Azərbaycan Respublikasının “Mülki aviasiya haqqında” beynəlxalq konvensiyaya qoşulması barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanaraq, dövlətlər arasında qarşılıqlı hörmət, dövlət suverenliyi və beynəlxalq əməkdaşlığın demokratik prinsiplərindən çıxış edərək qərara alır:

1.   Azərbaycan Respublikası “Mülki aviasiya haqqında” 1944-cü il dekabrın 7-də, Çikaqo şəhərində imzalanmış beynəlxalq konvensiyaya qoşulsun.

2.   Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki:

a)   “Mülki aviasiya haqqında” beynəlxalq konvensiyaya qoşulma aktı barəsində Amerika Birləşmiş Ştatlarının (depozitar dövlətin) hökumətinə bildiriş göndərsin;

b)  Azərbaycan Respublikasının “Mülki aviasiya haqqında” beynəlxalq konvensiyaya qoşulması barədə sənədləri bu konvensiyada müəyyənləşdirilmiş qaydada saxlamağa versin;

v) Azərbaycan Respublikasının Beynəlxalq mülki aviasiya təşkilatına (İKAO-ya), Beynəlxalq mülki aviasiya tarifləri və qarşılıqlı hesablaşmaları təşkilatına (İATA-ya) və Beynəlxalq mülki aviasiya əlaqəsi sisteminə (SİTA-ya) qoşulması ilə bağlı olan bütün əməli məsələləri həll etsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 14 iyul 1992-ci il.

                        № 204.