Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.   Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə 1992-ci il mayın 9-da Rio-de-Janeyro şəhərində imzalanmış çərçivə konvensiyası təsdiq edilsin.

2.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Dövlət hidrometeorologiya Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə tapşırılsın ki, göstərilən konvensiyadan irəli gələn beynəlxalq öhdəliklərin həyata keçirilməsi üçün hazırlıq işləri görsünlər və konvensiya qüvvəyə mindiyi vaxtdan həmin öhdəliklərin yerinə yetirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi göstərilən konvensiyanın Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə aktı Birləşmiş Millətlər Təşkilatına göndərsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 10 yanvar 1995-ci il.

№ 948.