlərindəki və” sözləri əlavə edilsin;

1.7.11. 3.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 1.4.2-ci yarımbənddə göstərilən sənədlər sifarişçiyə təqdim olunur.”;

1.7.12. aşağıdakı məzmunda 3.8-ci və 3.9-cu bəndlər əlavə edilsin:

“3.8. Qoşulma aktı imzalandığı halda ETM elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina edə bilməz.

3.9. ETM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.”.

1.7.13. 4-cü hissə ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2018-ci il

   437