"Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Energetika haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 (Qüvvədən düşüb) [1]

"Energetika haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

“Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinin adında, birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[2]

həmin Qanunun 4-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 8-ci maddəsinin 3-cü bəndinin dördüncü abzasında, 10-cu maddəsinin 7-ci bəndində (həmin bəndin üçüncü, dördüncü və beşinci abzaslarında göstərilən səlahiyyətlər istisna olmaqla), 27-ci maddəsinin 6-cı, 7-ci bəndlərində və 28-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.[3]

həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini ikinci və üçüncü abzaslara münasibətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Energetika Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; həmin maddənin dördüncü abzasına münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir; həmin maddənin beşinci abzasına münasibətdə energetika fəaliyyəti üçün qanunvericiliyə uyğun olaraq torpaq və su sahələrinin ayrılmasını Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki sahələrinin ayrılmasını Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir; [4]

həmin Qanunun 30-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Energetika Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [5]

həmin Qanunun 7-1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 8-ci maddəsinin 2-ci bəndində, 10-cu maddəsinin 1-ci, 3-cü və 7-ci bəndlərində (həmin bəndin ikinci abzasında göstərilən səlahiyyət istisna olmaqla), 13-cü maddəsinin 3-cü bəndində, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndində, 20-ci maddəsinin 3-cü bəndində, 23-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;[6]

həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndində və 12-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər;[7]

həmin Qanunun 22-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər;[8]

həmin Qanunun 9-cu maddəsinin 4-cü bəndində, 31-ci maddəsinin 1-ci bəndində və 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. [9]

həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndində, 11-ci maddəsinin 5-ci bəndində, 13-cü maddəsinin 1-ci bəndində, 14-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 15-ci maddəsinin 1-ci bəndinin üçüncü, dördüncü, beşinci və altıncı abzaslarında 16-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında, 20-ci maddəsinin 2-ci bəndində, 21-ci maddəsinin 1-ci və 3-cü bəndlərində, 24-cü maddəsinin 2-ci bəndinin birinci və üçüncü abzaslarında, 25-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında, 26-cı maddəsinin 2-ci bəndində, 27-ci maddəsinin 3-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər;[10]

həmin Qanunun 7-1-ci maddəsinin adında və birinci cümləsində “qurum” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi nəzərdə tutulur.[11]

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 1 fevral 1999-cu il
¹ 85

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 582)

2.       14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 601)

3.       16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 769)

4.       21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 10, maddə 857)

5.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, ¹ 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2, maddə 112)

6.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, ¹ 101)

7.       31 oktyabr 2014-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, ¹ 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1216)

8.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)

9.       1 mart 2018-ci il tarixli 1858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 408)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 582) ilə 1-ci bəndin dördüncü və beşinci abzasları qüvvədən düşmüş hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Energetika haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində və 30-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndində, 9-cu maddəsinin 3-cü və 4-cü bəndlərində, 10-cu maddəsinin 1-ci, 2-ci, 3-cü bəndlərində və 7-ci bəndində (həmin bəndin ikinci abzasında göstərilən səlahiyyət istisna olmaqla), 11-ci maddəsinin 5-ci bəndində, 12-ci maddəsinin 2-ci bəndində, 13-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 14-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 15-ci maddəsinin 1-ci bəndinin üçüncü, dördüncü, beşinci və altıncı abzaslarında, 16-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndində, 20-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 21-ci maddəsinin 1-ci və 3-cü bəndlərində, 22-ci maddəsinin 2-ci bəndində, 23-cü maddəsinin 1-ci bəndində, 24-cü maddəsinin 2-ci bəndinin birinci və üçüncü abzaslarında, 25-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında, 26-cı maddəsinin 2-ci bəndində, 27-ci maddəsinin 3-cü və 5-ci bəndlərində, 31-ci maddəsinin 1-ci bəndində və 32-ci maddəsinin 2-ci bəndində səlahiyyətləri nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın yaradılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

[2] 1 mart 2018-ci il tarixli 1858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 408) ilə 2-ci hissəyə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[3] 1 mart 2018-ci il tarixli 1858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 408) ilə 2-ci hissənin üçüncü abzasında “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[4] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, ¹ 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2, maddə 112) ilə 2-ci hissəsinin üçüncü (hər üç halda), dördüncü, beşinci, altıncı, yeddinci və doqquzuncu abzaslarında “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

31 oktyabr 2014-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, ¹ 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1216) ilə 2-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

[5] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 769) ilə 2-ci bəndinin üçüncü - altıncı abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 10, maddə 857) ilə 2-ci bəndinin beşinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndində, 9-cu maddəsinin 3-cü bəndində, 10-cu maddəsinin 1-ci, 3-cü və 7-ci bəndlərində (həmin bəndin ikinci abzasında göstərilən səlahiyyət istisna olmaqla), 11-ci maddəsinin 5-ci bəndində, 13-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 14-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 15-ci maddəsinin 1-ci bəndinin üçüncü, dördüncü, beşinci və altıncı abzaslarında, 16-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndində, 20-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 21-ci maddəsinin 1-ci və 3-cü bəndlərində, 23-cü maddəsinin 1-ci bəndində, 24-cü maddəsinin 2-ci bəndinin birinci və üçüncü abzaslarında, 25-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında, 26-cı maddəsinin 2-ci bəndində, 27-ci maddəsinin 3-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir;

 

1 mart 2018-ci il tarixli 1858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 408) ilə 2-ci hissənin altıncı abzasına “Qanunun” sözündən sonra “7-1-ci maddəsinin ikinci cümləsində (ikinci halda),” sözləri əlavə edilmişdir.

 

[7] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 10, maddə 857) ilə 2-ci bəndinin altıncı abzasında "və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ", Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti" sözləri ilə əvəz edilmişdir.

 

[8] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 601) ilə 2-ci bəndinin yeddinci abzasında «və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq» sözləri «,Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində» sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, ¹ 101) ilə 2-ci hissəsinin yeddinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384) ilə 2-ci hissənin altıncı bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[9] 23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 582) ilə 2-ci bəndə üçüncü-səkkizinci abzaslar əlavə edilmişdir.

 

[10] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 10, maddə 857) ilə 2-ci bəndinə 9-cu abzas əlavə edilmişdir.

 

[11] 1 mart 2018-ci il tarixli 1858 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 408) ilə 2-ci hissəyə yeni məzmunda on birinci abzas əlavə edilmişdir.