Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyətini təşkil etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın sədri:

Yaqub Eyyubov

 Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Namiq Abbasov

 Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Səfər Əbiyev

 Azərbaycan Respublikasının müdafiə naziri

Əvəz Ələkbərov

 Azərbaycan Respublikasının maliyyə naziri

Vilayət Quliyev

 Azərbaycan Respublikasının xarici işlər naziri

Namiq Nəsrullayev

 Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Nadir Əhmədov

 Azərbaycan Respublikasının rabitə naziri

Siruz Təbrizli

 Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

Südabə Həsənova

 Azərbaycan Respublikasının ədliyyə naziri

Azad Mirzəcanzadə

 Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin sədri

Surxay Tağıyev

 Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi sədrinin müavini

Adil Sultanov

 Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin sədri

Fərəməz Maqsudov

 Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

Natiq Əliyev

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Elman Qənbərov

 Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəisi


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 9 dekabr 1999-cu il
№ 224

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası  Komissiya haqqında

Əsasnamə

 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (bundan sonra — İdarələrarası  Komissiya) Azərbaycan Respublikası Prezidentinin ĞDövlət sirri haqqındağ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəğ  1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. İdarələrarası Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət  proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.

3. İdarələrarası Komissiyanın əsas vəzifəsi dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş  funksiyalara müvafiq təşkil və təmin etməkdən ibarətdir.

4. İdarələrarası Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ĞDövlət sirri haqqındağ Azərbaycan  Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

5. İdarələrarası Komissiya öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula bilən zərərin miqdarının  müəyyənləşdirilməsi qaydasına və göstərilən məlumatların bu və ya başqa məxfilik dərəcəsinə aid edilməsi qaydalarına dair təkliflərini  hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

dövlət sirrinə aid edilən məlumatların və həmin məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyət orqanlarının siyahısını tərtib edir və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

ĞDövlət sirri haqqındağ Azərbaycan Respublikası Qanununun həyata keçirilməsini təmin edən dövlət proqramlarını, normativ hüquqi  və metodiki sənədləri işləyib hazırlayır və ya müəyyən edilmiş qaydada təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına  təqdim edir;

Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi və hüquqi tənzimlənməsi barədə təklifləri Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

fondyaradıcı təşkilat ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin  açılması qaydası haqqında məsələyə baxır;

mərkəzi icra hakimiyyəti orqanlarının, müəssisə, idarə, təşkilatların və vətəndaşların dövlət sirrinə aid edilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına ĞDövlət sirri haqqındağ Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxır;

dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının verilməsi mümkünlüyü haqqında ekspert rəyi verir;

dövlət sirrini təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula bilən zərərin miqdarının müəyyənləşdirilməsi qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

dövlət sirrini təşkil edən məlumatların məxfilik dərəcəsinə aid edilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə  təqdim edir;

ĞDövlət sirri haqqındağ Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət sirri təşkil edən məlumat daşıyıcılarını başqa dövlət hakimiyyət orqanı, müəssisə, idarə və ya təşkilatına verilməsi barədə göstəriş verir;

hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən dövlət sirri təşkil edən məlumatların birgə mühafizəsi və istifadəsi haqqında  Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrinə baxır, müvafiq təkliflər və ekspert rəyləri hazırlayır və bu  məsələlərlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumat siyahılarının dəyişdirilməsinə dair qərarlara razılıq verir, bu qərarları dayandırır və onlara etiraz edir;

məlumatın mühafizə vasitələrinin sertifikasiyası işlərini əlaqələndirir;

dövlət sirrini təşkil edən məlumatların məxfilik müddətinin uzadılması məsələsinə dair rəy verir;

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən ĞDövlət sirri haqqındağ Azərbaycan Respublikasının Qanunundan irəli  gələn digər məsələləri həll edir.

6. İdarələrarası Komissiyaya sədr başçılıq edir. İdarələrarası Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin və  azad edilir.

İdarələrarası Komissiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

7. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün onun nəzdində işçi qrupu yaradılır.

8. İdarələrarası Komissiyanın sədri:

müəyyən olunmuş qaydada mərkəzi icra hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, müəssisə, idarə və təşkilatlardan İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları ala bilər;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatları və ayrı-ayrı mütəxəssisləri ekspert, tədqiqat və analitik işlərin  aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə işçi qrupunun rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir, işçi qrupu rəhbərinin  təqdimatı əsasında işçi qrupunun işçilərini qəbul və azad edir.

9. İdarələrarası Komissiyanın iclasları İdarələrarası Komissiyanın sədri tərəfindən təsdiq olunmuş plan əsasında keçirilir. Zəruri hallarda İdarələrarası Komissiya sədrinin təşəbbüsünə əsasən növbədənkənar iclaslar keçirilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında Komissiya üzvlərinin iştirakı vacibdir. Onlar öz səlahiyyətlərini başqa vəzifəli şəxslərə verə bilməzlər. İdarələrarası Komissiyanın üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda müzakirə edilən məsələlər barədə onun fikri yazılı surətdə  təqdim olunur.

10. İdarələrarası Komissiyanın öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlarının icrası dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və  təşkilatlar, vəzifəli şəxslər üçün məcburidir.

11. İdarələrarası Komissiyanın üzvləri qərar qəbul edilməsində eyni hüquqlara malikdirlər.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

12. İdarələrarası Komissiyanın üzvləri ictimai əsaslar əsasında fəaliyyət göstərirlər.

13. İdarələrarası Komissiyanın və işçi qrupunun maddi-texniki təchizatı dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.