Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

M a d d ə   1 . Qanunun məqsədi

1.1.     Bu Qanun Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində (bundan sonra - Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) qulluq edən şəxslərin icbari sığortası qaydalarını müəyyən edir.

1.2.     Bu Qanunun məqsədləri üçün Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər dedikdə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa Müvafiq olaraq diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər (diplomatik xidmət əməkdaşları) və həmin orqanların inzibati-texniki xidmətini həyata keçirən şəxslər nəzərdə tutulur.

M a d d ə 2 .   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında qanunvericilik

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Diplomatik xidmət haqqında", "Sığorta haqqında" Azərbaycan Respublikasının qanunları ilə, bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

M a d d ə   3 . Sığorta olunan

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər bu Qanuna uyğun olaraq sığorta olunanlardır.

M a d d ə   4 . Sığorta etdirən

Sığorta etdirən Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən Müvafiq icra hakimiyyəti orqanıdır.

M a d d ə   5 . Sığortaçı

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sığortaçısı dövlət sığorta orqanıdır.

M a d d ə   6 . Sığorta hadisəsi

6.1.     Sığorta olunanın fərdi qəza (bədbəxt hadisə) nəticəsində həlak olması (vəfat etməsi) və ya sağlamlığına zərər vurulması (əlillik və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.

6.2.     Fərdi qəzanın (bədbəxt hadisənin) sığorta olunanın sərxoş halda olması, narkotik və toksiki maddələrdən istifadəsi, özünə qəsd etməsi nəticəsində baş verməsi sığorta hadisəsi sayılmır.

6.3.     Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya sığorta etdirən bu barədə sığortaçım xəbərdar etməlidir.

M a d d ə   7 . Sığorta məbləği və sığorta haqqı

7.1.      Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı şərti maliyyə vahidinin 10 (on) min misli, digər diplomatik vəzifə tutan şəxslər şərti maliyyə vahidinin 6 (altı) min misli, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə şərti maliyyə vahidinin 4 (dörd) min misli həcmində sığorta edilirlər.

7.2.      Sığorta haqqı sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.

M a d d ə   8 . Sığorta ödənişləri

8.1. Sığorta olunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:

8.1.1. həlak olması (vəfat etməsi) - 100 faiz; 8.1.2.1 qrup əlillik - 80 faiz;

8.1.3.      II qrup əlillik - 60 faiz;

8.1.4.      III qrup əlillik - 40 faiz;

8.1.5.      əlillik qrupu təyin olunmadan ağır xəsarət alması - 20 faiz;

8.1.6.      yüngül xəsarət alması - 10 faiz.

8.2. Sığorta olunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən üç il müddətində vəfat edərsə və ya sağlamlığına zərər vurularsa, sığorta olunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə sığortanın tam məbləği arasındakı fərq onun varisinə və ya sığorta olunanın özünə bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir.

M a d d ə   9 . Sığortanın aparılması qaydaları

9.1.      Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sığorta etdirənlə sığortaçı arasında bağlanmış müqavilə əsasında aparılır.

9.2.      Sığorta etdirən növbəti il üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edir.

9.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində dövlət qulluğuna qəbul edilən şəxslər işə qəbul olunduqları tarixdən müvafiq qaydada sığorta olunmuş hesab edilirlər.

9.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

9.5.      Sığorta haqlarının məbləği hər ilin əvvəlində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sayına uyğun olaraq hesablanır.

9.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləği sığorta etdirən tərəfindən rübdə bir dəfə sığortaçının hesabına köçürülür.

M a d d ə   10. Sığorta ödənişinin verilməsi müddəti

10.1.     Sığortaçı bu Qanunla nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun varisinə sığorta ödənişini bu Qanunun 11-ci maddəsində göstərilmiş sənədləri aldığı gündən 7 (yeddi) təqvim günü ərzində ödəyir.

10.2.     Sığorta olunan, yaxud onun varisi sığorta ödənişini bu Qanunla müəyyən edilmiş hallarda və qaydada almadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Müvafiq olaraq sığorta hadisəsinin baş verdiyi gündən 3 (üç) il müddətində sığortaçıdan tələb etmək hüququna malikdir.

M a d d ə   11. Sığorta ödənişinin alınması üçün tələb olunan sənədlər

11.1. Sığorta ödənişinin alınması üçün sığorta olunan, yaxud onun varisi tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində tutduğu vəzifə barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədlər təqdim edilir:

11.1.1.        həlak olması (vəfat etməsi) halında:

11.1.1.1.      sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;

11.1.1.2.      vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;

11.1.2.        sığorta olunanın sağlamlığına zərər vurulduğu halda:

11.1.2.1.      əlillik haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixi göstərilməklə) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın notariat qaydasında təsdiq edilmiş surəti;

11.1.2.2.      ağır və ya yüngül xəsarətin alınmasını təsdiq edən tibbi arayış.

11.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə   12. Bu Qanunun icrasına nəzarət və onun pozulmasına rə məsuliyyət

12.1.    Bu Qanunun icrasına nəzarəti öz səlahiyyətləri daxilində sığorta etdirən və sığortaçı həyata keçirir.

12.2.    Bu Qanunun müddəalarının pozulmasına görə sığorta etdirənin və sığortaçının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

M a d d ə   13. Mübahisələrə baxılması qaydası

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2004-cü il

№ 651-IIQ