Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən

 

“26”   07   2000-ci il

tarixdə qeydə alınmışdır.

 

 

Qeydiyyat № 1862    

 

 Nazir

          _________  F.F. Məmmədov

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi                                                                                            

      kollegiyasının                                                               

                                                                  

     “17”  iyul  2000-ci il                                                                                                                                                                                                      tarixli 10-2 -li qərarı ilə                                                                                                 təsdiq edilmişdir.

 

Nazir

             ___________ Ə.Nağıyev

 

                                                                                                  

 

Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif İxtisas  sorğu kitabçası / hissə 58 / təsdiq edilməsi haqqında

 

 

Bölmələr: Telekommunikasiya rabitəsi

Poçt rabitəsi

 

 

Bakı-2002 ci il

 

 

 

 


ÜMUMİ MÜDDƏALAR

Rabitə sahəsində çalışan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu, vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələrinin və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası ilə əlaqədar işlənib hazırlanmışdır.

VTİSK telekommunikasiya və poçt sahəsində fəhlə peşələri və işlərin tarifləşdirilməsi və dərəcələrin təyin edilməsi üçün nəzərdə tutulmuş vahid normativ sənəddir.

VTISK-nın “Rabitə” bölməsi qruplaşdırılmış istehsal və işlər üzrə fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərindən ibarətdir. Bölmədə fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri elmi-texniki tərəqqinin vəziyyətini, fəhlələrin ümumtəhsil və xüsusi hazırlığını nəzərə almaqla əməyin məzmununun dəyişilməsi ilə əlaqədar olaraq dəqiqləşdirilmişdir.

Bu kitabça fəhlə peşələrinin və işlərin tarifləşdirilməsi və dərəcələrin təyin edilməsi üçün tabeçiliyindən asılı olmayaraq bütün rabitə sisteminin müəssisə, idarə və təşkilatlarında mütləq tətbiq edilməlidir.

Rabitə sahəsində çalışan fəhlələrin tarif ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə, əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir.

Tarif-ixtisas xüsusiyyətlərindən istifadə, dərəcələrin təyin edilməsi, artırılması, əlavə və dəyişikliklərin edilməsi qaydası, fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının “Bütün sahələr üçün ümumi olan fəhlə peşələri” bölməsinin Ümumi müddəalar” hissəsində verilmişdir.

Hazırkı kitabçadan istifadə edərkən nəzərə almaq lazımdır ki, “yerli telefon rabitəsi” anlayışı ümumi istifadə olunan şəhər telefon rabitəsi, kənd telefon rabitəsi və müəssisədaxili telefon rabitələri anlayışlarını özündə birləşdirir.

Birlik tipli müəssisələrdə müxtəlif peşələrə aid işlərin yerinə yetirilməsində müxtəlif rabitə və ötürücü vasitələrin birgə xidməti zamanı işçi yerinə yetirdiyi işin dərəcəsindən bir dərəcə yuxarı dərəcə ilə tarifləşdirilir.

Bölmənin sonunda fəhlə peşələrinin əlifba sırası ilə adı və dərəcələr diapazonu verilmişdir.

 

TELEKOMMUNİKASİYA RABİTƏSİ TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

1. ANTENNAÇI - DİRƏKÇI

3-cü dərəcə

İşin xüsusiyyəti: Antenna-dirək qurğularına müntəzəm baxış; fider (elektrik qüvvəsini nəql edən məftil) xətlərinin dartılmasının, dirəklərin tarımda olmasının, naqillərin bütövlüyünün və onların bərkidilməsinin, antenna izolyatorlarının və fiderlərin yoxlanması; kontakt antenn dəyişdirici açarların vəziyyətinin, qaynaq birləşmələrin, bolt birləşmələrində gərginliyin, dirək və qüllələrin, halqa və oymaqların (sürtünməni azaltmaq üçün metal borucuq) yoxlanması. Xidmət edilən qurğuların sürtülən hissə və mexanizmlərinin yağlanması. Dirəkləri tarımda saxlayan vantların (bərkitmək üçün yoğun iplərin) yağlanması və siqnal işıqlanması üçün olan lampaların dəyişdirilməsi üzrə kəlləçarxçılıq (uca yerlərə çıxıb işləmək) işləri.

Fiderlərin asılması. Fider xətlərinin və antenna tiyə naqillərinin lehimlənməsi və eşilməsi. Dartıcıların nizamlanmasında, antenna tiyələrinin bucurqadın köməyi ilə qaldırılması və endirilməsi üzrə işlərdə, kabellərin yoxlanmasında, fider dayaqları, ankerli (dəmir bəndli) dirəklərin quraşdırılmasında iştirak edilməsi. Şleyfin elektrik açarının sonluğunun profilaktikası, fiderlərin nizamlanması. Müxtəlif enkəsikli trosların bölünməsi. Görülən işlər üzrə texniki sənədlərin aparılması. Antenna dirək qurğularının rəng və korroziyadan təmizlənməsi.

Bilməlidir: elektrotexnika və radiotexnika üzrə (elektrik cərəyanı, keçirici və izolyator, atmosfer enerjisi və ondan müdafiə, yüksək tezlikli cərəyan, elektromaqnit enerjisinin qəbulu və yayılması haqda) məlumatları, xidmət edilən antenna qurğuların texniki istismar qaydalarını, xidmət edilən antennaların növləri və xarakterik xüsusiyyətlərini; antenna təsərrüfatında tətbiq edilən mexanizmlərin və ölçü cihazlarının işləmə qaydaları və təyinatını; tros və məftillərin düzəldilməsinin, lehimlənməsinin qəbulunu; antenna-dirək qurğularının nasazlıqlarmı və rəngdən, korroziyadan təmizləmə üsullarını.

 

2. ANTENNAÇI-DİRƏKÇI

4-cü dərəcə

İşin xüsusiyyəti: Trosların, lövbərlərin və tarımların təmiri və yoxlanması, eləcə də ağac dirəklərin dəmir halqalarının bərkidilməsi, fider sütunlarının və ankerlərin ağacının vəziyyətinin yoxlanması, hündürlüyü 25m-ə qədər olan Q,T və P formalı fider dayaqları və dirəklərinin quraşdırılması, qaldırılması və onların rənglənməsi. Bu dirəklərdə bütün növ təmir - bərpa, eləcə də kəlləçarxçılıq işlərinin yerinə yetirilməsi. Antenna və antenn tiyələrinin, leyer (tarama çəkilmiş bağlanmış) dirək və lövbərlərin özüllərinin troslarda qaldırılması və endirilməsi, quraşdırılması və yığılması.

Antenna və leyer trosların təmiri və yoxlanması. Ankerlərin və künc fider dayaqlarının quraşdırılması.

Revers (geriyə hərəkətinə imkan verən mexanizm) elektrik açarlarında, antenna kontaktların nizamlanması. Kabellərin səslənməsi. Elektrik mühərrikində izolyasiya müqavimətinin yoxlanması. Bolt birləşmələrində, dirəklərin özüllərində və qüllələrində zədələnmələrin aradan qaldırılması.

Bilməlidir: elektrotexnika və radiotexnikanın əsaslarını (sabit və dəyişən cərəyan haqqında anlayış, onların əsas parametrləri, paralel rəqs konturu və onun xüsusiyyətləri, radiolampaların və yüksək tezlikli cərəyan generatorlarının iş prinsipi və onların quraşdırılması haqqında anlayış, radiodalğaların diapazonlara   bölünməsi,   yüksək   tezlikli,   enerjinin   ötürücüdən   antennaya ötürülməsi); tətbiq olunan ölçü cihazlarının iş prinsipini; sadə antenn və fider xətlərinin quruluşunu; ağacların keyfiyyəti haqqında məlumatları; qaldırıcı mexanizmlərin quruluşunu və işləmə qaydalarını.

3. ANTENNAÇI - DİRƏKÇİ

5-ci dərəcə

İşin xüsusiyyəti: Antenn tiyələrinin tarımlanmasının, paylayıcı fiderlərin və fider xətlərinin nizamlanması. Dirək və qüllələrin şaquli vəziyyətdə dayanmasının teodolitin (bucaq ölçən alət) köməkliyi ilə yoxlanması. 25 m-dən hündür olan dirəklərin yığılması, quraşdırılması və qaldırılması üzrə takelaj işləri. Bu antennalarda bütün növ kəlləçarxçılıq, təmir-bərpa, o cümlədən müxtəlif tip televiziya antennalarında (turniket, panel, radial), həmçinin “Orbita”, “Moskva”, “Ekran” stansiyalarının qəbuledici antennalarında işlərin yerinə yetirilməsi. Dirəklərin qaldırılması üçün əqrəblərin işıqlandırılması. Üfüqi ağacların təchiz edilməsi, hündürlüyü 25 m-ə qədər olan dirəklərin qaldırılması və quraşdırılması üzrə işlərə rəhbərlik. Təcrid edilmə və siqnalizasiya idarəsi (TSİ) qurğusuna profilaktik baxışın yerinə yetirilməsi. Elektrik açarları və şleyflərin idarəsi ilə əlaqədar müxtəlif nasazlıqların axtarılması. Onların elektrik açarları ilə bağlı şleyflərin sazlanması və mexaniki işlərin nizamlanması. TSİ ölçülməsi üzrə işlərdə antenna şleyflərinin sazlanmasında, hərəkət edən körpülərin profilaktiki işlərində iştirakı. Özüllərin, metal konstruksiyalı dirəklərin və qüllələrin yenidən qurulmasına, tikilməsinə və onların deformasiyasına texniki nəzarət. 25 m-dən yüksəkdə olan antenna-dirək qurğularının rənglənməsi. Antenna izolyasiyasının və yerlə birləşmənin müqavimətinin ölçülməsinin aparılması.

Bilməlidir: elektromaqnit dalğalarının öyrənilməsi haqqında lazımi məlumatları; antenna parametrləri haqqında əsas məlumatları (güclənmə əmsalı, müdafiə hərəkəti və s.) istiqamətləndirmə diaqramlarını; antenna azimutlarını; teodonitdən istifadə qaydasını və onun quruluşunu; 25 m-dən hündür olan qüllə, dirək və dayaqların konstruksiyalarını; antenna-dirək qurğularının metalkonstruksiya və bünövrələrinin quraşdırılmasında icazə verilən əyilmələri; dirək və qüllələrin şaquli vəziyyətini ölçmə metodlarını; tətbiq olunan rəngləmə materiallarını; antenna-dirək qurğularının bünövrəsinin özül və metal konstruksiyalarının işçi sxemlərini.

 

4. ANTENNAÇI - DİRƏKÇİ

6-cı dərəcə

İşin xüsusiyyəti: Antennalarda, polad dayaqlarda və mürəkkəb konstruksiyalı dirəklərdə, eləcə də simmetrik oxlu, ruporparabolik və radiorele rabitə xətlərinin periskopik antennalarında bütün növ kəlləçarxçılıq təmir-bərpa işlərinin yerinə yetirilməsi. Metal dirək və qüllələrin yoxlanması. Boltların bərkidilməsi və qaynaq nöqtələrində olan zədələnmələrin aradan qaldırılması. Hündürlüyü 25 m-dən yüksəkdə olan dirəklərin qaldırılması və quraşdırılması işlərinə rəhbərlik. Tikintisi qurtarmış özül və metal konstruksiyalı dirək və qüllələrin istismara qəbulu.

Qaldırıcı qurğuların sınaqdan çıxarılması və yoxlanması; antenna-dirək qurğularının bütün növ avadanlıqlarında quraşdırma-təmir işlərinin yerinə yetirilməsi (transformatorlarda, antenna kommutatorlarında, cəmləmə körpülərində, antenna və yüksəktezlikli yerlə birləşmədə, istilik sistemində, ildırımdan müdafiə qurğusunda). Antenna, fider aralıqlarında bütün növ parametrlərin ölçülməsinin aparılması və onların normada saxlanması (antennaların izolyasiyasını, yerlə birləşmənin müqavimətini, qaçan dalğa əmsalmı). Hərəkətdə olan sistem, körpülərin saxlanması üzrə bütün işlərin icrası və onların nizamlanması.

Bilməlidir: radiodalğaların yayılması nəzəriyyəsi haqqında lazımi məlumatları (elektromaqnit enerjisinin qəbulu və şüalanması prinsipini, ion mühiti və onun radiodalğalarının yayılmasına təsiri); ekspotensial qurğu və udma xətlərini və onların təyinatını; antennaların fider xətləri ilə uzlaşma prinsipini; antenna və fider xətlərinin parametrlərini; antenna və fider xətlərində ölçü aparma metodları və cihazlarını; qaynaq nöqtələrində daxili və xarici zədələnmələrin aradan qaldırılma üsullarını; qaldırıcı qurğuların texniki şəhadətnamələrini, antenna-dirək qurğuların qəbulunda sənədlərin siyahısını.

 

5.   ELEKTRİK QURĞULARINA XİDMƏT EDƏN ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Elektrik qurğularının, müxtəlif növ mühərriklərin, generatorların, akkumulyatorların, yükləmə-boşaltma və güc lövhələrinin, düzləndiricilərin cari xidmətində iştirak edilməsi. Cihazların göstəricilərinə nəzarət edilməsi. Avadanlığın işində yaranmış qüsurların cihazların ayrı-ayrı əlamət və göstəricilərinə görə müəyyən edilməsi. Mühərriklərdə yaranmış sadə nasazlıqların aradan qaldırılması. Avadanlığın ayrı-ayrı hissələrinin təmizlənməsi və hissə-hissə sökülməsi. Elektrik işıqlanmasında quraşdırma işlərinin yerinə yetirilməsi. Görülən işlərə aid texniki sənədləşdirmənin aparılması.

Bilməlidir: elektrotexnika və istilik texnikasına aid adi məlumatları; mühərriklərin, generatorların, akkumulyatorların, düzləndiricilərin güc və yükləmə-boşaltma lövhələrinin iş prinsipini; akkumulyator batareyalarının iş rejimini; xidmət olunan elektrik qurğularının texniki istismar qaydalarını.

 

6.   ELEKTRİK QURĞULARINA XİDMƏT EDƏN ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Elektrik qurğularının işə buraxılmaq üçün hazırlanması və onların işinin normal şəraitdə saxlanması. Mühərriklərdə, generatorlarda, kommutasiya   qurğularında      akkumulyatorlarda   zədələnmələrin   aşkar olunması və aradan qaldırılması. Elektrik qurğularının cari təmirinə aid işlərin yerinə yetirilməsi, sökülməsi, detalların dəyişdirilməsi, yığılması, tənzimlənməsi, mühərrik və generatorların işinin yoxlanması.

Bilməlidir: elektrotexnika və istilik texnikasını əsaslarını; elektrik qurğularının quruluşunu; mühərriklərdə, generatorlarda, kommutasiya qurğularında, akkumulyator batareyalarındakı nasazlıqları və onların aradan qaldırılma metodlarını; avadanlığın iş rejimini.

 

7. ELEKTRİK QURĞULARINA XİDMƏT EDƏN ELEKTRİK MONTYORU

 

5-ci dərəcə

İşin xüsusiyyəti: Avadanlığın işə buraxılması. Düzləndiricilərdə, avtomatlaşdırılmış və məsafədən idarə olunan avadanlıqlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Elektriklə təchiz mənbəyi avadanlığının cari təmiri. Avadanlığın sınaqdan keçirilməsində və sazlanmasında iştirak edilməsi.

Bilməlidir: avtomatlaşdırılmış avadanlığın iş prinsipini və quruluşunu; avadanlığın elektrik və kinematik sxemlərini; elektrik qurğularında əmələ gələn nasazlıqları və onların aradan qaldırılması üsullarını; avadanlıqda təmir işlərinin aparılması qaydalarını.

 

8. ELEKTRİK QURĞULARINA XİDMƏT EDƏN ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Məntiqi elementlərin üzərində qurulmuş avtomatlaşdırılmış təchiz mənbəyinə malik elektrik qurğularına, düzləndirici-inventor qurğularına, eləcə də inteqral sxemlər tətbiq olunan qurğulara xidmət edilməsi. Avadanlığın keyfiyyət göstəricilərinin elektrik ölçülməsini tətbiq etməklə məsafədən idarə olunan avtomatlaşdırılmış avadanlıqlarda, idarəetmə sistemlərində zədələnmələrin aşkar edilməsi. Sınaq elektrik təchiz qurğularına xidmət edilməsi. Elektrik ötürücü qurğunun təmir işlərinə nəzarət. Elektrik qurğularında nəzarət-ölçü cihazlarının və ölçü transformatorlarının dəyişdirilməsi.

Bilməlidir: elektrik avadanlıqları və elektrik qurğularının texniki istismar qaydalarını; elektrik qurğularının tərkibinə daxil olan bütün avadanlıqların, eləcə də təchiz mənbələrinin, istənilən mürəkkəblikdə düzləndirici qurğuların iş prinsipini və quruluşunu; akkumulyator batareyalarının əlavə elementlərinin kommutasiya sisteminin idarəetmə sxemlərini və avtomatikasını; gərginlik stabilizatorlarının sxemlərini, avtomatik tənzimləmə sxemlərini və onların sazlanma metodlarını.

 

9. YANĞINDAN MÜHAFİZƏ SİQNALİZASİYASININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Nəzarət-qəbuledici cihazların və vericilərin (elektrokontakt, elektromaqnit, maqnit-kontakt, titrəyən, yanğın) texniki-istismar xidməti, quraşdırılması, sazlanması və təmiri. Vericilərin (datçik) yapışdırılması, ağac və beton divarlarda deşiklərin açılması, paylayıcı qutuların quraşdırılması, xəndəklərin qazılması, kabel və naqillərin çəkilməsi, obyektlərin siqnalizasiya avadanlıqları ilə təmin edilməsi zamanı digər köməkçi işlərin yerinə yetirilməsi. Ultrasəs, tutum və fotoşüa ilə işləyən cihazların iş qabiliyyətinin yoxlanması.

Bilməlidir: xidmət olunan nəzarət-qəbuledici cihaz və vericilərin taktiki-texniki göstəricilərini, təyinatını və quruluşunu; vericilərin yapışdırılması qaydalarını; obyektlərdə siqnalizasiya texniki vasitələrinin montajı və quraşdırılması zamanı tətbiq olunan sadə alətlərdən istifadə qaydasını; nəzarət-qəbuledici cihaz və vericilərdə nasazlıqların axtarılma metodlarını; fotoşüa, ultrasəs və tutumlu cihaz və qurğuların işləmə qabiliyyətinin yoxlanması qaydalarını; elektrotexnikanın əsaslarını.

 

10. YANĞINDAN MÜHAFİZƏ SİQNALİZASİYASININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Ultrasəs, tutumlu və fotoşüa ilə işləyən cihaz və qurğuların texniki-istismar xidməti, quraşdırılması, montajı, sazlanması və təmiri. Ultrasəs cihaz çevricilərinin qarşılıqlı yerləşməsi, sayı və növünün müəyyən edilməsi. Tutumlu və ya ultrasəs cihaz və qurğuların həssaslığının düzləndirilməsi. Yanğından mühafizə siqnalizasiyası aparaturalarının yeni nümunələrinin sazlanmasında, montajında, quraşdırılmasında iştirak edilməsi. Qələvi və turşulu akkumulyatora və digər təchiz mənbələrinə xidmət edilməsi. Radiodalğalı cihazların, tutumlu və fotoşüalanmış perimetrial siqnalizasiya sistemlərinin və yüksəktezlikli telefon xətt qurğularının işləmə qabiliyyətinin yoxlanması.

Bilməlidir: ultrasəs, tutumlu və fotoşüalanma cihaz və qurğuların taktiki-texniki göstəricilərinin təyinatmı və quruluşunu. Ultrasəs, tutumlu və fotoşüalanma cihaz və qurğularında nasazlıqların axtarılması metodlarını, bütün nəzarət-ölçü cihazlarının iş qaydasını; ultrasəs cihazlarında təmir işlərinin aparılması qaydalarını; qələvi və turşu akkumulyatorlarına xidmət qaydalarını; radiodalğalı cihazların, tutumlu və fotoşüalanma tipli perimetrial siqnalizasiya sistemlərinin, yüksək tezlikli sıxlaşdırılmış telefon xətt qurğularının iş qabiliyyətinin yoxlanması qaydalarını; telefoniyanın əsaslarını.

 

11. YANĞINDAN MÜHAFİZƏ SİQNALİZASİYASININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Radiodalğalı cihazların, tutumlu və fotoşüalanma tipli perimetrial siqnalizasiya sistemlərinin, yüksək tezlikli telefon xətlərinin texniki-istismar xidməti, quraşdırılması, montajı, sazlanması və təmiri. Yanğından mühafizə, siqnalizasiya aparaturalarının yeni növlərinin quraşdırılması, montajı və sazlanması, eləcə də bu aparaturaların sınaq istismarından keçirilməsi. Obyektlərdə quraşdırmaq üçün hazırlanmış yanğından mühafizə siqnalizasiya aparaturaları ilə işlərin aparılmasında iştirak etməsi, fəhlə və qulluqçuların idarə və müəssisələrə daxil olmasının tabel qeydiyyatı və nəzarət sistemlərinin, mərkəzləşdirilmiş müşahidə pultlarının, telefonlaşdırılmamış mənzillərin mərkəzləşdirilmiş mühafizə sistemlərinin, mərkəzləşdirilmiş mühafizə məntəqələrindəki səsyazma aparaturaların və radiostansiyaların, radiostansiyadan istifadə etməklə yanğından mühafizə siqnalizasiyası cihazlarının iş qabiliyyətinin yoxlanması.

Bilməlidir: radiodalğalı cihazların tutumlu və fotoşüa tipli perimetrial siqnalizasiya sistemlərinin, yüksək tezlikli sıxlaşdırılmış telefon xətlərinin taktiki-texniki göstəricilərini, təyinatını və quruluşunu; yanğından mühafizə siqnalizasiya aparaturalarının yeni nümunələrinin sınaq istismarından keçirilməsi qaydalarını; reklamların tərtib olunması qaydalarını; yüksək tezlikli qurğuların təmiri və sazlanması zamanı onlarla işləmə qaydasını; fəhlə və qulluqçuların idarə və müəssisələrə daxil olmasının tabel qeydiyyatı və nəzarət sistemlərinin mərkəzləşdirilmiş müşahidə pultlarının, telefonlaşdırılmamış mənzillərin mərkəzləşdirilmiş mühafizə sistemlərinin, mərkəzləşdirilmiş mühafizə məntəqələrindəki səsyazma aparaturalarının və radiostansiyalarının, radiostansiyadan istifadə etməklə yanğından mühafizə siqnalizasiya cihazlarının iş qabiliyyətinin yoxlanması qaydalarını; radiotexnikanın əsaslarını.

 

12. YANĞINDAN MÜHAFİZƏ SİQNALİZASİYASININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Nəzarət sistemlərinin, fəhlə və qulluqçuların idarə və müəssisələrə daxil olmasının tabel qeydiyyatmı aparan qurğuların, mərkəzləşdirilmiş müşahidə pultlarının, telefonlaşdırılmamış mənzillərin mərkəzləşdirilmiş mühafizə sistemlərinin, mərkəzləşdirilmiş mühafizə məntəqələrindəki səsyazma aparaturalarının, radiostansiyadan istifadə etməklə yanğından mühafizə siqnalizasiyası cihazlarının texniki-istismar xidməti, quraşdırılması, sazlanması və təmiri. Obyektlərdə quraşdırmaq üçün hazırlanmış yanğından mühafizə siqnalizasiyası aparaturaları ilə işlərin aparılması. Obyektlərdə siqnalizasiya texniki vasitələrinin vəziyyətinin yoxlanmasında iştirak edilməsi. Nəzarət-ölçü 10 cihazlarının vəziyyətinin yoxlanması və onların dövlət yoxlamasına göndərmək üçün hazırlanması.

Bilməlidir: fəhlə və qulluqçuların idarə və müəssisələrə daxil olmasının tabel qeydiyyatını aparan qurğuların, nəzarət sistemlərinin, mərkəzləşdirilmiş müşahidə pultlarının, telefonlaşdırılmamış mənzillərin mərkəzləşdirilmiş mühafizə sistemlərinin, səsyazma qurğuları və radiostansiyalarının, yanğından mühafizə siqnalizasiya cihazlarının taktiki-texniki göstəricilərinin təyinatını və quruluşunu; yanğından mühafizə siqnalizasiya qurğuları ilə işlərin aparılması qaydalarını; nəzarət-ölçü cihazlarının dövlət yoxlamasına hazırlanmasını.

 

13. YERLİ TELEFON RABİTƏSİNİN TELEFONÇUSU

4-5-ci dərəcələr

İşin xüsusiyyəti: Şəhər, kənd və istehsalatdaxili telefon rabitəsi kommutatoruna xidmət edilməsi. Müvafiq dərəcəlilər üçün müəyyən edilmiş cavabın sürəti və birləşmənin sayı üzrə normanın yerinə yetirilməsi zamanı abunənin sorğusu, abunə xəttinin birləşdirilməsi və ayrılması. Növbəyə daxil olduğu zaman iş yerlərində şnur cütlüyünün yoxlanması, çağırışlara xidmət prosesində eşitmə keyfiyyətinin və cihazların yararlığının yoxlanması. Ötürmə stoluna, birləşdirmə xətlərinə xidmət edilməsi. Kommutatorlara və taksafonlara birləşdirilmiş xəttin yoxlanması. İş yerlərində mürəkkəb olmayan zədələnmələrin (şnurların, açarların, klapanların, xəbəredici siqnalların nasazlığını) müəyyən edilməsi, mürəkkəb olmayan zədələnmələrin aradan qaldırılması, qoruyucunun və xəbəredici lampaların dəyişdirilməsi və şnurların düzəldilməsi, nasaz xətlərin stansiyadan söndürülməsi. Zədələnmələr barədə ərizələrin qəbulu, abunəçilərin ərizələri üzrə və bilavasitə stansiyada aşkar edilmiş zədələnmələrin uçotunun aparılması.

4-cü dərəcə

20-yə qədər birləşmə xətti olan kommutatora və ya həcmi 200 nömrəyə qədər olan telefon stansiyalarına (kommutatorlara) xidmət edilməsi.

5-ci dərəcə

20 birləşmə xəttindən yuxarı olan kommutatora və ya həcmi 200 nömrədən yuxan olan telefon stansiyalarına (kommutatorlara) xidmət edilməsi.

Bilməlidir: telefonçuya aid olan istismar qaydalarını; telefon rabitəsi növlərini (şəhər, kənd, istehsalatdaxili, şəhərlərarası); telefon stansiyaların sistemlər üzrə təsnifatını; telefon ötürülmə prinsiplərini (elektrik səs titrəyişinin dəyişdirilməsi və əksinə); avadanlığın tərkibini, telefon dəstinin qurğusunu, onun sökülməsi, yığılması və nizamlanmasını, birləşdirmə xətlərinin, abunə xətlərinin, abunə cihazlarının və şnur cütlüyünün cihazlarının fəaliyyət prinsipi və iş yerlərini; kommutatorların və onların əsas hissələrinin təyinatını, mühafizə qurğularının təyinatını (qoruyucu və boşaldıcı rele ştativlərində, cərəyanayıran lövhələrdə, girişli kommutasiya qurğularında və keçirilmə lövhələrində); kənd telefon stansiyalarının rabitə xidməti təlimatını, rayonun ərazisində müxtəlif telefon stansiyalarında işə salınmış abunəçilərarası birləşmənin icrası qaydalarını, şəhərlərarası telefon danışıqlarının təqdimi qaydalarını, zədələnmənin uçotu qaydalarını. Telefonçunun yaxşı danışığı, tələffüzü, söz və rəqəmləri aydın ifadə etmək qabiliyyəti olmalıdır.

 

14. KABELÇİ - LEHİMLƏYİCİ

3-cü dərəcə

İşin xüsusiyyəti: Tutumu 100 cütə qədər olan kabellərə istismar-texniki xidmət; kabellərin istismar-texniki xidmətində və kabel qurğularının sonluğunda, o cümlədən kabel qurğularında cari və əsaslı təmirə baxışda, şəhərlərarası kabel xətlərinin saz vəziyyətdə olmasında, kabellərin montajında, kabel paylayıcı qutuların quraşdırılmasında, kabel zədələnmələrinin aradan qaldırılmasında, mühafizə zonalarında kabel qurğularının qorunmasına nəzarətdə iştirak edilməsi. Kabellərin istismarı ilə əlaqədar olaraq kabellərin torpaqdan çıxarılması və çalaların qazılması işlərinin yerinə yetirilməsi. Qaz analizatorunun köməyi ilə qurğu və şaxtaların qazla dolub-dolmamasının yoxlanması.

Rotametrlərin, manometrlərin göstəriciləri jurnalının doldurulması, kabelləri daimi hava təzyiqi altında saxlayan avadanlıqlarda nəmlik indikatorundakı silikagelin vəziyyətinin müşahidəsi, kabel kütlələri, lehimlə, lehimləyici lampalarla, qaz odluq ilə iş. Texniki sənədlərin köməyi ilə şəhərlərarası kabel xətlərinin yerinin təyini, nəzarət-ölçü məntəqələrinə və korroziyadan mühafizə qurğularına profilaktik baxış.

Bilməlidir: elektrotexnikanın adi əsaslarını; yerinə yetirilən işlərin xüsusiyyəti ilə əlaqədar olaraq kabel qurğularının istismarı üzrə təlimatları, rəhbər sənədləri və ayrı-ayrı qaydaları; rabitə xətlərinin mühafizəsi qaydalarının əsas vəziyyətlərinin və mühafizə zonalarında torpaq işlərinin istehsal şəraitini; mexanikləşdirilmiş alət və qurğularla iş zamanı tətbiq olunan qaz analizatorlarından istifadə qaydalarını; şəhərlərarası kabellər və daimi hava təzyiqi altında olan ŞTŞ (şəhər telefon şəbəkəsi) kabelləri haqqında əsas anlayışları; hava təzyiqi altında olan kabellərin üz qabığının germetikliyini yoxlama qaydalarını; baxış qurğularının və kabelin telefon kanalizasiyası kanallarının, paylayıcı telefon şkaflarının, mühafizə xətlərinin, paylayıcı qurğuların (kabel yeşikləri) və boksların, eləcə də bu qurğularda cütlüyün nömrələnməsini; kabellərin istismarında tətbiq olunan lehim və kabel kütlələrini; kabellərin metal örtüklərinin korroziyası haqqında məlumatları; şəhərlərarası kabel magistralının pasportunu tətbiq etmək üçün əsas təlimatları; paylayıcı telefon şkaflarından, kabel baxış qurğularından, şaxtalar və kompressor otaqlarından açarların alınması və saxlanması qaydalarını.

 

15. KABELÇİ - LEHİMLƏYİCİ

4-cü dərəcə

İşin xüsusiyyəti: Bütün növ şəhərlərarası kabellərin və tutumu 100 cütdən 300-cütə qədər olan ŞTŞ və KTŞ kabellərinə və onların qıraq qurğularına texniki istismar xidməti; kabel qurğularında cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi. Tutumu 300 cütdən yuxarı olan kabellərin texniki-istismar xidmətində iştirak etməsi. Tutumu 100 cütə qədər olan kabellərin, eləcə də simmetrik və kiçik qabaritli koaksial kabellərdə zədələnmələrin aradan qaldırılması. Tutumu 300 cütə qədər olan kabellərin əl üsulu ilə montajı. Böyük tutumlu kabellərin əl və mexanikləşdirilmiş üsulla montajında, daimi hava təzyiqi altında olan kabellərin quraşdırılmasında, kabel örtüklərində qeyri-germetikliyin aradan qaldırılmasında iştirak edilməsi.

Kabellərin korroziyadan mühafizəsi və təhlükəsinin, qiymətləndirilməsi üzrə ölçülərin keçirilməsi. Kabel xətləri magistrallarına baxış, kənar təşkilatların qazma işləri aparılmasına nəzarət. Kabellərin uclarının lehimlənməsi və qaynaq edilməsi. Boksların doldurulması. Kabel axtaran qurğunun köməyi ilə kabel magistrallarının müəyyən edilməsi. Kabellərin sabit cərəyan vasitəsilə ölçülməsi. Görülmüş işə aid texniki sənəd formalarının tərtib edilməsi. Kabel qurğularının istismarında tətbiq olunan armaturların, kiçik mexanikləşdirmə vasitələri və alətlərin təmiri. Mülki qurğuların şəhərlərarası kabel xətlərinin xidmət olunmayan gücləndirici məntəqələrinin (XGM) və ŞTŞ şaxtalarının cari saxlanması.

Bilməlidir: uzaq rabitə və telefoniyanın əsaslarını; xidmət olunan ŞTŞ-nin quraşdırılma prinsipini; şəhərlərarası və şəhər kabel qurğularının texniki-istismar qaydalarını; kabellərin mexaniki metodla montajı və basdırılması metodlarını və bunun üçün tətbiq edilən alət və uyğunlaşdırılmış qurğuları; rabitə xətlərinin mühafizə zonaları hüdudunda qazma işlərinin yerinə yetirilmə şərtlərini; bütün xidmət olunan kabellərin konstruksiyasını; kabellərin ilkin elektrik parametrləri haqqında əsas anlayışları; kabellərin istismarında tətbiq olunan sadə cihazların iş prinsipini və təyinatmı; kabel örtüklərinin və damarlarının yararlığını yoxlama qaydalarını; materialların sərf olunma normalarını və sərf olunmuş materialların silinmə qaydalarını; kabel zədələnmələrin qeydiyyatım; müəssisənin işinin keyfiyyət göstəricilərini; pasportlaşdırma və texniki qeydiyyat formalarının tərtib etmə qaydalarım; XGM-in saxlanması üzrə təlimatları; kabellərin sabit cərəyanla ölçülməsi metodlarını və onlarda zədələnmə yerlərinin müəyyən edilməsini.

 

16. KABELÇİ - LEHİMLƏYİCİ

5-ci dərəcə

İşin xüsusiyyəti: Tutumu 300 bütdən yuxarı olan bütün növ ŞTŞ, KTŞ kabellərinə texniki-istismar xidməti. Bütün növ zədələnmələrin aradan qaldırılması, eləcə də kabellərin işini dayandırmadan təmir işlərinin yerinə yetirilməsi. Tutumu 300 cütdən 600 cütə qədər olan şəhər telefon kabellərinin əl və mexanikləşdirilmiş metodla montajı. Polad, plastmas və alüminium örtüklü simmetrik və koaksial kabellərin montajı. Paylayıcı şkafların, boksların və digər sonluqlu kabel qurğularının montajı. Kabelləri sabit hava təzyiqi altında saxlayan avadanlıqlara xidmət, kabellərdə qeyri-germetik yerlərin axtarılması və yeraltı metallik rabitə qurğularını korroziya və şimşək zərbələrindən müdafiə edən qurğuların təmiri, tənzimlənməsi və montajı, yerləbirləşmə qurğusuna aid işlərin yerinə yetirilməsi. Kabellərin sabit cərəyanla ölçülməsinin yerinə yetirilməsi. Kabellərin simmetrikləşdirilməsində və istismara verilən kabel qurğularının qəbulunda iştirak edilməsi.

Bilməlidir: ŞTŞ kabel qurğularının və şəhərlərarası kabel xətlərinin istismarı üzrə təlimatları, rəhbər sənədləri və qaydaları; kabellərdə sabit və dəyişən cərəyanın ölçülməsində istifadə olunan cihazların iş prinsipini; kabellərin simmetrikləşdirmə prinsipini; ŞTŞ kabel-kanalizasiya qurğularının istismara qəbul sənədlərinin əsas qaydalarını; kabel xətlərinin texniki qeydiyyat sənədlərini; kabellərin korroziyadan, şimşək zərbəsindən və digər təhlükəli təsirlərdən qorunma vasitələrini.

 

17. KABELÇİ - LEHİMLƏYİCİ

6-cı dərəcə

İşin xüsusiyyəti:  Şəhər və şəhərlərarası kabellərin yeni konstruksiyalarının, eləcə də sıx sistemli ötürücülərin montajı və texniki-istismar xidməti; tutumu 600 cütdən 2400 cütə qədər olan şəhər telefon kabellərinin montajı. Şəhərlərarası və şəhər kabellərinin cari və əsaslı təmiri işlərinə rəhbərlik edilməsi. Rabitə kabel xətlərinin yenidən qurulması işlərinin aparılması. Kabellərin simmetrikləşdirilməsi. Kabel qurğularının istismara qəbulu. XGM avadanlıqlarının montajı.

Bilməlidir: elektrotexnikanın əsaslarını; telefoniyanın və uzaq rabitənin əsaslarını; ŞTŞ kabel qurğularına xidmətin təşkilini; kabel zədələnmələrinin qeydiyyatı, təhlili və keyfiyyət göstəricilərini; kabel qurğularının istismarı üçün sərf olunan materialların iş normasını; şəhər və şəhərlərarası rabitə xətlərinin ölçülməsi nəzəriyyəsinin əsaslarını.

 

18. PEYK RABİTƏSİ QƏBULEDİCİ - ÖTÜRÜCÜ STANSİYANIN ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Ötürücü və qəbuledici avadanlıqların, azsəsli gücləndirici kabinələrin, televiziya aparaturalarının, elektrik təchiz sistemlərinin İBS (idarəetmə, bloklama və siqnalizasiya) və hava-su soyutma vericilərinin, nişanlama sistemli elektrik ötürücüləri avadanlığı və aparaturaların, antenna qurğusunun dayaq-dönmə hissələrinin, maye azot istehsalı üzrə soyuducu-qaz maşınlarının texniki baxış və xidmətində iştirak edilməsi.

Cihazların göstəricilərinə nəzarət etməsi. Cihazların göstəricilərinə və ayrı-ayrı texnoloji əlamətlərə görə avadanlığın işində olan nasazlığın təyini. Sadə nasazlıqların aradan qaldırılması (qoruyucuların, azgüclü transformator və drossellərin, kondensatorların, potensiometrlərin, relelərin, hidrodüyməciklərin, süzgəclərin, maqnit işə salanların dəyişdirilməsi). Kabel birləşmələrinin yerinə yetirilməsi. Daşma bilən nəzarət qurğuları və radioölçü cihazlarının quraşdırılması.

Bilməlidir: elektrotexnika, radiotexnika və televiziyaya aid adi məlumatları; istismar təlimatlarını; xidmət olunan avadanlıqların blok sxemini; sadə ölçü cihazlarının (voltmetrin, ampermetrin, ommetrin, universal ölçü cihazlarının) tətbiq olunma qaydalarını və təyinatını.

 

19. PEYK RABİTƏSİ QƏBULEDİCİ-ÖTÜRÜCÜ STANSİYANIN ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Xidmət olunan avadanlıqlarda müəyyən olunmuş iş rejiminin saxlanması. Zədələnmə olan sahə və onun xüsusiyyətinin müəyyən edilməsi. Sıradan çıxmış texniki vəsaitlərin yenisi ilə əvəz edilməsi. Alçaq tezlikli gücləndiricilərin, videogücləndiricilərin amplituda tezlik xüsusiyyətlərinin ölçülməsi, televiziya aparatlarında siqnalların səviyyəsinin ölçülməsi.

Avadanlıqların texniki baxış və təmirinə aid işlərin yerinə yetirilməsi (sıradan çıxmış müqavimət modullarının lehimdən çıxarılması, nasaz cihazların dəyişdirilməsi, xarab kondensatorların dəyişdirilməsi). Güc lövhələrinin, maqnit nəzarətçilərin, hidrodüyməciklərin, relelərin, potensiometrlərin və gücləndiricilərin cari təmiri.

Bilməlidir: elektrotexnika, radiotexnika və televiziyanın əsaslarını; stansiya avadanlıqlarının skelet sxemlərini; xidmət olunan avadanlığın montaj sxemini; elektrik mühərrikləri, sabit və dəyişən cərəyan generatorlarının iş prinsipini; nəzarət-ölçü aparatlarının (səs generatoru, səviyyə ölçən, millivoltmetr, ossilloqraf) tətbiq olunma qaydalarını və təyinatını.

 

20. PEYK RABİTƏSİ QƏBULEDİCİ - ÖTÜRÜCÜ STANSİYANIN ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Müəyyən olunmuş iş rejiminin və avadanlıqlarının keyfiyyət göstəricilərinin təmin olunması. Kommutasiya avadanlıqlarında və televiziya otaqlarında olan aparaturalarda nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. İBS ötürücü sxemlərin rele-kontakt dövrəsində və elektrik ötürücü sistemlərində nasazlıqların aradan qaldırılması və yoxlanması. Yerinə yetirilən iş üsulunda hazırlanmış metodika ilə elektrik ölçmələrinin aparılması. Stansiya avadanlıqlarında təmir işlərinin aparılması (avadanlığın detallarının yoxlanması, mexanizmlərin tənzimlənməsi, detalların elektrik sınağından çıxarılması). Prinsipial sxemlər üzrə montaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət olunan avadanlığın prinsipini və montaj sxemini; mürəkkəb nəzarət-ölçü aparatlarının (spektr analizatorları, tezlik xarakteristikalarını ölçən cihazları) iş prinsipini; xidmət olunan avadanlığın keyfiyyət göstəricilərinin ölçülmə metodikasını.

 

21. PEYK RABİTƏSİ QƏBULEDİCİ - ÖTÜRÜCÜ STANSİYANIN ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Məsafədən idarə olunan avtomatlaşdırılmış avadanlıqlarda, tuşlama aparatında, İBS ötürücü sistemlərində, paylaşdırıcı qurğularda, sıxlaşdırma aparatlarında, aralıq avadanlıqlarında zədələnmələrin aradan qaldırılması.

Sınaq avadanlıqlarına xidmət. Avadanlıqların modernləşdirilməsi və mürəkkəb montaj işlərinin yerinə yetirilməsi.

Avadanlığın köklənməsi və məşq etdirilməsi. Videonəzarət qurğularım və elektrik titrəyişlərini səsə çevirən aparaturaların təmiri.

Antennaların tuşlama sistemlərində, elektrik təchiz mənbələrində, peyk rabitəsi texniki vasitələrinin hava və su soyutma sistemlərində təmir işlərinə rəhbərlik etmək.

Bilməlidir: avadanlıq və aparaturaların nizamlanması və məşq etdirilməsi qaydalarını; avadanlıqların elektron sxemlərini və avtomatika sxemlərini; istənilən mürəkkəbli montaj sxemlərini.

 

22. RABİTƏ KANALİZASİYA QURĞULARININ ELEKTRİK MONTYORU

2-ci dərəcə

İşin xüsusiyyəti: Kanalizasiya qurğularının texniki-istismar xidmətində və cari təmirində iştirak edilməsi; baxış qurğularının qazla dolmaya yoxlanmasında iştirak edilməsi; baxış qurğularının, xəndəklərin və çalaların ətrafına sədd çəkmə işlərinin yerinə yetirilməsi, quyuların ventilyasiyası; lehimləyici lampaların doldurulması və alışdırılması; kabel magistrallarının lehimləyici lampa ilə qızdırılması. Alt qapaqların zamaska, yaxud mala ilə ötürülməsi; xəndək və çalaların qazılması.

Bilməlidir: baxış qurğularına, ventilyasiya qurğularına sədd çəkmə qaydalarını; süxurların hazırlanması üçün əl alətlərindən istifadə qaydalarını; lehimləyici lampaların və qaz qızdırıcılarının iş rejimini, kabel magistrallarının qızdırılma dərəcəsini; baxış qurğularının qapalı saxlanması, açarların alınması və qorunması qaydalarını; rabitə vasitələrinin və qurğularının mühafizə qaydaları haqqında anlayışa malik olması.

 

23. RABİTƏ KANALİZASİYA QURĞULARININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Telefon kanalizasiyası baxış qurğularının kiçik təmiri və təmizlənməsi; divarlara suvaq çəkilməsi və çatların örtülməsi. Baxış qurğuları metal konstruksiyalarının təmiri, dəyişdirilməsi və rənglənməsi; telefon kanalizasiya kanallarının malalanması; telefon kanalizasiyalarının təmiri üçün xətlərdə istifadə olunan məhlulun hazırlanması. Pnevmatik alətlərin tətbiqi ilə xəndək və çalalarda süxurların hazırlanması; xəbərdarlıq nişanələrinin quraşdırılması; kabelin uclarının müvəqqəti düzəldilməsi; bronlu kabellərin yerləşdirilməsi və kabellərin kanalizasiya quyularına dartılması işlərində, mühafizə zonalarında kənar təşkilatların işinə nəzarətdə iştirak edilməsi.

Bilməlidir: kabellərin markalarım; telefon borularının, kronşteynlərin və konsolların növlərini; plastik, qurğuşun və bronlaşmış kabellərlə davranış qaydalarını; kabelli barabanların yüklənməsi, daşınması və boşaldılması qaydalarını; telefon kanalizasiyası və quyularının quruluşunu; telefon kanalizasiyalarının çəkilişində və çalaların tikintisində qazma işlərinin istehsalat qaydalarını; mexaniki alətlərlə işləmə qaydaların; beton məhlulun hazırlanması qaydalarını və tərkibini; qaz analizatoru ilə davranış qaydalarını və onun quruluşunu; qaz qızdırıcıları və lehimləyici lampalarla işləmə metodlarını; baxış qurğularına və ŞTS kabellərinin giriş zirzəmilərinə qaz dolmasının xəbərdarlıq qaydalarını; Rabitə vasitələrinin və qurğularının mühafizə qaydalarını.

 

24. RABİTƏ KANALİZASİYA QURĞULARININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Kanalizasiya qurğularına texniki-istismar xidməti (baxış və təmir, zədələnmələrin aradan qaldırılması, telefon kanalizasiya kanallarının yoxlanması və təmizlənməsi). Kərpic qutuların, kiçik və orta tipli quyuların tikintisi; telefon kanalizasiya borularının 12 kanala qədər olan bloklarda yerləşdirilməsi. Tutumu 600 cütə qədər olan kabellərin kanalizasiya kanallarına əl və mexaniki üsulla qoyulması və dartılması.

Kabellərin kollektorlarda, xəndəklərdə yerləşdirilməsində iştirak edilməsi; kabel sonluqlarının lehimlənməsi və qaynaq edilməsi. Mühafizə zonalarında, razılaşma şəraitində, qazma iş zamanı tikinti təşkilatlarının işinə nəzarət, rabitə vasitələrinin və qurğularının mühafizə qaydalarının yerinə yetirilməsi haqqında tikinti təşkilatlarının işçiləri arasında izahat işlərinin aparılması.

Bilməlidir: telefon kabelləri kanalizasiyasının təmiri və baxışı işlərinin istehsalat texnologiyasını; telefon kabelləri kanalizasiyasında kabellərin qoyulması işlərini; asma işlərini, blok və boruların kanallara endirilməsini; kabellərin kollektorlarda və xəndəklərdə dartılmasını; kabel kanalizasiyalarının istismarında tətbiq olunan mexanizm və alətlərin təyinatını və quruluşunu; kabellərin baxış qurğularında yerləşdirilməsi zamanı plastik örtüklərin qızdırılması metodlarını; sualtı kabellərin qoyulması qaydalarını; qazma işləri gedən sahələrdə kabellərin barabanlarda saxlanma qaydalarını; ŞTŞ-də kabel zədələnmələrinin qeydiyyatını, kanalizasiya qurğularının və bronlu kabellərin pasportlaşdırılmasını və texniki sənədləri; materialların hesabdan silinməsi qaydalarını; alüminium və polad örtüklü simmetrik kabellərin qoyulması qaydalarını.

 

25. RABİTƏ KANALİZASİYA QURĞULARININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Tutumu 12 kanaldan yuxarı olan kabel telefon kanalizasiyası bloklarının asılması və endirilməsi. Telefon paylayıcı şkafların quraşdırılması. Kabel kanalizasiyalarının əsaslı təmiri. Tutumu 600 cütdən yuxarı olan kabellərin kanalizasiyadan dartılması və kollektorlarda yerləşdirilməsi. Müxtəlif tutumlu kabellərin işə yararlığını saxlamaq şərti ilə kanalizasiyadan çıxarılması. Kərpiclərin düzülməsi və dəmir-beton xüsusi və künc quyularının yığılması. Körpülər üzrə telefon kabel kanalizasiyasının çəkilməsi və təmiri. Quyularda hidroizolyasiya işlərinin yerinə yetirilməsi. Telefon kabel kanalizasiyalarının tikintisi və təmirində istifadə olunan mexanizm və qurğuların təmiri. Kanalizasiya qurğularının istismara qəbulunda iştirak etməsi.

Bilməlidir: xüsusi və böyük tipli quyuların konstruksiyasını; xüsusi tipli telefon quyularının çertyojlar üzrə yığılmasını və montaj texnologiyasını; sualtı kabellərin qoyulması üzrə işlərin istehsalat qaydalarını; baxış qurğularının hidroizolyasiyası zamanı tətbiq olunan hidroizolyasiya materiallarının növlərini; barabanlarda və tikinti uzunluqlarında kabellərin hava təzyiqi ilə yoxlanması qaydalarını; zədələnmiş barabanlarda kabellərin dolanması və kabellərin zirehdən təmizlənməsi qaydalarını; kanalizasiya-kabel qurğularının istismara qəbul qaydalarını.

 

26. RABİTƏ RADİORELE XƏTTİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Qəbuledici-ötürücü radiorele avadanlığında, siqnalizasiya və nəzarət sistemlərində, radiorele stansiya elektrik təchiz sistemlərində (RRS), hava soyutma sistemlərində, təmir işlərində, texniki baxışda və xidmətində iştirak etmək. Cihazların göstəricilərinə nəzarət. Avadanlığın işində olan nasazlıqların cihazların göstəricilərinə və ayrı-ayrı əlamətlərə görə müəyyən edilməsi. Qoruyucuların   dəyişdirilməsi.    Elektrik   işıqlanmasına    aid    işlərin   yerinə yetirilməsi.   Avadanlığın   təmizlənməsi.   Yerinə   yetirilən   işlərə   aid   texniki sənədləşdirmənin aparılması.

Bilməlidir: rabitə radiorele xətlərinin texniki-istismar qaydalarını; xidmət olunan avadanlığın blok sxemasını; sadə ölçü cihazlarının (voltmetr, ampermetr, ommetr) iş prinsipini və təyinatını; xidmət olunan aparaturanın iş prinsipini; aparaturaların elektrik təchiz mənbələrinin sxemini; akkumulyator batareyalarının istismar qaydalarını, texniki sənədləşdirmənin aparılması qaydalarını.

 

27. RABİTƏ RADİORELE XƏTTİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Xidmət olunan avadanlığın müəyyən olunmuş iş rejiminin saxlanması. Rabitənin yoxlanması. Zədələnmənin yerinin və xüsusiyyətinin təyini. Texniki vasitələrin ehtiyat hissələrlə əvəz edilməsi. Radiolampaların dəyişdirilməsi. Avadanlığın özündə yerləşdirilmiş cihazların köməyi ilə cərəyan və gərginliyin ölçülməsi.

Avadanlığın texniki baxışına və təmirinə aid işlərin yerinə yetirilməsi; yararsız müqavimətlərin, kondensatorların və digər detalların lehimdən çıxarılması. Montaj sxemi üzrə sadə montaj işlərinin yerinə yetirilməsi. Elektrik təchiz qurğuları (ETQ) və avtomatik dizel generatorları (ADG) işə buraxmaq üçün hazırlamaq. Mühərriklərdə, generatorlarda, kommutasiya qurğularında, ETQ, akkumulyatorlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. ETQ-ların cari təmiri, detalların dəyişdirilməsi, mühərrik və generatorların yoxlanması işlərinin yerinə yetirilməsi. Videonəzarət qurğusunda (VNQ) təsvirin keyfiyyətinin qiymətləndirilməsi.

Bilməlidir: radiotexnika və elektrotexnikanın əsaslarını, televiziyaya aid adi məlumatları; RRS avadanlıqlarının blok sxemlərini; əsas nəzarət-ölçü cihazlarının (səs generatoru, lampalı voltmetr, tester) tətbiq olunma qaydalarını və iş prinsipini; ETQ-nın quruluşunu; mühərriklərdə, generatorlarda kommutasiya avadanlıqlarında, akkumulyatorlardakı nasazlığı və onların aradan qaldırılma metodlarını; elektrik qurğularının iş prinsipini; rabitənin radiorele xəttinin texniki-istismar qaydalarını.

 

28. RABİTƏ RADİORELE XƏTTİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: RRS (radiorele stansiyası) qəbuledici-ötürücü avadanlıqlarının yoxlanması. Qəbuledici-ötürücü avadanlıqlarında və telefon kanallarını bölüşdürən televiziya siqnalları aparaturalarında zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Hazırlanmış metodika üzrə elektrik ölçmələrinin aparılması.  Orta mürəkkəbli təmir və montaj işlərinin yerinə yetirilməsi (blok və qovşaqların dəyişdirilməsi, ayrı-ayrı montaj detallarının dəyişdirilməsi). Gücün, tətbiq olunan siqnalların səviyyəsinin, tezlik xüsusiyyətlərinin və avadanlığın başqa keyfiyyət göstəricilərinin ölçülməsində iştirak edilməsi. Avtomatlaşdırılmış və məsafədən idarə olunan avadanlıqlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. ETQ (elektrik təchiz qurğuları) və avtomatlaşdırılmış dizel-generator qurğuları olan elektrik stansiyalarının cari təmiri.

Bilməlidir: xidmət olunan avadanlığın prinsipial və montaj sxemlərini; xidmət olunan avadanlığın keyfiyyət göstəricilərinin ölçülməsi metodikasını; montaj işlərinin yerinə yetirilməsi qaydalarını; RRS elektrik təchiz sistemlərinin avtomatlaşdırılmış avadanlıqlarının iş prinsipini və quruluşunu; elektrik qurğularının nasazlıqlarını və onların aradan qaldırılması metodlarını; mürəkkəb nəzarət-ölçü cihazlarının (standart siqnallar generatoru, YT güc ölçən, ossilloqraf, ampervoltommetr) iş prinsipini, quruluşunu və istifadə olunma qaydalarını.

 

29. RABİTƏ RADİORELE XƏTTİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Müəyyən olunmuş iş rejiminin və RRS (radiorele stansiyası) avadanlıqları işinin keyfiyyət göstəricilərinin təmin edilməsi. Məsafədən idarə olunan avtomatlaşdırılmış avadanlıqlarda (telefon kanallarını və televiziya siqnallarını ayıran aparatura, retranslyator) zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Avadanlıqların telesiqnalizasiya və teleidarəetmə sistemlərinin keyfiyyət göstəricilərinin elektrik ölçülərinin aparılması. Ossilloqrammaya görə videosiqnalların əsas parametrlərinin təyini. Radiotexnika avadanlıqlarının və elektrik təchiz sistemlərinin modernləşdirilməsi. Elektrik mexaniki və ya mühəndisin rəhbərliyi altında tənzimləmə, sazlama və avadanlığın məşq etdirilməsi işlərinin yerinə yetirilməsi. RRS elektrik təchizin avtomatik sistemlərinin təmiri. Çətin təmir və montaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət olunan avadanlığın sazlanması, tənzimlənməsi və məşq etdirilməsini. İstənilən çətinlikdə montaj sxemlərini; RRS-nin avtomatlaşdırılması prinsipini; radiotexniki avadanlıqların avtomatik və elektron sxemlərini. RRS elektrik təchizi avtomatik sistemlərinin təmirini. Mürəkkəb təmir və montaj işlərinin yerinə yetirilməsini.

 

30. RADİOLAŞDIRMA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Gücləndiricilərin gücü 0,1 kVt olan radioyayım qovşaqları avadanlıqlarının iş rejiminə nəzarət, kommutasiya olunması, açılması, qoşulması və yoxlanması (məsafədən idarə olunan stansiya və yarımstansiya istisna olmaqla). Mürəkkəb olmayan zədələnmələrin aşkar olunması və aradan qaldırılması. Çıxış xətlərinin parametrlərinin ölçülməsi.

Bilməlidir: elektrotexnika və radiotexnikanın sadə əsaslarını; naqillə ötürülən verilişlərin ümumi prinsipini, radioyayım şəbəkələrinin qurulmasını, radioyayım qovşaqlarının stansiya avadanlıqlarını, radioqəbuledici qurğuların və alçaq tezlikli gücləndiricilərinin işini; avadanlıqların rejimini və onlara xidmət qaydalarını; qurğu haqqında əsas anlayışları və daxiliyanma mühərriklərinin istismarım; montyor ölçü cihazlarının quruluşunu və təyinatım; radioyayım qovşaqlarının texniki-istismar qaydalarını.

 

31. RADİOLAŞDIRMA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Gücləndiricilərinin gücü 0,1 kVt-dan 1,25 kVt-a qədər radioyayım qovşaqlarının antenna və çıxış qurğularına, aparaturalara və avadanlıqlara texniki-istismar xidməti (məsafədən idarə olunan stansiya və yarımstansiyalar da daxil olmaqla).

Keyfiyyət göstəricilərinin ölçülməsi işlərində, məsafədən idarə olunan stansiya və yarımstansiyaların təmirində iştirak edilməsi. Naqillə ötürülən verilişləri mərkəzi stansiyası (NVMS) növbələri tərkibində növbətçilik. Ehtiyat enerji bazalarına xidmət.

Bilməlidir: rabitə və uzaq rabitə nəzəriyyəsinin əsaslarını, xidmət olunan avadanlıq və aparaturaların montaj və prinsipial sxemlərini; xidmət olunan avadanlıqların və aparaturaların radioyayım qovşaqlarının antenna və çıxış qurğularının quruluşunu; tətbiq olunan ölçü cihazlarının quruluş və təyinatını; keyfiyyət göstəricilərinin ölçülməsinin əsas qaydalarını.

 

32. RADİOLAŞDIRMA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Gücləndiricilərinin gücü 1,25 kVt-dan 5 kVt-a qədər olan birproqramlı və çoxproqramlı radioyayım qovşaqlarının avadanlıqlarına, aparaturalarına, antenna və çıxış qurğularına texniki-istismar xidməti. Transformator yayım stansiyalarına texniki-istismar xidməti. Ölçmə işlərinin aparılması. Naqillə ötürülən çoxproqramlı verilişlər (NÇV) şəbəkəsinin məsafədən idarə olunan stansiya və yarımstansiyalarının təmiri və sazlanması. Səs gücləndirən və nitq çevirən avadanlıqların iş rejiminə nəzarət, yoxlanması və quraşdırılması. Daimi və müvəqqəti birləşdirici xətlərin montajı: səs ucaldanların, səs kolonkalarının, mikrofonların, səsyazma və oxuma qurğularının quraşdırılması. Keyfiyyət göstəricilərin ölçülməsi, səsgücləndirici və nitqçevirici avadanlıqların təmiri və sazlanması işlərinin yerinə yetirilməsi.

Bilməlidir: radioyayımın, radiorabitənin, elektroakustika və səs gücləndirmənin əsaslarını; aparatura və avadanlıqlarda zədələnmələrin aradan qaldırılması metodlarını; məsafədən idarə olunan stansiya və yarımstansiyalarda və NVMS-lərdə işlərin spesifikasını, keyfiyyət göstəricilərinin ölçülməsi metodlarını.

 

33. RADİOLAŞDIRMA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Gücləndiricilərinin gücü 5 kVt-dan çox olan çoxkanallı naqillə yayım şəbəkələrinin məsafədən idarə olunan stansiya və yarımstansiya avadanlıqlarına və bütün kompleks aparaturalara texniki-istismar xidməti məsafədən idarəetmə və telenəzarət həyata keçirən mərkəzi aparat otaqlarında və stansiyalarda növbətçilik. Ölçmə, radioyayım şəbəkələri, stansiya avadanlıqlarının təmiri və sazlanması işlərinin yerinə yetirilməsi; çoxproqramlı yayım stansiyası avadanlıqlarının təmiri və montajı; səs gücləndirmə və nitqin sinxronlu tərcüməsi, bu işlərin yerinə yetirilməsinə rəhbərliyi; gücü 0,5 kVt olan gücləndiricilərin, çoxproqramlı yayımda ötürücü və qrup ilə qəbuledici yüksək tezlikli aparaturaların, korrektirovka edən qurğuların, nəzarət-ölçü aparatlarının emalatxanalarda təmiri.

Bilməlidir: YT (yüksək tezlikli) sıxlaşdırma sisteminin, radioyayım şəbəkələrinin telenəzarətini və məsafədən idarə olunmasını; aparatura və avadanlıqlarda mürəkkəb nasazlıqların aradan qaldırılması metodikasını; avadanlıq və aparaturaların keyfiyyət göstəricilərini.

 

34. RADİOOPERATOR (əməliyyatçı)

4-5-ci dərəcələr

İşin xüsusiyyəti: Radiostansiyaların qəbul-ötürücü avadanlığına istismar-texniki xidmət, qəbuledici və ötürücülərin işçi tezliyə uyğun qurulması, nasaz lampaların dəyişdirilməsi və adi texniki nasazlığın aradan qaldırılması; adi elektrik ölçülərinin və sınaqların aparılması.

Stansiya təsərrüfatının elektrik gücünə və antenna-dirək qurğularına xidmət edilməsi; avadanlığa xidmət edilməsində müəyyən edilmiş texniki normalara riayət edilməsi; müəyyən edilmiş operativ və texniki sənədlərin aparılması; hərfçapedən teleqraf aparatında Morze əlifbası ilə olan radioqramların ötürülməsi və qəbulu, çap maşınında radioqramın qəbulu, ondulyator (siqnalları ardı kəsilmədən kağız üzərində qeyd edən teleqraf cihazı) şriftinin və deşik açılmış lentlərin oxunması, radioqramların sənədləşdirilməsi; teleqraf sənədlərinin aparılması; aparatın qoşulması və söndürülməsi; bu dərəcə üçün istehsalat tapşırıqlarının icrasının təmin edilməsi məqsədi ilə çap maşınında və teleqraf aparatında sürət ilə işlənməsi.

4-cü dərəcə

Dəqiqədə 60-dan 90-a qədər qarışıq mətni olan işarəni eşitməklə açarla ötürülmə, radioqram və radioteleqramların sürətlə qəbulu.

5-ci dərəcə

Dəqiqədə 90-dan 120-yə qədər qarışıq mətni olan işarəni eşitməklə açarla ötürülmə və radioqram və radioteleqramların sürətlə qəbulu.

6-cı dərəcə

Dəqiqədə 120-dən yuxarı qarışıq mətni olan işarənin açarla ötürülməsi, radioqram və radioteleqramların sürətlə qəbulu.

Bilməlidir: (bütün ixtisas dərəcələri üçün); elektrotexnika və radiotexnikanın əsaslarını; qəbuledici-ötürücü radiostansiyalarına, antenna və elektrik enerjisi ilə təchiz etmə qurğularına xidmət edilməsinin material hissəsini; radioteleqraf rabitəsinə xidmət etmə qaydalarını; radiokodları, yerinə yetirilən işlər hüdudunda teleqrafın istismar qaydalarını, radiomübadilə qaydalarını.

 

35. RADİOSTANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Avadanlıqların, radiobüro aparatlarının, ötürücü və qəbuledici stansiyaların, nəzarət paylayıcı aparat otaqlarının, istehsalatdaxili rabitə radioaparatları və radioavadanlıqlarının, hava və su soyutmanın elektrik təchiz sistemlərinin təmirində, texniki baxışında və cari xidmətində iştirak edilməsi. Cihazların göstəricilərinə nəzarət edilməsi. Cihazların göstəricilərinə və ayrı-ayrı əlamətlərə görə avadanlığın işində olan nasazlıqların təyini, drossellərin, qoruyucuların, kondensatorların dəyişdirilməsi. Elektrik işıqlanmasına aid işlərin yerinə yetirilməsi. Yerinə yetirilən işlərə aid texniki sənədlərin aparılması.

Bilməlidir: radiotexnika və elektrotexnikanın elementar əsaslarını; xidmət olunan avadanlıqların radiorabitə və radioyayım vasitələrinin texniki-istismar qaydalarını; radiorabitə və radioyayım kanalları və xidmət olunan avadanlıqların struktur sxemini. Sadə ölçü cihazlarının (voltmetr, ampermetr, ommetr) iş prinsipini və təyinatını; xidmət olunan aparatura və avadanlıqların iş prinsipini; elektrik təchiz mənbələri haqqında əsas məlumatlan; texniki sənədləşmənin aparılması qaydalarını.

 

36. RADİOSTANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

 

4-cü dərəcə

İşin xüsusiyyəti: Xidmət olunan avadanlıqlarda müəyyən olunmuş iş rejiminin saxlanması. Ötürücü və radioqəbuledici qurğuların yenidən qurulması. Radiorabitənin işinin yoxlanması. Radioyayım və radiorabitə traktlarında zədələnmələrin yerinin və xüsusiyyətinin təyini. Texniki vasitələrin ehtiyat hissələrlə əvəz edilməsi. Radiolampaların dəyişdirilməsi. Alçaq tezlikli gücləndiricilərin tezlik xüsusiyyətinin və siqnalların səviyyələrinin ölçülməsi. Avadanlıqlarda təmir işlərinin aparılması; çevircəklərin mexaniki tənzimlənməsi, kontur sarğaclarının, ayrıcıların tənzimlənməsi, nasaz cihazların dəyişdirilməsi. Ayrı-ayrı güc lövhələrinin, hidrodüyməciklərin, relelərin cari təmiri. Transformatorların, müqavimətlərin, kondensatorların, rəqs konturlarının, güc lövhələri və başqa detalların quraşdırılması və yoxlanması. Transformatorların, rəqs konturlarının və güc lövhələrinin montajı üzrə işlərin yerinə yetirilməsi. Radioqram və radioteleqramların açarla ötürülməsi (bir dəqiqə ərzində 60-dan 90-dək işarə ötürmək şərti ilə).

Bilməlidir: elektrotexnika və radiotexnikanın əsaslarını; xidmət olunan avadanlıqların texniki-istismar qaydasını; xidmət olunan avadanlıqların sxemlərini; ötürücü və qəbuledici avadanlıqların elektrik təchiz mənbələrinin iş prinsipini; əsas nəzarət-ölçü cihazlarının iş və tətbiq olunma prinsipini (səs generatoru, səviyyə ölçən, tester); radiokodları və radiomübadilə qaydalarını.

 

37. RADİOSTANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

5-6 dərəcə

İşin xüsusiyyəti: Radioverilişlərin traktına, radiorabitənin yayımlarına, radiorabitənin müxtəlif rejimlərində işlərə nəzarət. Qəbuledici, ötürücü və aralıq avadanlıqlarda, elektrik təchiz sistemlərində, radiolampaların hava və su ilə soyudulması sistemində, ventilyasiya və hava təmizlənməsi sistemlərində zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Hazırlanmış metodika üzrə elektrik ölçmələrinin aparılması. Avadanlıqlarda təmir işlərinin aparılması. Elektrik gücləndirici kabellərin bölüşdürülməsi və lehimlənməsi daxil olmaqla montaj işlərinin aparılması. Açarla ötürmə, radioqram və radioteleqramların qəbulu (dəqiqədə 90-dan çox işarə qəbul etmək şərtilə).

Bilməlidir: montaj işlərinin prinsipial və montaj sxemlərini və yerinə yetirilmə qaydalarını; xidmət olunan avadanlığın quruluşunu; mürəkkəb nəzarətölçü cihazlarından (avadanlığın keyfiyyət göstəricilərinin ölçmə sütunu, standart siqnallar generatoru, ossilloqraf, xüsusi təyinatlı ölçü cihazları) istifadə qaydalarını və iş prinsipini.

 

38. RADİOSTANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Müəyyən olunmuş iş rejiminin və avadanlığın işinin keyfiyyət göstəricilərinin təmin edilməsi. Məsafədən idarə olunan avtomatlaşdırılmış, paylayıcı qurğularda, idarəetmə, bloklaşma və siqnalizasiya sistemlərində, aralıq avadanlıqlarında, transformator yarımstansiyalarında, aralıq çevirici sütunlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın keyfiyyət göstəricilərinin elektrik ölçmələrinin aparılması. Sınaq radioavadanlığına xidmət olunması. Avadanlıqda təmir işlərinin aparılması (avadanlığın detallarının yoxlanması, qovşaqların sökülməsi, mexanizmlərin tənzimlənməsi, detalların elektrik sınağından keçirilməsi və s.). Avadanlığın modernləşdirilməsi üzrə mürəkkəb montaj işlərinin yerinə yetirilməsi. Avadanlığın sazlanması və yoxlanması. Elektrik təchiz sistemlərində hava və su soyutma sistemlərində, havanın təmizlənməsində və ventilyasiya qurğularında təmir işlərinə rəhbərlik.

Bilməlidir: radioverilişləri və radiorabitə vasitələrinin texniki-istismar qaydalarını; avadanlıq və aparaturaların sazlanmasını; tənzimlənməsi və məşq etdirilməsi metodlarını, istənilən mürəkkəblikdə montaj sxemlərini.

 

39. TELEVİZİYA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Aparat-studiya kompleksi (ASK), hərəkət edən televiziya stansiya (HTS), ultra qısa dalğalı (UQD) radiostansiya, hava və su soyutmanın elektrik təchiz sistemlərinin cari xidmətində, təmirində və texniki baxışında iştirak edilməsi. Avadanlıqların işinə və cihazların göstəricilərinə nəzarət.

Cihazların, göstəricilər və ayrı-ayrı əlamətlərə görə avadanlıqların işində olan nasazlıqların təyini.

Su ilə soyuducu sistemlərin süzgəclə, rezin borularının, televiziya qurğuları bloklarının sökülməsi və təmizlənməsi. Transformatorların və montaj sıxac kötüyü kontaktlarının təmizlənməsi və bərkidilməsi. Kameraların, ötürücü antennaların və səyyar televiziya stansiyalarının ötürücülərinin quraşdırılması. Kabel birləşmələrinin yerinə yetirilməsi. Nəzarət qurğularının quraşdırılması.

Bilməlidir: elektrotexnikanın əsaslarını; radiotexnika və televiziyaya aid olan məlumatları; xidmət olunan avadanlığın texniki-istismar qaydalarını; xidmət olunan avadanlığın iş prinsipini və quruluşunu. Sadə ölçü cihazlarının (voltmetr, ampermetr, ommetr) quruluşunu, təyinatını və ondan istifadə qaydalarını; təchiz mənbələri haqqında ümumi anlayışları; xidmət olunan avadanlığın blok-sxemasını.

 

40.  TELEVİZİYA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Gündəlik texniki baxışın keçirilməsi. Xidmət olunan avadanlıqda müəyyən olunmuş iş rejiminin saxlanması. Zədələnmənin yerinin və xüsusiyyətinin təyini. Əsas texniki vasitələrin yenisi ilə əvəz edilməsi. Avadanlığın özündə bərkidilmiş cihazların köməyi ilə cərəyan və gərginliyin ölçülməsi. Avadanlığın texniki baxışına və təmirinə aid işlərin yerinə yetirilməsi; sıradan çıxmış müqavimətlərin lehimdən çıxarılması; nasaz cihaz və sıradan çıxmış kondensatorların dəyişdirilməsi. Güc lövhələrinin, hidrodüyməciklərin, relelərin, közərmə və anod transformatorlarının, potensiometrlərin və düzləndiricilərin cari təmiri.

Bilməlidir: radiotexnika və televiziyanın əsaslarını; bir-birilə bağlı olan sexlərin skelet sxemlərini; xidmət olunan avadanlığın montaj sxemini; elektrik mühərriklərinin, sabit və dəyişən cərəyan generatorlarının iş prinsipini; gücləndiricilərin elektron sxemlərini; daxiliyanma mühərriklərinin quruluşu və iş prinsipini; əsas nəzarət-ölçü cihazlarının (səs generatoru, səviyyə ölçən) iş prinsipini və təyinatını.

 

41.  TELEVİZİYA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: ASK, HTS, UQD və OD radiostansiya və televiziya radiotranslyatorlarının video və səs aparaturalarında, təchiz düzləndiricilərində, su və hava soyuducu sistemlərində, havanın təmizlənməsi sistemlərində zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın gücünün, tezlik xüsusiyyətlərinin və digər keyfiyyət göstəricilərinin ölçülməsində iştirak edilməsi. 1 nömrəli avadanlıqda texniki baxış işlərinin yerinə yetirilməsi (təmizləmə, yağlama; zədələnmənin yerinin təyini və s.). Prinsipial sxemə görə montaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət olunan avadanlığın montaj və prinsipial sxemini; mürəkkəb nəzarət-ölçü cihazlarının (avadanlığın keyfiyyət göstəricilərini ölçən sütun, standart siqnallar generatoru, ossilloqraf) quruluşunu, iş prinsipini və onlardan istifadə qaydalarını; avadanlığın keyfiyyət göstəricilərinin ölçülmə metodlarını.

 

42. TELEVİZİYA STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Avtomatika sistemlərində, telemexanika və məsafədən idarəetmə sistemlərində, transformator yarımstansiyalarında, paylayıcı qurğularda, idarəetmə, bloklama, siqnalizasiya sistemlərində zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Hazırlanmış metodika ilə avadanlığın keyfiyyət göstəricilərinin ölçülməsi. 2 nömrəli avadanlıqda texniki baxış və təmir işlərinin müntəzəm olaraq yerinə yetirilməsi (mexaniki tənzimləmə, ayrı-ayrı detalların dəyişdirilməsi və s.). İstifadə olunan avadanlığın modernləşdirilməsi və montaj işlərinin yerinə yetirilməsi. Avadanlığın sazlanması və məşq etdirilməsi. Elektrik təchiz sistemlərində hava və su ilə soyutma sistemlərində təmir işlərinə və bu sistemlərə xidmət edən işçilərə rəhbərlik.

Bilməlidir: radioteleviziya ötürücü stansiyalarının və radioyayma vasitələrinin, sənaye televiziya avadanlıqlarının texniki-istismar qaydalarını, avadanlıq və aparaturanın ölçülmə, sınanma və sazlanma metodlarını, televiziya stansiyası avadanlıqlarının avtomatlaşdırılması və mexanikləşdirilməsi prinsiplərini; televiziya avadanlıqlarının avtomatika və elektron sxemlərini.

 

43. TELEFON RABİTƏSİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Şəhərlərarası telefon RABİTƏsi avadanlığına xidmətdə: tonal tezlikli kanalların, kommutator sexlərinin (zal) avadanlıqlarına, avtomatik və yarımavtomatik rabitənin fərdi avadanlıqlarına, şəhərlərarası taksofonlara xidmət. 3,12 və 60 kanallı ötürmə sistemlərinə xidmət işlərində iştirak edilməsi. Avtomatik və yarımavtomatik rabitənin fərdi avadanlıqlarının, kommutator avadanlığının (qaytanların, ştepsellərin, yuvaların, düyməciklərin, mikrotelefon boruların), telefon aparatlarının təmiri. Sadə montaj işlərinin görülməsi. Texniki-istismar sənədlərinin aparılması.

Şəhər telefon rabitəsi avadanlığına xidmətdə: ATS (avtomat telefon stansiyası) və yarım stansiya avadanlıqlarına, müxtəlif əhəmiyyətli hissələrə, ötürücülərin analoq sistemlərinə, təmir bürolarına texniki-istismar xidməti. Fərdi avadanlıqlarda (AK-abunəçi komplekti, İA-ilk axtarıcı, BXRQ-birləşdirici xətt rele qurğusu və b.) cari təmirin və profilaktiki yoxlamaların yerinə yetirilməsi, onlarda aşkar edilmiş zədələnmələrin aradan qaldırılması. Abunə xətləri parametrlərinin sınaq-ölçü stolu vasitəsilə ölçülməsi, qalıq sönməsinin və BXRQ ştativində İSQ (idarəetmə siqnalizasiya qəbulu) cərəyanlarının ölçülməsi. Yük qeydiyyatı sayğacının, temperatur-nəmlik rejiminə nəzarət cihazlarının, cərəyan sərfi göstəricilərinin çıxarılması. Rabitə istiqamətləri üzrə birləşmələr zamanı şkafların sayının yoxlanması. Yerinə yetirilən iş üzrə texniki-istismar sənədlərinin aparılması.

Kənd telefon RABİTƏsi avadanlığına xidmətdə: sıxlaşdırma aparatları və telefon stansiyası avadanlıqlarının cari təmiri və xidmətində iştirak edilməsi. Abunə ilə rabitənin olmasına və eşidilməsinin keyfiyyətinə nəzarət. RTS və ATS stansiyalarının sınaq cihazları ilə abunə xətti və komplektlərinin yoxlanması. Fərdi avadanlıqların (qaytanların, ştepsellərin, düyməciklərin, mikrofon boruların) təmiri. Qoruyucuların və termoməhdudlaşdırıcıların bərpası və yoxlanması. Montajın təmizlənməsi və düzləndirilməsi. Elektrik təchiz gərginliyinin yoxlanması. Görülən iş üzrə texniki-istismar sənədlərinin aparılması.

Bilməlidir: elektrotexnikanın əsaslarını, nitqin telefonla ötürülməsi prinsipini; telefon aparatlarının quruluşu və sxemini; avtomatik kommutasiya və ötürmə sistemləri avadanlıqları haqqında əsas anlayışları; rabitənin təşkilinin funksional sxemlərini; xidmət olunan fərdi avadanlığın elektrik prinsipial sxemini, iş vaxtı tətbiq olunan sınaq və ölçü cihazlarının iş prinsipini, quruluşunu, təyinatını və bu cihazlardan istifadə qaydalarını; elektrik təchizat mənbələri haqqında əsas məlumatları, avadanlığın texniki xidmətinə aid təlimat və qaydaları; texniki-istismar sənədlərinin aparılması qaydalarını; xidmət olunan sahədə görülən işlərin keyfiyyət göstəriciləri normativlərini.

 

44. TELEFON RABİTƏ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Şəhərlərarası telefon rabitəsi avadanlıqlarına xidmətdə: avtomatik və yarımavtomatik rabitə avadanlıqlarına 3,12 və 60 kanallı ötürmə sistemləri avadanlıqlarına, KRR və “Kama” avadanlıqlarına texniki istismar xidməti; 3,12 və 60 kanallı ötürmə sistemlərinin sazlanmasında və ölçülməsində iştirak edilməsi; hava dövrələri və simmetrik kabel dövrələrinin sınaqdan çıxarılması, ötürmə sistemlərinin fərdi avadanlıqlarının, rele komplektləri ştativlərinin, şəhərlərarası taksofonların cari təmiri. Orta mürəkkəbli montaj işlərinin yerinə yetirilməsi. Kabellərin sarınması üçün şablonların hazırlanması.

Şəhər telefon rabitəsi avadanlığına xidmət: ATS avadanlıqlarının, yarımstansiyalarının, müxtəlif təyinatlı hissələrin, analoq ötürücü sistemlərin cari təmiri və profilaktik yoxlanması. Profilaktika işləri zamanı aşkara çıxmış zədələnmələrin aradan qaldırılması. Analoq ötürücü sistemlərin parametrlərinin və birləşdirici xətlərin elektrik parametrlərinin ölçülməsi. Stansiyadaxili, stansiyalararası və şəhərlərarası telefon rabitəsinin, xüsusi xidmət rabitəsinin keyfiyyətinin yoxlanması. Birləşdirici xətlərdə, lövhələrarası və mürəkkəb olmayan avadanlıq növlərində montaj işlərinin aparılması. Təmir bürosunda telefonların qeyri-qənaətbəxş işi barədə ərizələrin qəbulu; telefonların sınaqölçü stolu vasitəsilə yoxlanması; zədələnmənin xüsusiyyəti və yerinin təyini və onun aradan qaldırılmasına nəzarət.

Kənd telefon rabitəsi avadanlığına xidmətdə: kommutatorların, ATS və sıxlaşdırıcı aparaturaların elektrik təchiz mənbələrinin yararlığının yoxlanması. Axırıncı ATS və onunla birləşmə xəttinin məsafədən yoxlanması. Zədələnmənin yerinin, xüsusiyyətinin təyini və aradan qaldırılması. ATS avadanlıqlarında, iki və üç kanallı sıxlaşdırıcı aparatlarda (ETQ) elektrik yoxlama və profilaktik baxışın aparılması, bu avadanlıqlarda mürəkkəb olmayan zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. ATS-lərin əsas kommutasiya elementlərinin tənzimlənməsi. Dövrələrin sabit cərəyanla sınaqdan çıxarılması. Rabitənin keçməsi keyfiyyətinin yoxlanması. Stansiya avadanlıqlarının montajı üzrə sadə işlərin yerinə yetirilməsi.

Bilməlidir: telefoniyanın əsaslarını, kommutasiya sistemlərinin və telefon rabitəsi idarəedici qurğularının qurulma prinsiplərini; xidmət olunan avadanlıqların elektrik prinsipial və montaj sxemlərini; dövrələrin, abunə və birləşdirici xətlərin, ötürmə sistemləri kanallarının elektrik parametrlərini. Avadanlıqlarla iş zamanı tətbiq olunan sınaq aparatlarının və ölçü cihazlarının iş prinsipini, təyinatını və quruluşunu; zədələnmələrin aradan qaldırılması və ərizələrin qeydiyyatı qaydaları haqqında təlimatları, avadanlıq və xətlərin ölçülməsi və yoxlanması metodlarını; rabitə xətləri haqqında yeni məlumatları.

Kənd telefon rabitəsi avadanlığına xidmətdə: əsas kommutasiya elementlərinin tənzimlənməsi, kənd ATS-lərinə və elektrik təchiz qurğularına xidmət təlimatlarını.

Şəhərlərarası telefon rabitəsi avadanlığına xidmətdə: uzaq rabitənin əsaslarını; radiorele xətlərinin iş prinsipini, koaksial kabellərin çoxkanallı sistemlərinin qurulmasını.

 

45. TELEFON RABİTƏSİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Şəhərlərarası telefon rəbitəsi avadanlığına xidmətdə: 120, 300 və 1020 kanallı ötürücü sistemlərə, şəhərlərarası qrup telefon rabitəsi (ŞQTR) sistemlərinə və yarımkanallarına xidmət edilməsi. Bütün avtomatik və yırımavtomatik avadanlıqların sazlanması və cari təmir edilməsi, 3, 12, 60 kanallı ötürmə sistemlərinin ölçülməsi və sazlanması, 120, 300 və 1020 kanallı ötürücü sistemlərin və KRR və “Kama” avadanlıqlarının ölçülməsində iştirak edilməsi, stansiya avadanlıqlarında mürəkkəb montaj işlərinin yerinə yetirilməsi.

Şəhər telefon rabitəsi avadanlığına xidmətdə: ATS avadanlıqlarında, İKM (impulslu kodların mobilizasiyası) aparaturalarında, körpü tipli gücləndiricilərdə, sifariş-birləşdirici xətlərin avadanlıqlarında zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Avadanlıqların elektrik parametrlərinin ölçülməsi. Avadanlıqlarda olan relelərin tənzimlənməsi. Bütün növ avadanlıqlarda montaj işlərinin yerinə yetirilməsi.

Kənd telefon rabitəsi avadanlığına xidmətdə: məsafədən və plan-profilaktiki yoxlama, cari təmir, bütün növ kənd ATS avadanlıqlarında zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Vaxt və tezlik bölgülü kanalların ötürmə sistemlərində, abunə radiouzadıcılarında profilaktiki işlərin yerinə yetirilməsi. Tezlik bölgülü kanal aparaturalarının təmiri. Yüksək tezlikli kənd rabitəsi aparaturalarının (KR-YT - kənd rabitəsi-yüksək tezlikli) təmiri və profilaktik baxışı. Xətlərin xüsusiyyətini dəyişən cərəyanla ölçülməsi. Elektrik təchiz qurğularında zədələnmələrin aradan qaldırılması və profilaktik işlərinin aparılması.

Bilməlidir: radiotexnika və elektrotexnikanın əsaslarını, xidmət olunan sahələrdə cərəyanpaylayıcı şəbəkələrin sxemlərini; məsafədən idarə olunan elektrik təchiz mənbələrinin və siqnalizasiyanın təşkil olunma prinsiplərini; xidmət olunan bütün növ avadanlıqların və bütün nəzarət - sınaq aparaturalarının montaj və elektrik sxemlərini; kommutasiya avadanlıqlarının və ötürmə sistemlərinin ölçmə və sazlanma metodlarını və texniki xüsusiyyətini; telefon rabitəsi qurğularının layihələndirmə prinsipini; montaj sxemlərinin tərtib olunma prinsipini; kabellərin və hava xətlərinin elektrik parametrlərini.

 

46. TELEFON RABİTƏSİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti:   Şəhərlərarası  telefon  rabitəsi  avadanlığına  xidmətdə: televiziya və yayım kanallarına xidmət; 120, 300 və 1020 kanallı ötürmə sistemlərinin, KRR və “Kama” sistemlərinin ölçülməsi və sazlanması. Xüsusi mürəkkəbli montaj işlərinin aparılması. 1920 kanallı ötürmə sistemlərinin xidmətində iştirak edilməsi. Ötürücü sistemlərin sonuncu avadanlığında və avtomatik və yarımavtomatik ümumi stansiya avadanlıqlarının istismarı prosesində yaranmış zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması.

Şəhər telefon rabitəsi avadanlığına xidmətdə: xidmət olunan sahələrdə avadanlıqlarda və nəzarət sınaq aparaturalarında baş vermiş qəza zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Bütün növ avadanlıqların cari təmiri və sazlanması.

Kənd telefon rabitəsi avadanlığına xidmətdə: bütün növ kənd telefon rabitəsi avadanlıqlarında baş verən qəza hallarının aşkar edilməsi və aradan qaldırılması. Bütün növ kommutasiya avadanlıqlarında, rəqəmötürücü sistem aparaturalarında, radiouzadıcılarında və radiorele xətlərində (RRX) çətin zədələnmələrin aradan qaldırılması. RRX avadanlıqlarında profilaktik işlərin aparılması. Elektrik təchiz qurğularının (ETQ) sazlanması. Bütün növ elektrik təchiz avadanlıqlarında (teristorlu elektron idarəetmə sxemli elektrik təchiz qurğuları da daxil olmaqla) mürəkkəb zədələnmələrin aşkar olunması və aradan qaldırılması. Müxtəlif tipli və tutumlu akkumulyator batareyalarında təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: elektron avadanlıqlarının, ümumstansiya siqnalizasiyasının, səs paylayıcılarının montajı və elektrik sxemlərini; sıxlaşdırma aparaturalarına və kanallara olan elektrik normalarını.

Kənd telefon rabitəsi avadanlığına xidmətdə: bütün növ elektrik təchiz avadanlıqlarının sazlanması metodlarını.

 

47. TELEFON RABİTƏSİ XƏTT QURĞULARININ VƏ RADİOLAŞDIRMANIN ELEKTRİK MONTYORU

2-ci dərəcə

İşin xüsusiyyəti: Hava rabitə xətlərinin, şəhərlərarası kabel xətlərinin texniki-istismar xidmətində, kabel magistrallarının yerinin müəyyən edilməsi işlərində, kabellərdə sadə ölçmələrin aparılmasında iştirak edilməsi. Hava və kabel xətlərinin cari və əsaslı təmiri. Abunə qurğularının təmiri, dayaqların dəyişdirilməsi və bərkidilməsi, evdaxili şəbəkələrin təmiri və quruluşu, yerləbirləşmə qurğusu. Abunə-xətt qurğuları konstruksiyalarının ayrı-ayrı elementlərinin yığılması. Dirək və dayaqlarda izolyatorların təmizlənməsi. Qazma işlərinin (xəndəklərin, çalaların qazılması və doldurulması) yerinə yetirilməsi. Materialların və armaturların anbarlarda və xətlərdə hazırlanması, materialların yüklənməsi və boşaldılması, dayaqların nömrələnməsi. Ağac budaqlarının kəsilməsi, rabitə xətləri magistrallarının digər maneələrdən təmizlənməsi. Köməkçi qurğuların hazırlanması və rənglənməsi.

Bilməlidir: elektrotexnika haqqında adi məlumatları; dayaq və dirəklərin əsas növləri və profillərini və onların təyinatını; hava və kabel xətlərinin, abunə qurğularının təmiri, baxışı və xidməti qaydalarını; dayaqların hazırlanması, dəyişdirilməsi və bərkidilməsini; xidmət olunan kabellərin, hava xətlərinin və abunə qurğularının tipləri və konstruksiyalarını; dayaqların nömrələnmə ardıcıllığını; lehimləyici lampalarla işləmə və onların saxlanması qaydalarını; dayaqların çöl şəraitində hopdurma üsullarını.

 

48. TELEFON RABİTƏSİ XƏTT QURĞULARININ VƏ RADİOLAŞDIRMANIN ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Hava xətlərində: Dayaq və dirəklərin bərkidilməsi, düzləndirilməsi və quraşdırılması (dəyişdirilməsi), dayaq və dirəklərin mexaniki alətlə emalı və naqillərin asılması. Polad naqillərin və əlvan metallardan olan birləşdirici qurğuların qaynaq edilməsi. Hava xətlərində və abunə məntəqələrində yerləbirləşmənin quraşdırılması. Naqillərin sınaqdan çıxarılması. Telefon aparatlarının quraşdırılması və dəyişdirilməsi. Zədələnmələrin yerinin və xarakterinin müəyyən edilməsi, hava xətlərində və abunə qurğularında zədələnmələrin aradan qaldırılması.

Abunə xətlərində, evdaxili şəbəkələrdə, birproqramlı radioyayım nöqtələrində zədələnmələrin aradan qaldırılması və texniki-istismar xidməti. Radioyayım nöqtələrinin quraşdırılması və yerinin dəyişdirilməsi, səsucaldanların yararlığının yoxlanması. Yerinə yetirilən işlər üzrə texniki sənədlərin aparılması.

Kabel xətlərində: texniki sənədlər üzrə kabel magistralının yerinin təyini. Kabel magistrallarının zədələnmələrdən qorunması və texniki nəzarət; kabellərin hava təzyiqi altında saxlanması üçün cihaz və avadanlıqlara texniki xidmət. Zədələnmə yerlərinin müəyyən edilməsi və aradan qaldırılması, kabellərin korroziyadan və elektromaqnit təsirlərindən qorunması, elektrik ölçülərinin aparılması, kabelaxtarıcı ilə kabel magistrallarının müəyyən edilməsi işlərində iştirak edilməsi.

Taksofonlara xidmətdə: taksofon və taksofon kabinələrinə baxış. Taksofonlarda yaranmış nasazlıqların aradan qaldırılmasında iştirak edilməsi. Taksofonlarda daxılların hazırlanması və dəyişdirilməsi. Daxılların hazırlanması zamanı sənədlərin tərtibi. Daxılların və taksofonların açarlarının verilməsi və geri qaytarılmasının qeydiyyatı. Mikrotelefon dəstəyinin emalatxanalarda təmiri.

Texniki pasportlaşdırma işlərində: yerüstü xətt qurğularının, hava xətlərinin kabel və hava girişlərinin, kiçik ölçülü telefon quyularının və paylayıcı qutularının sadə eskizlərinin tərtib edilməsilə müayinəsi. Şkaf kitablarında dəyişikliklər edilməsi. Magistral və paylayıcı kabellərin səslənməsi.

Bilməlidir: elektrotexnikanın əsaslarını; telefonlaşdırma, teleqraflaşdırma və naqillərin sınaqdan çıxarılma prinsiplərini; telefon aparatlarının quruluşu və sxemini; elektrik mənbələri haqqında əsas məlumatları; rabitə xətlərinin sabit cərəyanla ölçülmə metodlarını; texniki sənədləşmənin aparılması qaydalarını.

Hava xətlərində: rabitə hava xətlərinin quruluşu və onların istismar qaydalarını; hava xətlərində zədələnmələrin xüsusiyyətini; naqillərin toxunması və qaynaq edilməsi qaydalarını (mexaniki alətlərdən istifadə etməklə); hava xətlərində cütlərin sayılması qaydalarını; xətlərin pasportlaşdırılması üzrə rabitə xətti ilə elektrikötürücü xətlərin kəsişmə qurğuları və onların yaxınlığında işlənəsi elektrikötürücü xətlərin hava rabitə xətləri ilə kəsişməsi qaydalarının əsas müddəalarını.

Kabel xətlərində: texniki-istismar qaydalarını, rabitə xətlərinin mühafizəsi və mühafizə zonalarında işlərin istehsalat şəraitini; kabellərin təzyiq altında saxlanması qaydalarını; kabellərdə, paylayıcı və son qurğularda cütlərin nömrələnməsini; telefon quyuları və şaxtalarının qazla dolmasının yoxlanmasını və qaz analizatorlarından istifadə qaydalarını.

Radiolaşdırma xətti qurğularına və kənd telefon rabitəsinə xidmətdə: naqillə ötürülən verilişlərin əsas prinsipini, telefon və radioyayım şəbəkələrinin quraşdırılması və abunə səsucaldanların quruluşunu; evdaxili şəbəkə və radioyayım nöqtələrinin, radiofikasiya və kənd telefon rabitəsi xətlərinin quruluşu və istismar qaydalarını.

Taksofonlara xidmətdə: taksofon abunə məntəqələrinin quruluşu qaydalarım; taksofonların baxışına qoyulan tələbləri, taksofonlara nəzarət stolunun növbətçisi ilə işləmə qaydalarını; taksofonlardan gəlirlərin yığılması qaydaları haqqında əsas müddəaları.

Texniki pasportlaşdırma işlərində: abunə qurğularının qeydiyyatı və pasportlaşdırma qeydiyyatının əsas müddəalarını; telefon kanalizasiya kanallarının hesabı və şkaf kitablarının aparılması qaydalarını.

 

49. TELEFON RABİTƏSİ XƏTT QURĞULARININ VƏ RADİOLAŞDIRMANIN ELEKTRİK MONTYORU

4-cü dərəcə

 

İşin xüsusiyyəti: hava xətlərində; magistral və şəhərlərarası rabitə xətlərində: 240 V-a qədər olan gərginlikli radioyayım xətlərində və abonent xətlərində, evdaxili şəbəkələr və çoxproqramlı verilişlər radioyayımı nöqtələrində, qarışıq radiofikasiya və kənd telefon rabitəsində zədələnmələrin aradan qaldırılması və texniki-istismar xidməti. Cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi. Mürəkkəb ağac dayaqların dəyişdirilməsi. Naqillərin nizamlanması. Kabellərin mühafizə və əlaqələndirici qurğularının işə yararlı vəziyyətdə saxlanması. Xətlərin sabit cərəyanının ölçülməsi, yerləbirləşmənin müqavimətinin ölçülməsi. Telefon aparatlarında və diod-triod dayaqlarında (DTD) zədələnmələrin aradan qaldırılması və onların quraşdırılması. Hava və kabel girişli abunə məntəqələrində zədələnmələrin xüsusiyyətinin və yerinin müəyyən edilməsi, eləcə də onların aradan qaldırılması.

Kabel xətlərində: magistralların və onların dərinliklərinin kabel axtaranların köməyi ilə təyin edilməsi; kabellərin bərkidilməsi işlərinin yerinə yetirilməsi. Sabit cərəyan kabellərinin elektrik ölçülməsi, yerləbirləşmə qurğularının müqavimətinin ölçülməsi. Kabellərdə zədələnmə yerlərinin təyini. Müəssisələrdə, tikinti-quraşdırma idarələrində və əhali arasında kabel xətlərinin mühafizəsi haqqında izahat işlərinin aparılması.

Taksofonlara xidmətdə: təhkim edilmiş sahədə taksofonlarda yaranmış zədələnmələrin aradan qaldırılması və xidmət olunması. Taksofonlardan gələn gəlirlərin təhlili. Abunə məntəqələrinin avadanlıqla təmin olunmasında iştirak edilməsi. Taksofonların və onların hissələrinin oğurlanmasına dair aktların tərtib edilməsi.

Texniki pasportlaşdırma işlərində: orta tipli telefon quyularının, hava və kabel xətlərinin və telefon kanalizasiyalarının müayinə olunması. Kabellərin pasportlaşdırılması. Yeni qurğuların xətti göstəricilərinin təyini.

Bilməlidir: uzaq rabitə və telefoniyanın əsaslarını; xidmət olunan telefon aparatlarının, blokiratorların və DTD-lərin montaj sxemlərini; elektrik təchiz mənbələrini (akkumulyator və qurğu elementlər); hava və kabel xətlərində elektrik ölçülməsi üçün istifadə olunan cihazların iş prinsipi və quruluşunu; xidmət olunan hava və kabel xətlərinin əsas elektrik parametrlərini.

Hava və kabel xətlərində: mexaniki vasitələrdən istifadə metod və qaydalarını (qazma-kran maşınları, kabelqoyanlar, kolkəsənlər); kabel axtaran qurğunun iş prinsipini; hava və kabel xətlərində zədələnmələrin axtarılması və ölçülmə metodlarını; rabitə kabellərinin çəkilməsi və montajı, yerləbirləşmənin müqavimətinin ölçülməsini; hava xətlərinin təmiri və tikintisi qaydalarını; naqillərin nizamlanması qaydalarını.

Radiolaşdırma xətti qurğularına xidmətdə: çoxproqramlı yayımların prinsipini; çoxproqramlı səsucaldan cihazların iş prinsipini və quruluşunu; çoxproqramlı yayım xətlərinin, qarışıq və radiolaşdırma və kənd telefon rabitəsi xətlərinin xüsusiyyətlərini.

Taksofonlara xidmətdə: taksofonlara nəzarət stolunun iş prinsipini, taksofonların cari təmirinə aid işlərin texnologiyasını, taksofonların oğurlanmasına dair aktların tərtib edilməsini.

Texniki pasportlaşdırma işlərində: xətt qurğularının pasportlaşdırılması və qeydiyyatının əsas müddəalarını; yeni qurğulara aid naryadların sənədləşdirilməsini; telefonların çıxarılması və yerinin dəyişdirilməsi və texniki sənədlərdə dəyişiklik edilməsini.

 

50. TELEFON RABİTƏSİ XƏTT QURĞULARININ VƏ RADİOLAŞDIRMANIN ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Hava xətlərində: magistral hava xətlərində, 3 və 12 kanallı sistemli aparaturalarda, yüksək gərginlik rejimində işləyən xətlərdə, kabel kirişlərində, 240 V-dan 960 V-a qədər gərginlikli bir və çoxproqramlı yayımların fider xətlərində, elektrik nəqliyyatının kontakt şəbəkələri və elektrik ötürücü xətləri (EÖX) ilə kəsişən yerlərdə, eləcə də dəmir yollarının təsir zonasında yerləşən və dəyişən cərəyanla işləyən birləşdirici xətlərdə, abunə qurğularında və AYQ (abunəçi yüksəktezlikli qurğu) zədələnmələrin aradan qaldırılması və texniki-istismar xidməti. Hava xətlərinin demontajı. Naqillərin çarpazlaşdırılması və montajı. Xətlərin əsas elektrik parametrlərinin ölçülməsi; abunə-xətt qurğularının istismara qəbulunda iştirak edilməsi. Xətti qurğuların yeniləşdirilməsi və tikintisinə texniki nəzarət.

Kabel xətlərində: kabel zədələnmələrinin aradan qaldırılması və texniki-istismar xidməti; yararlı naqil olmayan halda kabellərdə zədələnmələrin yerinin müəyyən edilməsi. Simmetrik kabellərin, kənd telefon rabitəsi və radiolaşdırma kabellərinin montajı. Müdafiə qurğularının və kabelləri hava təzyiqi altında saxlayan qurğuların təmiri, tənzimlənməsi və montajı. Kabellərin dəyişən cərəyanla elektrik ölçülməsi və zədələnmə cədvəllərinin tərtibi, kabel xətlərinin tikintisinə texniki nəzarət. Mühafizə zonasında işlərin yerinə yetirilmə qaydaları. Kabellərin simmetrikləşdirilməsində iştirak edilməsi.

Taksofonlara xidmətdə: taksofonlarda bütün növ zədələnmələrin aradan qaldırılması və xidmət. Taksofon daxıllarının inkasasiyası üçün istifadə olunan hesablayıcı maşın və mexanizmlərin təmiri və istismar xidməti. Yeni abunə məntəqələrinin avadanlıqla təmin edilməsi. Taksofonların oğurlanmasına qarşı mübarizə tədbirlərində və onların gəlirliyini yüksəltməkdə iştirak edilməsi.

Telefon blokiratorlarının emalatxanalarda təmiri.

Texniki pasportlaşdırma işlərində: xüsusi və böyük tipli quyuların, kabel və digər xətt qurğularının və abunə məntəqələrinin pasportların və texniki sənədlərinin tərtibi. Şəbəkənin əsasnaməsinə müvafiq pasport və texniki sənədlərin yoxlanması.

Bilməlidir: hava xətlərində: 3 və 12 yüksək tezlikli ötürmə sistemlərinin iş prinsipini; rabitə xətlərinin elektroötürücü xətlərlə və elektrik nəqliyyat şəbəkə kontaktları ilə kəsişdiyi yerlərdə işlərin aparılması qaydalarını; hava xətt qurğularına və abunə məntəqələrinə olan tələbatı; kabel çalalarını və sıx zəncirlərin giriş qurğularının işçi və keçidsönmə zəncirlərinin ölçülməsi qaydalarını və cihazlarını; naqillərin çarpazlaşdırılması qaydalarını; abunə və radiouzadıcılarının fəaliyyət prinsipini.

Kabel xətlərində: kabellərin simmetrikləşdirilmə və kəsilmə prinsipini; ölçü cihazlarının sxemini, kabellərin sabit cərəyanla ölçülməsi metodlarını və zədələnmələrin yerinin müəyyən edilməsini; kabellərin korroziyadan qorunma metodlarını; kabellərin istismara qəbulu təlimatının əsas müddəalarını.

Taksofonlara xidmətdə: montaj sxemlərini, taksofon və blokiratorların mexaniki və elektrik tənzimlənməsini, taksofonlara nəzarət stolunun sxemini; taksofon və blokiratorların yoxlanması və tənzimlənməsi təlimatlarını; daxılların inkasasiyası üçün lazım olan maşın və mexanizmlərin konstruksiyasını.

Texniki pasportlaşdırma işlərində: xüsusi və böyük tipli quyuların, kabelli və digər xətti qurğuların pasportlarının tərtibi və müayinə qaydalarını.

 

51. TELEFON RABİTƏSİ XƏTT QURĞULARININ RADİOLAŞDIRMANIN ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Hava xətlərində: magistralların, kənd telefon rabitəsinin mürəkkəb magistrallarla birləşmə xəttinin, məsafəli təchiz mənbəyi ilə işləyən ötürücü sistemlərin gərginliyi 960 V və daha yüksək olan radiofikasiya fider xətlərinin, çoxproqramlı yayım xətləri, küçə səsyayıcı vasitələri və təcrübə sahələri xətləri də daxil olmaqla, mürəkkəb quruluşlu ölçü cihazlarının və xətti kommutasiya qurğuları və səsyayıcı vasitələrin idarə qurğularının təmiri və texniki-istismar xidməti.

Çoxproqramlı yayımların ötürülməsi xətt qurğularında qüsurların axtarılması və aradan qaldırılması. Radiouzadıcı avadanlıqlara xidmət. Naqillərin çarpazlaşdırılması sxeminin tərtibi. Rabitə xətlərində impuls metodu ilə zədələnmələrin yerinin və xüsusiyyətinin müəyyən edilməsi. Xətlərin əsas parametrlərinin hesabatı. Yeni tikinti və xətlərin müayinə edilməsi. Xüsusi telefon aparatları və təcrübə nümunələrinin təmiri, quraşdırılması və xidməti. Abunə qurğuları və xətti qurğuların inkişafına, təmirinə və texniki-istismar xidmətinə rəhbərlik. Təmir olunmuş abunə-xətt qurğularının istismara təhvil verilməsi.

Kabel xətlərində: giriş-kabel avadanlıqlarının təmiri və montajı. Aşağı-tezlikli kabellərin simmetrikləşdirilməsi və kəsilməsi. VÇ aparatı ilə çalaqlanmış hava xətləri ilə kabellərin dəyişən cərəyanla elektrik ölçülməsi. Elektrik drenajlarının quraşdırılması və qoşulması. Elektrokorroziyadan və ildırım zərbələrindən müdafiə qurğularına xidmət işlərinə rəhbərlik.

Taksofonlara xidmət: mürəkkəb, texniki cəhətdən müasir növ taksofonların, pul xırdalayan avtomatların və xidmət olunan sahələrin istənilən yerində mühafizə siqnalizasiyalarının təmiri, xidməti və quraşdırılması. Taksofon abunə məntəqələrinin avadanlıqla təchiz olunması işlərinə rəhbərlik.

Texniki pasportlaşdırma işlərində: mürəkkəb qurğu və avadanlıqların pasportlarının tərtibi və müayinə edilməsi. Şkaf rayonlarının və telefon kanalizasiyalarının, magistral şəbəkələrin sxemlərinin tərtibi. Yeni qurğuların istismara tətbiqi zamanı texniki sənədlərin yoxlanması.

Bilməlidir: qurğuya aid qayda və təlimatları. Abunə-xətt qurğularının təmiri və istismarını; yeni tikilmiş, rekonstruksiya və təmir olunmuş abunə-xətt qurğularının istismara qəbulu qaydalarını.

Hava xətlərində: xüsusi telefon aparatlarının sxemlərini, konstruksiyasını və qoşulması qaydalarını; induktiv metodla siqnalların ötürülməsini; dəmir yollarından, avtomobil yollarından və elektrik ötürücü xətlərin üzərindən keçən hava xətlərinin mürəkkəb keçidlərinin quruluşunu; mürəkkəb ölçü və kommutasiya xətt qurğuları və küçə səsyayanlarının idarə qurğusunun sxemini; xətlərin əsas parametrlərinin hesablanması qaydalarını və naqillərin çarpazlaşma sxeminin tərtib edilməsini.

Kabel xətlərində: kabellərin ilkin və ikinci dərəcəli parametrlərinin ölçmə metod və sxemlərini, kabellərdə zədələnmələrin yerinin müəyyən edilməsini. Kabel örtüklərində potensialın paylanması diaqramının tərtib edilməsi qaydalarını; yeraltı qurğuların korroziyadan birgə qorunması metodlarını, kabellərin simmetrikləşdirilməsi və kəsilməsini.

Taksofonlara xidmətdə: bütün növ taksofonların və pul xırdalayan avtomatların konstruksiyasını və sxemini; mühafizə siqnalizasiyalarının sxemlərini və iş prinsipini.

Texniki pasportlaşdırma işlərində: ən mürəkkəb qurğuların, avadanlıqların pasportlarının tərtib edilməsi və müayinə edilməsi qaydalarını, telefon şəbəkələrinin qurulması qaydalarını.

 

52. ŞƏHƏRLƏRARASI TELEFON RABİTƏSİNİN TELEFONÇUSU

4-cü dərəcə

İşin xüsusiyyəti: Respublika daxili, şəhərdaxili xidmət, eləcə də yükü çox olmayan magistral rabitələrə qeyri-mürəkkəb xidmət. Sifarişdə göstərildiyi kimi, şəhərlərarası telefon danışıqları üçün abunəçilərin birləşdirilməsi və telefon rabitəsi xidmətinin yerinə yetirilməsi. Sifarişli və məlumat kommutatorlarına daxil olan çağırışlara xidmət. Nəzarət-paylanma stoluna xidmət və tranzit sifarişləri qəbulunun tənzimlənməsi. Bildiriş stoluna xidmət və daxil olan bildirişli sifarişlərin sənədləşdirilməsi, danışığa sifarişlər üçün şəhərlərarası telefon stansiya telefonçusunun sorğusu üzrə məlumat, sifarişlər üzrə “danışıq” teleqramlarının tərtibi, yarımavtomat rabitə üzrə danışıq məntəqələrində telefon nömrəsinin yığılması və həmin nömrələrin qarşıdakı telefonçuya bildirilməsi. İşə salınmış kabinələrin sayı 6-dan az olan danışıq məntəqələrində kommutator kabinələrinə xidmət, şəhərlərarası telefon danışıqlarına sifarişlərin qəbulu, abunəçilərlə hesablaşma, danışıq məntəqələrində talonların satışı.

Bilməlidir: Telefon rabitəsində istifadə qaydalarını; Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünü, şəhərlərarası telefon rabitələrinin istismarı məsələləri üzrə mövcud təlimat və göstərişləri; iki şəhərin abunəçilərinin danışıq gedişinin funksional sxemini; şəhərlərarası birləşmənin yerinə yetirilmə prosesini; iş yerlərində əsas cihazların məqsədini; şəhərlərarası və sifarişli kommutatorun quruluşu barədə əsas məlumatları; birləşdirilmiş və xidməti xətlərin məqsədini; şəhərlərarası telefon şəbəkəsinin qurulma prinsipini; telefon rabitəsinin növlərini (şəhərlərarası, kənd, şəhər) və onların fərqlənməsini; telefoniya üzrə elementar məlumatı; telefon aparatının quruluşunu; mikrotelefon dəstlərini və onlarla işləmə qaydasını; qüvvədə olan istehsalat normalarını; şəhərlərarası telefon danışıqlarına olan tarifləri. Yaxşı danışığa, oxuma qabiliyyətinə malik olmalı, rəqəm və sözləri dəqiq deməli.

 

53. ŞƏHƏRLƏRARASI TELEFON RABİTƏSİNİN TELEFONÇUSU

5-ci dərəcə

İşin xüsusiyyəti: Təcili istismar sistemləri üzrə işləyən magistral və xüsusilə yüklənən respublika daxili və şəhərdaxili rabitələrə, eləcə də beynəlxalq rabitəyə, o cümlədən təcili istismar sistemi ilə işləyən rabitəyə və yarımavtomat birləşmə üsulu kanallarına xidmət edilməsi. Sifarişli kommutatorlara, eləcə də beynəlxalq danışıqlara sifarişlərin qəbulu üzrə, parollu sifarişlərə və birbaşa abunə stoluna xidmət edilməsi. Məlumat xidmətinin bütün funksiyalarının icrası. Bütün əməliyyatları yerinə yetirməklə danışıq məntəqəsinə, eləcə də bilavasitə danışıq məntəqəsindən şəhərlərarası telefon kanallarına xidmət edilməsi. Mehmanxanadan kredit hesabı ilə şəhərlərarası və beynəlxalq telefon danışıqlarına sifarişlərin işlənməsi. Bildiriş stoluna xidmət edilməsi və teleqraf aparatı üzrə “danışıq” teleqramların ötürülməsi. Danışıq məntəqələrində 6-dan 10-a qədər işə salınmış kabinələrin mövcud olduğu halda kabinə kommutatorlarına xidmət edilməsi. Köməkçi iş yerləri (KİY) və tranzit danışıqların təqdimi üzrə ayrılmış iş yerlərinin qovşaq kommutatorlarına xidmət edilməsi. Danışıq məntəqələrində işin həcmindən asılı olmayaraq abunəçilərlə hesablaşma.

Bilməlidir: kommutator zalının danışıq məntəqəsinin bütün sahələrinin iş xüsusiyyətini və qaydalarını.

Beynəlxalq telefon rabitəsinə və danışıq məntəqəsinə xidmət edilməsində:

dünyanın siyasi xəritəsini; beynəlxalq telefon xidməti üzrə təlimatı, abunəçilərə beynəlxalq danışıqların təqdiminə aid hissədə beynəlxalq telefon Reqlamentinin, beynəlxalq telefon danışıqlarının tarifini.

 

54. ŞƏHƏRLƏRARASI TELEFON RABİTƏSİNİN TELEFONÇUSU

6-cı dərəcə

İşin xüsusiyyəti: Xüsusən yüklənmiş və yaxud mürəkkəb magistral rabitələrə ən mürəkkəb ölkədaxili və respublika daxili rabitələrə, eləcə də beynəlxalq rabitəyə xidmət edilməsi. Üç müxtəlif məntəqədən az olmayaraq rabitəsi olan böyükyüklü iş yerlərinə xidmət edilməsi. Böyük xüsusi çəkisi olan tranzit mübadiləli iş yerlərinə xidmət edilməsi. Ayrılmış abunəçilər stoluna xidmət. Sifarişli kommutatorlara xidmət. Telefonçuların işinə nəzarət funksiyasının yerinə yetirilməsi ilə eyni zamanda arayışların hazırlanması. Bildiriş stoluna xidmət edilməsi, teleqraf aparatı üzrə “danışıq” teleqramların ötürülməsi. Danışıq məntəqəsində 10-dan yuxarı kabinə olduğu halda kabinə kommutatorlarına xidmət edilməsi. Beynəlxalq mübadiləsi olan danışıq məntəqələrinə xidmət edilməsi. Kommutator zalının və danışıq məntəqəsinin bütün sahələrində telefonçuların işinə istehsalat nəzarətinin yerinə yetirilməsi.

Bilməlidir: açıq və gizli nəzarətin keçirilməsi qaydalarını.

 

55. ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNİN MƏLUMAT XiDMƏTİNİN TELEFONÇUSU

4-cü dərəcə

İsin xüsusiyyəti: Məlumat xidmətinin verilməli olduğu məlumat hüdudunda müəyyən edilmiş danışıq standartına riayət etməklə sorğuya dəqiq və dolğun cavabın verilməsi. Mövcud ixtisas dərəcəsi üçün müəyyən edilmiş məlumatın axtarılması müddəti normativlərinə ciddi riayət etməklə arayış kartotekasında işləmə.

İş yerlərində mürəkkəb olmayan zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması (dəstin sökülməsi, yığılması və nizamlanması, dəstin mikrotelefon şnurunun dəyişdirilməsi və s.).

Bilməlidir: ŞTŞ məlumat xidmətinin telefonçusunun iş qaydalarını; məlumat kartotekaların doldurulması prinsiplərini (iş, say); idarələrin telefon nömrələrini; mənzillərin telefon nömrələrini (fərdi və kollektiv istifadədə olar).

Azərbaycan Respublikasının, şəhər, rayon və yerli icraedici orqanların dövlət aparatının və rabitə orqanlarının strukturunu. ŞTŞ məlumat xidmətinin xidmət etdiyi idarə və təşkilatların və onlara tabe olan təşkilatların strukturlarını.

Abunəçidən telefonçunun iş yerinə qədər rabitənin keçdiyi skelet sxemini, şəhər telefon şəbəkəsinin rayonlar üzrə sxemini, xüsusi xidmətlərin telefon nömrələrini (yaddaşda saxlanmalıdır); müəssisələrin qısaldılmış və mürəkkəb adlarını; iş yerlərində mürəkkəb olmayan zədələnmələrin səbəblərini və onların aradan qaldırılması qaydalarını; öz iş yerinin bütün elementlərinin təyinatını.

 

56. ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNİN MƏLUMAT XİDMƏTİNİN TELEFONÇUSU

5-ci dərəcə

İşin xüsusiyyəti: Daha mürəkkəb məlumatların verilməsi (tam olmayan məlumatlar üzrə arayışlar). Məlumat xidməti telefonçusunun işinə istehsalat nəzarətinin yerinə yetirilməsi. “Servis” tipli xidmətin göstərilməsi (digər şəhərlərin telefon nömrəsi, hava haqqında uzunmüddətli məlumat, lotereya və istiqraz biletlərinin yoxlanması, təşkilatın ünvanı, muzeylərin iş günləri, saatları və s.).

Bilməlidir: abunəçilərə “Servis” tipli müxtəlif xidmətlərin göstərilməsi üçün xüsusi kartotekaların doldurulması prinsiplərini. Kartotekada düzgün dəyişiklik edilməsi qaydalarını. İş yerinin bütün elementlərinin təyinatını, briqadirin və istehsalat nəzarəti telefonçusunun istehsalat funksiyasını.

 

POÇT RABİTƏSİ

1. MƏTBUAT YAYIMININ EKSPEDİTORU

4-cü dərəcə

İsin xüsusiyyəti: Nəşriyyatdan dövrü və qeyri-dövrü mətbuatın və digər tədarükçüdən başqa yüklərin qəbulu, daşınması və onların ekspedisiyaya və bazaya təhvil verilməsi. Dövrü və qeyri-dövrü mətbuatın, başqa yüklərin ekspedisiya bazasında qəbulu və onların müəyyən edilmiş nəzarət müddətində “Dövrü mətbuatın ekspedisiyası və göndərilməsi qaydaları barədə təlimata müvafiq olaraq dəmir yolu vağzallarında, bərədə, hava limanında olan PDŞ-lərə, köşklərə və Mətbuat yayımı dükanlarına təhvil verilməsi. Köşklərdən və Mətbuat yayımı dükanlarından nəşr mallarını və qaytarılmalı olan digər malların, daxil olan pul məbləğlərinin qəbulu və onların müəyyən edilmiş qaydada təhvili. Qiymətli material və pulların saxlanmasının təmini. Baqajla göndərilməsi üçün mətbuat nəşri və başqa mallar olan kisə və paçkaların alınması, yüklənməsi, boşaldılması və təhvili. Dövrü və qeyri-dövrü mətbuatın və başqa yüklərin qəbulu və təhvilinə aid sənədlərin rəsmiləşdirilməsi.

Bilməlidir: dövrü mətbuatın ekspedisiyası və göndərilməsi qaydaları barədə təlimatı; dövrü, qeyri-dövrü mətbuatın və başqa yüklərin, pul vəsaitlərinin qəbulu və təhvil verilməsi qaydalarını; mətbuatın hazırlanması və göndərilməsinə nəzarətin müddətini; göndəriş sənədlərinin tərtibatını və sənədləşdirilməsini, poçt vaqonlarının marşrutlarını, qatarların və təyyarələrin hərəkət cədvəlini.

 

2. MƏTBUAT YAYIMI EKSPEDİSİYA MAŞINLARININ OPERATORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Ekspedisiya maşınlarında (ştamplama, nəşrləri çoxaltma, ünvan çap edən) işləmə. Yağlama, nizamlama, istismar. Stensilin və formatlı kağızların hazırlanması. Stensildə korrektorun qeydləri əsasında düzəlişlərin aparılması. Stensillərin nəşrlər və abunə müddəti üzrə ayrılması. Çatdırma kartoçkaları ilə olan möhürlənmiş stensillərin üzləşdirilməsi.

Bilməlidir: xidmət etdiyi maşınların quruluşunu və iş prinsipini, ekspedisiya maşınlarında işləmə qaydalarını, maşın tətbiq edilən istehsalat proseslərini.

 

3. MƏTBUAT YAYIMININ KÖŞKÇÜSÜ

4-cü dərəcə

İşin xüsusiyyəti: Malların bazadan alınması və sənədləşdirilməsi. Xarici görünüşünə baxmaqla və saymaqla (kəmiyyət və keyfiyyətcə) yoxlanması, çeşidə müvafiq olaraq malların rəflərə, piştaxtalara və vitrinlərə yerləşdirilməsi. Köşkdə olan qəzet, jurnal və digər malların reklam edilməsi, müəyyən edilmiş müddətdə satılmamış qəzet, jurnal və digər malların aşkar edilməsi və onların satılması üçün tədbirlər görülməsi. Sifariş dövriyyəsinin qaydalarına müvafiq alıcıların tələbatının öyrənilməsi və ümumiləşdirilməsi əsasında sifarişlərin sənədləşdirilməsi. Malların qiymətinin hesablanması, pulun alınması və alıcılara malların verilməsi. Satışdan əldə edilən gəlirin hesablanması və onun müəyyən edilmiş qaydada təhvil verilməsi. Köşkdəki malların hesabatının aparılması və onun sənədləşdirilməsi. İş yerində səliqə və səhmana riayət edilməsi. İnventarizasiyanın aparılmasında, inventarizasiya mallarının üzləşdirilməsi, qiymətləndirilməsi və malların silinməsində iştirak edilməsi.

Bilməlidir: mətbuat nəşrlərinin və digər malların köşkdə çeşidini; kataloqa uyğun yayılan qəzet və jurnalların qısa məzmununu, köşkün vitrin və piştaxtalarının quraşdırma qaydalarını; çap məhsulunun və digər malların qəbulu və buraxılması qaydalarını; qəbul edilmiş və satılmış mallar üçün sənədlərin tərtibi və uçotu qaydalarını, sifariş dövriyyəsinin qaydalarını, köşkün fəaliyyət rayonunun profilini; alıcıların tələbatını; mətbəədən zay buraxılan malların növlərini; inventarizasiyanın aparılması və sənədləşdirilməsi qaydalarını; köşkdə olan malların hesabatının aparılması qaydasını, nəşrin əhali arasında aktiv yayılması metodların.

 

4. MƏTBUAT YAYIMI ÇEŞİDLƏYİCİSİ

4-cü dərəcə

İşin xüsusiyyəti: Abunə və pərakəndə satış üzrə dövrü mətbuata, filateliya məhsuluna və digər mallara olan sifarişlərin çeşidlənməsi. Sifariş üçün stensildə ünvanların hazırlanması. Sifariş və stensil kartotekasının nəşrlər, ölkələrin adları, sifarişlərin nömrəsi, göndərişlərin növü və nüsxələrin sayı üzrə komplektləşdirilməsi. Ünvan çap edən maşınlarda ünvanların çap edilməsi üçün stensillərin hazırlanması. Ünvanların üzərində düzəlişlərin aparılması. Kassa aparatı və əl ilə dövrü mətbuata aləmə qəbulu.

Mətbuatın siyahı qaiməsinin, çeşidləmə cədvəllərinin tərtib edilməsi. Ünvan yarlıqlarının seçilməsi. Qəzet və jurnalların tiraj və sifarişlərinin hesablanması, quraşdırılması, uçotu, Mətbuat yayımı müəssisələri və rabitə şöbələri üzrə çatdırma kartoçkalarının çeşidlənməsi və yoxlanması. Abunənin qəbulu və malların pərakəndə şəbəkə tərəfindən satışı, ünvanın dəyişdirilməsi, reklamı, qəzet və jurnalların abunəsinin ləğv edilməsi üzrə xidməti yazışmanın yerinə yetirilməsi. Abunəçilərdən ərizələrin qəbulu və onlara arayışların verilməsi. Qəzet qovşaqlarının siyahısında, marşrutun işarələrində (göstəricilərində), kataloqlarda, preyskurantlarda düzəlişlərin edilməsi.

Bilməlidir: Azərbaycan Respublikasının və xidmət etdiyi şəhərin (rayonun) inzibati-ərazi bölgüsünü; mətbuatın yayılması, abunə və pərakəndə əməliyyatların texnikası üzrə təlimatı və qaydaları; dövrü mətbuatın (nəşrin) göndərilməsi və yollanması qaydalarını; mətbuatın istiqamətlər planını, yayılacaq nəşrin assortimentini; kassa aparatlarında işləməni; ünvanların dəyişdirilməsi və mətbuat məhsuluna olan abunələrin ləğvinin sənədləşdirilməsi qaydalarını, kütləvi jurnalların qısa şərhini.

 

5. POÇTALYON

4-6-cı dərəcələr

İşin xüsusiyyəti: Dövrü mətbuatın və poçt göndərişlərinin çatdırılması. Korrespondensiyaların, mətbuatın, banderolların, baratların, pensiya ödənişlərinin və pul vəsaitlərinin ünvanlara çatdırılması üçün alınması, alınmış qaydalara müvafiq olaraq sadə, sifarişli poçt göndərişlərinin, beynəlxalq və qiymətli korrespondensiyaların, banderolların, baratların, pensiya və müavinətlərin, mətbuatın, teleqramların ünvanlara çatdırılması. Müəssisənin daxilində, motorlaşdırılmış və mərkəzləşdirilmiş çatdırma rabitə şöbələri ilə bağlı olan çatdırma sahələrində istehsalat əməliyyatlarının yerinə yetirilməsi.

Poçtamtlarda, rabitə qovşaqlarında, rabitə şöbələrində poçt göndərişlərinin ünvanlaşdırılması, qəbulu və verilməsi, poçt və teleqraf əməliyyatlarının aparılması vaxtı barədə müştərilər ilə izahat işinin aparılması; çatdırılmayan göndərişlərin sənədləşdirilməsi və ünvanları tərk etmişlər barədə arayışın tərtibi; polis və məhkəmə-istintaq orqanlarının, eləcə də “Şəxsən verilməli” nişanı ilə olan sifarişli zərflərin çağırış vərəqəsi (bildiriş) verilməsi barədə bildirişlərin sənədləşdirilməsi. Qəzet və jurnalların çatdırma açıqcalarının hərəkət vaxtının ayrılması və mətbuatın çatdırılmasına hərəkət kitabının tərtib edilməsi. Çatdırılmış, qeyd edilmiş teleqram və poçt göndərişlərinin sənədləşdirilməsi. Sadə zərflərin göndərilməsi üçün əhalidən qəbulu, poçt qutularından zərflərin çıxarılması; xidmət etdiyi çatdırma sahələrində poçt nişanələrinin satışı.

Dayaq məntəqələrinin və abunə şkaflarının yararlı və mədəni vəziyyətdə saxlanmasına və eləcə də xidmət etdiyi çatdırma sahələrinin abadlığının (yaşayış məntəqələrinin adlandırılmasının sadəliyi və küçə, evlərin nömrələnməsi, evin giriş yolunun işıqlandırılması, qapıda olan poçt qutularının doqqaza və hasara və i.a. çıxarılması) təmin edilməsinə nəzarət və çatışmamazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlərin görülməsi.

 

ŞƏHƏR POÇTALYONLARI ÜÇÜN

4-cü dərəcə

Bir çatdırma sahəyə xidmət etməklə 1-2 çatdırma sahələrində poçtalyonların əvəz edilməsi və onların işini bilmək.

5-ci dərəcə

Bir çatdırma sahəyə xidmət etməklə 3-4 çatdırma sahələrində poçtalyonların əvəz edilməsi və onların işini bilmək.

6-cı dərəcə

Bir çatdırma sahəsinə xidmət etməklə 5 və daha çox çatdırma sahələrində poçtalyonların əvəz edilməsi və onların işini bilmək.

 

KƏND POÇTALYONLARI ÜÇÜN

4-cü dərəcə

Bir çatdırma sahəsinə xidmət. Sifarişli korrespondensiyaların, jurnal və qəzetlərə abunənin, elektrik enerjiyə, radionöqtələrdən istifadəyə görə haqqın evlərdə qəbulu.

5-ci dərəcə

Bir çatdırma sahəsinə və poçtalyonları əvəz etdiyi halda 1-2 çatdırma sahələrinin işini bilmək və xidmət etmək. Pul baratlarının evlərdə qəbulu.

6-cı dərəcə

Bir çatdırma sahəsinə və poçtalyonları əvəz etdiyi halda üç və daha çox çatdırma sahələrinin işini bilmək və xidmət etmək. Qiymətli zərflərin, banderolların və bağlamaların evlərdə qəbulu.

Bilməlidir: (bütün ixtisaslı dərəcələr üçün): poçt göndərişlərinin növü və kateqoriyalarını; adi, sifarişli və beynəlxalq korrespondensiyaları, banderolları, baratları, teleqram və mətbuatın ünvanlara çatdırılma qaydalarını, pensiya və müavinətlərin çatdırılması və eləcə də evlərdə rabitə xidmətlərinin göstərilməsi qaydalarını; xidmət etdiyi çatdırma sahələrində küçə, ev, mənzillərin yerləşməsini; poçt göndərişlərinin və teleqramların müəyyən edilmiş nəzarət vaxtında çatdırılmasını, poçt göndərişləri və teleqramların göndərilməsinin tarifini.

İşin xüsusiyyəti: Poçtun müşayiəti və mübadiləsi (bütün ixtisaslı dərəcələr üçün). Başlanğıc məntəqədə poçtun və mətbuatın alınması, yolda mübadiləsi və son məntəqədə təhvili, onların yüklənməsi, düzülməsi və boşaldılması daxil edilməklə.

4-cü dərəcə

50 km-ə qədər olan marşrutlarda poçtun müşayiəti.

5-ci dərəcə

50-dən 100 km-ə qədər olan marşrutlarda poçtun müşayiəti.

6-cı dərəcə

100 km-dən yuxarı olan marşrutlarda və şəhər marşrutu üzrə poçtun müşayiəti.

Bilməlidir: (bütün ixtisaslı dərəcələr üçün): poçtun tənzimləmə qaydalarını; poçtun müşayiəti, mübadiləsi və saxlanması üzrə təlimatı və qaydaları, marşrut üzrə nəqliyyatın hərəkət cədvəlini, sənədlərin hazırlanma qaydalarını, poçtun nəqliyyata qəbulu və yaxud təhvil qrupları üzrə düzülməsini; həmin müəssisədə poçt göndərişlərinin hərəkətinin nəzarət vaxtını.

4-cü dərəcə

İsin xüsusiyyəti: Teleqramın çatdırılması, nəzarət vaxtı ilə müəyyən edilmiş müddətə və qaydalara müvafiq olaraq bütün növlü və kateqoriyalı teleqramların gecə-gündüz ünvanlara çatdırılması. Ünvanları tərk etmişlər barədə arayışın tərtibi. Çatdırılmış və çatdırılmamış teleqramlar barədə sənədlərin hazırlanması. Əhalidən teleqramların qəbulu.

Bilməlidir: teleqramın növü və kateqoriyalarını, teleqramın ünvanlara çatdırılma qaydalarını, həmin müəssisənin xidmət etdiyi ərazidə küçələrin, evlərin və mənzillərin yerləşməsini; teleqramın çatdırılmasına müəyyən edilmiş nəzarət vaxtını, əhalidən teleqramların, teleqraf rabitəsinə olan xidmətə görə tarifin qəbul etmə qaydalarını, teleqramın aparılması və təqdim edilməsi üçün müəyyən edilmiş normativ vaxtını.

5-ci dərəcə

İşin xüsusiyyəti: Bütün növlü və kateqoriyalı teleqramların qaydalara və müəyyən edilmiş nəzarət vaxtına müvafiq olaraq ünvanlara gecə-gündüz çatdırılması. Arayışlı teleqramların ünvanları barədə sorğulaşma, teleqraf aparatı ilə daxil olan teleqramların qəbulu.

Bilməlidir: həmin müəssisənin xidmət etdiyi şəhər və rayonun inzibati-ərazi bölgüsü planını.

6-cı dərəcə

İşin xüsusiyyəti: Hökumət korrespondensiyalarının ünvanlara çatdırılması. Teleqrafçı olmadıqda, teleqramın ekspedisiyası üzrə onun vəzifəsinin yerinə yetirilməsi.

Bilməlidir: daxil olan teleqramların çatdırılmağa hazırlanması və onları çatdırmaq üçün verilməsi və sənədləşdirilməsi qaydalarını, hökumət korrespondensiyalarının çatdırılması qaydalarını.

4-cü dərəcə

İşin xüsusiyyəti: Poçt qutularından korrespondensiyaların çıxarılması, düzgün ödənilməsinin yoxlanması; korrespondensiyaların ayrılması (seçilməsi) və ştempel (möhür) vurulması. Poçt qutularının yararlı və təmiz olmasının təşkili.

Bilməlidir: poçt qutularından korrespondensiyaların çıxarılmasının nəzarət vaxtı və qaydalarını, korrespondensiyaların ştempellənməsini; adi və sifarişli korrespondensiyaların göndərilmə tarifini.

 

6. POÇT AVADANLIĞININ ELEKTRİK MEXANİKİ

3-cü dərəcə

İşin xüsusiyyəti: Sadə poçt avadanlığının və kiçik mexanizm vasitələrinin sınaqdan çıxarılması, demontajı, mexaniki və elektrik hissələrinin təmizlənməsi, cari təmiri və texniki xidmət göstərilməsi. Xidmət olunan avadanlığın işə hazırlanması, təmizlənməsi və yağlanması.

Bilməlidir: xidmət olunan avadanlıq və kiçik mexanizm vasitələrinin montajı və iş prinsipini; nəzarət- ölçü cihazları və alətlərdən istifadə qaydalarını və təyinatını; hissələrin çilingər emalı üsullarını; avadanlığın cari təmiri və texniki xidməti zamanı yerinə yetirilən əməliyyatları; xidmət olunan avadanlığın texniki-istismar qaydalarını.

İş nümunələri: Texniki xidmət, cari təmir, sınaqdan çıxarma, tənzimləmə və demontaj.

1.          Qəzet, zərf, açıqcaların satışı üzrə avtomatlar;

2.          Kassa aparatları;

3.          Nömrələyən, dəstbağlayan və möhürləyən maşınlar;

4.          Kisə tutanlar;

5.          Poçt arabaları;

6.          Abunə və dayaq məntəqələri şkafları.

 

7. POÇT AVADANLIĞININ ELEKTRİK MEXANİKİ

4-cü dərəcə

İşin xüsusiyyəti: Orta mürəkkəbli poçt avadanlıqlarının sınaqdan çıxarılması və demontajı, mexaniki və elektrik hissələrinin tənzimlənməsi, cari təmiri və texniki xidmət göstərilməsi. Sadə poçt avadanlıqlarının montajı, mexaniki və elektrik hissələrinin sazlanması, əsaslı təmiri.

Cari və əsaslı təmir üçün nöqsanlar cədvəlinin tərtibi.

Bilməlidir: sadə və orta mürəkkəbli poçt avadanlıqlarının quruluşunu; təmir üçün nöqsanlar cədvəlinin tərtib etmə qaydalarını; detalların yığılması və sökülməsini; elektrik ötürücü qurğuların və avadanlıqların elektrik inteqralının hərəkət prinsipini; elektrotexnikanın əsaslarını.

İş nümunələri: Texniki xidmət, cari təmir, sınaqdan çıxarma, demontaj və tənzimləmə:

1.          Sifarişli məktubların qəbulu üzrə avtomatlar;

2.          Polimer pərdələri qaynaq etmək üçün maşınlar;

3.          Pul köçürmələrinin hazırlanması üçün elektromexaniki maşınlar;

4.          Nömrələyicilər;

5.          Daşıyıcı şaxtası olan üfüqi-şaquli qaldırıcılar;

6.          Bütöv növ transportyorlar;

7.          Yarımavtomat çeşidləmə üçün qurğular;

8.          Mətbuat bağlamaları və göndərişləri çeşidləmək üçün qurğular;

9.          Banderolları çeşidləmək üçün qurğular.

Əsaslı təmir, sazlama və quraşdırma:

1.          Qəzet, zərf, açıqcaların satışı üçün avtomatlar;

2.          Kassa aparatları;

3.          Nömrələyən, dəstbağlayan və möhürləyən maşınlar;

4.          Kisə tutanlar;

5.          Poçt arabaları;

6.          Abunə şkafları və dayaq məntəqələr.

 

8. POÇT AVADANLIĞININ ELEKTRİK MEXANİKİ

5-ci dərəcə

İşin xüsusiyyəti: Mürəkkəb və xüsusi mürəkkəb poçt avadanlıqlarının sınaqdan çıxarılması, demontajı, mexaniki və elektrik hissələrinin tənzimlənməsi, cari təmiri və texniki xidmət göstərilməsi. Orta mürəkkəbli poçt avadanlıqlarının montajı, mexaniki və elektrik hissələrinin sazlanması və əsaslı təmiri.

Bilməlidir: xidmət olunan avadanlıqların kinematik və elektrik sxemlərini, quruluşunu; avadanlığın təmirinə olan texniki şərtləri; hissələrin bərpa olunma metodları və texnoloji ardıcıllığını; xidmət olunan avadanlığın təmirini, yığılmasını və montajını; mürəkkəb nəzarət ölçü cihazlarından istifadə qaydalarını, quruluşunu və təyinatını; köhnəlmiş detalların bərpa olunma metodlarını; orta mürəkkəbli sxemlərin oxunma qaydalarını; sayma sistemləri haqqında anlayışları; ikilik say sistemini və ya onlardan avtomatlarda istifadə qaydalarını.

İş nümunələri: Texniki xidmət, cari təmir, sınaqdan çıxarma, tənzimləmə və demontaj:

1.    Avtomatik və yarımavtomatik zərfləri çeşidləyən maşınlar;

2.    Zərfləri avtomatik səhifələyən və möhürləyən maşınlar;

3.    Zərfləri qabaritə görə araşdıran maşınlar:

4.    Pul baratlarının emalı üçün elektron maşınlar;

5.    İndeksi müəyyən edən qurğular. 

Əsaslı təmir, sazlama və quraşdırma:

1.        Sifarişli zərflərin qəbulu üzrə avtomatlar;

2.        Polimer pərdələri qaynaq edən maşınlar;

3.        Pul baratlarının emalı üçün elektromexaniki qurğular;

4.        Nömrələyəcilər;

5.        Daşıyıcı şaxtası olan aparılan üfüqi-şaquli qaldırıcılar;

6.        Bütün növ transportyorlar;

7.        Çeşidləmə üçün yarımavtomat qurğular;

8.        Mətbuat dəstələrinin və bağlamaların çeşidlənməsi üçün olan qurğular;

9.        Banderolların çeşidlənməsi üçün olan qurğular.

 

9. POÇT AVADANLIĞININ ELEKTRİK MEXANİKİ

6-cı dərəcə

İşin xüsusiyyəti: Mürəkkəb və xüsusən mürəkkəb poçt avadanlıqlarının montajı, elektrik və mexaniki hissələrinin sazlanması və əsaslı təmiri.

Bilməlidir: xüsusən mürəkkəb avadanlıqların konstruksiyasını, kinematik və elektrik sxemlərini, texniki şərtləri, təmir, yığılma və montaj metodlarını; avadanlığın dəqiqliyini sınaqdan çıxarma metodlarını; texniki şərtlərə müvafiq olaraq onun quraşdırılmasını; maşınların statik və dinamik balanslaşdırılmasını; ölçmə xətalarını; avadanlığın işləyən mexanizm, detal və hissələrinə düşən nominal yükün miqdarını, qəzanın və sınmanın xəbərdarlığı üzrə profilaktiki tədbirləri; mürəkkəb yığma və detal sxemlərinin oxunma qaydalarını və eskizlərin çəkilməsini.

İş nümunələri: Əsaslı təmir, sazlama və quraşdırma:

1.   Zərfləri çeşidləyən avtomat və yarımavtomat maşınlar;

2.   Zərfləri avtomatik səhifələyən və möhürləyən maşınlar;

3.   Zərfləri qabaritə görə araşdıran maşınlar;

4.   Pul baratlarını emal edən elektron maşınları;

5.   İndeksi müəyyən edən qurğular.

 

10. POÇT VAQONLARININ BƏLƏDÇISİ-ELEKTRİK MONTYORU

4-6-cı dərəcələr

İşin xüsusiyyəti: Poçt vaqonuna xidmət: onun təmiz saxlanmasını, istilik cihazlarının, su kəmərinin, elektrik avadanlığının, ventilyasiya və soyuducu qurğularının fasiləsiz, müntəzəm işləməsinin təmin edilməsi və onların nasazlığının aradan qaldırılması. Reysə göndərilməmişdən qabaq poçt vaqonuna texniki baxışda iştirak edilməsi. Poçtun mübadiləsində və tənzimlənməsində iştirakı; poçt qutularından zərflərin çıxarılması; korrespondensiyaların ştempellənməsi; poçtun adbaad yoxlanmasında, sığorta kisələrinin açılması və bağlanmasında, poçt vaqonundan poçtun verilməsi və qəbulunda iştirakı; yolda qatarın sərnişinlərinə rabitə xidmətinin göstərilməsi; yol boyu və mübadilə zamanı poçtun qorunmasının təmini, eləcə də poçt vaqonu rəisinin tapşırığı üzrə digər işlərin yerinə yetirilməsi.

Bilməlidir: poçt vaqonunun ümumi quruluşunu və onun əsas hissələrini, daxili avadanlığını, vaqonun təmir növlərini və müddətini, buksanı (vaqon təkəri hərləndiyi metal qutu), tormoz və elektrik avadanlığı sistemlərinin təftiş edilməsini; vaqon qatara qoşulmamalı olduğu halda nasazlıq növlərini, vaqonun elektrik avadanlığı qurğularını (generatoru, akkumulyator batareyasını, cihazlarla olan bölüşdürücü lövhəni, ventilyasiya və soyuducu qurğuları və s.); sərnişin vaqonlarının bələdçiləri üçün mühüm olan texniki-istismar qaydalarını, dəmir yolu nəqliyyatında siqnalizasiya üzrə təlimatı; Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünü, xidmət etdiyi şəbəkənin hüdudunda poçtun göndərilmə planını; yuxarıda göstərilən işlərin tam həcmdə yerinə yetirilməsi üçün poçt qaydalarını və mövcud təlimatları.

4-cü dərəcə

hərəkət məsafəsi 301 km-dən aşağı olan, il ərzində orta yük dövriyyəsi (hər iki başa) 1500 ədəddən aşağı olan poçt əşyaları və göndərişlərindən (dövrü mətbuat, korrespondensiya, sığortalı, beynəlxalq və bağlamalardan ibarət kisələr və bağlılar) ibarət olan xətti poçt vaqonlarında işlədikdə

5-ci dərəcə

hərəkət məsafəsi 501-dən 5000 km-ə qədər olan, eyni zamanda il ərzində orta yük dövriyyəsi (hər iki başa) 1500 ədəddən artıq olan poçt əşyaları və göndərişlərindən (dövrü mətbuat, korrespondensiya, sığortalı, beynəlxalq və bağlamalardan ibarət kisələr və bağlılar) ibarət olan və hərəkət məsafəsi 301-dən 500 km-ə qədər olan xətti poçt vaqonlarında işlədikdə

6-cı dərəcə

hərəkət məsafəsi 5000 km-dən artıq olan, eyni zamanda il ərzində yük dövriyyəsi (hər iki başa) 2500 ədəddən artıq olan poçt əşyaları və göndərişlərindən (dövrü mətbuat, korrespondensiya, sığortalı, beynəlxalq və bağlamalardan ibarət kisələr və bağlılar) ibarət olan və hərəkət məsafəsi 501-dən 5000 km-ə qədər olan xətti poçt vaqonlarında işlədikdə.

 

11. POÇT GÖNDƏRİŞLƏRİ VƏ MƏTBUAT NƏŞRLƏRİNİN ÇEŞİDLƏYİCİSİ

4-6-cı dərəcələr

İşin xüsusiyyəti: Müəyyən edilmiş qaydada və poçt göndərişlərinin və yaxud mətbuat nəşrlərinin çeşidlənməsi, müəyyən edilmiş müddətdə poçtun göndərmə planına əsasən göndərilməsi; poçtun çeşidlənməsi və göndərilməsi üzrə rəhbər sənədlərə və vasitələrə dəyişikliklərin edilməsi, postpaketlərin (paçkaların) və korrespondensiya ilə olan kisələrin düzəldilməsi və möhürlənməsi.

4-cü dərəcə

Çeşidləmə: bir və ya növbə ilə müxtəlif iş yerlərində ümumi sayı 150-dən yuxarı olmayan xanalarda şəhərkənarı korrespondensiyaların çeşidlənməsi;

-bir və ya növbə ilə müxtəlif iş yerlərində ümumi sayı 200-dən yuxarı olmayan məntəqələrdə (şəhərin küçələri) daxil olan və ya yerli korrespondensiyaların çeşidlənməsi;

-iş yerlərində sayı 100-dək olan xanalarda hava limanı yanında yerləşən poçt daşıma şöbələrində korrespondensiyaların çeşidlənməsi;

-göndərmə planına əsasən ölkənin poçt mübadilələri yerləri üzrə adi qəbul edilən beynəlxalq göndərişlərin çeşidlənməsi;

-adi, tranzit və daxil olan beynəlxalq göndərişlərin çeşidlənməsi;

-rayonlararası və şəhərdaxilində yerləşən rabitə müəssisələri üzrə marşrutlarda poçt göndərişlərinin və mətbuatın çeşidlənməsi;

-daxil olan və yerli korrespondensiyaların və mətbuatın 100 məntəqəyə qədər çatdırma ünvanı üzrə çeşidlənməsi;

-qəzet qovşaqlarında mətbuat nəşri, rabitə müəssisələrinə təhkim edilmiş; ümumi sayı 200-ə qədər qəzet qovşağı olan respublika, diyar, şəhər və rayon mərkəzində yerləşən poçtamtların, PDM, PDŞ, rabitə qovşaqları və rabitə şöbələrinin qəzet-jurnal ekspedisiyası;

-bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 200-dən yuxarı olmayan xanalarda idxal mətbuatının çeşidlənməsi;

-ünvan yarlıqlarını çeşidləmə daxil olmaqla, beynəlxalq poçt mübadilələri yerinə aid olmayan, göndərmə planlarına müvafiq olaraq Azərbaycan Respublikasının poçt mübadilələri yerləri üzrə rabitə müəssisələrində ixrac mətbuatının çeşidlənməsi;

-baratların nəzarət bürosunda barat blanklarının çeşidlənməsi.

5-ci dərəcə

Çeşidləmə:

-   bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 150-dən 350-ə qədər xanalarda şəhərkənarı korrespondensiyaların çeşidlənməsi;

-   bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 201-dən 400-ə qədər çeşidləmə məntəqələrində (şəhərin küçələri) daxil olan və yerli korrespondensiyaların çeşidlənməsi;

-   iş yerlərində sayı 101-dən 200-dək olan xanalarda hava limanı yanında poçt daşıma şöbələrində korrespondensiyaların çeşidlənməsi;

-   göndərmə planına əsasən xarici dövlətlərin poçt mübadiləsi yerləri üzrə qəbul edilmiş sadə və qeyd edilmiş beynəlxalq poçt göndərişlərinin çeşidlənməsi;

-   qeydiyyatdan keçmiş beynəlxalq tranzit və daxil olmuş poçt göndərişləri;

-   daxil olan və yerli korrespondensiyaların və mətbuatın ŞXP vasitəsi ilə 101-dən 300 məntəqəyə çatdırılması;

-   qəzet qovşaqlarının ümumi sayı 201-dən 500-dək olan mərkəzi qəzetlərin mərkəzləşmiş çap edilən məntəqədə və respublikanın mərkəzində yerləşən poçtamtların, PDM, PDŞ və rabitə şöbələrinin qəzet-jurnal ekspedisiyasında mətbuat nəşrinin çeşidlənməsi;

-   bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 201-dən 500-ə qədər xanalarda idxal mətbuatının çeşidlənməsi;

-   ölkələr üzrə ünvan yarlıqlarını çeşidləməyə daxil etməklə, beynəlxalq poçt mübadilələri yerinə aid olmayan, göndərmə planına müvafiq olaraq xarici dövlətlərin poçt mübadilələri yerləri üzrə rabitə müəssisələrinin ixrac mətbuatının çeşidlənməsi;

-   bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 60-dan yuxarı olmayan ayrılmış qruplarda bağlama, qiymətli zərf və banderolların, poçt və qəzet paçkası ilə olan kisələrin çeşidlənməsi;

-   sayı 70-ə qədər olan istiqamətdə postpaket və banderolların çeşidlənməsi və onların istiqamətləri üzrə qruplaşdırılması;

Mətbuat yayımı müəssisələrində: digər malların çeşidlənməsi daxil edilməklə qəzet qovşaqları, ticarət nöqtələri və poçt vaqonları üzrə dövrü mətbuatın və filatelist məhsulunun çeşidlənməsi; onların kisələrə, postpaketlərə və banderollara qoyulması və müəyyən edilmiş nəzarət müddətində göndərmə planına əsasən göndərilməsi; dövrü mətbuatın, filatelist maşının, digər mal və göndərişlərin çeşidlənməsi və göndərilməsi üzrə rəhbər sənədlərdə və vasitələrdə korrektiv dəyişikliklərin edilməsi.

6-cı dərəcə

Çeşidləmə:

-   bir və ya növbə ilə bir neçə iş yerində ümumi sayı 350-dən yuxarı xanalarda şəhərkənarı korrespondensiyaların çeşidlənməsi;

-   iş yerlərinin sayı 200-dən yuxan olan xanalarda hava limanı yanında poçt daşıma şöbələrində korrespondensiyaların çeşidlənməsi;

-poçt-çeşidləmə sahələrində (qovşaqlarda) korrespondensiyaların çeşidlənməsi;

-   bir və ya növbə ilə müxtəlif iş yerlərində ümumi sayı 400-dən yuxarı olan (şəhər küçələri) çeşidləmə məntəqələrinə daxil olmuş və yerli korrespondensiyaların çeşidlənməsi;

-   qəzet qovşaqlarının ümumi sayı 500-dən yuxarı olan mərkəzi qəzetlərin nəşrinin mərkəzləşməmiş məntəqələrdə, respublikanın, şəhərin mərkəzində yerləşən poçtamtların, PDM, PDŞ və rabitə şöbələrinin qəzet-jurnallar ekspedisiyasının mətbuat nəşrinin çeşidlənməsi;

-   xarici dövlətlərin poçt mübadilələrini yerlər üzrə göndərmə planına müvafiq olaraq qəbul edilmiş beynəlxalq zərflərin, bağlamaların, kisələrin çeşidlənməsi; göstərilmiş beynəlxalq göndərişlərin sənədlərinin müstəqil sənədləşdirilməsi;

-   ŞXP-də 300 məntəqədən yuxarı sahəyə xidmət edilən məntəqələr üzrə daxil olan və yerli korrespondensiyaların və mətbuatın çeşidlənməsi;

-   bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 500-dən yuxarı olan çeşidləmə xanalarında idxal mətbuatının çeşidlənməsi;

-   ölkələr üzrə yarlıqları çeşidləməyə daxil etməklə beynəlxalq poçt mübadilələri yerlərinə aid olan, göndərmə planına müvafiq olaraq xarici dövlətlərin poçt mübadilə yerləri üzrə rabitə müəssisələrində ixrac mətbuatının çeşidlənməsi, eləcə də bu poçtda olan sənədlərin müstəqil sənədləşdirilməsi;

-   bir və ya növbə ilə bir neçə iş yerlərində ümumi sayı 60-dan yuxarı olan ayrılmış qruplarda bağlamalar, qiymətli zərflər, banderollar, poçt və qəzet paçkaları ilə olan kisələrin çeşidlənməsi;

-   istiqamətlər üzrə daxil olan və tranzit beynəlxalq zərfli korrespondensiyaların, bağlamaların, kisələrin əsaslı çeşidlənməsi;

-   sayı 70-dən yuxarı istiqamət üzrə postpaket və banderolların çeşidlənməsi və onların qruplaşdırılması;

Bilməlidir: (bütün ixtisaslı dərəcələrin çeşidləyiciləri üçün):

Yerinə yetirilən işlər həcmində poçt qaydalarını, eləcə də bütün növlü göndərişlərin və mətbuatın alınması, çeşidlənməsi və göndərilməsi qaydalarını; adi, sifarişli və qiymətli zərfləri, açıqcaları, banderol və bağlamaların göndərilməsinə görə tarifi; öz iş yeri üçün poçtun çeşidlənməsi və göndərilməsinə nəzarət müddətini və cədvəlini; poçt göndərişlərinin və mətbuatın mövcud çeşidləmə sistemini; poçt şeylərinin və mətbuatın sənədlərə yazılma qaydasını və onların postpaketlərə (paçkalara) və kisələrə qoyulub düzəldilməsini, hava yolu üzrə poçtun daşınma qaydasını və poçtun (öz müəssisəsinə aid olan) təyyarələrlə daşınmasına görə müqaviləni; poçt göndərişlərinin və mətbuatın uçotu qaydasını, latın şriftini.

Bundan əlavə:

Başqa şəhərdən olan poçt göndərişlərinin (çıxan və tranzit) çeşidlənməsi üzrə: Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünü, poçt vaqonlarının marşrut sxemini; poçtun çeşidləmə qaydasını və göndərmə planını; “Marşrut göstəricilərindən və “Rabitə müəssisəsinin əlifba siyahısı” ndan istifadə etməni;

Daxil olan və yerli poçt göndərişlərinin çeşidlənməsi üzrə:

həmin yaşayış məntəqəsinə daxil olan poçt göndərişlərinin çeşidləmə qaydalarını; həmin yaşayış məntəqəsinə xidmət edən rabitə şöbəsinin əhatə etdiyi rayonu; müəssisədə korrespondensiyalar çeşidlənən müəssisədə çatdırma sahələrinin sərhəddini; şəhər xidməti poçtun və dayaq məntəqələrinin şəbəkəsini, eləcə də abunə yeşiklərinin çeşidlənməsini;

Mətbuatın çeşidlənməsi üzrə: Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünü, dövrü mətbuatın emalı və göndərilməsi barədə təlimatı; poçt vaqonlarının marşrut sxemini, mətbuatın göndərilmə planını, mətbuatın ekspedisiya edilməsi haqqında təlimatı;

Beynəlxalq poçt göndərişlərinin, idxal və ixrac dövrü mətbuatın çeşidlənməsi üzrə: beynəlxalq poçt göndərişlərinin çeşidlənməsi, yazılması, düzəldilməsi və göndərilməsi qaydalarını; Ümumdünya Poçt Konvensiyasını, Reqlamentin müvafiq bölmələrini və digər sazişləri; fransız dilində poçt terminlərini; öz iş yeri üçün beynəlxalq poçtun göndərmə planını; Ümumdünya Poçt İttifaqının bürosu tərəfindən nəşr olunan ölkə və dünya ərazilərinin əlifba siyahısından istifadə etmə qaydalarını;

Zərf çeşidləyən maşınlarda: zərf çeşidləyən maşınlarda işləmə texnikasına yiyələnməli və maşının çeşidləmə sxemini bilməli;

Mətbuat yayımı müəssisələrində: Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünü; mətbuat nəşrinin, çatdırma açıqcalarının və digər malların çeşidləmə qaydasını və göndərmə planını, bütün növlü poçt göndərişlərinin və mətbuat nəşrinin alınmasını, çeşidlənməsi və göndərilməsi qaydalarını və öz iş yeri üçün nəzarət müddətini.

 

12. RABİTƏ OPERATORU

4-6-cı dərəcələr

İşin xüsusiyyəti: A. Sadə, sifarişli, hökumət və beynəlxalq korrespondensiyaların qəbulu, çeşidlənməsi, göndərilməsi və verilməsi, qeydiyyatdan keçən korrespondensiyaların yazılması; dövrü mətbuatın və korrespondensiyaların çatdırılmasına nəzarət; paylanmamış poçt göndərişlərinin sənədləşdirilməsi; poçt nişanələrinin (markalar, zərflər, poçt açıqlamaları) satışı; avtomatların poçt nişanələri ilə doldurulması; dövrü mətbuata abunənin qəbulu; tələbli ünvanlanmış teleqram və korrespondensiyaların verilməsi, kreditə buraxılmış şəhərlərarası telefon danışıqları üçün ödənişin qəbulu; radio nöqtələri, telefon üçün abunə ödənişlərinin qəbulu, şəxsi kartoçkalarda hesablanması, sənədləşdirilməsi və uçotu, elektroenerji ödənişlərinin qəbulu, bu məsələlərə görə abunəçilərdən ərizələrin qəbulu və onlara arayışların verilməsi; sənədlərin rabitə müəssisələrinin istehsalat arxivlərində sistemləşdirilməsi və qruplaşdırılması, uçotu, məlumatların toplanması, arayışların tərtibi; rəhbər sənədlər və vəsaitlərdə dəyişikliklərin edilməsi; poçt taraları üzrə qəbul, göndərilmə, uçot, qarşılıqlı hesabların aparılması; kəmiyyət və keyfiyyət göstəricilərinin uçotu; inventarın qəbulu və verilməsi, uçotu və onların (qorunması) saxlanması; iş vaxtının uçotu və iş normasının işçilər tərəfindən yerinə yetirilməsi; kommutatorlarda telefon abunəçilərinin birləşdirilməsi və ayrılması, jurnalda nasazlıq haqqında ərizələrin uçotunun aparılması.

B. Bağlamaların, qiymətli zərf və banderolların qəbulu, çeşidlənməsi, göndərilməsi və verilməsi; pul baratının qəbulu və verilməsi; müavinət və pensiya ödənişlərinin verilməsi; şəhərlərarası telefon danışıqlarına olan sifarişlərin qəbulu və çeşidlənməsi; telefon və teleqraf aparatı üzrə teleqramların qəbulu və verilməsi; orta həcmli radioqovşaqlara xidmət; aparatura və avadanlıqlarda olan zədələrin aradan qaldırılması üçün ərizələrin qəbulu və naryadın yazılması; müxtəlif sistemli maşınların tətbiq edilməsi ilə poçt-kassa əməliyyatlarının sənədləşdirilməsi; pensiya ödənişlərinin verilməsinə görə sosial-təminat şöbələrindən sənədlərin qəbulu; onların yoxlanılması, çeşidlənməsi və rabitə şöbələrinə göndərilməsi; dövlət bankı tərəfindən ticarət təşkilatlarının hesablaşma hesabına barat və ticarət üzrə daxil olan pulların köçürülməsi; beynəlxalq sığorta poçtlarının qəbulu, çeşidlənməsi, göndərilməsi və verilməsi; pul baratlarının və pensiya müavinətlərinin ünvanlara çatdırılması üçün poçtalyonlara verilməsi; rabitə müəssisələrində bağlama və sığorta poçtunun sənədləşdirilməsi; poçt nişanələrinin qəbulu, sənədləşdirilməsi, çeşidlənməsi və göndərilməsi; kassa limitindən artıq pulun, şöbələrə aparılan pulların, sığorta poçtunun sənədləşdirilməsi, göndərilməsi, müşayiət edilməsi və alınması; pulların və digər qiymətlilərin qəbulu və verilməsi üzrə əməliyyatların yerinə yetirilməsi ilə rabitə müəssisələrinin anbarlarında pulların və digər qiymətli şeylərin saxlanması və uçotu; poçt vaqonları, gəmilər, təyyarələr və avtonəqliyyat vasitəsi ilə poçtun mübadiləsi; qəbul edilmiş və daxil olmuş ödənişə nəzarət; pensiya və müavinət ödənişlərinin verilməsinə nəzarət, rabitə müəssisələrindən məlumatların toplanması, işlənməsi və ötürülməsi, məntəqələrə (MYHÖM) və baratların nəzarət bürosuna (BNB) və yaxud məlumat-hesablama mərkəzinə (MHM) barat hesabatlarının qəbulunun sənədləşdirilməsi və nəzarət, rayon (şəhər) sosial-təminat şöbəsinə və yaxud pensiya və müavinət ödənişlərinin hesablanması və verilməsi mərkəzinə göndərilmiş pensiya hesabatlarına nəzarət; rabitə müəssisələrində sığorta, poçt göndərişləri sənədlərinin sənədləşdirilməsi və poçt göndərişlərinin keyfiyyətli qəbuluna, çeşidlənməsinə, yazılışına, təhvilinə nəzarət; beynəlxalq və hökumət göndərişlərinin çeşidlənməsinə və göndərilməsinə nəzarət; rabitə müəssisələrində yol sənədlərinə nəzarət; beynəlxalq poçt göndərişlərinin ünvanlarının tərcümə edilməsi, rabitə orqanlarının işinə olan şikayətlərin qəbulu və uçotu; bütün rabitə növlərinə aid olan xidməti yazışmanı yerinə yetirəndə müştərilərin ərizə və şikayətlərinin həlli üzrə yazışmanın icrası.

Abunəçilərin şəxsi hesabının və kartoçkalarının aparılması; müştərilərə, eləcə də müəssisələrə nağdsız hesablaşma və kredit hesabına göstərilən xidmətlərə görə hesabların yazılması və göndərilməsi, rabitə xidmətinə görə nağdsız hesablaşma üzrə müştəridən daxil olan gəlirlərə vaxtaşırı nəzarət edilməsinə əməl olunması; avansın hesablanmasına nəzarət, avansın qurtarması barədə abunəçinin xəbərdarlıq edilməsi; bank sənədlərinin çeşidlənməsi, rabitə şöbələrindən və kassa mədaxilindən daxil olan gəlirin üzləşdirilməsi; abunəçilərə arayışların verilməsi; arxivin aparılması; sənədlərin ilkin uçotu; telefonların quraşdırılması və yenidən quraşdırılması üçün naryadların işlənməsi.

Məlumatların yığılması, hazırlanması və ötürülməsi məntəqələrində (MYHÖM) işləyəndə:

poçt qaydalarına müvafiq olaraq sığorta kisələrinin qəbulu və göndərilməsi; perfolentin daxil olmasına və onun düzgün sənədləşdirilməsinə nəzarət; daxil olan məlumatların uçotu; məlumatlara düzəliş edilməsi və nəzarət; qüsurlu məlumatların uçotu və qüsurlu məlumata sorğu göndərilməsi; qüsurlu məlumatı yenidən tərtib etmək üçün rabitə qovşağına göndərilməsi; rabitə müəssisələrində işlərin keyfiyyətinin pozulması hallarında f.30 KM. saylı bildirişin tərtib edilməsi; təlimata müvafiq olaraq perfolentin saxlanması; nəzarət vaxtına və onun uçotuna əsasən nəzarət edilmiş məlumatların BNB (MHM) göndərilməsi; EHM-də məlumatları işlədikdən sonra onlara düzəliş edilməsi; texniki xidmətlərə lazımi məlumatların ötürülməsi üçün MYHÖM aparatlarında və elektron komplekslərində olan qüsurlara görə daxil olmuş qüsurlu məlumatların uçotu.

V. Çatdırma sahələrinin siyahısı və sxemlərinin tərtibi, onların sərhədlərinin qoyulmasında iştirakı, çeşidləyici cədvəllərin tərtibi; çatdırma kartoçkaların və kartotekaların aparılması; poçt göndərişlərinin və dövrü mətbuatın çatdırma sahələri üzrə çeşidlənməsi, müəyyən edilmiş qaydalarla dövrü mətbuatın və poçt göndərişlərinin poçtalyonlara verilməsi; çatdırılmamış poçt göndərişlərinin və mətbuatın pullu korrespondensiyaların çatdırılmasına görə əlavə alınmış pul vəsaitlərinin və i.a. poçtalyondan qəbulu və onların sənədləşdirilməsi.

Rabitə müəssisələrində və çatdırılma sahələrində poçtalyonların işinin təşkili, normativlərin və çatdırılma nəzarət vaxtının yerinə yetirilməsini nəzərə almaqla, müxtəlif üsullarla çatdırılması, tam yüklənməsi; mərkəzləşdirilmiş rabitə şöbələrində və motorlaşdırılmış çatdırmanın təşkili zamanı istehsalat əməliyyatlarının icrası, poçtalyonların təlimatlandırılması və onların işinə nəzarət, dövrü mətbuatın və poçt göndərişlərinin çatdırılmasında əmələ gələn şikayətlərin müəyyən edilməsi və onun aradan qaldırılması; abunəçi şkaflarının, dayaq məntəqələrinin və poçt qutularının vəziyyətinə görə, eləcə də bütün rabitə şöbələrinin çatdırma sahələrinin abad olunması, səliqəliyinin təmin edilməsinə (evlərin nömrəsi, giriş yolu, abunəçi şkafları, dayaq məntəqələri və digər) nəzarət; dövrü mətbuatın qəbulu və ünvanın dəyişdirilməsinin sənədləşdirilməsi; poçtalyonların iş vaxtının və iş keyfiyyətinin, nəzarət vaxtının icrasının, işlə yüklənməsinin uçotu; poçtalyonların qabaqcıl əmək metodlarına və üsullarına yiyələnməsinə yardım edilməsi.

4-cü dərəcə

“A” bəndində sadalanan işlərin yerinə yetirilməsi. Rabitə müəssisələrində, şöbələrində 5-ə qədər çatdırma sahəsi mövcud olduğu halda, “V” bəndində nəzərdə tutulan işlərin icrası.

ŞTS telefon avtomatları və şəhərlərarası telefon avtomatları (BTA) ilə təchiz edilmiş danışıq məntəqələrində pulun xırdalanması (dəyişdirilməsi). BNB (MHM) işləyən zaman, barat əməliyyatlarına nəzarət edildikdə; barat hesabatları ilə olan kisələrin (qutuların, kapsulun) açılması, içərisində olanların yoxlanması, bağlanması və göndərilməsi, hesablama-cəmləmə maşınlardan istifadə etmədən baratlara nəzarət.

Su (yolu) nəqliyyatı poçt marşrutlarında işləyən zaman: poçtun başlanğıc məntəqədə qəbul və müşayiət edilməsi, yolda poçtun mübadiləsi, son məntəqədə təhvili və sənədləşdirilməsi, zərflərin çeşidlənməsi; zərfləri çeşidləmədən su nəqliyyatı poçt marşrutlarında böyük işçinin vəzifəsini yerinə yetirmək.

5-ci dərəcə

Məlumatların ötürülməsi və nəzarət etmək üçün elektron qurğulardan istifadə edilməsi ilə MYHÖM-də yerinə yetirilən işlərdən başqa, “A” və “B” bəndlərində nəzərdə tutulan işlərin icrası. Rabitə müəssisələrində, şöbələrində 6-dan 10-a qədər çatdırma sahələri mövcud olduğu halda, “V” bəndində nəzərdə tutulan işlərin yerinə yetirilməsi.

BNB (MHM) işləyən zaman kompüter və elektron hesablama maşınlarından istifadə edərək məlumatların hazırlanması, iki istehsalat sahələrinin işini bilmə həcmində barat əməliyyatlarının icrasına nəzarət.

Su nəqliyyatı poçt marşrutlarında işləyən zaman: korrespondensiyaları çeşidləməklə böyük işçinin vəzifəsini yerinə yetirmək.

Poçtun daşınma şöbələrində (poçtamtlarda, PDM-də) işləyən zaman; poçtun poçt vaqonları ilə, gəmilərlə, təyyarələrlə və avtonəqliyyatla mübadiləsi; poçt vaqonlarında səfərə gedən briqadaların naryadlarının tərtib edilməsi və 50-yə qədər briqada mövcud olduğu halda, iş vaxtının uçotu; yol sənədlərinə nəzarət, poçtun göndərmə planında və çeşidləmə üzrə rəhbər sənədlərdə dəyişikliklərin və düzəlişlərin edilməsi; rəhbər sənədlərin, silahın, poçt nişanlarının səfərə gedən briqadalara verilməsi və qəbulu.

Şərti qiymətlilər sahəsində (bazarlarda) işləyən zaman: poçt nişanələrinin və digər şərti qiymətlilərin alınması, göndərilməsi və sənədləşdirilməsi.

Zərfləri çeşidləyən maşınlarda işləyən zaman: 150-yə qədər korrespondensiyaların zərf maşınlarında işlənməsi. Respublikanın mərkəzində və mərkəzi qəzetlərin nəşrinin mərkəzləşməmiş məntəqələrində yerləşən PDM, PDŞ və poçtamtların qəzet-jurnal ekspedisiyasında işləyən zaman nəşrin ekspedisiyasının keyfiyyətinə nəzarət

Ekspedisiyalı maşınlarda (ştamplı, ünvançapedən və çapçoxaldıcı) işləyən zaman: ekspedisiya maşınlarının istismarı; maşının işə salınması və dayandırılması, məsul qovşaqların nizama salınması və mürəkkəb olmayan nasazlığın aradan qaldırılması; maşının təmirində və sınağında iştirakı. Stensilin və lazımi materialların hazırlanması.

6-cı dərəcə

“A” və “B” bəndlərində nəzərdə tutulan işlər bu şərtlə yerinə yetirilməlidir ki, “B” bəndində nəzərdə tutulan işlərin icrasının cəmlənmiş və yaxud ayrıca növləri üzrə iş vaxtı 50 % -dən yuxarı olsun.

Rabitə müəssisələrində, şöbələrdə 10-dan yuxarı çatdırma sahələri olduğu halda, “V” bəndində nəzərdə tutulan işlərin yerinə yetirilməsi.

BNB (MHM) işləyən zaman yerinə yetirilən: hesablama-cəmləmə maşınlarından istifadə edərək bütün sahələrin işlərini bilməsi həcmində barat əməliyyatlarına nəzarət, perforasiya sahəsində tam və düzgün məlumatların hazırlanmasına nəzarət, MYHÖM-də işləyəndə: elektron qurğularından istifadə edərək informasiyanın verilməsi və ona nəzarət.

Poçtamtlarda, PDM-də işin yerinə yetirilməsi: poçt vaqonlarında səfərə çıxan briqadalara naryadların tərtib edilməsi, 50-dən yuxarı briqada mövcud olduqda, iş vaxtının uçotunun aparılması.

Zərfləri çeşidləyən maşınlarda işləyəndə: 150-dən yuxarı marşruta göndərilən korrespondensiyaların zərfləri çeşidləyən maşınlarda işlənməsi.

Şərti qiymətlilər sahəsində (bazada) işləyəndə: poçt nişanələrinin və digər qiymətlilərin operativ uçotu, onlara nəzarət və saxlanılması.

Bilməlidir: (bütün ixtisas dərəcələri üçün): ölkənin inzibati-ərazi bölgüsünü; rabitə orqanlarının təşkilat strukturlarını; bütün rabitəyə aid olan sahələrdə yerinə yetirilən işlərin həcmini, normativləri, istismar qaydalarının bölmələrini; müəssisənin iş rejimini; həmin iş yerində tətbiq edilən direktiv göstərişləri, təlimatları; yerinə yetirilən rabitə xidmətlərinin tarifini; dövrü mətbuatın abunəsinə və ünvanın dəyişdirilməsinə qəbul qaydalarını, qəbz dəftərlərində və digər yerinə yetirilən işlər üzrə istehsalat sənədlərində yekunlaşdırılma qaydalarını; istehsalat sənədlərinin saxlanması qaydalarını və müddətini; poçt nişanələri ilə avtomatların doldurulma qaydalarını, işçilərin iş vaxtının və normasının uçotu qaydalarını, telefon və radionöqtələrinə görə abunə ödənişlərinin alınması, uçotu və qeydiyyatı haqqında təlimatın kəmiyyət və keyfiyyət göstəricilərinin uçotu qaydalarını.

Bundan əlavə, “işin xüsusiyyəti” bölməsinin “V” bəndində nəzərdə tutulan işlərin yerinə yetirilməsində: dövlət bankının hesablaşma hesabına barat vəsaitlərinin köçürülməsi üzrə əməliyyatları; sosial-təminat şöbələrinin tapşırığına əsasən rabitə müəssisələrinin pensiya və müavinətlərin verilməsi üzrə təlimatı; Rabitə Nazirliyinin müəssisələrində ticarətdən daxil olan vəsaitin qəbulu, nəzarəti və uçotu qaydaları haqqında təlimatı; köçürmə və poçt-kassa əməliyyatlarının sənədləşdirilməsində kompyüter və elektron hesablama maşınlarının istismarı üzrə təlimatı; yol sənədlərinin yoxlanmasını; hökumət korrespondensiyalarının tənzimlənməsinə nəzarəti və göstərişlərini, poçt nişanələrinin və digər şərti qiymətlilərin saxlanması uçotu və göndərilməsini; Azərbaycan Respublikası Rabitə Nazirliyinin istismar müəssisələrində kassa əməliyyatlarının aparılması barədə əsasnaməni; müxtəlif sistemli maşınlarda işləməni, bağlamaları maşınla çeşidləmə sxemini, borcları, çeşidləyən qurğuların işləmə texnikası qaydaları barədə təlimatı.

Yuxarıda göstərilən tələblərdən başqa, beynəlxalq poçt göndərişlərinin qəbulu, çeşidlənməsi və verilməsi üzrə əməliyyatların icrasını da bilməlidir: beynəlxalq poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, istiqaməti, göndərilməsi, verilməsi və nəzarət qaydalarını. Beynəlxalq Poçt Konvensiyasını, onun reqlamentini və işlərin yerinə yetirilməsində digər beynəlxalq sazişləri; fransız dilində olan poçt terminlərini; dünya və ölkə ərazilərinin Beynəlxalq Poçt İttifaqının bürosu tərəfindən nəşr edilən əlifba siyahısından istifadə qaydalarını.

Şikayət və ərizələrin araşdırılması üzrə işlərin yerinə yetirilməsində yazışmanın qəbulu və icrasını; rabitə nizamnaməsini; rabitə orqanlarının işində olan şikayətin araşdırılması və uçotu üzrə təlimatı; poçt, teleqraf, telefon rabitəsi və radiolaşma xidmətlərindən istifadə etmə qaydalarını; qəzet və jurnallara abunə qəbulu qaydalarını.

“İşin xüsusiyyəti” bölməsinin “V” bəndində nəzərdə tutulan işlərin icrasında: korrespondensiyaların çatdırılması və çatdırılma sahələrinin nizama salınması və nəşrin təşkili üzrə qaydaları, rəhbər sənədləri və dərs ləvazimatını; rabitə şöbəsinin (böyük şəhərlərdə rabitə qovşağının) və rayonun öz müəssisəsinin çatdırma sahələrinin (çatdırma məntəqəsi) xidmət etdiyi rayonun, yaşayış məntəqəsinin planını, dövrü mətbuatın və korrespondensiyaların çeşidləmə qaydalarını.

Birləşdirilmiş növlü, eyni zamanda poçta, teleqrafa, telefon və radiolaşmaya xidmət edilən müəssisələrin işində: yerinə yetirilən işlərə aiddir - poçt qaydaları, teleqraf qaydaları, şəhərlərarası telefon qaydaları, kənd telefon rabitəsinin istismarı qaydaları və radiotranslyasiya qovşağı və şəbəkəsinin texniki istismar qaydalarını; xidmət etdiyi aparaturalar üzrə elementar anlayışı; elektrik enerjiyə görə ödənişlərin qəbulunu.

BNB (MHM) işləyəndə, barat əməliyyatlarına nəzarət yetirəndə: poçt-kassa əməliyyatları barədə ümumi məlumatı, barat hesabatlarının (məlumatlarının) alınmasına və göndərilməsinə aid olan poçt qaydaları və təlimatı bölmələrini və barat əməliyyatlarının ümumi xüsusiyyətlərini; Azərbaycan Respublikası Rabitə Nazirliyi sisteminin baratlara nəzarət bürosunda və məlumat-hesablama mərkəzində (EHM) elektron hesablama maşınlarından istifadə edərək barat əməliyyatlarına nəzarəti, barat və poçt-kassa əməliyyatlarının kompyüter və elektron hesablama maşınlarında sənədləşdirilmənin istismarı üzrə təlimatı, BNB, MHM-də kompyüter sistemindən istifadə edərək məlumatların hazırlanmasını, Azərbaycan Respublikası Rabitə Nazirliyi sisteminin baratlara nəzarət bürosunda pul vəsaitlərinə nəzarəti.

Məlumatlar yığılan (toplanan), hazırlanan və ötürülən məntəqələrdə işləyəndə: poçt-kassa əməliyyatlarının təşkili üzrə ümumi məlumatları, respublika üzrə məlumatları toplayan, hazırlayan və ötürən məntəqələrin məlumatlarının çeşidlənməsi və nəzarətinin təşkili üzrə təlimatı; kompyüter və elektron hesablama maşınlarının texniki istismarı üzrə təlimatı.

Su nəqliyyatı marşrutlarında işləyəndə: korrespondensiyaların çeşidlənməsi qaydalarını, poçt və teleqraf korrespondensiyalarının istiqamətini; su nəqliyyatı poçt marşrutunda böyük işçinin vəzifələrini.

PDM-də, poçtamtlarda, poçt daşıma şöbələrində işləyəndə: poçt vaqonlarının (təyyarə, gəmi, avtomaşın) marşrut sxemlərini; xidmət etdiyi marşrutların hüdudunda poçtun daşınmasını yerinə yetirən nəqliyyatın hərəkət cədvəlini və poçtun göndərmə planını; yol sənədlərinin yoxlanmasını.

Zərfləri çeşidləyən maşınlarda işləyəndə: korrespondensiyaların zərf çeşidləyən maşınlarda tənzimləmə qaydasını, zərfləri çeşidləyən maşınlarda sadə zədələrin aradan qaldırılmasını. Şərti qiymətlilər sahəsində (bazada) işləyəndə: poçt əməliyyatları barədə ümumi məlumatı; poçt ödənişli nişanələri və digər qiymətlilərin (gördüyü işlərin hüdudunda) saxlanması, uçotu və göndərilməsini.

Respublikanın mərkəzində və mərkəzi qəzetlərin nəşrinin mərkəzləşməmiş məntəqələrində yerləşən poçtamtların, PDM, PDŞ-nin qəzet-jurnal ekspedisiyasında işləyəndə: dövrü mətbuatın ekspedisiyası və göndərilməsini; mətbuatın göndərmə planını.

Ekspedisiya maşınlarında işləyəndə xidmət etdiyi maşının iş mexanizmini və prinsiplərini, ekspedisiya maşınının istehsalat prosesində tətbiq edilən işləmə qaydalarını; maşının sınaq və təmir qaydalarını; maşında işləyəndə nasazlığını aradan qaldırılması qaydalarını.

 

13. TELEQRAFÇI

4-cü dərəcə

İşin xüsusiyyəti: Teleqramların emalında: əl ilə, aparatla teleqramların qəbulu (blanklara yapışdırılması və düzəliş edilməsi) dəlikli təmiz teleqramların (dəliyin qaytarılma lingindən istifadə etməklə) özünə nəzarət baxışı ilə avtomatlaşdırılmış ötürülmə üçün, eləcə də müəyyən edilmiş mövcud dərəcə üçün hazırlanma normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi təmin edilməklə f.31 sürətilə təqdim edilmiş beynəlxalq teleqramlar; teleqramların tərtibi və teleqraf sənədlərinin artırılması; aparatla xidməti danışıqların aparılması, aparatla sorğu və arayışların verilməsi; yoxlama mübadiləsi; dəlik, yoxlama və rəngli lentlərin dəyişdirilməsi və dəlikli lentlərin oxunması;

“ATOL” sistemi üzrə (lenti ayırmaqla və dəyişməklə teleqramların avtomatlaşdırılmış emal sistemi); müəyyən edilmiş dərəcə üçün hazırlama normasının yerinə yetirilməsini və artıqlaması ilə yerinə yetirilməsini təmin edən sürətlə teleqramların qəbulu və ötürülməsi üzrə rabitə xidməti; dəlikli lentlərin toxunması; teleqramların hazırlanması, teleqraf sənədlərinin sənədləşdirilməsi; aparatla xidməti danışıqların (sorğu və arayış verilməsi, yoxlama, yekunlar və s.) aparılması; dəlikli, yoxlama və rəngli lentlərin dəyişdirilməsi; teleqraf aparatında işləməsi; əvvəlcədən teleqramların perforasiyası;

abunəçi teleqraf stansiyalarında (AT): müəyyən edilmiş mövcud dərəcəlilər üçün məhsul normasının icrası və artıqlaması ilə icrası, çağırışa cavab sürəti normativinə əməl etdikdə qəbul edilən, daxil olan tranzit birləşmələrə xidmət; cüt şnurunun çağırışa hazır olmasının yoxlanması, növbəli və “otboy” verilməsi qaydasında müəyyən edilmiş birləşmə; yoxlama və rəngli lentlərin dəyişdirilməsi; aparatda sürətin və fazanın müəyyən edilməsi; teleqraf aparatında işləmə; danışıqların uçotu və yekunlaşdırılması;

kodlaşdırılmış kommutasiya qovşağında: müəyyən edilmiş dərəcələr üçün məhsul normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi zamanı registr kodları mizində (RKM), nəzarət ötürülmə mizində (NÖM) və yüklərin tarazlaşdırılmasında (YT) teleqramların qəbulu və ötürülməsi; aparatın və transmitterin təmizlənməsi; tonal nöqtələrin qıraq məntəqələrinə verilməsi; teleqraf aparatında işləmə; dəlikli perforasiya lentinin oxunması;

teleqramın çeşidlənməsi; müəyyən edilmiş dərəcələr üçün məhsul normasını (plan-tapşırığını) Azərbaycan Respublikasının rabitə müəssisələrinin əlifba siyahısına, teleqramların göndərilmə sxeminə və digər məlumat kitabçalarına müvafiq olaraq yerinə yetirilməsi zamanı magistral, şəhərdaxili və şəhər rabitə şöbəsi abunəçi qurğularında (abunəçilərə teleqramların ötürülməsi iş yerində) teleqramların çeşidlənməsi; teleqraf aparatında işləməsi; dəlikli lentin oxunması;

teleqramların sonrakı hazırlanmasında: qəbul edilmiş mövcud teleqramların müəyyən edilməsi; saxlanmağa qəbul və teleqraf sənədlərinin düzgün tərtib edilməsinə nəzarət; nəzarət müddətində teleqramların gedişinin uçotu. İstehsalat arxivlərində sənədlərin uçotu, qruplaşdırılması və sistemləşdirilməsi. Teleqraf aparatında işləmə; dəlikli lentin oxunması;

göndəricilərdən teleqramların qəbulu: Azərbaycan Respublikasının rabitə müəssisələrinin əlifba siyahısından, tariflər məcmuəsindən, fəaliyyətdə olan lüks blanklarından istifadə edərək sifarişçilərdən teleqramların qəbulu; teleqramların rəsmiləşdirilməsi və teleqraf sənədlərinin aparılması. Teleqraf aparatında işləmə; dəlikli lentlərin oxunması;

teleqramların ekspedisiyasında: çatdırma sahələri üzrə teleqramların çeşidlənməsi; sənədlərin hazırlanması; teleqramların çatdırılmasına və poçtalyonların iş keyfiyyətinə nəzarət, poçtalyonların işinə rəhbərlik, teleqraf aparatında işləmə.

Birləşmiş tipli rabitə müəssisələrində:

a)   telefon və aparat üzrə teleqramların ölçülməsi və qəbulu; avtomatlaşdırılmış ötürmə üçün teleqramın perforasiya edilməsi, aşağı rabitəli kommutatorlarda teleqramın qəbulu və ötürülməsi; aparat üzrə xidməti danışıqların aparılması; yoxlama mübadilələri edilməsi; teleqramların rəsmiləşdirilməsi və teleqraf sənədlərinin aparılması; dəlikli, yoxlama və rəngli lentlərin dəyişdirilməsi; dəlikli lentin oxunması;

b)  teleqramın göndəricilərdən qəbulu; çatdırma sahələri üzrə və ya rabitə üzrə teleqramın çeşidlənməsi; çatdırmağa göndəriləcək teleqramlarda düzəliş (korrektirovka) edilməsi; teleqram çatdıran poçtalyonların işinə rəhbərlik edilməsi; teleqramların çatdırılmasına və poçtalyonların işinin keyfiyyətinə nəzarət; teleqramın nəzarət müddətində gedişinin uçotu, materialların seçilməsi və xidməti yazışmanın icrası; blankların saxlanması və verilməsi.

5-ci dərəcə

İşin xüsusiyyəti:

Teleqramın emalında:

əl ilə: aparat üzrə teleqramın qəbulu (blanklara yapışdırılması və düzəliş edilməsi), dəlikli təmiz teleqramların (dəliyin qaytarılma lingindən istifadə etməklə) özünə nəzarət baxışı ilə avtomatlaşdırılmış ötürülmə üçün, eləcə də müəyyən edilmiş mövcud dərəcələr üçün istehsalat tapşırıqlarının hazırlıq normasının icrası və artıqlaması ilə yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən f.31 sürətilə təqdim edilmiş beynəlxalq teleqramlar üzrə;

dəlikli lentlər üzrə nöqsan və səhvlərin aşkar edilməsi; aparatın faza və sürətinin nizama salınması;

“ATOL” sistemi üzrə: müəyyən edilmiş mövcud dərəcələr üçün istehsalat tapşırıqlarının hazırlanma normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsinin və sürətin təmin edilməsi ilə eyni zamanda aparatda teleqramın qəbulu və ötürülməsi, eləcə də latın hərfləri ilə yazılmış teleqramlar üzrə rabitə xidməti; aparat və simmetrik nöqtələrinin verilməsi. Dəlik lentlərdə səhvlərin aşkar edilməsi; aparatın faza və sürətinin nizama salınması;

abunəçi teleqraf stansiyasında: müəyyən edilmiş mövcud dərəcələr üçün hazırlama normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi və çağırışa cavab sürəti normativinə əməl edilməsi zamanı qəbul edilən, daxil olan və tranzit birləşməyə xidmət;

kodlaşdırılmış kommutasiya qovşağında: müəyyən edilmiş dərəcələr üçün hazırlama normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi zamanı registr kodları mizində (RGM), nəzarət ötürülmə mizində (NÖM) və yüklərin tarazlaşdırılmasında (YT) teleqramların qəbulu və ötürülməsi; rabitə kanallarının işlənməsinin yoxlanmaya verilməsi, qəbulu və təhvili.

işə salınmış mərkəzi məlumatlar kommutasiyasının (MMK) son məntəqələrində: müəyyən edilmiş məlumatlar formatı üzrə MMK üçün teleqramların qəbulu və ötürülməsi; EHM ilə (kodoqram və xidməti bildirişlə mübadilə) qarşılıqlı fəaliyyət qaydası; müəyyən edilmiş sürətli kateqoriyalı teleqramların mübadiləyə hazırlanması.

Rabitənin açılması və bağlanması, nömrələrin dəyişdirilməsi;

Teleqraf aparatında 50 Bod teleqraf edilməsi sürəti ilə işləməsi;

mərkəzi məlumatlar kommutasiyasında: son məntəqələrlə və məlumatlar kommutasiyasının mərkəzi ilə məlumat arayışlarının mübadiləsi; iş yerlərinə daxil olan indeksasiyalaşma və onların axırıncı məntəqəyə ötürülməsi xidməti, sorğuların icrası.

teleqramların çeşidlənməsində: müəyyən edilmiş mövcud dərəcələr üçün iş normasını Azərbaycan Respublikası rabitə müəssisələrinin əlifba siyahısına, teleqramların göndərilmə sxeminə və digər məlumat kitabçalarına müvafiq olaraq yerinə yetirilməsi zamanı magistral şəhərdaxili və şəhər rabitə şöbəsi abunəçilərinin qurğularında (abunəçilərə teleqramın ötürülməsi yerləri) teleqramların çeşidlənməsi; latın hərfləri ilə yazılmış teleqramların göndərilməsi;

teleqramın sonrakı emalında: çatmayan teleqramların bərpa edilməsi üzrə xidməti yazışmanın aparılması və xidməti arayışlı teleqramların icrası, teleqramlar üzrə poçt ilə yazışmanın icrası; teleqramların hazırlanması keyfiyyətinin uçotu və ona nəzarət; işçilərin iş normasının yerinə yetirilməsinin uçotu.

göndəricilərdən teleqramın qəbulu: ayrılmış iş yerlərində idarələrdən keçirilmiş avans hesabına teleqramın qəbulu. Şəxsi hesablarda avansın hərəkətinin uçotu. İş normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsinin təmin edilməsi, özünə nəzarət sürəti baxışı ilə qarniturlu telefon dəstində və eyni zamanda dəlikli teleqraf aparatında teleqramların qəbulu; teleqramın hazırlanması və teleqraf sənədlərinin aparılması, dəlikli lentlərin oxunması;

teleqramın ekspedisiyasında: növbədə beş poçtalyondan az olmayan briqadanın işinə rəhbərlik etdikdə teleqramların ekspedisiyasının təşkili;

birləşmiş tipli rabitə müəssisələrində: 5-ci dərəcə üçün müəyyən edilmiş iş normasının yerinə yetirilməsi zamanı, 4-cü dərəcəli teleqrafçıların iş xüsusiyyətində nəzərdə tutulan işlərin icrası.

6-cı dərəcə

İşin xüsusiyyəti:

Teleqramın emalında:

əl ilə: aparat üzrə teleqramın qəbulu (blanklara yapışdırılması və düzəliş edilməsi); təmiz teleqramların (dəliyin qaytarılma lingindən istifadə etməklə) özünə nəzarət baxışı ilə avtomatlaşdırılmış ötürülmə məqsədi ilə müəyyən edilmiş, mövcud dərəcələr üçün məhsul normasının yerinə yetirilməsinin təmin edilməsi sürətilə dəliklənməsi.

“ATOL” sistemi üzrə: müəyyən edilmiş mövcud dərəcələr üçün məhsul həcmi normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsinin təmin edilməsi, eyni zamanda teleqramın qəbulu və ötürülməsi üzrə rabitə xidməti;

abunəçi teleqraf stansiyasında: müəyyən edilmiş mövcud dərəcələr üçün iş normasının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi və çağırışa cavab sürəti normativinə əməl edilməsi zamanı qəbul edilən, daxil olan və tranzit birləşməyə xidmət;

kodlaşdırılmış kommutasiya qovşağında: mühüm əhəmiyyətli teleqramların təcili (sirkulyar) ötürülməsi;

işə salınmış mərkəzi məlumatlar kommutasiyasının (MMK) son (qıraq, uc) məntəqələrində: 5-ci dərəcəli teleqrafçılar üçün işin xüsusiyyətində nəzərdə tutulmuş işlərin icrası; teleqraf aparatında 100 Bod teleqraf edilməsi sürətilə işləməsi;

mərkəzi məlumatlar kommutasiyasında: kateqoriyasız və mühüm əhəmiyyətli teleqramların hazırlanması, kodoqramın köməyi ilə MHM arxiv və jurnal məlumatlarına müraciət edilməsi, məlumatın çıxarılması və onun sonrakı emalı. Xidməti danışıqlar üzrə iş yerləri tərəfindən teleqramın emalı və təcili (sirkulyar) ötürülməsi;

teleqramın çeşidlənməsində: müəyyən edilmiş mövcud dərəcələr üçün iş normasının yerinə yetirilməsi, teleqramların magistral, şəhərdaxili, şəhər rabitə şöbələrində abunəçiyə verildiyi yerdə çeşidlənməsi;

teleqramın sonrakı emalı: şikayətlər üzrə xidməti yazışmanın aparılması; şikayət və nöqsanların, səhvlərin yaranma səbəbinin müəyyən edilməsi;

göndəricilərdən teleqramların qəbulu: idarələrdən keçirilmiş avans hesabına böyük xüsusi çəki ilə ali kateqoriyalı, sxemli və beynəlxalq teleqramların ayrılmış iş yerlərində qəbulu;

 

Birləşmiş tipli rabitə müəssisələrində:

6-cı dərəcələr üçün müəyyən edilmiş iş normasını (istehsalat tapşırıqlarını) yerinə yetirməklə 5-ci dərəcəli teleqrafçıların iş xüsusiyyətində nəzərdə tutulan işlərin yerinə yetirilməsi;

Bilməlidir: (bütün dərəcəli teleqrafçılar üçün): teleqramın hazırlama qaydasına aid edilən teleqraf qaydalarını, təlimatları, direktiv göstəriciləri; teleqraf rabitə xidmətinə aid olan tarifləri; bütün gediş mərhələlərində teleqramın hazırlanmasını və nəzarət müddətini; “Rabitə” teleqraf kodundan istifadə qaydasını, azərbaycan və rus dilləri qrammatikasını; latın şriftini; latın hərfləri ilə azərbaycan və rus əlifbasının trasliterasiyasını (yazılışı); teleqraf və telefon üzrə Beynəlxalq Məsləhət Komitəsinin (TTBMK) f.31 tövsiyələrini; Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünü; teleqramın əsas və dolayı göndərmə yollarını, teleqrafçının iş yerlərində olan aparatlar və avadanlıqlar barədə elementar anlayışı; “ATOL”, “MK”, “KS”, “AT” rabitə sistemləri üzrə işlərin prinsipləri və təşkilini.

 

14.     TELEQRAF RABİTƏSİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

3-cü dərəcə

İşin xüsusiyyəti: Müəssisənin bir sexi daxilində (aparat sexi, teleqraf və birbaşa əlaqə, abunə sexi, tonal teleqraf, rabitənin texniki xidməti) cihazların, avadanlıqların, aparaturaların, rabitənin, naqillərin və kanalların xidmətində iştirak edilməsi. Xidmət olunan avadanlıq və aparaturaların cari və profilaktik təmirində, naqillərin sınaqdan çıxarılması və ölçülməsində iştirak edilməsi. Çətin olmayan çilingər-montaj işlərinin yerinə yetirilməsi. Teleqraf aparatı detallarının sökülməsi, təmizlənməsi və yuyulması. Yerinə yetirilən işə aid olan texniki sənədlərin aparılması.

Bilməlidir: elektrotexnika və impulslu texnikanın əsaslarını; teleqraflaşdırma və fototeleqraflaşdırmanın prinsiplərini; xidmət olunan aparatura və avadanlıqların struktur sxemini, quruluşunu, iş prinsipini; təchiz mənbələri haqqında ümumi anlayışları; sadə ölçü cihazlarının (ampermetr, voltmetr, ommetr və s.) quruluşunu, təyinatını və ondan istifadə qaydalarını; yerinə yetirilən işə aid olan texniki istismar qaydalarını; texniki sənədlərin aparılması qaydalarını.

 

15.     TELEQRAF RABİTƏSİ STANSiYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

4-cü dərəcə

İşin xüsusiyyəti: Xidmət olunan avadanlıq, cihaz və aparaturaların yoxlanması və gündəlik profilaktikası. Zədələnmələrin yerinin və xüsusiyyətinin təyin edilməsi. Rabitənin bərpası.

Xidmət olunan avadanlıq və aparaturalarda yaranmış zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması (nasaz aparaturanın dəyişdirilməsi, nasaz avadanlığın blokirovkası, nasaz teleqraf və telefon relelərinin aşkar olunması və təmizlənməsi, qaytanların yoxlanması və s.) TT, AT, kommutasiya cihazlarında (açarlar, axtarıcılar, qaytanlar) və relelərdə planlı profilaktikaların keçirilməsi. Avadanlığın montajına dair işlərin yerinə yetirilməsi.

Bilməlidir: teleqrafiyanın əsaslarını; xidmət olunan avadanlıqların və aparaturaların prinsipial sxemlərini; elektrik təchizin sexlərə ötürülməsini və siqnalizasiya sxemlərini; kanalların və naqillərin ölçülməsi və sınaqdan çıxarılmasını; kommutasiya prinsiplərini və müdafiə qurğularını; rabitənin hava və kabel xətləri haqqında ümumi məlumatlarını; cari təmirə, relelərin, axtarıcıların və açarların profilaktikasına dair təlimatları.

 

16.     TELEQRAF RABİTƏSİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

5-ci dərəcə

İşin xüsusiyyəti: Xidmət olunan avadanlıq və aparaturalarda zədələnmələrin aşkar olunması və orta mürəkkəbli zədələnmələrin aradan qaldırılması. Mövcud normaya müvafiq aparaturaların elektrik və mexaniki parametrlərinin, nasaz bloklarının aşkar edilməsi və onların yenisi ilə əvəz olunması. Xidmət olunan aparatura və avadanlıqlarda cari təmirin və bütün növ profilaktiki işlərin yerinə yetirilməsi.

Bilməlidir: aparaturaların, avadanlıqların və ölçü cihazlarının texniki-istismar xidmətinə aid təlimatlan; avadanlıq və aparaturaların tənzimlənməsi və sınaqdan çıxarılması metodlarını; sex (sahə) həcmində texniki-istismar qaydalarını.

 

17.     TELEQRAF RABİTƏSİ STANSİYA AVADANLIĞININ ELEKTRİK MONTYORU

6-cı dərəcə

İşin xüsusiyyəti: Xidmət olunan avadanlıq və aparaturalarda istənilən mürəkkəbli zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Xidmət olunan bütün növ avadanlıq və aparaturalarda planlı profilaktiki işlərin yerinə yetirilməsi. Profilaktik və təmir işlərindən sonra avadanlıqların yoxlanması və işinə nəzarət.

Avadanlıq və aparaturaların təmir və profilaktiki işlərinə rəhbərlik. İstənilən mürəkkəbli sxemlər üzrə montaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir: rabitə nəzəriyyəsinin əsaslarını; montaj sxemlərini; istismarda olan aparaturaların, avadanlıqların və ölçü cihazlarının sazlanması və məşq etdirilməsi metodlarını.

 

Bölməyə daxil olan fəhlə peşələrinin əlifba sırası ilə adı və dərəcələr diapazonu

 

Peşələrin adı

Dərəcələrin diapazonu

səh.

Telekommunikasiya rabitəsi

1.

Antennaçı-dirəkçi

3-6

3-6

2.

Elektrik qurğularına xidmət edən elektrik montyoru

3-6

6-8

3.

Yanğından mühafizə siqnalizasiyasının elektrik montyoru

3-6

8-11

4.

Yerli telefon rabitəsinin telefonçusu

4-5

11-12

5.

Kabelçi-lehimləyici

3-6

12-15

6.

Peyk rabitəsi qəbuledici-ötürücü stansiyasının elektrik montyoru

3-6

16-18

7.

Rabitə kanalizasiya qurğularının elektrik montyoru

2-5

18-21

8.

Rabitə radiorele xətti stansiya avadanlığının elektrik montyoru

3-6

21-24

9.

Radiolaşdırma stansiya avadanlığının elektrik montyoru

3-6

24-26

10.

Radiooperator (əməliyyatçı)

4-6

26-27

11.

Radiostansiya avadanlığının elektrik montyoru

3-6

27-29

12.

Televiziya stansiya avadanlığının elektrik montyoru

3-6

30-32

13.

Telefon rabitəsi stansiya avadanlığının elektrik montyoru

3-6

32-36

14.

Telefon rabitəsi xətt qurğularının və radiolaşdırmanın elektrik montyoru

2-6

37-44

15.

Şəhərlərarası telefon rabitəsinin telefonçusu

4-6

44-46

16.

Şəhər telefon şəbəkəsinin məlumat xidmətinin telefonçusu

4-5

46-47

 

Poçt rabitəsi

1.

Mətbuat yayımının ekspeditoru

4

48

2.

Mətbuatyayımı ekspedisiya maşınlarının operatoru

4

49

3.

Mətbuat yayımının köşkçüsü

4

49-50

4.

Mətbuatyayımı çeşidləyicisi

4

50

5.

Poçtalyon

4-6

51-54

6.

Poçt avadanlığının elektrik mexaniki

3-6

55-58

7.

Poçt vaqonlarının bələdçisi-elektrik montyoru

4-6

58-59

8.

Poçt göndərişləri və mətbuat nəşrlərinin çeşidləyicisi

4-6

59-63

9.

Rabitə operatoru

4-6

63-70

10.

Teleqrafçı

4-6

70-75

11.

Teleqraf rabitəsi stansiya avadanlığının elektrik montyoru

3-6

75-77

 

14.

Telefon rabitəsi xətt qurğularının və radiolaşdırmanın elektrik montyoru

2-6

Электромонтер линейных сооружении телефонной связи и радиофикации

2-6

15.

Şəhərlərarası telefon rabitəsinin telefonçusu

4-6

Телефонист междугородной телефонной связи

4-6

16.

Şəhər telefon şəbəkəsinin məlumat xidmətinin telefonçusu

4-5

Телефонист справочной службы городской телефонной связи

4-5

 

 

Poçt rabitəsi

1.

Mətbuatyayımının ekspeditoru

4

Экспедитор “Союзпечати”

4

2.

Mətbuatyayımı ekspedisiya maşınlarının operatoru

4

Оператор экспедиционных машин “Союзпечати”

4

3.

Mətbuatyayımının köşkçüsü

4

Киоскер “Союзпечати”

4

4.

Məbuatyayımı çeşidləyicisi

4

Сортировщик “Союзпечати”

4

5.

Poçtalyon

4-6

Почталион

4-6

6.

Poçt avadanlığının elektrik mexaniki

3-6

Электромеханик почтового оборудования

3-6

7.

Poçt vaqonlarının bələdçisi elektrik montyoru

4-6

Проводник-электромонтер почтовых вагонов

4-6

8.

Poçt göndərişləri və mətbuat nəşrlərinin çeşidləyicisi

4-6

Сортировщик почтовых отправлений и произведений печати

4-6

9.

Rabitə operatoru

4-6

Оператор связи

4-6

10.

Teleqrafçı

4-6

Телеграфист

4-6

11.

Teleqraf rabitəsi stansiya avadanlığının elektrik montyoru

4-6

Электромонтер станционного оборудования телеграфной связи

3-6

 

 

Bölməyə daxil olan fəhlə peşələrinin indiyə qədər qüvvədə olan fəhlə peşələri ilə müqayisəli adları və dərəcələr diapazonu

 

Bölməyə daxil olan fəhlə peşələri

Dərəcələr diapazonu

İndiyə qədər qüvvədə olan fəhlə peşələri (rus dilində)

Dərəcələr diapazonu

Telekommunikasiya rabitəsi

1.

Antennaçı-dirəkçi

3-6

Антенщик-мачтовик

3-6

2.

Elektrik qurğularına xidmət edən elektrik montyoru

3-6

Электромонтер по обслуживанию электроустановок

3-6

3.

Yanğıdan mühafizə siqnalizasiyasının elektrik montyoru

3-6

Электромонтер охранно-пожарной сигнализации

3-6

4.

Yerli telefon rabitəsinin telefonçusu

4-5

Телефонист местной телефонной станции

4-5

5.

Kabelçi-lehimləyici

 

Кабельщик-спайщик

3-6

6.

Peyk rabitəsi qəbuledici və ötürücü stansiyasının elektrik montyoru

3-6

Электромонтер приёмопередающей станции спутниковой станции

3-6

7.

Rabitə kanalizasiya qurğularının elektrik montyoru

2-5

Электромонтер канализационных сооружений

2-5

8.

Rabitə radiorele xətti stansiya avadanlığının elektrik montyoru

3-6

Электромонтер станционного оборудования радиорелейных линий связи

3-6

9.

Radiolaşdırma stansiya avadanlığının elektrik montyoru

 

Электромонтер станционного оборудования радиофикации

3-6

10.

Radiooperator

4-6

Радиооператор

4-6

11.

Radiostansiya avadanlığının elektrik montyoru

3-6

Электромонтер станционного орадиооборудования

3-6

12.

Televiziya stansiya avadanlığının elektrik montyoru

3-6

Электромонтер станционного телевизионного оборудования

3-6

13.

Telefon rabitəsi stansiya avadanlığının elektrik montyoru

3-6

Электромонтер станционного оборудования телефонной связи

3-6

 

 

 


AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

 

Q  Ə  R  A  R

 

“17” iyul 2000-ci il                                                                                                         10-2

 

Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının

/ hissə 58 / təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif ixtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Rabitə Nazirliyinin təqdim etdiyi “Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif İxtisas Sorğu Kitabçası” (hissə 58) təsdiq edilsin.

2. SSRİ Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin və ÜHİMŞ-nin 27 aprel 1984-cü il tarixli 122/8-43 nömrəli qərarı ilə təsdiq edilmiş “Rabitə üzrə fəhlə peşələri və işlərin Vahid Tarif - İxtisas Sorğu Kitabçası”nın / hissə 58 / və 20 fevral 1984-cü il tarixli 58/3-102 nömrəli qərarı ilə təsdiq edilmiş “Aylıq vəzifə maaşı təyin edilən fəhlə peşələrinin İxtisas Sorğu Kitabçası”nın “Rabitə” bölməsi Azərbaycan Respublikası ərazisində öz qüvvəsini itirmiş hesab edilsin.

 

Kollegiyanın sədri                                                                                                  Ə.Nağıyev