“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.       "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur).

2.       Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 6 noyabr 2004-cü il

                       № 176

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində

dövlət nəzarətinin həyata keçirilməsi

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.        Bu Qaydalar dövlət orqanları tərəfindən heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir.

1.2.    Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdən ibarətdir.

1.3.       "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

1.4.       Balıq ehtiyatlarının mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarəti  qanunvericiliklə  müəyyənləşdirilmiş  qaydada Azərbaycan  Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanları tərəfindən həyata keçirilir.

1.5.       Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirərkən öz işlərini aidiyyəti olduqda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli hakimiyyət orqanları ilə əlaqələndirir.

1.6.       Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi,   istifadəsi    bərpası  işlərində   fiziki    hüquqi şəxslərin, o cümlədən ictimai təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.

1.7.       Hüquqi və fiziki şəxslər tabeçilik, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən şəxslərə yoxlama aparmaq üçün müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarmı verməlidirlər.

1.8.   Heyvanlar aləminin mühafizəsi, istifadəsi və artırılması sahəsində dövlət nəzarətini həyata keçirən şəxslərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq xidməti vəsiqəsi verilir.

 

II. HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ

SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN

DÖVLƏT ORQANLARININ VƏZİFƏLƏRİ

 

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək;

heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və bərpası qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək;

ov qaydalarına və heyvanlar aləminin ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvan növlərinin istifadəsinə nəzarət etmək;

su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi tədqiqat məqsədilə istifadə edilməsinə və təbii mühitə uyğunlaşdırılmasına nəzarəti həyata keçirmək;

ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması qaydalarına əməl olunmasına nəzarət etmək;

heyvanlar aləminin obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadəyə nəzarət etmək;

vəhşi heyvanların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə olunmasına nəzarət etmək;

vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına, yetişdirilməsinə və bu məqsədlə tutulmasına nəzarət etmək;

heyvanlar aləminin sayının tənzimlənməsinə nəzarət etmək;

vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin, habelə miqrasiya yollarının mühafizəsinə nəzarət etmək;

istehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanlar aləminin məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin bioloji təhlükəsizliyinə nəzarət etmək;

nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsinə nəzarət etmək;

zooloji kolleksiyaların yaradılması, saxlanılması və zənginləşdirilməsinə nəzarət etmək;

bitki mühafizə vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

vəhşi heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;

ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qadağan etmək və ya məhdudlaşdırmaq, habelə "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın (CİTES) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq, meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarmı məhdudlaşdıran tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

heyvanlar aləmi obyektlərinin dövlət uçotunun və dövlət kadastrının hə-yata keçirilməsini təmin etmək və onların aparılması qaydalarına əməl olunmasına nəzarət etmək;

vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərin yerinə yetiril-məsinə nəzarət etmək;

heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsinin həyata keçirilməsinə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl edilməsinə, habelə heyvanlar aləmi obyektlərinin istifadəsi və mühafizəsi sahəsində istifadəçilərin qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək;

qanunvericiliklə müəyyən edilən digər vəzifələri həyata keçirmək.

 

III. HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ

SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN

DÖVLƏT ORQANLARININ HÜQUQLARI

 

3.1. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının hüquqları aşağıdakılardır:

dövlət təbiət qoruğu, milli park, dövlət təbiət yasaqlığı və ov yerlərində heyvanlar aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən) vasitələrini saxlamaq, nəqliyyat vasitələrini, o cümlədən gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarmı aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;

heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdə olan heyvan-ları əldə etmək üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti saxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və digər əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək;

heyvanlar aləminə vurulmuş ziyanın ödənilməsi məqsədilə qanunpozanlara qarşı iddialar qaldırmaq;

qanunvericilikdə nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi barədə iddia qaldırmaq;

qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.2.  Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna

CƏRİMƏLƏR

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.       Bu sənəd "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

1.2.       Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heyvanlar aləmindən istifadə ödənişlidir.

Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə müəyyən edilmişdir.

 

II. HEYVANLAR ALƏMİNDƏN İSTİFADƏYƏ GÖRƏ ÖDƏMƏLƏRİN

NÖVLƏRİ VƏ DƏRƏCƏLƏRİ

 

2.1. Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri və dərəcələri aşağıdakı kimi müəyyən edilir:

Sira

№ -si

Vəhşi heyvanların adı

Bir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (şərti maliyyə vahidinin misli ilə)

1

2

3

1

Dırnaqlılar dəstəsi

 

 

ceyran, maral, muflon, bezoar keçi, qarapaça

50

 

Dağıstan turu

22,5

 

çöl donuzu

15

 

cüyür

15

2

Yırtıcılar dəstəsi

 

 

bəbir

500

 

vaşaq, manul pişiyi

500

 

qonur ayı

22,5

 

çölpişiyi

30

 

qamış və meşə pişikləri

20

 

meşə və daşlıq dələləri

3,6

 

gəlincik, porsuq

5

 

yenot

1,5

 

tülkü

5

 

canavar

5

 

çaqqal

3,6

3

Gəmiricilər dəstəsi

 

 

oxlu kirpi

5

 

bataqlıq qunduzu (nutriya)

1,5

 

sincab

5

4

Dovşankimilər dəstəsi

1

5

Həşəratyeyənlər və yarasalar dəstəsi

1

6

Toyuqkimilər dəstəsi

 

 

Qafqaz və Xəzər uları

10

 

Qafqaz tetrası, turac

10

 

Zaqafqaziya qırqovulu

2,3

 

talış qırqovulu

10

 

boz kəklik

1,15

 

gözəl kəklik

1,15

 

bildirçin

0,14

7

Göyərçinkimilər dəstəsi

 

 

Qaraqanın bağrıqara

10

 

alabaxta

0,28

 

digər növlər

0,14

8

Durnakimilər dəstəsi

 

 

sultan toyuğu

10

 

çivdimdik

10

 

qaşqaldaq, qamışlıq fərəsi, porzan, xırda porzan, cırtdan porzan, su fərəsi

0,28

 

ağ duma

20

 

boz durna, qəşəng duma

15

 

dovdaq, qəşəng dovdaq

20

 

bəzgək

10

9

Çovdarçıkimilər dəstəsi

 

 

qırıldayan cüllüt

10

 

ağquyruq çökükburun

10

 

tənbəl bekas

10

 

kiçik kronşnep

10

 

çöl haçaquyruq cüllütü

10

 

cüllütkimilərin digər növləri

0,28

10

Qağayılar fəsiləsi

1

11

Qağayıkimilər dəstəsi

1

12

İyrəncəkimilər dəstəsi

0,3

13

Qazkimilər dəstəsi

 

 

qu quşları, qırmızıdöş qaz, ağqaş qaz

10

 

qazlar (boz və ağalın)

2,3

 

mərmər cüro, ağgöz və göydimdik ördək

10

 

cürələr

0,28

 

digər ördək növləri

0,90

14

Kürəkayaqlıkimilər dəstəsi

 

 

qııtanlar

10

 

qarabataqlar

0,2

15

Qızılqazkimilər dəstəsi

 

 

qızilqaz

10

16

Leyləkkimilər dəstəsi

 

 

ərsindimdik, qara leylək

10

 

ağ leylək

5

 

qarıldaq, dan quşları, qaranaz, Misir vağı, müqəddəs ibis və vağlann digər növləri

5

17

Yırtıcilar dəstəsi

 

 

Qafqaz şahini, ütəlgi, Aralıq dənizi qızılquşu, çay qaraquşu, ağquyruq dəniz qartalı, tetraçalan, Türküstan tüvüyü, çöl qartalı, məzar qartalı, berkut, toğlugötürən, ilanyeyən, böyük qartalça, qara kərkəs. çöl belibağlısı, çöl muymulu

200

 

arıyeyən, qırmızı çalağan, qara çalağan, uzunquyruq dənizqartalı, bildirçinçalan, tülküayaq sar, çöl san, adi sar, çırtdan qartal, kiçik qartalça, leşyeyən, ağbaş kərkəs, tarla belibağhsı, çəmənlik belibağlısı, qamışlıq və ya bataqlıq belibağlısı, adi muymul, derbnik, kərkincək, qaragöz

50

18

Bayquşkimilər dəstəsi

 

 

iri yapalaq, adi yapalaq, bataqlıq bayquşu, qulaqlı bayquş, dam bayquşu, meşə bayquşcuğu

1

19

Quququşukimilər dəstəsi

1

20

Keçisağankimilər dəstəsi

1

21

Uzunqanadhlar dəstəsi

0,5

22

Göycəqarğakimilər dəstəsi

0,3

23

Ağacdələnkimilər dəstəsi

0,1

24

Sərçəkimilər dəstəsi

 

 

ağboğaz bülbül, səhra qarquşu, hirkan anquşu

10

 

sərçəkimilərin digər növləri

0,2

25

İlanlar

5

 

gürzə

10

26

Kərtənkələlər

0,5

27

Tısbağalar

0,5

 

Aralıq dənizi tısbağası

1

28

Qurbağalar, tritonlar

0,2

29

Tibb zəlisi

0,05

30

Siyahıda adı göstərilməyən bütün fauna növləri üçiin

1

 

2.2.   Ölçüsündən, çəkisindən və yaşından asılı olmayaraq, hər bir fərd vəhşi heyvan növünün vurulması və ya tutulması cədvəldə müəyyən olunmuş dəyərə əsasən ödənilir.

2.3.   Cədvəldə göstərilən vəhşi heyvan növlərinin yumurtalarını yığmağa görə hər ədəd yumurtanın dəyəri bir baş vəhşi heyvanın vurulması və ya tutulması üçün müəyyən edilmiş ödəmə dəyərinin 50 faizi miqdarında hesablanır.

2.4.   Beşdəfəlik, ondəfəlik və mövsümi ov üzrə ödəmə cədvəldə müəyyən olunmuş ödəmə dəyərinə müvafiq olaraq 20, 25 və 30 faiz az hesablanır (Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş nadir vəhşi heyvan növləri (yarımnövləri) istisna olmaqla).

2.5.   Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na   düşmüş və digər nadir vəhşi heyvan növlərinin (yarımnövlərinin) tutulmasına və ya ovlanmasına yalnız elmi və dövlət reyestrinə daxil edilmiş zooloji kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə icazə verilə bilər.

2.6 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin dəyəri aşağıdakı kimi müəyyən edilir.

 

Sıra

№ -si

Vəhşi heyvanların

 adı

Bir baş vəhşi heyvanin vurulması (tutulması) üçün ödəmə (şərti maliyyə vahidinin misli ilə)

Ovlanmış bir baş ov heyvanı üçün ov qənimətinin qiyməti (şərti maliyyə vahidinin misli ilə)

1

2

3

4

1

Dağıstan turu

22,5

730

2

Qonur ayı

22,5

730

3

Çöl donuzu

15

200

4

Tülkü

36

_________

5

Çaqqal

36

_________

6

Boz dovşan

22,5

_________

7

Qazlar

4,5

_________

8

Ördəklərin bütün növləri və qaşqaldaq

0,91

 

9

Kəklik

4,5

_________

10

Meşə cüllütü, böyük və ortaboy kronşnep

0,91

 

11

Zaqafqaziya qırqovulu

4,5

_________

12

Göyərçinkimilər dəstəsi

0,45

_________

13

Sərçəkimilər dəstəsi

0,45

—

 

III. QEYRİ-QANUNİ VƏHŞİ HEYVAN OVU ÜÇÜN TƏBİƏTƏ DƏYMİŞ ZİYANA GÖRƏ TƏTBİQ EDİLƏN CƏRİMƏLƏR

3.1. Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbi-əti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı qaydada müəyyən edilir:

 

Sıra

№ -si

Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş nadir heyvan növlərinin (yarımnövlərinin) adi

Yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq bir baş vəhşi heyvan üçün ziyanın miqdarı (şərti maliyyə vahidinin misli ilə)

1

2

3

1

Məməlilər

 

 

adi uzunqanad

100

 

cənub nalburunu

100

 

enliqulaq bükükdodaq

100

 

zolaqlı kaftar

1000

 

çay samuru

200

 

sarıqlı safsar

100

 

manul pişiyi

500

 

çöl pişiyi

200

 

vaşaq

2000

 

bəbir

3000

 

turan pələngi

4000

 

ceyran

500

 

köpgər (qarapaça)

500

 

bezoar keçisi

500

 

mulfon

500

2

Quşlar

 

 

qıvrımlələk qutan

500

 

çəhrayı qutan

500

 

ərsindimdik

500

 

qara leylək

500

 

qızıl qaz

500

 

kiçik qu

500

 

fısıldayan qu

500

 

ağqaş qaz

500

 

qırmızıdöş qaz

500

 

mərmər cürə

300

 

ağgöz öldək

300

 

göydimdik ördək

300

 

çay qaraquşu

300

 

ağquyruq dəniz qartalı

300

 

iri qırğı (tetraçalan)

300

 

Türküstan tuviyi (Orta Asiya tuviyi)

300

 

çöl qartalı

300

 

iri qartalça

300

 

məzar qartalı

500

 

berkut

500

 

Toğlugötürən

500

 

qara kərkəs

300

 

ilanyeyən

300

 

çöl belibağlısı

300

 

çöl muymulu

300

 

utəlgi (baloban)

700

 

Qafqaz şahini

1000

 

Xəzər uları

300

 

Qafqaz uları

300

 

turac

300

 

talış qırqovulu

500

 

Qafqaz tetrası

500

 

çivdimdik

100

 

sultan toyuğu

300

 

ağ duma

500

 

dovdaq

500

 

qəşəng dovdaq

500

 

bəzgək

300

 

qırıldayan cüllüt

100

 

ağquyruq çökükburun

100

 

tənbəl bekas

100

 

kiçik kronşnep (əyridimdik)

100

 

çöl haçaquyruq cüllütü

100

 

qaraqarm bağrıqara

300

 

hirkan anquşu

100

 

səhra qarquşu

100

 

ağboğaz bülbül

100

3

Suda-quruda yaşayanlar

 

 

adi quru qurbağası

10

 

Qafqaz xaçlıcası

20

 

adi triton

20

 

daraqlı triton

20

 

Suriya sarımsaqiyliqurbağası

30

4

Sürünənlər

 

 

xarabalıq kələzi

50

 

Kiçik Asiya gürzəsi

75

 

eskulap ilanı

75

 

qızılı mabuya

50

 

girdəbaş yovşanlıq kərtənkələsi

50

 

Zaqafqaziya təlxəsi

60

 

zolaqlı çılpaqgöz kərtəngələ

50

 

qarabaş rinxokalamus

60

 

ox-ilan

50

 

Aralıq dənizi tısbağası

60

5

Həşəratlar

 

6

Kəpənəkkimilər dəstəsi

 

 

Şərqi Aleksanor yelkənciyi

50

 

adi appolon

50

 

Nordman appolonu

50

 

talış məxməri kəpənəyi

50

 

Komarov hafı

50

 

kəlləşəkilli haf

50

 

oleandr hafı

50

 

iri tənək hafı

50

 

talış bromeyası

50

 

hilata

50

 

avrorına sarıcası

50

 

Alp sarıcası

50

 

Qafqaz sarıcası

50

 

kürd sarıcası

50

 

Qafqaz zerintiyası

50

 

şəfəqsaçan

50

 

talış yangözcüklüyü

50

 

tutqun ayıça

50

 

tamara alacası

 

 

Aleksandra sedəflisi

50

 

İoniya berqvuranı

50

 

Alp satiri

50

 

Romanov tomaresi

50

 

xrizip

50

 

Oxim qızilı kəpenəyi

50

 

Eyfema

50

7

Böcəkkimilər dəstəsi

 

 

üçpərli talış qaçağanı

50

 

Qafqaz ilbizyeyən fıqırdam

50

 

palıd diserkası

50

 

qəşəng böcək

50

 

Solomon qızılböcəyi

50

 

Klit Reyter

50

 

talış kökyeyəni

50

 

Xəzər parandrası

50

 

Alp rozaliyası

50

 

Ferrat çapağanı

50

 

Skovito uzunbığı

50

 

tündqırmızı talış uzunbığı

50

8

Zolaqh arılar

 

 

Dağıstan zolaqlı arısı

50

 

Mlokoseviç zolaqlı arısı

50

 

fars zolaqlı arısı

50

 

Porçinski zolaqlı arısı

50

3.2.   Dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş vəhşi heyvan növləri və onların yuvaları, mağaraları və s. yaşayış yerləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə cərimələr hər bir növ və yuva üçün vəhşi heyvan növü üzrə təyin olunmuş cədvələ əsasən üçqat ölçüdə hesablanır.

3.3.   Dövlət ovçuluq təsərrüfatlarının, milli parkların (xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarından başqa), dövlət təbiət yasaqlıqlarının və təbiət abidələrinin (təbii abidələrin) ərazilərində, həmçinin heyvanxanalarda və ixtisaslaşdırılmış pitomniklərdə (volyerlərdə) Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş vəhşi heyvan növləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə cərimələr hər bir vəhşi heyvan növü üçün təyin olunmuş cədvələ əsasən ikiqat ölçüdə hesablanır.

3.4.   Yuvadan qanunsuz götürülmüş hər bir yumurtaya, həmçinin qeyri-qanuni əldə edilmiş və ya məhv edilmiş məməlilərin dişi fərdlərindəki embriona görə cərimələr isə vəhşi heyvan növü üçün təyin olunmuş cədvələ əsasən 50 faiz miqdarında hesablanır.

3.5.   Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil olmayan heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı kimi müəyyən edilir:

 

Sira

№ -si

Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşməmiş vəhşi heyvan növlərinin (yarımnövlərinin) adi

Yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq bir baş vəhşi heyvan üçün ziyanın miqdarı (şərti maliyyə vahidinin misli ilə)

1

2

3

1

Qulaqlı kirpi

3

2

Boz dovşan

10

3

Adadovşanı

10

4

Sincab

10

5

Süleysin

10

6

Tirəndaz (oxlu kirpi)

10

7

Bataqlıq qunduzu (nutriya)

20

8

Tülkü

10

9

Canavar

10

10

Çaqqal

10

11

Gəlincik

10

12

Meşə və daşlıq dələləri

50

13

Porsuq

15

14

Qonur ayı

400

15

Qamış pişiyi

50

16

Meşə pişiyi

70

17

Çöl donuzu

200

18

Nəcib və xallı marallar

300

19

Cüyür

200

20

Dağıstan turu

250

21

Həşəratyeyənlərin və yarasaların digər növləri

3

22

Ağdöş və qaradöş qaqara

10

23

İyrəncəkimilərin bütün növləri

3

24

Böyük qarabataq

10

25

Böyük və kiçik danquşu

10

26

Qarıldaq

10

27

Misir vağı

15

28

Vağların digər növləri

5

29

Qaranaz

10

30

Ağ leylək

20

31

Harayçı qu quşu

30

32

Boz və ağalın qaz

20

33

Ördəklərin bütün növləri

5

34

Yırtıcı quşların bütün növləri

5

35

Zaqafqaziya qırqovulu

20

36

Kəklik

10

37

Bozkəklik

10

38

Bildirçin

3

39

Qaşqaldaq

5

40

Sığırçınların digər növləri

5

41

Boz və qəşəng duma

20

42

Çobanaldadan

10

43

Çovdarçılar, haçaquyruq cüllütlər

10

44

Qağıyılar

15

45

Göyərçinlər

5

46

Ququ quşu

3

47

Keçisağan

5

48

Bayquşkimilərin bütün növləri

5

49

Uzunqanadlıların bütün növləri

5

50

Qaranquşların bütün növləri

5

51

Balıqçıllar

5

52

Qızılı və yaşıl qızlarquşu

5

53

Göycəqarğa

3

54

Şanapipik

5

55

Ağacdələnkimilərin bütün növləri

10

56

Sərçəkimilərin bütün növləri

5

57

Gürzə

80

58

İlanların digər növləri

30

59

Tısbağalar

3

60

Qurbağalar, kərtənkələlər

2

61

Tibb zəlisi

0,5

 

Qeyd: Bu siyahıda adları göstərilməyən qalan bütün fauna növləri

2

 

Suda üzən quşların kütləvi surətdə tutulması

20

 

Ov quşlarının və faydalı quşların yuvalarından götürülmüş hər yumurtası üçün

2

3.6. Vəhşi heyvanların növləri ov üçün qadağan edilmiş alətlər vasitəsi ilə və üsullarla ovlandıqda, bu sənədin 3.1-ci və 3.5-ci bəndlərinə əsasən hesablanan cərimələr 2 (iki) əmsalına vurulur.

3.7. Heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən cərimələr müvafiq olaraq, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair

TƏLİMAT

 

1.       "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişlərdən və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrdən daxil olmuş vəsait heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının stimullaşdırılmasına yönəldilir.

2.       Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olunmaqla, heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödəmələr, qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrdən daxil olan vəsaitlər xəzinədarlıq orqanlarında toplanaraq Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına köçürülür.

3.       Fondun vəsaitinin 5 faizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 7-ci bəndinə əsasən sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilir.

Fondda qalan vəsaitin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hissəsi, təsdiq edilmiş gəlir və xərclər smetası əsasında "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vəhşi heyvanların, o cümlədən nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi, artırılması və bərpasına, heyvanlar aləmi obyektlərinin dövlət uçotu, kadastrı və monitorinqinin təşkilinə və keçirilməsinə sərf olunur.

4.  Bu Təlimatda nəzərdə tutulan məqsədlər üçün vəsaitlərin səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edirlər.