"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin.

4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki:

"Azәrbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları"nı təsdiq etsin;

"Azәrbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi geyim və hərbi ləvazimatının tərkibi, təsviri, təminat və daşımaq Qaydaları"nı təsdiq etsin.

5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 yanvar 2004-cü il

                      ¹ 15

 

 


Azərbaycan Respublikasının Prezidentinin

2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında"

ƏSASNAMƏ

1-ci fəsil

Ümumİ müddəalar

1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra DSX) hərbi geyim forması - DSX-nin şəxsi heyəti üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim əşyaları, fərqləndirmə nişanları və ləvazimatlarının dəstidir. [1]

2. Hərbi geyim əşyalarına aiddir:

üst geyimləri - qış paltosu, demisezon palto, isti gödəkçə, demisezon gödəkçə, kitel, tujurka, gödəkçələr, kombinezonlar, xalatlar və s.

baş geyimləri - buxara papaq, qulaqlı papaq, furajka, şlyapa, pilotka, beret, panama və s.

ayaqqabılar - tufli, botinka, uzunboğaz çəkmə və s.

digər əşyalar - köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s.

3. Hərbi qulluqçuların fərqləndirmə nişanları - hərbi geyim formasında rəmzlər şərti təsvir olunmaqla, hərbiçinin dövlət mənsubiyyətini, DSX-yə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə mənsubiyyətini göstərir.

Bu nişanları (hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanlarından başqa), həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini DSX rəisi təsdiq edir.

Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsvirləri bu əsasnamə ilə müəyyən edilir (bu əsasnamənin 47-51, 53-cü hissələri).

4. Fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

5. Hərbi ləvazimat - şəxsi silahı və əmlakı gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ona aiddir: bel kəməri, aşırma kəmər, səhra jileti, əşya kisəsi, qumquma və bel üçün üzlüklər, səhra çantası, qobur və s.

6. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində yay və qış geyimlərinə bölünür.

Xüsusi geyim formaları aşağıdakı növlərə bölünür:

xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim, xüsusi peşə, xüsusi texniki, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay, xüsusi hospital. Xüsusi geyim formaları DSX rəisi tərəfindən təsdiq edilir.

Yay geyim forması tikilərkən nazik parçalardan istifadə edilir.

7. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdən kənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.

8. Səhra geyim forması döyüş şəraitində, naryadlarda (qərargahlarda, idarələrdə və müəssisələrdə növbədə olanlardan başqa), təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.

9. Gündəlik geyim forması qalan bütün hallarda geyinilir.

10. Xüsusi parad geyim formasını DSX rəisinin əmri ilə hərbi orkestrlərin hərbi qulluqçuları geyinirlər.

11. Rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasını hərbi hissə (gəmi) komandirinin, idarə, təşkilat rəisinin (bundan sonra hərbi hissə) əmrilə DSX-nin zabitləri istər ölkə daxilində, istərsə də xaricdə rəsmi qəbullarda, dövlət (hökumət) rəhbərlərinin iştirak etdikləri tədbirlərdə, öz nikah mərasimlərində (öz istəyi ilə) və digər hallarda geyinirlər.

12. Xüsusi peşə paltarını xidməti fəaliyyətləri yerinə yetirdikləri ixtisaslara xas olan vəzifələrlə əlaqədar olan hərbi qulluqçular (xüsusi bölmələrin hərbi qulluqçuları, cərrahlar, pilotlar və başqaları) geyinirlər.

13. Xüsusi texniki paltarı xidmətləri silahların və hərbi texnikanın istismarı, onlara qulluq edilməsi və təmiri ilə əlaqədar olan hərbi qulluqçular (piyadanın döyüş maşınının, zirehli transportyorların və onların bazasının əsasında yaradılmış maşınların heyətlərinə daxil olan hərbi qulluqçular; təyyarələrə və vertolyotlara, gəmilərin güc qurğularına qulluq edən hərbi qulluqçular; bilavasitə silahların və hərbi texnikanın təmiri ilə məşğul olan təmir bölmələrinin və hərbi hissələrin hərbi qulluqçuları və başqaları) geyinirlər.

14. Xüsusi iş paltarını hərbi qulluqçular təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə, müalicə müəssisələrində, yeməkxanalarda (kambuzlarda) işlədikdə, texnika və silahlara qulluq etdikdə, habelə DSX-nin aviasiya hissəsinin uçuş heyəti uçuşları yerinə yetirdikdə, sahil mühafizəsinin gəmi heyəti gəmi səfəri zamanı geyinirlər. [2]

15. İstiləşdirilmiş xüsusi paltarı (yarımkürklər, gödəkçələr, şalvarlar, xəz əlcəklər, yun köynəklər, keçə çəkmələr və s.) hərbi qulluqçular iş vaxtı, havanın temperaturu aşağı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə və işlərdə; xüsusilə soyuq iqlimli, havanın temperaturu aşağı olan zaman, güclü küləklər əsən rayonlarda isə hər gün geyinirlər.

16. Xüsusi yay paltarını (qısaqol gödəkçələr, panamalar, şortlar, səndəllər və s.) hərbi qulluqçular yay vaxtı havanın temperaturu yuxarı olan şəraitdə məşğələlərdə, təlimlərdə, işlərdə və gəmi səfəri zamanı; xüsusilə isti iqlimli, havanın temperaturu yuxarı olan rayonlarda isə hər gün geyinirlər.

17. Xüsusi hospital paltarını müalicə müəssisələrində müalicə edilən hərbi qulluqçular geyinirlər.

18. Konkret tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim forması tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla həmin tədbirləri keçirən komandirlər (rəislər) tərəfindən müəyyən edilir.

19. Hərbi geyim formasını daşımaq hüququna DSX-də həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular (toplantılara çağırılmış hərbi vəzifəli şəxslər), habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan şəxslər malikdir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların, hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyinməsi qadağandır.

20. Hərbi geyim forması Azərbaycan Respublikası DSX rəisinin təsdiq etdiyi "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları"na uyğun olaraq daşınır.

21. Hərbi qulluqçular hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təmin edilmə qaydası DSX rəisi tərəfindən müəyyən edilir.

22. Xüsusi geyim və hərbi ləvazimatın tərkibi, təsviri, təminat və daşımaq qaydaları DSX rəisi tərəfindən müəyyən edilir.

2-ci fəsil

Azərbaycan Respublİkası DSX-nİn (Sahİl Mühafİzəsİndən (bundan sonra - SM) başqa) zabİtlərİ, gİzİrlərİ və müddətdən artıq hərbİ xİdmət hərbİ qulluqçularının geyİm forması (xüsusi geyimdən başqa) [3]

23. DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək. 1-5)

Furajka (qadınlarda - şlyapa) - dəniz dalğası rəngli.

Yay kiteli - dəniz dalğası rəngli.

Yay şalvarı (qadınlarda - tuman) dəniz dalğası rəngli.

Şalvar qayışı - qara rəngli.

Aşırma qayış - qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək - ağ rəngli.

Qalstuk - dəniz dalğası, qızılı rəngli sıxacla.

Əlcəklər ağ rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Qılınc (yalnız zabitlər üçün).

Qış paltarı (şək. 6-9).

Qulaqlı papaq - boz rəngli xəzdən (ali zabitlər üçün - boz rəngli təbii qaragül dərisindən buxara papaq), yaxud furajka (qadınlarda - şlyapa) - dəniz dalğası rəngli.

Qış paltosu - dəniz dalğası rəngli.

Qış kiteli - dəniz dalğası rəngli.

Qış şalvarı - (qadınlarda - tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı- qara rəngli.

Aşırma qayış - qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək - ağ rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər ağ rəngli.

Şərf - ağ rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qış tuflisi - (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

Qılınc (yalnız zabitlər üçün).

24. DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması əşyalarının təsviri.

Furajka - dəniz dalğası rəngli.

Oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara (zabitlərdə - qızılı) rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır.

Təpənin kənarında yaşıl rəngli kant tikilir (ali zabitlər üçün - kantsız). Kantın eni 3 mm-dir. Qabaqdan furajkanın dövrəsində DSX-nin xidmət sahələri (quru, dəniz, avia) və hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu əsasnamənin 53-cü hissəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Günlük qara (ali, baş və kiçik zabitlərdən başqa) rəngdədir. DSX-nin baş, ali və kiçik zabitləri üçün günlük - dəniz dalğası rəngdədir. Ali və baş zabitlərin günlüyünün üstünə, onlar üçün müəyyən edilmiş qızılı rəngdə naxış olan dəniz dalğası rəngli çexol tikilir (şək. 10).

Qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz (aviasiya hissəsində - aypara, səkkizguşəli ulduz və qartal qanadları, ali zabitlər üçün isə Azərbaycan Respublikasının gerbi) həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək.11).

Şlyapa (qadın hərbi qulluqçular üçün) - dəniz dalğası rəngli.

Kənarları yanlardan və arxadan azca qaldırılmış, qara (zabitlərdə - qızılı) rəngli qayışcığı iki kiçik forma düyməsinə bağlanan baş geyimidir. Kənarlarının eni 90 mm-dir. Kitelin hazırlandığı parçadan hazırlanır.

Şlyapanın qabaq hissəsinin ortasında DSX-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu əsasnamənin 53-cü hissəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qulaqlı papaq - boz rəngli xəzdəndir. Silindr formalı, dibcikdən, dövrədən və qulaqlıqlardan ibarətdir. Qulaqlı papağın içində sarjadan (polkovniklər üçün ipəkdən) astar vardır.

Ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindən buxara papaq tikilir. Buxara papağın xarici üst hissəsi qırmızı rəngli parça ilə örtülür.

Buxara papağın içində ipəkdən astar vardır.

Qulaqlı və buxara papaqların dövrəsində qabaqdan DSX-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu əsasnamənin 53-cü hissəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qış paltosu - dəniz dalğası rəngli.

Qızılı rəngdə üç böyük forma düyməsi (şək.11) ilə düymələnən, iki bortlu qatlanan, boyunluqludur. Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı, ciblidir.

Kürəkdə, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır.

Qolları iki tikilişli, qol köbəli, içəridən tikiləndir.

Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun sağ (qadın hərbi qulluqçular üçün - sol) bortuna, yaxanı düymələmək üçün paltonun rənginə uyğun adi düymə tikilmişdir.

Paltonun yaxalıqlarının künclərində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə metal emblemlər bərkidilir (bu əsasnamənin 46-cü hissəsi).

Ali zabitlər üçün paltonun boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant vardır.

Paltonun sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

Yay (qış) kiteli - dəniz dalğası rəngli.

Açıq, bir bortlu, qatlanan boyunluqludur. Bortu ortadan dörd böyük forma düyməsi (şək.11) ilə düymələnir. Layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən yan kəsmə cibləri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.

Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir. Kitelin yaxalıqlarının künclərində qızılı rəngdə emblem (ali zabitlərdə - palıd budaqları şəklində qızılı rəngdə naxış) yerləşir (bu əsasnamənin 46-cı hissəsi).

Ali zabitlər üçün kitelin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant vardır.

Kitelin sol qolunun xarici tərəfində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Kitelin sol döş cibinin düyməsindən DSX-yə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu əsasnamənin 46-cı hissəsi).

Yay (qış) şalvarı - dəniz dalğası rəngli.

Tikilmə qurşaq aşırma ilgəklə düymələnir.

Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır.

Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud üç-dörd düymə ilə düymələnir. Qurşaqda kəmər üçün yeddi ensiz halqa (keçid) vardır. Şalvar dəniz dalğası rəngli kostyum parçasından tikilir. Zabitlərin, gizirlərin və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şalvarında yaşıl rəngli mahuddan kant (ali zabitlər üçün qırmızı rəngli mahuddan lampas) tikilir.

Yay (qış) tumanı - dəniz dalğası rəngli.

Tikilmə qurşaqlı, sarjadan, yaxud satindən astarı vardır.

Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir.

Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün yeddi ensiz halqa (keçid) vardır.

Köynək - ağ rəngli.

Ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Paqonlar üçün kəmərcikləri, 2 şaquli qırçınlı fiqurlu qapaqlı döş cibləri vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.

Qadın hərbi qulluqçuları üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

Köynək dəniz dalğası rəngli taxılıb-çıxarılan paqonlarla (bu əsasnamənin 48-ci hissəsi) geyilir.

Qalstuk - dəniz dalğası rəngli.

İti ucla tamamlanan uzanmış trapesiya şəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və daimi düyündən ibarətdir. Qalstuk qızılı rəngdə sıxacla taxılır (şək. 11a).

Şərf -ağ rəngli.

Trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

Yay tuflisi - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Təmizləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir. Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Qadın yay tuflisi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir.

Qış tuflisi - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

25. DSX-nin zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir.

Yay paltarı (şək. 12-38)

Furajka, pilotka və şlyapa (qadınlarda) - dəniz dalğası rəngli.

Yay kiteli (demisezon gödəkcə, yun köynək) dəniz dalğası rəngli.

Yay şalvarı (qadınlarda -tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı - qara rəngli.

Köynək (qısaqol köynək) - açıq boz rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

Zabitlərə, gizirlərə, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkçədə, yun köynəkdə, qısaqol köynəkdə pilotka və yaxud furajka (qadınlara - şlyapa) ilə geyilməsinə icazə verilir (şək.12-38).

Qış paltarı (şək.39-46, 114).

Qulaqlı papaq - boz rəngli xəzdən (ali zabitlərdə - boz rəngli təbii qaragül dərisindən), yaxud furajka (qadınlarda - şlyapa) - dəniz dalğası rəngli.

İsti gödəkçə - dəniz dalğası rəngli.

Demisezon palto - dəniz dalğası rəngli.

Qış kiteli (demisezon gödəkçə, yun köynək) - dəniz dalğası rəngli.

Qış şalvarı (qadınlarda - tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı - qara rəngli.

Köynək - açıq boz rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - qara rəngli.

Şərf - dəniz dalğası rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qış tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

26. DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının əşyalarının təsviri.

Furajka - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün furajkanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Şlyapa (qadınlar üçün) - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün şlyapanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Pilotka - dəniz dalğası rəngli.

Kitelin hazırlandığı parçadan hazırlanır.

Pilotka iki divarcıqdan və qulaqlıqdan ibarətdir. Qulaqlığın dairəvi, iti ucları pilotkanın qabaq hissəsində bir-birinin üstünə qoyulur. Pilotkanın kənarı boyu (qulaqlığın kənarında) yaşıl rəngli kant tikilir. Kantın eni 3 mm-dir. Pilotkanın astarı vardır.

Pilotkanı kokardalar ilə daşıyırlar. Kokarda pilotkanın sol tərəfində olmalıdır.

Beret - yaşıl rəngli.

Beret dibcikdən, qabaq və arxa divarcıqlardan ibarətdir. Beretin dibciyinə və qabaq divarcığında parça ilə astarın arasında ara qat vardır. Beretin aşağı kənarı içərisində tənzimləyici qaytan keçən dəridən haşiyələnmişdir.

Bereti kokarda ilə daşıyırlar. Kokarda beretin ön tərəfində ortada olmalıdır.

Qulaqlı papaq - boz rəngli xəzdən (ali zabitlərdə - boz rəngli təbii qaragül dərisindən).

Mərasim geyim forması üçün qulaqlı papağın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

İsti gödəkçə - dəniz dalğası rəngli.

Dəniz dalğası rəngli plaş parçasından tikilir, qatlanan boyunluqludur. Boyunluqda başlığı qoymaq üçün zəncirbəndlə bağlanılan kəsmə cib vardır. Boyunluğun sol tərəfində tekstil lentlə bağlanan kəmərcik tikilir. Başlıq astarlıdır.

Gödəkçənin gödəkçə rəngli adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Gödəkçənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır. Gödəkçənin içərisində bel səviyyəsində və aşağı kənarından tənzimləyici qaytan keçirilir.

Gödəkçənin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi). Gödəkçənin sol qolunda qol nişanının altında zəncirbəndlə bağlanılan kəsmə cib vardır.

Demisezon palto - dəniz dalğası rəngli.

Palto dörd qızılı rəngli düymə ilə düymələnən bir bortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.

Kürəkdə, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli içəridən tikilən kəmərciklidir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan paltonun və onun kəmərinin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli forma düymələri ilə düymələnir.

Paltonun yaxalıqlarının künclərində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə DSX-nin metal emblemləri bərkidilir (bu əsasnamənin 46-cı hissəsi).

Paltonun sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

Yay (qış) kiteli - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün kitelin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur (zabitlər üçün paqonlarından başqa). Paqonları tikilmədir. Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilmişdir.

Demisezon gödəkçə - dəniz dalğası rəngli.

Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Laylarında yan kəsmə fiqurlu qapaqlı cibləri vardır.

Kürəyi bütöv, düz siluetlidir.

Qolları tək tikişlidir. Aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir.

Gödəkçənin qurşağı trikotajdandır. Sol laydakı qurşağa basma düymə ilə düymələnən fiqurlu kəmərcik tikilmişdir. Boyunluğu dikdir, trikotajdandır, gödəkçənin parçasından hazırlanan taxılıb-çıxarılan paqonlar üçün kəməkcikləri vardır. Kəmərciklər basma düymə ilə düymələnir.

Gödəkçənin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Gödəkçənin sol döşünə DSX-nin xidmət sahələrinə (quru, dəniz, avia) mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı taxılır (bu əsasnamənin 46-cı hissəsi).

Yun köynək - dəniz dalğası rəngli.

Yundan toxunur. Yaxası üçbucaq şəkilli açıqdır. Dəniz dalğası rəngli taxılıb-çıxarılan paqonlar üçün elə həmin rəngdə kəmərcikləri vardır. Kəmərciklər yun köynəyin rənginə uyğun kiçik adi düymələr ilə düymələnir və ya tekstil lent ilə bağlanır.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Yay (qış) şalvarı - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün şalvarın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Yay (qış) tumanı - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün tumanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Köynək açıq boz rəngli.

Mərasim geyim forması üçün ağ rəngli köynəyin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Qısaqol köynək - açıq boz rəngli.

Qısaqol, tikilmə, qatlanan boyunluqludur. Kiçik forma düyməsi ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır.

Bortu ortadan yeddi forma düyməsi ilə düymələnir. Üstdən tikilən və kiçik forma düymələri ilə düymələnən, iki şaquli qırçınlı, fiqurlu qapaqlı, döş cibləri vardır.

Qısaqol köynək və onun paqonlar üçün kəmərcikləri nazik köynək parçasından hazırlanır.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.

Köynəyin sol döş cibinin düyməsinə DSX-nin xidmət sahələrinə (quru, dəniz, avia) mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu əsasnamənin 46-cı hissəsi).

Köynək qalstuksuz geyilir.

Qalstuk - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün qalstukun (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Şərf - dəniz dalğası rəngli.

Mərasim geyim forması üçün ağ rəngli şərfin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Yay tuflisi - qara rəngli.

Mərasim geyim forması üçün yay tuflisinin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Qış tuflisi - qara rəngli.

Mərasim geyim forması üçün qış tuflisinin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

Mərasim geyim forması üçün uzunboğaz çəkmənin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

Qayışcığın uzunluğu 100 mm, eni 30 mm-dir. Çantanın ölçüləri: eni 180 mm, hündürlüyü 220 mm, qalınlığı 40 mm, çanta qapağının aşağı hissəsi dəyirmidir və ilgəklə çantanın xarici tərəfinə bərkidilir.

27. DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

Yay paltarı (şəkil 47, 47-1, 48, 110). [4]

Yay furajkası - kamuflyaj rəngli.

Yay gödəkçəsi - kamuflyaj rəngli.

Yay şalvarı - kamuflyaj rəngli.

Şalvar qayışı - dəniz dalğası rəngli.

Qısaqol mayka - kamuflyaj (qara) rəngli alt paltarları əşyaları tərkibində.

Bel kəməri - dəniz dalğası rəngli.

Corablar - qara rəngli.

Uzunboğaz botinka - qara rəngli.

Beret – yaşıl rəngli (çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün).

Yay tuflisi – qara rəngli (ali zabitlər üçün).[5]

Qış paltarı (şəkil 49, 49-1, 49-2, 50, 110-1, 110-2) [6]

Qulaqlı papaq - boz rəngli xəzdəndir (ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindən), yaxud kamuflyaj rəngli qış furajkası - parçadandır.

İstiləşdirilmiş qış gödəkçəsi - kamuflyaj rəngli.

Qış gödəkçəsi - kamuflyaj rəngli.

Qış (istiləşdirilmiş qış) şalvarı - kamuflyaj rəngli.

Şalvar qayışı - dəniz dalğası rəngli.

Uzunqol mayka - kamuflyaj (qara) rəngli alt paltarları əşyaları tərkibində.

Yun köynək dəniz dalğası rəngli.

Bel kəməri - dəniz dalğası rəngli.

Əlcəklər - qara rəngli.

Şərf - dəniz dalğası rəngli.

Corablar - qara rəngli.

Uzunboğaz botinka - qara rəngli.

Beret – yaşıl rəngli (çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün).

Xüsusi istiləşdirilmiş qış gödəkcəsi, kombinezonla – kamuflyaj rəngli.

Qış tuflisi – qara rəngli (ali zabitlər üçün).[7]

28. DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının əşyalarının təsviri.

Yay furajkası (panama) - kamuflyaj rəngli.

Dörd yan, bir ön xişdəkdən və günlük hissələrdən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır.

Qabaqdan furajkanın ön xişdəyi üstündə DSX-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu əsasnamənin 53-cü hissəsi) qara rəngli tikmə (preslənmiş) kokarda vardır.

İki arxa xişdək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır və ya tekstil lentlə bağlanır.

Günlük - üzərinə komuflyaj rəngli parça çəkilmiş materiallardan hazırlanır. Ali və baş zabitlərin günlüyünün üstünə onlar üçün müəyyən edilmiş qara rəngdə naxış vardır.

Qış furajkası - kamuflyaj rəngli.

Dörd yan, bir ön xişdəkdən, qulaqlıqdan və günlük hissələrdən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır. İstiləşdirilmiş astarı vardır.

Qabaqdan furajkanın ön xişdəyi üstündə DSX-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu əsasnamənin 53-cü hissəsi) qara rəngli tikmə (preslənmiş) kokarda vardır.

Günlük - üzərinə kamuflyaj rəngli parça çəkilmiş materiallardan hazırlanır. Günlüyünün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş qara rəngdə naxış vardır.

Qulaqlı papaq- boz rəngli xəzdəndir, ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindən tikilir.

Mərasim geyim forması üçün qulaqlı papağın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur, ancaq qara rəngli tikmə kokardası vardır.

Yay (qış) gödəkçəsi - kamuflyaj rəngli

Kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır.

Gödəkçə ətəyinə qədər astarlıdır.

Kürəyi bütövdür.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.

Gödəkçənin yaxalıq künclərində qara rəngdə DSX-nin emblemi (ali zabitlərdə palıd budaqları şəklində qara rəngdə naxış) yerləşir (bu əsasnamənin 46-cü hissəsi).

Gödəkçənin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən qara rəngli fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçuların şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən dəniz dalğası rəngli döş nişanı tikilir.

İstiləşdirilmiş qış gödəkçəsi - kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, dik boyunluqludur. Boyunluqda başlığı qoymaq üçün zəncirbəndlə bağlanılan kəsmə cib vardır. Boyunluğun sol tərəfində tekstil lentlə bağlanan kəmərcik, boyunluğun hər iki kənarına isə tekstil lent tikilir. Başlıq astarlıdır.

Adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Gödəkçənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır. Gödəkçənin içərisində bel səviyyəsində və aşağı kənarından tənzimləyici qaytan keçirilir.

Gödəkçənin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən qara rəngli fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən dəniz dalğası rəngdə döş nişanı tikilir.

Yay (qış) şalvarı - kamuflyaj rəngli.

Şalvarda birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa (keçid) vardır.

Şalvarın miyançası bir qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvar kamuflyaj rəngli parçadan hazırlanır, diz hissələrinə həmin parçadan əlavə qat tikilir.

Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.

İstiləşdirilmiş qış şalvarı - kamuflyaj rəngli.

İstiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj rəngli şalvarın təsvirinə uyğundur.

Yun köynək - dəniz dalğası rəngli.

Yundan toxunulur. Yaxası boğaza kimidir.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

Şərf - dəniz dalğası rəngli.

Trikotaj, yun və yaxud adi parçadan hazırlanır.

Uzunboğaz botinka - qara rəngli.

Dabanı və altlığı bütövdür, qəliblənmişdir. Bağları vardır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

3-cü fəsil

DSX-nin Akademİyasının kursantlarının geyİm forması (xüsusİ geyİmdən başqa) [8]

29. Kursantların mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şəkil 51, 51-1) [9]

Furajka (qadınlarda - şlyapa) - dəniz dalğası rəngli.

Kitel - dəniz dalğası rəngli.

Şalvar (qadınlarda - tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı (qadınlarda - şlyapa) - qara rəngli.

Köynək - ağ rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Akselbant - sarı rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Qış paltarı (şəkil 52, 52-1)

Qulaqlı papaq - boz rəngli xəzdəndir, yaxud furajka (qadınlarda - şlyapa) - dəniz dalğası rəngli.

Qış paltosu - dəniz dalğası rəngli.

Kitel - dəniz dalğası rəngli.

Şalvar (qadınlarda - tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı - qara rəngli.

Köynək - ağ rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Akselbant - sarı rəngli.

Şərf - ağ rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qış tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

30. Kursantların mərasim geyim formasının əşyalarının təsviri.

Kursantların mərasim geyim forması əşyalarının təsviri DSX-nin (SM-dən başqa) zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının müvafiq əşyalarının təsviri kimidir (bu əsasnamənin 24-cü hissəsi).

Kursantların furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının kokardaları (bu əsasnamənin 53-cü hissəsi) daşınır, furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.

Kursantların tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmləri, şəxsi nömrələri isə ərəb rəqəmləri ilə qızılı rəngli təsvirlə yerləşdirilir (bu əsasnamənin 50-ci hissəsi).

Kursantlar kiteli sarı rəngli akselbantla daşıyırlar. Kitelin sol döş cibinin düyməsindən DSX-yə mənsubiyyətini bildirən fərqləndirmə döş nişanı asılır (bu əsasnamənin 46-cı hissəsi).

Kursantların şalvarı kantsızdır.

31. Kursantların gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şəkil 53, 53-1, 54, 54-1, 55, 55-1, 56, 56-1, 56-2) [10]

Furajka (pilotka) və qadınlarda şlyapa - dəniz dalğası rəngli.

Kitel (yun köynək) - dəniz dalğası rəngli.

Şalvar (qadınlarda - tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı - qara rəngli.

Köynək (qısaqol köynək) - açıq boz rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Akselbant - sarı rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Kursantlara gündəlik yay geyim formasını kitelsiz demisezon gödəkçədə, qısaqol köynəkdə pilotka və yaxud furajka (qadınlar - şlyapa) ilə geymələrinə icazə verilir (şək.54-56).

Qış paltarı (şəkil 57, 57-1, 58, 58-1). [11]

Qulaqlı papaq - boz rəngli xəzdən, yaxud furajka (qadınlarda - şlyapa) - dəniz dalğası rəngli.

İsti gödəkçə - dəniz dalğası rəngli.

Demisezon palto - dəniz dalğası rəngli.

Kitel (yun köynək) - dəniz dalğası rəngli.

Şalvar (qadınlarda - tuman) - dəniz dalğası rəngli.

Şalvar qayışı - qara rəngli.

Köynək - açıq boz rəngli.

Qalstuk - dəniz dalğası rəngli, qızılı rəngli sıxacla.

Akselbant - sarı rəngli.

Əlcəklər - qara rəngli.

Şərf - dəniz dalğası rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon, yaxud - yarımyun corablar) - qara rəngli.

Qış tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

32. Kursantların gündəlik geyim formasının əşyalarının təsviri.

Kursantlarının gündəlik geyim forması əşyaların təsviri DSX-nin (SM-dən başqa) zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının müvafiq əşyalarının təsviri kimidir (bu əsasnamənin 26-cı hissəsi).

Kursantların furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında, pilotkalarında DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının kokardaları (bu əsasnamənin 53-cü hissəsi) daşınılır. Furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.

Kursantların tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmləri, şəxsi nömrələri isə ərəb rəqəmləri ilə qızılı rəngli təsvirlə yerləşdirilir (bu əsasnamənin 50-ci hissəsi).

Kursantlar kiteli və qısaqol köynəyi sarı rəngli akselbantla daşıyırlar.

Kitelin və qısaqol köynəyin sol döş cibinin düyməsindən DSX-yə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu əsasnamənin 46-ci hissəsi). Köynəklərin (yun köynək də daxil olmaqla) sağ döş cibinin üst kəsiyində (sağ tərəfində) kursantın soyadı göstərilən ağ rəngdə döş nişanı tikilir (taxılır).

Kursantların şalvarı kantsızdır.

33. Kursantların səhra geyim forması əşyalarının tərkibi və təsviri. (şəkil 58-2, 58-3) [12]

Kursantların səhra geyim forması əşyalarının tərkibi və təsviri DSX-nin (SM-dən başqa) zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu əsasnamənin 27-28-ci hissələri).

Kursantlar səhra geyim formasında DSX-nin müddətli hərbi xidmət hərbi qulluqçularının qara rəngdə kokardalarını (bu əsasnamənin 53-cü hissəsi) daşıyırlar.

Kursantların tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmləri, şəxsi nömrələri isə ərəb rəqəmləri ilə qızılı rəngli təsvirlə yerləşdirilir (bu əsasnamənin 50-ci hissəsi).

33-1. DSX-nin Akademiyasının dənizçi ixtisasları üzrə təhsil alan kursantlarının geyim formasına aid əşyaların tərkibi və təsviri (şəkil 58-4, 58-5, 58-6, 58-7, 58-8, 58-9, 58-10, 58-11, 58-12, 58-13, 58-14, 58-15) DSX-nin SM-in zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 5-ci fəsli).[13]

 

3-1-ci fəsil[14]

 

DSX-nin Xüsusi Məktəbinin şagirdlərinin geyim forması (xüsusi geyimdən başqa)

 

33-2. DSX-nin Xüsusi Məktəbinin şagirdlərinin geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

33-2.1. Yay paltarı

(şəkil 58-16, 58-17, 58-18, 58-19, 58-20, 58-21, 58-22)

33-2.1.1. furajka (pilotka) – dəniz dalğası rəngli;

33-2.1.2. kitel – dəniz dalğası rəngli;

33-2.1.3. şalvar – dəniz dalğası rəngli (kənarlarında qırmızı rəngli kant);

33-2.1.4. şalvar qayışı – qara rəngli;

33-2.1.5. köynək – ağ rəngli;

33-2.1.6. qalstuk – dəniz dalğası rəngli, qızılı rəngli sıxacla;

33-2.1.7. jilet – dəniz dalğası rəngli;

33-2.1.8. yarımyun köynək – dəniz dalğası rəngli (yaxası üçbucaq şəkilli);

33-2.1.9. corab – qara rəngli;

33-2.1.10. yay tuflisi – qara rəngli;

33-2.2. Qış paltarı (şəkil 58-23, 58-24, 58-25)

33-2.2.1. istiləşdirilmiş kepi – dəniz dalğası rəngli, xəzdən;

33-2.2.2. gödəkcə – dəniz dalğası rəngli (istiləşdirilmiş, xəz boyunluqlu);

33-2.2.3. demisezon gödəkcə – dəniz dalğası rəngli;

33-2.2.4. kitel – dəniz dalğası rəngli;

33-2.2.5. şalvar – dəniz dalğası rəngli (kənarlarında qırmızı rəngli kant);

33-2.2.6. şalvar qayışı – qara rəngli;

33-2.2.7. köynək – ağ rəngli;

33-2.2.8. yarımyun köynək – dəniz dalğası rəngli (yaxası boyunluqlu);

33-2.2.9. qalstuk – dəniz dalğası rəngli, qızılı rəngli sıxacla;

33-2.2.10. əlcək – qara rəngli;

33-2.2.11. şərf – dəniz dalğası rəngli;

33-2.2.12. corab – qara rəngli;

33-2.2.13. qış tuflisi – qara rəngli.

4-cü fəsil

DSX-nİn (SM-dən başqa) müddətlİ həqİqİ hərbİ xİdmət hərbİ qulluqçularının geyİm forması (xüsusi geyimdən başqa)

34. DSX-nin (SM-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması əşyalarının tərkibi və təsviri.

DSX-nin (SM-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibi və təsviri DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu əsasnamənin 27-28-ci hissələri).

Kokardalar (bu əsasnamənin 53-cü hissəsi) DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edildiyi kimidir.

DSX-yə mənsubiyyəti bildirən qol nişanı rəngli təsvirdə, kokardalar - qızılı (sarı) rəngdədir (şək.114-117). [15]

35. DSX-nin (SM-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik və səhra geyim forması əşyalarının tərkibi və təsviri.

DSX-nin (SM-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik və səhra geyim formasının tərkibi və təsviri DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu əsasnamənin 27-28-ci hissələri (şək. 59-60)).

Kokardalar yaşıl rəngdədir və DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edildiyi kimidir (bu əsasnamənin 53-cü hissəsi).

5-ci fəsil

DSX-nİn SM-nİn zabİtlərİ, mİçmanları və müddətdən artıq hərbİ xİdmət hərbİ qulluqçularının geyİm forması (xüsusi geyimdən başqa)

36. DSX-nin SM-nin zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək.61-65)

Furajka (qadınlarda - şlyapa) - ağ rəngli.

Kitel (qadınlar üçün tujurka) - ağ rəngli.

Şalvar (qadınlarda - tuman) - ağ rəngli.

Şalvar qayışı - göy rəngli

Köynək - ağ rəngli.

Qalstuk - göy rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Corablar (qadınlarda - dəri rəngli neylon corablar) - ağ rəngli.

Yay tuflisi - ağ rəngli.

Kortik (yalnız zabitlər üçün).

Qış paltarı (şək. 66-75)

Qulaqlı papaq - göy rəngli xəzdəndir, yaxud furajka (qadınlarda - şlyapa) - ağ rəngli.

Qış paltosu - göy rəngli.

Tujurka - göy rəngli.

Şalvar (qadınlarda - tuman) - göy rəngli.

Şalvar qayışı - göy rəngli.

Bel kəməri - qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək - ağ rəngli.

Qalstuk - göy rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Şərf - ağ rəngli.

Corablar (qadınlarda ağ rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qış tuflisi (qadınlarda uzunboğaz çəkmə) - qara rəngli.

Kortik (yalnız zabitlər üçün)

37. SM-nin zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması əşyalarının təsviri.

Furajka - ağ rəngdə.

Dəniz dalğası rəngli furajkanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur. Qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə lövbər və səkkizguşəli ulduz (ali zabitlər üçün - Azərbaycan Respublikasının gerbi) həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək.11). Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli furajkanın dibciyi, təpəsi ağ, dövrəsi və günlüyü göy rəngdədir.

Ali və baş zabitlərin günlüyünün üstünə onlar üçün müəyyən edilmiş qızılı rəngdə naxış olan göy rəngli çexol tikilir (şək. 10).

Şlyapa (qadınlar üçün) - ağ rəngli.

Dəniz dalğası rəngli şlyapanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur. Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli şlyapanın üstü ağ, lenti göy rəngdədir.

Qulaqlı papaq - göy rəngli xəzdəndir. Ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindən tikilir.

Boz rəngli xəzdən olan qulaqlı papağın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Qulaqlı papağın üstü (ali zabitlərinkindən başqa) göy dəridəndir.

Qış paltosu - göy rəngli.

Dəniz dalğası rəngli qış paltosunun (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Palto göy rəngli taxılıb-çıxarılan paqonlarla daşınır.

Paltonun yaxalıq künclərində yaxa nişanları yoxdur.

Paltonun sağ qolunun xarici səthində SM hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu əsasnamənin 52-ci hissəsi) tikilir.

Kitel - ağ rəngli.

Kitel beş qızılı rəngli düymə ilə düymələnən bir bortludur. Qarmaqla bağlanan boyunluq dikdir. Kitelin döşündə sağ və sol tərəfdən üstdən tikilmiş qapaqsız ciblər vardır.

Kürəyi sağ və sol tərəfdən tikişlidir. Kitelin arxasında sağ və sol tərəfdən yan kəsikləri vardır. Kitel astarsızdır.

Qolları iki tikişli, içəridən tikiləndir.

Kitelin kitel parçasından hazırlanan taxılıb-çıxarılan paqonlar üçün tikilmiş kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Kitelin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Kitelin sol döşünə DSX-nin xidmət sahələrinə (quru, dəniz, avia) mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı taxılır (bu əsasnamənin 46-cı hissəsi).

Tujurka - göy (ağ) rəngli.

İki bortlu qatlanan boyunluqludur. Bortlarda üç böyük forma düyməsi vardır. Laylarda qapalı yan kəsmə cibləri, sol döşündə kəsmə döş cibi vardır.

Kürəyi ortadan tikişlidir.

Qolları iki tikişli, içəridən tikiləndir.

Tujurka ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan tujurkanın elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Tujurkanın yaxalıqlarının künclərində yaxa nişanları yoxdur.

Tujurkanın sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Tujurkanın sol döş cibinin üstündən DSX-yə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu əsasnamənin 46-cı hissəsi).

Şalvar - ağ (göy) rəngli.

Dəniz dalğası rəngli şalvarın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Şalvar ağ (göy) rəngli kostyum parçasından tikilir, kantsız hazırlanır.

Tuman ağ (göy) rəngli.

Dəniz dalğası rəngli tumanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Köynək - ağ rəngli.

Ağ rəngli köynəyin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Köynək göy rəngli taxılıb-çıxarılan paqonlarla geyilir.

Qalstuk - göy rəngli.

Dəniz dalğası rəngli qalstukun (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Şərf - ağ rəngli.

Ağ rəngli şərfin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Corab ağ rəngli.

Yay tuflisi - ağ (qara) rəngli.

Qara rəngli yay tuflisinin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Qış tuflisi - qara rəngli.

Qara rəngli qış tuflisinin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə - qara rəngli uzunboğaz çəkmənin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

38. SM-nin zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

Yay paltarı (şək. 76-86,88,90,92)

Furajka (qadınlarda - şlyapa), ağ rəngli və ya pilotka - göy rəngli.

Tujurka (demisezon gödəkçə, yun köynək) - göy rəngli.

Şalvar (qadınlarda - tuman)- göy rəngli.

Şalvar qayışı - göy rəngli.

Köynək - ağ (qısaqol köynək - ağ (göy)) - rəngli.

Qalstuk - göy rəngli, qızılı rəngli sıxacla.

Corablar (qadınlarda - dəri rəngli neylon) - qara rəngli.

Yay tuflisi - ağ (qara) rəngli.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı - qara rəngli.

Zabitlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına gündəlik yay geyim formasını tujurkasız; demisezon gödəkçədə və ya yun köynəkdə göy şalvarla (tumanla); göy rəngli qısaqol köynəkdə, göy rəngli şalvarla (tumanla), pilotka və yaxud furajka (qadınlar - şlyapa) ilə geyilməsinə icazə verilir (şək. 87,89,91,93-97).

Qış paltarı (şək. 98-104).

Qulaqlı papaq - göy rəngli xəzdəndir (ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindəndir), yaxud furajka (qadınlarda - şlyapa) - ağ rəngli.

İsti gödəkçə - göy rəngli.

Demisezon palto - göy rəngli.

Tujurka (demisezon gödəkçə, yun köynək) - göy rəngli.

Şalvar (qadınlarda - tuman) - göy rəngli.

Şalvar qayışı - göy rəngli.

Köynək - ağ rəngli.

Qalstuk - göy rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - qara rəngli.

Şərf - göy rəngli.

Corablar (qadınlarda dəri rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli.

Qış tuflisi (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

39. SM-nin zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim forması əşyalarının təsviri.

Furajka - ağ rəngli.

Dəniz dalğası rəngli furajkanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur. Qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə lövbər və səkkizguşəli ulduz, ali zabitlər üçün isə Azərbaycan Respublikasının gerbi həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək.11).

Ağ rəngli furajkanın dibciyi, təpəsi ağ, dövrəsi və günlüyü göy rəngdədir.

Ali və baş zabitlərin günlüyünün üstünə onlar üçün müəyyən edilmiş qızılı rəngdə naxış olan göy rəngli çexol tikilir (şək. 10).

Şlyapa (qadın hərbi qulluqçular üçün) - ağ rəngli.

Dəniz dalğası rəngli şlyapanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur. Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli şlyapanın üstü ağ, lenti göy rəngdədir.

Pilotka - göy rəngli.

Dəniz dalğası rəngli pilotkanın (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Pilotkanı SM hərbi qulluqçuları heyətləri üçün müəyyən edilmiş kokarda ilə daşıyırlar. Kokarda pilotkanın sol tərəfində olmalıdır.

Qulaqlı papaq - göy rəngli xəzdəndir. Ali zabitlər üçün boz rəngli təbii qaragül dərisindən tikilir.

Boz rəngli xəzdən olan qulaqlı papağın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Qulaqlı papağın üstü (ali zabitlərinkindən başqa) göy dəridəndir.

İsti gödəkçə - göy rəngli.

Dəniz dalğası rəngli isti gödəkçənin (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

Gödəkçə göy rəngli taxılıb-çıxarılan paqonlarla daşınır.

İsti gödəkçənin sağ qolunun xarici səthində SM hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu əsasnamənin 52-ci hissəsi) tikilir.

Gödəkçənin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Demisezon palto - göy rəngli.

Dəniz dalğası rəngli demisezon paltonun (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

Palto göy rəngli taxılıb-çıxarılan paqonlarla daşınır.

Paltonun sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Tujurka - göy rəngli.

Göy rəngli tujurkanın (bu əsasnamənin 37-ci hissəsi) təsvirinə uyğundur. Paqonlar tikilmədir.

Demisezon gödəkçə - göy rəngli.

Dəniz dalğası rəngli demisezon gödəkçənin (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

Demisezon gödəkçə göy rəngli taxılıb-çıxarılan paqonlarla daşınır. Demisezon gödəkçənin sağ qolunun xarici səthində SM hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu əsasnamənin 52-ci hissəsi) tikilir.

Yun köynək - göy rəngli.

Dəniz dalğası rəngli yun köynəyin (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

Yun köynək göy rəngli taxılıb-çıxarılan paqonlarla geyilir.

Şalvar - göy rəngli.

Göy rəngli şalvarın (bu əsasnamənin 37-ci hissəsi) təsvirinə uyğundur.

Tuman - göy rəngli.

Dəniz dalğası rəngli tumanın (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Köynək - ağ rəngli.

Ağ rəngli köynəyin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Köynək göy rəngli taxılıb-çıxarılan paqonlarla geyilir.

Qısaqol köynək - ağ (göy) rəngli.

Açıq boz rəngli qısaqol köynəyin (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

Köynək göy rəngli taxılıb-çıxarılan paqonlarla geyilir.

Köynəyin sol döş cibinin düyməsindən DSX-yə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu əsasnamənin 46-cı hissəsi).

Qalstuk - göy rəngli.

Dəniz dalğası rəngli qalstukun (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Şərf - göy rəngli.

Ağ rəngli şərfin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Yay tuflisi - qara rəngli.

Qara rəngli yay tuflisinin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Qış tuflisi - qara rəngli.

Qara rəngli qış tuflisinin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

Qara rəngli uzunboğaz çəkmənin (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

Qara rəngli uzun qayışcıqlı çantanın (bu əsasnamənin 26-cı hissəsi) təsvirinə uyğundur.

39-1. DSX-nin SM-in hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir: [16]

39-1.1. Yay paltarı (şəkil 108-1)

39-1.1.1. yay furajkası – göy rəngli;

39-1.1.2. yay gödəkcəsi – göy rəngli;

39-1.1.3. yay şalvarı – göy rəngli;

39-1.1.4. şalvar qayışı – göy rəngli;

39-1.1.5. qısaqol mayka – qara (göy zolaqlı) rəngli, alt paltarları tərkibində;

39-1.1.6. bel kəməri – göy rəngli;

39-1.1.7. corab – qara rəngli;

39-1.1.8. uzunboğaz botinka – qara rəngli;

39-1.2. Qış paltarı (şəkil 109-1)

39-1.2.1. qulaqlı papaq – göy rəngli xəzdən (ali zabitlər üçün qara rəngli təbii qaragül dərisindən), yaxud göy rəngli qış furajkası – parçadan;

39-1.2.2. istiləşdirilmiş qış gödəkcəsi – göy rəngli;

39-1.2.3. qış gödəkcəsi – göy rəngli;

39-1.2.4. qış şalvarı (istiləşdirilmiş) – göy rəngli;

39-1.2.5. şalvar qayışı – göy rəngli;

39-1.2.6. uzunqol mayka – qara (göy zolaqlı) rəngli, alt paltarları tərkibində;

39-1.2.7. bel kəməri – göy rəngli;

39-1.2.8. əlcək – qara rəngli;

39-1.2.9. şərf – göy rəngli;

39-1.2.10. corab – qara rəngli;

39-1.2.11. uzunboğaz botinka – qara rəngli;

 

6-cı fəsil

SM-nİn müddətlİ həqİqİ hərbİ xİdmət hərbİ qulluqçularının geyİm forması (xüsusi geyimdən başqa)

40. SM-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək. 105)

Günlüksüz furajka - ağ rəngli.

Boyunluğu formalı gödəkçə - ağ rəngli (ətəkləri şalvara salınır).

Şalvar - ağ rəngli.

Dənizçi maykası (alt paltarları əşyaları tərkibində).

Bel kəməri - göy rəngli.

Corablar - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Qış paltarı (şək. 106-107)

Qulaqlı papaq - göy rəngli xəzdəndir, yaxud günlüksüz furajka - ağ rəngli.

Qış paltosu - göy rəngli.

Boyunluğu formalı gödəkçə - göy rəngli (ətəkləri şalvara salınır).

Şalvar - göy rəngli.

Qış dənizçi köynəyi və ya dənizçi köynəyi (alt paltarları əşyaları tərkibində).

Şalvar qayışı - göy rəngli.

Bel qayışı - göy rəngli.

Əlcəklər - qara rəngli.

Şərf - göy rəngli.

Corablar - qara rəngli.

Qış tuflisi - qara rəngli.

41. SM-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının əşyalarının təsviri.

Günlüksüz furajka - ağ rəngli.

Oval formalı dibcikdən, təpə və dövrə hissələrdən ibarətdir.

Boyunluğu formalı gödəkçənin hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli günlüksüz furajkanın dibciyi, təpəsi ağ, dövrəsi göy rəngdədir.

Qabaqdan günlüksüz furajkanın təpəsində SM-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edilmiş tikmə kokarda (bu əsasnamənin 53-cü hissəsi) vardır.

Dövrədə qabaqdan göy rəngli lentdə qızılı hərflərlə "Sahil Mühafizəsi" sözləri vardır. [17]

Qış paltosu - göy rəngli.

Dəniz dalğası rəngli qış paltosunun (bu əsasnamənin 24-cü hissəsi) təsvirinə uyğundur. Paltonun paqonları və yaxalıqlarının künclərində yaxa nişanları yoxdur.

Paltonun sağ qolunun xarici səthində SM hərbi qulluqçularının ixtisas üzrə qol nişanı (bu əsasnamənin 52-ci hissəsi) tikilir.

Boyunluğu formalı gödəkçə -ağ (göy) rəngli.

Düz siluetli yaxası üçbucaq şəkilli açıqdır.

Kürəyi bütöv relyefə oxşar köklənmişdir.

Qolları bir tikişlidir.

Gödəkçənin sağ qolunun xarici səthində SM hərbi qulluqçularının ixtisas üzrə qol nişanı (bu əsasnamənin 52-ci hissəsi) tikilir.

Gödəkçənin sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

Şalvar - ağ (göy) rəngli

Ön yuxarı hissəsi lay şəklində tikilir və hər iki tərəfdən iki düymə ilə düymələnir. Düymələnən yerlərdə lay ciblərə keçir.

Layın altında şalvarın qurşağı öndən bir düymə ilə düymələnir.

Qurşaqda yan tikiş yerlərinin üstündə, belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün 7 enli halqa (keçid) vardır.

Şalvar ağ (göy) rəngli kostyum parçasından tikilir, kantsız hazırlanır.

SM müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının digər əşyalarının təsviri SM zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının müvafiq əşyalarının təsviri kimidir (bu əsasnamənin 37-ci hissəsi).

42. SM müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək.108)

Pilotka - göy rəngli.

Boyunluğu formalı gödəkçə - göy rəngli.

Şalvar - göy rəngli.

Dənizçi maykası (alt paltarları əşyaları tərkibində).

Bel kəməri - göy rəngli.

Corablar - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Qış paltarı (şək. 109)

Qulaqlı papaq - göy rəngli xəzdən, yaxud günlüksüz furajka ağ rəngli.

İsti gödəkçə (buşlat) - göy rəngli.

Boyunluğu formalı gödəkçə - göy rəngli.

Şalvar - göy rəngli.

Qış dənizçi köynəyi və ya dənizçi köynəyi (alt paltarları əşyaları tərkibində).

Bel qayışı - göy rəngli.

Əlcəklər - qara rəngli.

Şərf - göy rəngli.

Corablar - qara rəngli.

Qış tuflisi - qara rəngli.

43. SM müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının əşyalarının təsviri.

İsti gödəkçə (buşlat) - göy rəngli.

Yun parçadan hazırlanır, iki bortlu qatlanan boyunluqludur. Bortlarda 6 böyük forma düyməsi, laylarda yan kəsmə cibləri vardır. Kürəyi ortadan tikişlidir.

Qolları iki tikişli, içəridən tikiləndir, astarının ətəkləri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır.

İsti gödəkçənin (buşlatın) sağ qolunun xarici səthində SM hərbi qulluqçularının ixtisas üzrə qol nişanı (bu əsasnamənin 52-ci hissəsi) tikilir.

İsti gödəkçənin (buşlatın) sol qolunun xarici səthində Dövlətə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu əsasnamənin 45-ci hissəsi).

SM müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının digər əşyalarının təsviri SM-nin zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının müvafiq əşyalarının təsviri (bu əsasnamənin 38-ci hissəsi) kimidir.

Boyunluğu formalı gödəkçənin sağ döşü üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus faktoru göstərilən ağ rəngdə döş nişanı tikilir.

 

6-1-ci fəsil[18]

 

DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim forması

 

43-2. DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir (şəkil 122-1):

43-2.1. furajka – dəniz dalğası rəngli;

43-2.2. kitel – dəniz dalğası rəngli (yaxasında sarı rəngli naxış, akselbantla);

43-2.3. şalvar – dəniz dalğası rəngli (kənarlarında sarı rəngli kant);

43-2.4. şalvar qayışı – qara rəngli;

43-2.5. köynək – ağ rəngli;

43-2.6. qalstuk – dəniz dalğası rəngli, qızılı rəngli sıxacla;

43-2.7. əlcək – ağ rəngli;

43-2.8. corab – qara rəngli;

43-2.9. yay tuflisi – qara rəngli.

43-3. Hərbi Orkestrin hərbi qulluqçularının mərasim geyim formasına aid əşyaların təsviri DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasına aid müvafiq əşyaların təsviri kimidir (bu Əsasnamənin 24-cü maddəsi).

7-ci fəsil

DSX-nİn hərbİ qulluqçularının fərqləndİrmə nİşanları

44. Hərbi qulluqçular üçün aşağıdakı fərqləndirmə nişanları müəyyən edilir:

Dövlət mənsubiyyətinə görə;

DSX mənsubiyyətinə görə;

Hərbi rütbəyə görə;

SM hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisasına görə;

Hərbi qulluqçuların heyətinə görə.

45. Hərbi qulluqçunun Azərbaycan Respublikasına mənsubiyyətinə görə fərqləndirmə nişanı, üstündə "AZƏRBAYCAN RESPUBLİKASİ DÖVLƏT SƏRHƏD XİDMƏTİ" sözləri yazılmış Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan qol nişanıdır (şək. 123).

Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını DSX-nin bütün hərbi qulluqçuları və DSX-nin Akademiyasının kursantları daşıyırlar. Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını qış paltosunun, isti gödəkçənin (buşlatın), demisezon paltonun, demisezon gödəkçənin, kamuflyaj rəngli gödəkçənin, kitelin, tujurkanın, yaxalığı formalı gödəkçənin, köynəyin, Aviasiya hissəsinin uçuş heyətinin xüsusi iş geyimi kombinezonunun və gödəkçəsinin sol qolunun xarici səthində daşıyırlar. [19]

46. Hərbi qulluqçunun Azərbaycan Respublikası DSX-yə mənsubiyyətinə görə fərqləndirmə nişanı - metaldan (parçadan) hazırlanmış, üzərində DSX-nin simvolu yerləşdirilmiş döş və yaxa nişanlarıdır.

DSX-yə mənsubiyyəti göstərən fərqləndirmə nişanlarını Azərbaycan Respublikası DSX-nin zabitləri, gizirləri, miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (yaxa nişanları isə ali zabitlərdən və SM hərbi qulluqçularından başqa) daşıyırlar.

Yaxa nişanı qış paltosunun, demisezon paltonun, kamuflyaj rəngli yay, yaxud istiləşdirilmiş qış gödəkçəsinin, kitelin yaxalıqlarının künclərində daşıyırlar.

Ali zabitlər qış paltolarının yaxalıqlarında üzərində tikmə naxışlar qırmızı yaxa nişanları, kitellərin yaxalıqlarının künclərində isə ali zabitlər üçün sarı rəngli (qızılı) tikmə naxış daşıyırlar.

47. DSX-nin hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları - paqonlardır.

Paqonlar - hərbi rütbəni müəyyən etmək üçündür.

Paqonları bütün hərbi qulluqçular (şək.118-120) və hərbi təhsil müəssisələrinin kursantları (şək. 121) daşıyırlar. [20]

Hərbi təhsil müəssisələri kursantlarının paqonları onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını müəyyən etmək üçün nişandır.

Daşınma üsuluna görə paqonlar tikilmə, taxılıb-çıxarılan paqonlara bölünür.

Tikilmə paqonlar mərasim (yalnız kursantlar tərəfindən) geyim formasının qış paltosunda, gündəlik geyim formasının kitel və tujurkalarında daşınır.

Taxılıb-çıxarılan paqonlar mərasim (kursantlardan başqa) geyim formasının qış paltosu, kitel və tujurkalarında; gündəlik geyim formasının isti gödəkçə (buşlat), demisezon palto və yun köynəklərində; gündəlik, səhra, xüsusi xidmət geyim formalarının, xüsusi texniki paltarın gödəkçələrində; xüsusi texniki, xüsusi xidmət paltarlarının kombinezonlarında; xüsusi istiləşdirilmiş paltarın yarımkürklərində; Aviasiya hissəsinin uçuş heyətinin və SM-nin xüsusi iş paltarının gödəkçə və kombinezonlarında daşınır.

Paqonların rəngləri (səhra geyim formasının, zabitlərin rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasının paqonlarından başqa) dəniz dalğası rəngində (SM üçün - göy rəngdə) müəyyən edilir.

Mərasim geyim formasının, xüsusi parad geyim formasının, zabitlərin rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasının paqonlarında qızılı rəngdə naxış vardır (şək. 118).

Ali zabitlərinin paqonlarının kənarlarında qırmızı rəngli kant vardır.

Səhra geyim formasının paqonları kamuflyaj rəngdədir.

Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir.

Taxılıb-çıxarılan paqonlar - paqonlar üçün nəzərdə tutulan kəmərciklərə taxılır.

Səhra geyim formasının və xüsusi geyimin (xüsusi parad geyim formasından başqa) paqonlar üçün nəzərdə tutulan kəmərcikləri adi, mərasim və gündəlik geyim formasının geyim əşyalarında (köynək, demisezon palto, yun köynəkdən başqa) paqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düyməsi ilə düymələnir.

Mərasim geyim formasının köynəklərindəki, gündəlik geyim formasının köynək, demisezon palto və yun köynəklərindəki paqonlar üçün nəzərdə tutulan kəmərciklər adi düymə ilə düymələnir.

SM gəmi heyəti zabitlərinin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları yalnız göy rəngli tujurkalardan hər iki qolunun aşağı hissəsinin üstündən dairəvi tikilir.

Xüsusi peşə, hospital paltarında fərqləndirmə nişanları daşınmır.

48. Zabitlərin, gizirlərin paqonlarının təsviri.

Zabitlərin və gizirlərin mərasim, xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim geyim formaları üçün taxılıb-çıxarılan paqonlar istisna olmaqla (şəkil 118, 118-1, 118-2, 119, 120), onların taxılıb-çıxarılan paqonlarında sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli səkkizguşəli ulduz tikilir (preslənir). DSX-nin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. DSX-nin tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. [21]

Zabitlərin mərasim, xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim geyim foromaları üçün taxılıb-çıxarılan paqonlarında onların hərbi rütbələrinə müvafiq metaldan, qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir.

Ulduzlar – guşələrindən biri paqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir.

Ali zabitlərin paqonlarının aşağı kənarında Azərbaycan Respublikası DSX-nın qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli emblemi yerləşdirilir. Emblemin ölçüləri 30x45mm-dir.

Baş zabitlərin tikilmə paqonlarında qızılı rəngli metaldan çarpazlaşdırılmış qılınclarsız emblem, taxılıb-çıxarılan paqonlarında isə sarı (səhrai geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli çarpazlaşdırılmış qılınclarsız emblem tikilin (preslənir). Emblemin ölçüləri 20x45mm-dir.

Azərbaycan Respublikasının dövlət gerbi, DSX-nin emblemi, səkkiz guşəli ulduzlar təsvirinin ölçüsü onların ətrafına çəkilmiş xəyalı çevrənin diametri ilə ölçülər.

Zabitlərin heyətindən asılı olaraq onların paqonlarındakı ulduzların ölçüləri müxtəlifdir: kiçik zabitlər üçün 17mm, baş zabitlər üçün – 22mm, ali zabitlər üçün – 25mm-dir.

Zabitlərin paqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir:

General-polkovnik, admiral üçün – 3 ulduz;

General-leytenant, vitse-admiral üçün – 2 ulduz;

General-mayor, kontr-admiral üçün – 1 ulduz;

Polkovnik, 1-ci dərəcəli kapitan üçün – 3 ulduz;

Polkovnik-leytenant, 2-ci dərəcəli kapitan üçün – 2 ulduz;

Mayor, 3-cü dərəcəli kapitan üçün – 1 ulduz;

Kapitan, kapitan-leytenant üçün – 4 ulduz;

Baş leytenant üçün – 3 ulduz;

Leytenant üçün – 2 ulduz;

Kiçik leytenant üçün – 1 ulduz;

49. SM gəmi heyəti zabitlərinin fərqləndirmə qol nişanlarının təsviri.

SM gəmi heyəti zabitlərinin fərqləndiriə qol nişanlarının təsviri hərbi rütbələrə uyğun olaraq ensiz, orta, enli qızılı rəng baltalardan üfüqi nişanlara ahəngdar şəkildə (şək.122) aşağıdakı kimi müəyyən edilir:

Admirallar üçün – 1 enli, ondan yuxarı 3 orta;

Vitse-admirallar üçün – 1 enli, ondan yuxarı 2 orta;

Kontr-admirallar üçün – 1 enli, ondan yuxarı 1 orta;

1-ci dərəcəli kapitanlar üçün – 1 enli;

2-ci dərəcəli kapitanlar üçün – 4 orta;

3-cü dərəcəli kapitanlar üçün – 3 orta;

Kapitan-leytenant üçün – 2 orta, ondan yuxarı – 1 enli;

Baş leytenantlar üçün – 2 orta;

Leytenantlar üçün – 1 orta, ondan yuxarı 1 ensiz;

Kiçik leytenantlar üçün – 1 orta.

Baftalardan yuxarıda ortada qızılı rəngli: ali zabitlər üçün – 25 mm, zabitlər üçün – 22 mm diametrli səkkizguşəli ulduz tikilir.

Enli bafta 30 mm, orta bafta 13 mm, ensiz bafta 6 mm enindədir.

Fərqləndirmə qol nişanları göy rəngli tujurkanın qolunun xarici səthinə dairəvi tikilir.

Tujurkanın qolunun ağzından 1-ci baftanın aşağı kənarına qədər olan məsafə 70 mm, bafta nişanlarının arasındakı məsafə 5 mm-dir.

50. Kursantların paqonlarının təsviri.

Kursantların tikilmə paqonlarında onların neçənci ursda oxuduqlarını göstərən qızılı rəngli metaldan rum rəqəmləri, şəxsi nömrələri göstərən ərəb rəqəmləri tikilir (preslənir).

Kursantların taxılıb-çıxarılan paqonlarında onların neçənci kursda oxuduqlarını göstərən sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli rum rəqəmləri, şəxsi nömrələrini göstərən ərəb rəqəmləri yerləşdirilir.

Kursantların paqonlarında rum rəqəmləri paqonun uzununa yerləşdirilir.

Kursantların şəxsi nömrələri və onların neçənci kursda oxuduqlarını göstərən rəqəmlər paqonun aşağısında eninə yerləşdirilir;

51. Gizirlərin (miçmanların), müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə nişanlarının təsviri.

Gizirlərin (miçmanların) paqonlarının aşağısında 0,8 sm enində sarı rəngli (qızılı) kant vardır. Ulduzların ölçüsü 17 mm-dir.

Gizirlərin (miçmanların) hərbi rütbəyə görə paqonlarında ulduzların sayı aşağıdakı kimi müəyyən edilir:

Baş gizir (baş miçman) üçün – üç;

Gizir (miçman) üçün – iki;

Kiçik gizir (kiçik miçman) – bir.

Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşlarının paqonları üçün günyələrin sayı aşağıdakı kimi müəyyən edilir:

Baş çavuş üçün – dörd;

Çavuş üçün – üç;

Kiçik çavuş üçün – iki.

Günyənin eni 7 mm, onların arasındakı məsafə 2 mm-dir. Baş əsgərlərin (baş matrosların) paqonlarında bir günyə vardır.

52. SM hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisasa görə fərqləndirmə nişanları – SM-nin ixtisas üzrə qol nişanlarıdır.

İxtisas üzrə qol nişanı SM-nin miçmanlarının, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qış paltosunun, isti gödəkçənin (buşlatın), tujurkanın, yaxalığı formalı gödəkçənin sağ qolunun xarici səthində yerləşdirilir.

53. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsviri.

Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı baş geyimi nişanı olan kokardadır.

Kokardalar qızılı və ya sarı (sərha geyim formasında - qara) rəngli, tikiləndirlər (preslənəndir). Kokardaların təsvirindəki fon yaşıl rəngdədir. Kokardaların üstündəki təsvir DSX-nin hərbi qulluqçularının heyətindən asılı olaraq ali zabitlər, zabitlər, gizirlər və miçmanlar, əmgərlər, matroslar və çavuşlar üçün kokardalara bölünürlər.

Ali zabitlərin kokardalarının təsviri 114-cü şəkildəki kimidir: [22]

Zabit kokardalarının təsviri 115-ci şəkildəki kimidir.

Gizirlərin və miçmanların kokardalarının təsviri (şəkil 116) zabitlərin kokardalarının tsvirinə uyğundur, ancaq palıd yarpaqlarının təsviri kiçildilmişdir.

Əsgərlərin, matrosların və çavuşların kokardasının ucları yuxarı istiqamətlənmiş və onların arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir (şəkil 116).

Kokardalar pilotkalarda sol tərəfdə, qulaqlı papaqlarda, furajkalarda, beretlərdə və şlyapalarda ön tərəfdə ortadan taxılmaqla daşınır.

Kokardaların ölçüləri (mm):

Ali zabitlər üçün – 131x67 (SM ali zabitlər üçün – 90x90);

Zabitlər üçün 0 68x58 (Avia dəstəsi 68x65, SM – 80x80);

Gizirlər üçün – 48x52 (Avia dəstəsi 60x55, miçmanlar üçün – 40x60;

Müddətli, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları və kursantlar üçün – 30x40.

 

 

 

 

[23]

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       20 iyun 2008-ci il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 496)

2.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)

3.       25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

[1] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin mətndə ismin müvafiq hallarında verilmiş “maddə” sözü “hissə” sözü ilə, “SGGD” abreviaturası “SM” abreviaturası ilə əvəz edilmişdir.

 

[2] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 14-cü hissədə “sərhəd gözətçi gəmilər dəstəsinin” sözləri “sahil mühafizəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 2-ci fəslin adında “Sərhəd gözətçi gəmilər dəstəsindən” sözləri “Sahil Mühafizəsindən” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 27-ci hissənin “Yay paltarı” bəndində “(şək. 47-48)” sözləri “(şəkil 47, 47-1, 48, 110)” sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 27-ci hissənin “Yay paltarı” bəndinə yeni məzmunda doqquzuncu və onuncu yarımbəndlər əlavə edilmişdir.

 

[6] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 27-ci hissənin “Qış paltarı” bəndində “(şək. 49-50)” sözləri “(şəkil 49, 49-1, 49-2, 50, 110-1, 110-2)” sözləri ilə əvəz edilmişdir.

 

[7] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 27-ci hissənin “Qış paltarı” bəndinə yeni məzmunda on üçüncü, on dördüncü və on beşinci yarımbəndlər əlavə edilmişdir.

 

[8] 20 iyun 2008-ci il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 496) ilə 3-cü fəslin adında "MTN-in Akademiyasının Sərhəd Qoşunları fakültəsi" sözləri "DSX-nin Akademiyasının" sözləri ilə əvəz edilmişdir.

 

[9] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 29-cu hissənin “Yay paltarı” bəndində “(şək. 51)” sözləri “(şəkil 51, 51-1)” sözləri ilə, “Qış paltarı” bəndində “(şək. 52)” sözləri “(şəkil 52, 52-1)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 31-ci hissənin “Yay paltarı” bəndində “(şək. 53)” sözləri “(şəkil 53, 53-1, 54, 54-1, 55, 55-1, 56, 56-1, 56-2)” sözləri ilə əvəz  edilmişdir.

 

[11] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 31-ci hissənin “Qış paltarı” bəndində “(şək. 57-58)” sözləri “(şəkil 57, 57-1, 58, 58-1)” sözləri ilə əvəz edilmişdir.

 

[12] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 33-cü hissənin birinci bəndinə “tərkibi və təsviri” sözlərindən sonra “(şəkil 58-2, 58-3)” sözləri əlavə edilmişdir.

 

[13] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nə yeni məzmunda 33-1-ci hissə əlavə  edilmişdir.

 

[14] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nə yeni məzmunda 3-1-ci fəsil əlavə edilmişdir.

 

[15] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 34-cü hissənin dördüncü bəndindən “(şək. 114-117)” sözləri çıxarılmışdır.

 

[16] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”yə yeni məzmunda 39-1-ci hissə əlavə edilmişdir.

 

[17] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 41-ci hissənin yeddinci bəndində “Sərhəd Gözətçi Gəmilər Dəstəsi” sözləri “Sahil Mühafizəsi” sözləri ilə əvəz edilmişdir.

 

[18] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci fəsil əlavə edilmişdir.

 

[19] 20 iyun 2008-ci il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 496) ilə 45-ci bəndin ikinci abzasında "MTN Akademiyasının Sərhəd Qoşunları fakültəsinin" sözləri "DSX-nin Akademiyasının" sözləri ilə əvəz edilmişdir.

 

[20] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə 47-ci bəndinin üçüncü abzasında “tədris məktəblərinin” sözləri “təhsil müəssisələrinin” sözləri ilə, dördüncü abzasında “tədris məktəbləri” sözləri “təhsil müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[21] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 448-ci hissənin ikinci bəndinin “(şək. 118-120)” sözləri “(şəkil 118, 118-1, 118-2, 119, 120)” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[22] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 53-cü hissənin dördüncü bəndində “şəkil 115-dəki” sözləri “114-cü şəkildəki” sözləri ilə, beşinci bəndində “şəkil 116-dakı” sözləri “115-ci şəkildəki” sözləri ilə, altıncı və yeddinci bəndlərində “(şək. 117)” sözləri “(şəkil 116)” sözləri ilə əvəz edilmişdir.

 

[23] 25 iyun 2014-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan” qəzeti, 28 iyun 2014-cü il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 636) ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nə 47-1, 49-1, 49-2, 51-1, 52-1, 53-1, 54-1, 55-1, 56-1, 56-2, 57-1, 58-1, 58-2, 58-3, 58-4, 58-5, 58-6, 58-7, 58-8, 58-9, 58-10, 58-11, 58-12, 58-13, 58-14, 58-15, 58-16, 58-17, 58-18, 58-19, 58-20, 58-21, 58-22, 58-23, 58-24, 58-25, 108-1, 109-1, 110-1, 110-2, 118-1, 118-2 və 122-1 nömrəli şəkillər əlavə edilmişdir.