Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun və Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 3, maddə 115; 2004, 9, maddə 665; 2006, 3, maddə 207, 11, maddə 909; 2007, 10, maddə 928; 2009, 10, maddə 761, 12, maddə 944; 2011, 6, maddə 459, 8, maddə 749; 2014, 7, maddə 757; 2016, 4, maddə 655; 2018, 11, maddə 2184, 12 (I kitab), maddə 2480) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci maddənin birinci cümləsində və ya yenidən baxılmasına sözləri , ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə sözləri ilə əvəz edilsin;

1.2. 9.2-ci maddədə göstərilmədikdə sözü və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda sözləri ilə əvəz edilsin;

1.3. 9.3-cü maddədə edilə bilər sözləri edilir sözü ilə əvəz edilsin;

1.4. 10.1-ci maddənin birinci abzasında edə bilər sözləri edir sözü ilə əvəz edilsin;

1.5. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci və 13-1.5-ci maddələrin birinci cümlələrində gün sözü iş günü sözləri ilə əvəz edilsin;

1.6. 12.4-cü maddədə apara bilər sözləri aparır sözü ilə əvəz edilsin;

1.7. 12.6-cı maddənin ikinci cümləsində gün də uzadıla bilər sözləri günədək uzadılır sözləri ilə əvəz edilsin və üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.;

1.8. 13.2-ci maddənin birinci abzasında keçirə bilər sözləri keçirir sözü ilə əvəz edilsin;

1.9. 13.2.1-ci maddənin ikinci cümləsində edə bilər sözləri edir sözü ilə əvəz edilsin.

2. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 2, maddə 69; 2016, 10, maddə 1600; 2018, 7 (I kitab), maddə 1396, 12 (I kitab), maddə 2513; 2019, 5, maddə 809) 73.6-cı maddəsinə layihəsi sözündən sonra müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 mart 2020-ci il

9-VIKQD