Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 453 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 453 nömrəli Sərəncamı ilə vəzifə maaşları müəyyən edilən rəhbər işçilər istisna olmaqla) vəzifə maaşlarının sxemi bu qərarın 1-14-cü əlavəsinə uyğun olaraq müəyyən edilsin.

2.   Ayrılmış büdcə təxsisatları çərçivəsində bu qərarın əlavələrində göstərilən təşkilatlarda çalışan işçilərə hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və bir aylıq vəzifə maaşları həcmində mükafat ödənilə bilər.

3.   Əsas və qeyri-əsas fəaliyyət istiqamətindən asılı olaraq təşkilatların mərkəzi aparatında struktur bölmələrinin əsas və qeyri-əsas idarə və şöbələrə aid edilməsi həmin təşkilatlanın rəhbəri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın əlavələrində nəzərdə tutulmuş vəzifələr üzrə aylıq vəzifə maaşlarını müvafiq təşkilatların rəhbərlərinin təqdimatı ilə zəruri hallarda müəyyən etsinlər və müvafiq izahatlar versinlər.

5. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-4-cü, 7-9-cu və 11-14-cü əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru alimlik dərəcəsi üzrə 250000 manat, elmlər namizədi alimlik dərəcəsi üzrə 150000 manata, 5-ci, 6-cı və 10-cu əlavələrinə əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru alimlik dərəcəsi üzrə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi üzrə 90000 manat məbləğində əlavələr ödənilsin.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu qərara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının işçilərinin vəzifə maaşları barədə müvafiq qərar qəbul etsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarının 9-cu bəndinin üçüncü abzasında, "Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 2003-cü il 25 oktyabr tarixli 138 nömrəli qərarının 1-ci bəndinin dördüncü abzasında və "Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında" 1996-cı il 26 may tarixli 60 nömrəli qərarının 14-cü bəndinin dördüncü abzasında "işçilərin" sözündən sonra "Vahid Tarif Cədvəli üzrə" sözləri əlavə edilsin, 2004-cü il 20 may tarixli 96s nömrəli sərəncamının 1-ci bəndində "müəyyənləşdirilməklə işçilərinin aylıq vəzifə maaşları təsdiq edilsin (1 nömrəli əlavə)" sözləri "müəyyənləşdirilir" sözü ilə əvəz edilsin və 1 nömrəli əlavəsi çıxarılsın, "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında" 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli qərarının 1-ci bəndindən "və aylıq vəzifə maaşları" sözləri, qərarın əlavəsinin adından "və aylıq vəzifə maaşları" sözləri, əlavədəki cədlvəldən "Aylıq vəzifə maaşı (manatla)" və "Aylıq əmək haqqı fondu (manatla)" adlı sütunlar çıxarılsın, 2003-cü il 28 noyabr tarixli 239s nömrəli sərəncamının 1-ci bəndindən "(aylıq vəzifə maaşı 700 000 manat)", "(aylıq vəzifə maaşı 295 000 manat)" sözləri çıxarılsın, "Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin yaradılması haqqında" 2002-ci il 6 avqust tarixli 125 nömrəli qərarının 3-cü bəndindən "və işçilərinin vəzifə maaşları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mərkəzi aparatının əməkdaşları üçün tərtib edilmiş əməyin ödənilməsi şərtlərinə və formalarına uyğun müəyyənləşdirilsin" sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında" 2001-ci il 29 yanvar tarixli 28 nömrəli qərarı (12-ci bəndi istisna olmaqla), "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında" 2003-cü il 26 sentyabr tarixli 126 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla), "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında" 1997-ci il 7 avqust tarixli 87 nömrəli qərarının 1-ci - 8-ci bəndləri, "Azərbaycan Respublikası Dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi haqqında" 1995-ci il 6 noyabr tarixli 239 nömrəli qərarı, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazrliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" 2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarının 3-cü bəndi, 2001-ci il 6 iyul tarixli 120 s nömrəli sərəncamı, 2002-ci il 17 sentyabr tarixli 197s nömrəli sərəncamının 2-ci bəndi, "İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin Siyahısı”nın təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" 2003-cü il 26 dekabr tarixli 162 nömrəli qərarı, "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında" 2002-ci il 10 dekabr tarixli 192 nömrəli qərarının 3-cü bəndi, "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının atırılması haqqında" Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli 28 nömrəli qərarına əlavə edilməsi barədə" 2002-ci il 27 avqust tarixli 141 nömrəli qərarı, 2003-cü il 24 mart tarixli 46s nömrəli sərəncamının 1-ci bəndi, "Azərbaycanda Atatürk Mərkəzi işçilərinin vəzifə maaşlarının müəyyənləşdirilməsi barədə" 2001-ci il 25 sentyabr tarixli 155 nömrəli qərarı, "Azərbaycanda Atatürk Mərkəzi işçilərinin vəzifə maaşlarının müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 155 nömrəli qərarına dəyişikliklər edilməsi barədə" 2002-ci il 12 iyun tarixli 94 nömrəli qərarı, "Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 13 aprel tarixli 46 nömrəli qərarı, "Dövlət arxivləri işçilərinin əmək haqlarının tənzimlənməsi haqqında" 1999-cu il 25 avqust tarixli 138 nömrəli qərarının 1-ci və 2-ci bəndləri, "Dövlət arxiv işçilərinin əmək haqlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 138 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında" 2001-ci il 25 dekabr tarixli 198 nömrəli qərarı, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin və dövlət notariat kontorları işçilərinin vəzifə maaşları haqqında" 2003-cü il 1 fevral tarixli 14 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun bəzi məsələləri haqqında" 2001-ci il 23 may tarixli 99 nömrəli qərarının 2-ci və 3-cü bəndləri, "Azərbaycan Aqrar-Elm Mərkəzi aparatının işçilərinin əmək haqqının tənzimlənməsi haqqında" 2002-ci il 10 yanvar tarixli 3 nömrəli qərarı, "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması haqqında" 2002-ci il 5 iyun tarixli 91 nömrəli qərarı, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin yaradılması haqqında" 1999-cu il 9 dekabr tarixli 188 nömrəli qərarının 4-cü bəndi, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin işçilərinin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında" 2002-ci il 10 oktyabr tarixli 155 nömrəli qərarı, "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin işçilərinin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında" 2003-cü il 19 fevral tarixli 28 nömrəli qərarı, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin bəzi məsələləri haqqında" 2003-cü il 17 yanvar tarixli 8 nömrəli qərarının 2-ci və 3-cü bəndləri, 2000-ci il 27 iyul tarixli 140s nömrəli sərəncamının 1-ci bəndi, "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli 28 nömrəli qərarına əlavələr edilməsi barədə" 2001-ci il 4 may tarixli 90 nömrəli qərarı, "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiq edilməsi, "Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında" 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarının 4-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

9. Bu qərar 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 27 yanvar 2005-ci il

№ 8

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

1 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin

və aparatının, AMEA-nın Naxçıvan bölməsinin aparatının işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(min manatla)

AMEA-nın Rəyasət Heyətinin elmi katibi

1790

AMEA-nın və AMEA-nın Naxçıvan bölməsinin aparatlarında digər vəzifələr:

 

Əsas şöbənin rəisi, işlər müdiri

 

 

1790

Əsas şöbənin rəis müavini

1500

AMEA-nın elmi bölməsinin katibi,

 

AMEA-nın Naxçıvan bölməsinin elmi katibi

1500

Qeyri-əsas şöbənin rəisi

980

Qeyri-əsas şöbənin rəis müavini

930

Baş mütəxəssis, baş mühasib, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri

900

AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın vitse-prezidentinin köməkçisi

900

Aparıcı mütəxəssis

800

Mütəxəssis

720

Arxiv müdiri, təsərrüfat müdiri, böyük arxivçi, böyük inspektor, sürücü

360-420

Arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektor, texnik, komendant, laborant

 

310-360

Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

 

260-310

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

2 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikası Dövlət Televiziya və

Radio Verilişləri Şirkətinin mərkəzi aparatının işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(min manatla)

İdarə rəisi

1790

İdarə rəisinin müavini

1500

Şöbə rəisi

980

Sədrin köməkçisi, baş mütəxəssis

900

Kollegiyanın katibi

860

Aparıcı mütəxəssis

800

Mütəxəssis

720

Anbar müdiri, texnik, xəzinədar, makinaçı, sürücü

310-360

Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

 

 

260-310

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

3 NÖMRƏLİ ƏLAVƏ

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(min manatla)

Əsas şöbənin müdiri, Geostrateji Araşdırma

Mərkəzinin müdiri, fakültə dekanı

 

1470

Əsas şöbənin müdir müavini, mərkəzin müdir müavini,

fakültə dekanının müavini

 

1300

Kafedra müdiri

1240

İnsan hüquqları, demokratiya və sülh problemləri üzrə

YUNESKO Mərkəzinin müdiri

 

805

Qeyri-əsas şöbənin müdiri, kitabxana müdiri, kompüter

məkrəzinin müdiri, rektorun məsləhətçisi, rektorun köməkçisi

 

800

Baş elmi işçi

740

Elmi katib, mətbuat xidmətinin katibi

730

Baş mütəxəssis, aparıcı elmi işçi

710

Baş metodist, baş redaktor, kabinet müdiri, laboratoriya müdiri,

istehsalat təcrübəsinin rəhbəri, böyük kitabxanaçı, aparıcı mütəxəssis, elmi işçi

 

630

Kiçik elmi işçi

600

Kitabxanaçı, biblioqraf, təhsilin texniki təşkilatçısı,

mütəxəssis, laborant (ali təhsilli), redaktor, metodist

 

590

Pedaqoji heyət

 

Professor

1240

Dosent

800

Baş müəllim

750

Müəllim

630

Xidmətçi heyət

 

Xəzinədar, dispetçer, statistik, katibə (inspektor), katibə-makinaçı,

arxivçi, komendant, operator, kargüzar, anbardar, təchizatçı, sürücü

 

250-300

Bina, qurğu və avadanlıqların istismarı və təmiri üzrə fəhlə,

xidməti otaqları yığışdıran, təmirçi-çilingər, dülgər, dalandar,

gözətçi, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

 

200-250

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

4 NÖMRƏLİ ƏLAVƏ

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(min manatla)

Şöbə müdiri, kompüter məkrəzinin müdiri, redaksiya müdiri,

baş mühasib

 

1400

Şöbə müdirinin müavini, kompüter mərkəzinin müdir müavini,

redaksiya müdirinin müavini, baş mühasibin müavini

 

1190

Ümumi şöbənin müdiri, kitabxana müdiri

770

Böyük elmi redaktor, iqtisadçı, mühasib

700

Elmi redaktor

605

Kiçik redaktor, mütəxəssis, komendant

560

Sürücü

400

Arxivçi

380

Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və

fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

260-370

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

5 NÖMRƏLİ ƏLAVƏ

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar

Dövlət Komissiyasının İşçi Qrupunun işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(min manatla)

İşçi Qrupunun rəhbəri

2000

İşçi Qrupunun rəhbərinin müavini

1400

Böyük referent

1200

Referent

1000

Katib-inspektor

550

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

6 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin

Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının

daimi fəaliyyət göstərən İşçi Qrupunun işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

İşçi Qrupunun rəhbəri

2000

İşçi Qrupunun rəhbərinin müavini

1400

Böyük referent

1200

Referent

1000

Baş mühasib

770

Mühəndis-proqramlaşdırıcı

590

Mütəxəssis

590

Tərcüməçi

590

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

7 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Şöbə müdiri

1220

Elmi əməkdaş

1030

Baş redaktor

610

Redaktor

520

Mühasib

500

Arxivçi-kitabxanaçı, təsərrüfat müdiri

300

Kompüter operatoru, katibə

280

Xidməti otaqları yığışdıran

200

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

8 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin

Milli Kulinariya Mərkəzinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Baş direktor

720

Baş direktorun müavini

620

Baş mütəxəssis

520

Aparıcı mütəxəssis

460

Mütəxəssis

410

Makinaçı

220

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

9 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi

Departamentinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Direktor

730

Direktorun müavini

610

Şöbə müdiri

550

Sektor müdiri

480

Baş mütəxəssis

500

Aparıcı mütəxəsis

460

Mütəxəssis

405

Sürücü

250

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

10 NÖMRƏLİ ƏLAVƏ

İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş

mühasibatlıq işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Baş mühasib *

550

Baş mühasibin müavini

460

Bölmə rəhbəri, qrup rəhbəri

440

Böyük mühasib, böyük iqtisadçı

400

Aparıcı mühasib, aparıcı iqtisadçı

390

Mühasib, iqtisadçı

370

Kompüter üzrə mütəxəssis

260

Böyük xəzinədar

235

Sürücü

220

Xəzinədar, katibə, makinaçı

210

Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

180

 

* Rayon (şəhər) təhsil şöbələrinin aparatında mövcud olan baş mühasiblər və Bakı və Sumqayıt şəhər səhiyyə şöbələrinin aparatında mövcud olan baş mühasiblər istisna olmaqla.

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

11 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikasının dövlət arxivləri və onların filiallarının,

rayon (şəhər) dövlət arxivləri, dövlət notariat arxivləri,

respublika vətəndaşlıq vəziyyəti aktları arxivlərinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adi

 

Aylıq vəzifə maaşı (min manatla)

Dövlət arxivinin direktoru, dövlət arxivinin filialının direktoru (I qrup)

 

640

Dövlət arxivinin filialının direktoru (II qrup), dövlət arxivinin direktor müavini, dövlət arxivinin filialının (I qrup) direktor müavini

 

 

590

Rayon (şəhər) dövlət arxivinin müdiri, dövlət arxivinin filialının (II qrup) direktor müavini

 

540

Söbə müdiri, laboratoriya müdiri (arxiv işi sahəsinə aid olan müxtəlif adlarda)

 

520

Dövlət notariat arxivinin müdiri, vətəndaşlıq vəziyyəti aktları arxivinin müdiri

 

500

Fondların baş mühafizəçisi (qoruyucusu)

490

Aparıcı mütəxəssis: arxeoqraf, arxivçi (arxivşünas), biblioqraf, paleoqraf, məsləhətçi

 

440

Bərpaçı-rəssam (xüsusilə qiymətli və nadir arxiv sənədlərinin bərpası ilə məşğul olan)

 

410-470

Arxeoqraf, arxivçi (arxivşünas), biblioqraf, paleoqraf

330-380

Böyük fond mühafizəçisi, sürücü

260

Fond Mühafizəçisi, dəftərxana müdiri, texnik, makinaçı, kompüter operatoru, kargüzar, arxivçi, surətçıxarma-çoxaltma maşınlarının operatoru

 

 

220

Gözətçi, ocaqçı, liftçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

180

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

12 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikası Mərkəzi Secki Komissiyasının nəzdində

İnformasiya Mərkəzinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Direktor

2700

Direktor müavini

2100

Söbə rəisi

860

Baş mütəxəssis

780

Aparıcı mütəxəssis

740

Mütəxəssis

650

Sürücü, yardımçı fəhlə, xidməti otaqları yığışdıran

300

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

13 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə

Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu,

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan

Aqrar Elm Mərkəzinin aparatı, Azərbaycan Respublikası Maliyyə

Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzi, Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi, Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər

üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi, Azərbaycan Respublikası İqtisadi

İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Baş direktor, direktor

900

Baş direktorun müavini, direktor müavini

750

Professor, kafedra müdiri

520

Elmi katib, əsas şöbənin müdiri (rəisi),

elmi tədqiqat laboratoriyasının müdiri

 

500

Baş elmi işçi

450

Dosent, aparıcı elmi işçi

440

Böyük elmi işçi, baş müəllim, baş mütəxəssis, bas mühasib, baş metodist, qeyri-əsas şöbənin müdiri

 

430

Elmi işçi, aparıcı mütəxəssis, aparıcı metodist

400

Kiçik elmi işçi, kitabxana müdiri, metodist, mütəxəssis

360

Böyük laborant (ali təhsilli)

350

Laborant (ali təhsilli), kitabxanaçı

320

Rəhbərin katibi, böyük inspektor, böyük laborant, sürücü

 

210

Təsərrüfat müdiri, laborant, xəzinədar, texnik, inspektor, kompüter operatoru, dəftərxana müdiri, komendant, anbar müdiri, katibə

 

 

180

Arxivçi, kargüzar

170

Gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

 

150

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 8 nömrəli qərarına

14 NÖMRƏLİ ƏLAVƏ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza

və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin və

Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin

AYLIQ VƏZİFƏ MAAŞLARININ SXEMİ

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (min manatla)

Baş direktor

900

Baş direktorun müavini

750

Şöbə müdiri:

- tibb sahəsində həkim ixtisası tələb olunan

- digər profilli

 

490

470

Şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisi-patoloq-anatom:

- mərkəzin (birliyin) aparatında

- şəhər (rayon), regional qurumlarda

 

 

490

440 - 450

Məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalist:

- mərkəzin (birliyin) aparatında

- şəhər (rayon), regional qurumlarda

 

 

450

390 - 400

Baş mühasib

450

Ekspert-həkim, ekspert

440

Mülki müdafiə qərargahının rəisi,

baş mühasibin müavini

 

430

Həkim

390

Baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcı

 

360

Böyük tibb bacısı, böyük laborant

210

Laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, tibb bacısı, xəzinədar, fotoqraf, kompüter operatoru, dispetçer, arxiv müdiri

 

 

200

Tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, makinaçı, katibə-makinaçı, kiçik tibb bacısı, təsərrüfat tibb bacısı, dəftərxana müdiri, anbar müdiri, sürücü

 

 

 

190

Ekspeditor, arxivçi, sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətediçi heyət

 

 

 

 

150 -180

 

 

Aparatın rəhbəri A. HACIYEV