S. D. Hüseynovun “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikasının xalq deputatı S. D. Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və onun “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilməsinin tövsiyə olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 14 oktyabr tarixli 905 nömrəli qərarına müvafiq olaraq, “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnaməni rəhbər tutaraq qərara alıram:

1.   “Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Surət Davud oğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilsin.

2.   “S. D. Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 254 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 30 oktyabr 1994-cü il.

№ 236.