"Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.     "Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı" təsdiq edilsin (əlavə olunur).

2.     Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 12 iyul 2004-cü il

93

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair

TƏDBİRLƏR PLANI[1]

 

Sıra

-si

Tədbirlərin məzmunu

İcraçılar[2]

Əhatə olunan dövr

İcra müddəti

1

2

3

4

5

 

I. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin tərtibi[3]

1.

Dövlət büdcəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin tərtibinin əlaqələndirilməsi aşağıdakı kimi həyata keçirilir:[4]

 

 

 

1.1. [5]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin proqnozlaşdırılması üçün tələb olunan əsas iqtisadi göstəricilər (ÜDM, onun illik artım tempi - dövlət və qeyri-dövlət sektorları üzrə, neft və qeyri-neft sektorları üzrə, istehsal üzrə strukturu, adambaşına düşən ÜDM-nin həcmi, dövlət və qeyri-dövlət sektorlarında məşğul olanların sayı, pərakəndə əmtəə dövriyyəsi, əhalinin pul gəlirləri və xərcləri, onun tərkibi, orta aylıq əmək haqqı, əhaliyə göstərilən pullu xidmətlərin həcmi və istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir[6]

İqtisadiyyat və Sənaye Nazirliyi

 

Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün

 

hər il mart ayının 1-dək

 

 

Pensiya, müavinətlər, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların , işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı proqram layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir[7]

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi

 

Növbəti büdcə ili və sonrakı 3 il üçün

 

hər il mart ayının 1-dək

 

 

 

Büdcə təşkilatlarının büdcələrində, o cümlədən büdcədənkənar əməliyyatlar üzrə əmək haqqı, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ayırmalar üçün nəzərdə tutulmuş məbləğlər barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. [8]

Maliyyə Nazirliyi

 

Növbəti büdcə ili və sonrakı 3 il üçün

 

hər il mart ayının 1-dək

 

1.2.[9]

"Tədbirlər planı"nın 1.1-ci bəndində göstərilən məlumatlar, həmçinin özünün mövcud məlumat bazası və qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələri ilkin layihəsi (müvafiq hesablamalar və əsaslandırıcı məlumatlarla birgə) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilir.[10]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart ayının 15-dək

1.3. [11]

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələri layihəsinə aşağıdakılar daxil edilir: [12]

 

 

 

a)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun daxilolma mənbələri üzrə faktiki, gözlənilən və ilkin proqnoz gəlirləri barədə müqayisəli məlumatlar;[13]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün [14]

hər il mart ayının 15-dək

 

b) [15]

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun hesablanmış gəlirləri, daxilolma mənbələri (dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorları, büdcə və qeyri-büdcə təşkilatlan, sahibkarlıq fəaliyyəti üzrə, habelə dövlət büdcəsinin vəsaiti hesabına) üzrə gəlirlər barədə məlumatlar;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Keçən ilin sonuna hesablanmış və cari ilin sonuna

hər il mart ayının 15-dək

 

c)

məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə sığortaedənlərin borcları barədə məlumatlar;[16]

Vergilər Nazirliyi[17]

Keçən ilin sonuna faktiki və cari ilin sonuna

hər il mart ayının 15-dək

 

ç)

sosial siyasət üzrə nəzərdə tutulan tədbirlərin (dərəcələrin dəyişdirilməsi) qiymətləndirilməsinə dair məlumatlar;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Növbəti büdcə ili və sonrakı 3 il üçün

 

hər il mart ayının 15-dək

 

d)

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun gəlirləri, daxilolma mənbələri (dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorları, büdcə və qeyri-büdcə təşkilatları, sahibkarlıq fəaliyyəti üzrə) habelə dövlət büdcəsinin vəsaiti hesabına nəzərdə tutulan daxilolmaları barədə məlumatlar;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Növbəti büdcə ili və sonrakı 3 il üçün

 

hər il mart ayının 15-dək

 

e)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun (xərclərin funksional, iqtisadi və inzibati təsnifatlar üzrə tərkibi göstərilməklə) faktiki, gözlənilən və ilkin proqnoz xərcləri barədə müqayisəli məlumatlar;[18]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Növbəti büdcə ili və sonrakı 3 il üçün

 

 

hər il mart ayının 15-dək

 

ə)

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu xərclərinin gözlənilən icrası, habelə növbəti il üzrə gəlirlərinin və xərclərinin ötən ilin faktiki, cari ilin isə proqnoz və gözlənilən nəticələri ilə büdcə təsnifatına uyğun müqayisəsi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Cari ildə

 

hər il mart ayının 15-dək

 

f)

zərurət yarandıqda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tələb etdiyi digər materiallar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Tələb olunan dövr üçün

mütəmadi

 

1.4.[19]

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin hazırlayıb təqdim etdiyi ölkənin iqtisadi və sosial inkişafının müvafiq göstəricilərinin proqnozlarının və aidiyyəti dövlət orqanları tərəfindən hazırlanıb təqdim edilmiş sosial proqram layihələrinin dəqiqləşdirilmiş variantı nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin dəqiqləşdirilmiş büdcəsinin tərtibinə dair təlimat məktubu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir[20]

Maliyyə Nazirliyi

 

Növbəti büdcə ili və sonrakı 3 il üçün

 

hər il may ayının 1-dək

 

1.5.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin dəqiqləşdirilmiş büdcə layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il iyul ayının 1-dək

II. Dövlət Neft Fondu büdcəsinin tərtibi

2.

Dövlət büdcəsi ilə Dövlət Neft Fondu büdcəsinin tərtibinin əlaqələndirilməsi aşağıdakı kimi həyata keçirilir:

 

 

 

2.1.

aşağıdakı məlumatları Dövlət Neft Fonduna təqdim etmək:

 

 

 

a) [21]

ÜDM, onun illik artım tempi, dövlət və qeyri-dövlət sektorları üzrə, neft və qeyri-neft sektorları üzrə, istehsal üzrə strukturu, adambaşına düşən ÜDM-nin həcmi, dövlət və qeyri-dövlət sektorlarında məşğul olanların sayı, pərakəndə əmtəə dövriyyəsi, əhalinin pul gəlirləri və xərcləri, onun tərkibi, orta aylıq əmək haqqı, əhaliyə göstərilən pullu xidmətlərin həcmi və istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya) barədə proqnozları;

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə

Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün

hər il mart ayının 1-dək

b)

Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan ayrılması təklif olunan vəsaitin həcmi barədə məlumat

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart ayının 1-dək

2.2.

Dövlət Neft Fondu alınmış məlumatları, habelə digər mülahizələri, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətin-dən alınan məlumatları, beynəlxalq maliyyə bazasında vəziyyətin təhlilini, ötən il ərzində maliyyələşdirilməsi hər hansı səbəbdən başa çatdırılmamış layihələri və s. nəzərə alaraq ilkin büdcə proqnozlarını hazırlayıb, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir

Dövlət Neft Fondu

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart ayının 15-dək

2.3.

Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunan Dövlət Neft Fondunun büdcə layihəsinə aşağıdakılar daxil edilir:

Dövlət Neft Fondu

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart ayının 15-dək

a)

Dövlət Neft Fondunun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərin və xərclərinin proqnozları (xərclərin funksional, iqtisadi və inzibati təsnifatları üzrə);

Dövlət Neft Fondu

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart ayının 15-dək

b)

Dövlət Neft Fondu gəlirlərinin və xərclərinin büdcə təsnifatına uyğun cari ildə gözlənilən icrası barədə məlumatı, habelə büdcə ili və sonrakı 3 il üzrə gəlirlərinin və xərclərinin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə büdcə təsnifatı üzrə müqayisəsi;

Dövlət Neft Fondu

 

 

c)

zərurət yarandıqda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tələb etdiyi digər materiallar

Dövlət Neft Fondu

Tələb olunan dövr üçün

mütəmadi

2.4.

Ölkənin iqtisadi və sosial inkişafının müvafiq göstəricilərinin proqnozlarının və sosial proqram layihələrinin dəqiqləşdirilmiş variantını nəzərə almaqla Dövlət Neft Fondunun dəqiqləşdirilmiş büdcəsinin tərtibinə dair təlimat məktubu Dövlət Neft Fonduna təqdim edilir.

Maliyyə Nazirliyi

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il may ayının 1-dək

2.5.

Dövlət Neft Fondu dəqiqləşdirilmiş büdcəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir

Dövlət Neft Fondu

Növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il may ayının 1-dək

 

III. Büdcənin tərtibi prosesi üzrə müzakirələrin yekunlaşdırılması

3.1.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi icmal dövlət büdcəsinin, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcə layihələrini, o cümlədən mədaxil mənbələri üzrə gəlirlərin məbləği, xərclərin məbləği və istiqamətləri, daxili və xarici borclanmanın yuxarı həddi, dövlət büdcəsinin kəsiri və ya artığı, icmal büdcəsinin kəsirinin maliyyələşdirilməsinin mənbələri, dövlət büdcəsinin artığı (profisiti) olduqda isə, gözlənilən profisitin istifadə istiqamətləri barədə göstəriciləri büdcədənkənar dövlət fondlarına göndərir

Maliyyə Nazirliyi

 

hər il may ayının 15-dək

3.2.

Maliyyə Nazirliyi ilə büdcədənkənar dövlət fondları arasında büdcə layihələri üzrə müzakirələr aparılır. Müzakirələrin nəticələri protokolla rəsmiləşdirilir, mübahisəli məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müzakirəsinə çıxarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi

 

hər il may ayının 30-dək

 

IV. Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi

4.1.

Büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası, büdcədənkənar dövlət fondları və onların tabeli qurumları vasitəsilə aşağıdakı kimi həyata keçirilir:

Büdcədənkənar dövlət fondları

 

müəyyən edilmiş müddətlərdə

a)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin icrası üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir;[22]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

mütəmadi

b)

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər istisna olmaqla Fondun bütün digər xərcləri dövlət xəzinədarlığı vasitəsilə icra edilir

Dövlət Neft Fondu

 

mütəmadi

 

4.2.

Dövlət xəzinədarlığı dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin kassa icrası üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır

Maliyyə Nazirliyi

 

mütəmadi

4.3.

Yerli xəzinədarlıqlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun xəzinə hesablarına daxil olmuş vəsaitlər barədə məlumatı daxilolmaların mənbələri göstərilməklə, rəsmi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri Dövlət Məşğulluq Xidmətinin yerli şöbələrinə təqdim edilir[23]

Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

gündəlik olaraq

 

Dövlət Xəzinədarlığı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsini həyata keçirirlər

Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

ayda bir dəfə

 

4.4.

Dövlət Xəzinədarlığının müvafiq struktur bölmələri və Dövlət Neft Fondu xəzinədarlıq vasitəsilə icra edilmiş bütün digər xərclər barədə məlumatların ayda bir dəfə üzləşdirilməsini həyata keçirirlər

Maliyyə Nazirliyi, Dövlət Neft Fondu

Tələb olunan dövr üçün

ayda bir dəfə

 

4.5.

Büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası zamanı, onlara qanunvericiliyə uyğun olaraq dəyişikliklərin edilməsi zərurəti yarandıqda, təklif olunan dəyişikliklərin icmal dövlət büdcəsi ilə əlaqələndirilməsini həyata keçirmək (dəyişikliklərin inflyasiya səviyyəsinə, manatın mübadilə məzənnəsinə, icmal büdcəsinin kəsirinin (profisitinin) ÜDM-ə nisbətinə və s. göstəricilərə təsirini müəyyən etmək) məqsədilə dəyişikliklər layihəsi Maliyyə Nazirliyinə təqdim edilir və Maliyyə Nazirliyi tərəfindən ən geci 30 gün ərzində dəyişikliklər layihəsinə dair rəy verilir. Dəyişikliklər Maliyyə Nazirliyi tərəfindən məqbul hesab edildikdə və sonra müvafiq orqan tərəfindən təsdiq olunduqda Maliyyə Nazirliyi dəyişiklikləri icmal dövlət büdcəsinə daxil edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi

 

rüblük

30 gün ərzində

4.6.

İcmal büdcənin icrası barədə hesabat büdcədənkənar dövlət fond-ları tərəfindən aylıq, rüblük və ilin əvvəlindən artan yekunla təqdim etdikləri gəlir və xərclərin icrasına dair hesabatlar əsasında hazırlanır və rüblük və illik hesabatlar mətbuatda dərc etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

hesabat dövründən sonrakı ayın 25-dək

Dövlət Neft Fondu, Maliyyə Nazirliyi

illik

hesabat dövründən sonrakı ayın 30-dək

 

Qeyd. Bu Tədbirlər Planında dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[24]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 130)

2.       9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 11, maddə 936)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)

4.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

5.       1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2016-cı il, 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 7, maddə 1343)

6.       28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 mart 2017-ci il, 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 325)

7.       19 may 2017-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 984)

8.       9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121)

9.       20 may 2019-cu il tarixli 234 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 968)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 noyabr 2009-cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 11, maddə 936) ilə "Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı"nın 1.3-cü bəndinin e) və 2.3-cü bəndinin a) yarımbəndlərinin "Tədbirlərin məzmunu" sütunlarında "təşkilati" sözü "inzibati" sözü ilə əvəz edilmişdir.

 

[2] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2016-cı il, 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 7, maddə 1343) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının İcraçılar sütununda Dövlət Sosial Müdafiə Fondu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 may 2017-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 984) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planının 1-ci bölməsinin adında Dövlət Sosial Müdafiə Fondu sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sözləri ilə əvəz edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının I bölmənin adında Fondu büdcəsinin sözləri Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 may 2017-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 984) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planının 1-ci hissəsində, 1.1-ci bəndin birinci abzasında Dövlət Sosial Müdafiə Fondu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sözləri ilə əvəz edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1-ci hissəsində Fondu büdcəsinin sözləri Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının 1.1-ci, 1.2-ci, 1.4-cü, 1.5-ci bəndlərdə İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının 1.1-ci, 1.2-ci, 1.3-cü, 1.4-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 2.5-ci bəndlərindən və 2.1-ci bəndinin a və b yarımbəndlərindən və Sənaye sözləri çıxarılmışdır.

 

[6] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2016-cı il, 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 7, maddə 1343) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununda 1.1-ci bəndin birinci, ikinci və üçüncü abzaslarında Dövlət Sosial Müdafiə Fonduna sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sözləri ilə əvəz edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.1-ci bəndin birinci abzasında Fondu büdcəsinin sözləri Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin sözləri ilə, göstəricilərin proqnozları sözləri göstəricilər sözü ilə əvəz edilmişdir.

 

[7] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 130) ilə 1.1-ci bəndinin ikinci abzasında əlillərin sözündən sonra , sağlamlıq imkanları məhdud uşaqların sözləri əlavə edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.1-ci bəndin ikinci abzası ləğv edilmişdir.

 

[8] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.1-ci bəndin üçüncü abzasda və sosial sığorta ayırmaları sözləri , sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ayırmalar sözləri ilə əvəz edilmişdir.

 

[9] 19 may 2017-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 984) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planının 1.2-ci bəndində, 1.3-cü bəndin birinci və ə abzaslarında Dövlət Sosial Müdafiə Fondu sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sözləri ilə, a, b, d və e abzaslarında Dövlət Sosial Müdafiə Fondunun sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sözləri ilə əvəz edilmişdir.

 

[10] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.2-ci bənddə Fondu büdcəsinin sözləri Fondunun və işsizlikdən sığorta fondunun büdcələri sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə 1.3-cü, 2.2-ci, 2.3-cü və 2.5-ci bəndlərdə Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə sözləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə sözləri ilə əvəz edilmişdir.

 

[12] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.3-cü bəndin birinci abzasda Fondu büdcəsinin sözləri Fondunun və işsizlikdən sığorta fondunun büdcələri sözləri ilə əvəz edilmişdir.

 

[13] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.3-cü bəndin a abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun gözlənilən gəlirləri, daxilolma mənbələri (dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorları, büdcə və qeyri-büdcə təşkilatlan, sahibkarlıq fəaliyyəti üzrə, habelə dövlət büdcəsinin vəsaiti hesabına) üzrə gəlirlər barədə məlumatlar;

 

[14] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Əhatə olunan dövr sütunu üzrə 1.3-cü bəndin a abzasında Keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən sözləri Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün sözləri ilə əvəz edilmişdir.

 

[15] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.3-cü bəndin b, d və ə abzasları ləğv edilmişdir.

 

[16] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.3-cü bəndin c abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

c) məcburi dövlət sosial sığorta ayırmaları üzrə hüquqi və fiziki şəxslərin borcları (dövlət və qeyri-dövlət, büdcə və qeyri-büdcə təşkilatları, sahibkarlıq fəaliyyəti üzrə) barədə məlumatlar;

 

[17] 20 may 2019-cu il tarixli 234 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 968) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının 1.3-cü bəndinin c abzasının İcraçılar sütununda Əmək və Əhalinin Sosial Müdafiəsi sözləri Vergilər sözü ilə əvəz edilmişdir.

 

[18] 9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 1.3-cü bəndin e abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

e) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun (xərclərin funksional, iqtisadi və inzibati təsnifatlar üzrə tərkibi göstərilməklə) xərcləri, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan müavinət xərcləri barədə hesablamalar;

 

[19] 19 may 2017-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 984) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planının 1.4-cü, 1.5-ci bəndlərində və 4.1-ci bəndin a abzasında Dövlət Sosial Müdafiə Fondunun sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sözləri ilə əvəz edilmişdir.

 

[20] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2016-cı il, 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 7, maddə 1343) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununda 1.4-cü bənddə həmin Fonda sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sözləri ilə əvəz edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının 1.4-cü və 1.5-ci bəndlərdə Fondunun sözü Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin sözləri ilə əvəz edilmişdir.

 

[21] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə 2.1-ci bəndin a və b abzaslarında İqtisadi İnkişaf Nazirliyi sözləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə sözləri ilə əvəz edilmişdir.

 

[22] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2016-cı il, 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 7, maddə 1343) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununda 4.1-ci bəndin a abzasında Dövlət Sosial Müdafiə Fondu və onun tabeli qurumları sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları sözləri ilə əvəz edilmişdir.

28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 mart 2017-ci il, 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 325) ilə cədvəlin Tədbirlərin məzmunu sütununun 4.1-ci bəndinin a abzasında, 4.3-cü bəndinin birinci (hər iki halda) və ikinci abzaslarında ismin müvafiq hallarında yerli orqanları sözləri ismin müvafiq hallarında şəhər, rayon şöbələri sözləri ilə əvəz edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 4.1-ci bəndin a abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

a) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və onun şəhər, rayon şöbələri üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına (Fondun gəlirlərinin ayrıca uçotunun aparılması məqsədilə həmin ödənişlərə xüsusi bank kodu verilir) köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları xüsusi kodlu vahid xəzinə hesabına köçürülür və həmin vəsait Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir;

 

[23] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 iyul 2016-cı il, 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 7, maddə 1343) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununda 4.3-cü bəndin birinci abzasında Dövlət Sosial Müdafiə Fondunun və onun tabeli qurumlarının sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və onun yerli orqanlarının sözləri ilə, Dövlət Sosial Müdafiə Fondu orqanlarına sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına sözləri ilə və ikinci abzasında Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları sözləri ilə əvəz edilmişdir.

 

9 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 yanvar 2018-ci il, 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 121) ilə Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planının Tədbirlərin məzmunu sütununun 4.3-cü bənddə Fondunun və onun şəhər, rayon şöbələrinin xüsusi kodlu sözləri Fondunun və işsizlikdən sığorta fondunun xəzinə sözləri ilə əvəz edilmişdir və həmin bəndə ismin müvafiq hallarında rayon şöbələri sözlərindən sonra ismin müvafiq hallarında Dövlət Məşğulluq Xidmətinin yerli şöbələri sözləri əlavə edilmişdir.

 

[24] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 mart 2017-ci il, 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 325) ilə cədvəldən sonra yeni məzmunda Qeyd əlavə edilmişdir.