İcbari sığortalar haqqında, İxrac nəzarəti haqqında, İnvestisiya fəaliyyəti haqqında, Kommersiya sirri haqqında və Qrant haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci, 25-ci, 26-cı və 27-ci bəndlərini rəhbər tutaraq, Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 9, maddə 788; 2013, 7, maddə 776; 2014, 7, maddə 778, 12, maddə 1523; 2016, 2, I kitab, maddə 185, 3, maddə 414; 2017, 2, maddə 149, 7, maddə 1287) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

2.2. Ələt azad iqtisadi zonasında icbari sığortalar sahəsində münasibətlər Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir..

Maddə 2. İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 12, maddə 975) aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:

3.3. Ələt azad iqtisadi zonasında ixrac nəzarəti sahəsində münasibətlər Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir..

Maddə 3. İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, 17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 6, maddə 360, 11, maddə 683, 12, maddə 736; 2002, 1, maddə 11, 5, maddə 241; 2003, 1, maddə 1; 2004, 4, maddə 202; 2007, 10, maddə 938) 5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

Ələt azad iqtisadi zonasında investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlər Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir..

Maddə 4. Kommersiya sirri haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12, maddə 741; 2004, 12, maddə 973; 2006, 11, maddə 932; 2012, 7, maddə 650; 2016, 12, maddə 2004; 2017, 12, I kitab, maddə 2224) 1-ci maddəsinin adında məqsədi sözü tətbiq sahəsi sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:

1.4. Ələt azad iqtisadi zonasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətlər Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir..

Maddə 5. Qrant haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 6, maddə 366; 2001, 12, maddə 736; 2002, 12, maddə 706; 2003, 1, maddə 1; 2009, 8, maddə 611; 2013, 3, maddə 215; 2014, 2, maddə 82, 11, maddə 1369; 2017, 3, maddə 335) preambulasında Azərbaycan Respublikasında sözlərindən sonra (Ələt azad iqtisadi zonası istisna olmaqla) sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

1410-VQD