H.B. Nəzərliyə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Hikmət Baba oğlu Nəzərliyə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 9 sentyabr 1992-ci il.

                № 178.