“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.10-cu maddə əlavə edilsin:

“4.2.10. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, banka və ya digər kredit təşkilatına pul vəsaitlərinin tutulmasına dair tələblərin göstərildiyi icra sənədinin təsdiq olunmuş surətinin verilməsi.”.

2. 6-cı maddə üzrə:

2.1. 6.1-ci maddədə “Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulan növbəlilik istisna olmaqla, eyni” sözləri “Eyni” sözü ilə əvəz edilsin;

2.2. 6.4-cü maddə ləğv edilsin.

3. 14.3-cü və 14.4-cü maddələr müvafiq olaraq 14.2-ci və 14.3-cü maddələr hesab edilsin.

4. 20.4-cü maddə (ikinci halda) 20.11-ci maddə hesab edilsin.

5. 21-ci maddə üzrə:

5.1. 21.1.1-ci və 21.1.3-cü (ikinci halda) maddələrdə “və ya” sözləri “və olduğu halda” sözləri ilə əvəz edilsin;

5.2. 21.1.8-ci maddədə “həcmi” sözündən sonra “(yuxarı həddi)” sözləri əlavə edilsin.

6. 23.2.2-ci maddədə “21.1.1-ci və 21.1.2-ci” sözləri “21.1.3-cü və 21.1.4-cü” sözləri ilə əvəz edilsin.

7. 27-ci maddədə “, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə” sözləri “və yüklülüyə dəyişikliklər edilməsi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

                1429-VQD