"Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında" Konvensiyaya qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası "Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında" 1970-ci il 16 dekabr tarixli Konvensiyaya qoşulsun.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 9 noyabr 1999-cu il
№ 744-IQ