Təhlükəli yüklərin dəmir yolu
nəqliyyatı ilə daşınması Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Nəqliyyat haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 165
nömrəli Fərmanının icrası ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. «Təhlükəli yüklərin dəmir
yolu nəqliyyatı ilə daşınması Qaydaları»
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A.RASİ-ZADƏ.
Bakı
şəhəri, 20 noyabr 2000-ci il
№ 207
«Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 noyabr 2000-ci il,
№ 11, maddə 828).
7 noyabr 2002-ci il tarixli 173 saylı; 2 iyun
2003-cü il tarixli 73 nömrəli qərarlara əsasən
dəyişikliklərlə («VneshExpertService»).
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
20 noyabr 2000-ci il tarixli 207 nömrəli qərarı ilə
təsdiq edilmişdir
I
hissə.
Ümumi
müddəalar
1.1.
Qaydaların tətbiq edilməsi
1.1.1. Bu Qaydalar «Nəqliyyat haqqında»
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
Azərbaycan Respublikası ərazisində dəmir yolu
nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasında
təhlükəsizliyin tə’min edilməsi üzrə
tələbləri müəyyən edir.
Yükgöndərənlər (yükalanlar), hüquqi
və fiziki şəxslər (təhlükəli yükləri
daşıyanlar, göndərənlər, alanlar,
yükləyənlər, boşaldanlar və saxlayanlar), xidmət
göstərən nəqliyyat-ekspedisiya müəssisələri bu
Qaydaların və texniki təhlükəsizlik üzrə normativ
sənədlərin tələblərinə əməl
etməlidirlər.
1.1.2. Bu Qaydalarla nəzərdə
tutulmayan hallar yarandıqda, təhlükəli yüklərin
daşınmasında yüklərin ümumi daşınma
Qaydalarının müvafiq bölmələri rəhbər tutulur.
1.1.3. Dəmir yolu-dəniz
nəqliyyatı vasitəsilə təhlükəli yüklərin
birbaşa, qarışıq daşınması bu Qaydalara
və «Təhlükəli yüklərin dəniz nəqliyyatı
ilə daşınması Qaydaları»na müvafiq surətdə
həyata keçirilir.
Beynəlxalq yük nəqliyyatı
haqqında Sazişin (BYNS) iştirakçısı olan
ölkələrin dəmir yolları arasında təhlükəli
yüklərin daşınması, Beynəlxalq dəmir
yollarında təhlükəli yüklərin
daşınmasının xüsusi şərtləri ilə,
BYNS-in iştirakçısı olmayan dəmir yolu nəqliyyatı
olan dövlətlər arasında isə təhlükəli
yüklərin daşınması xüsusi sazişlərə müvafiq
qaydada alınmış xüsusi razılıqların
(lisenziyaların) şərtləri ilə
tənzimlənir.
1.1.4. Hüquqi və fiziki şəxslər
(təhlükəli yükü daşıyanlar, göndərənlər,
alanlar, yükləyənlər, boşaldanlar, saxlayanlar),
nəqliyyat-ekspedisiya xidmətləri bu Qaydaların,
Beynəlxalq və Respublika qanunvericilik aktlarının,
normativ sənədlərin tələblərinə uyğun
olaraq, təhlükəli yüklərin daşınması üzrə
müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün
Azərbaycan Respublikası Dövlət Sənayedə
İşlərin Təhlükəsiz Görülməsinə
Nəzarət və Dağ-Mədən Nəzarəti
Komitəsindən (Bundan sonra —
Dövdağmədəntexnəzarət Komitəsi) xüsusi
razılıq (lisenziya) aldıqdan sonra, dəmir yolu
nəqliyyatı ilə təhlükəli yüklərin
daşınmasına icazə verilir.
1.1.5.
Dövdağmədəntexnəzarət Komitəsindən xüsusi
razılığı (lisenziyası) olmayan hüquqi və fiziki
şəxslərə (təhlükəli yükləri
daşıyanlara, göndərənlərə, qəbul
edənlərə) təhlükəli yüklərin
daşınması üçün vaqon ayrılmasına yol verilmir.
1.1.6. Təhlükəli yükü
daşıyanlar, yükgöndərənlər, yükalanlar, saxlayanlar
və dəmir yolunun müvafiq idarəetmə xidmətləri bu
Qaydaların yerinə yetirilməməsinə görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
1.1.7. Hüquqi və fiziki şəxslər
(yükgöndərənlər, yükalanlar, yükləyənlər,
boşaldanlar, saxlayanlar) qanunvericiliklə müəyyən
olunmuş qaydada, Azərbaycan Respublikası
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
nəzarət müfəttişliyi və müvafiq icra hakimiyyəti
orqanlarının tələbi ilə işlərin texniki
təhlükəsizlik normativlərinə uyğun olaraq yerinə
yetirilməsinə təminat verən tədbirlərin
işlənilməsi və həyata keçirilməsi
barədə «Texniki təhlükəsizlik haqqında»
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada texniki təhlükəsizlik Bəyannaməsini
təqdim etməlidirlər.
1.1.8. Təhlükəli yüklərin
daşınması, yüklənməsi, boşaldılması,
saxlanılması ilə məşğul olan hüquqi, fiziki
şəxslərin və işçilərin texniki
təhlükəsizlik üzrə biliklərinin yoxlanılması,
təkmilləşdirilməsi, eləcə də onların
attestasiyadan keçirilməsi dəmir yolunun yükdaşıma
xidmətləri tərəfindən Dövdağmədəntexnəzarət
Komitəsinin müəyyən etdiyi qaydada təmin
olunmalıdır.
1.1.9. Əsas yüklərin təsnifatı
əsasında zəhərləyici, partlayıcı
təsirə malik olan və xüsusi aktivliyi böhran
vəziyyətində olan radioaktiv maddələrin və materialların,
eləcə də digər yanğın təhlükəli
yüklərin təhlükəsiz daşınması üzrə
təlimatlar və şərtlər hüquqi şəxslər,
dövlət və qeyri-dövlət orqanları tərəfindən
hazırlanarsa və tətbiq edilərsə, onların
sənədləri qabaqcadan Azərbaycan Respublikası
Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmalıdır.
1.1.10. Təhlükəli yüklərin
daşınması zamanı baş vermiş qəza
hadisələri barədə məlumatın dərhal və
təcili qaydada dəmir yolunun müvafiq idarəetmə
orqanlarına və Azərbaycan Respublikası
Dövdağmədəntexnəzarət Komitəsinə
çatdırılması zəruridir.
1.1.11. Respublikanın qanunvericiliyinə
uyğun olaraq, hüquqi və fiziki şəxslər
tərəfindən xaricdən radioaktiv tullantıların
Azərbaycan Respublikasının ərazisinə dəmir yolu
nəqliyyatı vasitəsilə gətirilməsinə yol
verilmir.
1.1.12. Təhlükəli yüklərin
dəmir yolu ilə təhlükəsiz daşınması
üzrə qaydalar:
a) lokomotivlərin, vaqonların,
sisternlərin hazırlanmasını, təmirini və
istismarını, qatarların qəbulunu, yola
salınmasını və tərtib edilməsini;
b) təhlükəli yüklərin
daşınmaya hazırlanmasını;
c) təhlükəli yüklərin
daşınması üçün qabların və
qablaşdırmanın yararlılığını;
ç) magistral və sənaye dəmir yolu
vasitəsilə daşınma gedişinin (prosesinin)
təşkilini;
d) təhlükəli yüklərin
təhlükəsiz daşınmasına nəzarətin
təşkili üzrə ümumi tələbləri müəyyən
edir.
Bu Qaydalar təhlükəli yüklərin
daşınması zamanı insan həyatının və
sağlamlığının mühafizəsinə, ətraf
mühitin və maddi nemətlərin qorunmasına yönəldilib.
1.1.13. Yükgöndərənlər, yükalanlar,
eləcə də təhlükəli yüklərin
daşınmasında, onların qorunmasında və (və
ya) müşayiətində iştirak edən magistral və
sənaye dəmir yolu nəqliyyatı işçiləri,
təhlükəli yüklərin daşınması, qatarların
və konteynerlərin hazırlanması, texniki xidməti,
təmiri, eləcə də nəqliyyat ekspedisiya xidməti
ilə məşğul olan bütün müəssisə və
təşkilatlar bu Qaydaları əldə rəhbər
tutmalıdırlar.
1.1.14. Bu Qaydalar təhlükəli
yükləri istifadə, istehsal, emal, məhv edən və ya
saxlayan müəssisə və obyektlərin ərazidaxili texnoloji
daşınmalarına və Dövlət səviyyəsində
qərara alınmış xüsusi daşınmalara şamil olunmur.
1.1.15. Təhlükəli yüklərin magistral
və müəssisədaxili dəmir yolu vasitəsi ilə
daşınmasının, onların daşınması üçün
vaqonların və konteynerlərin hazırlanmasının,
təmirinin və istismarının təşkili bu Qaydalara
müvafiq qaydada, eləcə də təhlükəli yüklərin
daşınmasında təhlükəsizliyin təmin edilməsi
üzrə Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən
təsdiq olunmuş və Azərbaycan Respublikasının
Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmış normativ-texniki
sənədlərə uyğun olaraq həyata keçirilir.
Təhlükəli yüklərin
təhlükəsiz daşınması üzrə təsdiq
olunmuş normativ-texniki sənədlərdə
dəyişikliklər və əlavələr Azərbaycan
Respublikasının Dövdağmədəntexnəzarət
Komitəsi ilə razılaşdırılmalıdır.
1.1.16. 50°S temperaturda, yaxud 0,07 Mpa (0,7
kqs/sm2)-dən yüksək təzyiqdə nəql
edilən və ya bu təzyiqdə boşaldılan
təhlükəli yüklər üçün istifadə edilən
vaqon-sisternlərin, qazanların və xüsusi konteynerlər
«Təzyiq altında işləyən tutumların
təhlükəsiz istismar Qaydaları»nın
tələblərinə cavab verməlidir.
1.1.17. Təzyiq altında
sıxılmış, mayeləşdirilmiş və həll
edilmiş qazların daşınması bu Qaydaların,
yüklərin ümumi daşınma Qaydalarının, eləcə
də sisternlərin istismarı zamanı boşaltma və
doldurma işlərinin təhlükəsiz aparılmasına
və bu sinifdən olan konkret yüklərin daşınmasına
aid olan normativ-texniki sənədlərin
tələblərinə uyğun yerinə yetirilməlidir.
1.1.18. Qatarların hərəkətinin
təşkili və hərəkət qurğularının,
maşın və mexanizmlərin lazımi qaydada
saxlanılması Azərbaycan Dövlət Dəmir Yolu
tərəfindən təsdiqlənmiş qayda və
təlimatların tələblərinə cavab verməlidir.
1.1.19. Təhlükəli yüklərin
doldurulma qaydaları, onların daşınması üçün
hərəkət vasitələrinin seçilməsi, texniki və
kommersiya cəhətdən bu məqsədlər üçün
yararlılığının müəyyən edilməsi və
vaqonlarda yüklərin bərkidilməsi Azərbaycan Dövlət
Dəmir yolu Nizamnaməsinin, təhlükəli yüklərin
daşınma Qaydalarının və həmin
sahələrə aid olan digər normativ-texniki
sənədlərin tələblərinə uyğun
olmalıdır.
1.1.20. Təhlükəli yük daşıyan
hüquqi və fiziki şəxslərin mülkiyyətində olan
və ya icarəyə götürülmüş ixtisaslaşdırılmış
vaqonların magistral dəmir yollarında
işlənməsinə icazə verilməsi üçün onların
qeydiyyata alınması Beynəlxalq tələblərə
uyğun olaraq təsdiqlənmiş qaydalar əsasında
aparılır.
1.1.21. Təhlükəli yüklərin
daşınması üçün yeni növ vaqon və konteynerlərin xaricdən
alınmasına və yaxud respublika ərazisindən tranzit
keçməsinə Azərbaycan Dövlət Dəmir Yolu, onların
texniki vəziyyətinə dair şəhadətnamə
əsasında (9 nömrəli əlavə)
Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırdıqdan sonra icazə verilir.
1.1.22. Vaqon və konteynerlərin sahibi
olan müəssisələr, hüdudi şəxslər vaqon
sisternlərin qazanlarının işçi və konstruksiya
quruluşlarının təmirinin və texniki müayinəsinin
aparılmasına dair vaqon sisternlərin qazanlarında
növbəti texniki müayinənin aparılması tarixini qeyd
etməlidirlər.
II sinif təhlükəli yükləri
daşıyan vaqon-sisternlərin qazanlarında növbəti
texniki-müayinəni aparan müəssisənin Dövlət orqanı
tərəfindən verilən şərti nömrəsi,
növbəti daxili baxış və hidravlik sınaq
aparılması müddəti göstərilməlidir.
1.1.23. Bu Qaydaların mətnində
istifadə olunan ixtisarlar, əsas terminlər və
qısaldılmış ifadələr 1a nömrəli
əlavədə verilmişdir.
1.2.
Təhlükəli yüklərin təsnifatı
1.2.1. Təhlükəli yüklərə xas
olan xüsusiyyətlər daşınma prosesində,
yükləmə-boşaltma işlərinin həyata
keçirilməsində və saxlanmasında ətraf mühitə
zərər vura bilən, partlayışa, yanğına
və ya nəqliyyat vasitələrinin, qurğuların,
binaların və tikililərin zədələnməsinə,
həmçinin, insanların, heyvan və quşların
zəhərlənməsinə,
xəstələnməsinə, zədə almasına və
ölümünə səbəb ola bilən maddələrə,
materiallara, məmulatlara, məhsullara və təhlükə
potensiallı tullantılara aiddir.
1.2.2. Təhlükəli yüklər BMT-nin
Beynəlxalq Sazişlərinə, konvensiyalarına,
məcəllələrinə və Dövlət standartlarına
müvafiq olaraq aşağıdakı siniflərə
bölünürlər:
§
1-ci sinif —
partlayıcı materiallar (PM);
§
2-ci sinif —
təzyiq altında sıxılmış,
mayeləşdirilmiş və həll edilmiş qazlar;
§
3-cü sinif —
tezalışan mayelər (TAM);
§
4-cü sinif —
tezalışan bərk maddələr (TBM); öz-özünə
alışan maddələr (ÖM); su ilə əlaqəyə
girdikdə alovlanan qazlar ayrılan maddələr;
§
5-ci sinif —
oksidləşdirici maddələr (OM) və üzvü peroksidlər
(ÜP);
§
6-cı sinif —
zəhərli maddələr (ZM) və yoluxucu maddələr
(YM);
§
7-ci sinif —
radioaktiv materiallar (RM);
§
8-ci sinif —
aşındırıcı və (və ya) korroziyaedici
maddələr (AKM);
§
9-cu sinif —
alışan maddə və materiallar, müəyyən
şəraitdə zəhərləyici və korroziyaedici
xarakterli, zəif zəhərli təzyiq altında olan
maddələr.
Ayrı-ayrı sinifdən olan
təhlükəli yüklər onlara xas olan fiziki-kimyəvi
xüsusiyyətlərinə, növlərinə və daşınma
zamanı təhlükə dərəcəsinə görə bu
Qaydaların 1 nömrəli əlavəsində göstərilən
yarımsiniflərə, kateqoriyalara və qruplara bölünür.
1.2.3. Təhlükəli yüklərin
müəyyən bir sinifə, yarımsinifə,
dərəcəyə və qrupa aid edilməsi, Beynəlxalq
və Dövlət standartına müvafiq olaraq həyata keçirilir (bax.
1 nömrəli əlavəyə). Birdən çox təhlükə
növünə xas olan təhlükəli yükün sinifi (yarımsinifi)
təhlükə növlərinin birincilik cədvəlinə
(Dövlət standartına) müvafiq qaydada müəyyən edilir.
Belə yüklər üçün həm birincilik təhlükə
sinifləri, həm də əlavə təhlükə
sinifləri üçün müəyyən edilmiş
tələblərə əməl edilməlidir.
Təhlükəli yüklərin
daşınması, göndərilməsi və alınması
ilə məşğul olan hüquqi, vəzifəli və fiziki
şəxslər Respublikanın müvafiq qanunvericilik
aktlarının, Azərbaycan Respublikası Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən verilmiş xüsusi razılıq
(lisenziya) ilə müəyyən edilmiş şərtlərin
və texniki təhlükəsizlik üzrə normativlərin
tələblərinə əməl etməyə borcludurlar.
1.3.
Daşınmaya buraxılmış təhlükəli yüklər
1.3.1. Əlifba göstəricisində (2
nömrəli əlavə) və 1-ci sinif təhlükəli
yüklərin siyahısında (10 nömrəli əlavə)
adları çəkilən təhlükəli yüklərin dəmir yolu
ilə daşınmasına icazə verilir.
1.3.2. Əlifba göstəricisində
adları çəkilməyən, lakin öz kimyəvi
xüsusiyyətlərinə görə həmin göstəricidəki
yüklərlə oxşar təhlükə xarakterinə uyğun
olan təhlükəli yüklər (1. 3. 3-cü bənddə
göstərilənlərdən başqa) yükgöndərənin
aldığı lisenziyada və qaimədə
göstərilmiş şərtlərlə daşınırlar.
Bu zaman yükgöndərən qaimənin «Yükün adı» sütununda
standart və ya texniki şərtlərə müvafiq olaraq
daşınan yükün adını göstərməli, onun altında
«Yük ______________________ şərtlərlə
daşınır» (Əlifba göstəricisinə uyğun olaraq
bu yükün bərabər tutulduğu yükün adı göstərilir) «QK
(qəza kartoçkası) əlavə edilmişdir» qeydini
etməlidir və daşınan yükün qəza kartoçkasını
əlavə etməli, həmçinin ştempel vurmalıdır.
1.3.3. Əlifba göstəricisində
adları çəkilən yüklərə bərabər tutula
bilməyən xüsusi və ya icarə edilmiş vaqon və
konteynerlərdə bu Qaydalarda nəzərdə tutulmamış
şərtlərlə daşınması tələb olunan
təhlükəli yüklər yalnız dəmir yolu
rəhbərliyinin və Dövdağmədəntexnəzarət Komitəsinin
müvafiq nəzarət müfəttişliyinin icazəsi ilə
yükgöndərən hüquqi və fiziki şəxsin özünün
vəsatəti ilə və aldığı xüsusi
razılıq (lisenziya) əsasında daşına bilər.
Göstərilən vəsatətlər dəmir yolu
rəhbərliyinə daşınmanın başlanmasına 6
aydan gec olmayan bir müddətdə göndərilir.
Vəsatətə, bu Qaydalara 3
nömrəli əlavədə və dəmir yolu
nəqliyyatı ilə təhlükəli yüklər
daşınarkən təhlükəsizliyin təmin edilməsi
və yaranmış qəza vəziyyətlərinin
ləğv edilməsi üzrə Qaydalara uyğun olaraq,
yükgöndərən hüquqi şəxs və müəssisənin
rəhbəri tərəfindən bu Qaydaların 4 nömrəli
əlavəsində göstərilmiş formada tərtib
edilmiş, imzalanmış və möhürü ilə təsdiq
olunmuş 2 nüsxədən ibarət yükün xarakteristikası,
qəza kartoçkası və
Dövdağmədəntexnəzarət Komitəsinin verdiyi xüsusi
razılığın (lisenziyanın) surəti əlavə
edilir.
Zəruri hallarda dəmir yolu
rəhbərliyinin tələbi ilə texniki
şərtlər və digər əlavə
sənədlər təqdim edilməlidir.
1.3.4. Təhlükəli yüklərə aid
olan kimyəvi reaktivlər və tibb preparatları dəmir
yolu nəqliyyatı ilə, bu Qaydalarla müəyyən
olunmuş şərtlər əsasında daşınır.
1.3.5. Birbaşa qarışıq
dəmir yolu — dəniz nəqliyyatı ilə təhlükəli
yüklər yalnız yükgöndərən tərəfindən
göndərmə stansiyasına dəniz nəqliyyatının
belə daşımaya razılıq verməsi haqqında
sənəd təqdim edildikdən sonra daşınır.
Yükgöndərənlər birbaşa
qarışıq dəmir yolu-dəniz nəqliyyatında
yüklərin daşınma sifarişlərində və
daşınma planlarında bu və ya digər təhlükəli
yüklərin daşınma xüsusiyyətlərini
göstərməlidirlər.
1.4.
Sənədlərin tərtib edilməsi
1.4.1. Yükgöndərən göndərmə
stansiyasına təhlükəli yükün hər göndərişi üçün
«Yüklərin daşınma Qaydaları»na müvafiq tərtib
edilmiş qaimə təqdim etməlidir.
1.4.2. Qaimənin «Yükün adı» sütununda
yükgöndərən (hüquqi, fiziki şəxslər) əlifba
göstəricisinə uyğun olaraq təhlükəli yükün dəqiq
adını və qəza kartoçkasının (QK) nömrəsini,
Dövdağmədəntexnəzarət Komitəsi
tərəfindən verilmiş xüsusi razılığın
(lisenziyanın) seriyasını, qeydiyyat nömrəsini, tarixini
qeyd edib, imzası və möhürlə təsdiqləməklə
dəqiq göstərməlidir. Əgər təhlükəli yükün
əlifba göstəricisi adı ümumi xarakter daşıyırsa,
məsələn: «tərkibində tezalışan maye olan
yapışqan», yükgöndərən qaimədə yükün
adını Beynəlxalq standarta və ya texniki
şərtlərə uyğun göstərməlidir,
(məsələn: «Tərkibində tezalışan maye olan
yapışqan AK 32 (quttaperça yapışqanı)».
Əlifba göstəricisinin 2-ci sütununda
qəza kartoçkasının nömrəsi
göstərilməmişdirsə, bu zaman qəza kartoçkası
yükgöndərən tərəfindən qaiməyə
əlavə edilməlidir. Qaimədə «Yükün adı» sütununda
yükgöndərən «QK əlavə edilmişdir» qeydini
etməlidir, məsələn: «Alkilfenol-QK əlavə
edilmişdir».
1.4.3. Daşınmasına
inqibirləşdirilmiş, fleqmalaşdırılmış,
nəmləndirilmiş halda və əsas maddəsi
müəyyən qatılıqda olan vəziyyətdə icazə
verilmiş yüklər təqdim edilərkən yükgöndərən
qaimədə yükün adından sonra onun vəziyyətini
göstərməlidir, məsələn: «Sirkonium,
nəmləndirilmiş toz».
1.4.4. Qaimənin yuxarı
hissəsində yükgöndərən tərəfindən bu yük
üçün nəzərdə tutulmuş qırmızı
rəngdə ştempel vurulur. Əlifba göstəricisində
adı çəkilən yüklər üçün qaimədə əlifba
göstəricisinin 7-ci sütununda bu yük üçün nəzərdə
tutulmuş ştempel vurulur. Vaqon vərəqində
göndərmə stansiyası tərəfindən analoji
ştempel vurulur.
1.5.
Təhlükəli yüklərin müşayiət edilməsi
1.5.1. Əlifba göstəricisində «**»
nişanı ilə nişanlanmış təhlükəli
yüklər yükgöndərənin (yükalanın) bələdçiləri
və ya yükgöndərənin (yükalanın) mütəxəssislər
briqadası tərəfindən bu Qaydaların və
«Yüklərin daşıma Qaydaları»nın
tələblərinə riayət olunmaqla müşayiət
edilir. Müşayiət olunması göstərilməyən belə
yüklü vaqonlar göndərmə stansiyası tərəfindən
daşınmaya qəbul edilmir.
1.5.2. Təhlükəli yükləri
müşayiət edən bələdçilər bu Qaydalarda
nəzərdə tutulmuş öhdəliklərdən başqa,
həmin yükün müşayiət edilməsi haqqında
yükgöndərən tərəfindən tərtib olunmuş
və təsdiq edilmiş xidməti təlimatı, yükün
təhlükəli xüsusiyyətlərini, təhlükəsizlik
üzrə tələbləri, qəza hallarında ilk yardım
göstərilməsi tədbirlərini bilməli və yolda bu yük
üçün müəyyən edilmiş təhlükəsizlik
şərtlərinin və tədbirlərinin yerinə
yetirilməsinə əməl etməlidirlər.
1.5.3. Yükgöndərən yükü
müşayiət edənləri və mühafizə
dəstəsinin şəxsi heyətini lazımi fərdi
mühafizə vasitələri və xüsusi geyim, dərman
qutuları, alət dəsti, deqazasiya, ilk
yanğınsöndürmə vasitələri ilə, həmçinin
lazımi köməkçi vasitələrlə təmin etməlidir.
1.5.4. Əgər yolda vaqonun
təyinatı üzrə getməsinə yol verməyən
nasazlıq aşkar edilərsə, bu vaqon qatardan
açılır, xüsusi ayrılmış yola verilir və
müşayiət edən tərəfindən qorunur.
Vaqonlar qrupunu ancaq bir şəxs
müşayiət etdiyi halda qatardan bütün qrup açılır.
Nasazlığın aradan qaldırılması müşahidə
edənin nəzarəti altında Dəmir Yolunun
rəhbərliyi tərəfindən müəyyən edilmiş
qaydada həyata keçirilir.
1.5.5. Bu Qaydalara əsasən
yükgöndərən və ya yükalan tərəfindən yolda
müşayiət edilməsi tələb olunan, lakin
müşayiət edilməyən təhlükəli yüklə
yüklənmiş vaqonlar aşkar edilərsə, bu zaman həmin
vaqonlar yükgöndərənin (yükalanın) nümayəndəsi
gələnədək stansiyada saxlanılır.
Göstərilən vaqonlar stansiyanın xüsusi ayrılmış
yollarında və ya stansiyanın texniki-sərəncam
aktı (TSA) ilə müəyyən edilmiş digər
təhlükəsiz yerdə saxlanılır.
Vaqon saxlanılmış stansiyanın
rəisi vaqonun saxlanılması haqqında,
yükgöndərənə (yükalana),
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
nəzarət müfəttişliyinə göndərmə
(təyinat) stansiyasının rəisi vasitəsilə
məlumat verməli, yükgöndərən (yükalan) isə dərhal
öz nümayəndələrini dayanma məntəqəsinə ezam
etməlidir.
1.5.6. Təhlükəli yükləri
müşayiət edən mütəxəssislər,
dəstələr və hərbi keşikçilər texniki
təhlükəsizlik üzrə normativlərin, gömrük, vergi, dəmir
yolu və Azərbaycan Respublikasının digər hüquqi
aktlarının tələblərinə tabedirlər.
Dəmir yolunun hərbiləşdirilmiş
mühafizə dəstələri təhlükəli yükləri
ölkənin sərhədləri hüdudunda müşayiət edir.
II
hissə. Təhlükəli yüklərin örtülü vaqonlarda və
konteynerlərdə daşınması qaydaları
2.1.
Təhlükəli yüklərin örtülü vaqonlarda və
konteynerlərdə ümumi daşınma şərtləri
Qablar, bağlamalar və markalanma
2.1.1. Təhlükəli yüklər
daşınmaya yükgöndərən tərəfindən bu
məhsul üçün müəyyən edilmiş standartlarla, texniki
şərtlərlə və ya «Təhlükəli yüklər,
Qablar» üzrə Dövlət standartları ilə nəzərdə
tutulmuş qablarda və bağlamalarda verilir.
Qab və bağlamalar möhkəm və saz
olmalıdır, yükün sızması və
səpələnməsi tam istisna edilməlidir,
daşımanın təhlükəsizliyi və mühafizəsi
təmin olunmalıdır. Qab və bağlamaların
hazırlandığı material daxilində olan məhsula
qarşı inersiyalı olmalıdır.
2.1.2. Tezalışan zəhərli,
aşındırıcı, korroziyaedici qazlar və ya buxarlar
ayıran, quruduqda partlayıcı və ya hava və su
nəmliklə reaksiyaya girdikdə təhlükəli ola bilən
yüklər, həmçinin, oksidləşdirici
xüsusiyyətlərə malik olan maddələr hava ilə
reaksiyaya girməməsi üçün hermetik qablara
qablaşdırılmalıdır.
2.1.3. Şüşə qablardakı
təhlükəli yüklər möhkəm (taxta, polimer, metal)
yeşiklərdə qablaşdırılmalı,
yeşiklərdəki boş yerlər isə yanmayan müvafiq aralıq
və hopdurucu materiallar ilə doldurulmalıdır. Kiçik
ölçülərdə bükülmüş və bu Qaydaların 2. 1. 43-cü
bəndinə əsasən təhlükəsiz yüklər kimi
daşınan məmulatların büzmələnmiş kartondan
hazırlanmış yeşiklərdə
qablaşdırılmasına icazə verilir. Yeşiklərin
içlikləri, ara qatları, şəbəkələri,
arakəsmələri, amortizatorları olmalıdır.
Yeşiklerin divarları ağzı
bağlı butulkalardan və bankalardan 5 sm hündür
olmalıdır. Şüşə qablarda təhlükəli
yüklər kiçik partiyalarla göndərilərkən möhkəm bağlanmış
taxta yeşiklərdə qablaşdırılmalıdır.
2.1.4. Metal və ya polimer bankalarda,
bidonlarda və kanisterlərdə olan təhlükəli yüklər
əlavə taxta yeşiklərə və ya
şəbəkələrə qablaşdırılmalıdır.
2.1.5. Əgər standartlarla və
məhsulun texniki şərtləri ilə kisələrə
və büzmələnmiş kartondan olan yeşiklərə qablaşdırılması
yol verilirsə, bu təhlükəli yüklər vaqon
göndərmələri ilə daşınmalıdır.
Kiçik partiyalı
göndərmələrlə daşınma zamanı
kisələrdəki təhlükəli yüklər bərk
nəqliyyat qabına (metal və ya faner barabanlara,
çəlləklərə, taxta və ya metal qutulara) qablaşdırılmalıdır.
2.1.6. Maye şəklində olan
təhlükəli yüklər daşınmaya verilərkən qab bu
məhsul üçün standartlarla və ya texniki şərtlərlə
müəyyən edilmiş normada doldurulmalıdır.
2.1.7. Bu Qaydaların 4 və 5 nömrəli
əlavələrinə əsasən bir vaqonda birgə daşınmasına
icazə verilən təhlükəli yüklər bir yük yerində
birgə qablaşdırıla bilər. Bu zaman hər maddə
onun üçün müəyyən olunmuş standartlara və ya texniki
şərtlərə müvafiq şəkildə ayrı
qablaşdırılır. Qablaşdırılmış
maddələr özəkli möhkəm taxta qutularda yerləşdirilirlər.
Qutunun dibi özəklər arasındakı, həmçinin
qapağın altındakı boş yerlər, müvafiq yanmayan
yumşaq qablaşma materialı ilə doldurulur. Qutu qapaq ilə
möhkəm bağlanılır. Belə yerin brutto çəkisi 50
kq-dan artıq olmamalıdır.
Birgə qablaşdırılmış
bütün maddələr qaimədə hər birinin çəkisi
göstərilməklə adbaad qeyd edilməlidir.
2.1.8. Konteynerlərdə
daşınmasına icazə verilən təhlükəli
yüklər örtülü vaqonlarda daşınma zamanı olduğu kimi
qablaşdırılır.
2.1.9. Vaqon göndərmələri ilə
təhlükəli maye yüklər daşınarkən
yükgöndərən ayrı-ayrı yük yerlərinin
zədələnə bilməsi halını
nəzərə alaraq vaqonlara yük yerinin 1%-dən az yer tutan
boş yeşiklər qoymalıdır.
2.1.10. Təhlükəli yüklərin yük
yerlərinə yüklərin daşınması qaydalarına
və yüklərin markalanması üzrə Dövlət
standartlarına müvafiq olaraq nəqliyyat markalanması
vurulmalıdır.
2.1.11. Yükgöndərən hər bir yük
yerinə bu Qaydaların 2. 1. 10-cu bəndində
nəzərdə tutulan markalanmadan başqa yükün növünü,
təhlükə dərəcəsini və aşağıda göstərilənləri
özündə əks etdirən markalanma vurmalıdır:
a) əlifba göstəricisinə müvafiq
olaraq Beynəlxalq və Dövlət standartları üzrə
təhlükə nişanları (forması və təsviri bu
Qaydaların 6 nömrəli əlavəsində göstərilmişdir);
b) əlifba göstəricisinə müvafiq
olaraq yükün adı (bir yük yerində bir neçə təhlükəli
yük birgə qablaşdırıldıqda hər yükün adı
göstərilir);
c) təsnifat şifri;
ç) BMT-nin nömrəsi.
2.1.12. Təhlükə nişanları
qutuların, qabların və nəqliyyat
bağlamalarının hər üç səthinə (yan, tin və
üst); çəlləklərin görünən dibinə və silindr
hissəsinə, bağlamaların və topların tin və
yan səthlərinə, qabın başqa növlərinə
(balonlara və s.) — vaqonda yerləşdirilərkən
görünən ən münasib yerlərə vurulur.
2.1.13. Kağızdan və kartondan
düzəldilmiş təhlükə nişanları qaba
yapışqanla yapışdırılır. Parçadan
hazırlanmış təhlükə nişanları tikilir,
fanerdən, metaldan, plasmassdan hazırlanmış nişanlar
boltlar, şuruplar və mıxlar vasitəsi ilə, əgər
digər bərkidilmə üsulu mümkün deyilsə, yük (balonlarla
və s.) məftil vasitəsi ilə bərkidilir.
2.1.14. Qaba və bağlamalara
nişanlar, bilavasitə trafaretlər boya ilə vurulur.
Nişanın rəngi qabın və ya bağlamanın
rəngi ilə eyni olarsa, nişan kontrast fona vurulur.
2.1.15. Təhlükə nişanları
aşağıda göstərilənlərə bölünürlər:
a) təhlükə növünü xarakterizə edən
əsas və yükün aid edildiyi sinifə (yarımsinifə)
müvafiq təhlükə nişanları;
b) əlavə təhlükə növünü
xarakterizə edən əlavə təhlükə
nişanları.
Əgər yük bir neçə təhlükə
növünə malikdirsə, yükgöndərən qabın üzərinə
bu təhlükə növlərinə müvafiq bütün nişanları
vurmalıdır.
2.1.16. Müxtəlif siniflərdən olan
təhlükəli yüklər birgə qablaşdırılıbsa,
yük yerinə hər bir yükə müvafiq təhlükə
nişanları vurulmalıdır.
2.1.17. Təhlükəli yüklər
nəqliyyat bağlamalarında daşınarsa və paketə
vurulan nişanlar görünmürsə, təhlükə nişanları
həm bağlamaya, həm də paketə vurulur.
Daşıma zamanı vaqonlara,
konteynerlərə və onlarda təhlükəli yüklərin
yerləşdirilməsinə olan tələblər
2.1.18. Təhlükəli yüklərin
daşınması üçün dəmir yolu parkının örtülü
vaqonlarından, yükgöndərənlərin (yükalanların)
ixtisaslaşdırılmış vaqonlarından və ya
dəmir yolu parkından xüsusi ayrılmış və
yükgöndərənlər (yükalanlar) tərəfindən
icarəyə götürülmüş ixtisaslandırılmış
vaqonlardan istifadə edilə bilər.
Əlifba göstəricisində adları
çəkilən bəzi təhlükəli yüklərin açıq
hərəkət tərkibli (yarımvaqonlar və ya
platformalar) və dəmir yolu parkının universal
konteynerləri vasitəsilə daşınmasına yol verilir.
Bu zaman bu Qaydaların 2. 2. 23-cü bəndinin tələbinə
əməl olunmalıdır.
Təhlükəli yüklərin
daşınması üçün yükgöndərənlər (yükalanlar) bu
məhsul üçün standartlara və texniki təhlükəsizlik
tələblərinə müvafiq olaraq nəzərdə tutulmuş
xüsusi konteynerlərdən istifadə edə bilərlər.
Təhlükəli yüklərin
daşınması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış
vaqonların və konteynerlərin konstruksiyası və
parametrləri standartların və texniki təhlükəsizlik
şərtlərinin tələblərinə müvafiq olmalı
və yükün mühafizəsini və daşınmanın
təhlükəsizliyini təmin etməlidir.
3, 5, 6, 8-ci sinif təhlükəli maye
yüklərin daşınması üçün nəzərdə
tutulmuş ixtisaslaşdırılmış
konteyner-sisternlərdə (bundan sonra konteyner-sisternlər)
aşağı boşaltma cihazı olmamalıdır və
Dövdağmədəntexnəzarət Komitəsi
tərəfindən verilmiş konteyner-sisternin dövri olaraq
müayinədən keçirilməsini və onda konkret
təhlükəli yükün daşınmasının mümkünlüyünü
təsdiq edən sertifikat olmalıdır.
Təhlükəli yüklərin
daşınmasına icazə verilən vaqonların növü və
konteynerlərin tipi əlifba göstəricisində
göstərilmişdir.
2.1.19. Təhlükəli yüklərin daşınması
üçün nəzərdə tutulmuş vaqon və konteynerlər
Dövlət Dəmir Yolunun «Texniki istismar Qaydaları» ilə
nəzərdə tutulmuş nişan və yazılardan
başqa, yükün Əlifba göstəricisinə əsasən,
təhlükə xarakterinə müvafiq olan təhlükə
nişanına və daşınan yükün BMT-nin nömrəsinə
malik olmalıdır.
Yükgöndərənlər təhlükə
nişanlarını vaqonlara yüklərin vaqon göndərməsi
zamanı vururlar.
Təhlükə nişanlarının
və BMT nömrələrinin vaqon və konteynerlərə
vurulması qaydası bu Qaydalara 6 nömrəli əlavədə
göstərilmişdir.
2.1.20. Təhlükəli yüklərin
yüklənməsi üçün verilmiş vaqon və konteynerlər
əvvəl daşınmış yüklərdən
təmizlənməli və saz vəziyyətdə olmalıdır.
Təhlükəli yüklərin
daşınması zamanı istifadə olunan universal
konteynerlər yalnız metaldan olmalıdır.
Bütün vaqon və konteynerlərin
təhlükəli yüklərin daşınması üçün kommersiya
cəhətdən yararlı olmasını
yükgöndərənlər müəyyən edirlər.
Dövlətdağmədəntexnəzarət Komitəsi
tərəfinden texniki müayinədən keçməmiş vaqon
və konteynerləri təhlükəli yüklərlə
yüklənməyə verilməsinə və bu yüklərin
daşınması üçün yararlı hesab edilməsinə yol
verilmir. Vaqonların və konteynerlərin müayinəsi boş
vəziyyətdə yükləmə başlandığı gün
həyata keçirilir. Müayinənin nəticəsi VU-14 formalı
xüsusi jurnalda qeyd edilir və daşınması bu vaqonda və
ya konteynerdə nəzərdə tutulmuş yükün adı
göstərilir.
Plan təmirinə 15 gündən az bir
müddət qalmış vaqonların təhlükəli yüklərin
yüklənməsi üçün ayrılmasına icazə verilmir.
Yükgöndərənə (yükalana) mənsub
olan və ya onlar tərəfindən icarəyə götürülmüş
hərəkət düzümünün, işlək hərəkət
hissələrinin, təkər cütlərinin, buks
qovşağının, vaqon ramasının, tormoz və
zərbə dartı qurğularının texniki müayinəsi
və yararlılığının müəyyən edilməsi
dəmir yolunun vaqon təsərrüfatı işçiləri
tərəfindən yükgöndərənin stansiya rəisinə
yazılı şəkildə və ya qeydiyyatdan keçən
telefonoqram vasitəsilə verdiyi sifarişi əsasında
həyata keçirilir.
İxtisaslaşdırılmış
vaqonların banlarının (kuzovlarının),
konteynerlərin gövdəsinin, həmçinin onların
armaturlarının və avadanlıqlarının texniki
vəziyyətlərinin təhlükəli yüklərin
daşınması üçün yararlı olması yükgöndərən
tərəfindən müəyyən edilir.
Yükgöndərən ona mənsub olan və
ya icarəyə götürdüyü vaqon və ya konteyner-sisternaya
təhlükəli yükün hər dəfə yüklənməsi
əməliyyatından əvvəl stansiyanın və vaqon
deposunun işçilərinə vaqonun və ya konteyner-sisternin,
onların armaturu və avadanlığı da daxil olmaqla,
texniki vəziyyəti haqqında bu yükün daşınma
təhlükəsizliyinə zəmanət verən
şəhadətnamə təqdim etməlidir (9 nömrəli
əlavə). Şəhadətnamənin nömrəsi vaqon
təsərrüfatının işçiləri tərəfindən
VU-14 formalı kitabda qeyd edilir, yükgöndərən isə
qaimənin arxa tərəfindəki 4-cü sütunda — «Vaqon
(konteyner-sistern), onun armaturu və avadanlığı saz
vəziyyətdədir və müəyyən edilmiş
tələblərə müvafiqdir» sözlərini qeyd etməlidir.
2.1.21. Vaqonlar vaqon baxıcısı
olmayan dalan yollarına ikiqat əməliyyatlar edilməsi üçün
verildikdə, həmçinin təhlükəli yüklər vaqon
təsərrüfatının işçiləri olmayan stansiyalarda
yüklənərkən vaqonların müayinə edilməsi və
hazırlanması qaydaları, habelə hazırlanmış
vaqonların yükləmə məntəqəsinə
göndərilməsi qaydası Azərbaycan Dövlət Dəmir Yolu
rəisi tərəfindən müəyyən edilir.
2.1.22. Yükgöndərənə (yükalana)
mənsub olan ixtisaslaşdırılmış vaqonlar və
ya yükgöndərən (yükalan) tərəfindən icarəyə
götürülmüş dəmir yollarının vaqon parkından xüsusi
ayrılmış vaqonlar daimi yükləmə (boşaltma)
stansiyalarına təhkim edilməlidirlər. Həmin vaqonlarda
yalnız onlarda daşınması nəzərdə
tutulmuş təhlükəli yüklərin daşınmasına
icazə verilir.
İxtisaslaşdırılmış
və icarəyə götürülmüş vaqonlarla daşınan
yüklər boşaldıldıqdan və qalıqlardan
təmizləndikdən sonra həmin vaqonların boş
qablarından yükalan tərəfindən bu təhlükəli
yüklərin yükgöndərənin ünvanına bu Qaydaların 2. 1.
48-ci bəndində göstərilən şərtlərlə
daşınması üçün istifadə edilə bilər.
Xüsusi və icarəyə götürülmüş
vaqonların yüklənməsi və boşadılması dalan
yollarında həyata keçirilir. Bu vaqonlarda yüklərin
daşınmasına yalnız vaqon göndərmələrində
icazə verilir.
2.1.23. Yükgöndərənə (yükalana)
mənsub olan vaqonlar yüklərin bərkidilməsi üçün bütün
mexanizmlərlə təchiz edilməli və belə
vaqonların istismarı üzrə təlimata əsasən bütün
vasitələrlə təmin edilməlidir.
2.1.24. İcarəyə götürülmüş
vaqonlar yükgöndərənin (yükalanın) gücü və
vəsaitləri ilə daşınması nəzərdə
tutulmuş yüklərin daşınma şərtlərinə
müvafiq olaraq təchiz edilir.
Əgər vaqonlar konkret yüklər və
ya yüklər qrupu üçün icarəyə götürülübsə, bu halda
yükgöndərən (yükalan) təhlükə nişanının
üstündə yükün və ya yük qrupunun adını yazır
(hərflərin hündürlüyü 15 sm. olmalıdır).
Təhlükə nişanının
altında qapının bütün eni boyunca qara boya ilə «Başqa
yüklər ilə yükləmək olmaz» və ya «Yalnız
təhkim edilmə stansiyasında yüklənməlidir»
sözləri yazılır (hərflərin hündürlüyü 10 sm.
olmalıdır), qapıdan sol tərəfdə
«İcarəyə götürülmüşdür (icarəçinin adı
göstərilir), «Təcili (stansiyanın adı və təhkim
edilmiş yol göstərilir) stansiyasına
qaytarılmalıdır» sözləri qeyd edilir.
2.1.25. Dəmir yollarının ümumi
parkının konteynerlərindən və vaqonlarından
təhlükəli yüklər boşaldıldıqdan sonra yükalanlar
konteynerləri və ya kuzovu müayinədən keçirməli,
daşınan yüklərin və zibilin qalıqlarını
texniki təhlükəsizlik tədbirlərinə əməl
etməklə yığmalı və atmalı, zəruri
hallarda isə onları yumalı, zərərsizləşdirməli,
vaqon və konteynerlərdən təhlükə
nişanlarını çıxarmalıdır.
2.1.26. Bu Qaydaların 2 nömrəli
əlavəsinin 3-cü və 7-ci sütunlarında göstərilən
zəhərli və aşındırıcı
xassələrə malik olan maddələrin vaqon göndərmələrində
yükalan insanların, heyvanların zəhərlənməsinin
və yüklərin çirklənməsinin qarşısını
almaq məqsədilə boşaltmadan sonra öz gücü və
vəsaitləri ilə vaqonları daşınan yüklərin
qalıqlarından təmizləməli, qaynar su ilə
yumalı, zəruri hallarda isə onları ekoloji
cəhətdən təhlükəsiz üsullar ilə
zərərsizləşdirməlidir.
Zəhərli və
aşındırıcı maddələrin
boşaldılmasından sonra vaqonların yuyulması və
zərərsizləşdirilməsi stansiya rəisinin, vaqonun
yuyulmasına və zərərsizləşdirilməsinə
cavabdeh olan yükalanın nümayəndəsinin iştirakı
ilə dəmir yolu nəqliyyatında texniki
təhlükəsizlik və sanitar nəzarəti
orqanlarının nümayəndələri tərəfindən
yoxlanılır.
Vaqon yuyulduqdan və
zərərsizləşdirildikdən sonra yükalanın vaqonun
təmizlənməsi üçün məsul nümayəndəsi
vaqonların zərərsizləşdirilməsi, yuyulması
və onlardan insanların, heyvanların, yemin, ərzaq
məhsullarının və digər yüklərin
daşınmasının mümkün olması haqqında texniki
və sanitar nəzarəti orqanlarının
nümayəndəsinin təsdiq etdiyi xüsusi arayışı
stansiyaya təqdim etməlidir. Həmin arayış stansiyanın
işlərində saxlanılır.
Zərərsizləşdirmə və yuyulma haqqında
arayış olmadıqda, vaqonlar stansiya tərəfindən
qəbul edilmir.
2.1.27. Yükləmə
məntəqələrinə təhkim edilmiş
ixtisaslaşdırılmış və icarəyə
götürülmüş vaqonlar boşaltmadan və onlardan daşınan
yüklərin qalığı təmizləndikdən sonra yükalan
avadanlıqla birgə öz plombları ilə tam daşıma
sənədləri üzrə onları təhkim edilmiş
stansiyaya göndərməlidir.
Bütün belə vaqonların
yüklənməsi, boşaldılması,
zərərsizləşdirilməsi üzrə işlər
yükgöndərənin (yükalanın) gücü və vəsaitləri
ilə həyata keçirilir. Belə vaqonlar təmirə
göndərilərkən yükgöndərənin (yükalanın) gücü
və vəsaitləri ilə
zərərsizləşdirilməli və yuyulmalıdır.
Belə halda vaqonların
zərərsizləşdirilməsinə nəzarət və
arayışın verilməsi bu Qaydaların 2. 1. 26-cı
bəndinə müvafiq olaraq həyata keçirilir.
İcarə müddəti başa
çatdıqdan sonra icarəçi (yükgöndərən və ya yükalan) öz
gücü və vəsaitləri ilə vaqonları
zərərsizləşdirməli, təhlükə
nişanlarını çıxartmalı, trafaretləri
rəngləməlidir. Zərərsizləşdirmənin
yoxlanılması və arayışın verilməsi bu
Qaydaların 2. 1. 26-cı bəndinə müvafiq həyata
keçirilir. Yalnız bundan sonra vaqonlar stansiya tərəfindən
qəbul edilir və digər yüklərin daşınması
üçün istifadə edilir.
2.1.28. Xüsusi konteynerlər yüklü,
eləcə də boş vəziyyətdə
daşınarkən onların üst səthində
təhlükəli yüklərin izi və ya qalığı
olmamalıdır.
2.1.29. Təhlükəli yüklər
boşaldılmış xüsusi konteynerlər daşımaya
verilərkən yükalan, yüklü konteynerdə olduğu kimi,
qapıların möhkəm bağlanmasını, yüklərin
və digər bağlayıcı qurğuların
möhkəmliyini təmin etməlidir.
2.1.30. Bayır tərəfdən və
daxildən təmizlənmiş, yuyulmuş xüsusi boş
konteynerlər qaytarılarkən yükgöndərən, qaimənin
«Yükün adı» sütununda «(daşınan yükün adı
göstərilməklə) boşaldılmış boş
konteyner təmizlənmişdir, yuyulmuşdur,
təhlükəsizdir» sözlərini qeyd edir.
2.1.31. Qalıqların və ya
daşınan yükün qalıqları olan boş xüsusi
konteynerlərin qaytarılması həmin konteynerlərin
daşınan yük üçün və ya məhsulun normativ-texniki
sənədlərilə nəzərdə tutulmuş və bu
Qaydalarla müəyyən edilmiş şərtlər
əsasında həyata keçirilir.
Qaimənin «Yükün adı» sütununda
yükgöndərən «(daşınan yükün adı
göstərilməklə) boşaldılmış konteyner»
qeydini edir və daşınan yük üçün bu Qaydalarla
nəzərdə tutulmuş təhlükə haqqında
ştempel vurur, qəza kartoçkasını (QK) əlavə edir
və ya onun nömrəsini göstərir.
2.1.32. Təhlükəli yüklərin örtülü
vaqonlarda və konteynerlərdə, həmçinin təhlükəli
yüklə yüklənmiş konteynerlərin açıq
hərəkət tərkibində yerləşdirilməsi
və bərkidilməsi «Yüklərin yüklənməsinin və
bərkidilməsinin texniki şərtləri»nə və
«Yüklərin daşınma qaydaları»na müvafiq
şəkildə həyata keçirilir. Təhlükəli yüklərin
xüsusi konteynerlərdə yerləşdirilməsi və
bərkidilməsi üsulları yükgöndərən
tərəfindən tərtib olunur və təsdiq edilir. Bu
üsullar «Yüklərin yüklənməsinin və bərkidilməsinin
texniki şərtləri»nin və «Yüklərin daşıma
qaydaları»nın tələblərinə müvafiq
olmalıdır.
Yüklərin vaqonlarda və
konteynerlərdə bərkidilməsi üçün istifadə edilən
materiallar daşınan təhlükəli yüklərə
münasibətdə inersiyalı olmalıdır.
Bir sıra təhlükəli yüklərin
yerləşdirilməsi və bərkidilməsi üzrə xüsusi
tələblər bu Qaydaların 2. 2-ci bəndində
göstərilmişdir.
2.1.33. Təhlükəli yüklərin bir
neçə laylarla yığılması zamanı yük
qalaqlarının dayanaqlığını təmin etmək
və qabların zədələnməsinin qarşısını
almaq məqsədilə laylar arasına
qalınlığı 20 mm-dən az olmayan
lövhələrdən hazırlanmış
döşənəklər qoyulur.
2.1.34. Vaqonların (konteynerlərin)
təhlükəli yüklərin daşınması üçün
yanğından mühafizəyə münasib olaraq hazırlanması
bu Qaydalarla nəzərdə tutulmuş hallarda, 7 nömrəli
əlavəyə uyğun olaraq yerinə yetirilir.
2.1.35. Vaqonların (konteynerlərin)
konkret təhlükəli yükün daşınması üçün
partlayışdan və yanğından mühafizə
cəhətdən seçilməsi və hazırlanması
yükgöndərən tərəfindən həyata keçirilir. Bu zaman
yükgöndərən vaqonun (konteynerin) bərkidilməsi üçün
istifadə edilən materiallar ilə daşınan yükün
uyğunlaşma tələblərinə müvafiq olmasını
yoxlamalıdır.
Təhlükəli yüklərin
daşınmaya qəbulu və verilməsi
2.1.36. Təhlükəli yüklər
daşınmaya qeyri-ümumi istifadə yerlərində təqdim
edilir. Təhlükəli yüklərin bu qayda ilə qəbulu
həm ümumi, həm də qeyri-ümumi istifadə yerlərində
həyata keçirilən kiçik və konteyner
göndərmələrinə aid edilmir.
2.1.37. Ümumi istifadə yerlərində
təhlükəli yüklərin qəbulu və verilməsi bir qayda
olaraq «avtomobil-vaqon», «vaqon-avtomobil» variantı üzrə
stansiyanın və yükgöndərənin bilavasitə
nəzarəti altında həyata keçirilir.
2.1.38. Təhlükəli yük (kiçik qablarda
olan yüklərdən başqa) əlifba göstəricisində
göstərilən konkret göndərmə növləri ilə
daşınmaya təqdim edilə bilər.
2.1.39. Təhlükəli yükün kiçik
göndərmələrlə qəbulu zamanı əgər bir
yerdə belə qabların və ya markalanmanın bu Qaydalara
müvafiq olmaması, qablaşmanın zədələnməsi,
yükgöndərən tərəfindən yükün çəkisinin səhv
göstərilməsi aşkar edilərsə, bu göndərmə
daşınmaya qəbul edilmir və bu barədə ümumi
formalı akt tərtib edilir.
Yükgöndərən qəbul
edilməyən yükü dərhal stansiyadan çıxarmalıdır.
2.1.40. Təhlükəli yüklə
yüklənmiş vaqonlar gəldikdə, onlar yükalanlar və
limanlar tərəfindən öz dalan yollarına qəbul
edilməlidirlər.
Yükalan təhlükəli kiçik yüklü
göndərmələrin və konteynerlərin gəlməsi
haqqında bildiriş alındığı andan 24 saat
ərzində onları stansiyadan çıxarmalıdır.
Yükalan onun ünvanına gəlmiş
təhlükəli yükün qəbulundan imtina edə bilməz.
Təhlükəli yüklərin birgə
daşınması
2.1.41. Müxtəlif təsnifatlı,
həmçinin bəzi eyni təsnifat şifrli, lakin bu
Qaydaların 4 nömrəli əlavəsinə əsasən
birgə daşınmasına icazə verilməyən təhlükəli
yüklərin bir vaqon və ya konteynerə yüklənməsinə
yol verilmir.
Təhlükəli yüklərlə
təhlükəsiz yüklərin bir vaqonda və ya konteynerdə
birgə daşınması bu Qaydaların 5 nömrəli
əlavəsinə müvafiq olaraq həyata keçirilir.
2.1.42. Müstəsna hal kimi 3-cü sinifdən
olan tezalışan maddələrin və tibb, veterinar,
laboratoriya əmlakının komplektinə daxil olan 8. 1-ci
yarımsinif turşuların vaqon-göndərmələri ilə
birgə daşınmasına icazə verilir.
Tezalışan mayelər kip bağlanan
qablara qablaşdırılmalı (şüşə qabın
tutumu 1 litrdən artıq olmamalıdır) və
yuvacıqları qutunun hündürlüyü boyda olan möhkəm taxta qutulara
yerləşdirilməlidir. Zəruri hallarda qutularda horizontal
sıra qatları və amortizatorlar olmalıdır.
Yuvacıqlardakı və qutunun qapağının
altındakı boşluq yanmayan ara qatı materialı ilə
doldurulur.
Turşu doldurulmuş şüşə qab
qoruyucu qapaqlarla bərkidilmiş şüşə tıxaclarla
kip bağlanmalı və yuvacıqlı möhkəm taxta qutulara
yerləşdirilməlidir. Yeşiklərin yuvacıqları
yumşaq, yanmayan materiallar (şlak-pambıq, kizelqur və s.)
ilə döşənməlidir. Turşuların qablaşdırılması
zamanı kağızdan, taxta qırıntılarından,
samandan və başqa tezalışan və yanan
maddələrdən istifadə edilməsinə yol verilmir. Yeşiyin
brutto çəkisi 50 kq-dan artıq olmamalıdır.
Turşu ilə olan yük vaqonlara
yükləmə zamanı tezalışan və yanan materiallar
olan qutuların əks tərəfində yerləşdirilir.
Bütün yerlər bir-birinə sıx qoyulmalı və möhkəm
bərkidilməlidir.
Kiçik qablarda təhlükəli yüklərin
daşınması
2.1.43. Kiçik, yəni netto çəkisi 1 kq-dan
və həcmi 1 litrdən artıq olmayan qablarda olan, adları
əlifba göstəricisində «+» işarəsi ilə
nişanlanmış (2 nömrəli əlavə) təhlükəli
yüklərin kiçik göndərmələrlə və universal
konteynerlərdə təhlükəsiz yüklər kimi ümumi
əsaslarla daşınmasına icazə verilir. Belə
hallarda qaimədə təhlükə və qoruyucu haqqında heç
bir qeydiyyat edilmir.
Vaqon göndərmələrilə
daşınması nəzərdə tutulan yüklərdən
başqa (bax. 2. 2 bəndi) qalan xırda çəkili
təhlükəli yüklərin kiçik göndərmələrlə və
universal konteynerlərlə daşınmasına bu Qaydalarla
müəyyən edilmiş şərtlərlə yol verilir.
2.1.44. Müxtəlif adlardan olan
təhlükəli yüklərin, həmçinin təhlükəli
yüklərin kiçik qablardakı təhlükəsiz yüklərlə
birgə bir yük yerində qablaşdırılması bu Qaydaların
2.1.7-ci bəndində göstərilən tələblərə
əməl edilməklə həyata keçirilə bilər.
2.1.45. Kiçik qablardakı təhlükəli
yüklər bu Qaydaların 2.1-ci bəndinin
tələblərinə əməl edilməklə
qablaşdırıla bilər.
2.1.46. Qabın xaricində və
qaimədə yükün adından sonra yükgöndərən «Kiçik
qablarda» sözlərini qeyd edir.
Boş qabın qaytarılması
2.1.47. Bu Qaydaların 2.1.48-ci
bəndində göstərilənlərdən başqa
təhlükəli yüklərin boş tarası xaricdən və
daxildən təmizləndikdən və
zərərsizləşdirildikdən, həmçinin
təhlükə nişanları ləğv edildikdən sonra
onların təhlükəsiz yüklər kimi ümumi əsaslarla
daşınmasına yol verilir. Bu zaman yükgöndərən
qaimənin «Yükün adı» sütununda — «Qayıdan qab (daşınan
yükün adını göstərməklə)
təmizlənmişdir, təhlükəsizdir» sözlərini qeyd
edir.
2.1.48.
İxtisaslaşdırılmış və icarəyə
götürülmüş vaqonlarda daşınan təhlükəli yüklərin
boş qabları, yükalan tərəfindən boşaldıqdan
sonra həmin yük üçün nəzərdə tutulmuş vaqonlarda
daşınır. Belə qabın digər vaqonlarda
daşınmasına yol verilmir. Boş qab xaricdən
təmizlənmiş, kip tıxaclarla bağlanmış halda
daşınan yük üçün müəyyən edilmiş
şərtlərlə daşınır.
Yükgöndərən qaimənin «Yükün
adı» sütununda (daşınan yükün adı göstərilir)
«boş qab» qeydini etməlidir.
2.2.
Təhlükəli yüklərin xüsusi daşınma
şərtləri (1-ci, 7-ci siniflərdən və 6.2-ci
yarımsinif yüklərdən başqa)
Bu Qaydaların 2.1-ci bəndində
göstərilən ümumi tələblərdən başqa,
xüsusiyyətlərindən və təhlükə xarakterindən
asılı olaraq təhlükəli yüklərin
daşınması zamanı Azərbaycan Respublikasının
«Texniki təhlükəsizlik haqqında», «Əhalinin radiasiya
təhlükəsizliyi haqqında», «Ekoloji təhlükəsizlik haqqında»
Qanunlarının və digər qanunvericilik aktlarının
tələblərinə və aşağıda
göstərilən xüsusi şərtlərə əməl
edilməlidir.
Təzyiq altında
sıxılmış, mayeləşdirilmiş və həll
edilmiş qazlar (2-ci sinif)
2.2.1. Bu sinifdən olan
maddələrə təzyiq altında sıxılmış,
mayeləşdirilmiş və ya həll edilmiş
şəkildə daşınan, həmişə təzyiq
altında olan, möhkəm və kip bağlanan xüsusi qablara
doldurulması tələb olunan qazlar aiddir.
Bu sinifdən olan maddələrin ümumi
təhlükə xüsusiyyəti temperatur yüksəldikcə
təzyiqin tez artmasıdır ki, bu da qabların
zədələnməsi nəticəsində qaz olan qabın
partlamasına gətirib çıxara bilər.
2.2.2. Təzyiq altında
sıxılmış, mayeləşdirilmiş və həll
edilmiş qazlar bu məhsul üçün standartlarda və ya texniki
şərtlərdə nəzərdə tutulmuş, təzyiq
altında işləyən qabların quruluşu və
təhlükəsiz istismarı qaydalarının
tələblərinə, cavab verən balonlarda, qablarda və
ya xüsusi konteynerlərdə daşınır.
2.2.3. Yükgöndərən daşımaya
təzyiq altında sıxılmış,
mayeləşdirilmiş və həll edilmiş qazları
yalnız ventilləri və özü tamamilə saz
vəziyyətdə olan balonlarda verməlidir. Həmin balonlar
müvafiq rəngdə olmalı və onların üzərində
aşağıdakılar göstərilməlidir:
1) Dövlət standartı üzrə P19,6 MPA
(200 kq s/sm2) olan qazlar üçün kiçik və orta həcmli polad
balonlar. Texniki şərtlərə uyğun olaraq hər bir
qaz növü üçün müəyyən edilmiş rəngli zolaqlar və
yazılar;
2) yükgöndərənin və ya
balonları dolduran zavodun plombları ilə plomblanmış
qoruyucu qapaqlar;
3) qalınlığı 25 mm-dən az
olmayan iki ədəd qoruyucu rezin halqalar;
4) təhlükə nişanları;
5) doldurma təlimatlarına
əsasən balonların ventillərində boğucu qapaqlar.
2.2.4. Yükgöndərən balonları,
qabları və xüsusi konteynerləri həmin məhsul üçün
standartlarla və ya texniki şərtlərlə
müəyyən edilmiş normadan artıq qazla
doldurmamalıdır.
2.2.5. Zəhərli qazlar (2.2-ci
yarımsinif), zəhərli tezalışan qazlar (2.4-cü
yarımsinif) olan balon və qablar, həmçinin həmin qazlardan
boşaldılmış balonlar yalnız vaqon göndərmələri
ilə və ya konteynerlərdə daşınır.
2.2.6. Qaz olan balonlar üfüqi
vəziyyətdə, qapaqları bir istiqamətdə
yüklənir.
Vaqon göndərmələrində
müstəsna hal kimi, qoruyucu qapaqları olmayan balonların
yüklənməsinə yol verilir. Belə hallarda hər bir balon
sıralarının arasına balonlar üçün yuvacıqlı taxta
lövhə aralıqlar qoyulmalıdır. Balonlar (qablar)
arasında aralıq kimi samandan, quru otdan və digər
tezalışan və yanar materiallardan istifadə
edilməsinə yol verilmir.
Balonlar şaquli vəziyyətdə o
zaman yüklənə bilər ki, onların qoruyucu halqaları
olsun və balonların yerindən tərpənməməsi
və yıxılmaması üçün sıx yüklənsin. Yükün
qapıya təzyiqinin istisna edilməsi üçün qapı yerləri
qalınlığı 40 mm-dən az olmayan
lövhələrlə mühafizə edilməlidir.
Tezalışan qazlar (2.3-cü
yarımsinif), zəhərli tezalışan qazlar (2.4-cü
yarımsinif) olan balonlar elə yerləşdirilməli və
bərkidilməlidir ki, balonların bir-birlərinə və
vaqonun metal hissələrinə toxunması mümkün olmasın.
2.2.7. Oksidləşdirici qazlar
(təsnifat şifrləri 2121, 2125, 2221, 2223, 2243) olan
balonların, mineral və bitki yağlarının izi olan
vaqonlara yüklənməsinə yol verilmir.
2.2.8. Boşaldılmış balonlar
(qablar, xüsusi konteynerlər) təhlükəli yük kimi,
mayeləşdirilmiş və sıxılmış qazlar üçün
müəyyən edilmiş şərtlərlə daşınmalıdır.
Yükgöndərən boş balonları
(qabları, xüsusi konteynerləri) daşınmaya təqdim
edərkən qaimənin «Yükün adı» sütununda »
_________________________ (qazın adını
göstərməklə) boşaldılmış balonlar»
sözlərini qeyd etməlidir.
Balonlardakı (qablardakı, xüsusi
konteyrnerlərdəki) qalan təzyiq, təzyiq altında
işləyən qabların quruluşu və təhlükəsiz
istismarı qaydaları ilə müəyyən edilmiş normalara
müvafiq olmalıdır.
Boş balonlar (qablar, xüsusi
konteynerlər) ventilləri bərk bağlı
vəziyyətdə, qapaqları isə taxılmış
şəkildə daşınır, kiçik
göndərmələrlə daşınma zamanı onların
üzərində «Boşdur» yazısı olmalıdır.
2.2.9. Fosgen və
sabitləşdirilmiş xlorsian, həmçinin bu yüklərdən
boşaldılmış qab yalnız
ixtisaslaşdırılmış vaqonlarda daşına
bilər və vaqonlar yükgöndərənin (yükalanın)
mütəxəssislər briqadası ilə müşayiət
edilməlidir.
Tezalışan mayelər (3-cü sinif)
2.2.10. Bu sinifdən olan maddələrin
əsas təhlükəsi alışma mənbəyinin (açıq
alov, qığılcım, elektrik boşalması)
qısamüddətli təsirindən alışan və hava
ilə birgə partlayış təhlükəsi yaradan buxar
ayırmasıdır. Bu mayelərin buxarları narkotik
təsirə malik ola bilər. Bir çox mayelər və
onların buxarı yüksək zəhərləyici
maddələrdir.
2.2.11. Yüksək zəhərləyici
və korroziyaedici, tezalışan mayelər (təsnifat
şifrləri — 3121, 3122, 3221, 3222, 3141, 3241, 3231, 3241, 3242,
3131, 3323, 3333, 3343) yalnız vaqon göndərmələri ilə
daşınır.
2.2.12. Akrilonitril, sulfid-karbon, etilmerkaptan,
izopropilnitrat, samin, həmçinin bu yüklərdən
boşaldılmış qab yalnız
ixtisaslaşdırılmış və ya
yükgöndərənlər (yükalanlar) tərəfindən
icarəyə götürülmüş vaqonlarda daşınır. Bu
yüklər üçün nəzərdə tutulmuş vaqonlar
yükgöndərən tərəfindən sarı rənglə
rənglənməlidir.
Yuxarıda göstərilən yüklər
daşınmaya standart çəlləklərdə kip və
plomblanmış vəziyyətdə təqdim edilməlidir.
Çəlləklər vaqonlara yalnız bir lay, tıxacları
yuxarı vəziyyətdə yüklənir.
İzopropilnitrit və saminin
daşınması üçün vaqonlar həm yüklü, həm də
boş vəziyyətdə yükgöndərənin (yükalanın)
mütəxəssislər briqadasının müşayiəti
ilə hərəkət edə bilər.
2.2.13. Örtülü vaqonlarda yalnız kimyəvi
cəhətdən təmiz metanol şüşə qablarda və
bu məhsul üçün standartlarla və texniki şərtlərlə
nəzərdə tutulmuş qablarda daşına bilər.
Metanol ixtisaslaşdırılmış
və ya yükgöndərənin (yükalanın) icarəyə götürdüyü
vaqonlarda daşınır, qapının mərkəzi
hissəsində təhlükə nişanının üstündə
«Metanol» sözü yazılmalıdır. Yükün iki yarusla
daşınması üçün vaqon yükgöndərən
tərəfindən daimi döşənək ilə təchiz
edilməli və sarı rənglə boyanmalıdır. Qab
təsadüfən zədələnərkən yükün vaqondan
sızmasının qarşısını almaq məqsədi
ilə vaqonun döşəməsinə yükləməyə
qədər 100 mm-dən az olmayan hündürlükdə quru qum
səpilməlidir. Qumun çölə tökülməməsi üçün kuzanın
bütün perimetri boyu, o cümlədən qapıarası məsafə
üzrə vaqonun döşəməsinə 150 mm hündürlükdə planka
vurulmalı və ya digər üsulla möhkəm
bərkidilməlidir.
Qablaşdırılmış metanol
mütləq dəmir yolunun hərbiləşdirilmiş
mühafizəsinin müşayiəti ilə
daşınmalıdır.
2.2.14. Qablarda benzin daşınarkən
yükgöndərən qaimənin «Yükün adı» sütununda
«Etilləşdirilməmiş motor benzini» və ya
«Etilləşdirilmiş benzin» sözlərini qeyd etməlidir. Etilləşdirilmiş
benzinin qabda daşınmasına yalnız səlahiyyətli
texniki nəzarət və sanitar orqanının icazəsi
olduqda və bu icazədə göstərilən
şərtlərə əməl olunduqda yol verilir.
2.2.15. Lyuminal A, heptil, T-185 məhsulu,
diran A, həmçinin bu yüklərin boş qabları yalnız
yükgöndərənin (yükalanın)
ixtisaslaşdırılmış vaqonlarında daşına
bilər.
Bu yüklərin daşınması üçün
nəzərdə tutulmuş həm boş, həm də yüklü
vaqonlar yükgöndərənin (yükalanın) mütəxəssislər
briqadasının müşayiəti ilə hərəkət
etməlidir.
Göstərilən yüklər yükgöndərənin
(yükalanın) xüsusi qablarında daşınırlar.
2.2.16. Plastifikator və sintin yalnız
yükgöndərənin (yükalanın)
ixtisaslaşdırılmış vaqonlarında və onlar
tərəfindən icarəyə götürülmüş vaqonlarda
daşınır.
2.2.17. 3-cü təhlükə sinfinə aid
edilmiş pestisidlər bu Qaydaların 2.2.47-ci bəndində
müəyyən edilmiş şərtlərlə
daşınır.
Tezalışan bərk maddələr,
öz-özünə alışan maddələr və su ilə
əlaqəyə girdikdə tezalışan qazlar ayrılan
maddələr (4-cü sinif)
2.2.18. Bu sinifdən olan maddələr
və materiallar su ilə və ya havanın rütubəti ilə
əlaqəyə girdikdə, xarici alışma
mənbələrindən, öz-özünə baş verən
kimyəvi reaksiyalardan, həmçinin daşınma zamanı
qızdıqda tez alışırlar.
4-cü sinifdən olan maddələr üç
yarımsinifə bölünürlər:
4.1. — tezalışan bərk
maddələr;
4.2. — öz-özünə alışan
maddələr;
4.3. — su ilə əlaqəyə
girdikdə alovlanan qazlar ayrılan maddələr.
Hər bir yarımsinif üçün özünə
məxsus təhlükə nişanları müəyyən
edilmişdir.
Tezalışan bərk maddələr
(4.1-ci yarımsinif)
2.2.19. 4.1-ci yarımsinifə
aşağıdakılar aiddir:
a) aşağı enerjidə
alışma mənbələrinin (şam alovu,
qığılcım, közərən siqaret və s.) qısa
müddətli (30 saniyəyə qədər) təsirindən alışma
qabiliyyətli tezalışan bərk maddələr və
materiallar;
b) hava temperaturu daxil olmadan ekzotermik
parçalanmaya meyilli olan və parçalanmanın temperaturu 65 °C-dən
çox olmayan maddələr;
c) sürtünmə nəticəsində
alovlanan bərk maddələr və məmulatlar.
2.2.20. Partlayıcı tezalışan
bərk maddələr (təsnifat şifrləri 4152, 4153,
4172) daşınmaya ancaq hermetik qabda təqdim edilir.
2.2.21. Kinofilmlər, kino lentləri
və fotoqrafiya lentləri dəmir yolu nəqliyyatı ilə
daşınma zamanı ancaq aşağıda göstərilən
üsulla qablaşdırılmalıdırlar:
a) hər bir lent rulonu ağ rəngli
tənəkədən hazırlanmış qapağı
möhkəm bağlanan qutulara qoyulmalıdır;
b) qutular qapaqlı dəmir
yeşiklərə sıx yerləşdirilir və
yeşiklər yükgöndərən tərəfindən
plomblanır.
Tezalışmayan (asetat və triasetat)
lentlər və ensiz lentli kinofilmlər daşınarkən,
bu barədə yükgöndərən qaimədə qeyd
etməlidir. Qabların üzərinə «Kino lenti» və ya
«Fotoqrafiya lenti», «Tezalışmayandır» sözləri dəqiq
yazılmalıdır.
Köhnə, istifadə edilmiş lentlər
dəmir yeşiklərdə və ya metal
çəlləklərdə daşınırlar.
2.2.22. Sellüloiddən
hazırlanmış məmulatlar universal konteynerlərdə
istehlakçı qabında daşına bilər.
Təhlükəsiz kibritlərin ancaq faner
yeşiklərdə paketləşdirilmiş
şəkildə kiçik göndərmələrlə
daşınmasına yol verilir.
2.2.23. Universal konteynerlərdə və
örtülü vaqonlarda kükürd bu Qaydaların 7 nömrəli əlavəsinin
tələblərinə müvafiq olaraq nəqliyyat qabında
daşınır.
2.2.24. Təsnifat şifri 4113 olan
tezalışan materiallar — pambıq mahlıc, pambıq lif,
nutlif, daranmış kətan, quru lif, daranmış iplik,
iplik, daranmış kəndir, saman, sıxılmış
saman, sıxılmış quru ot — bu Qaydaların 7 nömrəli
əlavəsində göstərilən qaydalara əməl
etməklə daşınır.
Öz - özünə alışan maddələr
(4.2-ci yarımsinif)
2.2.25. 4.2-ci yarımsinifə pirofor
maddələr (havada tezalışan maddələr),
alışma dərəcəsinədək özbaşına
qızan digər maddələr və materiallar aiddir.
Bəzi maddələrin alışma
qabiliyyətləri nəmləndikdə və havanın
rütubəti ilə əlaqəyə girdikdə artır.
2.2.26. Heyvan və bitki mənşəli
materiallar (təsnifat şifrləri 4212, 4213) yalnız, vaqon
göndərmələri ilə və konteynerlərdə
daşınmalıdır. Qabsız cecə
daşınarkən vaqonlar yüklənmədən əvvəl
əsaslı surətdə yuyulmalı, təmizlənməli
və qurudulmalıdır.
Yükgöndərən yüklərin
nəmişlikdən qorunması üçün tədbirlər
görməlidir. Yüklənərkən cecələrin temperaturu 30
°C-dən artıq olmamalıdır.
Kopra, pambıq pintası, pambıq
təmizləyən zavodların lif tullantıları, çiyidli
pambıq qabsız daşınarkən vaqonlar və ya
konteynerlər bu qaydaların 7 nömrəli əlavəsinin
tələblərinə müvafiq hazırlanmalıdır.
2.2.27. Sarı fosfor, həmçinin onun
qabı daşınmaya yalnız yükgöndərənin
(yükalanın) mülkiyyətində olan və ya onlar
tərəfindən icarəyə götürülmuş vaqonlarla
daşınmasına yol verilir. Sarı fosforun
daşınması üçün nəzərdə tutulmuş vaqon
sarı rəngə boyanmalıdır. Qapının
mərkəzində təhlükə nişanı üstündə
«Sarı fosfor» sözləri yazılmalıdır.
Yükgöndərən sarı fosforu
əvvəlcədən su doldurulmuş, yükün marşrutu
üzrə rayonlarında havanın temperaturu 0°C-dən
aşağı olduğu hallarda isə donmayan kalsium-xlorid məhlulu
doldurulmuş kip standart çəlləklərə və ya
bankalara qablaşdırmalıdır.
Fosforlu çəlləklər
plomblanmalıdır. Bankaların ağzı
lehimlənməli və əlavə olaraq qapaqlı möhkəm
taxta yeşiklərə qablaşdırılmalıdır.
Fosforlu çəlləklər vaqonda bir yarusda və mütləq
tıxacları yuxarı vəziyyətdə
yerləşdirilir.
Su ilə əlaqəyə girdikdə
tezalışan qaz ayıran maddələr (4.3-cü yarımsinif)
2.2.28. Bu yarımsinifdən olan
maddələrin təhlükəliliyi ondan ibarətdir ki, onlar su,
su məhsulları ilə, həmçinin havanın rütubəti
ilə əlaqəyə girdikdə, tezalışan qaz və
qazların alışması üçün bir çox hallarda kifayət olan
istilik ayırırlar.
2.2.29. SN (natrium, sian) katalizatoru və
onun boşaldıldığı tara yalnız
yükgöndərənin xüsusi izotermik vaqonlarında
daşınır.
Bu yüklərin daşınması üçün
nəzərdə tutulmuş vaqonlar həm boş, həm
də yüklü halda yükgöndərənin (yükalanın),
mütəxəssislər briqadası tərəfindən
müşayiət edilməklə hərəkət etməlidir.
2.2.30. Silanxloridlər (təsnifat
şifri 4361), həmçinin onların boşaldığı
boş qablar yalnız yükgöndərənin (yükalanın)
mülkiyyətində olan və ya onlar tərəfindən
icarəyə götürülmüş vaqonlarda daşınmalıdır.
Bu vaqonlar yükgöndərən tərəfindən sarı
rəngə boyanmalıdır.
Göstərilən yüklər
plomblanmış hermetik standart çəlləklərdə
daşınırlar. Çəlləklər vaqonlarda bir yarusda
tıxacları, yuxarı vəziyyətdə yerləşdirilir.
Oksidləşdirici maddələr və
üzvi peroksidlər (5-ci sinif)
2.2.31. Bu sinifdən olan maddələr
oksigen ayırırlar və nəticədə alışan
maddələrin özbaşına yanmasına gətirib
çıxarır, onların yanmasını gücləndirir,
yanğın intensivliyini artırır və ya digər
maddələr ilə birlikdə partlayıcı
qarışıqlar əmələ gətirir.
5-ci sinif yüklər iki yarımsinifə
bölünür:
§
5.1-ci
yarımsinif oksidləşdirici maddələr;
§
5.2-ci
yarımsinif — üzvi peroksidlər.
Hər yarımsinif üçün öz təhlükə
nişanları müəyyən edilir.
Oksidləşdirici maddələr (5.1-ci
yarımsinif)
2.2.32. 5.1-ci yarımsinifə aid olan
maddələrin əsas təhlükəsi ondan ibarətdir ki,
əgər onlar yumşaq vəziyyətdədirsə,
alışan materiallarla (odun qırıntıları, saman,
talaşa, metal tozları, kükürd və s.) birlikdə
alışan və ya partlayıcı qarışıqlar
yaradırlar.
2.2.33. Müxtəlif markalardan olan ammonyak
şorasının bir-biri ilə və digər
təhlükəli və təhlükəsiz yüklərlə bir
yerdə daşınmasına yol verilmir.
2.2.34. 5.1-ci yarımsinifdən olan
yüklərin daşınması üçün nəzərdə
tutulmuş vaqonlar daşınan yüklərin qalıqlarından
və tozdan əsaslı surətdə təmizlənməli
və yuyulmalıdırlar, həmin vaqonlarda mineral və bitki
yağlarının izi olmamalıdır.
2.2.35. Ammonium perxlorat, anozit, həmçinin
onlar boşaldılmış tara daşınmaya yalnız
yükgöndərənin (yükalanın) mülkiyyətində olan və
ya onların icarəyə götürdükləri vaqonlarda daşına
bilər. Qatılığı 60 faizdən yuxarı olan
hidrogen peroksidin yalnız yükgöndərənin (yükalanın) ixtisaslaşdırılmış
vaqonlarında daşınmasına yol verilir.
Amonium-perxloratın, anozitin və
qatılığı 60 faizdən yuxarı olan hidrogen —
peroksidinin daşınması və həmin maddələrin
boşaldıldığı boş vaqonların
hərəkəti yalnız yükgöndərənin (yükalanın)
mütəxəssislər briqadasının müşayiəti
ilə həyata keçirilir.
2.2.36. Butil üç hidroperoksidi, həmçinin
yağlı məhlulda yağlı turşular
fraksiyasının peroksidi daşınmaya yalnız
yükgöndərənin, (yükalanın) mülkiyyətində olan örtülü
izotermik vaqonlarda ilin yay mövsümündə temperaturu
tənzimləməklə və ya onlar tərəfindən
icarəyə götürülmüş vaqonlarda ilin qış
mövsümündə, marşrut yolunda havanın temperaturu
tənzimlənən temperaturdan aşağı olarsa
daşına bilər. Həmin yüklərin daşınması
ancaq yükgöndərənin (yükalanın) bələdçisinin
müşayiəti ilə həyata keçirilir.
Üzvi peroksidlər (5.2-ci yarımsinif)
2.2.37. 5.2-ci yarımsinifə aid olan
maddələrin bir çoxu yanar maddələrdir,
oksidləşdirici kimi təsir göstərirlər. Bundan
başqa, tezalışan maddələr özbaşına partlaya
bilərlər. Bu zaman zərbəyə və
sürtünməyə həssas olan böyük miqdarda isti və qaz
ayrıla bilər. Peroksid birləşmələri, xüsusən
maye və pasta şəklində olduğu halda gözə düşdükdə,
güclü, müalicəsi mümkün olmayan
zəhərlənmələrə, dəriyə
düşdükdə isə yanığa səbəb olur.
2.2.38. Temperaturunun tənzimlənməsi
tələb edilən, üzvi peroksidlər (təsnifat
şifrləri — 5211, 5212, 5221, 5222) hava klapanları olan xüsüsi
qablara qablaşdırılır.
5.2-ci yarımsinifdən olan başqa
yüklər hermetik qabda daşınmalıdır;
2.2.39. Göz üçün
aşındırıcı olan üzvi peroksidlərin (təsnifat
şifrləri 5251, 5252, 5271) qablarına əlavə olaraq
«Gözün yanmasından qorun» sözləri yazılmalıdır.
2.2.40. Üzvi, peroksidlərin bütün
təhlükəli və təhlükəsiz yüklərlə birgə
daşınmasına yol verilmir.
Temperaturun tənzimlənməsini
tələb edən üzvi peroksidlər (təsnifat
şifrləri 5211, 522, 5221, 5222) yükgöndərənin və ya
yükalanın ixtisaslaşdırılmış izotermik vaqonlarında
daşınmalıdır.
5.2-ci yarımsinifdən olan başqa
yüklər, həmçinin onların boşaldıldığı boş
qablar yükgöndərənin (yükalanın) mülkiyyətində olan
vaqonlarda və ya onlar tərəfindən icarəyə
götürülmüş vaqonlarda daşınır. Belə yüklərin
daşınması üçün nəzərdə tutulmuş vaqonlar
yükgöndərən tərəfindən boz rəngə
boyanmalıdır.
Üzvi peroksidlərin daşınması
üçün nəzərdə tutulmuş vaqonlar, həm boş, həm
də yüklü vəziyyətdə yükgöndərənin
(yükalanın) mütəxəssislər briqadası
tərəfindən müşayiət edilməlidir.
Zəhərli və yoluxdurucu
maddələr (6-cı sinif)
2.2.41. Bu sinfə aid olan maddələr
orqanizmə düşdükdə, dəriyə dəydikdə və
ya onlarla nəfəs alındıqda zəhərlənmə
və ya xəstəlik doğura bilər.
6-cı sinifdən olan təhlükəli
yüklər iki yarımsinifə bölünürlər:
§
6.1-ci
yarımsinifə zəhərli maddələr;
§
6.2-ci
yarımsinifə yoluxdurucu maddələr daxildir.
§
6.2-ci
yarımsinifə aid olan yüklərə bu Qaydalar şamil
edilmir.
Zəhərli maddələr (6. 1-ci
yarımsinif)
2.2.42. 6.1-ci yarımsinifə aid olan
yüklərin əsas təhlükəsi ondan ibarətdir ki, onlarla
ehtiyatsiz davranıldıqda zəhərlənməyə,
xəstəliyə, hətta insanların və ya
heyvanların ölümünə səbəb ola bilər. Mayelər,
xüsusən tez uçan mayelərin buxarı nəfəsə
düşdükdə daha təhlükəlidir. 6.1-ci yarımsinifə
aid olan bütün maddələr udulduqda təhlükəlidir,
onların bir çoxu dəriyə düşdükdə zərərli
təsir göstərirlər. Bərk maddələr, xüsusən
toz şəklində təhlükəlidir.
2.2.43. Pek və antrasen taxta
çəlləklərdə və ya qutularda daşınırlar.
Daş kömür və neft pekinin qabsız yalnız açıq
hərəkət düzümündə daşınmasına yol verilir.
Ümumi istifadə yollarında pekin
tarasız yüklənməsinə, boşaldılmasına və
saxlanmasına yol verilmir.
2.2.44. Maye etil asetonsianhidridi və arsen
üç oksidi güclü zəhərləyicidir. Onlar həm də ona
görə təhlükəlidirlər ki, onların zəhərli
təsiri dərhal bilinmir və zərərçəkənə
hiss edilmədən keçir:
Bu yüklərin və onların
boşaldığı qabın daşınmasına
yükgöndərənin (yükalanın) mülkiyyətində olan və
ya onlar tərəfindən icarəyə götürülmüş vaqonlarda
icazə verilir. Vaqonlar yükgöndərən tərəfindən
sarı rəngə boyanmalıdır.
Maye etil daşıyan vaqonun
qapısında (təhlükə nişanının altında)
«Vaqona yalnız maye etil yüklənməlidir» sözləri
yazılır.
Göstərilən yüklər standart hermetik
və plomblanmış çəlləklərdə
daşınmalıdır.
Maye etil və asetonsianhidrin olan
çəlləklər bir yarusda tıxacları yuxarı
vəziyyətdə yerləşdirilir.
Maye etil və arsen üç oksidi (arsenli
anhidrid) yalnız yükgöndərənin (yükalanın)
nümayəndələrinin müşayiəti ilə
daşınır.
2.2.45. Amidol, akvanit, sianidlər,
həmçinin sianid turşusu, sinxonin, strixnin, dixlorid civə,
təbii kinovar və bu yüklərdən
boşaldılmış qab yalnız yükgöndərənin
(yükalanın) xüsusi örtülü vaqonlarında daşına bilər.
Yüklü və boş vaqonlar
yükgöndərənin (yükalanın) mütəxəssislər
briqadasının müşayiəti ilə hərəkət
etməlidir.
Amidol yükgöndərənin (yükalanın)
hermetik qablarında azot yastığı altında
daşınmalıdır. Bu məhsul olan qabların
daşınmasına xüsusi qurğularla təchiz edilmiş
meydançalarda yerləşdirilməsi və
bərkidilməsindən sonra icazə verilir.
2.2.46. Enit, propit, həmçinin bu
yüklərdən boşaldılmış qablar
yükgöndərənin (yükalanın) xüsusi qurğularla təchiz
edilmiş örtülü vaqonlarında daşınmalıdır. Enit
və propitin xüsusi konteynerlərdə (qablarda)
daşınmasına yol verilir.
Yüklü vaqonlarda, həmçinin boş qab
və xüsusi konteynerlərdə (qablarda) yükün qalığı
qalarsa, yükgöndərənin (yükalanın)
nümayəndələrinin müşayiəti ilə
daşınır.
2.2.47. Kənd təsərrüfatı üçün
pestisidlər, həmçinin həmin yüklərin
boşaldığı qablar yükgöndərənin (yükalanın)
mülkiyyətində olan və ya onlar tərəfindən
icarəyə götürülmüş vaqonlarda daşınmalıdır.
Vaqonlar yükgöndərən
tərəfindən sarı rəngə boyanmalıdır.
Qapılarda, təhlükə nişanının üstündə
«Pestisidlər» xəbərdarlıq sözləri, təhlükə
nişanının altında isə «Digər yüklərlə
yüklənməməlidir» sözləri yazılmalıdır.
Aşındırıcı və
(və ya) korroziyaedici maddələr (8-ci sinif)
2.2.48. 8-ci sinifə aid olan
maddələrin əsas təhlükəsi onların diri
toxumaları zədələmək və müxtəlif
materiallara dağıdıcı təsir göstərmək
xüsusiyyətlərinə malik olmasındadır. Bu
maddələrin buxarı və tozu orqanizmə düşdükdə
zəhərlənmə doğura bilər. 8-ci sinifə aid
olan bir sıra yüklər oksidləşdirici təsirə
malikdirlər, yəni yanar maddələrin və
materialların alovlanmasını doğura bilər.
2.2.49. Öz-özünə alışan
qarışıqlar yarada bilən aşındırıcı
maddələrin (təsnifat şifrləri — 8151, 8152, 8121,
8321, 8221, 8251) qablaşdırılmasında quru otdan, samandan,
taxta yonqarlardan və oddan qoruyucu tərkiblə
hopdurulmamış digər materiallardan istifadə
edilməsinə yol verilmir.
2.2.50. Amil, amilin və melanc, həmçinin
onlardan boşaldılmış qab yalnız
yükgöndərənin (yükalanın)
ixtisaslaşdırılmış vaqonlarında daşına
bilər.
Bu yüklərin daşınması üçün
nəzərdə tutulmuş vaqonlar həm yüklü, həm də
boş vəziyyətdə yükgöndərənin (yükalanın)
mütəxəssislər briqadasının müşayiətilə
hərəkət etməlidir.
Göstərilən yüklər
yükgöndərənin (yükalanın) xüsusi tutumlarında
daşınırlar.
2.2.51. Hermetik bağlanan polad balonlarda
civə və onun boşaldığı qab xüsusi yeşik
altlıqlarında, yükgöndərənin (yükalanın)
plombları ilə plomblanmış vəziyyətdə, kiçik
göndərmələrlə daşınır.
Digər təhlükəli maddələr
(9-cu sinif)
2.2.52. 9-cu sinifdən olan təhlükəli
yüklər iki yarımsinifə bölünürlər:
§
9.1-ci
yarımsinifə 1-8-ci siniflərə aid edilməyən
yüklər daxildir;
§
9.2-ci
yarımsinifə isə yalnız dəniz nəqliyyatı
ilə qalama şəklində daşınan zaman
təhlükə doğuran yüklər aiddir.
§
9.2-ci
yarimsinifə aid olan yüklərə bu Qaydalar şamil edilmir.
1-8-ci siniflərə aid edilməyən
təhlükəli yüklər (9.1-ci yarımsinif)
2.2.53. 9.1-ci yarımsinifə aid olan
maddələrin təhlükəliliyi ondan ibarətdir ki, onlar
müəyyən şəraitdə alışma
qabiliyyətinə malikdir (ətraf havanın yüksək temperaturu,
yüklərin yanğın zonasına düşməsi, yanma
mənbələrinin uzun müddətli təsiri və s.),
nəmləndikdə polad, alüminium və digər metallar üçün
korroziyalıdırlar, düzgün davranmadıqda (fərdi
mühafizə vasitələri olmadan işləmək, ərzaq
məhsulları ilə bir yerdə saxlanılması və
s.), orqanizmə zərərli təsir göstərir, nəm
dərini qıcıqlandırır və yandırır, oda
düşdükdə isə zəhərləyici qazayırma
qabiliyyətinə malikdir.
2.2.54. Aerozol qabları (təsnifat
şifri — 9113) klapanların təsadüfi işə
düşməsinin qarşısının alınması üçün
mühafizə qapaqlarına malik olmalıdır.
Aerozollu şüşə qablar
zərbədən mühafizə məqsədi ilə
əlavə standartlara və texniki şərtlərə
müvafiq olan futlyarlara qablaşdırılır.
III
hissə
3.1.
Sistern-vaqonlarda və bunker-yarımvaqonlarda təhlükəli maye
yüklərin daşınması qaydaları
3.1.1. Dəmir Yolu nəqliyyatı
ilə sisternlərdə, bunker-yarımvaqonlarda daşınan
maye yüklərin adları Yüklərin daşınma
Qaydalarının 41-ci bölməsinin 1 nömrəli
əlavəsində göstərilmişdir. Digər yüklərin
sisternlərdə daşınmasına yol rəhbərliyi
icazə verir (3 nömrəli əlavə).
3.1.2. Sisternlərdə,
bunker-yarımvaqonlarda daşınan maye yüklərin bu Qaydaya
uyğun olaraq düzgün yüklənməsinə,
boşaldılmasına,
sənədləşdirilməsinə, adlarının,
dərəcələrinin düzgün göstərilməsinə, vaqonun
təmizlənməsinə yükgöndərən və yükalan
məsuliyyət daşıyır.
3.1.3. Maye yüklər dəmir yolunun ixtisaslaşdırılmış,
eləcə də icarəyə verilmiş
sisternlərində daşınır.
İxtisaslaşdırılmış və icarəyə
verilmiş vaqonlar göndərmə və yaxud təyinat
stansiyalarına təhkim olunmalıdır.
İcarəyə verilmiş
sisternləri istismar etmək üçün icarəçi Dövlət Dəmir
Yolu ilə ümumi qayda əsasında müqavilə
bağlamalıdır.
3.1.4. Dəmir yolu
nəqliyyatındakı sisternalar iki hissəyə
bölünürlər:
a) neft məhsulları daşıyan
yükboşaltma cihazları universal olan (trafaretlər «neft-benzin»)
sisternlər;
b) yükboşaltma cihazları olmayan və
yuxarıdakı lyuk qapağından boşaldılan (trafaret
«benzin») sisternalar.
3.1.5. Yuxarıdan və yaxud
aşağıdan boşalan sisternlərə Yüklərin
daşınma Qaydalarının 41-ci bölməsinin 1 nömrəli
əlavəsində göstərilən adda yüklər yüklənə
bilər.
4-oxlu yük tutumu 60 ton, çənin həcmi
72,7 m trafareti «Benzin» (kalibr tipi 53a) olan sisternalara yalnız
benzin, ağ neft, dizel yanacağı və başqa duru neft
məhsulları yüklənib daşına bilər. Həmin
vaqonlarda xam neft, mazut, mühərrik yağlarının
daşınmasına yol verilmir.
Kimyəvi yükləri, ancaq onlar üçün
ixtisaslaşdırılmış sisternlərdə
daşınmasına yol verilir.
3.1.6. Sisternlərin üzərində kalibr
tiplərindən əlavə neft məhsulları üçün
nəzərdə tutulmuş, o cümlədən «benzin-neft»,
«benzin», «neft», «mazut» sözləri trafaretlə
göstərilməlidir.
İxtisaslaşdırılmış
sisternlərin rəngləri digərlərindən
fərqlənməlidir.
3.1.7. Texniki yoxlanış
keçirildikdən sonra xüsusi sisternalar ümumi istifadədə olan
yollara Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırıldıqdan sonra, dəmir yolu
rəhbərliyinin icazəsi ilə buraxılır.
İxtisaslaşdırılmış
vaqonları ümumi istifadədə olan yollara buraxmazdan
əvvəl vaqon deposu rəisinin, stansiya rəisinin, vaqon
sahibinin iştirakı ilə vaqonun texniki, kommersiya
cəhətdən sazlığı yoxlanılaraq 3
nüsxədən ibarət akt tərtib edilir, aktın 1-ci
nüsxəsi vaqon deposunun rəisinə, 2-ci nüsxəsi stansiya
rəisinə, 3-cü nüsxəsi isə vaqonun sahibinə verilir.
3.1.8.
İxtisaslaşdırılmış və icarəyə
verilmiş vaqonlar, sisternalar sahiblərinin və
icarədarların dalan yollarında saxlanılmalıdır.
3.2.
Maye yüklərin yüklənməsi və boşaldılması
3.2.1. Sisternlərdə, bunker
yarımvaqonlarda daşınan yüklər dalan yollarında
yüklənməli və boşaldılmalıdır. Dəmir
yolu rəhbərliyinin icazəsi ilə vaqonlar dəmir yolunun
ümumi istifadədə olan yollarında yüklənib
boşaldıla bilər.
3.2.2. Sisternlərin, bunker yarımvaqonların
yük göndərmək üçün kommersiya cəhətdən
sazlığını yükgöndərən təyin etməlidir,
onların yüklədikləri yüklərin təyinat
stansiyasına itkisiz çatması üçün o məsuliyyət
daşıyır.
3.2.3. Boşaltma cihazları, içəri
pilləkənləri, qapaqları və boltları saz olmayan,
qapaqla qapaq arasındakı rezin ara qatları və plomblanmaq
üçün xüsusi yeri olmayan və yükləri axan sisternaları
yüklənməyə vermək olmaz.
3.2.4. Yük tutumları 60 ton vo çox olan
sisternalar yüklənərkən sisternanın
boğazındakı nişan bərabərinə qədər
yüklənməlidir.
Yük tutumları 60 tondan az olan sisternalar
isə qapağın aşağı hissəsi hündürlüyünə
qədər yüklənməlidir. Xüsusi çəkiləri 0,84 olan
mayelər, 4-oxlu, yük tutumları 60 ton, çənin həcmi 72,7 m3,
trafareti «benzin» (kalibr tipi 53a) olan sisternlərə, həmçinin
xüsusi çəkisi 1 tondan çox olan mayelər sisternlərə
onların yük tutumları qədər yüklənməlidir.
Zəruri hallarda dəmir yolu
rəhbərliyi sisternalara müəyyən olunmuşdan az normada
yüklənməsinə icazə verə bilər.
3.2.5. Boşaltma cihazları universal olan
sisternlərə yüklənən mayelərin temperaturu
100°C-dən aşağı olmalıdır.
3.2.6. Yükləmə zamanı
sisternlərin üzərindəki trafaretlər,
rəqəmlər və başqa göstəricilər
çirklənərsə və oxunmazsa, yükgöndərən onları
təmizləməlidir. Əks təqdirdə Dövlət
Dəmir Yolunun Nizamnaməsinə əsasən
yükgöndərən cərimə olunur.
3.2.7. Sisternlər yükləndikdən sonra
yükün axması aşkar edildikdə, göndərmə
stansiyasının işçiləri həmin sisterni qatardan
açıb yükgöndərənin dalan yoluna qaytarır və onun yükü
yükgöndərənin vasitəsi ilə başqa saz sisternaya
köçürülür.
3.2.8. Yükgöndərənlər
yüklədikləri sisternlərin lyuklarının altına onun
diametri ölçüsündə sıxlaşdırıcı karton ara
qatları qoyaraq qapaqları kip bağlamalıdır.
Sisternlərin lyuklarında rezin ara
qatları üçün yuva olduqda, belə sisternlərə ara
qatlarını dəmiryolu qoymalıdır. Sisternlərə
yükləndikdən sonra yükgöndərən tərəfindən
plomblanmalıdır.
3.2.9. Yükgöndərənlər
tərəfindən sisternlərə başqa yüklər
yükləndikdə, göndərmə stansiyası təcili qaydada
həmin vaqonları yükgöndərənin dalan yoluna qaytarıb
onların boşaldılmasını tələb etməlidir.
Dövlət Dəmir Yolu Nizamnaməsinə əsasən
yükgöndərən cərimə oluna bilər.
3.2.10. Yükalan onun ünvanına gələn
sisternlərin vaxtında boşaldılması üçün qabaqcadan
hazırlıq işləri görməlidir. Yüklər vaqonlardan
tamamilə boşaldılmalı, sisternlərdə yük
qalıqları 1 sm-dən artıq olmamalıdır.
3.2.11. Sisternlərdən yük
boşaldıqdan sonra, yükalan:
a) sisternləri, bunker
yarımvaqonlarını boşaltdıqdan sonra onları yük
qalıqlarından təmizləməli;
b) çənin yuxarı hissəsindəki
yazıları, trafaretləri aydın görünənə
qədər təmizləməli;
c) yükboşaldan cihazların
hissələrini yerinə qoymalı və bağlamalı;
ç) rezin ara qatlarını öz yuvalarına
qoymalı;
d) vaqonlar təhkim olunan stansiyalara
gedirsə, sistern plomblanmalı və
sənədləşdirilməlidir.
3.2.12. Boşaldılan
sisternlərdə, bunker yarımvaqonlarında yük
qalıqları aşkar edildikdə xüsusi akt tərtib edilir,
vaqon yükalana qaytarılaraq, tamamilə boşaldılması
tələb olunur.
3.2.13. Sisternlərin daxili
vəziyyətinə baxmaq üçün əleyhqaz və xilasedici
kəmər geymədən işçilərin sisternlərin
içərisinə girməsinə yol verilmir.
3.2.14. Neft məhsulları
yüklənən və həmçinin boşalan yerlər daimi
elektrik işığı ilə təmin olunmalıdır.
3.2.15. Təhlükəli yük
boşaldılan yerlər dəmir yolu tikililərindən,
anbarlarından, baş yollarından, yaşayış
evlərindən ən azı 100 m, partlayıcı,
zəhərləyici yüklər yüklənən-boşalan,
saxlanılan yerlərdən isə — ən azı 200 m-dən
kənar məsafədə yerləşdirilməlidir. Təhlükəli
yüklər boşalan yerlər birinci halda - 50 m, ikinci halda
isə 25 m məsafədən uzaq yerləşdirilməlidir.
3.3.
Boş sisternlərin qaytarılması
3.3.1. Eyni adda yük daşımaq üçün
ixtisaslaşdırılmış sisternlər, o
cümlədən turşu, spirt, kimyəvi yüklər daşıyan
sisternlər, həmçinin xüsusi və icarəyə götürülmüş
sisternlər boşaldıqdan sonra sənədlər
(qaimə, yol cədvəli, vaqon vərəqəsi) tərtib
edilərək təhkim olunmuş stansiyalara
göndərilməlidir.
3.3.2. Təyinat stansiyalarında yükalanlar
ümumi istifadədə olan sisternləri,
bunker-yarımvaqonlarını boşaldıqdan sonra QU-27
formalı daşıyıcı qaimə tərtib
edərək stansiyaya verməlidirlər.
Stansiya daşıyıcı qaimənin
düzgün tərtib olunmasını yoxlamalıdır.
Yuyucu-buxarlayıcı stansiyada həmin
sisternada yük qalığı aşkar edildikdə, xüsusi akt
tərtib olunur və Dövlət Dəmir Yolu Nizamnaməsinə
əsasən yükalan cərimə edilir.
3.4.
Sıxılmış və mayeləşdirilmiş qazlar
3.4.1. Sıxılmış və
mayeləşdirilmiş qazlar yükgöndərənlərin
(yükalanların) ixtisaslaşdırılmış
sisternlərində daşınır və həmin vaqonlarda
başqa yüklərin daşınmasına yol verilmir.
3.4.2. Mayeləşdirilmiş qaz
daşıyan sisternlər açıq boz rənglə
rənglənməlidir. Vaqonun hər iki tərəfinin orta
hissəsində uzununa 300 mm enində fərqləndirici zolaq
çəkilməli, çənin üstündə daşıdığı yükün
adı və həmçinin «təpədən buraxılmasın»
qeydi edilməlidir.
3.4.3. Sisternlər boşaldıqdan sonra
boş halda göndərilərkən yükalanlar
tərəfindən vaqonun qapıları bağlanmalı
və plomblanmalıdır. Sisternlərin saz saxlanılması,
vaqonun düzgün yüklənməsi, yol boyu təhlükəsizliyin
təmin edilməsi məsuliyyətini yükgöndərən
daşıyır.
3.4.4. Yükgöndərən vaqon qaiməsinin
yuxarı hissəsində yüklərin təhlükəli olması
barədə qırmızı rəngdə ştempel
vurmalıdır. Həmin ştempeldən stansiya işçisi
vaqon vərəqəsinə də vurmalıdır.
3.4.5. Mayeləşdirilmiş qazla yüklü
sisternlərin göndərilməsi barədə yükgöndərən
yükalanlara məlumat verməlidir. Məlumatda vaqonun nömrəsi,
yükün adı, qaimənin nömrəsi, yüklənmə tarixi
göstərilməlidir və yükalanlar həmin vaqonun
gəlməsini izləməlidirlər. Əgər vaqon
vaxtında təyinat stansiyasına daxil olmasa, yükalan
axtarış elan etməlidir.
3.4.6. Mayeləşdirilmiş qaz
sisternləri yüklü və boş halda dəmir yolu ilə
bələdçisiz göndərilir.
Yükgöndərənlərin xahişinə
əsasən mayeləşdirilmiş qazlar
bələdçilərlə göndərilə bilər.
3.5.
Turşuların daşınması
3.5.1. Turşular yanğın,
partlayış, aşındırıcı, əritmə
xüsusiyyətlərinə malik olan təhlükəli kimyəvi
mayedir.
3.5.2. Turşular
yükgöndərənlərin (yükalanların)
ixtisaslaşdırılmış vaqonlarında və yaxud
dəmir yolu tərəfindən icarəyə verilmiş
vaqonlarda daşına bilər. Hər iki halda vaqonlar qabaqcadan
turşu daşımaq üçün hazırlanmalıdır.
3.5.3. Dəmir yolunda ümumi
istifadədə olan sisternlərə turşuların
yüklənib boşaldılmasına yol verilmir.
Yükgöndərənlər turşular üçün nəzərdə tutulmayan
adi sisternlərlə yük yüklədikdə, stansiya həmin
vaqonları təcili qaydada yükgöndərənin dalan yoluna
qaytarmaqla vaqonun boşaldılmasını tələb edir
və Dəmir yolu Nizamnaməsinə əsasən onları
cərimə edir.
3.5.4. Yükgöndərən turşunu
yükləməzdən əvvəl sisternin kommersiya
cəhətdən sazlığını yoxlamalıdır.
Yüklənmə qurtardıqdan sonra sisternin qapağı
arasına turşuya davamlı ara qatı qoyduqdan sonra qapaq möhkəm
bağlanmalı və sistern plomblanmalıdır.
3.5.5. Təyinat stansiyalarında
yükalanların vasitəsi ilə sisternlər turşu
yüklərindən tamamilə boşaldılmalı, vaqonun
üzərindəki yük qalıqları təmizlənməli,
sisternin qapağı arasına turşuya davamlı olan ara
qatları qoyulduqdan sonra qapaq kip bağlanmalı və vaqon
plomblanmalıdır.
3.5.6. Yol boyu vaqondan turşu axması
aşkar edildikdə, həmin sistern təcili qaydada qatarın
tərkibindən açılmalı və stansiyada xüsusi
ayrılmış yola verilməlidir. Stansiya işçiləri
turşunun axması barədə telefonla və ya teleqrafla
yükgöndərəni xəbərdar etməlidir. Əgər
yaxınlıqda turşu yükləyib boşaldan zavod yaxud
müəssisə varsa, stansiya həmin müəssisəyə
müraciət edərək müvafiq mütəxəssislərin
göndərilməsini tələb etməlidir. Yükgöndərənin
və ya yaxınlıqdakı müəssisənin
mütəxəssislərinin köməyi ilə turşu axan vaqondan
başqa bir vaqona köçürülməlidir.
IV
hissə. 1-ci sinif təhlükəli yüklərin
daşınması (partlayıcı maddələr)
4.1.
Ümumi müddəalar
4.1.1. Partlayıcı materiallara (bundan
sonra — PM) xarici mexaniki, kimyəvi, elektrik, termik və digər
təsirlər altında kimyəvi halını
dəyişmə qabiliyyətinə malik olan partlayıcı
maddələr, pirotexniki maddələr və tərkibində
bir və ya bir neçə partlayıcı və pirotexniki
maddələr birləşdirən məmulatlar aiddir.
4.1.2. Yalnız adları Siyahıda (10
nömrəli əlavə, cədvəl 10.1,10.2) çəkilən PM
dəmir yolu vasitəsilə daşına bilər.
4.1.3. Bu Qaydalara və Siyahıya
dəyişikliklər və əlavələr normativ-hüquqi
aktlar ilə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
4.1.4. PM tərtibatçı
tərəfindən konkret PM üçün tərtib edilmiş normativ
sənədlərdə (standartlarda, texniki
şərtlərdə) BMT-nın İqtisadi və Sosial
Şurasının təhlükəli yüklər üzrə
tövsiyələrinə (bundan sonra — BMT-nin
tövsiyələrinə) müvafiq olaraq ad və nömrə verilir.
Daşımaya təqdim edilmiş PM
adının, BMT nömrəsinin və şərti nömrəsinin
uyğunluğunu yükgöndərən müəyyən edir və
dəmir yolu mütəxəssisləri onları yoxlamır.
4.1.5. Hər bir PM və ya onun qrupu üçün
istehsalçı təşkilat, hüquqi və fiziki şəxs
qəza kartoçkaları tərtib edir, burada PM
xüsusiyyətləri, insanların həyatı üçün
təhlükə doğuran yanğın və partlayış
təhlükəliliyi, konkret təhlükəsizlik və mühafizə
tədbirləri, qəza hallarının yaranması zamanı
onların nəticələrinin ləğv edilməsi
üzrə fəaliyyət qaydası göstərilir.
PM üçün tərtib edilmiş qəza
kartoçkaları istehsalçı təşkilat hüquqi və fiziki
şəxs (yükgöndərən) tərəfindən
hazırlanır, Dövdağmədəntexnəzarət Komitəsi
və dəmir yolu rəhbərliyi ilə
razılaşdırılır və təhlükəsizlik
qaydalarında və Dövlət Dəmir Yolu ilə təhlükəli
yüklər daşınarkən, qəza vəziyyətinin aradan
götürülməsi qaydalarında dərc edilir.
PM üçün hər qəza kartoçkasına
10.1-ci və 10.2-ci cədvəllərdə göstərilən
nömrə müəyyən edilir. Qəza kartoçkasının
forması 13 nömrəli əlavədə göstərilmişdir.
Tərtib olunmuş və təsdiq
edilmiş qəza kartoçkaları olmayan yeni PM-ın Siyahıya
daxil edilməsinə yol verilmir.
4.1.6. PM dəmir yolu ilə
yükgöndərənə (yükalana) mənsub olan və ya onlar
tərəfindən icarəyə götürülmüş
ixtisaslaşdırılmış vaqon və
konteynerlərdə, həmçinin dəmir yolu parkının
vaqonlarında 10 nömrəli əlavəyə uyğun olaraq
daşınır.
4.1.7. PM-in daşınmasına yol
verilən hərəkət növü 10.1-ci və 10.2-ci
cədvəllərdə göstərilmişdir. 10 nömrəli
əlavədə nəzərdə tutulmuş hallarda PM-in
daşınması üçün yalnız xüsusi konstruksiyalı və
rəngli vaqonlardan istifadə edilir.
4.1.8. Açıq hərəkət düzümü
ilə — PM-in daşınmasının mümkünlüyü həmin
məhsulun texniki sənədlərində və 10 nömrəli
əlavədə nəzərdə tutulduğu halda yol verilir.
PM-in örtülü vaqonda yerləşdirilməsi
və bərkidilməsi üsulları müvafiq qaydada
hazırlanıb və razılaşdırılıbsa,
yükgöndərən daşınma üçün açıq hərəkət
düzümü əvəzinə örtülü vaqonlardan istifadə edə
bilər.
4.1.9. Müəssisə və
təşkilatlara mənsub olan, mütəxəssislərin və
mühafizə dəstəsinin yerləşdirilməsi və PM-in
daşınması üçün nəzərdə tutulmuş
ixtisaslaşdırılmış vaqonlar «Hüquqi
şəxslərə, idarələrə müəssisə
və təşkilatlara mənsub olan vaqonların, dəmir
yollarının ümumi istifadə yollarında
hərəkəti qaydaları» haqqında təlimata uyğun
olaraq dəmir yolu ilə hərəkət etməyə
buraxılır.
Vaqonlarda yükgöndərənlər
tərəfindən hazırlanmış
tələblərə uyğun olaraq, yüklərin
bərkidilməsi üçün xüsusi avadanlıqlar olmalıdır. Bu
vaqonlarda eyni zamanda hər hansı digər yükün
daşınmasına yol verilmir.
Belə vaqonlar boş vəziyyətdə,
yükgöndərən tərəfindən tam daşıma
sənədləri üzrə qapıları və lyukları
plomblanmış şəkildə qaytarılır.
PM-in daşınması üçün
nəzərdə tutulmuş
ixtisaslaşdırılmış konteynerlərin
konstruksiyası və parametrləri konkret məhsul üçün
müəyyon olunmuş qaydada, nəzərdə tutulmuş
standartlara və ya razılaşdırılmış texniki
şərtlərə müvafiq olmalıdır.
Konkret PM-in daşınması üçün
konteynerin həm texniki, həm də kommersiya
cəhətdən yararlı olması yükgöndərən
tərəfindən müəyyən edilir.
İxtisaslaşdırılmış konteynerlərin texniki
vəziyyətinə görə bu konteynerlərin sahibi
məsuliyyət daşıyır.
4.1.10.
İxtisaslaşdırılmış konteynerlərdə PM-in
daşınması, konteynerlərin vaqona tam
komplektlərlə yüklənməsi ilə həyata keçirilir.
Açıq hərəkət düzümündə daşınan belə
konteynerlərin daxili həcmi 5 m3-dən az
olmamalıdır.
Dəmir yolunun universal konteynerlərinin
tipinə və parametrlərinə uyğun gəlməyən
xüsusi konteynerlərdə PM-in açıq hərəkət
düzümündə daşınmaya, təhlükəsizliyin təmin
edilməsi məqsədilə, yalnız yükgöndərənin
mütəxəssislərinin və ya mühafizə dəstəsinin
müşayiəti ilə buraxılır.
4.1.11. PM dəmir yolu ilə yük
qatarlarında və ya bu Qaydaların 4.6, 4.7-ci
bəndlərinin və 10 nömrəli əlavənin
tələblərinə müvafiq olaraq xüsusi qatarlarda
daşına bilər.
4.1.12. Bir vaqonda və ya bir vaqona
yüklənmiş konteynerlərdə müxtəlif PM-in birgə
daşınması imkanı, yükgöndərən
tərəfindən 10.1-ci və 10.2-ci cədvəldə
göstərilmiş qaydada 1 nömrəli əlavəyə müvafiq
müəyyən edilir. Komplektə daxil olan PM istisna olmaqla,
müxtəlif şərti nömrələrə malik olan PM bir
konteynerdə daşına bilməz.
Aşağıda göstərilən
yüklərlə PM bir vaqonda və ya bir vaqona yüklənmiş
müxtəlif konteynerlərdə birgə daşına bilməz:
a) başqa siniflərdən olan
təhlükəli yüklərlə:
b) qablarından asılı olmayaraq bütün
təhlükəsiz maye yüklərlə;
c) sürtgü yağları, neft
məhsulları ilə.
4.1.13. PM-in kiçik partiyalarla bir
yükgöndərən tərəfindən bir neçə yükalana,
getmə yolunda qismən boşaltma və yükləmə
əməliyyatları aparılmaqla daşınmasına
icazə verilir.
Belə daşınma zamanı
aşağıda göstərilən şərtlərə
əməl edilməlidir:
a) Belə vaqona yolda ancaq yük qismən
boşaldılan stansiyalarda vaqonda qalan yükün təyinat
stansiyasına ünvanlanmış yük yüklənə bilər.
Yüklənən yükün, daşınan PM ilə birgə
daşınması mümkün olmalıdır;
b) yükləmə zamanı
yükgöndərən PM-i elə yerləşdirməlidir ki, yol
boyu vaqonun bərabər yüklənməsi təmin edilsin. Bu
zaman qapılararası məsafə birinci növbədə
boşaldılan partiyalarla yüklənməlidir;
c) PM vaqonda elə
yerləşdirilməli və bərkidilməlidir ki, yük
yerlərini tərpətmədən markalanmanı və
yerlərin sayını yoxlamaq mümkün olsun, hər partiyanın
isə digər partiyaların yerindən
tərpədilməsinə və onların, vaqonda
bərkidilməsinə toxunulmadan boşaldılmasına imkan
olsun;
ç) PM-in yüklənməsi,
boşaldılması və əlavə yüklənməsi,
4.5.2-ci yarımbənddə göstərilən hallardan başqa,
yalnız yükalanın və ya onun tərəfindən
icarəyə götürülmüş dalan yollarında həyata
keçirilməlidir;
d) PM kiçik partiyalarla daşınarsa,
yükgöndərənin yükalanlara PM-i bilavasitə vermək (almaq)
vəzifəsi qoyulmuş, mütəxəsisləri —
paylaşdırıcıları ilə müşayiət
edilməlidir və qorunmalıdır. Vaqon qismən
yükləndikdən (boşaldıqdan) sonra
mütəxəssislər tərəfindən plomblanır. Bunun
üçün yükgöndərən onları plomblama üçün zəruri
alətlərlə (plomblar, bağlayıcı-plomblama
qurğuları, məngənələrlə,
çıxarıcılar və s.) təmin etməyə borcludur.
4.1.14. PM qəbulu və verilməsi üçün
tikilən dəmir yolunun açıq olan stansiyasının
siyahısı bu xəttlər istismara təhvil
verilənədək tikintini həyata keçirən təşkilatlar
tərəfindən tikilən dəmir yolları ilə
yüklərin, sərnişinlərin, baqajın və poçtun
daşınması qaydaları ilə müəyyən olunur
və elan edilir.
4.1.15. PM yükgöndərənin (yükalanın)
ixtisaslaşdırılmış konteynerlərinə,
onların yükqaldırma qabiliyyətindən artıq olmamaq
şərti ilə, yüklənmənin müəyyən edilmiş
qaydada tərtib və təsdiq edilmiş texniki normalarına
ciddi əməl edilməklə yüklənməlidir.
PM-in örtülü vaqonlarda, konteynerlərdə,
o cümlədən ixtisaslaşdırılmış
konteynerlərdə, həmçinin hərəkət düzümündəki
konteynerlərdə yerləşdirilməsi və
bərkidilməsi sxemləri yükgöndərənlər tərəfindən
işlənir və həmin yükgöndərənin
təşkilatları və hüquqi şəxsləri
tərəfindən təsdiq edilir. Bu sxemlər «Yüklərin
yüklənməsinin və bərkidilməsinin texniki
şərtləri»nin tələblərinə uyğun
olmalıdır. Zəruri olduqda dəmir yolu onların
təqdim edilməsini tələb edə bilər.
4.1.16. Yükgöndərən (yükalan)
müəssisələrin, təşkilatların,
idarələrin rəhbərləri və hüquqi
şəxslər PM-ın daşınması ilə
məşğul olan işçiləri onların vəzifəsi
dairəsində müntəzəm surətdə
təlimatlandırmalı və bu Qaydaların yerinə
yetirilməsini yoxlamalıdır. Təlimatın həyata
keçirilməsi dövrü müəssisə rəisi,
təşkilatların rəhbərləri və hüquqi
şəxs tərəfindən müəyyən edilir.
4.1.17. Yolun hərbi nəqliyyat
rəisləri, dəmir yolu sahələrinin və
stansiyalarının hərbi komendantları, Müdafiə
Nazirliyinin (MN), Daxili İşlər Nazirliyinin (DİN) xüsusi
daşımalar şöbələrinin (DİN XDŞ)
rəisləri və texniki təhlükəsizlik xidmətləri
PM-ın daşınmasına nəzarət etməlidirlər.
Başqa hüquqi şəxslərin; idarələrin,
təşkilatların daxili qoşunlar tərəfindən
mühafizə edilən yüklərinin daşınmasına
nəzarət, DİN, XDŞ və DİN daxili
qoşunlarının hərbi komendaturaları
tərəfindən həyata keçirilir. Dəmir yolu
nəqliyyatı orqanlarının vəzifəli
şəxsləri lazımi məlumatları vaxtında onlara
təqdim etməlidir.
4.1.18. Yol hissəsinin rəisi, qatarların
hərəkətinin təhlükəsizliyi üzrə Baş
inspektoru, daşıma, lokomotiv və vaqon birliklərinin
rəisləri, lokomotiv və vaqon depolarının, dəmir
yolunun hərbiləşdirilmiş-mühafizə
dəstələrinin və bölmələrinin rəisləri,
Texniki Təhlükəsizlik üzrə Xidməti (TTX) PM-ın
daşınması ilə məşğul olan
işçiləri, onların vəzifəsi dairəsində
müntəzəm surətdə təlimatlandırmalı və
bu Qaydaların yerinə yetirilməsini yoxlamalıdır.
4.1.19. Yükgöndərən (yükalan) və
Dövlət Dəmir Yolu qanunvericiliklə və dəmir yolunun
Nizamnaməsi ilə müəyyən edilmiş qaydada, onların
səlahiyyətinə aid olan məsələlər üzrə
bu Qaydaların tələblərinin yerinə
yetirilməməsinə görə məsuliyyət
daşıyır.
4.1.20. PM-in dəniz vasitəsilə
daşınması müvafiq dəmir yolu — dəniz
nəqliyyatının normativ sənədlərinə və
bu Qaydalara müvafiq surətdə heyata keçirilir.
4.1.21. PM-in qablaşdırılması
və nəqliyyat faktorlarının təsirini əvəz
edən sınaq rejimləri dövlət və sahə
standartlarının, eləcə də qab üçün müəyyən
edilmiş texniki şərtlərin tələbləri
əsasında müəyyən edilir və dəmir yolunun
rəhbərliyi ilə razılaşdırılır.
4.2.
Yükün daşınmaya hazırlanması. Qablaşdırma.
Markalanma
4.2.1. Yükgöndərən PM daşınmaya
təqdim etməzdən əvvəl, onun standarta və ya onun
üçün müəyyən edilmiş texniki şərtlərə
müvafiq olduğuna əmin olmalıdır.
PM-in qabı möhkəm, saz, standarta və
ya texniki şərtlərə müvafiq olmalıdır və
yükün mühafizəsini təmin etməlidir.
Ayrı-ayrı yük yerlərindən
ibarət olan nəqliyyat paketləri də bu
tələblərə cavab verməlidir.
Qabda olan PM Dövlət standartının, lisenziyanın
və texniki şərtlərin (TŞ-in)
tələblərinə, müvafiq şəkildə
yerləşdirilməli və bərkidilməlidirlər ki,
onların qabın içində, yük yerlərinin isə nəqliyyat
paketlərində tərpənməsi mümkün olmasın. PM-in
göndərilməyə hazırlanması zamanı yük yerində
(qabda), həmçinin bir nəqliyyat paketində müxtəlif adlardan
olan PM-in (əgər onlar bir komplektdə daşınmırsa)
yerləşdirilməsinə yol verilmir. PM-in digər
yüklərlə, o cümlədən təhlükəsiz
yüklərlə birgə qablaşdırılmasına yol
verilmir.
Konkret PM-in qablaşdırma metodu 10.1-ci
və 10.2-ci cədvəllərdə göstərilmişdir
və o, 11 nömrəli əlavənin tələblərinə
müvafiq olmalıdır.
4.2.2. Hər bir yük vahidi konkret PM növü üçün
nəzərdə tutulmuş normativ — texniki
sənədlərə müvafiq olmaqla Beynəlxalq (BMT) və
Dövlət standartına uyğun olaraq nəqliyyat markalanması
üzrə markalanır, həmçinin PM-in təhlükə növünü və
dərəcəsini (bundan sonra nəqliyyat təhlükəsini)
xarakterizə edən markalan maya malik olmalıdır.
Təhlükə nişanlarının markalarının
təsviri və göstərici rəqəmləri aydın şəkildə
və dəqiq verilməlidir.
Nəqliyyat təhlükəsini
xarakterizə edən markalanma Dövlət standartına müvafiq
olaraq qaba, nəqliyyat paketinə, həmçinin konteynerə
və ya dəmir yolu nəqliyyat vasitəsinə vurulur. 10.2-ci
cədvəldə göstərilmiş yüklər, üçün markalanma
aşağıda göstərilənləri əks etdirməlidir
(şəkil 1a):
§
əsas və
əlavə təhlükə nişanlarını;
§
şərti
nömrəni.
Şəkil 1.
Yük vahidində markalanmanın yerləşdirilməsi: 1 —
şərti nömrə, 2 — təhlükə nişanı, 3 —
manipulyasiya nişanları, 4 — BMT nömrəsi.
Şəkil 2.
Partlayıcı materiallar üçün təhlükə nişanları: a)
1.1-1.3-cü yarımsiniflər üçün;.b) 1.4-cü yarımsinif üçün; c)
1.5-ci yarımsinif üçün; ç) 1.6-cı yarımsinif üçün; * - sinifin
göstərilmə yeri; ** -yarımsinifin və uyğun
qrupların göstərilmə yeri; *** - uyğun qrupların
göstərilmə yeri; - qəza kartoçkasının nömrəsinin
göstərilmə yeri.
10.1-ci cədvəldə adları
çəkilən PM üçün göstərilən markalanma
aşağıdakıları özündə əks etdirməlidir
(şəkil 1 b):
§
təhlükə
nişanını;
§
yükün
nəqliyyat adını;
§
BMT nömrəsini.
Əgər nəqliyyat paketinin yan və
tin hissələrində qaba vuruları markalanma aydın
və dəqiq görünürsə, bu zaman PM-in nəqliyyat
təhlükəsini xarakterizə edən markalanma vurulmaya
bilər.
PM-in nəqliyyat təhlükəsini
xarakterizə edən markalanma əgər yan, tin divarlara
yerləşmirsə, qabın qapağına vurula bilər. Bu
halda vaqonun qapıarası yerlərində PM-in nəqliyyat
təhlükəsini xarakterizə edən markalanma lövhəsi
asılır.
Qəfəs şəklində silindr
qaba yuxarıda göstərilən markalanma yan divarın
markalanmayan hissəsinə vurulur.
Altlıqlarda qoyulmuş futlyarlara
qablaşdırılmış PM daşınarkən
təhlükə nişanları və şərti
işarələr futlyarlara vurulur, manipulyasiya nişanları
isə Dövlət standartına əsasən altlıqlara vurulur.
4.2.3. Yarımsiniflərdən
asılı olaraq PM-in təhlükə nişanları 2-ci
şəkildə göstərilənlərə uyğun
yerinə yetirilir.
Göstərilən təhlükə
nişanları üçün fon narıncı rəngdə 1.4, 1.5, 1.6.
rəqəmlərinin hündürlüyü 30 mm, qalınlığı
isə 5 mm olmalıdır.
Təhlükə nişanları künc
üstünə qoyulmüş kvadrat şəklində olmalıdır.
Qaba və (və ya) nəqliyyat paketinə vurulmuş
təhlükə nişanları üçün kvadratın
tərəflərinin ölçüsü 100 mm-dən az olmamalıdır
(əgər qabın ölçüsü yol vermirsə, kvadratın
tərəflərinin ölçüsü 50 mm-ə qədər azaldıla
bilər, «Partlaya bilər» sözlərinin əvəzinə
qısaldılmış şəkildə «Partlayıcı»
sözü yazıla bilər), dəmir yolu nəqliyyat
vəsaitinə, konteynerə vurulmuş təhlükə
nişanı üçün kvadratın tərəfinin ölçüsü 250 mm-dən
az olmamalıdır.
Qara rəngli haşiyə, qaba və
nəqliyyat paketinə vurulmuş nişanın
kənarından 5 mm məsafədə konteynerə və ya
dəmir yolu nəqliyyatı vasitəsinə vurulan
nişanın kənarından 15 mm məsafədə
yerləşdirilməlidirlər.
PM-in şərti nömrəsi
bərabəryanlı üçbucağa vurulur və bu üçbucaq
təhlükə nişanının altına vurulur (bax.
şəkil 1a). Üçbucağın tərəflərinin ölçüsü 50,
80 və ya yük vahidinə vurulduqda 150 mm-dən, konteynerə
və dəmir yolu nəqliyyatı vasitəsinə vurulduqda
isə 250 mm-dən az olmamalıdır.
Qara rənglə vurulmuş
haşiyə, tərəfləri 50 və ya 80 mm ölçüdə
olduqda üçbucağın kənarından 50 mm aralı
məsafədə, tərəfləri 150 və ya 200 mm olduqda
isə 15 mm aralı məsafədə
yerləşdirilməlidir.
Üçbucağın tərəfləri 150
və ya 200 mm ölçüdə olarsa, PM-in şərti nömrəsinin
rəqəmlərinin hündürlüyü 50 mm olmalıdır. Yük
yerlərinin ölçüsü kiçik olduqda PM-ın şərti nömrəsinin
yerləşdiyi üçbucağın tərəfləri 25 mm-ə
qədər, yükün şərti nömrəsini müəyyən
edən rəqəmlərin hündürlüyü isə 10 mm-ə
qədər kiçildilə bilər.
4.2.4. Yükün təhlükə
nişanını xarakterizə edən markalanma vurulur:
a) qaba və (və ya) nəqliyyat
paketinə kontrast fonunda və ya manipulyasiya nişanları
ilə yanaşı yarlıqda, Dövlət standartı üzrə
(«Yüklərin daşıma Qaydaları»nın müvafiq bölməsi);
b) konteynerdə — qapıya, yan divarlara
və əgər konstruksiya yol verirsə, damına;
c) dəmir yolu nəqliyyat
vasitəsinə — hər iki qapının mərkəzinə
elə vurulmalıdır ki, qəza-bərpa işləri
zamanı personal həmin nişanları görsün.
Markalanmanın vurulması üçün Dövlət
standartına müvafiq üsullardan və materiallardan istifadə
edilir.
Şəkil 3.
Təhlükə yarlıkının forması və tərkibi:
1 — təhlükə nişanı, 2 — şərti nömrə, 3 — BMT
nömrəsi.
İri ölçülü qaba, konteynerə və
dəmir yolu nəqliyyatı vasitəsinin üzərinə
təhlükə nişanı, qəza kartoçkasının
nömrəsi və üçbucaqda PM-in şərti siyirmə yarlık
(şəkil 3a) nömrəsi və ya düzbucaqlıda BMT nömrəsi
(şəkil 3b) bərkidilməlidir. Həmin nişan və
nömrələr boşaltma başa çatdıqdan sonra yükalan
tərəfindən çıxarılır. Çıxarılan
yarlıkın bərkidilmə yeri 6 nömrəli
əlavəyə əsasən müəyyən edilir.
4.3.
Daşınmaya sifariş və daşıma
sənədlərinin tərtib edilməsi
4.3.1. Yükalan dekadanın
başlanmasına qədər üç gündən gec olmayaraq, stansiya
rəisi vasitəsilə yol hissəsinin rəisinə,
Daşıma birliyinə, MN-nin yükgöndərənlərinə,
dəmir yolu sahəsinin və stansiyanın hərbi
komendantına 15 nömrəli əlavədə göstərilmiş
formada, dekadanın günlərinə bölməklə
yükləmə üçün dekada sifarişi verməlidir.
DİN-nin və Milli Təhlükəsizlik
Nazirliyinin (MTN) yükgöndərəni sifarişi DİN
XDŞ-nə verir.
4.3.2. Vaqonların PM ilə
yüklənməsi üçün verilməsi haqqında bildiriş
«Yüklərin daşınma Qaydaları»na uyğun olaraq
müəyyən edilir.
Stansiya Müdafiə Nazirliyinin PM-in
yüklənməsi üçün hərəkət düzümünün verilməsi
haqqında, həmçinin dəmir yolu sahəsinin və stansiyanın
komendantını, DİN və MTN-nin PM-in yüklənməsi
üçün hərəkət düzümünün verilməsi haqqında isə
DİN XDŞ-ni xəbərdar etməlidir.
4.3.3. Yükgöndərən yükləmənin
başlanmasına qədər 24 saatdan gec olmayaraq,
göndərmə stansiyasına qaiməni və ya PM «Yüklərin daşınma
Qaydaları»na və bu qaydalara müvafiq tərtib edilmiş
daşıma sənədlərinin komplektini təqdim
etməlidir.
PM vaqon göndərmələri ilə
və kiçik partiyalarla daşınarsa, hər bir vaqona və
partiya üçün QU-27 formalı qaimə və ya daşınma
sənədləri tərtib edilir.
PM hərbi nəqliyyatla, həmçinin
yükgöndərənin (yükalanın) mütəxəssislərinin
və ya mühafizə dəstəsinin müşayiətilə
göndərilirsə, bu zaman bütün nəqliyyat və ya
mütəxəssislər və ya mühafizə dəstəsilə
müşayiət edilən vaqonlar qrupu üçün QU-27 formalı bir qaimə
tərtib edilir.
4.3.4. PM-in yüklənməsinə və
onların Dəmir yolu stansiyalarının Siyahısına (16
nömrəli əlavə) daxil edilmiş stansiyanın xüsusi
ayrılmış sahəsinə gətirilməsinə
stansiya rəisi, o olmadıqda stansiya rəisinin müavini icazə
verir.
Yükləməyə icazə verilməsi
haqqında qaimənin müvafiq sütununda yükləmə tarixi, yükün
gətirilməsi, yükləmə əməliyyatlarının
başlanması və qurtarması vaxtı göstərilməklə
qeyd edilir. Bu zaman MN yüklərinin gətirilmə vaxtı
dəmir yolu sahəsinin və stansiyanın hərbi komendantı,
təhlükəsizlik xidməti, DİN XDŞ ilə
razılaşdırılır.
4.3.5. PM-in daşınması üçün
daşıma sənədlərini tərtib edərkən
yükgöndərən 10.2 nömrəli cədvələ əsasən
aşağıda göstərilən formada bu yükün şərti
nömrəsini göstərməlidir:
§ «Partlayıcı maddə...;
§ yükün təsnifat şifri;
§ qəza kartoçkasının nömrəsi».
Əgər daşıma 10.1 nömrəli
cədvələ müvafiq həyata keçirilərsə, bu sütunda
yükün BMT nömrəsi, nəqliyyatın adı, təsnifat
şifri, qəza kartoçkasının nömrəsi göstərilir.
PM-in daşınması üçün qaimə
tərtib edilərkən onun üz tərəfinin yuxarı
hissəsində 4.6.8-ci bəndə uyğun olaraq
yükgöndərən qırmızı rəngdə «PM», «Qoruyucu»
ştempellərini, həmçinin aşağıda göstərilənləri
vurmalıdır:
a) «Təpədən buraxılmasın»
- 10.1-ci və 10.2-ci cədvəllərdə tələb
olunarsa;
b) «Tormoz söndürülsün» - bu Qaydalara
əsasən söndürülmüş avtotormozlu vaqonlarda
daşınmalı olan PM ilə yüklü vaqonlar
daşınarkən, həmçinin belə PM-in avtotormozun
söndürülməsi tələb edilməyən yüklərlə bir
vaqonda daşınarkən;
c) «Seksiya açılmamalıdır» -
4.6.4-cü bəndə əsasən PM seksiyalarda (sxemlərdə)
daşınarkən;
ç) «Mütəxəssisin müşayiəti
ilə», «MN mühafizə dəstəsi», «Yükgöndərənin
mühafizə dəstəsi», «DİN mühafizə dəstəsi» -
yük mütəxəssisinin, hərbi mühafizə dəstəsinin,
yükgöndərənin (yükalanın) və ya DİN-nin hərbiləşdirilmiş
mühafizə dəstəsinin müşayiəti ilə
daşınarkən; əgər yük eyni vaxtda həm
mütəxəssisin, həm də hərbi mühafizə
dəstəsinin (yükgöndərənin mühafizə
dəstəsinin) müşayiəti ilə daşınırsa,
hər iki ştempel vurulur; qaimənin «Yükün adı» sütununda
mühafizə dəstəsinin, yükgöndərənin (yükalanın)
və ya DİN-nin hərbiləşdirilmiş mühafizə
dəstəsinin rəisinin soyadı, adı, atasının
adı, PM mütəxəssis tərəfindən müşayiət
edilərkən isə göstərilənlərdən başqa
onun şəxsiyyətini təsdiq edən sənədin
və ezamiyyət vəsiqəsinin nömrəsi
göstərilməlidir;
d) «D.y. mühafizəsi» - 4.9.3-cü
bəndə əsasən dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstəsinin
müşayiətilə daşınan PM üçün;
e) 119, 126, 137, 141, 179, 182 şərti
nömrələrlə PM daşınarkən bütün daşıma
sənədlərinə «PM» ştempeli əvəzinə
qırmızı rəngli «Xüsusilə təhlükəlidir, PM1»
ştempeli vurulmalıdır.
Yükgöndərən tərəfindən
qaiməyə vurulmuş ştempellər və qeydlər
əsasında stansiya analoji qeydləri və ştempelləri
dəmir yolu tərəfindən tərtib edilən
daşıma sənədlərinə vurur.
PM bir vaqonda kiçik partiyalarla yolda qismən
boşalma ilə daşınarsa, bu Qaydaların 4.3.5 bəndi
ilə nəzərdə tutulmuş ştempellər hər bir
qaiməyə bu sənəd üzrə daşınmaya
verilmiş yükə müvafiq vurulur.
PM-i müşayiət edən
mütəxəssislər və mühafizə dəstəsi olan vaqonların
isidilməsi üçün soba qurğuları olarsa, yükgöndərən
QU-27 formalı qaimə tərtib edərkən qaimənin
«Yükün adı» və ya «Qeydlər» sütununda (müvafiq vaqonun
nömrəsi qarşısında) «Soba vasitəsilə isidilir»
sözlərini qeyd etməlidir.
4.3.6. PM-in vaqonlara yüklənməsi,
yerləşdirilməsi və bərkidilməsi üçün məsul
olan yükgöndərənlər və ya onların işçiləri
qaimənin arxa tərəfində, 1-ci sütunda «Yüklərin yüklənməsinin
və bərkidilməsinin texniki şərtləri»nin müvafiq
bölməsində müəyyən edilmiş qaydada qeyd etməli
və onun öz vəzifəsini, soyadını
göstərməklə, imzaları ilə təsdiq
etməlidirlər.
Qaiməyə aşağıda
göstərilən qaydada bəyannəmə əlavə
edilməlidir.
Bəyannamə
Bununla təsdiq edirəm ki, bu qaimə
üzrə daşınmaya təqdim edilmiş yük partiyası,
«Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı
ilə daşınma Qaydaları»nın tələblərinə
uyğun olaraq, qaimədə göstərilən adına,
çəkisinə tamamilə müvafiqdir, lazımi qaydada
təsnifatlandırılmış,
qablaşdırılmış, markalanmış,
təhlükə nişanları ilə təchiz edilmiş,
yerləşdirilmiş, bərkidilmiş və bütün
cəhətlərdən PM-ın dəmir yolu nəqliyyatı
ilə daşınması üçün lazımi vəziyyətdədir
(Bəyannaməyə «Texniki təhlükəsizlik haqqında»
Qanunla müəyyən edilmiş digər məlumatlar da
əlavə olunur).
Bəyannamə yükgöndərənin
PM-ın yüklənməsi üçün məsul olan nümayəndəsi
tərəfindən imzalanır.
4.3.7. PM yükgöndərənin (yükalanın)
mütəxəssislərinin və ya mühafizə dəstəsinin
müşayiətilə böyük miqdarda, həmçinin vaqon qrupları
ilə daşındıqda, göndərmə stansiyası vaqon
vərəqini və QU-29a formalı yol cədvəlini
«Yüklərin daşınma Qaydaları»na müvafiq tərtib edir.
Daşıma sənədlərini
tərtib edən stansiya vaqon vərəqinin və yol
cədvəlinin arxa tərəfinin müvafiq sütunlarına, yükgöndərənin
qaiməyə bu Qaydaların 4.3.5-ci bəndinə
əsasən vurduğu ştempelləri və qeydləri
vurur.
Bu zaman «PM» ştempeli, həmçinin 4.3.5-ci
bəndlə nəzərdə tutulmuş ştempellər
və alışmış PM-in söndürülmə üsulları
haqqında edilən qeydlər yol cədvəlinin «Təhlükə
kateqoriyası haqqında ştempellər» sütununa vurulur.
«Təpədən buraxılmasın»
və «Seksiya açılmamalıdır», həmçinin «Soba
vasitəsilə isidilir» ştempelləri yol cədvəli
ilə hərəkət edən vaqonların siyahısının
«Qeyd» sütununa vurulur.
PM kiçik partiyalarla 4.1.13-cü bəndə
uyğun olaraq yolda qismən boşaltmaqla daşınarkən,
daşıma sənədləri PM daşımaya qəbul
edən, sonradan isə qismən boşaltma stansiyaları tərəfindən
yol cədvəlindən yükün üzərinə
yapışdırılmış paketə yerləşdirilir
və yol boyu ilk təyinat stansiyasına hərəkət
edən yükün üzərinə yapışdırılır. Bu yol
cədvəlinin arxa tərəfinə yükgöndərən
tərəfindən 4.3.5-ci bəndə müvafiq vurulmuş
ştempellər keçirilir. Bu vaqonda digər təyinat
stansiyalarına daşınan yüklərin yol
cədvəlləri sənədlərin
konvertləşdirilməsi üçün istifadə edildikdə
ştempellər və qeydlər bu yol
cədvəllərinə köçürülürlər. Vaqon vərəqi
PM-in qismən boşaldıldığı stansiyada qalır
və həmin stansiya boşaltmadan (yükləmədən) sonra
yeni vaqon vərəqi tərtib edir.
4.3.8. Hər bir halda stansiya rəisi, onun
müavini və ya yük kontorunun müdiri PM üçün tərtib edilmiş
daşınma sənədlərinin (qaimənin,
bəyannamənin, yol cədvəlinin və vaqon
vərəqinin) tərtib edilməsinin düzgünlüyünü və bu
Qaydalara müvafiq olub-olmamasını yoxlamalıdır.
4.4.
Vaqonların yüklənmə üçün hazırlanması və yük
altına verilməsi
4.4.1. PM-in daşınması üçün yük
dəmir yolunun hərbiləşdirilmiş mühafizə
dəstələri tərəfindən müşayiət
edilirsə, keçid meydançalarında və dayanacaqlarda əl
tormozlarına malik olan vaqonlardan istifadə edilməsinə yol
verilir.
4.4.2. PM-in texniki, həmçinin kommersiya
cəhətdən müayinədən keçməmiş vaqonlara
yüklənməsinə yol verilmir. Vaqon yüklənmənin
başlandığı gün boş vəziyyətdə
müayinədən keçməlidir.
Dəmir yolu vaqonlarına texniki
xidmət və onların texniki cəhətdən belə
yüklərin daşınması üçün istifadə edilməsinə
yararlılığı dəmir yolunun vaqon təsərrüfatının
və texniki təhlükəsizlik xidmətinin (TTX)
işçiləri tərəfindən həyata keçirilir.
Yükgöndərənə (yükalana) mənsub
olan və ya onlar tərəfindən icarəyə
götürülmüş hərəkət düzümünün texniki müayinəsi və
vaqonların işlək hərəkət hissələrinin,
təkər cütlərinin, buks qovşağının,
ramalarının yararlılığı yükgöndərənin
stansiya rəisinə yazılı surətdə və ya qeydiyyatdan
keçmiş telefonoqram ilə verdiyi sifariş əsasında
dəmir yolunun vaqon təsərrüfatının işçiləri
tərəfindən həyata keçirilir.
Bu vaqonların texniki vəziyyəti
və PM-in daşınması üçün onların kuzovlarının
(banlarının) (döşəməsinin, divar örtüklərinin, qapılarının,
damlarının, lyük qapaqlarının)
yararlılığı, qapaqlarının möhkəm
bağlanması və həmçinin bütün daxili və xarici
avadanlıqlarının təmizliyi və vəziyyəti
yükgöndərən tərəfindən müəyyən edilir.
4.4.3. PM-ın yüklənməsi üçün
ayrılmış, həmçinin yükgöndərənlərə
(yükalanlara) mənsub olan və ya onlar tərəfindən
icarəyə götürülmüş vaqonların uçotu VU-14 formalı
ayrıca kitabda aparılır, texniki müayinə üçün təqdim
edilmiş vaqonların müayinəsi və onların texniki
cəhətdən PM daşınması üçün yararlı
olması haqqında müayinəni aparan işçilər
tərəfindən bu kitaba müvafiq qeydlər edilir və bu
zaman avtotormozların işə salınması və
söndürülməsi haqqında həmçinin sonuncu dövri təmirinin
yeri, vaxtı haqqında əlavə qeydlər edilir. Bu
qeydlər həmin işçilərin imzaları ilə
təsdiqlənir.
4.4.4. Vaqonların PM-in
daşınması üçün kommersiya cəhətdən
yararlılığı yükgöndərən tərəfindən
müəyyən edilir.
Yükgöndərənə (yükalana) mənsub
olan və ya onlar tərəfindən icarəyə
götürülmüş hərəkət düzümünün, həmçinin
boşaltmadan sonra dəmir yolu vaqonlarının yuyulması
və təmizlənməsi yükgöndərənin (yükalanın)
qüvvəsi və vəsaitləri ilə həyata keçirilir.
4.4.5. PM yüklənməmişdən
əvvəl yükgöndərən 8 nömrəli əlavədə
göstərilən qaydada örtülü vaqonların qapı və yük
aralıqlarındakı deşikləri tutmalıdır.
Belə vaqonların yan və tavan lyukları
əvvəlcədən möhkəm bağlanılır və
içəri tərəfdən «Yüklərin yüklənməsi və
bərkidilməsinin texniki şərtləri»nin III
bölməsinin tələblərinə müvafiq olaraq məftil
və tir vasitəsilə bərkidilir.
4.4.6. Əgər Siyahıda «PM daşınarkən
vaqonların avtotormozları söndürülməlidir» (bax. 10.1-ci və
10.2-ci cədvəllərdəki qeydlər) göstərilibsə,
bu PM-in yüklənməsi üçün vaqonlar verilməmişdən
əvvəl vaqon baxıcısı ayırıcı
kranları bağlamalı və onu belə
vəziyyətdə məftillə bərkitməli və plomblamalıdır.
Göstərilən vaqonlarda
avtotormozların söndürülməsi dalan yoluna xidmət
göstərilməsi haqqında təlimatla müəyyən
edilmiş qaydada vaqon yükləndikdən sonra təhvil yolunda
həyata keçirilir.
Stansiyaların texniki-sərəncam
aktlarına (bundan sonra — stansiyanın TSA) əsasən,
əgər manevrlər yalnız işə salınmış
avtotormozlar ilə həyata keçirilirsə, stansiyadan
göndərilən PM yüklü vaqonların tormozları onlar yola
düşən qatarın tərkibinə qoşulduqdan və
həmin qatarda tormozlar işə salındıqdan sonra söndürülür.
Stansiyaya gəlmiş vaqonların tormozları onlar qatardan
açılanadək işə salınmalıdır.
4.4.7. Avtotormozların söndürülməsi,
vaqon təsərrüfatı xidmətinin işçilərinə
onların söndürülməsi zəruriyyətinin bildirilməsi
qaydası, həmçinin dəmir yolunun lokomotivlərinin
xidmət etdiyi dalan yollarında belə vaqonların manevr
hərəkətinin yerinə yetirilməsi zamanı
əlavə təhlükəsizlik tədbirləri Texniki
təhlükəsizlik Xidməti (TTX) tərəfindən 4.6.18-ci
bəndə müvafiq hazırlanır və yolun hissə,
daşıma birliyinin rəisləri tərəfindən
təsdiq edilir.
4.4.8. Vaqon baxıcısı olmayan
stansiyalarda PM ilə yüklənməyə verilmiş
vaqonların hazırlanması və texniki xidməti,
həmçinin ikiqat əməliyyatların yerinə yetirilməsi
qaydası PM-in hər bir yüklənmə məntəqəsi
üzrə yol rəisi tərəfindən müəyyən edilir.
4.4.9. PM tam metaldan hazırlanmış,
müşayiətçilər və hərbi mühafizə
dəstəsinin yerləşdirilməsi üçün yeri olan,
yükgöndərənin (yükalanın) ixtisaslaşdırılmış
vaqonlarında daşınarkən, PM-in növündən
asılı olmayaraq müşayiətçilərin və hərbi mühafizə
dəstəsinin həmin vaqonda getməsinə yol verilir.
Göstərilən yer atmosferə qığılcımın
düşməsini istina edən mövcud elektrik isitmə
qurğuları ilə, nasaz olduqda isə, onların avtomatik
söndürülməsini təmin edən qurğularla, həmçinin
yükgöndərən (yükalan) tərəfindən normalar üzrə
müəyyən edilmiş yanğınsöndürmə
vasitələri ilə təchiz edilməlidir. İsitmə
cihazlarının konstruksiyası və onların quraşdırılma
yeri hərbiləşdirilmiş mühafizə dəstəsinin
idarə orqanları və dəmir yolunun vaqon
təsərrüfatı işçiləri ilə
razılaşdırılmalıdır. Bu zaman 4.3.5-ci
bənddə nəzərdə tutulmuş qaydada, vaqonun soba
vasitəsilə isidilməsi haqqında daşıma
sənədlərində qeydiyyat aparılmır.
Yükgöndərən yükləmədən
əvvəl göstərilən cihaz və vasitələrin saz
vəziyyətdə olmalarını yoxlamalıdır.
PM-in daşınması üçün
nəzərdə tutulmuş
ixtisaslaşdırılmış vaqonların elektrik
avadanlıqları partlayışdan mühafizə
tələblərinə cavab verməlidir.
PM yüklənmiş vaqonda hərbi
keşik dəstəsinin və müşayiətçi
mütəxəssislərin getməsinə yol verilmir. Belə
daşıma zamanı mütəxəssislərin, hərbi
keşik və mühafizə dəstələrinin
yerləşdirilməsi üçün yükgöndərənin planının
hesabına, imkan daxilində, keçid meydançası olan örtülü dördoxlu
vaqon ayrılır. Belə vaqonlar dəmir yolu
tərəfindən aşağıda göstərilən qaydada
təchiz edilməlidir:
§ MN, DİN, Milli Təhlükəsizlik
Nazirliyi hərbi keşikçilərinin yerləşdirilməsi
üçün — dəmir yolu rəhbərliyi tərəfindən
təsdiq edilmiş «Dəmir yollarında çıxarılma tipli
hərbi avadanlığın hazırlanması, istismarı,
uçotu və saxlanması üzrə Təlimat»la müəyyən edilmiş
normalara uyğun olaraq;
§ yükgöndərənin (yükalanın)
mütəxəssislərinin və ya mühafizə dəstəsinin,
həmçinin milis dəstələrinin yerləşdirilməsi
üçün qış mövsümündə sobalarla və soba
avadanlıqları ilə.
Mühafizə dəstəsinin və
müşayiət edən mütəxəssislərin yerləşdirilməsi
üçün yükgöndərənə (yükalana) mənsub olan və onlar
tərəfindən avadanlıqlarla təchiz edilmiş,
stansiyalarda sanepidemioloji xidmətin, insarı və heyvanların
daşınmasına yararlı hesab edilən vaqonlardan və
ya yükgöndərən (yükalan) tərəfindən avadanlıqla
təchiz edilmiş tamamilə metal sərnişin vaqonundan
istifadə edilə bilər.
4.4.10. Yükgöndərən
ixtisaslaşdırılmış, mülkiyyətində və ya
icarədə olan vaqon və konteynerlərə PM
yüklənərkən yükləmə əməliyyatı
başlanmamışdan əvvəl vaqonların və
konteynerlərin, onların konkret partlayıcı maddənin
daşınması zamanı təhlükəsizliyini təmin
edən avadanlıqları daxil etməklə, texniki
cəhətdən saz olmaları haqqında
şəhadətnaməni stansiyanın və ya vaqon deposunun
işçilərinə təqdim edir.
Vaqon təsərrüfatının
işçisi şəhadətnamənin nömrəsini VU-14
kitabına qeyd edir, yükgöndərən isə qaimənin arxa
tərəfində 4-cü sütunda «Vaqon texniki və kommersiya
cəhətdən sazdır və onun avadanlığı,
müəyyən edilmiş tələblərə müvafiqdir»
sözlərini qeyd edir.
Şəhadətnamə
aşağıda göstərilən formada tərtib edilir:
Partlayıcı materialların
daşınması üçün vaqonun kuzovunun texniki vəziyyəti
haqqında Şəhadətnamə
Bu şəhadətnamə ilə
təsdiq olunur ki, ______________________________________ vaqon kuzovunun
(avadanlıqlar da daxil olmaqla) texniki vəziyyətinə
görə _________________________________________ [daşınan yükün
adı] daşınma təhlükəsizliyini təmin edir.
Şəhadətnamə
__________________________ müddətədək qüvvədədir.
Möhür yeri
Xidmət, sex
rəisi
[vaqonlara göstərilən xidmətə
görə məsul şəxs]
4.4.11. PM üçün nəzərdə
tutulmuş və yükgöndərənin (yükalanın)
mülkiyyətində olan yeni ixtisaslaşdırılmış
vaqonların texniki müayinə aktları tərtib edilərkən
və onlar dəmir yollarında istismar üçün yararlı hesab
edilərkən, texniki təhlükəsizlik xidməti (TTX) və
vaqon təsərrüfatı konstruksiyalarının
uyğunluğunu və vaqonun texniki hazırlanma
sertifikatını yoxlamalıdır.
4.5.
PM-ın gətirilməsi, yüklənməsi,
boşaldılması və yükdəyişdirmə (bir
yerdən başqa yerə yükləmə)
4.5.1. PM vaqonlara göstərilən
yüklərin vaxtında yüklənməsini,
boşaldılmasını və işlərin
təhlükəsizliyini təmin edən və yalnız
yükgöndərənə (yükalana) mənsub olan, yaxud onlar
tərəfindən icarəyə götürülmüş, dalan dəmir
yollarında yüklənməlidir (boşaldılmalıdır).
4.5.2. Müdafiə Nazirliyinə, Milli
Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər
Nazirliyinə məxsus olan PM-in (101, 115, 119, 121, 125, 126, 128,
130, 133, 134, 137, 141, 143, 148, 150, 154, 155, 156, 167, 168, 176, 179, 180,
182, 199, 301, 320 şərti nömrəli yüklərdən başqa)
yüklənməsi və boşaldılması dəmir yolu
rəhbərliyinin təsdiq etdiyi dəmir yolu
stansiyalarının xüsusi ayrılmış açıq meydançalarında
da həyata keçirilə bilər.
PM-in yüklənməsi,
boşaldılması və yükdəyişdirmə üçün
ayrılmış yerlərə və mexanizmlərə olan
ümumi tələblər 12 nömrəli əlavədə
göstərilmişdir.
4.5.3. Müəssisələrin,
idarələrin, təşkilatların və hüquqi
şəxslərin dalan yollarında, həmçinin dəmir yolu
stansiyalarının xüsusi ayrılmış açıq meydançalarında
PM olan vaqonların gecə-gündüz yüklənməsi və
boşaldılması yükgöndərənin (yükalanın)
qüvvəsi və vəsaitləri ilə 12 nömrəli
əlavədə göstərilən tələblərə
müvafiq həyata keçirilir.
Vaqonların, müəssisələrin,
idarələrin, təşkilatların və hüquqi
şəxslərin dalan yollarına verilməsi və
götürülməsi qaydaları dalan dəmir yolunun istismar edilməsi
haqqında müqavilələrlə, həmin dalan dəmir yoluna
dəmir yolunun lokomotivi xidmət göstərdikdə isə
vaqonların verilməsi və götürülməsi haqqında
müqavilələrlə müəyyən edilir.
4.5.4. PM yükgöndərən və ya yükalan
tərəfindən ayrılmış xüsusi nümayəndənin
rəhbərliyi altında, yolun yanğından mühafizəsi
və texniki təhlükəsizlik xidmətinin
nümayəndəsinin iştirakı ilə yüklənir və
boşaldılır.
Bu zaman yükgöndərənin və ya
yükalanın nümayəndəsi PM-in dəmir yolu stansiyalarının
xüsusi ayrılmış açıq meydançalarına
gətirilməsini və aparılmasını, PM-in təqdim
edilmiş (sxemlərə) və «Yüklərin yüklənməsi
və bərkidilməsinin texniki şərtləri»nə
uyğun olaraq yüklənməsinin, yerləşdirilməsinin
və bərkidilməsinin, həmçinin açıq
hərəkət düzümündə PM-in xüsusi qaydada örtülməsinin
düzgünlüyünü, PM-in birgə yüklənməsi şərtlərinin
yerinə yetirilməsini və yükləmə-boşaltma
işləri zamanı təhlükəsizlik
tədbirlərinə əməl edilməsini, yüklü vaqonun
dəmir yoluna təhvil verilənədək və ya
boşaldılmaq üçün gəlmiş vaqonun dəmir yolundan
qəbul edildiyi andan PM-in mühafizəsini təmin etməlidir.
Dəmir yolu stansiyalarının xüsusi
ayrılmış açıq meydançalarında Müdafiə
Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Daxili
İşlər Nazirliyinə məxsus olan PM-in vaqonlara
yüklənməsi və boşaldılması zamanı
yükgöndərən (yükalan) iş başlanana qədər stansiya
rəisinə görülən işlərin təhlükəsizliyinin
təmin edilməsi üçün məsul olan şəxsin
soyadını və vəzifəsini bildirməlidir.
4.5.5. Yükgöndərən PM-in
daşınması üçün əvvəlcədən vaqonları
xüsusi avadanlıqlarla təmin etməli, PM-in bərkidilməsi
və vaqonların hazırlanması üçün materiallar
(lövhələr, dayaqlar və arakəsmələr, çanaqlar, şəbəkələr,
yumşaq altlıq materialları, keçə, brezent,
kraft-kağızlar, yapışqan və s.) hazırlamalıdır.
4.5.6. Yükgöndərən PM
göndərməyə verilənədək, PM-in yükləmə
prosesində qablaşdırmanın düzgünlüyünü, qabın
keyfiyyətini, markalanmanın aparılmasını, PM üzərində
və daşıma sənədlərində PM-in şərti
nömrəsinin (BMT nömrəsinin), yükün çəkisinin düzgün göstərilməsini,
əgər yük plomblanıbsa, plomb və möhürlərin
toxunulmazlığını yoxlayır, bütün yük
yerlərinə diqqətlə baxır.
Aşkar edilmiş bütün
zədələr və nasazlıqlar, həmçinin
yüklənmə, boşaltma prosesində qabın
aldığı zədə ən qısa müddətdə
xüsusi ayrılmış yerlərdə aradan
qaldırılmalıdır.
Əgər 4.5.2-ci bənddə
göstərilən PM yüklənərkən yüklənmə başa
çatanadək aradan qaldırılması mümkün olmayan
defektlərə malik olan yük yerləri, həmçinin dağılma
və tökülmə aşkar edilən qab daşınmaya
buraxılmır və dərhal yükgöndərən
tərəfindən PM-in qəza kartoçkasında
göstərilənlərə müvafiq olaraq stansiyanın
ərazisindən çıxarılır.
4.5.7. PM yüklənmə yerinə stansiya
rəisi və ya onun müavini tərəfindən 4.3.4-cü
bəndə müvafiq olaraq müəyyən edilmiş
müddətdə gətirilir.
PM stansiyaya gətirilənədək
yükgöndərən tərəfindən yuxarıda
göstərilən işlərin görülməsi üçün 4.5.4-cü
bəndə uyğun olaraq ayrılmış məsul
nümayəndə stansiya rəisindən, o olmadıqda isə
onun müavinindən PM-in göstərilən müddətdə
gətirilmə vaxtını və imkanını təsdiq
edən məlumat almalıdır. Stansiya rəisi və ya onun
müavini tərəfindən belə təsdiqedici cavabın
göndərilməsi nəzərdə tutulan bütün yük
partiyasının hərəkət düzümü ilə mütləq
təmin edildiyi halda verilə bilər.
Yükün stansiyaya müəyyən edilmiş
vaxtdan əvvəl gətirilməsinə yol verilmir.
PM yükləmə yerinə
gətirilənədək yükgöndərən 4.5.5-ci
bəndə uyğun olaraq, yükləmək vaxtı lazım
olan alət və materialları, həmçinin yük yerlərinin
zədələnmə və ya qəza hallarının
nəticələrinin ləğv edilməsi üçün zəruri
vasitələri əvvəlcədən gətirməlidir.
PM stansiyaya hissə-hissə
gətirilirsə, hərbi komanda (yükdaşıyan
fəhlələr) yükün birinci partiyası ilə eyni vaxtda
gətirilir.
4.5.8. Vaqonlar PM ilə tam həcmdə
və ya tam yükgötürmə qabiliyyəti qədər
yüklənməyibsə, boş qalan hissə, həmin
yükalanın ünvanına digər tezalışmayan və
təhlükəsiz yüklərlə (4.1.12-ci bənddə
göstərilən PM-dən başqa) yüklənə bilər.
Yükləndikdən sonra PM texniki
şərtlərə, lisenziyanın
tələblərinə və ya müəyyən olunmuş
qaydada təsdiq edilmiş çertyojlara (əgər «Yüklərin
yüklənməsi və bərkidilməsinin texniki
şərtləri» ilə yüklənməsi nəzərdə
tutulmayıbsa) müvafiq şəkildə bərkidilir.
PM-in yerləşdirilmə və
bərkidilmə sxemlərində aşağıda
göstərilənlər nəzərdə tutulmalıdır:
a) yük yerlərinin döşəmənin
üzərində bir-birinə sıx şəkildə bir
bərabərdə yerləşdirilməsi;
b) qutuların qapaqlarının,
çəlləklərin tıxaclarının yuxarı
vəziyyətdə yerləşdirilməsi;
c) döyüş sursatları
məmulatlarının vaqonun uzunluğu oxu boyunca eninə
düzülməsi mümkün olmayan döyüş sursatlarının vaqon boyunca
öz oxları uzununa düzülməsi;
ç) mexaniki təsirlərə daha
həssas olan yüklü yerlər elə yerləşdirilməlidir
ki, onun yüklənməsi sonuncu növbədə
boşaldılması isə birinci növbədə olsun;
d) normativ sənədlərdə (NS)
məhdudiyyətlər qoyulmayıbsa vaqonların tutumundan
və yükgötürmə qabiliyyətindən maksimum istifadə
edilməlidir.
Texniki sənədlərdə PM-in
yerləşdirilməsinin üsulları və sayı haqqında
xüsusi göstərişlər olarsa, sxemlər hazırlanarkən
bu göstərişlər rəhbər tutulmalıdır.
Daşıma zamanı ayrı-ayrı
yerlərin tərpənməsinin və ya
yıxılmasının qarşısını almaq üçün PM-in
yuxarı sırasının bərkidilməsinin etibarlı
olmasına, həmçinin açıq hərəkət düzümündə
daşınan PM-in möhkəm bərkidilməsinə xüsusi diqqət
yetirilməlidir. PM vaqona çox ehtiyatla, iş zamanı
qığılcım verməyən alətlərdən
(bürünc, mis, tunc və s.) istifadə etməklə bərkidilir,
qaba təzyiq göstərilməsinə, təkan və
zərbə vurulmasına yol verilmir.
4.5.9. Yükləmə başa çatdıqdan
sonra vaqonların qapıları möhkəm bağlanır,
qapı calaq yanlıqları, kilid-plomb qurğuları ilə
fiksasiya olunur və ya lövhə məftili burmaqla bərkidilir
və vaqon, yükgöndərənin plombları ilə plomblanır.
Vaqon yalnız yükləmənin məsul
rəhbəri tərəfindən, «Yüklərin
yüklənməsi və bərkidilməsinin texniki
şərtləri»nə müvafiq həyata keçirilməsinə və
PM-in etibarlı bərkidilməsinə əmin olduqdan sonra
plomblanır. Yüklənmə, boşaltma, vaqonların
plomblanması, onlardan plombların çıxarılması
zamanı nəqliyyatı müşayiət edən şəxsin
iştirakı ilə (belə müşayiət edilmə bu
Qaydalarda nəzərdə tutulmuşsa) həyata keçirilir.
4.5.10. Təyinat stansiyasına PM-in
gəlməsi, həmçinin PM-in dalan yollarına və ya xüsusi
ayrılmış yerlərə boşalmaya verilməsi
haqqında təyinat stansiyasının rəisi dərhal
müəyyən edilmiş qaydada yükalana xəbər verir. Yükalan
PM yüklü vaqonları stansiyaya gəldiyi andan 2 saatdan gec olmayaraq
qəbul etməlidir.
MN-ə məxsus PM yüklü vaqonların
gəlməsi və onların boşalmaya verilməsi
haqqında stansiya rəisi müəyyən edilmiş qaydada,
dəmir yolu sahəsinin və stansiyasının hərbi
komendantına, DİN və Milli Təhlükəsizlik Nazirliyinin
yükləri haqqında isə DİN Xüsusi Daşımalar
şöbəsinə (XDŞ) məlumat verməlidir.
4.5.11. Yükgöndərənin
vəzifələri:
a) stansiyanın rəisi və ya müvafiq
işçiləri ilə, MN, DİN və Milli Təhlükəsizlik
Nazirliyinin yükləri üzrə isə, dəmir yolu sahəsinin
və stansiyasının hərbi komendantı və DİN
XDŞ ilə daima əlaqə saxlamaq, öz ünvanına
gələn PM-in miqdarını bilmək, onların
boşaldılması üçün əvvəlcədən yer,
vasitələr hazırlamaq və PM-in qəbul edilməsi üçün
məsul şəxs təyin etmək;
b) vaqonlar boşalmaya verildiyi ana
qədər, boşalmanın məsul rəhbər işçisi
ilə birgə PM-in müəyyən edilmiş müddətdə
boşaldılmasını və mühafizəsini təmin
etmək, vaxtında yükdaşıyan fəhlələr
göndərmək;
c) vaqonlar boşalmaya verildiyi andan 12 saat
ərzində PM-in stansiya ərazisindən
çıxarılması;
ç) qismən boşaltma zamanı PM-in
qalan hissəsinin boşalmış yerə
dağılmaması üçün yaruslar və yükün bütün hündürlüyü boyu
eyni vaxtda lövhələrlə və dayaqlıq tirlərilə,
«Yüklərin yüklənməsi və bərkidilməsinin texniki
şərtləri»nin tələblərinə uyğun
şəkildə möhkəm bərkitmək.
4.5.12. Stansiya rəisi, MN-nin yükləri
üzrə isə dəmir yolu sahəsinin və stansiyanın
hərbi komendantı PM-in vaxtında yüklənməsinə,
boşaldılmasına və stansiyanın ərazisindən
çıxarılmasına nəzarət etməlidir.
4.5.13. Stansiyanın xüsusi
ayrılmış yerlərinə yüklənmək və ya
boşaldılmaq üçün verilmiş vaqonların sayı yolun
tutumundan və ya yükləmə (boşaltma) imkanından artıq
olmamalıdır. Nəqliyyatın tərkibində olan PM yüklü
qalan vaqonlar stansiyanın TSA-da nəzərdə tutulmuş
yollara, 12 nömrəli əlavənin (bənd 1)
tələblərinə müvafiq qoyulurlar.
Əgər stansiyanın yol
qurğuları göstərilən işlərin iki və daha çox
məntəqələrdə yerinə yetirilməsinə imkan
verirsə, bu zaman həmin məntəqələr
bir-birindən ən azı 125 m. məsafədə
yerləşdikdə, onlarda yükləmə-boşaltma və ya
yükdəyişdirmə işləri eyni vaxtda aparıla
bilər.
4.5.14. Yükləmə-boşaltma
işlərinə xüsusi təlim və tibb müayinəsindən
keçmiş yükgöndərənin (yükalanın) nümayəndəsi
buraxılır.
Yükləmə-boşaltma işləri
başlamamışdan əvvəl, bu işlərin
görülməsi üçün təyin edilmiş şəxslər
işlərə rəhbərlik edən və texniki
təhlükəsizlik xidməti tərəfindən
təhlükəsizlik texnikası üzrə
təlimatlandırılmalı və bilikləri
yoxlanılmalıdır.
Yükləmə-boşaltma işləri
yerinə yetirilərkən bu Qaydaların 4.11-ci
bəndində xüsusi razılıqda (lisenziyada) və
digər normativ sənədlərdə göstərilən texniki
şərtlərə və yanğın təhlükəsizliyi
tədbirlərinə əməl edilməlidir.
4.6.
Qatarların tərtib edilməsi və manevr işləri
4.6.1. PM tək vaqonlar, vaqon qrupları
və marşrutlar ilə müvafiq qoruyucu qoşmaqla, çəkisi
və uzunluğu norma həddində olan qatarların
hərəkət cədvəli ilə nəzərdə
tutulmuş yük qatarlarında daşınır.
119, 126, 137, 141, 179, 182, 350, 351, 352, 360,
361, 362, 363, 365 şərti nömrəli PM yalnız xüsusi qatarda
daşınır. Xüsusi qatarların hərəkət
qaydası dəmir yolu rəhbərliyi tərəfindən
müəyyən edilir.
Çeşidləmə və sahə
stansiyaları arasında PM-lə yüklü vaqonlar, tərtibat
planına müvafiq olaraq, bütün yük qatarları ilə
hərəkət edə bilərlər. Belə vaqonlar aralıq
stansiyalarından yaxınlıqdakı sahə və ya
çeşidləmə stansiyalarına və ya geri
istiqamətində yığma, daşıyıcı
qatarlarla və ya dispetçer lokomotivləri ilə, qovşaq
və qovşaqdan əvvəlki stansiyalar arasında isə
ötürücü və daşıyıcı qatarlarla hərəkət
edirlər.
Tərkibinə PM yüklü vaqon
qoşulmuş yığma qatara, konduktor briqadası və ya
qatar tərtibatçısı (qatarı müşayiət edən,
sahədə dispetçer lokomotivilə işləyən və ya
aralıq stansiyasının ştatında olan)
tərəfindən xidmət edilməlidir.
PM-in aşağıda göstərilən
qatarlarda daşınmasına yol verilmir:
a) sərnişin və poçt-baqaj
qatarlarında (tabel silahının və onun döyüş
sursatının, Müdafiə Nazirliyinin, Daxili İşlər
Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin hərbi
keşik dəstələrinin, komandalarının və
dəmir yolunun hərbiləşdirilmiş mühafizə
dəstələrinin daşınması istisna olmaqla);
b) insan, həmçinin tərkibinə
hərbi eşalonlardan başqa insanlar minmiş
ayrı-ayrı vaqonlar (eşalonun şəxsi heyəti olan
vaqonlardan başqa) qoşulmuş qatarlarda;
c) birləşmiş qatarlarda;
ç) yuxarı üçüncü, aşağı üçüncü,
yana dördüncü və böyük qabaritli qatarlarda;
d) uzunluğu hərəkət
etdikləri sahələrin qəbul-göndərmə
yollarının tutumundan çox olan qatarlarda.
Vaqonların nömrələnməsi üçün
tərtibat planı üzrə daha uzaq qatarlara nəzərdə
tutulmuş PM yüklü vaqonların, yaxın təyinatlı
qatarlara qoşulmasına yol verilmir.
Hissə dispetçeri, stansiya növbətçisi
və manevr dispetçeri qatar işini planlaşdırarkən,
stansiyaya daxil olmuş PM yüklü vaqonların birinci növbədə
az sayda qatarlar ilə göndərilməsi imkanını
araşdırmalıdır.
4.6.2. Dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstəsi ilə
müşayiət edilməli olan PM yüklü vaqonlar bir qrupdan olan
qatarlara qoşulur, bu zaman bir istiqamətdən olan vaqonlar
getdiyi bütün yol boyu açılmamalıdır. Mühafizə
dəstəsi, qorunan vaqondan və ya vaqonlar qrupundan beş
vaqondan uzaq məsafədə olmamalıdır.
Mühafizə dəstəsinin getməsi
üçün, keçid meydançasından, xüsusi ayrılmış və
avadanlıqlarla təchiz edilmiş vaqonlardan və ya qatar
lokomotivinin qeyri-işçi kabinəsindən istifadə edilir.
Nişançı əvvəlcədən lokomotivdə getmə
qaydası haqqında maşinist tərəfindən
təlimatlandırılmalıdır.
4.6.3. Söndürülmüş avtotormozlarla
daşınmalı olan PM yüklü vaqonlar, dəmir yolunun texniki
istismar Qaydaları ilə müəyyən edilmiş qaydada qatara
qoşulur.
Belə yüklər Müdafiə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik
Nazirliyinin keşikçiləri ilə qorunan nəqliyyatla (vaqonlar
qrupu ilə) daşınarkən onlar qatarlara qoşulduqda,
həmin şərtlərə əməl edilir, bu zaman qruplar
arasında bir ədəddən çox olmayan sayda hərbi
nəqliyyata aid olmayan vaqonun qoşulmasına yol verilir.
PM yüklü vaqonlar yükgöndərənin
(yükalanın) mütəxəssisləri və ya hərbi
keşikçiləri ilə müşayiət edilərkən onlar
tərəfindən qorunan vaqonlar, bir qrupdan olan qatarlara
qoşulur. Bu vaqonların bir-birindən və ya qatarın
digər vaqonlarından qorunması, təhlükəsiz yüklü
və ya boş vaqonlardan istifadə edilməklə həyata
keçirilir.
Vaqonların bir-birindən qorunması,
yükləmə yerindən təyinat yerinədək boş
vaqonlardan istifadə edilməklə həyata keçirildikdə,
boş vaqonların nömrələri QU-27 formalı dəmir yolu
qaiməsinə yazılır.
Qoruyucu kimi boş vaqonlardan istifadə
edilməsinə, yükgöndərən razılıq
verməzsə, stansiyada PM yüklü vaqonların qoruyucusu kimi
istifadə edilə bilən yüklü vaqonlar yığılanadək
onlar dalan yolunda qalır.
4.6.4. Tərkibində PM yüklü hərbi
nəqliyyat olan qatarlara bu hərbi nəqliyyata aidiyyəti
olmayan PM yüklü vaqonlar qoşula bilərlər. Xüsusi
hərəkət düzümünün, stansiyaların və daşınan
PM-in normativ texniki sənədləri ilə nəzərdə
tutulmuş müəyyən texnoloji sxemlər (qoşmalar)
üzrə tərtib edilmiş nəqliyyatın, PM-i
müşayiət edən mütəxəssisin və ya hərbi
keşik dəstə rəisinin icazəsi olmadan
açılmasına yol verilmir.
Belə seksiyalarda və sxemlərdə
(qoşmalarda) mütəxəssislərin və keşikçilərin
getməsini və PM yüklü vaqonlar arasında qoruyucu qoşma zəruriyyəti
olub-olmamasını yükgöndərən NS (normativ sənəd)
əsasında müəyyən edir.
Əgər NS-lə nəzərdə
tutulmuşdursa, refrijerator seksiyalarında və
sxemlərində (qoşmalarında) belə qoruyucunun
olması tələb olunmur.
Qoruyucu vaqonlar olmadan PM-in dəmir yolu
tərəfindən daşınmasına əsas
qaimədə «Seksiya açılmasın» ştempelinin
olmasıdır.
4.6.5. Eşalona mənsub olan
avtomaşınlara, avtoqatarlara, avtosisternlərə və
digər xüsusi tutumlara, həmçinin açıq zirehli transportyorlara
yüklənmiş PM, qatar tərkibində hərəkət
edərkən 4.6.6 - 4.6.8-ci bəndlərə əsasən
qoruyucuya malik olmalıdır.
Eşalona mənsub olan döyüş
sursatı ilə təchiz edilmiş tank, özü hərəkət
edən artilleriya qurğuları, artilleriya
dartıcıları və örtülü zirehli nəqliyyatlar ilə yüklənmiş
platformalar və yarımvaqonlar qatarda qoruyucusuz
hərəkət edə bilərlər.
Yükün müşayiət edilməsi və
qorunması üçün ayrılmış bələdçilər,
mütəxəssislər, keşikçi dəstələri olan
vaqonlar qatarda PM yüklü vaqonlardan həm irəlidə, həm
də arxada qoşula bilər.
Tezalışan mayelərlə
yüklənmiş vaqon tərtibat stansiyalarında qatara PM ilə
yüklənmiş vaqonlardan sonra (qatarın əvvəlindən
hesab edilməklə) qoşulmalıdır.
4.6.6. Daşıma
sənədlərində «Qoruyucu» ştempeli olan PM yüklü
vaqonlar qatara qoşularkən və manevr işi yerinə
yetirilərkən aşağıdakı 1 nömrəli
cədvəldə göstərilən minimum normadan az olmayaraq qoruyucuya
malik olmalıdır.
4.6.7. Tərkibində PM yüklü vaqonlar olan
qatarlarda qoruyucu kimi təhlükəsiz yüklü vaqonlardan və ya
boş vaqonlardan, həmçinin təhlükəsiz yüklü
sisternlərdən istifadə edilə bilər.
Boş və yüklü platformalar (o
cümlədən 1 nömrəli cədvəldə
göstərilənlər), həmçinin transportyorlar qoruyucu kimi
istifadə edildikdə, PM yüklü vaqona ən azı iki vaqon
qoşulur.
1 nömrəli
cədvəl
PM yüklü vaqonlar üçün qatarlarda və manevr
işləri zamanı minimum qoruyucu normalar
|
Qoruyucu tələb olunan şərtlər |
Qoruyucu vaqonların sayı |
|
|
3.9.2-ci bənddə göstərilən
şərti nömrəli PM üçün |
Digər PM üçün |
|
|
Aparıcı lokomotivdən: |
|
|
|
PM yüklü bütün örtülü xüsusi vaqonlar (dartıcı
qüvvəsi və yanacaq növündən asılı olmayaraq) |
3 |
3 |
|
PM yüklü platforma və yarımvaqonlar: |
|
|
|
bərk yanacaqlı paravozdan |
5 |
5 |
|
digər lokomotiv növlərindən |
3 |
3 |
|
Axırıncı vaqon nəzərə alınmaqla
qatarın sonundan, o cümlədən itələmə
zamanı |
3 |
3 |
|
Eşalonun şəxsi heyətinin olduğu vaqondan |
3 |
3 |
|
Yüklərin müşayiət edilməsi üçün xüsusi
ayrılmış işçilər, bələdçilər,
mühafizə və keşik dəstələri olan
hərəkət tərkibindən (vaqonlardan, işlək
vəziyyətdə olmayan lokomotivlərdən, dəmir
yolunda hərəkət edən kranlardan və digər
mexanizmlərdən) |
3 |
1 |
|
Təhlükəli yüklü vaqonlardan (2, 3, 4, 5-ci
siniflərdən və 6,1-ci yarımsinifdən olan
təhlükəli yüklü vaqonlar istisna olmaqla) |
3 |
3 |
|
2, 3, 4, 5-ci siniflərdən və 6,1-ci
yarımsinifdən olan təhlükəli yüklü vaqonlardan |
yol verilmir |
3 |
|
Təhlükəli yüklərin daşınması üçün
nəzərdə tutulan boş sisternalardan |
1 |
1 |
|
3.9.2.-ci bənddə göstərilən şərti
işarəli PM ilə yüklənmiş vaqonlardan |
3 |
3 |
|
Digər PM ilə yüklənmiş vaqonlardan |
3 |
0 |
|
Taxta-şalban, polad və dəmir-beton dayaqlar,
relslər, borular və buna bənzər yüklərlə
sonuncu tirlərdən və transportyordan kənara
çıxmış vəziyyətdə yüklənmiş
platformalardan və yarımvaqonlardan |
1 |
1 |
|
Bərk yanacaqla işləyən paravozdan, PM yüklü
vaqonların dalan yoluna verilməsi
(yığışdırılması) və manevr
zamanı teplovozdan (paravozdan) |
1 |
1 |
4.6.8. Hərbi eşalonlarda PM-in,
eşalona mənsub olan, digər təhlükəli
yüklərlə birgə daşınmasına yol verilir, bu zaman
onların arasında qoşulan qoruyucuların sayı bir
vaqondan az olmamalıdır və 4.6.7-ci bənddə
göstərilən tələblərə uyğun
olmalıdır.
4.6.9. Stansiyada PM yüklü vaqonlar ilə manevr
işi üçün ayrılmış manevr lokomotivi radio rabitə
vasitəsilə təchiz edilməlidir, qatar
tərtibatçısı isə daşınan saz radiostansiyaya
malik olmalıdır.
4.6.10. PM yüklü vaqonlarla manevr edilməsi
zəruriyyəti olduqda, stansiya növbətçisi, manevr dispetçeri
və ya təpə növbətçisi bu barədə qatar
tərtibatçısına məlumat verməlidir, o isə öz
köməkçisini və lokomotiv maşinistini PM yüklü vaqonlarla işləmək
qaydası haqqında yerli təlimatla müəyyən edilmiş
qayda ilə və vasitələrlə xəbərdar
etməlidir.
Əgər PM yüklü vaqonların və ya
hərbi nəqliyyat tərkibindən olan vaqonların
sənədlərinə «Təpədən buraxılmasın»
ştempeli vurulmuşdursa, onlarla manevr işi asta-asta və ya
təpəaltı park tərəfdən lokomotivlə
götürməklə, təkansız və sərt dayanma
etməməklə, qoruyucu normalara ciddi əməl
etməklə həyata keçirilir. PM yüklü vaqonların digər
vaqonlara və ya lokomotivlərə qoşulması zamanı
bir-birlərinə dəymə sürətləri 3 km/saat-dan çox
olmamalıdır. Bu vaqonlar çeşidləmə
təpəsindən yalnız lokomotivlə buraxıla
bilər.
4.6.11. Daşıma
sənədlərində «Təpədən
buraxılmasın» ştempeli vurulmamış PM yüklü vaqonlar
çeşidləmə təpələrindən buraxıla
bilərlər və onların təkanlarla manevr
edilməsinə yol verilir. Belə vaqonların digər
vaqonlarla birləşdirilməsi zamanı bir-birlərinə
dəymə sürətləri 5 km/saat-dan çox olmamalıdır.
Buraxılma prosesində təpə növbətçisi
(paylaşdırma məntəqəsinin operatoru) və ya
təpə tərtibatçısı, icra postlarının
operatorlarını, vaqonların hərəkət sürətinin
tənzimləyicisini, yoldəyişmə postlarının
növbətçilərini PM ilə yüklənmiş vaqonların
açılmaları haqqında xəbərdar etməlidir. Belə
açılmaların təpədən buraxılmasında, endirilməsində,
həmçinin PM yüklü vaqonların olduğu yola hər hansı
açılan vaqonun buraxılmasında iştirak edən
işçilər xüsusən diqqətli olmalı,
təpədən buraxmanın təhlükəsizliyini və
hərəkət tərkibinin zədələnməməsini
təmin etməlidirlər. Çəkmə sürəti, həmçinin
tormoz mövqelərində tormozlanma gücü açılmalar arasında
zəruri intervallar yaratmaqla və bu vaqonların digər
vaqonlarla bir-birlərində müəyyən edilmiş
dəymə sürətlərinə danışıqsız
əməl etməklə tənzimlənməlidir.
Belə qaydalara və təhlükəsizlik
tədbirlərinə bu vaqonların təkanlarla manevr işi
zamanı əməl edilməlidir.
4.6.12. PM yüklənmiş vaqonlarla manevr
işinə başlamazdan əvvəl, yükü müşayiət
edən mütəxəssislər və komanda, həmçinin
keşikçi dəstəsinin rəisi və dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstəsinin atıcısı,
görüləcək manevrlər haqqında, stansiya işçisi
tərəfindən PM yüklü vaqonlarla işləmək
qaydası haqqında yerli təlimata müvafiq olaraq
xəbərdar edilməlidir.
4.6.13. PM yüklü vaqonlarla manevr işləri
zamanı maşinist lokomotivin idarə edilməsini maşinist
köməkçisinə həvalə edə bilməz.
4.6.14. Çeşidləmə yollarında,
yığılmada olma hallarından başqa, PM yüklü
vaqonların qatardan kənarda dayanması yeri,
bərkidilməsi və çəpərlənməsi qaydası
stansiyanın TSA ilə dəmir yolunda «Qatarların
hərəkəti və manevr işləri haqqında
təlimatı»n, dəmir yollarında
«İşarəvermə haqqında təlimatı»n və
yerli təlimatın 4.6.18-si bəndində nəzərdə
tutulmuş tələblərinə müvafiq surətdə
müəyyən edilir.
Keşik dəstələri və ya
yükgöndərənin mütəxəssisləri olan vaqonlar, yolda
onların müşayiət etdikləri PM yüklü vaqondan 50 m-dən
çox olmayan məsafədə həmin və ya ona bitişik yola
qoyulur. Vaqonların bərkidilməsi stansiyalarda və
yükləmə-boşaltma yollarında stansiyanın TSA ilə
müəyyən edilmiş qayda və normalar üzrə yerinə
yetirilir.
4.6.15. Arsenalların, bazaların və
anbarların dalan yollarına PM yüklü vaqonların verilməsi,
yığışdırılması, bir qayda olaraq, maye
yanacaqla işləyən teplovozlar vasitəsilə yerinə
yetirilir.
Vaqon PM ilə yüklənməyə
verilməmişdən əvvəl manevr dispetçeri (stansiya
növbətçisi) PM yüklü vaqonla işləmək qaydası
haqqında yerli təlimatla müəyyən edilmiş qaydaya
müvafiq məlumat verməli, vaqonların müayinədən
keçməsinə və belə yüklərin daşınması
üçün texniki cəhətdən yararlı olmasına əmin
olmalıdır.
PM yüklü vaqonlar, müəssisələrin
və təşkilatların dalan yollarına verildikdə,
4.6.6-cı bənddə müəyyən edilmiş normaua
uyğun olaraq qoruyucuya malik olmalıdır.
PM vaqonlarını yükləmə üçün
qəbul edən və ya göndərən, (dalan yollarına
xidmət göstərilməsi haqqında yerli təlimatlarda,
belə vaqonların verilmə və götürülmə
marşrutları manevr heyətlərinin onlar ilə
yerdəyişmə sürəti, keçidlərdən keçmə və
marşrutların mühafizəsi qaydası, həmçinin yerli
şəraitdən asılı olaraq təhlükəsizliyin
təmin edilməsi üçün digər zəruri tədbirlər
müəyyən edilməlidir.
4.6.16. Stansiyanın texnoloji
mərkəzinin operatoru və ya stansiya növbətçisi
tərkibində PM yüklü vaqonlar olan qatarın natura
vərəqəsinin «xüsusi qeydlər» sütununda belə yüklə
yüklənmiş hər vaqonun nömrəsinin qarşısında
daşıma sənədləri əsasında qatarın DU-1
formalı natura vərəqəsinin tərtib edilməsi
haqqında təlimatda müəyyən edilmiş qeydləri
etməlidir.
4.6.17. PM yüklü vaqonların üzərində
təbaşirlə yükləmə və boşaltma
stansiyaları, həmçinin yükün xarakteri haqqında hər
hansı qeydlərin edilməsinə yol verilmir.
4.6.18. Bütün çeşidləmə və
sahə stansiyalarında, həmçinin yükləmə, boşaltma,
yükdəyişmə stansiyalarında, yol hissəsinin və
Daşıma Birliyi rəislərinin zəruri bildikləri
stansiyalarda TSA əlavə kimi PM yüklü vaqonlarla
işləmək qaydası haqqında yerli təlimat
tərtib edilir və o, dəmir yolunun hissə və
daşıma birliyinin rəisləri tərəfindən
təsdiq edilir.
4.6.19. Qatarların tərtibatı və
manevr işi üzrə, bu Qaydalarda nəzərdə
tutulmamış məsələlər qarşıya
çıxdıqda, dəmir yolunun «Texniki istismar Qaydaları»,
«Qatarların hərəkəti və manevr işləri
haqqında təlimat» və digər normativ sənədlər
rəhbər tutulur.
4.7.
PM yüklü qatarların yol boyu hərəkəti
4.7.1. Tərkibində PM yüklü vaqonlar olan
qatarlar sahələrdən keçdikdə qatar dispetçerinin, stansiya
növbətçilərinin, Müdafiə Nazirliyinin, Daxili
İşlər Nazirliyinin, Dövlət
Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik
Nazirliyinin yükləri olan qatarlar keçdikdə isə həmçinin
dəmir yolu sahələrinin və stansiyalarının
hərbi komendantlarının DİN XDŞ-nin xüsusi
nəzarəti altında olmalıdırlar, onlar bu
qatarların vaxtında və təhlükəsiz
hərəkətinin təmin edilməsi üçün tədbirlər
görməlidirlər. Belə qatarlarla baş vermiş bütün
ləngimələr və qəza halları haqqında qatar
dispetçeri dərhal hissə növbətçisinə məlumat
verməlidir və onunla birlikdə qatarların
ləngimələrinin səbəblərinin tez bir zamanda
ləğv edilməsi və hərəkətə
başlaması üçün təxirəsalınmaz tədbirlər
görməlidir. Hissə növbətçisi baş verən
hadisələr haqqında yolun hissə rəisinə,
daşıma birliyinin əməli sərəncam şöbə
rəisinin növbə üzrə müavininə, dəmir yolu
sahəsinin və stansiyanın hərbi komendatına, DİN
XDŞ-nə, ərazi dövlət texniki nəzarət orqanlarına
məlumat verir.
4.7.2. PM yüklü qatarlar üçün bərk
yanacaqlı lokomotiv verildikdə, depo növbətçisi
qığılcımsöndürən cihazların saz
vəziyyətdə olub-olmamasını, həmçinin
yanğınsöndürmə vəsaitlərinin olmasını xüsusi
diqqətlə yoxlayır və bu barədə TU-152
formalı jurnala qeyd edir.
4.7.3. Qatar lokomotivinin maşinisti
daşıma sənədlərini aldıqdan sonra, qatar
stansiyadan yola düşənədək natura vərəqəsi
üzrə PM yüklü vaqonların qatarın tərkibində
olmasına və yerləşmə yerinə əmin
olmalıdır. Əgər qatarda baş konduktor varsa, natura
vərəqinin göstəriciləri üzrə belə vaqonların
qatarda olması haqqında maşinistə məlumat
verilməsi ona həvalə edilir.
Qatarın tərkibində PM yüklü
vaqonların olması haqqında tərtibat
(göndərilməyə hazırlıq) stansiyasının
növbətçisi qatar dispetçerinə əvvəlcədən məlumat
verməlidir.
4.7.4. Qatarın tərkibində PM yüklü
vaqonlar olarsa, qatarın nömrəsinə «PM» hərfləri
əlavə edilir. Qatarın göstərilən hərflər
olan nömrəsi, qatarların hərəkət jurnalında,
qatar dispetçerinin icra edilmiş hərəkət
çədvəlində, lokomotiv maşinistinə verilən
yazılı icazələrdə, natura
vərəqələrində, qatarın qəbulu və
göndərilməsi ilə əlaqədar digər
sənədlərdə göstərilməlidir.
Stansiya növbətçisi, belə qatarlar
haqqında qonşu stansiyaya və qatar dispetçerinə,
qatarın nömrəsinə «PM» hərflərini əlavə
etməklə məlumat verməlidir.
4.7.5. Tərkibində PM yüklü vaqonlar olan
qatar sahə və çeşidləmə stansiyasından yola
düşməmişdən əvvəl qatarın dispetçeri bu
barədə qatarın getdiyi stansiyalara və qonşu
sahələrin dispetçerinə qeydiyyatdan keçən dispetçer
əmri ilə məlumat verməlidir.
4.7.6. Qatarın gəlməsi haqqında
stansiya növbətçisi bu Qaydaların 4.6.18-ci bəndinə müvafiq
olaraq, müəyyən edilmiş qaydaya əsasən texniki
xidmət məntəqəsinin, dəmir yolunun
hərbiləşdirilmiş mühafizə xidmətinin
işçilərini və qatarın stansiyada olduğu dövrdə PM
yüklü vaqonların hazırlanması həvalə edilmiş
digər stansiya işçilərini xəbərdar etməlidir.
PM yüklü vaqonlar və qatarlar haqqında bu
vaqonlara və qatarlara xidmət etməyən
şəxslərə məlumat verilməsinə yol verilmir.
4.7.7. Tərkibində PM yüklü vaqonlar olan
qatarlar stansiyanın TSA-da göstərilən xüsusi
ayrılmış yollara qəbul olunurlar.
4.7.8. PM yüklü qatarların aralıq
stansiyalarında lokomotivsiz dayanmasına yol verilmir. Müstəsna
hallarda tərkibində PM olan qatar aralıq stansiyasında
Dövlət Dəmir Yolunun rəisinin icazəsi ilə lokomotivsiz
saxlanıla bilər, belə hallarda yolun hissə və
daşıma birliyi rəisləri bu vaqonun təyinatı
üzrə göndərilməsini tezləşdirmək üçün bütün
zəruri tədbirləri görməlidirlər. Qatarın
tərkibində MN-nin PM yüklənmiş vaqonu olduqda, həmin
qatarın aralıq stansiyasında lokomotivsiz saxlanması
dəmir yolu sahəsinin və stansiyanın hərbi
komendantı ilə, DİN, DSX
və MTN-nin PM yüklənmiş vaqonu olduqda isə DİN
XDŞ ilə razılaşdırılmalıdır.
DİN-nin daxili qoşunlarının keşikçiləri
tərəfindən mühafizə olunan, digər
nazirliklərə, idarələrə, təşkilatlara,
hüquqi şəxslərə mənsub olan PM yüklü vaqonlar olduqda
isə razılaşdırma DİN XDŞ ilə
aparılır.
Qatarda dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstələri
ilə mühafizə edilən PM olduqda, dispetçer bu barədə
hərbiləşdirilmiş mühafizə xidmətinin ən
yaxınlıqdakı sahəsində həmin stansiyada
yerləşən bölməsinə məlumat verir.
4.7.9. PM-in dəmir yolunda daşınma
prosesində yaranmış qəza vəziyyətlərinin
ləğv edilməsi zamanı, birinci növbədə
görülən tədbirlər və fəaliyyət qaydası,
dəmir yolları ilə təhlükəli yüklər
daşınarkən təhlükəsizliyin təmin olunması
və yaranmış qəza vəziyyətlərinin
ləğv edilməsi qaydaları ilə müəyyən edilir.
4.8.
Yol boyu vaqonların texniki xidməti, nasazlıqların aradan
qaldırılması və təmiri
4.8.1. PM yüklü qatarlar (vaqonlar) texniki
xidmətə təqdim edilərkən, 4.6.18-ci bənddə
nəzərdə tutulmuş yerli təlimatın
tələblərinə əməl edilməlidir.
Texniki xidmət məntəqəsi, PM
yüklü qatarların tərkibindəki vaqonların hər hansı
təmirinə, vaqonların nömrələri haqqında
məlumat olmasa və yükü müşayiət edən keşik
dəstəsinin rəisindən icazə alınmasa
başlamamalıdır.
PM yüklü qatarların (vaqonların) texniki
xidmətə təqdim edilməsi VU-14 formalı ayrıca
kitabda uçota alınır. Bu qatarların (vaqonların)
müayinəsinin nəticələri haqqında texniki xidmət
məntəqəsi göstərilən kitabda müvafiq qeydlər
etməli və onları öz imzaları ilə təsdiq etməlidir.
4.8.2. Yolda getdiyi zaman eşalonlardakı
(hərbi nəqliyyatdakı) vaqonların ayrılmasına yol
verilmir.
Yüklərin yerinin dəyişdirilməsi
və ya bərkidildiyi yerdən açılması, vaqonların (o
cümlədən PM yüklü vaqonların) digər kommersiya və ya
texniki nasazlıqları aşkar edilərsə, onların
aradan qaldırılması və ya nasaz vaqonların saz
vaqonlarla əvəz edilməsi üçün eşalon (hərbi
nəqliyyat) dayandırılmalıdır.
Nasazlığın xarakterindən, işin həcmindən
və şəraitdən asılı olaraq, hərəkət
düzümündən təmirə açılmaqla və bu
məqsədlər üçün xüsusi ayrılmış yola
çəkilməklə və ya hərəkət
tərkibindən açılmamaqla həyata keçirilir.
4.8.3. Eşalonun (nəqliyyatın)
dayandırılması hadisəsi haqqında stansiya
növbətçisi (stansiya rəisi) hissə növbətçisinə,
sonuncu isə dəmir yolu sahəsinin və stansiyanın
hərbi komendatına, DİN XDŞ-nə məlumat
verməlidir.
4.8.4. Eşalonda daşınan yükün nasaz vaqondan
saz vaqona yüklənməsi, eşalonun şəxsi heyəti
tərəfindən hərbi nəqliyyatın tərkibində
daşınan yük isə (xüsusi hərəkət tərkibinin
seksiyalarının tərkibinə daxil olan vaqonlar istisna
olmaqla) «hərbi nəqliyyatı» müşayiət edən
mütəxəssisi ilə, o olmadıqda isə dəmir yolu
sahəsi stansiyasının hərbi komendantının,
DİN və MTİ-in yükləri üzrə isə DİN
XDŞ-nin və ya stansiya rəisinin çağırdığı
mütəxəssisin rəhbərliyi və iştirakı ilə
dəmir yolunun qüvvəsi, vəsaitləri ilə həyata
keçirilir.
Yük bir vaqondan digərinə, dəmir
yolu stansiyasının əmri ilə təsdiq edilmiş,
dəmir yolunun nümayəndəsinin iştirakı ilə
yüklənir.
Mütəxəssislər dəmir yolunun
əlaqədar işçiləri ilə PM-in yüklənməsi,
boşaldılması və bərkidilməsi üzrə
işlərin aparılması qaydası, həmçinin bu
işlərin yerinə yetirilməsi zamanı şəxsi
təhlükəsizlik tədbirləri haqqında təlimat
keçirlər.
4.8.5. Yükgöndərən (yükalan)
stansiyanın rəisi, dəmir yolu sahəsinin və
stansiyanın hərbi komendantı, DİN-nin və
təhlükəsizlik xidmətinin yükləri üzrə isə
DİN XDŞ tərəfindən verilən tələbi
aldıqdan sonra dərhal göstərilən mütəxəssisin
stansiyaya yola düşməsini təmin etməlidir.
4.8.6. Qarnizon rəisləri dəmir yolu
sahələrinin və stansiyalarının hərbi
komendantlarının və stansiya rəislərinin sifarişi
ilə yükləmə-boşaltma işlərinin yerinə
yetirilməsi üçün mütəxəssislər, yaxud lazım olarsa,
yaxınlıqdakı hərbi hissələrin şəxsi
heyətini ayırmalıdır. DİN, DSX və MTN-nin yükləri üzrə
yükləmə-boşaltma işləri, müvafiq olaraq DİN,DSX, XDŞ-nin sifarişi
ilə DİN,DSX və
MTN-nin hərbi hissələrinin mütəxəssisləri və
şəxsi heyəti ayrılır.
4.8.7. PM-in daşınması üçün
nəzərdə tutulmuş xüsusi hərəkət düzümünün
seksiyalarının, həmçinin müəyyən texnoloji
sxemlər üzrə qoşulmuş örtülü vaqonların, platformaların
və digər vaqonların, onları müşayiət edən
mütəxəssislərin və ya hərbi keşik
dəstəsi rəisinin icazəsi olmadan, açılmalarına
yol verilmir. PM, daşınmaya belə seksiyalarda
(sxemlərdə) verildikdə yükgöndərən qaiməyə
bu Qaydaların 4.3.5 (c) bəndində göstərilən
ştempeli vurur.
PM-in daşındığı xüsusi
hərəkət düzümünün seksiyalarının, həmçinin xüsusi
tərtib edilmiş sxemlərin tərkibində olan
vaqonların təmirə ehtiyacı olduqda, belə vaqonlar
yalnız yükü müşayiət edən mütəxəssisin,
keşik dəstəsi rəisinin icazəsi ilə və ya
onun nəzarəti altında seksiyadan (sxemdən) açılıb
təmir yollarına verilə bilərlər. Belə halda
açılma ilə təmir edilməsi tələb olunan vaqonun
yerləşdiyi seksiyanın (sxemin) bütün tərkibi saxlanılır.
Təmir edilmiş vaqonlar seksiyanın
(sxemin) müvafiq hissəsinə qoşulurlar. Əgər
seksiyanın (sxemin) boş vaqonu texniki nasazlıq
səbəbindən təyinat stansiyasınadək
hərəkət edə bilmirsə, bu zaman yükü müşayiət
edən mütəxəssisin və ya keşik dəstəsinin
sifarişi ilə həmin vaqon seksiyadan (sxemdən)
açılaraq, yeni təyinat üzrə müvafiq daşıma
sənədləri tərtib edilməklə göndərilə
bilər.
Bütün göstərilən hallarda hərbi
nəqliyyatın, xüsusi hərəkət düzümünün (sxemin)
seksiyalarının saxlanılmış vaqonları,
həmçinin dəmir yolunun hərbiləşdirilmiş
mühafizə dəstəsinin, hərbi keşik dəstəsinin
və ya yükgöndərənin (yükalanın)
mütəxəssislərinin müşayiət etdikləri PM yüklü
vaqonlar dəmir yolunda «Qatarların hərəkəti və
manevr işləri haqqında təlimatı»n
tələblərinə müvafiq olaraq stansiyanın TSA ilə PM
yüklü vaqonların dayanması üçün nəzərdə tutulmuş
yollara qoyulurlar.
4.8.8. Texniki və kommersiya
nasazlıqları səbəbindən PM yüklü vaqonlardan,
açılan vaqonların mühafizəsi təmin edildikdə,
yalnız dəmir yolunun hərbiləşdirilmiş mühafizə
dəstəsinin mühafizə etdikləri vaqonların
açılmasına yol verilir. Bununla əlaqədar stansiya
rəisi əlavə hərbiləşdirilmiş mühafizə
dəstəsi çağırmalı və o, gəldikdən sonra
açılmış qrupun saz vaqonlarını təyinatı
üzrə göndərməlidir.
4.8.9. Təmir qurtardıqda və ya yükün
bu vaqonlardan başqa vaqonlara yüklənməsi başa
çatdıqda, vaqonlar saxlanılmış eşalona
qoşulmalı və təyinatı üzrə
göndərilməlidir.
4.8.10. Yükün boşaldılması mümkün
olmazsa, nasaz vaqonun təmiri isə eşalonun, vaqon qrupunun uzun
müddət dayanmasına səbəb olarsa, bu vaqon dəmir yolu
sahəsinin və stansiyasının hərbi
komendantının və DİN XDŞ eşalon rəisinin
razılığı ilə eşalondan açılır və
təmirdən sonra birinci qatarla təyinat stansiyasına
göndərilir.
Açılmış vaqonların
mühafizəsi üçün eşalonun rəisi şəxsi
heyətdən keşikçi dəstəsi təyin edir, onu bütün
qüvvədə olan normalara müvafiq olaraq təmin edir, dəmir
yolu isə onun yerləşməsi üçün pulsuz insan
daşınmasına aid olan vaqon verir.
4.8.11. Yükgöndərənin (yükalanın)
mütəxəssisləri ilə müşayiət edilən PM yüklü
vaqonun banının (kuzasının) təmirinin mümkünlüyü, bu
mütəxəssislər tərəfindən müəyyən
edilir. Onlar bu barədə vaqonların təmir işləri
üzrə rəhbərini yazılı surətdə
xəbərdar etməlidir.
4.8.12. Yüklü vaqonun təkər
cütlərinin dəyişdirilməsi və təkər
arabacıqlarının çıxarılması lazım olduqda,
yüklü vaqonun kuzası səlis qaldırılmalı, vaqonun bir
tərəfi qaldırılan zaman isə qalxmanın bufer
tirinin yanında ölçülən hündürlüyü, ilkin vəziyyətə
nisbətən 650 mm-dən çox olmamalıdır.
4.8.13. PM yüklü vaqonların texniki
xidməti, nasazlıqların aradan qaldırılması
və təmiri zamanı 4.11.2-ci bənddə göstərilən
yanğın təhlükəsizliyi şərtlərinə
və tədbirlərinə əməl etməlidir.
4.9.
Mühafizə və müşayiət
4.9.1. PM yüklü vaqonlar
(hərəkətdə olarkən və dayandıqda) MN,
DİN, DSX, MTN-nin
hərbi keçik dəstələrinin silahlı qarovulu,
yükgöndərənin (yükalanın) və ya dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstələri
tərəfindən fasiləsiz qorunmalı və
mütəxəssislər tərəfindən müşayiət
edilməlidirlər. Belə yüklərin mühafizəsiz
daşınmasına yol verilmir.
Stansiyada müşayiət və mühafizə
olunmayan PM yüklü vaqonlar aşkar edildikdə, onlara dərhal
keşikçi qoyulur və onlar müəyyən edilmiş qaydada
keşikçi dəstəsinə və ya dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstəsinə
təhvil verilir.
Yüklü vaqonların, yükgöndərənin
(yükalanın) mühafizə dəstəsi, DİN-nin keşikçi
dəstələri tərəfindən qəbul edilməsi
qaydası, idarə nizamnamələri, tövsiyələri və
xüsusi təlimatlarla müəyyən edilir.
PM yüklü vaqonlar bərə
gəmilərində daşınarkən, müvafiq daxili və ya
Beynəlxalq dəmir yolu və bərə nəqliyyatı
haqqında normativ sənədlərin tələblərinə
müvafiq mühafizə olunurlar.
4.9.2. Müdafiə Nazirliyinin, Daxili
İşlər Nazirliyinin və Milli Təhlükəsizlik
Nazirliyinin PM daşınarkən, onların mühafizəsi üçün
keşikçi dəstələri müvafiq olaraq Müdafiə, Daxili
İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin
habelə Dövlət
Sərhəd Xidmətinin hərbi hissələrindən
ayrılır.
Belə yüklərə Müdafiə
Nazirliyinin və Daxili İşlər Nazirliyinin hərbi
hissələri, idarələri və müəssisələri
tərəfindən göndərilən, həmçinin onların
ünvanına digər nazirlik və idarələrin müəssisələri,
təşkilatları tərəfindən göndərilən PM
aiddir.
Belə yüklərin mühafizə edilmə
qaydası və onları qoruyan vəzifəli
şəxslərin öhdəlikləri Müdafiə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik
Nazirliyinin nizamnamələri, əmrləri və
təlimatları ilə müəyyən edilir.
115, 119, 121, 126, 128, 130, 134, 137, 141, 143,
148, 154, 155, 156, 167, 168, 176, 179, 182, 199 şərti nömrəli
yüklərlə yüklənmiş vaqonlar yükgöndərənin
(yükalanın) hərbiləşdirilmiş mühafizə
dəstələri tərəfindən mühafizə olunur.
4.9.3. PM-in mühafizəsi bu Qaydaların
4.9.2-ci və 4.1.14-cü bəndlərində göstərilən
hallar istisna olmaqla, dəmir yolunun hərbiləşdirilmiş
mühafizə dəstələrinə həvalə olunur.
Hərbiləşdirilmiş mühafizə
ilə müşayiət edilməli olan PM, dəmir yolunun
yükgöndərəndən həmin yüklü vaqonları qəbul etdiyi
vaxtdan eyni zamanda, mühafizə olunmağa qəbul edilir. Belə
yüklərlə dalan yollarında yüklənmiş vaqonların
mühafizəsi üçün qəbul edilməsi və təhvil
verilməsi, dalan yolunun istismarı və ya vaqonların
verilməsi və götürülməsi haqqında müqavilələr
ilə müəyyən edilən təhvil-təslim
yerlərində həyata keçirilir.
Hərbiləşdirilmiş mühafizə
dəstələrini çağırmaq qaydası və PM yüklü
vaqonların mühafizə edilmə qaydası, həmçinin belə
yüklər daşınarkən hərbiləşdirilmiş
mühafizə dəstəsinin vəzifələri dəmir yolu
rəhbərliyi tərəfindən müəyyən edilir.
4.9.4. Yol boyu müşahidə olunması
tələb olunan PM-in mühafizəsi və müşayiəti
yükgöndərənin və ya yükalanın ayırdığı
mütəxəssislər tərəfindən təmin edilir.
PM-in mühafizə və müşayiət
edilməsi üçün bir mütəxəssis kimi, yükgöndərənin
(yükalanın) «Yüklərin daşınma Qaydaları»nın
və yükün xüsusiyyətlərini, onun daşınması
zamanı texniki təhlükəsizlik tədbirlərini, ilk tibbi
yardım göstərilməsi qaydasını bilən, qabın,
xüsusi hərəkət tərkibinin və konteynerlərin
müvafiq qovşağının mümkün ola bilən
nasazlıqlarını aradan qaldırmaq üçün biliyə malik
olan, bu Qaydaları və konkret yükün müşayiət edilmə
qaydasını tənzimləyən təlimatlar
həcmində sınaqdan keçmiş işçilər və ya
hərbi qulluqçular təyin olunur.
Yükgöndərən həmin
mütəxəssisləri, həmçinin PM-i müşayiət edən
mühafizə dəstəsini müvafiq təlimat ilə, həmçinin
fərdi mühafizə, ilk tibbi yardım göstərmə,
yanğınsöndürmə, işarə vermə vasitələri
ilə, elektrik akkumulyator fənərləri, alət
dəstləri, ehtiyat ara qatları materialları və öz
mülkiyyətində olan qabdan xüsusi hərəkət
düzümündə, konteynerlərdə yaranmış
nasazlıqları aradan qaldırmaq üçün ləvazimatla təchiz
etməlidir.
Göstərilən vasitələrin,
alətlərin, cihazların, materialların, ləvazimatın
siyahısı və onların minimum miqdarı
yükgöndərən tərəfindən konkret yükün
xassələri nəzərə alınmaqla müəyyən
edilir və PM müşayiət etmə qaydasını
tənzimləyən təlimatda göstərilir.
4.9.5. Keşikçi dəstələri
(naryadlar) mühafizə edilməli olan PM yükləndikdən sonra
yükgöndərən onun plombları ilə plomblanmış
vaqonları siyahı üzrə keşikçi dəstəsinin
rəisinə və ya nəqliyyat rəisinə təhvil
verməlidir.
Vaqonların siyahısı üç
nüsxədə tərtib olunur; keşikçi dəstəsi
(naryadının) rəisinin və ya nəqliyyat rəisinin
imzası olan bir nüsxəsi yükgöndərəndə qalır, iki
nüsxəsi isə keşikçi dəstəsinin rəisinə
və ya nəqliyyat rəisinə təqdim edilir.
Keşikçi dəstəsinin rəisi
və ya hərbi nəqliyyatın rəisi vasitəsi ilə
yükalana paketdə qoşma və ya digər sənədlər
göndərilərsə vaqonların siyahılarının iki
nüsxəsindən biri həmin paketə qoyulur.
Vaqonlar bir təyinat stansiyasına, lakin
müxtəlif yükalanların ünvanına göndərildikdə hər
yükalanın vaqonları üçün ayrı-ayrı vaqon
siyahıları tərtib edilir.
4.9.6. PM yüklü vaqonları mühafizə
dəstəsinə (naryada) və ya hərbi nəqliyyatın
rəisinə, həmçinin yükü müşayiət edən
mütəxəssislərə mühafizə edilməsi üçün təhvil
verməmişdən əvvəl yükgöndərən nəqliyyat
vaqonlarının üzərindən təbaşirlə
yazıları silməli, keşikçi dəstəsinin
(naryadın) şəxsi heyətini və yükü müşayiət
edən digər şəxsləri aşağıda
göstərilənlərlə ətraflı
təlimatlandırmalıdır:
a) PM yüklü vaqonların yol boyu və
dayancaqlarda mühafizə edilməsinin xüsusiyyətləri
haqqında, yanğın təhlükəsizliyi tədbirləri
ilə, PM yüklü vaqonların qoruyucu ilə qorunması qaydası
ilə, şəxsi təhlükəsizlik tədbirləri,
kənar şəxslərin keşikçilərin (naryadın)
olduğu vaqonda getmələrinin yolverilməzliyi ilə,
mühafizə edilən vaqonlar açılarkən keşikçilərin
(naryadların) fəaliyyəti ilə, dəmir yollarında
və vaqonlarda olarkən davranış qaydaları ilə;
b) dəmir yolu işçilərinin vaqonlara
texniki xidmət, təmir üçün, manevr işlərinin
aparılması üçün və digər zəruri hallarda mühafizə
edilən vaqonlara yaxın buraxılma qaydaları ilə;
c) qəza zamanı fəaliyyət
qaydası ilə.
Yükgöndərən PM müşayiət edən
mütəxəssislərin ezamiyyət vəsiqəsində,
keşikçi dəstəsinin (naryadın) və nəqliyyat
rəislərinin vəsiqələrində təlimat
keçirilməsi haqqında qeyd edir.
4.9.7. Yükgöndərən, keşikçi
dəstəsinin rəisini, nəqliyyat rəisini, PM
müşayiət edən mütəxəssisləri müvafiq
təlimatla müəyyən edilmiş işarə
vasitələri ilə təmin etməli və qatar zəruri
hallarda saxlandıqda həmin vasitələrlə
«İşarəvermə təlimat»ı ilə tanış
etməlidir. Keşikçi dəstəsinin (naryadın) rəisi
uyğun olaraq keşikçi dəstəsinin bütün şəxsi
heyətini təlimatlandırır.
4.9.8. Dəmir yolunun
hərbiləşdirilmiş mühafizə dəstəsi ilə
mühafizə edilən PM yüklü vaqonlar təyinat stansiyasına
gəldikdən sonra, yükalan vaqonları dəmir yolundan qəbul
edənədək, hərbiləşdirilmiş mühafizə
dəstəsi tərəfindən mühafizə edilməlidir.
Yükalan dəmir yolundan vaqonları
qəbul etdikdən sonra yük qəbuledicisi və ya stansiya
rəisinin əmri ilə müvəkkil edilmiş başqa
işçi keşik dəstəsinin marşrutuna bu barədə
qeyd edir.
PM yüklü vaqonlar dəmir yolundan qəbul
edildikdən sonra, bu yükün fasiləsiz və etibarlı
mühafizəsi yükalan tərəfindən yerinə
yetirilməlidir. PM yüklü nasaz vaqonlar təmir və
boşaldılmaq üçün yola verildikdə mühafizə edilməlidir.
(4.9.2-ci, 4.9.3-cü, 4.9.4-cü bəndlər).
4.10.
Partlayıcı materialların hərbi eşalonlarda və
nəqliyyatda daşınma xüsusiyyətləri
4.10.1. Hərbi eşalonun
tərkibində PM-in daşınması üçün hərəkət
düzümünün növü, yükgöndərən tərəfindən
müəyyən edilir.
PM və digər təhlükəli
yüklər hərbi eşalonların tərkibində açıq
hərəkət düzümü ilə tanklarda, özügedən artilleriya
qurğularında, artilleriya dartıcılarında, zirehli
avtomobillərdə, avtosisternlərdə, xüsusi
konteynerlərdə və tutumlarda, avtomaşınların
kuzalarında, həmçinin bütün avtoqatar bir hərəkət
tərkibi vahidində yerləşərsə və tormoz
qoşmalarında və nəqliyyat arabalarındakı
avtoqatarlarda və yarımqoşma vaqonlarda daşınır.
Göstərilən yüklər, 11 nömrəli
əlavədə nəzərdə tutulmuş
tələblərə uyğun qablaşdırıldıqda,
ayrı-ayrı vaqonlarda, avtomaşın və tortoz
qoşmalarının kuzalarında, nəqliyyat
arabalarındakı avtoqatarlarda və yarımqoşmalarda
daşına bilər.
Hərbi sursatın, hərbi
texnikanın və PM yüklü hərbi maşınların və
ya digər təhlükəli yüklərlə yuklənmiş vaqonların
qoşulma yerlərinin üstündə yerləşdirilməsinə
yol verilmir.
4.10.2. Hərbi eşalona məxsus PM olan
texnikaların yerləşdirilməsi və
bərkidilməsi, hərbi eşalonların və
transportyorların tərkibindəki vaqonların maksimum yükqaldırma
imkanından və tutumundan istifadə edilərək dəmir
yolu hərəkət düzümündə sursatın və hərbi
texnikanın yerləşdirilməsinin və
bərkidilməsinin texniki şərtlərinin tələblərinə
müvafiq olaraq həyata keçirilir.
Yerləşdirmə və
bərkidilmə üsulu, göstərilən texniki
şərtlərdə nəzərdə tutulmamışdırsa,
PM yüklü texnikanın daşınması açıq
hərəkət tərkibinə «Yüklərin yüklənməsi
və bərkidilməsinin texniki şərtləri»nin
tələblərinə müvafiq hazırlanmış
cizgilər əsasında həyata keçirilir.
Cizgilərdə və hesablamalar olan
izahedici qeydlərdə Müdafiə Nazirliyi tərəfindən
razılaşdırılması barədə imzalar
olmalıdır.
Stansiya rəisi və ya onun müavini
yüklərin göstərilən cizgilərə müvafiq olaraq
yerləşdirilməsini və bərkidilməsini
şəxsən yoxlayır. Belə yoxlama, həmçinin yol
rəhbərliyinin şəxsən ayırdığı
və əmrlə təsdiq etdiyi başqa işçi
tərəfindən də keçirilə bilər.
Hərbi eşalonlara məxsus PM-in
yüklənməsi, boşaldılması,
yukləmə-boşaltma işlərinin və yüklərin
mühafizəsinin təşkili eşalonun rəisinə həvalə
edilir.
4.10.3. Hərbi eşalon (hərbi
nəqliyyat) üçün daşıma sənədləri
yükləmə ilə eyni vaxtda tərtib edilir. QU-27e formalı
qruppalı daimə tərtib edilərkən «Xüsusi qeydlər»
sütununda eşalon rəisi (hərbi nəqliyyat) PM yüklü hər
bir vaqonun qarşısında «PM» işarəsini qeyd edir,
qaimənin üz tərəfində isə 4.3.5-ci bənddə
nəzərdə tutulmuş ştempelləri vurur.
4.10.4. Hərbi eşalonun (hərbi
nəqliyyatın) tərtib edilməsinə olan
tələblər və minimum qoruyucu normalar 4.6.5, 4.6.6, 4.6.7,
4.6.8-ci bəndlərin tələblərinə müvafiq
olmalıdır.
Tanklarda, zirehli maşınlarda və
digər qapalı hərbi texnikada döyüş sursatı kimi
yerləşdirilmiş PM olan vaqonlara qoruyucu tələb
olunmur.
Hərbi eşalona məxsus olmayan və
sərnişin daşınması üçün müəyyən olunmuş
qatara, PM yüklü, iri qabaritli radioaktiv yüklü vaqonların, turşu,
mayeləşdirilmiş qaz, tezalışan maye, yüklü
sisternlərin, həmçinin mayeləşdirilmiş qaz
sisternlərinin qoşulmasına yol verilmir.
PM daşınarkən hərbi
eşalonun tərkibində hərbi keşik
dəstələri və müşayiətçi mütəxəssislər
bu eşalonun rəisi tərəfindən müəyyən
edilmiş qaydada yerləşdirilir.
4.10.5. Eşalonların şəxsi
heyəti və hərbi nəqliyyatın keşikçiləri olan
vaqonlarla manevr ediləcəyi haqqında, həmçinin manevr
işi, qatarların qonşu yollara qəbulu və
göndərilməsi barədə dəmir yolu stansiyası
müəyyən edilmiş qaydada eşalon rəisini və
eşalon növbətçisini xəbərdar edir (4.6.18-ci
bəndə bax),
4.10.6. Hərbi eşalonlarda və
nəqliyyatda PM daşınarkən, bu bölmənin bütün
müddəaları, həmçinin qoşunların
daşınması üzrə tövsiyələr və digər
idarədaxili aktlar rəhbər tutulur.
4.10.7. Eşalon rəisi (hərbi
nəqliyyatın yükgöndərəni) hərbi eşalonda
(hərbi nəqliyyatda) PM yüklü hərbi texnikanın və
sursatın səhv yerləşdirilməsinin və bərkidilməsinin
nəticələrinə görə məsuliyyət
daşıyır.
4.11.
Yanğının qarşısının alınması
tədbirləri
4.11.1. Müdafiə Nazirliyinə, Daxili
İşlər Nazirliyinə, Dövlət
Sərhəd Xidmətinə və Milli
Təhlükəsizlik Nazirliyinə məxsus olan PM-in
yüklənməsi, boşaldılması və yenidən
yüklənməsi üçün stansiyada xüsusi ayrılmış yerlər,
yükgöndərən (yükalan) tərəfindən yük
əməliyyatının aparıldığı PM-in
xassələrindən asılı olaraq qəza
kartoçkalarına müvafiq olaraq, lazımı
yanğınsöndürmə vasitələri ilə təmin
edilməlidir. Yanğınsöndürmə vasitələri
yükgöndərən (yükalan) tərəfindən əvvəlcədən
hazırlanmalı və yükləmə (boşaltma) yerinə
gətirilməlidir.
PM yükləmə, boşaltma və
yenidən yükləmə yerlərinin təmin edilməsi üçün
lazım olan yanğınsöndürmə vasitələri və
yanğın alətləri normaları dəmir yolu rəisi
tərəfindən, hərbi nəqliyyatın rəisi ilə
birgə, hər bir məntəqədə belə yüklərin
yükləmə, boşaltma və yenidən yükləmə
həcmindən asılı olaraq təsdiq edilir.
Yükgöndərənlər hərbi
eşalonları, Daxili İşlər Nazirliyi və dəmir
yolu rəhbərliyi ilə
razılaşdırılmış və Müdafiə Nazirliyi
tərəfindən təsdiq edilmiş normalar üzrə
yanğınsöndürmə vasitələri ilə təchiz edir.
4.11.2. PM ilə yüklənmiş vaqonlarla
iş aparılarkən (texniki xidmət və vaqonların
təmiri, yükləmə-boşaltma və manevr işləri)
aşağıda göstərilənlərə yol verilmir:
a) işıqlanma üçün açıq
işıqdan (məşəllərdən, fitillərdən
və s.), həmçinin kerosin və şam
fənərlərindən istifadə edilməsinə (bu
məqsədlər üçün yalnız saz akkumlyator və ya batareya
ilə işləyən elektrik fənərlərindən
istifadə edilir);
b) yanan məşəllər, manqal, qaz
və elektrik qaynağı tətbiq edilməklə təmir
və xidmət işlərinin aparılmasına;
c) PM-in yükləmə, boşaltma,
yenidən yükləmə yerlərindən 100 m yaxın
məsafədə siqaret çəkilməsinə;
ç) PM ilə yüklənmiş vaqonun
içində elektrik akkumlyator və ya batareya
fənərlərindən istifadə edilməsinə.
Yükləmə-boşaltma işlərinin
rəhbəri kibriti, alışqanı və siqaret
çəkmək üçün digər əşyaları olan
şəxsləri PM ilə işləməyə buraxmamalıdır.
4.11.3. PM-in yüklənməsinə
(boşaldılmasına) başlanana qədər nəqliyyat
orqanlarının nümayəndələri və
yükləmənin (boşaltmanın) rəhbəri,
yanğının başlanması zamanı və
partlayış təhlükəsi olduqda PM olan avtomobillərin
kənara çəkilməsini əvvəlcədən
nəzərə almalıdır.
PM olan yük avtomobillərinin stansiya
hüdudlarında hərəkət etməsi və onların
yükləmə (boşaltma) yerinə yaxınlaşması
qaydası yükgöndərənin (yükalanın) məsul
nümayəndəsi tərəfindən tənzimlənir.
Yükləməni və boşaltmanı
gözləyən avtomobillər ən qısa müddətdə
belə sürücüsüz qalmamalıdır. Avtomobillər yükləmə
(boşaltma) yerlərindən ən azı 25 m
məsafəyə uzaqlaşdırılmalı,
mühərriklər söndürülməlidir.
PM olan hərəkət düzümü yanında
insanların yığışması və böyük yük
partiyalarının toplanması, həmçinin kənar
şəxslərin belə yüklərin yüklənmə və
boşaldılma yerlərinə buraxılmasına yol verilmir.
4.11.4. PM-in yüklənməsi, boşaldılması,
yenidən yüklənməsi üçün istifadə edilən
avtomobillər saz olmalıdır və avtomobil
nəqliyyatı ilə partlayıcı materialların
daşınması qaydaları ilə nəzərdə
tutulmuş təhlükəsizlik tələblərinə
uyğun olmalıdır. Maye yanacaqla işləyən
avtomobillər və avtoyükləyicilərdə
odsöndürənlərlə və qığılcım
söndürənlərlə təchiz edilməlidir;
səsboğanların üstündə xüsusi sipər
quraşdırılmalıdır.
Nasaz (qığılcımsöndürəni
olmayan, səsboğanı və elektrik sistemi olmayan benzin
çənindən və borusundan benzin axan, bərkidilməmiş
detalı olan və s.) avtomobillər və
avtoyükləyicilər yüklərin daşınmasına və
yükləmə-boşaltma işlərinə buraxılmır.
Belə yüklərlə
yükləmə-boşaltma işlərinin görülməsi üçün
istifadə edilən avtomobil hərəkətli yük
kranlarının səsboğan borularında etibarlı
qığılcım söndürən olmalıdır, elektrik
kranları isə etibarlı torpaqlanmalıdır.
4.11.5. Elektrovozlara və teplovozlara
dəmir yolu rəhbərliyi ilə müəyyən edilmiş
ümumi normadan artıq əlavə yanğınsöndürmə
avadanlığı verilmir.
PM ilə işləyən manevr
lokomotivləri saz qığılcımsöndürən qurğulara
malik olmalıdır.
V
hissə. 7-ci sinif təhlükəli yüklərin
daşınması (bölünən radioaktiv materiallardan başqa)
5.1.
Ümumi müddəalar
5.1.1. Bu Qaydalar xüsusi aktivliyi 74 kBk/kq-dan
(0,002 mikro-küri/q) artıq olan radiaoktiv materialların (RM), ümumi
aktivliyi bu Qaydalara 17 nömrəli əlavənin 5-ci sütununda
göstərilən həddən artıq olan miqdarda radioaktiv
materialların və radioaktiv bölünən materialların
(uran-233, uran-235, plutonium-238, plutonium-239, plutonium-241 və ya
onların 0,015 kq-dək qarışıqları və bu
radioaktiv maddələrin əsasında çəkisi 0,150 kq-dan çox
olmayan neytron mənbələri) daşınması zamanı
tətbiq edilir. Bu radioaktiv materiallar xüsusi nəqliyyat
bağlama dəstlərində daşınır.
5.1.2. Yekun aktivliyi 17 nömrəli
əlavənin 5-ci sütununda göstərilən
kəmiyyətdən aşağı olan və onların
xüsusi aktivliyi 74 kBk/kq-dan (0,002 mikroküri/q) az olan RM
təhlükəsiz yüklər üçün müəyyən edilmiş
şərtlərlə daşınır.
Yükgöndərən belə yüklərin
yüklənməsi üçün radioaktiv maddələrin ətraf
mühitə düşməsini istisna edən qabda təqdim
etməlidir. Bu zaman qabın üstündə şüalanma
dozasının gücü 3 mk-3 v/s-dan (0,3 mber/s) artıq
olmamalıdır. Belə qabların qapaqlarının iç
səthində radiasiya təhlükəsi nişanı vurulur (6.2,
nömrəli əlavə, şəkil 7a, 7b, 7c).
5.1.3. Qamma-defektoskopların radioaktiv
başlıqları, qamma-terapiya aparatlarının
şüalandırıcı başlıqları, bağlama
komplektlərinin; qoruyucu konteynerləri,
şüalandırıcı qurğuların konteynerləri,
nəqliyyat-yenidəndoldurma konteynerləri və buna uyğun
olaraq içindəki radioaktiv materialların etibarlı hermetikliyi
təmin edilən, konstruksiyası
Dövdağmədəntexnəzarət Komitəsi və sanitar
nəzarəti orqanları ilə
razılaşdırılmış digər xüsusi məmulatlar
üçün nəzərdə tutulmuş qabda daşınır və
müəyyən nəqliyyat kateqoriyasına uyğun
şəkildə təhlükə nişanları ilə
markalanır (6.2 nömrəli əlavə, şəkil 7a, 7b, 7c).
5.1.4. Daşıma zamanı radiasiya
nəzarəti, yük yüklənməyə və nəql
edilməyə hazırlandıqda, həmçinin yük yolboyu
bələdçilərlə müşayiət edildikdə yükgöndərən,
yük boşaldıqda isə yükalan tərəfindən həyata
keçirilir.
Dəmir yolunun texniki təhlükəsizlik
xidməti və sanitar-epidemioloji stansiyaları radioaktiv
materialların daşınması zamanı radiasiya
təhlükəsizliyinə əməl olunmasına
müəyyən edilmiş qaydada nəzarət edir.
5.1.5. Radioaktiv yük qabının və
markalanmasının müvafiq standartlara və bu Qaydaların
tələblərinə uyğun olmasına, həmçinin
daşıma şərtlərinin müəyyən
edilməsinə görə bütün məsuliyyəti,
qanunvericiliklə müəyyən olunmuş qaydada
yükgöndərən daşıyır.
5.1.6. Bu Qaydalarla nəzərdə
tutulmayan hallarda, «Yüklərin daşıma Qaydaları»nın, həmçinin
radioaktiv maddələr daşınarkən təhlükəsizlik
qaydalarının (RMNTQ-73)*
və radioaktiv təhlükəsizlik normalarının (RTN-76/87)
tələbləri rəhbər tutulur.
* RMNTQ-73 — radioaktiv
maddələrin təhlükəsiz nəqli Qaydaları
5.2.
Nəqliyyat bağlama komplektlərinə və radioaktiv
bağlamalara olan tələblər
5.2.1. Radioaktiv maddələr,
daşıma zamanı onların təhlükəsizliyini və
toxunulmazlığını təmin edən, şüalanmadan
mühafizəni, həmçinin onların ətraf mühitə
düşməsinin qarşısını alan nəqliyyat
bağlama dəstlərində daşınır.
Nəqliyyat bağlama dəstləri
aşağıda göstərilən iki tipə bölünürlər:
A tipli dəst, radioaktiv maddələrin
itkiyə getməsinin və ya səpələnməsinin
qarşısını alan, normal daşıma
şəraitində temperatur təsiri ilə müşayiət
edilməyən, şüalanmadan mühafizənin
səmərəliliyini təmin edən, mexaniki
möhkəmliyə malikdir və sınaqlardan sonra müvafiq
standartların və texniki şərtlərin
tələblərinə cavab verir;
B tipli dəst, radioaktiv maddələrin
itkiyə getməsinin və ya səpələnməsinin
qarşısını alan, daşıma zamanı mümkün
qəza hadisələri vaxtı temperaturun təsiri ilə
müşayiət edilən şüalanmadan mühafizə
səmərəliliyini təmin edən yüksək mexaniki
möhkəmliyə və termodavamlığa malikdir,
sınaqlardan sonra müvafiq standartların və texniki
tələblərin şərtlərinə cavab verir.
A tipli bir ədəd bağlama
komplektinə bu Qaydalara 17 nömrəli əlavədə
göstərilən kəmiyyətdən artıq olmayan miqdarda
(aktivlik üzrə) radioaktiv maddə yüklənə bilər.
5.2.2. Bağlama dəstinin konstruksiyası,
daşıma zamanı dəstin davamlığını,
«Yüklərin yüklənməsi və bərkidilməsinin texniki
şərtləri»nə müvafiq olaraq onun hərəkət
düzümündə etibarlı bərkidilməsini, vaqonun
döşəməsinə olan qüvvənin 2200 kqs/m2-dən
(2,2 ts/m2), universal konteynerin döşəməsinə
olan qüvvənin isə 1000 kqs/m2-dən (1 ts/m2)
çox olmamasını təmin etməlidir.
5.2.3. 10 kq-dan artıq çəkidə olan
bağlama dəstləri dəstəklərə, qulplara
və onların yüklənib-boşaldılmasını
asanlaşdıran digər alətlərə malik
olmalıdır.
25 kq-dan artıq çəkidə olan
bağlama dəstləri qaldırıcı nəqliyyat
vasitələrinin köməkliyi ilə qaldırılmaq və
yerləşdirilmək üçün xüsusi alətlərlə təchiz
edilməlidir.
Qaldırıcı alətlər
bağlama dəstinin çəkisindən 6 dəfə artıq
ağırlığa davamlı olmalıdır.
5.2.4. Radioaktiv maddələr olan
bağlamanın minimum çəkisi 5 kq-dan az olmamalıdır.
Bağlama dəstinin minimum xarici ölçüsü 0,1 metrdən az
olmamalıdır.
5.2.5. Bağlama dəstinin xarici
səthində plombların vurulması üçün qurğular elə
quraşdırılmalıdır ki, daşıma zamanı
onun qopardılması və ya zədələnməsi mümkün
olmasın.
Yükgöndərən daşıma üçün
təqdim etdiyi hər bir bağlamanı plomblamalıdır.
5.2.6. Nəqliyyat bağlama
dəstləri qüvvədə olan dövlət standartlarının
və müvafiq qaydada təsdiq edilmiş texniki
təhlükəsizlik üzrə şərtlərin
tələblərinə cavab verməlidir.
Radioaktiv maddələrin seriyadankənar
zavod istehsalı olmayan bağlama dəstlərində
daşınmasına yol verilmir.
5.2.7. Bağlama dəstinin xarici
səthində müvafiq standartların tələblərinə
müvafiq markalanma və təhlükə nişanları
vurulmalıdır.
A tipli bağlama dəstlərinin
üstündəki yazılar metal səthdə perxlorvinil kimyəvi
davamlı emal ilə və karton üzərində atmosfer
təzyiqin davamlı mina ilə yazılmalıdır.
B tipli bağlama dəstinin
üzərindəki yazılar alovun təsirinə davamlı
olmalıdır.
5.2.8. Digər təhlükə
növlərinə malik olan radioaktiv materialların
bağlamalarının üzərinə əlavə
təhlükə nişanları vurulur.
5.2.9. Radioaktiv materiallar olan nəqliyyat
və sənaye bağlama dəstləri radioaktiv bağlamalar
adlanır. Bir və ya bir neçə radioaktiv bağlamadan
ibarət yük, radioaktiv yük və ya radioaktiv maddəli yük
adlanır.
5.2.10. Radioaktiv bağlamaları
göndərməmişdən əvvəl yükgöndərən
nəqliyyat indeksini (radioaktiv bağlamanın səthinin
istənilən nöqtəsindən 1 m məsafədə
şüalanmanın ekvivalent dozasının gücünün mber/ç ilə
ifadə edilmiş qiymətini) müəyyən etmək üçün
hər bir bağlamanın şüalanmasının ekvivalent
dozasının gücünü ölçməlidir. Ölçmənin
nəticələri özündən böyük tam rəqəmə
qədər yuvarlaqlaşdırılır və
bağlamanın bir-birinə əks istiqamətdəki tərəflərinin
xarici səthindəki nəqliyyat kateqoriyasının
nişanına yazılır.
5.2.11. Bir neçə ayrı-ayrı kiçik
qabaritli radioaktiv bağlamalar bir yükalanın ünvanına
daşındıqda onlar bir yük yerində
birləşdirilməlidir. Müxtəlif nəqliyyat
kateqoriyalarından olan bağlamaların
birləşdirilməsinə yol verilir.
Bağlamalar, ölçüsü 0,8x0,8x1m olan qutuya
aşağıda göstərilən tələblərə
əməl edilməklə yerləşdirilir:
a) qutunun konstruksiyası möhkəm
olmalı və onda yerləşdirilmiş kiçik qabaritli
radioaktiv bağlamaların tam toxunulmazlığı təmin
olunmalıdır;
b) qutunun əl ilə
daşınması, çəngəlli yükvuranların və
digər yükləndirici mexanizmlərin köməkliyi ilə
qaldırılması üçün mexanizmə malik olmalıdır;
c) yükqaldıran mexanizmi olmayan
stansiyanın anbarı vasitəsilə kiçik
göndərmələrlə yük qəbul edildikdə, kiçik
qabaritli radioaktiv bağlamaların birləşdirilmiş yük
çəkisi 80 kq-dan, həmin qurğulara malik olan stansiyalarda
isə 700 kq-dan artıq olmamalıdır.
Qutunun bir-birinə əks
istiqamətdəki yan tərəflərinin üzərində
radioaktivlik üzrə təhlükə nişanları, hər bir
bağlamanın nəqliyyat indeksi və bağlamalarda olan
izotoplar göstərilən siyahıya malik olmalıdır.
Bağlamalar qutuya elə
yığılmalıdır ki, daşınma zamanı
plombların və nəqliyyat kateqoriyalarının
təhlükə nişanlarının zədələnməsinə
yol verilməsin.
Kiçik qabaritli radioaktiv bağlamaların
nəqliyyat indekslərinin cəmi 50-dən artıq
olmamalıdır.
5.2.12. Radioaktiv bağlamanın
səthinin və ya səthindən 1 m. məsafədə
şüalanmanın ekvivalent gücündən asılı olaraq
radioaktiv bağlamalar üç nəqliyyat kateqoriyasına və dörd
təhlükəli yüklər qrupuna bölünürlər (2 nömrəli
cədvəl).
Təhlükə nişanlarının
nümunələri 6.2 nömrəli əlavə, şəkil 7a, 7b,
7c-də göstərilmişdir.
5.2.13. Radioaktiv yük
göndərilənədək yükgöndərən, radioaktiv
bağlamanın xarici səthində «çıxarılan»*
radioaktiv çirklənmənin olmamasını, həmçinin ümumi
radioaktiv çirklənmə səviyyəsinin yolverilən 10
alfa-hissəciklərinin (dəq. sm2), 100
beta-hissəciklərinin (dəq. sm2)
kəmiyyətlərindən artıq olmamasını
yoxlamalıdır.
2 nömrəli
cədvəl
7-ci sinif təhlükəli yüklərin
nəqliyyat kateqoriyaları və qrupları
|
Qrup |
Radioaktiv bağlamanın nəqliyyat
kateqoriyası |
Təhlükə nişanının
rəngi |
Nəqliyyat indeksi |
Şüalanmanın maksimum
səviyyəsi m3v/saat (mber/saat) |
|
|
Bağlamanın səthində |
Bağlamanın səthindən 1 m
məsafədə |
||||
|
1 |
I |
Ağ |
O |
0,005 (0,5) |
0,0005 (0,05) |
|
2 |
II |
Yuxarı hissəsi sarı,
aşağı hissəsi ağ |
1 |
0,50 (50,0) |
0,01 (1,0) |
|
3 |
III |
Həmçinin |
10 |
2,0 (200,0) |
0,10 (10,0) |
|
4 |
III Yüksəldilmiş şüalanma səviyyəli
və «müstəsna istifadə» şərtləri ilə
nəql edilən. |
«—» |
50 |
10,0 (1000,0) |
0,50 (50,0) |
5.2.14. Radioaktiv yüklərin vaqon
göndərmələri zamanı yükgöndərən vaqonun hər
bir yan tərəfinə nəqliyyat vasitəsi üçün nişan
vurmalıdır (6.2. nömrəli əlavə, şəkil 7a,
7b, 7ç).
* «Çıxarılan»
radioaktiv cirklənmə — səthi ilə zəif
əlaqəsi olan radioaktiv cirklənmədir, hansı ki
«sürtmə» üsulu ilə müəyyən edilir. Vaqonların,
konteynerlərin və radioaktiv bağlamaların xarici
səthlərinin «cıxarılan» radioaktiv
cirklənməsinə yol verilmir.
5.3.
Radioaktiv yüklərin daşınmasının təşkili
5.3.1. Sayından, radioaktiv
bağlamaların çəkisindən və nəqliyyat
indeksindən asılı olaraq radioaktiv maddələr örtulu
vaqonlarda (tormoz meydançaları olmayan), aztonlu, vaqon və kiçik göndərmələrlə,
dəmir yolunun brutto çəkisi 3 və 5 ton olan universal konteynerlərdə,
yükgöndərənlərin və yükalanların
ixtisaslaşdırılmış konteynerlərində, yük
qatarlarında, həmçinin poçt-baqaj və sərnişin
qatarlarında yük baqaji kimi daşına bilər.
5.3.2. İstənilən
əlaqələrdə radioaktiv bağlamaların daimi
daşınması üçün yükgöndərənlərə və ya
yükalanlara məxsus, xüsusi avadanlıqlarla təchiz edilmiş
vaqonlardan istifadə edilə bilər.
5.3.3. Nəqliyyat indeksinin cəmi
50-dən artıq olan radioaktiv bağlamalarının,
həmçinin istənilən kateqoriyalı bağlama
qruplarının kiçik və aztonluq göndərmələrlə
universal konteynerlərdə və yük baqaji kimi
daşınmasına yol verilmir.
5.3.4. Qısaömürlü nuklidli
(yarımparçalanma dövrü 15 günədək) radioaktiv
bağlamaların və müəyyən temperatur rejiminə
əməl olunması tələb olunan bağlamaların yük
qatarlarında daşınılmasına yol verilmir. Belə
bağlamalar yalnız sərnişin qatarları ilə
daşına bilər.
5.3.5. Kiçik göndərmələrlə bir
yük yerində çəkisi 500 kq-dan çox olmayan radioaktiv bağlamalar
(bir yük yerinin çəkisi 500 kq-dan çox olan bağlamalar ancaq
göndərmə və təyinat stansiyalarının
rəislərinin razılığı ilə) daşınmaq
üçün qəbul edilir, nəqliyyat paketlərinin
daşınması zamanı nəqliyyat paketlərinin çəkisi
1 tn-dan artıq olmamalıdır.
5.3.6. Bir ünvana göndərilən radioaktiv
bağlamalar yükgöndərən tərəfindən nəqliyyat
paketlərində, yüklərin nəqliyyat paketlərində
daşıma qaydalarının və «Nəqliyyat paketləri.
Paketləşdirmə vasitələrin tətbiqinin
təşkili. Ümumi texniki tələblər»i, Dövlət və
Beynəlxalq standartların tələbləri
nəzərə alınmaqla paketləşdirilmiş
şəkildə göndərilməlidir.
5.3.7. Yığma vaqonda digər
yüklərlə birgə I kateqoriyadan olan nəqliyyat
bağlamalarını məhdudiyyətsiz, II və III
kateqoriyadan olan nəqliyyat bağlamalarını isə nəqliyyat
indekslərinin cəmi 50-dən çox olmayan sayda
daşınır.
5.3.8. Bir vaqonda radioaktiv yüklərlə
birgə digər təhlükəli yüklərin və
aydınlaşdırılmamış kino, foto, rentgen
lentlərinin və plastinkaların daşınmasına yol
verilmir.
5.3.9. Yalnız radioaktiv yüklərlə
yüklənmiş vaqonlarda bu Qaydaların 5.3.14-cü və 5.3.15-ci
bəndlərinin tələblərinə əməl
edilməklə istənilən nəqliyyat kateqoriyalarından
olan bağlamalar daşına bilər. Belə halda yüklərin
təyinat yerinədək mütəxəssislər
tərəfindən müşayiət edilməsi zəruriyyəti,
yükgöndərən tərəfindən müəyyən edilir.
5.3.10. Radioaktiv bağlamaları qəbul
edərkən dəmir yolu, dozimetrik yoxlama keçirməlidir və
alınan nəticələrlə qoşma
sənədlərin göstəriciləri arasında uyğunsuzluq
aşkar etdikdə, dəmir yolu yükü daşımaq üçün qəbul
etməkdən imtina etməlidir.
Aşkar edilmiş pozuntular ümumi
formalı aktlarla sənədləşdirilir. Aktların
surəti yerli, idarədaxili və
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
nəzarət orqanlarına, həmçinin yükgöndərənə
göndərilir.
5.3.11. Yükgöndərən qaimənin «Yükün
adı» sütununda: «Radioaktiv maddə», radioaktiv maddənin
adı, bağlamanın nəqliyyat kateqoriyası, nəqliyyat
indeksi, maddənin bekerellərdə aktivliyi (kürü)
göstərməlidir.
Qaimənin yuxarı hissəsində
yükgöndərən qırmızı rəngli «Radioaktivdir»
ştempelini və əgər radioaktiv yük digər
təhlükə növlərinə malikdirsə, əlavə
həmin təhlükə növləri haqqında ştempelləri
vurmalıdır. Stansiya həmin ştempelləri vaqon
vərəqinə də vurur.
5.3.12. Radioaktiv yüklər, radioaktiv
bağlamaların saxlanması üçün xüsusi anbarlar
nəzərdə tutulmuş stansiyalara göndərməyə 24
saat qalmış, radioaktiv bağlamalar ümumi anbarlarda
saxlanılan stansiyalara isə göndərməyə gündüz
vaxtı 6 saat qalmış və yerli vaxt ilə saat 9-dən
11-dək göndərildikdə 12 saat qalmış gətirilir.
5.3.13. «Müstəsna istifadə»
şərtlərilə daşınan III nəqliyyat
kateqoriyalı 4-cü qrup təhlükəli bağlamaların
yüklənib-boşaldılması yalnız
yükləmə-boşaltma mexanizmləri və yük sahiblərinin
gücü ilə yerinə yetirilir.
5.3.14. Radioaktiv bağlamalar
yükgöndərən tərəfindən elə
yerləşdirilməli və
ekranlaşdırılmalıdır ki, vaqonun və konteynerin
yuxarı səthinin istənilən nöqtəsində
şüalanmanın ekvivalent dozasının gücü 2m3v/saat-dan (200 m
ber/saat), səthindən 2 m məsafədə isə 0,1 m
3v/saat-dan (10 mber/saat) artıq olmasın.
5.3.15. Radioaktiv bağlamalarla tam
yüklənmiş vaqonlar qatar tərkibində sərnişin
vaqonları, insanlarla tutulu yük vaqonları, tormoz meydançası
olan və ya təhlükəli, o cümlədən zəhərli
və ya partlayıcı yüklə yüklənmiş vaqonlarla
yanaşı olmamalıdır.
5.3.16. Qatarın tərkibində
radioaktiv bağlamalarla yüklənmiş vaqonun olması
barədə natura vərəqində «Radioaktivdir» qeydi edilir.
5.3.17. Yük daşımaya təhvil
verilən gün, yükgöndərən yükalana onun ünvanına
göndərilən radioaktiv bağlamalar haqqında, yükün
adını, yerin sayını, radioaktiv bağlamaların
kütləsini, göndərmə tarixini, vaqonun (konteynerin) və
göndərmənin nömrəsini göstərməklə, teleqram
vurur.
5.3.18. Yükalan onun ünvanına
göndərilmiş radioaktiv bağlamaların gəlməsini
izləməli və onlar müəyyən edilmiş müddətdə
gəlmədikdə, dəmir yolundan həmin yüklərin
axtarılmasını və radioaktiv bağlamaların
təyinatı üzrə çatdırılmasını tələb
etməlidir. Təyinat stansiyası baş verən hadisə
haqqında daxili işlər və nəqliyyatda texniki
təhlükəsizlik və sanitar nəzarəti orqanlarına,
yükgöndərənə məlumat verməli və «Yüklərin
daşınma Qaydaları»na əsasən sənədləri
təqdim edən yükalanın sifarişi ilə,
göstərilən sənədlər olmadıqda isə
yükgöndərənin bu Qaydaların 5.3.17-ci bəndində
göstərilən teleqramı üzrə radioaktiv bağlamaların
axtarışını təmin etməlidir.
5.3.19. Radioaktiv bağlamalar
gəldikdə, təyinat stansiyası «Yüklərin
daşınma Qaydaları»na əsasən yükalana bu
barədə məlumat verməlidir. Yük gəldikdən sonra 12
saat ərzində bağlamanın vəziyyətindən
asılı olmayaraq, yükalan onları stansiyadan
çıxarmalıdır.
Yükalan təyinat
məntəqəsində radioaktiv bağlamaları vaxtında
qəbul etmədikdə və onların
çıxarılmasını ləngitdikdə, dəmir yolu bu
bağlamaların məcburi şəkildə
çıxarılması üçün tədbirlər görülməsi
haqqında nəqliyyatda daxili işlər orqanlarına
müraciət etməlidir.
5.3.20. Əgər qaimədə
göstərilən yükalan təyinat stansiyasında olmazsa, bu zaman
yükgöndərən dəmir yolundan müvafiq xəbərdarlıq
aldıqdan sonra bir gün ərzində yükün digər
istehlakçıya verilməsi (ünvanın dəyişdirilməsi)
məsələsini həll etməlidir.
5.3.21. Radioaktiv bağlmanın
plomblarının və ya radioaktiv bağlamanın
zədələndiyi aşkar edildikdə, bağlama
açılmadan və onun içindəkilər yoxlanılmadan ümumi
formalı akt tərtib edilir və bu barədə dərhal
yükgöndərənə, yolun texniki təhlükəsizlik üzrə
xidmətinə, sanitar-epidemioloji stansiyasına və yerli
sanitar nəzarəti və Daxili İşlər Nazirliyinin
orqanlarına məlumat verilir. Belə hallarda bağlamalar
yalnız yükalan tərəfindən açılır və
yoxlanılır.
5.3.22. Yalnız radioaktiv yüklər
yüklənmiş vaqonlar və konteynerlər boşaldıqdan
sonra yükalan vaqonların və konteynerlərin radiometrik
yoxlanılmasını həyata keçirməlidir (radioaktiv
maddələrlə «çıxarılan» çirklənmə
olmamalıdır) və radioaktiv təhlükə nişanlarını
çıxarmalıdır. 5.2.13-cü bənddə göstərilən
səviyyələri keçən çirklənmə aşkar
edildikdə, dezaktivasiya keçirilməlidir.
Vaqonlarda və konteynerlərdə
«çıxarılan» çirklənmənin olmaması haqqında
yükalan stansiyaya arayış verməlidir. Arayış
verilənədək vaqonlar yükalanda «boşdayanmada» qalır.
5.3.23. Vaqonların dezaktivasiyası
yükalanın gücü ilə dəmir yolu nəqliyyatında texniki
təhlükəsizlik üzrə idarədaxili xidmətin və
sanitar nəzarətinin xətti təşkilat
nümayəndələrinin nəzarəti altında yerinə
yetirilir.
Vaqonların dezaktivasiyası və
onların boş dayanması ilə əlaqədar
məsrəflər çirklənmədə günahkar olan
təşkilatlara müəyyən edilmiş qaydada təqdim
edilir.
5.3.24. Radioaktiv bağlamalar
daşınma və saxlanma zamanı qabın üzərindəki
manipulyasiya nişanlarına müvafiq vəziyyətdə
qoyulmalıdır. Dayanıqlığının təmin
edilməsi üçün yükgöndərən onları vaqonun və ya
konteynerin içində etibarlı şəkildə bərkitməlidir.
5.4.
Universal konteynerlərdə radioaktiv yüklərin dəmir yolu
ilə daşınması
5.4.1. Radioaktiv maddələrin bağlamaları
dəmir yolunun universal konteynerlərində daşınmaya
yalnız konteyner əməliyyatları aparılması üçün
açıq olan stansiyalara təyinatla qəbul edilir. Universal
konteynerlərdə belə daşınma dəmir yolunun
«Yüklərin daşınma Qaydalar»-ı ilə həyata
keçirilir.
Radioaktiv yükləri yükləmək üçün
yalnız brutto çəkisi 3 ton və 5 ton olan saz metal
konteynerlər ayrılır.
5.4.2. Bir konteynerə radioaktiv
bağlamalarla birgə digər yüklərin
yüklənməsinə yol verilmir. Radioaktiv yüklər konteynerin
içində yükgöndərən tərəfindən möhkəm
(dayaqlardan, tirlərdən, amortizasiyaedici və digər
materiallardan istifadə edilməklə) bərkidilməlidir.
5.4.3. Radioaktiv bağlamalar
yükləndikdən sonra yükgöndərən universal konteynerin xarici
səthində və ondan 1 m məsafədə
şüalanmanın ekvivalent gücünü və bu ölçmələrin
maksimum göstəriciləri üzrə konteynerin nəqliyyat
kateqoriyasını müəyyən etməlidir.
Konteynerdə hər hansı radioaktiv
maddələr olan bağlamaların
yerləşdirilməsindən asılı olmayaraq,
yükgöndərən konteynerin xarici səthindəki və ondan 1 m
məsafədə şüalanma dozasının ekvivalent gücünün
III nəqliyyat kateqoriyasına (3-cü təhlükə qrupu) aid
bağlamalar üçün müəyyən edilmiş ölçüdən artıq
olmaması və konteynerlərə yüklənən radioaktiv
bağlamaların nəqliyyat indeksləri cəminin isə
50-dən artıq olmaması üçün lazım olan şəraiti
təmin etməlidir.
5.4.4. Yükgöndərən müəyyən
edilmiş nəqliyyat kateqoriyasını qaimədə
göstərməli, konteynerin isə tininə və arxa
divarlarına və damına müvafiq nəqliyyat kateqoriyasına
uyğun olaraq, üzərində nəqliyyat indekslərinin
cəmi göstərilməklə təhlükə
nişanlarını (6.1 nömrəli əlavə, şəkil
7a,7b,7c) yapışdırır.
5.4.5. Konteynerdəki radioaktiv yükün
çəkisi konteynerin yükqaldırma qabiliyyətindən artıq
olmamalıdır.
5.4.6. Radioaktiv bağlamalar olan
konteynerlər, bir qayda olaraq, yol boyu ayrılmayan vaqonlara
yüklənməlidir. Belə konteynerlər tormoz meydançası
olmayan vaqonların orta hissəsinə qoyulur.
Radioaktiv bağlamalar olan konteynerlər
bu Qaydaların 5.3.14-cü və 5.3.15-ci bəndlərinin
tələblərinə cavab verən vaqonlara
yüklənməlidir.
5.4.7. II və III nəqliyyat
kateqoriyalarına (2-ci və 3-cü təhlükə qrupları)
bərabər sayılan radioaktiv bağlamalar olan universal
konteynerlərin, aydınlaşdırılmamış kino,
foto, rentgen lentləri və lövhələri ilə
yüklənmiş konteynerlərin bir vaqona yüklənməsinə
yol verilmir.
5.4.8. Göndərmə, təyinat və
çeşidləmə məntəqələrindəki konteyner
meydançalarında 1-ci nəqliyyat kateqoriyasına bərabər
tutulan konteynerlərdən başqa, radioaktiv yüklü konteyner
neqativ kino, foto, rentgen lentləri və lövhələri ilə
yüklənmiş konteynerlərdən 5 m-dən çox
məsafədə qoyulmalıdır.
5.4.9. Konteynerlərə yüklənmiş
radioaktiv bağlamaların səthinin, həmçinin universal
konteynerlərin səthinin radioaktiv çirklənməsi 5.2.13-cü
bəndin tələblərinə uyğun olmalıdır.
5.5.
Radioaktiv yüklərin sərnişin qatarlarında
daşınması
5.5.1. Baqaj vaqonunda I nəqliyyat
kateqoriyasına aid radioaktiv bağlamaların eyni vaxtda
daşınma miqdarı məhdudlaşdırılmır.
Daşıma, yol boyu yenidən yükləmə olmadan aparılır.
5.5.2. II və III kateqoriyalardan olan
radioaktiv bağlamalar kiçik partiyalarla aşağıdakı
şərtlərlə, yük-baqaj qismində daşınmaya
qəbul edilə bilər;
a) radioaktiv bağlamaların xarici
səthində «çıxarılan» radioaktiv çirklənmə
olmadığı, ümumi çirklənmənin ölçüsü isə 5.2.13-cü
bənddə göstərilən kəmiyyətdən artıq
olmadığı halda;
b) II və III kateqoriyalarda olan
bağlamaların ümumi sayı elə olmalıdır ki,
nəqliyyat indekslərinin cəmi 10-dan artıq olmasın;
c) baqaj vaqonunda insanların olduğu
yerdə şüalanmanın ekvivalent dozasının gücü 0,01
m3v/saat-dan (1 mber/saat) artıq olmadığı halda;
ç) bir radioaktiv bağlamanın maksimum
çəkisi, yükgöndərənin və yükalanın
vəsaitləri ilə yükləmə-boşaltma işləri
mexanikləşdirilmiş üsulla aparılarsa, 165 kq-dan,
əllə yükləndikdə isə 50 kq-dan artıq olmadığı
halda;
d) bir bağlamanın minimum brutto
çəkisi 10 kq olduğu, ölçüsü isə 0,2x0,2x0,2 m-dən az
olmadığı halda.
Müstəsna hallarda yükgöndərənin
xahişi və stansiya rəisinin icazəsilə bir
bağlamanın minimum brutto çəkisinin 5 kq olmasına,
tərkibində «nişanlanmış» radioaktiv maddələr
və ya radioaktiv tibb preparatları olan dəstlərin
çəkisinin 5 kq-dən az olmasına yol verilir. Bağlama
dəstlərinin xarici minimum ölçülərindən biri 0,1 m-dən
az olmamalıdır.
5.5.3. Ayrı-ayrı hissələrinin
çəkisi 50 kq-dan artıq olan göndərmələr o
şərtlə qəbul edilir ki, qatarın təyinat
stansiyasında dayanma müddəti 5 dəqiqədən az
olmasın.
5.5.4. Yükalan onun ünvanına gəlmiş
radioaktiv yükü almaq üçün qatara sərnişin qatarının gəldiyi
vaxt yaxınlaşmalıdır.
Yükalan olmadıqda, radioaktiv yük baqaj
vaqonundan baqaj anbarına yığılır. Eyni vaxtda
stansiya rəisi 5.3.19-cu bəndə müvafiq tədbirlər
görür.
5.5.5. I nəqliyyat kateqoriyasına aid
olan radioaktiv bağlamalar, dəmir yolunun Sərnişindaşıma
İstehsalat Birliyi rəisinin icazəsi olduqda müşayiətçi
ilə sərnişin qatarının ayrıca kupesində
daşına bilər.
Yükləmə üçün sifariş qatarın
yola düşməsinə qədər ən azı 5 saat
qalmış verilməlidir. Belə əl yükünün ümumi çəkisi
200 kq-dan çox olmamalıdır.
Daşınmasına icazə verilmiş
radioaktiv bağlamaları yükgöndərən qatarın yola
düşdüyü gün onun yola düşməsinə 2 saat qalmış
stansiyaya gətirir. Müşayiətçi əvvəlcədən
stansiya rəisinə yaxınlaşmalı və ezamiyyət
vəsiqəsini və ona radioaktiv maddələrin daşınmasının
həvalə edilməsi haqqında digər
sənədləri stansiya rəisinə təqdim etməlidir.
5.6.
Radioaktiv maddələrdən boşaldılmış,
qaytarılan qabların daşınması
5.6.1. Radioaktiv maddələr boş
nəqliyyat bağlama dəstlərindən
təmizlənməli, onların xarici səthlərində
radioaktiv maddələrlə «çıxarılan» çirklənmə
olmamalıdır. Bu zaman ümumi radioaktiv çirklənmə 5.2.13-cü
bənddə göstərilən kəmiyyətlərdən
artıq olmamalıdır.
Onların daşınması ümumi
əsaslarla məhdudiyyət qoyulmadan həyata keçirilir.
Konteynerin qoruyucusu içində radioaktiv
maddələrlə (açılmış ampulalar və ya
penallar, pambıq və s.) çirklənmiş materiallar
olmamalı, konteynerin xarici səthindən 0,1 m
məsafədə şüalanmanın ekvivalent dozasının
gücü 1 mk3v/saat-dan (0,1 mber/saat) artıq olmamalıdır.
Yükgöndərən tərəfindən
konteyner bağlanmalı, plomblanmalı və radioaktiv
təhlükə nişanları vurulmamış xarici
bağlamaya yerləşdirilməlidir.
5.6.2. Boş qabı göndərən
qaimədə, «Yükün adı» sütununda «Radioaktiv maddənin
qabı təmizlənmiş və təhlükəsizdir»
sözlərini qeyd etməlidir. Bundan başqa o, qaiməyə
radioaktiv maddələr nəql edilərkən
təhlükəsizlik qaydaları (RMNTQ-73) ilə müəyyən
edilmiş formada sertifikat əlavə etməlidir.
5.7.
Stansiyada radioaktiv yüklərin müvəqqəti saxlanma
şərtləri
5.7.1. Radioaktiv yükləri daima qəbul
edən və göndərən, həmçinin onları
müvəqqəti saxlayan stansiyalarda ümumi istifadə
anbarlarında sahəsi 10 m2-dən az olmayan xüsusi
yerlər ayrılmalı və çəpərlənməlidir.
Ayrılmış yer kərpic və ya betondan
hazırlanmış materialla çəpərlənməli və
onun hündürlüyü 2 m-dən az olmamalıdır. Divara radioaktiv
təhlükə nişanı vurulur (6.2 nömrəli əlavə,
şəkil 7a,7b,7c).
Anbarın bu hissəsinə kənar
şəxslərin daxil olmasına yol verilmir.
5.7.2. Radioaktiv yüklərin
saxlanılması üçün yerlər tərkibində yolun
daşıma birliyinin baş mühəndisi (komissiyanın
sədri), Texniki təhlükəsizlik xidmətinin, yük və
kommersiya şöbəsinin rəisi, stansiya rəisi, yol
nəqliyyat-ekspedisiya müəssisələrinin, istehsalat
sahəsinin və ya mexanikləşdirilmiş
yükləmə-boşaltma işləri sahəsinin, yolun
yanğından mühafizəsinin, yolun sanitar-epidemiologiya
stansiyasının (Yol SES),
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
müfəttişliyinin, Dövlət yanğın nəzarəti və
nəqliyyatda daxili işlər orqanlarının
nümayəndələri daxil olan komissiya tərəfindən
müəyyən edilir.
Ayrılmiş yerlər radioaktiv
təhlükəsizlik normalarına (RTN-76/87), radioaktiv
maddələr və digər ionlaşdırıcı
şüalanma mənbələri ilə işləmək üçün qanunvericiliyin
tələblərinə əsasən sanitar qaydalarına
(ƏSQ-72/87) müvafiq surətdə avadanlıqlarla təchiz
edilməlidir.
Komissiya qəbul aktını tərtib
edir və bu aktda radioaktiv yüklərin saxlanması qaydaları,
anbarların ərazisinə radioaktiv maddələrin
aparılmasına icazə verilən işlərin xarakteri
göstərilir. Qəbul aktı əsasında Yol SES radioaktiv
yüklərin saxlanılmasına icazə verən sanitar pasportu
(3 il müddətinə) tərtib edir. Sanitar pasportunun surəti
qeydiyyatdan keçirilməsi üçün daxili işlər orqanlarına
göndərilir.
5.7.3. I, II, III Nəqliyyat
kateqoriyasına aid olan radioaktiv bağlamalar anbarlarda başqa
yüklərlə bir yerdə aşağıda
göstərilənlərə əməl etdikdə
müvəqqəti saxlanıla bilər:
a) Azərbaycan Respublikasının
Dövdağmədəntexnəzarət Komitəsi
tərəfindən verilmiş xüsusi razılıq 7 (lisenziya)
ilə müəyyən edilmiş şərtlərin tələblərinə
əməl olunarsa;
b) radioaktiv bağlamaların eyni vaxtda
saxlanılması üçün nəqliyyat indekslərinin cəmi
50-dən artıq olmasın;
c) radioaktiv maddələrin
saxlanılması üçün ayrılmış yerlər
aydınlaşdırılmamış kino, foto, rentgen
lentləri və plastinkaları olan yüklərdən,
həmçinin baqajdan 18 nömrəli əlavədə
göstərilən məsafədə
yerləşdirilməklə;
ç) radioaktiv bağlamalar saxlanılan
anbarın xarici səthində şüalanma dozası 3
mk3v/saat-dan (0,3 mber/saat) çox olmamaqla;
d) stansiyadan kənarda ekvivalent dozanın
gücü bu ərazinin fonuna nisbətən 0,3 mk3v/saat-dan (0,03
mber/saat) çox olmadıqda;
e) şüalanma dozasının gücünə
Yolun Texniki təhlükəsizlik xidməti və SES
işçiləri tərəfindən nəzarət edildikdə.
5.7.4. Radioaktiv yükləri epizodik hallarda
qəbul edən və göndərən stansiyalarda radioaktiv
yüklərin ümumi anbarlarda müvəqqəti saxlanılmasına bu
Qaydaların 5.7.3-cü bəndinin tələblərinə əməl
edildikdə yol verilir.
5.7.5. «Müstəsna istifadə»
şərtləri ilə daşınan III nəqliyyat
kateqoriyasına aid (4-cü təhlükə qrupu) bağlamaların
dəmir yolu stansiyasının ərazisində
saxlanılmasına yol verilmir.
5.7.6. Radioaktiv yüklərin saxlanılma
müddətinə və şərtlərinə nəzarəti
təmin etmək üçün ayrıca boşaltma kitabı (QU-44
formasında) aparılmalıdır.
VI
hissə
6.1.
Təhlükəli yüklərin daşınmasında
təhlükəsizliyin təmin edilməsi üzrə əsas
tələblər
6.1.1. Yükgöndərənlər, yükalanlar,
magistral və sənaye dəmir yolu nəqliyyatı
işçiləri vaqonların və konteynerlərin sahibləri
və icarədarları, eləcə də nəqliyyat-ekspedisiya
xidməti göstərən müəssisələr
tərəfindən, təhlükəli yüklərin
daşınmasında bu Qaydalara, təhlükəli yüklərin
daşınmasına aid olan digər normativ-texniki
sənədlərə əməl etməlidirlər.
6.1.2. Təhlükəli yüklər dəmir
yolu ilə daşınmaya, yüklərin daşınma
Qaydalarının müəyyən etdiyi qaydaya uyğun qəbul
edilir.
6.1.3. Yeni növ təhlükəli yüklər
dəmir yolu ilə daşınmaya Azərbaycan Respublikası
Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmaqla və Azərbaycan Dövlət
Dəmir Yolu tərəfindən təsdiqlənmiş qaydaya
uyğun olaraq yol verilir.
6.1.4. Yükgöndərənlər 6.1.1
bəndinin tələbindən başqa,
aşağıdakıları yerinə yetirməyə
borcludurlar:
a) təhlükəli yükləri yalnız öz
quruluşuna, texniki vəziyyətinə və
təyinatına görə müəyyən təhlükəli yükün
təhlükəsizliyini və qorunmasını təmin etməklə
daşınmasına yararlı olan vaqonlara
yükləməyə;
b) standartların, konkret təhlükəli
yüklərin texniki şərtlərinin
tələblərinə cavab verən qablar, qablaşdırma
və qablaşdırma dəstlərini işlətmək,
eləcə də yüklərin nəqli zamanı dinamik
təsirdən, hərarətin, rütubətin
dəyişməsindən törəyə bilən axıntı
və dağılmaların qarşısını almaq
məqsədilə, onları müəyyən olunmuş proqram
və üsullara uyğun olaraq sınaqdan keçirməyə.
6.2.
Təhlükəli yüklərin daşınmasının
təşkili. Təhlükəli yüklərin verilməsi və
daşınmaq üçün qəbulu
6.2.1. Təhlükəli yüklərin
daşınmaya verilməsi və qəbuli yüklərin
daşınma Qaydalarına uyğun aparılmalıdır.
6.2.2. Təhlükəli yüklər
daşınmaya, xırda və konteyner göndərmələri
istisna olmaqla, yalnız xüsusi ayrılmış yerlərdə
təqdim olunur.
6.2.3. Konkret təhlükəli yük
daşınmaya yükgöndərən tərəfindən,
yalnız yüklərin daşınma Qaydalarında təyin
olunmuş göndərişin növü ilə, standartda və bu
məhsulun texniki şərtlərində nəzərdə
tutulan qablardan və qablaşdırmalardan istifadə olunmaqla
təqdim olunmalıdır.
6.2.4. Maye halında daşınan
təhlükəli yüklərin ümumi istifadə olunan yerlərdə
doldurulub-boşaldılmasına, eləcə də bu
yüklərin doldurulub-boşaldılması üçün ləvazimat
və vasitələri olmayan və xüsusi ayrılmayan
yerlərdə yol verilmir.
6.2.5. Yükgöndərənlərin dalan
yollarında qəbul edilmiş və yükalanın xidmət
etdiyi ünvana gəlmiş I sinif təhlükəli yüklə
yüklənmiş vaqonları, stansiyaya daxil olduğu andan 2
saatdan artıq qala bilməz.
6.2.6. Təhlükəli yükləri
tək-tək vaqonlarla və ya xırda
göndərmələrlə, eləcə də ümumi istifadə
yerlərində boşaltma şərti ilə
konteynerlərlə göndərildiyi halda, yükgöndərən dəmir
yolu stansiyasının rəisinin yükü qəbul edən dəmir
yolu stansiyasının rəisinin teleqrafla və yaxud
yazılı surətdə razılığını
almalıdır.
Təhlükəli yüklərin
doldurulmasına və boşaldılmasına ümumi
tələblər
6.2.7. Təhlükəli yüklərin
doldurulması və boşaldılması dəmir yolu
Nizamnaməsinin, yüklərin daşınma Qaydalarının
və başqa normativ-texniki sənədlərin
tələblərinə uyğun aparılmalıdır.
6.2.8. Yükgöndərənlər (yükalanlar) —
təhlükəli yükləri daşımaq üçün
ixtisaslaşdırılmış, vaqonların
icarədarları və ya şəxsi vaqonların
sahibləri hər yükləmədən əvvəl
təhlükəli yükün təhlükəsiz daşınmasını
təminat verən, işçi və qurğu avadanlıqları
daxil olmaqla, vaqonların texniki sazlığını
təsdiq edən şəhadətnaməni (9 nömrəli
əlavəyə uyğun formada) stansiya və vaqon deposu işçilərinə
təqdim etməlidirlər. Vaqon təsərrüfat işçisi
şəhadətnamənin nömrəsini VU-14 formalı xüsusi
kitabda qeyd edir. Yükgöndərənin cavabdeh nümayəndəsi isə,
fakturanın arxa tərəfinin 4-cü sütununda: «Vaqon texniki və
kommersiya cəhətdən sazdır, müvafiq təhlükəli
yüklərin daşınmasına yararlıdır, onun işçi
və qurğu avadanlığı müəyyən olunmuş
tələblərə uyğundur» qeydini aparmalı və öz
imzası ilə onu təsdiq etməlidir.
6.2.9. Vaqon-sisternlərin təhlükəli
yüklərlə doldurulması, yalnız doldurma
məntəqəsinin heyəti tərəfindən
vaqon-sisternlərə baxış keçirildikdən və
göstərilən məhsulun daşınması üçün, onların
yararlılığı haqqında jurnalda müəyyən
olunmuş formada qeyd edildikdən sonra icazə verilir.
Doldurulma-boşaldılma estakadasında
təhlükəli yüklərin yüklənməsi və
boşaldılmasından əvvəl vaqon sisternləri hər
iki tərəfdən tormoz başmaqları ilə etibarlı
bərkidilməlidir, yoldəyişdiricini isə elə
çevirmək lazımdır ki, başqa qatarın vaqonları
yükləmə (boşaltma) yoluna daxil ola bilməsin.
Qatarların yükləmə (boşaltma)
yoluna daxil olmaması üçün imkan olmadıqda, bu vəziyyəti
aradan qaldırmaq üçün əlavə texniki tədbirlər
nəzərdə tutulmalıdır.
6.2.10. Yükgöndərən, təhlükəli
yükləri vaqonlara və konteynerlərə, bu məhsul üçün
standartlarla, texniki şərtlərlə müəyyən
olunmuş normadan artıq yükləməməlidir.
6.2.11. Stansiyalarda tezalışan
yüklərin, xırda göndərişlə və konteynerlə
yükləmə və boşaldılması
elektrikləşdirilməmiş yollarda
aparılmalıdır. Belə yolu ayırmaq mümkün
olmadıqda, istisna hallarda dəmir yolu şöbəsinin
rəisinin icazəsi ilə elektrikləşmiş yoldan
istifadə etmək olar, belə olduğu halda kontrakt
şəbəkəsi sərbəst elektrik
qidalandırıcı qrupdan ayrıca bölmə açarı
vasitəsi ilə ayrılmalı, əlavə torpaqlanma
bıçağı ilə təchiz edilməli və kontakt
şəbəkəsindən gərginlik çıxarılmalıdır.
6.2.12. Təhlükəli yüklərin
vaqonlarda (vaqon-sisternlərdən başqa) və
konteynerlərdə, eləcə də açıq vaqonlarda
ixtisaslaşdırılmış konteynerlərin yerləşdirilməsi
və bərkidilməsi «Yüklərin yüklənməsi və
bərkidilməsinin texniki şərtləri»-nə uyğun
aparılmalıdır. Yükgöndərən təhlükəli
yüklərin konteynerlərdə yerləşdirilməsi və
bərkidilməsi üsullarını dəmir yolu şöbəsi
ilə razılaşdırmaqla hazırlayır və
təsdiq edir. Bu üsullar Azərbaycan Dövlət Dəmir Yolu
İdarəsi tərəfindən təsdiq olunmuş
«Yüklərin yüklənməsi və bərkidilməsinin texniki
şərtləri»nin I bölməsinin tələblərinə
uyğun olmalıdır.
Vaqonlarda və konteynerlərdə
yükləri bərkitmək üçün istifadə olunan material,
daşınan təhlükəli yerə ətalətli (inertni)
olmalıdır.
6.2.13. Təhlükəli yüklərin qabları
və qablaşdırılması Dövlət standartına,
yüklərin daşınma Qaydalarına uyğun
olmalıdır.
6.2.14. Təhlükəli yüklərin
şüşə qablarda xırda göndərişlə
daşınmasına (çəkisi 1 kq-a qədər, həcmi
isə 1 litrdən artıq olmayan, xırda çeşidlənmiş
yüklərdən başqa) yol verilmir.
6.2.15. Təhlükəli yüklərin
xırda çeşidlərdə təmiz kütləsi 1 kq-dan,
həcmi isə 1 litrdən artıq olmayan daşınmalar
yüklərin daşınma Qaydalarına uyğun həyata
keçirilir.
6.2.16. Yükləri xırda
göndərişlə göndərən zaman qablar I qrup
qablaşdırma üçün nəzərdə tutulan dövlət
standartının tələblərinə uyğun sınaqdan
keçirilməlidir.
6.2.17. Təhlükəli yüklərin boş
qabları yüklərin daşınma Qaydalarına uyğun
daşınır.
Qatar və manevr işlərinin
təşkilində təhlükəsizlik tədbirləri
6.2.18. Təhlükəli yüklərlə
yüklənmiş vaqonların, qatar və manevr (hazırlıq)
işlərinin təşkili zamanı, daşınma
sənədlərində göstərilmiş xüsusi qeydləri
(daşınan yükün adı, qəza vərəqəsinin
nömrəsi, təhlükə yüklü vaqonların lokomotivdən və
başqa vaqonlardan qorunması, təhlükə kateqoriyası
və dərəcəsi haqqında ştempel və s.)
nəzərə almaqla, dəmir yolu nəqliyyatında
qüvvədə olan qaydalar və təlimatlar rəhbər
tutulmalıdır.
6.2.19. 1-ci sinif təhlükəli
yüklərlə yüklənmiş qatarların və vaqonların
manevrə (hazırılıq işlərinə)
buraxılması qaydası, stansiya işçilərinə, texniki
və kommersiya baxışı
məntəqələrinə, lokomotiv briqadalarına,
hərbiləşdirilmiş mühafizə bölmələrinə,
mütəxəssislərə, yük müşayiətçilərinə
və bələdçilərə xəbərdarlıq,
qatarların nəzərdə tutulan yollara qəbulu və
göndərilməsi qaydaları Azərbaycan Dövlət Dəmir
Yolu İdarəsi tərəfindən müəyyən olunur
və stansiyanın texniki-sərəncam aktında əks
olunur.
6.2.20. Təhlükəli yüklə
yüklənmiş vaqonların, daşınma
sənədlərində, Yüklərin daşınma
Qaydalarına uyğun olaraq «Təpədən
buraxılmasın» ştempelı olarsa, onların
çeşidləmə təpəsindən buraxılmasına
və təkanla manevr (hazırlıq işləri)
aparılmasına yol verilmir.
6.2.21. Təhlükəli yüklə
yüklənmiş vaqonların başqa vaqonlarla
birləşməsi zamanı, onların sürəti saatda 5
km-dən artıq, xüsusi ehtiyatlılıq tələb olunan
müxtəlif kateqoriyalı yüklərlə yüklənmiş vaqonlar
üçün isə yüklərin daşınma Qaydalarına uyğun
olaraq saatda 3 km-dən artıq olmamalıdır.
6.2.22. Üzərində «Təpədən
buraxılmasın» yazısı olan sıxılmış,
mayeləşdirilmiş və təzyiq altında
məhlullaşdırılmış qazların boş
vaqon-sisternlərinin lokomotivsiz təpə altı yollara
buraxılmasına yol verilmir.
6.2.23. I sinif təhlükəli yüklə
yüklənmiş və daşınma sənədlərində
«Təpədən buraxılmasın» ştempelı olan
vaqonlar, çeşidləmə yollarında dayanarkən,
təpə tərəfdən hər iki relsə 25 m
məsafədən az olmayaraq qoyulan iki qoruyuci tormoz
başmaqları ilə mühafizə olunmalıdır.
6.2.24. Təhlükəli yüklə
yüklənmiş vaqonlarla manevr aparmazdan əvvəl qatar
tərtibatçısı bu yükləri müşayiət edən
və qoruyan şəxsləri növbəti manevr barədə
xəbərdar etməyə borcludur.
6.2.25. Vaqonlar təhlükəli yüklə
yüklənməyə verilməzdən əvvəl, manevr
distpetçeri (stansiya növbətçisi) əmin olmalıdır ki,
vaqonlar vaqon təsərrüfatı işçiləri
tərəfindən yoxlanılıb və təhlükəli yüklərin
daşınması üçün onların texniki cəhətdən
yararlılığı təsdiq edilib.
6.2.26. Təhlükəli yüklə
yüklənmiş vaqonların stansiya və sənaye
müəssisələrinin yükləmə, boşaltma yollarında
bərkidilməsi Azərbaycan Dövlət Dəmir Yolları
qovşağında qüvvədə olan norma və qaydalara
uyğun olaraq aparılır. Bərkidilmə qaydaları
stansiyanın texniki sərəncamlar aktı (TSA) ilə, eləcə
də dalan yollarında hərəkət və xidmət
qaydaları haqqında yerli təlimatlarla müəyyən edilir.
6.2.27. Təhlükəli yüklə
yüklənmiş vaqonlar, müəssisə və
təşkilatların dalan yollarına verilərkən və
sənaye müəssisələrinin dalan yollarında və stansiyalarda
vaqonların manevr işlərində, eləcə də ümumi
istifadə olunan yollar ilə daşınarkən,
daşınma sənədlərində göstərilmiş xüsusi
qeydlərə uyğun mühafizə tədbirləri
görülməlidir.
6.2.28. Təhlükəli yüklə
yüklənmiş vaqonları lokomotivlə giriş yoluna
verdikdə, manevr qatarlarının giriş yollarındakı
sürəti dəmir yol şöbəsi rəisinin əmri ilə
müəyyən olunur.
6.2.29. 1-ci sinif təhlükə yüklü
vaqonları müəssisə və təşkilatların dalan
yollarına verərkən manevr qatarının sürəti saatda
15 km-dən artıq olmamalıdır.
6.2.30. Təhlükəli yüklə
yüklənmiş vaqonlarla manevr işləri aparmaq üçün
verilən lokomotivdə radiorabitə olmalıdır, bir
maşinistlə xidmət edilən lokototivdə isə ikinci
idarə mərkəzi olmalıdır. Radiorabitə nasaz
olduqda, manevr işləri stansiyanın texniki-sərəncam
aktında (TSA) müəyyən olunmuş qaydada, əlavə
təhlükəsizlik tədbirlərinə (vaqonların
sayının məhdudlaşdırılması, iki adamdan az
olmamaqla tərtibatçı briqadasının olması və s.)
riayət etməklə aparılır.
6.2.31. Təhlükəli yüklə
yüklənmiş vaqonlar yük qatarlarında təşkil olunma
planına uyğun hərəkət edə bilərlər;
vaqonlar qatara tək və ya qrup halında qoşulur,
eləcə də bu yüklərlə yüklənmiş vaqonlardan
tərtib olunmuş marşrutlarla daşınır.
6.2.32. Təhlükəli yüklə
yüklənmiş vaqonların mühafizəsi üçün, qatarlara təhlükəsiz
yüklü və ya boş (ixtisaslaşdırılmış boş
vaqon-sisternlərdən başqa) vaqonlar qoşulur. Mühafizə
kimi (təhlükəli yüklə yüklənmiş vaqondan qabaq) uzun
ölçülü yüklərlə yüklənən açıq vaqonlardan
istifadə edilməsinə yol verilmir.
1-ci sinif təhlükəli yüklə yüklənmiş
vaqonları mühafizə məqsədi ilə onlardan
əvvəl boş platformaların qoyulmasına yol verilmir.
6.2.33. PM ilə, zəhərli,
zəhərləyici maddələrlə yüklənmiş
vaqonlar daşınma təşkilinin planı üzrə uzaq
məsafəyə gedən qatarlarla nəzərdə tutulubsa,
bu vaqonların yaxın məsafəyə gedən qatarlara
qoşulmasına yol verilmir.
6.2.34. I sinif təhlükəli yüklərin
yuxarı və aşağı qabaritsizliyi üçüncü
dərəcəli, yan tərəf dördüncü dərəcəli
və ya daha böyük dərəcəli yüklənmiş olan
qatarlarda daşınmasına yol verilmir. PM ilə
yüklənmiş vaqonlar qatarların tərkibinə elə
qoşulur ki, onların uzunluğu, hərəkət yolunda
olan qəbul-göndəriş yolunun uzunluğuna uyğun olsun.
Tərkibində PM ilə yüklənmiş vaqonlar olan qatarlar
birləşdirilmirlər. 13-cü dərəcəli
partlayıcı maddələrlə yüklənmiş
vaqonları olan qatarlara I sinif təhlükəli yüklərlə,
güclü təsirli zəhərləyici maddələrlə, maye
və ya təzyiq altında həll edilmiş qazlarla və bu
maddələrlə doldurulmuş qurğular olan vaqonların
qoşulmasına yol verilmir.
I sinif təhlükəli yüklü vaqonları
olan qatarların təşkilində tezalışan
yüklərlə yüklənmiş vaqonlar onların arxasınca
müvafiq mühafizə vaqonundan sonra qoşulur.
I sinif təhlükəli yüklə
yüklənmiş vaqonların avtotormozlarının
açılmış qatarlara qoşulması lazım
gəldikdə, qruplar iki birgə dayanmış vaqondan
artıq (səkkiz oxdan artıq olmamaqla), qatarın
tərkibində, tormozla sıxılma şərti ilə dörd
belə qrupdan çox olmamalıdır.
6.2.35. Təhlükəli yüklərin
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin
hərbiləşdirilmiş mühafizə dəstəsi ilə
qatarlarda müşayiəti və təhlükəli yüklə
yüklənmiş vaqonların stansiyalarda qorunması «Dəmir
Yolu nəqliyyatında yüklərin və obyektlərin
qorunması haqqında Əsasnamə»-yə uyğun
aparılır.
6.2.36. Təhlükəli yüklə
yüklənmiş vaqonları yükgöndərənin (yükalanın)
mütəxəssisləri müşayiət etdikdə, onlar
qatarın tərkibinə bir qrup kimi qoyulur.
6.2.37. Tərkibində
sıxılmış, maye və təzyiq altında həll
edilmiş qazlarla, zəhərli və zəhərləyici
maddələrlə yüklənmiş vaqonlar olan qatarlarda,
təhlükəli yüklərin müşayiətçiləri,
mütəxəssisləri və bələdçiləri olan vaqonlar
onlardan irəlidə qoyulur.
6.2.38. Bütün çeşidləmə,
məntəqə və yük stansiyalarında vaqonların bir
dəmir yolundan başqasına keçirilməsi, eləcə
də 1-ci sinif təhlükəli yüklə yüklənmiş vaqonlarla
əməliyyat aparılan başqa stansiyalarda, stansiyanın
texniki-sərəncam aktına əlavə kimi, Dəmir Yolu
tərəfindən təsdiq olunmuş «1-ci sinif
təhlükəli yüklərlə yüklənmiş vaqonlarla
işləmək qaydası haqqında» yerli təlimat
işlənib, hazırlanmalıdır.
Təlimatda yerli şəraitləri
nəzərə almaqla aşağıdakılar
nizamlanmalıdır:
a) stansiya işçilərinə,
vaqonların texniki xidmət və kommersiya cəhətdən
müayinə məntəqəsinə, lokomotiv deposuna, Dövlət
Dəmir Yolunun hərbiləşdirilmiş mühafizə
dəstəsinə qatarların nəzərdə tutulan
qəbulu və göndərilməsi, vaqonlarla manevr
işlərinin və başqa əməliyyatların
aparılması haqqında xəbərvermə qaydası;
b) qatarların qəbulu və birbaşa
buraxılması, onların göndərilməsi və
göndərilməyə hazırlanması, eləcə də
vaqonlarla manevr işlərinin aparılması qaydası;
c) manevr işlərinin
aparılmasında avtotormozların istifadə olunma
qaydaları;
ç) qatarların və vaqonların texniki
xidməti və kommersiya baxışı üzrə
əməliyyatların yerinə yetirilməsi qaydası;
d) vaqonların stansiyada həmin
yüklərlə olmasının qeydiyyatı və lazım
olduqda, onların qəza vərəqəsi ilə
eyniləşdirilmə qaydaları;
e) kəskin hava şəraiti və
işlərin çətinləşməsi zamanı (duman,
çovğun, leysan, şiddətli külək, qar
yığını, texniki vasitələrin dayanması
və s.) təhlükəsizlik tədbirləri;
ə) qəza vəziyyəti baş
verərkən fəaliyyət qaydası;
f) qəza-xilasetmə
bölmələrilə qarşılıqlı fəaliyyət
qaydası;
q) manevr işləri aparıldıqda
şifahi əmrlərin verilməsi qaydası;
g) hazırlıq işlərinə saz
qığılcımsöndürən və
qığılcımtutan qurğusu olan teplovoz və
lokomotivlərin verilməsinin sənədləşdirmə
qaydası;
h) həmin yüklərlə
yüklənmiş vaqonların dayandığı yolun
mühafizəsi.
6.2.39. Bütün çeşidləmə və
məntəqə stansiyalarında, eləcə də başqa
stansiyalarda, Dövlət Dəmir Yolu İdarəsinin rəisi
tərəfindən müəyyən olunmuş siyahıya
uyğun olaraq, stansiyanın texniki sərəncamlar aktına
əlavə kimi, təhlükəli yüklərlə qəza
vəziyyətinin ləğv edilməsi qaydası
barədə yerli təlimat hazırlanmalıdır və
qəza vərəqəsində göstərilmiş
tədbirləri yerinə yetirmək üçün xüsusi yol
ayrılmalıdır.
6.2.40. 1-ci və 2-ci sinif təhlükəli
yüklü vaqonlar stansiyada (çeşidləmə yollarında
yığılmağa dayanmış vaqonlardan başqa)
stansiyanın texniki sərəncamlar aktında
göstərilmiş və onların daha təhlükəsiz
dayanmasını təmin edən yollara verilməlidir. Belə
vaqonlar etibarlı qoşulmalıdırlar və tormoz başmaqları
ilə qoşulub bərkidilməlidirlər. Belə
vaqonların dayanma yollarının yoldəyişdiricisi
elə vəziyyətdə olmalıdır ki, bu yollara
giriş istisna olunsun, bunun üçün həmin yoldəyişdirici asma
qıfılla bağlanır.
6.2.41. «R» indeksli tranzit qatarlar stansiyanın
texniki sərəncamlar aktında (TSA) göstərilmiş yollarla
buraxılır.
6.2.42. «R» indeksi ilə gedən
qatarların, aralıq stansiyalarda lokomotivsiz qalmağına
icazə verilmir. İstisna hallarda, dəmir yolu rəisinin
yazılı əmri ilə bu cür qatarlar lokomotivsiz qala
bilər. Bu halda şöbə rəisi və daşınma
bölməsinin işçisi müvəqqəti
dayandırılmış qatarın təyinatı üzrə
göndərilməsini sürətləndirmək üçün tədbirlər
görməyə borcludur.
6.2.43. Yolda vaqonların (konteynerlərin)
texniki və kommersiya nasazlığı və ya zədələnməsi
aşkar olunduqda akt tərtib edilir. Əgər vaqonu
bələdçi müşayiət edirsə, onda akt onun
iştirakı ilə tərtib edilir. Aktda vaqonun nömrəsi,
planlı təmir növlərinin vaxtı, nasazlığın
növləri və onun əmələ gəlmə
səbəbləri, nasazlıqları aradan qaldırmaq üçün
görülən tədbirlər, eləcə də sonrakı
hərəkət imkanları haqqında rəyi
göstərilməlidir. Aktın surəti daşınma
sənədlərinə əlavə olunur.
6.2.44. Təhlükəli yüklə
yüklənmiş vaqonlarda hərəkət zamanı, onların
xüsusiyyətindən və iş şəraitindən
asılı olaraq, texniki və kommersiya
nasazlığının aşkar edilməsi və aradan
qaldırılması, nasaz vaqonların açılması və
bu məqsədlər üçün ayrılmış yola verilməsi, eləcə
də qatardan açılmadan, ehtiyat tədbirlərinə
əməl olunmaqla aparılır.
6.2.45. Stansiyalarda təhlükəli
yüklə yüklənmiş ayrı-ayrı vaqonların texniki
və kommersiya nasazlığı səbəbindən,
Dövlət Dəmir Yolunun hərbiləşmiş mühafizə
dəstəsi ilə qorunan qrup vaqonlardan açılmasına,
göndərilən və açılmış vaqonların
qorunmasının təmin olunduğu hallarda icazə verilir.
Qatar yol getdiyi zaman yükgöndərənin
(yükalanın) mütəxəssisi tərəfindən
müşayiətedilən vaqonlarda texniki və kommersiya
cəhətdən nasazlıq aşkar edildikdə, vaqon qatardan
açılır və müşayiət edən şəxsin
mühafizəsində olur.
6.2.46. Yükgöndərənin (yükalanın)
mütəxəssisi ilə müşayiət olunan qrup vaqonlardan,
nasazlığına görə ayrı-ayrı vaqonların
açılmasına yol verilmir. Belə olduğu halda bütün qrup
açılır və bu barədə stansiyanın rəisinə
və dəmir yolu növbətçisinə məlumat verməlidir.
Vaqonların təmiri və ya
təhlükəli yükün yerdəyişməsindən sonra vaqonlar
ləngidilmiş qrup vaqonlara qoşulmalıdır və
təyinatı üzrə göndərilməlidir.
6.2.47. Təhlükəli yükləri
müşayiət edən bələdçilər həmin yükün
müşayiəti üçün hazırlanmış və təsdiq
olunmuş xidməti təlimatı, yükün təhlükəli xüsusiyyətlərini,
ilkin tibbi yardımın göstərilməsini, qəza
vəziyyətində təhlükəsizlik tədbirlərini
bilməli və yük üçün müəyyən olunmuş
təhlükəsizlik tədbirlərinə əməl
olunmasına nəzarət etməlidir.
6.2.48. Yükgöndərən,
bələdçiləri lazım olan fərdi mühafizə
vasitələri və alət dəsti ilə, eləcə
də lazım olan ehtiyat hissələri ilə, tıxaclarla,
yük göndərənin-zavodun rəhbərliyi tərəfindən
təsdiq olunmuş müvafiq təlimatlar əsasında təmin
etməyə borcludur.
6.2.49. Təhlükəli yüklə
yüklənmiş vaqonların müşayiəti üçün
yükgöndərənin (yükalanın) mütəxəssisi
(bələdçisi) olmadığı aşkar edildikdə,
vaqonlar onun gəlməsinə qədər ləngidilir. Bu
halda, belə vaqonlar aşkar olunan stansiyanın rəisi, yükün
sonrakı müşayiəti üçün mütəxəssislə təmin
olunmasının zəruriliyi haqqında yükgöndərəni
(yükalanı) xəbərdar edir və həmən
məsələ ilə əlaqədar Azərbaycan
Dövdağmədəntexnəzarət Komitəsinə
məlumat verir. Yükgöndərən (yükalan) yükün müşayiət
olunması üçün mütəxəssisin (bələdçinin)
gəlməsini bir gün ərzində təmin etməyə
borcludur.
6.2.50. Hərəkət zamanı
təhlükəli yükün sızması (səpələnməsi)
aşkar edildikdə, qəza baş verə biləcək vaqon
açılır və qəza vərəqəsində
göstərilmişq tədbirlərin görülməsi üçün xüsusi yola
verilir. Stansiya rəisi həmin hadisə haqqında yük
göndərəni xəbərdar etməyə borcludur.
6.2.51. Lazım olduğu halda hüquqi
şəxs, (yükalanın) müəssisənin müdiriyyəti və
ya vaqon sahibi vaqon açılan stansiyaya mütəxəssislər
briqadası ezam etməyə borcludur. Bu məqsədlə,
müəssisə rəhbərliyinin əmri ilə,
hərəkət zamanı yolda ayrılmış
vaqonların nasazlığını aradan qaldırmaq
məqsədilə səyyar qəza briqadaları
təşkil olunur və qəzanın ləğv edilməsi
üçün məsul cavabdeh şəxslər təyin edilir.
6.2.52. Səyyar briqadalar vaqonların
nasazlığının ləğvində müəssisə
rəhbəri tərəfindən təsdiq olunmuş xüsusi
təlimatı rəhbər tutmalıdır.
VII
hissə
7.1.
Dəmir yolu nəqliyyatı ilə təhlükəli yüklərin
daşınması üçün ayrılmış vaqonlara və xüsusi
konteynerlərə tələblər
Ümumi tələblər
7.1.1. Dəmir yolu ilə təhlükəli
yüklərin daşınması üçün yalnız bu
məqsədlər üçün ayrılmış, mülkiyyət və
icarə formasından asılı olmayaraq,
müəssisələrə, təşkilatlara, hüquqi
şəxslərə məxsus olan, texniki cəhətdən
saz, ixtisaslaşdırılmış vaqon və
konteynerlərdən, eləcə və Azərbaycan Dövlət
Dəmir Yolu parkının universal vaqonlarından və
konteynerlərindən istifadə oluna bilər (təhlükəli
yüklərin daşınması üçün təyin olunmuş
vaqon-sisternlərin ölçüləri 19 nömrəli əlavədə
verilmişdir).
Təhlükəli yüklərin
daşınmasına icazə verilən vaqon və
konteynerlərin növü (modeli) Azərbaycan Dövlət Dəmir Yolu
və Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmaqla, məhsulun normativ texniki
sənədləri ilə (dövlət standartları və
texniki şərtlərlə) müəyyən olunur.
7.1.2. Təhlükəli yüklərin
daşınması üçün təyin olunmuş vaqon və
konteynerlərdə «eni 1520 mm olan dəmir yolunun yük
parkının vaqonlarında işarələr və
yazılar» albomuna uyğun işarə və yazılardan
başqa, yüklərin daşınma Qaydalarına uyğun olaraq
yükün nəqliyyat təhlükəsini xarakterizə edən
markası və normativ-texniki sənədlərə müvafiq
qaydada fərqləndirici rəngi olmalıdır. Vaqonlara
və konteynerlərə təhlükə işarələrinin
vurulma qaydasını bu Qaydanın, Beynəlxalq və
dövlət standartlarının tələblərinə
uyğun olaraq Azərbaycan Dövlət Dəmir Yolu müəyyən
edir.
7.1.3. Təhlükəli yüklərin
yüklənməsi üçün verilən vaqon və konteynerlər,
təhlükəli yükün axmasını və
səpələnməsini istisna etməklə, texniki və
kommersiya cəhətdən yararlı olmalı, eləcə də
əvvəlcə daşınmış yüklərdən
təmizlənməli və
zərərsizləşdirilməlidir.
Təzyiq altında işləyən
tutumların quruluşu və təhlükəsiz istismarı
qaydalarının fəaliyyət dairəsinə aid olan
vaqon-sisternlər və konteyner-sisternlər bu Qaydaların
tələblərinə cavab verməlidir.
7.1.4. Vaqon təhlükəli yüklərlə
yüklənməzdən əvvəl texniki xidmətdən və
kommersiya cəhətdən baxışdan keçməlidir. Vaqonlar
texniki xidmətə və texniki baxışa yalnız boş
vəziyyətdə, təhlükəli yüklərin
yüklənməsi günü verilir.
Təhlükəli yüklərlə
yüklənməyə verilən vaqonlara texniki xidmət,
baxış və ekipaj hissəsinin (təkər cütü, buks
qovşağı, vaqonun çərçivəsı, tormoz və
zərbəötürən qurğusu və başqaları)
yararlığının təyin olunması dəmir yolunun
vaqon təsərrüfatı işçiləri tərəfindən
aparılır.
Ştat üzrə vaqon
təsərrüfatı işçiləri olmayan stansiyalarda
təhlükəli yüklərlə yüklənməyə verilən
vaqonların texniki xidmət və hazırlıq qaydası
Dövlət Dəmir Yolunun rəisi tərəfindən
müəyyən olunur.
Mülkiyyətdə olan və ya
icarəyə götürülmüş vaqonların texniki vəziyyəti
və qazanın gövdəsinin, eləcə də onun daxili
və xarici avadanlığının, o cümlədən
vaqon-sisternlərin işlək və konstruktiv
avadanlıqlarının yararlığı vaqonun sahibi və
ya icarədarı tərəfindən təyin olunur.
7.1.5. Təhlükəli yüklərlə
yüklənməyə verilən vaqonlar, o cümlədən
yükgöndərənə (yükalana) məxsus olan və ya onlar
tərəfindən icarəyə götürülmüş vaqonların
texniki baxışa təqdim olunma uçotu VU-14 formalı xüsusi
ayrılmış kitabda aparılır.
Vaqon təsərrüfatı işçisi bu
kitabda vaqonun texniki vəziyyəti barədə
yükgöndərən tərəfindən verilən qazanın,
işlək və konstruktiv avadanlığın texniki
vəziyyəti haqqında şəhadətnamə
nömrəsini qeyd edir və bu qeydləri öz imzası ilə
təsdiq edir.
7.1.6. 1-ci və 2-ci sinif təhlükəli
yüklərin daşınması üçün istifadə olunan vaqonlar
yırğalanan yastığı olan təkər cütü və
kompozit tormoz kolodkaları ilə təchiz edilir.
7.1.7. Dövlət Dəmir Yolunun
parkından xüsusi ayrılmış, yükgöndərən (yükalan)
tərəfindən icarəyə götürülmüş və yükgöndərənə
(yükalana) məxsus olan ixtisaslaşdırılmış
vaqonlar sahibkar və ya icarədarın olduğu yerin
stansiyasında qeydiyyatda olmalıdır. Belə vaqonlarda
yalnız, onlarla daşınmaya təyin olunmuş
təhlükəli yükü daşımağa icazə verilir.
7.1.8. Yükgöndərənin (yükalanın)
təhlükəli yükləri daşımaq üçün
ixtisaslaşdırılmış vaqonları, istismar üçün
yüklərin bərkidilməsi üzrə yükgöndərən
tərəfindən hazırlanıb təsdiq edilmiş
təlimatlara uyğun olaraq bütün vasitələrlə təchiz
olunmalıdır.
7.1.9. Təhlükəli yüklərin
daşınması üçün təyin olunmuş
ixtisaslaşdırılmış konteynerlərin ölçüləri
və quruluşu bu məhsulun texniki şərtlərinə
və ya standartların tələblərinə uyğun
olmalı və daşınmanın təhlükəsizliyini
təmin etməlidir.
7.1.10. Təhlükəli yükün
daşınması üçün ixtisaslaşdırılmış konteynerlərin
texniki və eləcə də kommersiya cəhətdən
yararlığını yükgöndərən (yükalan)
müəyyən edir.
7.1.11.
İxtisaslaşdırılmış konteynerləri
yükgöndərən yalnız daşınma üçün təyin
olunmuş təhlükəli yüklərlə yükləməlidir.
7.2.
Təhlükəli yükləri daşımaq üçün istifadə olunan
vaqonların və konteynerlərin texniki xidməti, təmiri
və istismarı
7.2.1. Magistral və sənaye dəmir
yolu nəqliyyatının vaqon təsərrüfatı
işçiləri təhlükəli yükləri daşımaq üçün
təyin olunmuş vaqon və konteynerlərin müəyyən
edilmiş texniki xidmət növlərini vaxtında yerinə
yetirməyə borcludurlar. Onlar:
a) tərtib olunmuş və ya tranzit
qatarlarda olan vaqonların, eləcə də qatardan və ya
qrup vaqonlardan ayırmamaqla, yükləmədən əvvəl
daşınmaya hazırlıq vaxtı boş vaqonların
(Dövlət Dəmir Yolu İdarəsi parkının,
şəxsi mülkiyyətdə olan və icarəyə
götürülmüş) texniki xidmətini;
b) qatardan və qrup vaqonlardan
açılmaqla, daşınmaya kompleks hazırlıq vaxtı
və ixtisaslaşdırılmış yola verilməklə
boş vaqonların cari təmirini (CT-1);
c) tranzit və daxil olan və ya
tərtib olunmuş qatarlardan açılmaqla vaqonların cari
təmirini (ST-2);
ç) depo təmirini (DT);
d) əsaslı təmiri (ƏT)
təmin etməlidirlər.
7.2.2. Vaqon-sisternlərin sahibi olan
müəssisələr (icarədarlar) vaqon-sisternlərin qazanlarının,
siyirtmələrinin, yükləmə-boşaltma
cihazlarının, ixtisaslaşdırılmış örtülü
vaqonların və konteynerlərin Dövlət Dəmir Yolu
İdarəsinin və ya vaqonu hazırlayan müəssisənin
normativ-texniki sənədlərində nəzərdə
tutulmuş həcmdə və vaxtda cari və başqa planlı
təmirini aparmağa borcludurlar.
7.2.3. Vaqon-sisternlərin sahibkarları,
hüquqi şəxslər təhlükəli yükləri
daşımaq üçün, qazanların texniki
baxışlarının, təftişlərin,
təmirlərin, işlək və konstruktiv
avadanlıqların hidravliki və pnevmatik
sınaqlarının, qoruyucu qurğuların
sazlığının yoxlanılmasının
qeydiyyatını təmir jurnallarında aparmağa borcludur.
İşlək və konstruktiv avadanlığın
dəyişdirilməsi haqqında məlumatlar sisternin
pasportuna qeyd olunmalıdır. Qoruyucu klapanların
təftişi, təmiri və nizamlanması haqqında aktlar
qoruyucu klapanların pasportları ilə birgə
saxlanmalıdır.
7.2.4. Konkret təhlükəli yükü
daşımaq üçün ixtisaslaşdırılmış vaqon
və konteynerlərin əsaslı və depo təmirinin
dövriliyi, üsulu və həcmi onları hazırlayan müəssisə
tərəfindən, yuxarıda göstərilənlərin
pasportlarında və istismarın təhlükəsizliyi
təlimatlarında göstərilməlidir.
Belə göstəricilər olmadıqda
vaqonların və konteynerlərin əsaslı və depo
təmiri Dövlət Dəmir Yolu tələblərinə
uyğun təyin olunmuş vaxtda aparılır.
Təhlükəli yükləri daşıyan
vaqonların əsaslı və depo təmirinin vaxtı
üzrə Dövlət Dəmir Yolu normativləri olmadıqda,
təmirlər aşağıdakı cədvəldə
verilmiş tələblərə uyğun
aparılmalıdır.
Planlı təmir növlərinin
keçirilmə vaxtı
|
Dəmir yolu nəqliyyat
vasitələrinin növü |
Depo təmiri (DT) |
Əsaslı təmir (ƏT) |
|||
|
Hazırlanmadan sonra |
DT-dən sonra |
ƏT-dən sonra |
Hazırlanmadan sonra |
ƏT-dən sonra |
|
|
Təhlükəli yükləri daşımaq üçün
ixtisaslaşdırılmış vaqonlar |
2 ildən sonra |
1 ildən sonra |
2 ildən sonra |
5 ildən sonra |
4 ildən sonra |
7.2.5. Vaqon təmiri
müəssisələri Azərbaycan
Dövdağmədəntexnəzarət Komitəsinin xüsusi
razılığı (lisenziyası) olduqda, öz gücləri
və vəsaiti hesabına təhlükəli yüklərin
daşınması üçün təyin olunmuş vaqonların
əsaslı və depo təmirini apara bilərlər.
7.2.6. Təhlükəli yükləri
daşımaq üçün təyin olunmuş vaqonların ekipaj
hissəsinin qovşaqları və detalları əsaslı
və depo təmiri vaxtı, dağıtmayan nəzarət
növü ilə yoxlanılmalıdır, bu yoxlama barədə vaqon
təmiri müəssisəsinin xüsusi jurnalında yoxlama tarixi,
qovşağın (detalın) adı, onun nömrəsi
(detalın nömrəsi olmadıqda jurnalda vaqonun nömrəsi
göstərilir) göstərilməklə cavabdeh şəxsin
imzası ilə təsdiqlənir. Vaqona Dövlət Dəmir Yolu
tərəfindən təsis edilmiş uyğun
işarələr vurulur.
Vaqonların dağıtmayan
nəzarət növləri ilə yoxlanılan
qovşaqlarının və ekipaj hissəsinin siyahısı,
Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmaqla, Dövlət Dəmir Yolu tərəfindən
müəyyən olunur.
7.2.7. Hüquqi şəxslər — vaqon
sahibləri (icarədarları) təhlükəli yüklərin
daşınması üçün vaqonların əsaslı və ya depo
təmirinə göndərilməsindən əvvəl, normativ
sənədlərdə nəzərdə tutulmuş
həcmdə qazanı, vaqon-sisternlərin işlək və
konstruktiv qurğularını, vaqonların və
konteynerlərin gövdəsini təmir etməyə borcludurlar.
Planlı təmir növlərinin aparılması
haqqında — təmirlə məşğul olan vaqon təmiri
müəssisəsi və ya qatarın sahibi, icarədarı olan
müəssisə 20 nömrəli əlavədə göstərilmiş
formada vəsiqə tərtib etməyə borcludur.
Vəsiqə vaqon sahibi
tərəfindən ekipaj hissənin planlı təmir növünü
yerinə yetirən vaqon təmiri müəssisəsinə verilir
və bu da vaqonun müvafiq təhlükəli yük daşımağa
yararlığı haqqında şəhadətnamə
tərtib etmək üçün əsas sənədlərdən biridir.
Vaqonun, konteynerin sahibi VU-36 formalı
xəbərdarlıq əsasında vaqonun, konteynerin pasportunda
planlı təmir növünün yeri və vaxtı haqqında
qeydlər etməlidir.
7.2.8. Təhlükəli yüklər üçün olan
vaqonların bütün növ təmiri vaxtı, bu vaqonların
arabacığının məxsus olduğu vaqondan
ayrılmasına yol verilmir. Arabacığın markalanası
detallarının və qovşaqlarının siyahısı,
onların üzərinə yazıların, işarələrin,
möhürlərin vurulma qaydasını Dövlət Dəmir Yolu
İdarəsi təyin edir.
Vaqonların və konteynerlərin
təmir üçün sökülməsinə və hazırlanmasına
yalnız xüsusi ayrılmış yerlərdə icazə
verilir.
Təhlükəli yükləri daşımaq
üçün vaqon və konteynerlərin təmirdən qabaq sökülmüş
bütün hissələri və qovşaqları çirkdən yuyucu
maşında (və ya qaynatma vannasında) yuyulur və ya
sanitar nəzarətinin yerli orqanları ilə
razılaşdırılmış üsullarla təmizlənir.
7.2.9. Müəssisənin və ya hüquqi
şəxsin mülkiyyətində olan vaqon-sisternlərin
qazanlarının, işçi və konstruktiv
qurğularının, vaqon və konteynerlərin gövdəsinin
cari, əsaslı və depo təmirini Dövdağmədəntexnərazət
Komitəsi tərəfindən, bu növ fəaliyyətə
verilən xüsusi razılığı (lisenziyası) olan
Dövlət Dəmir Yolu, başqa nazirlik və idarələrin
ixtisaslaşdırılmış təşkilatları
yerinə yetirə bilərlər.
7.2.10. Vaqon-sisternlərin,
konteyner-sisternlərin qazanlarının, onların işçi
və konstruktiv qurğularının təmir
edilməsinə, yüklənmiş vəziyyətdə açıq
alovla hər hansı təmir işlərinin yerinə
yetirilməsinə yol verilmir.
Yüklənmiş və ya
zərərsizləşdirilməmiş boş vaqonların
arabacıqlarında, alov, qaynaq və zərbə tətbiq
etməklə iş aparmaq vacib olduqda, arabacıqlar vaqon-sisternin
altından diyirlənib çıxarılır və mövcud
normativ-texniki sənədlərin tələblərində
göstərilmiş məsafəyə qədər kənara
çəkilir.
7.2.11. Təhlükəli yükləri
daşımaq üçün vaqon sisternlərin qazanının,
eləcə də onların işçi və konstruktiv
qurğularının, xüsusi vaqon və konteynerlərin
gövdəsinin ixtisaslaşdırılmamış vaqon-təmiri
müəssisələrində təmir olunmasına yol verilmir.
7.2.12. Təhlükəli yüklərin
daşınması üçün planlı təmir növünə 15 gündən
az qalan vaqonlardan və konteynerlərdən istifadə
edilməsinə yol verilmir.
Dövlət standartları ilə
müəyyən olunmuş və ya normativ-texniki
sənədlərə uyğun olaraq normativ istismar
müddətini qurtarmış şəxsi vaqonların (icarə
edilmiş) və konteynerlərin istifadə olunmasına yol
verilmir.
Gələcək istismara icazə
planlı təmir işləri yerinə yetirildikdən sonra və
Dövdağmədəntexnəzarət Komitəsinin xüsusi
razılığı (lisenziyası) olan ekspert
təşkilatının bu vaqon və konteynerlərin istismara
davamlığının mümkünlüyü haqqında rəyi olduqda,
Dövlət Dəmir Yolu Dövdağmədəntexnəzarət
Komitəsi ilə birlikdə verilə bilər.
7.2.13. Təhlükəli yüklə
yüklənmiş vaqonlarda hərəkət zamanı, dəmir
yollarının Texniki istismarı Qaydalarındakı normadan
artıq nasazlığı və ya ekipaj hissəsinin
detallarının və qovşaqlarının yeyilməsi
aşkar edildikdə, aşkar edilmiş qüsurları aradan
götürməyə vasitəsi olan, yaxınlıqdakı texniki
baxış məntəqəsinə gələcək
nəql etmə qaydaları və rejimi Dövlət Dəmir Yolu
tərəfindən müəyyən olunmuş qaydalar ilə
aparılır.
7.2.14. Təhlükəli yükləri daşımaq
üçün vaqonların və konteynerlərin təmiri ilə
məşğul olan vaqon təmiri
müəssisələrində Dövlət Dəmir Yolu
tələbləri ilə müəyyən olunmuş
sənədlərdən başqa:
a) vaqon xidmətinin rəisi
tərəfindən təsdiq edilmiş müəssisənin
pasportunda təmir olunmuş vaqonun növü və modeli,
daşınan təhlükəli yükün növü barədə qeydiyyat;
b) vaqonların hissələrinin və
qovşaqlarının dağıtmayan nəzarət
vasitəsi ilə müvafiq təmir növünün aparılması,
eləcə də onların dövlət standartlarına uyğun
olması haqqında xüsusi xidmətin (laboratoriya) rəyi;
c) ölçü vasitələri və onların
dövlət standartlarına uyğunluğu haqqında meteoroloji
xidmətin rəyi;
ç) dəmir yolunun vaqon
təsərrüfatı xidmətinin, müəssisənin sənaye
sahələri üzrə standartların ƏTSS (Əməyin
təhlükəsizliyi üzrə sənaye sahələri
standartlarının) tələblərinə cavab verməsi
və təmirə verilmiş vaqonun və konteynerin növünə
və modelinə uyğun olaraq təmir növünün tam həcmdə
yerinə yetirilməsini təmin etməyə qadir olması
haqqında rəy olmalıdır.
Müəssisələr ixtisaslı
mütəxəssislərlə və xidməti heyətlə
tərtib olunmalıdır.
7.3.
Təhlükəli yüklərin daşınması üçün vaqonların
və konteynerlərin texniki yoxlanılması
7.3.1. Təhlükəli yüklərin
daşınması üçün vaqonların və konteynerlərin
texniki yoxlanılması (TY) planlı təmir növlərinin (DT,
ƏT) yerinə yetirilməsi vaxtı aparılmalıdır.
Ümumi istifadə olunan dəmir yoluna
işləməyə buraxılan, mülkiyyət formalarından
asılı olmayaraq, hüquqi şəxslərə,
birliklərə, təşkilatlara, müəssisələrə
məxsus olan vaqonların ekipaj hissəsinin texniki
yoxlanılması Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən xüsusi razılığı
(lisenziyası) olan, vaqon-təmiri
müəssisələrində Dövlət Dəmir Yolunun mövcud
normativ-texniki sənədlərinin tələblərinə
əməl olunmaqla aparılır.
7.3.2. Vaqonların və konteynerlərin
texniki yoxlanılması vaxtı xarici və daxili
baxışdan, vaqon-sisternlər və konteyner-tutumlar isə
təmir növündən (yoxlanılmasından) asılı olaraq
kipliyə, pnevmatik və ya möhkəmliyə hidravlik sınaqdan
keçirilməlidir.
Vaqonların qazanının
(gövdəsinin) və konteynerlərin texniki yoxlanılmasının
həcmi, üsulları və dövriliyi normativ-texniki
sənədlərin tələblərinə uyğun
olmalıdır.
0,07 Mpa (0,7 kqq/sm2)-dən
yüksək və ya 0,07 mpa (0,7 kqq/sm2)-dən artıq
təzyiqdə yüklər daşıyan vaqon-sisternlərin
qazanlarının texniki yoxlanılmasında təzyiq
altında işləyən tutumların və
qurğuların təhlükəsiz istismarı Qaydalarına
uyğun olaraq vaxtaşırı onların
boşaldılması təşkil edilir.
7.3.3. Vaqon-sisternlərin
qazanlarının kipliyə və möhkəmliyə
sınağı, müəssisənin rəhbəri
tərəfindən təsdiq olunmuş və Dövlət
Dəmir Yolu vaqon təsərrüfatı xidməti ilə
razılaşdırılmış mövcud normativ-texniki
sənədlər üzrə aparılmalıdır.
Vaqon-sisternlərin qazanlarında və
konteyner tutumlarında aşağıdakılar aşkar
edilməyibsə, hidravlik sınaqdan çıxmış
sayılır:
a) qazanın qaynaq
birləşmələrində, silindrik hissəsində
və dibində tərləmələr, yaşarmalar, axmalar;
b) sökülə bilən
birləşmələrdə axmalar;
c) görünən deformasiya qalığı.
Əgər manometrdə təzyiq
aşağı düşməyibsə, sökülə bilən
birləşmələrdən və ya qaynaq
tikişlərindən hava itkisi olmayıbsa,
vaqon-sisternlərin qazanı və ya konteyner-tutumlar kipliyə
pnevmatik sınaqdan çıxmış sayılır.
Təzyiqin sınaq qiyməti və
sınaqların nəticələri vaqon-sisternlərin və
ya konteynerlərin (tutumların) pasportunda qeyd olunur.
7.3.4. Təhlükəli yüklərin
daşınması üçün vaqon və konteynerlərin
növbədən kənar texniki yoxlanılması
aşağıdakı hallarda aparılmalıdır:
a) vaqonun relsdən çıxması,
qəza hadisələri və toqquşma nəticəsində
vaqonların və konteynerlərin zədələndiyi
hallarda;
b) qaynaq və lehimləmə tətbiq
etməklə vaqon-sisternlərin, konteynerlərin
qazanlarının və onların işçi, konstruktiv
qurğularının plandan kənar təmirindən sonra;
c) vaqon və konteyner əgər 12 aydan
çox istismar olunmayıbsa;
ç) vaqon-sisternin qazanı əgər
sökülüb başqa çərçivəyə quraşdırılıbsa;
d) vaqon və konteynerin xarici və daxili
mühafizə örtüyü dəyişdirilibsə;
e) vaqon sahibi, müəssisəsinin
qatarının texniki vəziyyəti üzrə cavabdeh
nəzarət işçisinin və ya Dövdağmədəntexnəzarət
Komitəsinin göstərişi ilə.
7.3.5. Xüsusi vaqonları olan
təşkilatlarda, müəssisələrin təmir-sınaq
məntəqələrində, hazırlayıcı
müəssisələrdə, vaqon-təmiri müəssisələrində
vaqon və konteynerlərin texniki yoxlanılmasının
vaxtında və keyfiyyətlə aparılmasına cavabdehliyi
hüquqi şəxs və müəssisələrin müvafiq
rəhbəri daşıyır.
7.3.6. Vaqon-sisternlərin və
konteynerlərin qazanlarının texniki yoxlanılması
vaxtı aşkar edilmiş qüsurlar aradan götürülməlidir.
7.3.7. Texniki yoxlamanın
nəticələri vaqon və ya konteynerin pasportuna yoxlama
aparan işçi tərəfindən qeyd olunur.
7.3.8. Təhlükəli yükləri
daşımaq üçün vaqonlarda Dövlət Dəmir Yolunun normativ
texniki sənədlərinə uyğun növbəti planlı
təmir növünün tarixi göstərilir.
7.3.9. Vaqonların və konteynerlərin
müəssisələri — sahibkarları, vaqon-sisternlərinin
qazanlarının, onların işçi və konstruktiv
qurğularının texniki yoxlanılması və təmiri
vaxtı, vaqon-sisternin qazanın üzərinə növbəti texniki
yoxlanılmanın aparılması tarixi haqqında
yazılır. 2-ci sinif təhlükəli yükləri
daşımaq üçün olan vaqon-sisternlərin üzərinə
növbəti daxili baxışının və hidravlik
sınağının aparılması tarixi yazılır.
Eyni zamanda bu vaqonlarda yoxlama aparan müəssisənin şərti
nömrəsi göstərilməlidir.
7.4.
Təhlükəli yükləri daşımaq üçün xaricdən
alınan vaqon və konteynerlərə tələblər
7.4.1. Təhlükəli yükləri
daşımaq üçün xaricdən alınan vaqonlar, konteynerlər
və ya onların qovşaqları və hissələri
Dövlət Dəmir Yolu tərəfindən müəyyən
olunmuş və ya onunla razılaşdırılmış
normativ-texniki sənədlərinə uyğun olaraq bu
Qaydaların tələblərinə müvafiq olmalı,
təzyiq altında işləyən vaqon-sisternlər və
konteynerlər isə Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən müəyyən edilmiş
qaydaların tələblərinə cavab verməlidir.
7.4.2. Təhlükəli yükləri
daşımaq üçün xaricdən alınan və ya tranzitlə Azərbaycanın
ərazisindən keçən vaqonların və konteynerlərin
yeni modelləri Dövlət Dəmir Yoluna istismara 21 nömrəli
əlavəyə uyğun forma üzrə, texniki ekspertizanın aktı
əsasında Dövdağmədəntexnəzarət
Komitəsinin razılığı ilə buraxıla
bilər.
7.5.
Təhlükəli yükləri daşımaq üçün
ixtisaslaşdırılmış vaqonlara və
konteynerlərə xidmət edən heyətə olan
tələblər
7.5.1. Təhlükəli yükləri
daşımaq üçün ixtisaslaşdırılmış
vaqonların və konteynerlərin xidmətinə, 21 yaşdan
cavan olmayan, tibbi yoxlamadan keçən, müəyyən olunmuş
proqramla təlim keçmiş, attestasiyası olan və
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
xidmətinə hüquq verən vəsiqəsi olan
şəxslər buraxıla bilər.
7.5.2. Təhlükəli yükləri
daşımaq üçün ixtisaslaşdırılmış vaqon
və konteynerlərə xidmət edən heyət təlim
və attestasiyanı Dövdağmədəntexnəzarət
Komitəsinin xüsusi razılığı (lisenziyası) olan
peşəkar-texniki məktəbdə, təlim-kursu
kombinatında (kurslarda), eləcə də
Dövdağmədəntexnəzarət Komitəsinin dəmir
yolunda təhlükəli yüklərin daşınması üzrə
nəzarət müfəttişliyi və dəmir yolunun uyğun
idarəsi ilə razılaşdırılmış
proqramları üzrə müəssisələrlə
(təşkilatlarla) birgə yaradılmiş xüsusi kurslarda
keçməlidir.
Heyətin fərdi
hazırlığına yol verilmir.
7.5.3. Təhlükəli yüklər
daşımaq üçün ixtisaslaşdırılmış vaqon və
konteynerlərə xidmət edən heyətin əsas
peşələr üzrə təlimi və attestasiyası
Dövlət Dəmir Yolu tərəfindən təsdiq edilmiş
və Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmış qaydalarda
aparılmalıdır. Xidmət edən heyətin biliyinin
yoxlanılması haqqında ixtisaslaşdırılmış
vaqon və konteynerlərin xidmətinə buraxılmış
hər bir işçiyə, onun görməli olduğu işlərin
siyahısı göstərilməklə xüsusi akt tərtib edilir.
7.5.4.
İxtisaslaşdırılmış vaqon və
konteynerlərə xidmət edən heyətin biliklərinin
dövri yoxlanılması 12 ayda 1 dəfədən az olmamaqla
aparılmalıdır.
Biliklərin növbədənkənar
yoxlanılması aşağıdakı hallarda
aparılır:
a) başqa müəssisəyə keçid
vaxtı;
b) vaqon və konteynerlərin
təhlükəsiz xidməti üzrə təlimatda
dəyişikliklər edildikdə;
c) Dövdağmədəntexnəzarət
Komitəsinin və ya vaqon və konteynerlərin texniki
vəziyyətinə və təhlükəsiz istismarına
nəzarət edən müəssisənin cavabdeh işçisinin
göstərişi ilə;
ç) ixtisas üzrə işdə 12 aydan
artıq fasilə olduqda, ixtisaslaşdırılmış
vaqon və konteynerlərə xidmət edən heyətin
biliklərinin yoxlanılmasından sonra, sərbəst
işə buraxılmazdan əvvəl təcrübü
vərdişlərin bərpa olunması üçün təcrübə
keçməlidir. Xidmət edən heyətin biliyinin
yoxlanılmasının nəticələri
protokollaşdırılır, Komissiya üzvlərinin və
sədrin imzası ilə vəsiqədə qeyd olunur.
7.5.5. Heyətin
ixtisaslaşdırılmış vaqon və
konteynerlərdə sərbəst xidmət etməyə
buraxılması hüquqi şəxsin, müəssisənin
(təşkilatın) əmri ilə
rəsmiləşdirilməlidir.
7.5.6. Təhlükəli yüklərin
daşınması üçün nəqliyyat vasitələrinin texniki yoxlanılması
ilə əlaqədar olan vaqon təmiri
müəssisələrinin işçiləri
Dövdağmədəntexnəzarət Komitəsi ilə
razılaşdırılmış proqram üzrə xüsusi
təlim kursundan, attestasiyadan keçməli və vaqon təmiri
müəssisəsi üzrə əmrlə təyin
olunmalıdırlar.
7.5.7. Müəssisənin (idarənin)
rəhbəri və yaxud hüquqi şəxs tərəfindən
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
iş rejimi və təhlükəsizlik xidməti üzrə təlimat
hazırlanıb təsdiq edilməlidir. Xidməti heyətin
imzaları ilə tanış olmaları vacib olan Təlimat
işçi yerlərində saxlanılmalıdır.
VIII
hissə
8.1.
Magistral və sənaye dəmir yolu nəqliyyatında
dəmir yollarının, yol dəyişdiricilərinin,
siqnalizasiya və rabitə qurğularının saxlanmasına
əsas tələblər
8.1.1. Dəmir yolunun bütün elementləri:
torpaq yatağının, üst quruluşunun və süni
qurğuların möhkəmliyi, davamlığı və
vəziyyəti, eləcə də onların saxlanması
qaydaları Azərbaycan dəmir yolunun Texniki istismar
Qaydalarının (TİQ) tələblərinə cavab
verməlidir.
8.1.2. Daxili dalan yolları olan və
təhlükəli yüklərlə əməliyyat aparan
müəssisələrdə yol təsərrüfatının
texniki pasportu olmalıdır.
8.1.3. Təhlükəli yüklərlə
əməliyyat aparan sənaye müəssisələrinin dalan
yollarının planı və kəsiyi 10 ildə bir
dəfədən az olmayaraq vaxtaşırı instrumental
yoxlamadan keçməlidir.
Dəmir yolu stansiyasının
çeşidləmə təpəsinin, yarım-təpəsinin,
manevr dartmalarının, təpə yollarının uzununa
kəsiyi Azərbaycan dəmir yollarının texniki istismar
Qaydalarına uyğun yoxlanılmalıdır.
8.1.4. Qatarın hərəkətinin
və manevr işlərinin təhlükəsizliyini təmin
etmək üçün yolqolu sahiblərinin yolu, yolqolu sahibinin cavabdeh
işçiləri tərəfindən süni qurğuları, torpaq
yatağı, məntəqələrdə, stansiyalarda, keçid
yollarında yol qurğuları sistematik baxılıb və
yoxlanılmalıdır. Bütün aşkar edilmiş nasazlıqlar
və pozuntular xüsusi jurnalda qeyd olunur və onların aradan
qaldırılması üçün lazımi tədbirlər (vaxtını
göstərməklə) müəyyən olunur. Aşkar edilmiş
nasazlıqları aradan qaldırmaq üçün cavabdehlik hüquqi
şəxsin, müəssisənin — yolqolu sahibinin rəhbəri
üzərinə qoyulur.
8.1.5. Nəzarət-ölçü cihazları
və alətləri mövcud normativ-texniki
sənədlərə uyğun olaraq vaxtaşırı
nəzarət və yoxlamadan keçməlidir.
8.1.6. 1-ci və 2-ci sinif təhlükəli
yüklərlə yüklənmiş vaqonların
saxlandığı yollar, onların hərəkət
marşrutları, eləcə də qəza kartoçkasında
göstərilmiş tədbirlərin yerinə yetirilməsi üçün
yolların hər ay stansiya rəislərinin və ya
onların müavinlərinin rəhbərliyi ilə
baxışı zamanı komissiya tərəfindən
aşkar edilmiş nasazlıqların, yolun, yol
dəyişdiricilərinin, Siqnalizasiya Mərkəzi Blokunun
(SMB) və rabitə qurğularının baxış
jurnalında qeydiyyatı aparılmalıdır.
8.1.7. Təhlükəli yüklə
yüklənmiş vaqonların keçid yollarındakı
hərəkəti mərkəzləşdirilməmiş
yoldəyişdiriciləri ucluqlarının relsin ramasına
kip birləşməsini təmin edən cəftəsi
olmalıdır. Bütün yoldəyişdiricilərini asma
qıfılla bağlamaq üçün qurğularla təchiz
olunmalıdır. Əllə işləyən
yoldəyişdiricilərinin göstərici işarələri
olmalıdır.
8.1.8. Yolqolu sahiblərinin
məntəqələrdəki, stansiyalardakı, keçid
yollarındakı yollarının və
yoldəyişdiricilərinin saxlanılma norması Dövlət
Dəmir Yolunun tələblərinə uyğun
olmalıdır.
Eni 1512 mm-dən az və 1548 mm-dən
çox olan dəmir yollarının istismar edilməsinə yol verilmir.
8.1.9. Partlayıcı materiallar,
zəhərləyici, zəhərləyici xüsusiyyəti olan
maddələr, maye və sıxılmış qazlar,
daşınan dalan yollarındakı keçidlər tənzimlənən
olmalıdır, mümkün olmadıqda göstərilmiş
yüklərlə yüklənmiş vaqonların təhlükəsiz
getməsini təmin edən tədbirlər görülməlidir.
IX
hissə
9.1.
Dövlət Dəmir Yolunun lokomotiv parkına, sənaye
müəssisələrinə mənsub olan, yaxud onlar
tərəfindən icarəyə götürülən
lokomotivlərə tələblər
9.1.1. Təhlükəli yüklərin
daşınması üzrə qatar və manevr işləri
ilə məşğul olan lokomotivlər stansiya və
istifadə olunan məntəqələr hüdudunda istismar oluna
bilər.
Təhlükəli yüklərin
daşınmasında lokomotivlərin təhkim olunmamış
məntəqələrdə istifadə olunmasına yol
verilmir.
9.1.2. Təhlükəli yükləri
daşımaqla məşğul olan lokomotivlər:
§ beynəlxalq və dövlət
standartlarının tələblərinə cavab
verməlidir;
§ saz işləyən avtomatik lokomotiv
rabitəsilə, avtostopla, sürət ölçənlə, lokomotivin
geri getməsini istisna edən əlavə təhlükəsizlik
qurğusu ilə, qatar və manevr radiorabitəsi ilə, saz qığılcımtutan
və (və ya) qığılcımsöndürən cihazlarla
və alovsöndürən qurğularla, təhlükəsiz
hərəkət üçün başqa sistem və qurğularla
təmin olunmalıdır. Yuxarıda göstərilən texniki
cihaz və qurğularla təchiz olunmamış
lokomotivlərin təhlükəli yüklə yüklənmiş vaqonları
olan qatarlara bağlanmasına yol verilmir.
9.1.3. Elektrovozlar və teplovozlar
Dövlət Dəmir Yolunun müəyyən olunmuş
normativlərinə uyğun yanğınsöndürən
qurğularla təchiz olunmalıdır.
9.1.4. Bir nəfərlə xidmət
olunan lokomotivin tərkibində partlayıcı materiallarla,
zəhərli maddələrlə, maye qazlarla yüklənmiş
vaqonlar olan qatarlara verilməsinə yol verilmir.
9.1.5. Təhlükəli yüklərlə
əməliyyat aparan sənaye müəssisələrinin
lokomotivləri Dövlət Dəmir Yolunun müəyyən
olunmuş normalarına əsasən texniki baxışdan
və planlı təmir növlərindən keçməlidirlər.
Ümumi istifadə yoluna çıxmağa hüququ olan lokomotivlər,
dəmir yolu şöbəsinin nümayəndəsinin iştirakı
ilə texniki vəziyyətinin yaz və payız komissiya
baxışınlan keçməlidir.
9.1.6. Təhlükəli yüklərlə
yüklənmiş vaqonlarla qatar və manevr işlərində
iştirak edən magistral və sənaye dəmir yolu
nəqliyyatının lokomotiv briqadaları, bu Qaydaların
tələblərinə uyğun olaraq təlim və
sınaqdan keçməlidir.
X
hissə
10.1.
Təhlükəli yüklərin daşınmasına idarədaxili
nəzarətin təşkili
10.1.1. Magistral və sənaye dəmir
yolu nəqliyyatında təhlükəli yüklərin
daşınmasının təhlükəsizliyinin təmin
edilməsinə nəzarəti idarədaxili nəzarət
xidməti (İDNX) həyata keçirir.
10.1.2. Dövlət Dəmir Yolunun
müəssisələrində idarədaxili nəzarəti,
idarənin texniki təhlükəsizlik üzrə xidmətləri
yerinə yetirirlər.
10.1.3. Balansında təhlükəli
yükləri daşımaq üçün nəqliyyat vasitələri və
xüsusi konteynerləri olan hüquqi şəxslər, sənaye müəssisələrinin
(təşkilatların) rəhbərləri, eləcə
də yardımçı vaqonların sahibləri, onların
mülkiyyət formasından asılı olmayaraq nəqliyyat vasitələri
və konteynerlərin saz halda saxlanmasını və
təhlükəsiz istismar edilməsi şəraitini təmin
etməyə borcludur. Bu məqsədlə:
a) müəssisənin rəhbərliyinin
əmri ilə ixtisaslaşdırılmış vaqonların
və konteynerlərin təhlükəsiz istismarına və
texniki vəziyyətinə nəzarət üçün cavabdeh
şəxs, müəyyən olunmuş qaydada bu Qaydaların,
Dövlət Dəmir Yolunun normativ-texniki sənədlərinin
tələbləri, müəssisənin dalan yollarında
təhlükəli yüklərin təhlükəsiz
daşınmasını təmin edən təlimatlar üzrə
təlim və biliyin yoxlanılmasını həyata
keçirən şəxsləri təyin etməlidir;
b) təlim keçmiş və
ixtisaslaşdırılmış vaqonlara və
konteynerlərə xidmət etmək üçün hüququ vəsiqəsi
olan, lazımi miqdarda xidmət heyəti təyin olunmalı,
eləcə də armaturların fəaliyyətinə,
nəzarət-ölçü cihazlarına, qoruyucu, bloklama,
bağlayıcı qurğularına və
ixtisaslaşdırılmış vaqonların və
konteynerlərin saz vəziyyətdə saxlanılmasına
baxış, yoxlama qaydaları müəyyən
olunmalıdır. Baxışın və yoxlamanın
nəticələri xüsusi jurnalda qeyd olunmalıdır;
c) müəyyən edilmiş vaxtlarda
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
texniki yoxlanılmanın aparılması təmin
olunmalıdır;
ç) rəhbər işçilərin və
mütəxəssislərin texniki sənədlər üzrə
biliyinin yoxlanma qaydası və dövriliyi
Dövdağmədəntexnəzarət Komitəsi
tərəfindən təsdiq edilmiş «Rəhbər
işçilərlə və mütəxəssislərlə texniki
təhlükəsizlik üzrə qaydaların, normaların və
təlimatların öyrənilməsini təmin etmək
məqsədilə yoxlama qaydaları haqqında nümunəvi
müddəalarla» təmin olunur;
d) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin təhlükəsiz xidməti və
iş rejimi üzrə təlimatların öyrənilməsinin
vaxtaşırı yoxlanılması təşkil
olunmalıdır;
e) mütəxəssislər
ixtisaslaşdırılmış vaqonların və
konteynerlərin təhlükəsiz istismarı üzrə qaydalarla,
rəhbər göstərişlərlə və başqa normativ
texniki sənədlərlə, heyət isə təlimatlarla
təmin olunmalıdır;
y) bu Qaydaların və
təlimatların mütəxəssislər və xidmət
edən heyət tərəfindən yerinə yetirilməsi
təmin olunmalıdır.
10.1.4.
İxtisaslaşdırılmış vaqon və
vaqon-konteynerlərin təhlükəsiz istismarı və texniki
vəziyyəti üzrə nəzarəti həyata keçirən
cavabdeh mütəxəssis:
a) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin işçi vəziyyətində
baxışdan keçirilməsini və onların istismarında
(yükləmə, boşaltma) müəyyən olunmuş
üsulların yerinə yetirilməsini yoxlamağa;
b) vaqon-sisternlərin qazanlarını,
ixtisaslaşdırılmış vaqon və konteynerləri
texniki baxışdan keçirməyə;
c) vaqon-sisternlərin və
ixtisaslaşdırılmış konteynerlərin (Tezyiq
altında işləyən və
Dövdağmədəntexnəzarət Komitəsi
tərəfindən qeydə alınmış tutumların),
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
orqanları tərəfindən
ixtisaslaşdırılımış vaqonların vaqon
təmiri müəssisələrində yoxlanılması və
təmiri üçün hazırlığını və vaxtında
təqdim olunmasına nəzarəti həyata keçirməyə;
ç) müəssisənin balansında olan
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
yoxlanılmasının qeydiyyat kitabını aparmağa;
d) Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən verilmiş
göstərişlərin yerinə yetirilməsinə
nəzarət etməyə;
e) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin vaxtlı-vaxtında və
bütövlüklə planlı-ehtiyat təmirinin aparılmasına,
eləcə də təmir işləri aparıldıqda, bu
Qaydaların tələblərinə əməl olunmasına
nəzarət etməyə;
ə) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin xidmətinə
fəhlələrin, heyətin buraxılmasında bu Qaydalarla
müəyyən olunmuş tələblərə əməl
olunmasını yoxlamağa, eləcə də
mütəxəssislərin və xidmət heyətinin biliyinin
vaxtaşırı yoxlanılması və attestasiya üzrə
komissiyalarda iştirak etməyə;
f) xidmət edən heyətə müvafiq
təlimatların verilməsini, eləcə də bu
təlimatların iş yerlərində təbiq
olunmasını yoxlamağa;
q) vaqon-sisternlərin qazanlarının,
onların işçi və konstruktiv avadanlığının,
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
gövdəsinin təmiri və istismarı üzrə texniki
sənədlərin aparılmasının düzgünlüyünü yoxlamağa;
ğ) vaqon-sisternlərin
qazanlarının və xüsusi konteynerlərin,
Dövdağmədəntexnəzarət Komitəsi
tərəfindən keçirilən texniki yoxlamalarda və
təhqiqlərdə iştirak etməyə borcludur.
10.1.5. Nasazlıqlar, eləcə də
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
istismarı üzrə təlimatların və bu Qaydaların
pozulması aşkar edildikdə, nəzarətə cavabdeh olan
şəxs aşkar edilmiş nasazlıqları və
pozuntuları aradan qaldırmaq üçün tədbirlər görməli,
lazım gəldikdə isə
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
istismardan çıxmağını tələb etməlidir.
10.1.6. Müəssisənin
mütəxəssisinin, ixtisaslaşdırılmış vaqon
və konteynerlərin texniki vəziyyətinə və
təhlükəsiz istismarına cavabdeh şəxsin:
a) müəssisənin
(təşkilatın) rəhbərliyinə, eləcə
də dəmir yolunun rəhbərliyinə
(ixtisaslaşdırılmış vaqon və konteynerlərin
qeydiyyat yeri üzrə) qəza və pozuntularla əlaqədar
hadisələri yaradan səbəbləri aradan qaldırmaq
üçün təkliflər verməyə;
b) xidmətedici heyətin arasında,
təlim keçməmiş, eləcə də biliyi qeyri-kafi
göstərilən şəxslər aşkar edildikdə,
onları ixtisaslaşdırılmış vaqon və
konteynerlərin xidmətindən kənar etməyə;
c) müəssisənin
rəhbərliyinə, xidməti heyət tərəfindən
qaydaların və təlimatın tələblərini pozan
şəxslərin məsuliyyətə cəlb edilməsi
üzrə təklif verməyə hüququ var.
10.1.7. Müəssisənin (sexin,
sahənin), ixtisaslaşdırılmış vaqon və
konteynerlərin təhlükəsiz istismarına və saz
saxlanması vəziyyətinə görə məsuliyyət
ixtisaslaşdırılmış vaqon və
konteynerlərə xidmət edən heyətin tabe olduğu
mütəxəssisə əmrlə həvalə olunur.
Məsul şəxsin təyin olunma
əmrinin nömrəsi, tarixi, soyadı, adı, atasının
adı haqqında Dövdağmədəntexnəzarət
Komitəsinin müvafiq nəzarət orqanına məlumat
verilməlidir.
10.1.8. Məsul şəxs:
a) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin saz vəziyyətdə
saxlanmasını və təhlükəsiz istismarını;
b) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin təlim almış və
attestasiyadan keçmiş xidməti heyətlə;
c) xidməti heyət
tərəfindən ixtisaslaşdırılmış vaqon
və konteynerlərin təhlükəsiz xidməti və iş
rejimi üzrə təlimatın yerinə yetirilməsini;
ç) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin vaxtlı-vaxtında təmirini
və texniki baxışa hazırlanmasının həyata
keçirilməsini;
d) xidmət heyətini təlimatlarla,
eləcə də vaxtaşırı onların biliklərinin
yoxlanılmasını;
e) vaxtlı-vaxtında aşkar
edilmiş nasazlıqların aradan götürülməsini təmin
etməlidir.
10.1.9.
İxtisaslaşdırılmış vaqon və
konteynerlərin saz vəziyyətinə və təhlükəsiz
istismarına cavabdeh olan məsul şəxs:
a) ixtisaslaşdırılmış
vaqon və konteynerləri yüklənmədən qabaq boş
halda, yüklənmiş halda, yüklənmədən sonra,
ixtisaslaşdırılmış vaqon və konteynerləri
dəmir yolu stansiyasına daşınmaya təqdim
etməzdən qabaq, yüklənmiş və boş halda
yoxlamağa;
b) ixtisaslaşdırılmış
vaqon və konteynerlər daşınmaya təsdiq edildikdə,
yoxlamanın nəticələri əsasında dəmir yolu
stansiyasının və vaqon deposunun işçilərinə, 22
nömrəli əlavəyə uyğun forma üzrə vaqon və ya
konteynerlərin, müəyyən olunmuş təhlükəli yükün
təhlükəsiz daşınmasına təminat verən, onun
alətləri daxil olmaqla, texniki sazlığı haqqında
şəhadətnamə verməyə;
c) gündəlik jurnalda qeydləri
yoxlamağa və imzalamağa;
ç) heyətlə onun ixtisasının
artırılması üçün iş aparmağa;
d) vaqon-sisternlərin, xüsusi
konteynerlərin qazanlarının (çənlərinin),
ixtisaslaşdırılmış vaqonların və
konteynerlərin gödəsinin texniki baxışında iştirak
etməyə;
e) hazırlayıcı-müəssisənin
ixtisaslaşdırılmış vaqon və konteynerlərin
istismarı üzrə pasportunu, texniki təsvirini və
təlimatını qorumağa;
ə) ixtisaslaşdırılmış
vaqon və konteynerlərin yüklənməsinin
işlətmə dövrünün qeydiyyatını aparmağa borcludur.
XI
hissə. Qəza və texniki hadisələrin
nəticələrinin ləğv olunması, təhqiqi və
qeydiyyatı
11.1.
Qəza və texniki hadisələrin nəticələrinin
ləğv olunması qaydaları
11.1.1. Təhlükəli yüklərin
daşınması vaxtı qəza və texniki
hadisələr haqqında magistral dəmir yolu
nəqliyyatı müəssisəsinin növbəli heyəti və
ya lokomotiv briqadasının dəmir yolu şöbəsi üzrə
nöbətçiyə, sənaye dəmir yolu nəqliyyatı
müəssisəsinin növbəli heyəti isə
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
nəzarət orqanına məlumat verməlidir.
Məlumatda qəzanın və ya texniki
hadisənin şəraiti haqqında, yükün adı və
qəza vərəqəsinin nömrəsi, təhlükəli yükün
miqdarı, onun qatarda yerləşdirilməsi barədə,
elektrikləşdirilmiş sahələrdə isə
gərginliyin açılmasının vacibliyi haqqında
məlumatlar olmalıdır.
11.1.2. Qəza hadisələri
haqqında daşınmalar xidmətinin
operativ-sərəncamlar şöbəsi dərhal
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq
nəzarət orqanına məlumat verməlidir.
Dövdağmədəntexnəzarət
Komitəsinin təhlükəli yüklərin daşınmasına
nəzarət orqanı qəza və texniki hadisə
haqqında 23 nömrəli əlavəyə müvafiq forma üzrə
Dövdağmədəntexnəzarət Komitəsinə
məlumat verməyə borcludur.
11.1.3. Hadisənin
ağırlığından asılı olaraq, şöbənin
və dəmir yolu idarəsinin nöbətçisi yükgöndərənin,
yükalanın müəssisəsindən və ya qəza yerinə
yaxın yerləşən yaxınlıqdakı
müəssisədən, qəza hadisəsinin
nəticələrini aradan qaldırmaq üçün qəza-xilasedici
xidmətini, əgər insanların həyatına və
sağlamlığına ziyan dəyibsə, təcili tibbi
yardım briqadasını və Dövlət Əmək
Müfəttişliyini çağırmalıdır. Əgər
qəza vəziyyəti sahəsində əhali üçün
təhlükə və ya ərazinin zəhərlənmə
qorxusu əmələ gəlibsə, dəmir yolu şöbəsi
üzrə növbətçi bu barədə fövqəladə
hadisələr komissiyasına və başqa əlaqədar
təşkilatlara xəbər verməyə borcludur.
11.1.4. Yükgöndərən (yükalan)
müəssisələrin təhlükəli yüklərin
daşınmasında qəzanın ləğvinin üsulları
və tədbirləri üzrə təlim keçmiş
ixtisaslaşdırılmış
mütəxəssislərdən və fəhlələrdən
ibarət tərtib edilmiş briqadaları olmalıdır.
11.1.5. Dəmir yolu şöbəsi və
idarəsi tərəfindən hazırlanmış
qəza-xilasedici işlərin aparılma planında,
qəzanın ləğvi üzrə tədbirlər
nəzərə alınmaqla, təhlükəli yüklə
yüklənmiş vaqonların yükünü dəyişmək üçün
stansiyalar müəyyən olunmalıdır.
11.1.6. Bərpa işlərinin
rəhbəri əlaqədar və marağı olan təşkilatların
mütəxəssisləri ilə birlikdə:
a) zədələnmə
mənbəyinin xüsusiyyətini müəyyən etməyə;
b) vəziyyəti
qiymətləndirməyə, təhlükəli sahənin
sərhədlərini təyin etməyə, onun dövrəyə
alınması və çəpərlənməsi üzrə
tədbirlər görməyə;
c) təhlükəli maddələrin
təsirinə məruz qalan insanların sayını aşkar
etməyə və onlara tibbi yardımın
göstərilməsini təşkil etməyə;
ç) baş verən
zəhərlənmənin ləğv edilməsi
planını hazırlamağa;
d) qəza nəticələrinin
ləğv edilməsi üçün lazım olan güc və vasitələrin
miqdarını hesablamağa, onların istifadə edilməsi
qaydasını hazırlamağa;
e) ayrı-ayrı xüsusi
bölmələrə tapşırıqlar verməyə və
işin ardıcıllığını müəyyən
etməyə;
ə) itirilmiş təhlükəli
yüklərin zərərsizləşdirmə üsullarını
təyin etməyə;
f) ərazinin, xarici mühit obyektlərinin,
texnika və nəqliyyatın tam
zərərsizləşdirilməsi üzrə nəzarəti
təşkil etməyə;
g) nəticələrin
ləğvində iştirak edənlər və
yaxınlıqda yaşayan əhali üçün tibbi təminatı
və digər təhlükəsizlik tədbirlərini
təşkil etməyə;
h) Dövdağmədəntexnəzarət
Komitəsi tərəfindən yaradılmış xüsusi
komissiyanın işində iştirak etməyə borcludur.
Təhlükəsizlik tələblərinin
əməl olunmasına ümumi rəhbərliyi, qəza
hadisələrinin nəticələrinin ləğvi üzrə
işlərin rəhbəri yerinə yetirir.
11.1.7. İnsanlara göstərilən ilk
yardımın bütün tədbirləri və təhlükəli
yüklərlə qəza vəziyyətinin ləğvi üzrə
işlər bu yüklərin xassələrini nəzərə
almaqla və bu təhbükəli yükün qəza
vərəqəsində göstərilmiş ehtiyat
tədbirlərinə əməl olunmaqla yerinə yetirilir.
11.1.8. Təhlükəli yükləri
zədələnmiş vaqonlardan, konteynerlərdən və
ya qablardan torpağa, su hövzələrinə tökməyə
və boşaltmağa yol verilmir. Bu əməliyyatlara
müstəsna hallarda, icra hakimiyyətinin yerli orqanlarının
və Azərbaycan Respublikasının Təbiəti Mühafizə
və Ekologiya Komitəsinin icazəsi ilə təhlükəli
yüklərin tullantı yerlərinin sonradan
zərərsizləşdirilməsi məqsədilə yol
verilə bilər.
11.1.9. Bərpa işlərinə,
Dövlət Dəmir Yolunun şöbələri (bərpa qatarı,
yol və enerji distansiyaları) və xüsusi bölmələr
qəza sahəsində insanların həyatının və
sağlamlığının təhlükəsini aradan
qaldırdıqdan sonra başlaya bilərlər.
11.1.10. Qəza hadisələri baş
vermiş zonadan qatarların hərəkətinin yenidən
bərpa edilməsinin mümkünlüyü, qəza hadisəsi
nəticəsinin təhlilini apardıqdan sonra ətraf mühitin
vəziyyətini müəyyən edən, qəza
nəticələrini aradan qaldıran orqanın
işçiləri tərəfindən təyin edilir.
11.2.
Qəza və texniki hadisələrin təhqiqi qaydaları
11.2.1. Təhlükəli yüklərin magistral
və sənaye dəmir yolu nəqliyyatı ilə
daşınmasında qəza və texniki hadisələrin,
eləcə də bədbəxt hadisələrin təhqiqi
Dövdağmədəntexnəzarət Komitəsinin
nəzarətində olan müəssisə və
obyektlərdə qəzaların qeydiyyatı və texniki
təhqiqi Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq aparılmalıdır.
11.3.
Təhlükəli yüklərin dəmir yolu ilə
daşınmasında qəza və texniki hadisələrin
qeydiyyatı
11.3.1. Qəza və texniki
hadisələrin texniki təhqiqi və qeydiyyatı magistral
(Dövlət Dəmir Yolu və onun şöbələri) və
müəssisədaxili dəmir yolu nəqliyyatında, Dövdağmədəntexnəzarət
Komitəsinin nəzarətində olan
müəssisələrdə və obyektlərdə
qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi jurnalda
aparılır.
11.3.2. Dövlət Dəmir Yolu hər ay
təhlükəli yüklər, təhlükəsizlik vəziyyəti,
qəza və texniki hadisə haqqında məlumatları
Dövdağmədəntexnəzarət Komitəsinin
təhlükəli yüklərin dəmir yolu ilə
daşınmasına nəzarət edən orqanına
təqdim etməlidir.
Əsas terminlər və izahlar
Qəza hadisələri (qəzalar) —
təhlükəli yüklər dəmir yolu nəqliyyatında
daşınarkən — təhlükəli yüklərin
daşınmasının təhlükəsizliyinin pozulması
ilə nəticələnən hallar:
§ vaqonda təhlükəli yükün
partlayışı (nəticəsindən asılı
olmayaraq);
§ təhlükəli yükün alışması
və ya ağır nəticələrlə vaqon və
konteynerdən kənar olması;
§ insanların ölümü, onların
sağlamlığına zərər dəyməsi;
§ əhalinin və (və ya) xidməti
heyətin qəza sahəsindən köçürülməsi;
§ ətraf mühitə zərər
dəyməsi, su təchizatı mənbələrinin
çirklənməsi;
§ təhlükəli yükləri daşımaq
üçün təyin olunmuş vaqonun istismardan çıxmaq
dərəcəsinə kimi zədələnməsi.
Stansiyada təhlükəsiz yer —
stansiyanın texniki-sərəncamlar aktı (TSA) ilə
müəyyən olunmuş, baş yollardan, sənaye, ictimai,
yaşayış binalarından və qurğularından,
adamlarla, heyvanatla və təhlükəli yüklərlə
yüklənmiş vaqonlardan xeyli kənarda yerləşən, yanğınsöndürən
vasitələrlə və avtomobil keçid yolları ilə
təchiz olunmuş stansiya sərhədindəki yol sahəsi;
Vaqon-sistern — qaz halındakı, maye
və başqa maddələri daşımaq və saxlamaq üçün
təyin olunmuş gövdəsi qazandan, çəndən (tutumdan)
ibarət olan vaqon;
Təhlükəli yükün növü —
təhlükəlilik siniflərinin (yarımsiniflərin)
birinə məxsus, nəqliyyat prosesində yükün
təhlükəlilik xassəsini biruzə verən xüsusiyyətin
xarakterik əlaməti;
Vizual baxış — texniki
vasitələrdən istifadə etmədən, qovşaqlarda
və hissələrdə (mexaniki zədələr, çatlar,
deşiklər, korroziya) qüsurların, nasazlıqların və
ya işləmə qabiliyyətini itirmiş qurğuların
və mexanizmlərin aşkar edilməsi;
Yükgöndərən — daşınma
sənədlərində yükgöndərən adlanan və
daşınma üçün yük təqdim edən hüquqi və fiziki
şəxs;
Yükalan — yükü alan hüquqi və fiziki
şəxs;
Depo təmiri (DT) — sazlığı
bərpa etmək üçün qovşaqların, hissələrin
dəyişdirilməsi ilə və (və ya) təmiri
ilə vaqonun sazlığını və resursunun
bərpası üçün yerinə yetirilməsi məcburi olan
təmir növü;
Qəza zonası —
zədələnmiş qatar düzümü, eləcə də
dağılmış, səpələnmiş, tökülmüş yük
ilə tutulmuş və ehtiyat tədbirlərinə ciddi
riayət etməklə xilasedici-bərpa işləri
aparılan və perimetri üzrə 15 m-dən az olmayan
əlavə zolaq artırılmış zonadır;
Hadisə — təhlükəli yüklərlə
yüklənmiş qatarın relsdən düşməsi,
toqquşması, bu yüklərlə olan vaqonların texniki
və kommersiya nasazlığı üzündən hərəkət
zamanı hərəkət düzümündən açılması,
eləcə də təhlükəli yüklərin ağır
nəticələr vermədən alışması və
vaqondan və ya konteynerdən axması
(səpələnməsi).
Kipliyə sınaq — qazanın faktiki
daxili təziyiqinin maksimal işçi təzyiqinə
bərabər, lakin 20 kPa (0,2 kqs/sm2)-dan az olmayan
təzyiqdə sınağı.
Əsaslı təmir (ƏT) — vaqonun
əsas hissələri daxil olmaqla, onun hər hansı
qovşağının və hissəsinin
dəyişdirilməsi ilə vaqonun tam və ya ona yaxın
texniki resursunu və sazlığının bərpası üçün
yerinə yetirilməsi məcburi olan təmir növü;
Qazanın konstruktiv qurğuları —
qazanın daxilində və yaxud xaricində
yerləşən, gücləndirmə, möhkəmlik və
dayanıqlıq verən elementlər.
Konteyner — yüklərin, aralıq
boşaltmalar aparılmadan, daşınması və
saxlanması üçün təyin olunmuş, dəfələrlə
tətbiq olunan nəqliyyat avadanlığı vahidi;
Qazan — gövdəsində, (yüklərin
yerləşdirilməsi və saxlanılması üçün) işçi
və konstruktiv qurğuların hissələri və
qovşaqları quraşdırılmış tutum.
Markalanma — Beynəlxalq və Dövlət
standartları üzrə təyin olunur.
Təhlükəli yüklər — daşınma
zamanı, onlara xas olan fiziki-kimyəvi xassələr və
xüsusiyyətlər üzündən insanların həyatına və
sağlamlığına təhlükə yarada bilən,
ətraf mühitə zərər vura bilən, maddi
sərvətlərin zədələnməsinə və
(və ya) məhvinə gətirib çıxarda bilən
maddələr, materiallar, məmulatlar və təhlükəli
tullantılar.
Təhlükəli zona — hüdudları
daxilində partlayışdan zədələnmə,
yanğın, zəhərlənmə və yanma
təhlükəsi olan zona.
Təhlükəli yüklərin
daşınması — yükün yükgöndərəndən yükalana
çatdırılması gedişində məruz
qaldığı, eləcə də yükün və nəqliyyat
vasitələrinin hazırlanmasını, yükün
daşınmaya qəbulunu, onun nəqliyyat vasitəsinə
yüklənməsini, daşınma sənədlərinin
tərtibini, yükün nəqlini, yükün bir nəqliyyatdan o birinə
yüklənməsini (boşaldılmasını), yükün tranzit
saxlanılmasını və onun boşaldılmasını
özündə birləşdirən əməliyyatlar birliyi;
Hərəkət düzümü — təhlükəli
yüklərin daşınması üçün təyin olunmuş dəmir
yolu vaqonlarının, sisternlərinin və
platformalarının tərtibi;
Qazanın işçi qurğuları —
doldurma, boşaltma, hava dəyişmə, təhlükəsizlik,
qızdırılma, istilikizolyasiya qurğuları,
eləcə də ölçü cihazları.
BMT-nin seriya nömrəsi — daha tez-tez
daşınan yüklərə Birləşmiş
Millətlər Təşkilatının təhlükəli
yüklərin daşınması üzrə ekspertlər Komitəsi
tərəfindən verilmiş sıra nömrəsi.
İxtisaslaşdırılmış
vaqonlar — ixtisaslaşdırılmış vaqonlara, müxtəlif
növlü, xüsusi qurğusu (gövdəsinin xüsusi forması, quruluşu,
təchizatı və alətləri) olan, daşınması,
yüklənməsi və boşaldılması
şərtlərinə xüsusi tələblər irəli
sürən və öz xassələrinə görə yaxın olan bir
və ya bir neçə qrup yüklərin daşınması üçün
təyin olunmuş vaqonlar aiddir.
Qab — təhlükəli yüklərin
qablaşdırılması və nəql olunması üçün tutum.
Cari təmir — vaqonların iş
qabiliyyətini təmin etmək və ya bərpa etmək üçün
yerinə yetirilən və bəzi qovşaqların və
hissələrin dəyişdirilməsi və (və ya)
düzəldilməsindən ibarət olan təmir.
Texniki xidmət — qatarda və ya tranzit
qatarlarda, eləcə də onları qatardan və ya qrup
vaqonlardan açmamaqla, eləcə də boş vaqonların
daşınmaya hazırlanması zamanı, onların iş
qabiliyyətinin və sazlığının
saxlanılması üzrə kompleks əməliyyatlar.
Yükün nəqliyyat adı — yüklərin
Beynəlxalq və Dövlət standartlarının
nomenklaturası üzrə adı və ya normativ-texniki
sənədlərə müvafiq texniki adı.
Nəqliyyat paketi — Dövlət standartı
üzrə təyin olunur.
Nəqliyyat vasitəsi — təhlükəli
yüklərin daşınmasını yerinə yetirən
nəqliyyat vasitələri.
Qablaşdırma dəsti —
daşınmanın gedişində təhlükəli yükü
zədələnmədən və itkidən qoruyan,
insanların həyatının və
sağlamlığının mühafizəsini, ətraf mühitin
çirklənmədən qorunmasını təmin edən
vasitə və ya kompleks vasitələr.
Daşınma iştirakçıları —
təhlükəli yüklərin daşınmasında iştirak
edən fiziki və hüquqi şəxslər: nəqliyyat və
ekspeditor təşiklatları və müəssisələri,
yükgöndərən, yükalan, nəqlolunmanın gedişində
yükün mühafizəsini və (və ya) müşayiətini yerinə
yetirən təşkilat.
Vaqonun ekipaj hissəsi — vaqonun
çərçivəsi, avtoqoşqu qurğusu, tormoz qurğusu,
arabacıqlar və təkər cütləri.
Texniki təhlükəsizlik xidməti (TTX)
— qanunvericiliyin tələblərinə uyğun olaraq, texniki
təhlükəsizlik üzrə idarədaxili nəzarət
xidməti.
Qısaldılmış ifadələr
və adlar
DDY — Dövlət Dəmir Yolu
DDY-TİQ — «Dövlət Dəmir Yolunun
texniki istismar Qaydaları»
DİN HMD — Daxili İşlər
Nazirliyinin Hərbiləşdirilmiş Müzafizə
Dəstəsi
DİN XDS — Daxili İşlər
Nazirliyinin Xüsusi Daşımalar Şöbəsi
BMT İSŞ — Birləşmiş Millətlər
Təşkilatının İqtisadı və Sosial
Şurası
MN — Müdafiə Nazirliyi
TSA — Texniki sərəncam aktı
MTN — Milli Təhlükəsizlik Nazirliyi
RM — Radioaktiv materiallar
RMTNQ — Radioaktiv maddələrin
təhlükəsiz nəqli qaydaları
RTN — Radioaktiv təhlükəsizlik normaları
ƏSQ-72/80 — Əsas sanitar qaydaları
SES — Sanitar-epidemioloji stansiya
BYNS — Beynəlxalq yük nəqliyyatı
haqqında Saziş
ƏTSS — Əməyin
təhlükəsizliyi standartları sistemi
DSX — Dövlət
Sərhəd Xidməti
Təhlükəli
yüklərin dəmir yolu nəqliyyatı ilə
daşınması Qaydalarına
1 nömrəli əlavə
Təhlükə
xarakterinə və dərəcəsinə görə
təhlükəli yüklərin təsnifatı
1) Təhlükəli yüklər öz
fiziki-kimyəvi xassələrinə və daşınma
zamanı təhlükə növlərinə müvafiq olaraq Beynəlxalq
və Dövlət standartına əsasən 1.1
cədvəldə göstərilən yarımsiniflərə
bölünürlər.
2) Beynəlxalq və Dövlət
standartı üzrə 1-ci sinif təhlükəli yüklərə
partlayıcı maddələr, partlayıcı məmulatlar,
pirotexnik maddələr, tərkib və məmulatlar aiddir.
1-ci sinifə aid təhlükəli
yüklər altı yarımsinifə bölünürlər:
§ 1.1-ci yarımsinifə kütləvi partlaya
bilən partlayıcı və pirotexnik maddələr və
məmulatlar aiddir;
§ 1.2-ci yarımsinifə kütləsi
partlamayan, lakin partladığı vaxt ətrafdakı
əşyalara möhkəm zədələnmə və
səpələnmə təhlükəsi olan partlayıcı
və pirotexnik maddələr və məmulatlar aiddir;
§ 1.3-cü yarımsinifə yandığı
zaman böyük miqdarda istilik ayıran və ya
səpələnmə ilə bir-birinin ardınca alovlanan
partlayıcı və pirotexnik maddələr və məmulatlar
aiddir;
§ 1.4-cü yarımsinifə daşıma
zamanı yalnız alışma və ya inisiarlaşdırma
halında cüzi təhlükə ehtimallı, partlayıcı
və pirotexnik maddələr və məmulatlar aiddir;
partlayışın təsiri bağlama ilə
məhdudlaşdırılır; xarici inisiarlaşdırma
mənbəyi bağlamanın tərkibinin ani
partlayışına səbəb olmamalıdır;
§ 1.5-ci yarımsinifə kütləvi partlama
təhlükəli partlayıcı maddələr aiddir, onlar o
qədər qeyri həssasdırlar ki, daşıma zamanı
inisiarlaşdırma və ya yanmadan detonasiyaya keçmə baş
verməməlidir, həmçinin bu yarımsinifə tərkibində
yalnız təsadüfü inisiarlaşdırma doğurmayan çox
qeyri-həssas detonatorlaşdırıcı maddələr
olan məmulatlar daxildir;
§ 1.6-cı yarımsinifə çox
aşağı həssaslığa malik olan, kütləsində
partlama ilə xarakterizə edilməyən məmulatlar
daxildir; bu yarımsinifə tərkibində yalnız
maddənin detonatorlaşmasına müstəsna qeyri-həssas olan
və təsadüfi inisiarlaşdırma və ya
partlayışın yayılması ehtimalı çox cüzi olan
məmulatlar aiddir;
§ PM, hər bir yarımsinif
xassələrindən, təyinatından və birgə
daşınma imkanından asılı olaraq A hərfindən
N hərfinədək hərflərlə, həmçinin S hərfi
ilə işarə olunmuş uyğunluq qruplarına
bölünürlər;
§ 1-ci sinif təhlükəli yüklərin
təsnifat şifri sinifin, yarımsinifin
nömrələrindən və uyğunluq qrupundan ibarətdir.
Bir vaqonda, həmçinin bir
xüsusi konteynerdə aşağıda göstərilənlər
birgə daşına bilərlər:
§ eyni uyğunluq qrupundan olan və eyni
yarımsinif nömrəli yüklər;
§ eyni uyğunluq qrupundan olan lakin
müxtəlif yarımsiniflərə aid olan yüklər daha kiçik
nömrəli yarımsinifə aid yük üçün müəyyən edilmiş
tələblərə müvafiq şəkildə daşımaya
verildikdə, bu zaman 1,5-ci yarımsinifin yükləri 1.1-ci
yarımsinifin yüklərinə bərabər tutulurlar;
§ S, D və E uyğunluq qruplarının
yükləri daha kiçik nömrəli yarımsinif və E (əgər
bu qrupun yükü daşınarsa) və ya S uyğunluq qrupuna aid
edilmiş yük üçün müəyyən edilmiş
tələblərə müvafiq olaraq;
§ S uyğunluq qrupunun yükləri A və L
qruplarından başqa digər uyğunluq qruplarının
yükləri ilə birgə daşındıqda.
§ L uyğunluq qrupunun yükləri digər
uyğunluq qrupunun yükləri ilə bir yerdə
daşınmamalıdır, L qrupunun yükləri onlarla bir
növdən olan yüklərlə birgə daşına bilər;
§ N uyğunluq qrupunun yükləri, bir qayda
olaraq S, uyğunluq qrupundan başqa digər uyğunluq
qruplarının yükləri ilə birgə
daşınmasına yol verilmir.
Lakin belə yüklər S,
D, və E uyğunluq qruplarının yükləri ilə
birgə daşınırlarsa, onla N uyğunluq qrupunun
yüklərini D uyğunluq qrupuna aid yüklər kimi
nəzərə almaq lazımdır.
PM daşınarkən
uyğunluq şərtlərinə əlavə edilməsi
haqqında təkliflər təqdim olduqda, yuxarıda
göstərilənlərə ciddi əməl edilməlidir.
Partlayıcı
maddələrin uyğunluq qrupları 1.2 nömrəli
cədvəldə göstərilən uyğunluq
qruplarının təsviri əsasında müəyyən edilir.
3) 2-ci sinifə
sıxılmış mayeləşdirilmiş və təzyiq
altında həll edilmiş, aşağıda
göstərilən şərtlərdən heç olmasa birinə
uyğun olan qazlar aiddir:
§ 50°S temperaturda buxarlarının
mütləq təzyiqi 300 kPA-dan (3 kqs/sm2) az olmayan;
§ kritik temperaturu 50 °S-dən az
olmayan.
2.1-ci yarımsinifə alışmayan
və zəhərli olmayan qazlar aiddir.
2.2-ci yarımsinifə zəhərli,
alışmayan, orta ölüm sıxlığı ÖZ50
(Orta ölüm sıxlığı) 5000 sm3/m3-dən
çox olmayan qazlar aiddir.
2.3-cü yarımsinifə zəhərli
olmayan, hava ilə qatışdıqda alışmayan
qarışıqlar yaradan qazlar aiddir.
2.4-cü yarımsinifə orta ölüm
sıxlığı, ÖZ50 (Orta ölüm
sıxlığı) 5000 sm3/m3-dan çox olmayan,
hava ilə birlikdə alışan qarışıqlar yaradan
zəhərli qazlar aiddir.
Qazlar fiziki xüsusiyyətlərinə
və aqreqat vəziyyətlərinə görə
aşağıda göstərilən qruplara bölünürlər:
§ sıxılmış, kritik temperaturu
mənfi 10 °S-dən aşağı olan;
§ mayeləşdirilmiş, kritik temperaturu
mənfi 10 °S-dən aşağı olmayan, 70 °S-dən
aşağı olan;
§ mayeləşdirilmiş, kritik temperaturu
70 °S-dən aşağı olmayan;
§ təzyiq altında həll edilmiş;
§ mayeləşdirilmiş, soyudulmuş,
atmosfer təzyiqinə yaxın təzyiq altında həll edilmiş;
§ tutumu 1000 Sm3-dan az olmayan və 1
Mpa-dan (10 kqs/Sm2) çox olmayan təzyiq altında olan
aerozol bağlamalardakı mayelər.
4) 3-cü sinifə
tezalışan, alışma temperaturu qapalı qutuda 61 °S-dən
artıq olmayan məhlullar aiddir:
§ 3.1-ci yarımsinifə tezalışan,
alışma temperaturu qapalı qutuda mənfi 18 °S
mayelər aiddir.
§ 3.2-ci yarımsinifə tezalışan,
alışma temperaturu qapalı qutuda mənfi 18 °S-dən
az olmayan 23 °S-dən az olan məhlullar aiddir.
§ 3.3-cü yarımsinifə tezalışan,
alışma temperaturu qapalı qutuda 23 °S-dən az,
61 °S-dən çox olmayan məhlullar aiddir.
5) 4-cü sinifə
tezalışan bərk maddələr, öz-özünə
alışan maddələr və su ilə
qarşılıqlı əlaqəyə girdikdə alovlanan
qazlar ayrılan maddələr aiddir:
§ 4.1-ci yarımsinifə aşağı
enerjili alışma mənbəyinin (alov, kibrit,
qığılcım, közərən siqaret və s.)
qısamüddətli (30 saniyəyə qədər) təsiri
altında alovlanma qabiliyyətinə malik olan və öz-özünə
alışan bərk maddələr aiddir;
§ özüparçalanan maddələr, yəni
havanın təsiri olmadan izotermik parçalanma xüsusiyyətinə
malik olan maddələr (alifatik azobirləşmələr,
aromatik sulfohidrazidlər, N-nitrozobirləşmələri,
parçalanma temperaturu 65 °S-dən yuxarı olan digər
maddələr);
§ Sürtülmədən alovlanan bərk
maddələr və məmulatlar; nəmləşdirilən
(spirtlə, su və ya fleqmalaşdırma ilə)
partlayıcı maddələr — onların əsas
təhlükəliliyi belə vəziyyətdə alışma
mənbəyindən alovlanmaq inkanına malik olmasıdır.
4.2-ci yarımsinifə pirofor
maddələr (havada tezalışan maddələr),
alovlanmayadək öz-özünə qızma xüsusiyyətinə malik olan
digər maddələr və materiallar aiddir.
4.3-cü yarımsinifə 20+-5 °S
temperaturda su ilə qarşılıqlı əlaqəyə
girdikdə öz-özünə alışan qazlar və ya intensivliyi 1
dm3/(kq. saat)-dan az olmayan, təhlükəli miqdarda
alovlanan qazlar ayrılan maddələr aiddir.
6) 5-ci sinifə oksidləşdirici
maddələr və üzvi peroksidlər, yəni yanar
maddələrin öz-özünə alışmasını yaradan,
oksigen ayıran və ya digər maddələrlə birgə
partlayıcı qarışıqlar yaradan maddələr
aiddir.
5.1-ci yarımsinifə yanmanı
təmin edən, ekzotermik oksidləşdirici-bərpaedici
reaksiya nəticəsində digər maddələrin
alovlanmasına səbəb olan və (və ya) kömək
edən parçalanma temperaturu 65 °S-dən çox olmayan və
(və ya) oksidləşdiricinin üzvi maddələrlə (polad
yonqarları ilə qarışığının) yanma
müddəti etalon oksidləşdiricisinin üzvi
maddələrlə qarışığının yanma
müddətindən çox olmayan oksidləşdirici maddələr
aiddir.
5.2-ci yarımsinifə üzvi peroksidlər,
yəni R-O — O-R funksional qrupuna malik, hidrogen peroksidin məhsulu
kimi nəzərdən keçirilə bilən, hidrogenin bir və
ya iki atomu üzvi radikallarla əvəz edilmiş maddlər aiddir.
Üzvi peroksidlər termiki davamsız maddələrdir, partlama
ehtimalı ilə özütezləşən ekzotermik parçalanmaya
məruzdurlar. Zərbəyə və sürtülməyə
həssasdırlar.
7) 6-cı sinifə zəhərli və
yoluxdurucu maddələr aiddir.
6.1-ci yarımsinifə orqanizmə
düşdükdə, dəriyə toxunduqda, nəfəs aldıqda
(buxar, toz və ya aerozolla) zəhərlənmə və ya
xəstəliyə səbəb olan zəhərli
maddələr aiddir, onların zəhərləyici
göstəriciləri aşağıda göstərilənlərdən
çox olmamalıdır:
§ orta ölüm dozası ÖD50:
mədəyə bərk maddələr düşdükdə — 200
mq/kq, məhlullar düşdükdə — 500 mq/kq; dəriyə düşdükdə
— 1000 mq/kq;
§ orta ölüm qatılığı ÖQ50
— toz və ya aerozolla nəfər aldıqda — 10 mq/dm3;
§ tənəffüzlə
zəhərləmə ehtimalı əmsalı (TZEƏ)
0,2-dək az olmamaq şərti ilə.
6.2-ci yarımsinifə
tərkibində insanlar və heyvanlar üçün təhlükəli olan
xəstəlik törədici mikroorqanizmlər olan maddələr
aiddir.
8) 8-ci sinifə bilavasitə toxunma 4
saatdan çox olmayan müddətdə heyvanların (ağ
siçovulların) dəri toxumalarında görünən nekroz yaradan
alışdırıcı maddələr və ya onların
su məhlullarında və ya 55 °S temperaturda ildə
6,25 mm-dan az olmayan sürətlə poladın (St3 markalı polad)
və ya alüminiumun (A6 markalı alüminium) səthinin
korroziyasını yaradan korroziyaedici maddələri və ya
onların su məhsulları aiddir.
8.1-ci yarımsinifə turşu
xassələrinə malik və diri toxumalara
nekrotizləşdirici və metallara korroziyaedici təsir
göstərən aşındırıcı və (və ya)
korroziyaedici maddələr aiddir.
8.2-ci yarımsinifə əsaslı
xassələrə malik və diri toxumalara
nekrotizləşdirici və (və ya) metallara korroziyaedici
təsir göstərən metallar aiddir.
8.3-cü yarımsinifə 8.1 və 8.2-ci
siniflərə aid olmayan, lakin diri toxumalara
nekrotizləşdirici və (və ya) metallara korroziyaedici
təsir göstərən maddələr aiddir.
9) 9-cu sinifə 1-8-ci siniflərə aid
edilməyən yüklər aiddir.
9.1-ci yarımsinifə bu təhlükə
sinifinin kateqoriyaları üçün müəyyən edilmiş
kriteriyalardan heç olmasa birinə cavab verən materiallar,
maddələr və məmulatlar aiddir.
911-ci kateqoriyaya, tutumu 50-dən — 1000 sm3-dək
olan aerozol qablardakı aşındırıcı və
(və ya) korroziyaedici maddələr aiddir.
Onlar üçün aşağıda
göstərilən şərtlərə əməl edilməli
olan maddələr istisna təşkil edirlər:
§ Alışan qaz olmayan;
§ 55°S temperaturdan artıq təzyiq 850
kPa-dan (8,4 kqs/sm2) çox olmayan;
§ TAM kütlə payı 10%-dən az olan;
§ ZM kütlə payı 1%-dən az olan;
§ AK kütlə payı 0,2%-dən az olan.
912-ci kateqoriyaya,
alışma temperaturu 61°S-dən, çox, lakin 90°S-dən çox
olmayan maddələr aiddir;
913-cü kateqoriyaya, qaz
odluqlarının təsirindən (30°S-dən az, lakin
120°S-dən çox olmayan) alışan bərk maddələr;
Xüsusi sınaq,
şəraitində ətraf mühitin temperaturu 140°S olduqda, 24
saatdan çox olmayan müddətdə 150°S-dən çox, lakin 200°S-dən
çox olmayan temperatura qədər öz-özünə qıza bilən
maddələr;
Su ilə
qarşılıqlı əlaqəyə girdikdə
intensivliyi 0,5dm3/kq/saatdan çox, lakin 1 dm3/kq —
saatdan az olan alışan qazlar ayrılan maddələr aiddir;
914-cü kateqoriyaya, bir
yerində parçalanma başlandıqda, bütün kütləsinə
yayılan maddələr və materiallar aiddir.
915-ci kateqoriyaya,
nəfəs aldıqda (buraxarla, tozla), orqanizmin daxilinə
düşdükdə və (və ya) dəriyə toxunduqda,
zəhərlənməyə səbəb olan və
aşağıda göstərilən göstəricilərdən
və kriteriyalardan biri ilə xarakterizə edilən
zəhərli maddələr aiddir:
§ orta ölüm dozası — 200 mq/kq-dan çox, lakin
2000 mq/kq-dan az olan bərk maddələr, 500 mq/kq-dan çox, lakin
2000 mq/kq-dan az olan maye məhlullar mədəyə
düşdükdə;
§ orta ölüm dozası — 1000 mq/kq-dan çox, lakin
2500 mq/kq-dan az olan miqdarda dəriyə toxunduqda;
§ orta ölüm qatılığı
nəfəs zamanı — 10 mq/dm3-dan çox, lakin 20 mq/dm3-dan
az olan miqdarda tənəffüsə düşdükdə.
916-cı kateqoriyaya,
aşağıda göstərilən göstəricilərlə
və kriteriyalarla xarakterizə edilən
aşındırıcı və (və ya) korroziyaedici
maddələr aiddir:
§ heyvanın (ağ siçovulun) dəri
toxumalarında görünən nekroza səbəb olan toxunma
müddəti — 4 saatdan çox, lakin 24 saatdan az olan;
§ polad (St3 markalı polad) və ya alüminium
(A6 markalı alüminium) səthin korroziyaya uğrama sürəti
ildə 1 mm-dən az olmayaraq il ərzində 6,25 mm-dən çox
miqdarda olan.
9.1-ci yarımsinifə aid yüklərin
təhlükə dərəcəsi aşağıda
müəyyən edilibdir.
10) Hər bir sinifin maddələrinin
təhlükə dərəcəsi və bağlama qrupu
Dövlət standartına müvafiq olaraq kriteriyalarla müəyyən
edilir.
11) Təhlükəli yüklər əlavə
olaraq kateqoriyalara, uyğunluq qruplarına və 1 nömrəli
əlavənin 2 — 13-cü cədvəllərində
göstərilən təsnifat şifrlərinə bölünürlər.
Yük sütunlarında göstərilən xətt bu cədvəldə
göstərilməyən təsnifat şifrinin təhlükəli
yükə verilməsinin mümkün olmamasını göstərmir.
1 nömrəli cədvəl
Təhlükəli yüklərin
siniflərə və yarımsiniflərə bölünməsi
|
Sinif |
Yarım-sinif |
Yarımsiniflərin adı |
|
1. |
1.1. |
Kütləsi ilə partlaması təhlükəli olan
partlayıcı maddələr |
|
|
1.2. |
Kütləsi ilə partlamayan partlayıcı
maddələr |
|
|
1.3. |
Kütləsi ilə partlamayan yanğın
təhlükəli partlayıcı maddələr |
|
|
1.4. |
Çox təhlükəli olmayan partlayıcı
maddələr |
|
|
1.5. |
Çox qeyri-həssas partlayıcı maddələr |
|
|
1.6. |
Son dərəcə aşağı
həssaslıqlı məmulatlar |
|
2. |
2.1. |
Alovlanmayan, zəhərli olmayan qazlar |
|
|
2.2. |
Zəhərli qazlar |
|
|
2.3. |
Alovlanan (yanar) qazlar |
|
|
2.4. |
Zəhərli və alovlanan qazlar |
|
3. |
3.1. |
Qapalı putara mənfi 18°S-dən aşağı
temperaturda alışma ilə tezalışan mayelər |
|
|
3.2. |
Qapalı putara mənfi 18°S-dən aşağı
olmayan, lakin 23°S-dən çox olmayan temperaturda alışma
ilə tezalışan mayelər |
|
4. |
4.1. |
Tezalışan bərk maddələr |
|
|
4.2. |
Öz-özünə alışan maddələr |
|
|
4.3. |
Su ilə əlaqəyə girdikdə alovlanan qazlar
ayrılan maddələr |
|
5. |
5.1. |
Oksidləşdirici maddələr |
|
|
5.2. |
Üzvi peroksidlər |
|
6. |
6.1. |
Zəhərləyici maddələr |
|
|
6.2. |
Yoluxdurucu maddələr |
|
7. |
- |
Radioaktiv maddələr |
|
8. |
8.1. |
Turşu xassələrə malik
aşındırıcı və (və ya) korroziyaedici
maddələr |
|
|
8.2. |
Əsas xassələrə malik
aşındırıcı və (və ya) korroziyaedici
maddələr |
|
|
8.3. |
Müxtəlif aşındırıcı və (və
ya) korroziyaedici maddələr |
|
9. |
9.1. |
1 — 8-ci siniflərə aid olmayan yüklər |
2 nömrəli cədvəl
1-ci sinif təhlükəli yüklərin
təsnifat cədvəli
|
Uyğun qrup |
Maddənin, məmulatın adı |
Yarımsiniflərdə təsnifat
işarələri |
|||||
|
1.1. |
1.2. |
1.3. |
1.4. |
1.5. |
1.6. |
||
|
A |
İnisiarlaşdıran PM |
1.1.A |
|
|
|
|
|
|
V |
İnisiarlaşdıran PM malik və iki
ədəddən az sayda qoruyucu qurğuya malik məmulatlar |
1.1.V |
1.2.V |
|
1.4.V |
|
|
|
S |
Tuşlayıcı PM və digər deflaqrasiya olunan
PM və ya onlara malik məmulatlar |
1.1.S |
1.2.S |
1.3.S |
1.4.S |
|
|
|
D |
Təkrar detonasiya olunan PM; tüstü barıtı;
inisiarlaşdırma vasitələri və
tuşlanmış yüklər olmadan detonasiya olunan PM malik
məmulatlar; tərkibində inisiarlaşdırıcı PM
iki və ya daha çox müstəqil qoruyucu qurğular olan
məmulatlar |
1.1.D |
1.2.D |
|
1.4.D |
1.5.D |
|
|
E |
Tərkibində inisiarlaşdırma vasitələri
olmayan, lakin tuşlanmış yükə malik, təkrar
detonasiyaedici PM olan məmulatlar (tərkibində
tezalışan və ya hiperqolik mayelər olmayanlardan
başqa) |
1.1.E |
1.2.E |
|
1.4.E |
|
|
|
F |
Tərkibində təkrar detonasiyaedici PM,
inisiarlaşdırma vasitələri və
tuşlanmış yükü olan (tezalışan maddələri,
gellərdən və hiperqolik mayelərdən başqa)
və ya tuşlanmış yükü olmayan məmulatlar |
1.1.F |
1.2.F |
1.3.F |
1.4.F |
|
|
|
G |
Pirotexnik maddələr, tərkibində pirotexnik
maddələr olan məmulatlar; tərkibində həm
partlayıcı, işıqlandırıcı, həm
yandırıcı, gözyaşardıcı və ya tüstü
yaradan maddələr olan məmulatlar (su aktivləşdirici
məmulatlar və ya tərkibində ağ fosfor,
fosfidlər, pirofor maddələr, tezalışan
maddələr olan məmulatlardan başqa) |
1.1.G |
1.2.G |
1.3.G |
1.4.G |
|
|
|
H |
Tərkibində PM və ağ fosfor olan məmulatlar |
|
1.2.H |
1.3.H |
|
|
|
|
Y |
Tərkibində PM və tezalışan maddə
və gel olan məmulatlar |
1.1.Y |
1.2.Y |
1.3.Y |
|
|
|
|
K |
Tərkibində PM və zəhərləyici
maddələr olan məmulatlar |
|
1.2.K |
1.3.K |
|
|
|
|
L |
Tərkibində PM olan və xüsusi təhlükəli
olan (məsələn su aktivləşdirməsinin
nəticəsində və ya hiperqolik maye, fosfid və ya
pirofor maddələrinin yaranması), hər bir növünə
izolyasiyası tələb edilən partlayıcı
maddələr |
1.1.L |
1.2.L |
1.3.L |
|
|
|
|
N |
Tərkibində yalnız müstəsna
səviyyədə qeyri-həssas detonasiyaedici maddələr
olan məmulatlar |
|
|
|
|
|
1.6.N |
|
S |
Təsadüfi işə düşməsi zamanı
təhlükəni bağlamanın özü ilə
məhdudlaşdıran, tara alov ilə məhv edildikdə
isə partlayış və ya səpələnmə
səmərəliliyinin
məhdudlaşdırılmasını, lakin qəza
tədbirlərini və ya yanğının bilavasitə
bağlamanın yaxınlığında keçirilməsini
təmin edən qaydada qablaşdırılmış və
quraşdırılmış maddələr və
məmulatlar |
|
|
|
1.4.S |
|
|
3 nömrəli
cədvəl
2-ci sinif təhlükəli yüklərin
təsnifat cədvəli
|
Yarım-sinifin nömrəsi |
Kateqoriyaların nömrəsi |
Kateqoriyaların adı |
Təhlükə nişanının
nömrəsi (Ə.6.1. Ə 6.2. şəkil Bax.)
əsas/əlavə |
Təsnifat şifri |
|
2.1. |
1. |
Əlavə təhlükə növü olmayan |
2/ - |
2111 |
|
|
2. |
Oksidləşdirici |
2/5 |
2121 |
|
2.2. |
1. |
Əlavə təhlükə növü olmayan |
2; 6a/- |
2211 |
|
|
2. |
Oksidləşdirici |
2; 6a/5 |
2221 |
|
|
3. |
Aşındırıcı və (və ya
korroziyaedici) |
2; 6a/8 |
- |
|
|
4. |
Oksidləşdirici, aşındırıcı
(və ya) korroziyaedici |
2; 6a/5;8 |
- |
|
2.3. |
1. |
Əlavə təhlükə növü olmayan |
2; 3/ - |
2311 |
|
|
2. |
Aşındırıcı və (və ya)
korroziyaedici |
2; 3/8 |
- |
|
2.4. |
1. |
Əlavə təhlükə növü olmayan |
2; 6a; 3/- |
2411 |
4 nömrəli
cədvəl
3-cü sinif təhlükəli yüklərin
təsnifat cədvəli
|
Kateqoriyala-rın nömrəsi |
Kateqoriyaların adı |
Təhlükə nişanlarının
nömrəsi (Ə.6.1. Ə.6.2. şək.bax)
əsas/əlavə |
Yarımsinifdə təsnifat şifri |
||
|
|
|
|
3.1 |
3.2 |
3.3 |
|
1. |
Əlavə təhlükə növü olmayan |
3/- |
3111 |
3211 |
- |
|
2. |
Zəhərli |
3/6a |
3121 |
3221 |
- |
|
3. |
Zəhərli, aşındırıcı və
(və ya) korroziyaedici |
3/6a; 8 |
3131 |
3231 |
- |
|
4. |
Aşındırıcı və (və ya)
korroziyaedici |
3/8 |
3141 |
3241 |
- |
|
5. |
Zəif zəhərli |
3/6b |
3151 |
- |
- |
5 nömrəli
cədvəl
4.1-ci yarımsinif təhlükəli
yüklərin təsnifat cədvəli
|
Kateqoriyaların nömrəsi |
Kateqoriyaların adı |
Təhlükə nömrəsi (Ə. 6.1,
Ə 6.2 şəkil bax) əsas/əlavə |
Təsnifat şifri |
|
1. |
Əlavə təhlükə növü olmayan |
4a/- |
4111 |
|
2. |
Zəhərləyici |
4a/6a |
4121 |
|
3. |
Zəif zəhərli |
4a/6b |
4131 |
|
4. |
Aşındırıcı və (və ya)
korroziyaedici |
4a/8 |
4141 |
|
5. |
Bağlamanın parçalanma təhlükəsi ilə 50°S
temperaturdan çox olduğu halda özü parçalanan |
4a/1a |
- |
|
6. |
50°S-dən çox olmayan temperaturda özü parçalanan |
4a/- |
- |
|
7. |
Bağlamanın parçalanma təhlükəsi ilə 50°S
temperaturdan çox olmadığı halda özü parçalanan |
4a/1a |
- |
|
8. |
50°S-dən artıq temperatur olduğu halda özüparçalanan |
4a/- |
4181 |
6 nömrəli
cədvəl
4.2-ci yarımsinif təhlükəli
yüklərin təsnifat cədvəli
|
Təsnifatın nömrəsi |
Kateqoriyanın adı |
Təhlükə nişanının
nömrəsi (Ə. 6.1, Ə 6.2 şəkil bax)
əsas/əlavə |
Təsnifat şifri |
|
1. |
Əlavə təhlükə növü olmayan |
4b/- |
4211 |
|
2. |
Zəhərli |
4b/6a |
4221 |
|
3. |
Zəif zəhərli |
4b/6b |
4231 |
|
4. |
Aşındırıcı və (və ya)
korroziyaedici |
4b/8 |
- |
|
5. |
Su ilə əlaqəyə girdikdə alışan
qazlar ayıran |
4b/4v |
4251 |
7 nömrəli
cədvəl
4.3-cü yarımsinif təhlükəli
yüklərin təsnifat cədvəli
|
Kateqoriyanın nömrəsi |
Kateqoriyanın adı |
Təhlükə nişanının
nömrəsi (Ə. 6.1, Ə 6.2-ci şəkil bax)
əsası/əlavə |
Təsnifat şifri |
|
1. |
Əlavə təhlükə növü olmayan |
4v/- |
4311 |
|
2. |
Zəhərləyici |
4v/6a |
4321 |
|
3. |
Tezalışan mayelər |
4v/3 |
4331 |
|
4. |
Öz-özünə alovlanan və zəhərli |
4v/4b; 6a |
4341 |
|
5. |
Zəif zəhərli |
4v/6b |
4351 |