Ümumdünya meteorologiya təşkilatının konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsaslanaraq, Azərbaycan Respublikasının Ümumdünya Meteorologiya Təşkilatının üzvü olmasının respublikada hidrometeorologiyanın müstəqil bir sahə kimi inkişaf etməsində mühüm rol oynayacağını nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.   Azərbaycan Respublikası 1947-ci il oktyabrın 11-də Vaşinqtonda imzalanmış Ümumdünya meteorologiya təşkilatının konvensiyasına qoşulsun.

2.   Azərbaycan Respublikasının hidrometeorologiya Komitəsinə və digər əlaqədar icra hakimiyyəti orqanlarına tapşırılsın ki, göstərilən konvensiyadan irəli gələn beynəlxalq öhdəliklərin həya-ta keçirilməsi üçün müvafiq tədbirlər görsünlər.

3.    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının göstərilən konvensiyaya qoşulması barədə aktı ABŞ hökumətinə (depozitariyə) göndərsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 3 sentyabr 1993-cü il.

№ 700.