Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası bəzi dövlət orqanlarının fəaliyyətində səmərəliliyi yüksəltmək, rəhbər işçilərin aylıq vəzifə maaşlarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq və onların maddi təminatını daha dolğun ödəmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin: [2]

1.1. Baş nazir

2460 manat

1.2. Baş nazirin birinci müavini

2160 manat

1.3. Baş nazirin müavini

2060 manat

1.4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi

1925 manat

1.5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri

1595 manat

1.6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini

1375 manat

1.7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini

1280 manat

1.8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini

1155 manat

2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Bakı şəhəri

1925 manat

Gəncə və Sumqayıt şəhərləri

1280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

 

əhalisinin sayı 100 min nəfərdən çox olduqda

1045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda

990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda

880 manat..

 

3. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanlarının işçilərinin əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 yanvar tarixli 600 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

6. Bu Sərəncam 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şәhәri, 10 avqust 2004-cü il

348

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 yanvar 2007-ci il tarixli 1892 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 15)

2.       10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 615)

3.       1 sentyabr 2011-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 09, maddə 797)

4.       11 iyun 2013-cü il tarixli 2949 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 687)

5.       02 dekabr 2013-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1555)

6.       6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 07 sentyabr 2016-cı il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1464)

7.       16 mart 2017-ci il tarixli 2750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 17 mart 2017-ci il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 438)

8.       30 noyabr 2017-ci il tarixli 3428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2137)

9.       13 mart 2018-ci il tarixli 3786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 510)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 615) ilə adında, preambulasında və 1-ci bəndinin birinci abzasında icra hakimiyyəti sözləri bəzi dövlət sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 yanvar 2007-ci il tarixli 1892 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 15) ilə 348 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Baş nazir - 7700000 manat

Baş nazirin birinci müavini - 6800000 manat

Baş nazirin müavini - 6500000 manat

Nazir, Dövlət Komitəsinin, Milli Bankın idarə

heyətinin sədri - 6000000 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri - 5000000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə

heyəti sədrinin birinci müavini - 4000000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə

heyəti sədrinin müavini, digər mərkəzi icra hakimiyyəti

orqanı rəhbərinin birinci müavini - 3500000 manat

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında orqanın rəhbəri, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin müavini - 3200000 manat

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

orqanın rəhbərinin müavini - 2400000 manat

2. Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Bakı şəhəri - 6000000 manat

Gəncə və Sumqayıt şəhərləri - 3500000 manat

Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə:

Əhalisi 50 min nəfərdən çox olan rayonlar - 3000000 manat

Əhalisi 50 min nəfərədək olan rayonlar - 2400000 manat

10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 615) ilə 1-ci bəndinin beşinci abzasında sədri sözündən sonra , Dövlət Neft Fondunun İcraçı direktoru sözləri əlavə edilmişdir.

1 sentyabr 2011-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 09, maddə 797) ilə 1-ci hissəsinin dördüncü, altıncı və yeddinci bəndlərdən , Milli Bankın idarə heyətinin sözləri çıxarılmışdır.

1 sentyabr 2011-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 09, maddə 797) ilə 1-ci hissəsinin dördüncü bənddə Dövlət Sosial Müdafiə Fondunun sədri, sözlərindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, sözləri, altıncı bənddə müavini sözündən sonra , Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini sözləri və yeddinci bənddə sədrinin müavini sözlərindən sonra , Dövlət Sərhəd Xidməti rəisinin müavini sözləri əlavə edilmişdir.

11 iyun 2013-cü il tarixli 2949 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 687) ilə 1-ci hissəsinin yeddinci bəndinə Komitəsi sədrinin sözlərindən sonra , Dövlət Neft Fondunun İcraçı direktorunun sözləri əlavə edilmişdir.

02 dekabr 2013-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1555) ilə 1-ci və 2-ci hissələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Baş nazir

- 1925 manat

Baş nazirin birinci müavini

- 1700 manat

Baş nazirin müavini

- 1625 manat

Nazir, Dövlət Komitəsinin , Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Sərhəd Xidmətinin rəisi

 

 

- 1500 manat

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri

 

- 1250 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Neft Fondunun İcraçı direktorunun , Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini

 

- 1000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Neft Fondunun İcraçı direktoru , Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Mərkəzi İcra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini Dövlət Neft Fondunun İcraçı direktoru

 

 

 

- 875 manat

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin müavini

 

- 800 manat

2.. Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Bakı şəhəri

- 1500 manat

Gəncə və Sumqayıt şəhərləri

- 875 manat

Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə:

Əhalisi 50 min nəfərdən çox olan rayonlar

-750 manat

Əhalisi 50 min nəfərədək olan rayonlar

- 600 manat

6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 07 sentyabr 2016-cı il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1464) ilə 1.4-cü bəndindən Dövlət Sosial Müdafiə Fondunun sədri, sözləri, 1.6-cı və 1.7-ci bəndlərindən Dövlət Sosial Müdafiə Fondu sədrinin, sözləri çıxarılmışdır.

16 mart 2017-ci il tarixli 2750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 17 mart 2017-ci il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 438) ilə 1.4-cü bənddə sədri, sözündən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, sözləri əlavə edilmişdir.

30 noyabr 2017-ci il tarixli 3428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2137) ilə 1.4-cü bənddən , Dövlət Neft Fondunun İcraçı direktoru sözləri çıxarılmışdır.

16 mart 2017-ci il tarixli 2750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 17 mart 2017-ci il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 438) ilə 1.7-ci bənddə sədrinin, sözündən sonra Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, sözləri əlavə edilmişdir.

30 noyabr 2017-ci il tarixli 3428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 11, maddə 2137) ilə 1.7-ci bənddən , Dövlət Neft Fondunun İcraçı direktorunun sözləri çıxarılmışdır.

13 mart 2018-ci il tarixli 3786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 510) ilə 1-ci və 2-ci hissələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Baş nazir

2230 manat

1.2. Baş nazirin birinci müavini

1960 manat

1.3. Baş nazirin müavini

1870 manat

1.4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Neft Fondunun İcraçı direktoru

1750 manat

1.5. Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri

1450 manat

1.6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini

1250 manat

1.7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini

1160 manat

1.8. Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan, icra hakimiyyəti orqanının rəhbərinin müavini

1050 manat

 

2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

2.1. Bakı şəhəri

1750 manat

2.2. Gəncə və Sumqayıt şəhərləri

1160 manat

2.3. şəhər, rayon və şəhər rayonu üzrə:

 

2.3.1. əhalisinin sayı 100 min nəfərdən çox olduqda

950 manat

2.3.2. əhalisinin sayı 50-100 min nəfər olduqda

900 manat

2.3.3. əhalisinin sayı 50 min nəfərədək olduqda

800 manat