“Azərbaycan Hava yolları” Dövlət Konserni əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdikləri şəxsi igidlik və şücaətə görə aşağıdakılara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra):

Axundov Səfa Fətulla oğlu—Zabrat aviasiya şirkətinin Mİ-8 vertolyotunun ikinci pilotu,

Əsədov Əsəd Soltan oğlu—Yevlax aviasiya şirkətinin AN-2 təyyarəsinin komandiri,

Mahmudov Ərəstun İsfəndi oğlu—Zabrat aviasiya şirkətinin Mİ-8 vertolyotunun mexaniki,

Muradov hikmət Oqtay oğlu—Yevlax aviasiya şirkətinin AN-2 təyyarəsinin ikinci pilotu,

Seryokin Viktor Vasilyeviç—Zabrat aviasiya şirkətinin Mİ-8 vertolyotunun komandiri.

 

Azərbaycan Respublikasının Prezidenti

 Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 25 noyabr 1992-ci il.

№ 337.