Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

Əhalinin, əmək kollektivlərinin, ictimai təşkilatların və yerli Sovet orqanlarının çoxsaylı xahişlərini nəzərə alaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

Respublikanın Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Bakı şəhəri üzrə

Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılsın, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin və rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılsın.

Gəncə şəhəri üzrə

Gəncə rayonu Nizami rayonu adlandırılsın.

Sumqayıt şəhəri üzrə

Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılsın.

Abşeron rayonu üzrə

Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılsın.

Faktiki mövcud olan Pirəkəşkul və Qobustan kəndləri dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsinlər.

Pirəkəşkül kəndi mərkəz olmaqla Pirəkəşkül kənd Soveti yaradılsın. Qobustan kəndi Pirəkəşkül kənd Sovetinin tərkibinə verilsin.

Ağdaş rayonu üzrə

Dəhnəxəlil kəndi Yuxarı Qolqəti kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Dəhnəxəlil kənd Soveti yaradılsın. Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı, Yuxarı Ağcayazı kəndləri və Turyançay fəhlə qəsəbəsi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilsin.

Pirkəkə kəndi Qoşaqovaq kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Pirkəkə kənd Soveti yaradılsın. Qoşaqovaq kənd Sovetinin Ərəbocağı kəndi Pirkəkə kənd Sovetinin tərkibinə verilsin.

Ağsu rayonu üzrə

Padarqışlaq kəndi Bico kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Padarqışlaq kənd Soveti yaradılsın.

Ağcabədi rayonu üzrə

Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti, Üzeyirkənd kəndi Avşar kəndi və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd Soveti adlandırılsın.

Balakən rayonu üzrə

Şərif kəndinin M. Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin və həmin kənd mərkəz olmaqla Yeni Şərif kənd Soveti yaradılsın.

Xalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Qabaqçöl yaşayış məntəqəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilərək, o mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılsın.

Bərdə rayonu üzrə

Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Abadlı kəndi mərkəz olmaqla Abadlı kənd Soveti yaradılsın.

Şirvanlı kənd Sovetinin Təzəkənd kəndi Uğurbəyli kəndi adlandırılsın.

Beyləqan rayonu üzrə

Bünyadlı kənd Sovetinin Birinci İmamverdili kəndi — İmamverdili, İkinci İmamverdili kəndi — Qaralılar kəndi adlandırılsın.

Vətağa kəndi dəqiqləşdirilmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Qaralılar kəndi Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılsın. Bünyadlı kənd Sovetindən İmamverdili və Vətağa kəndləri Qaralılar kənd Sovetinin tərkibinə verilsin.

Şəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilsin.

Vartaşen rayonu üzrə

Vartaşen şəhəri Oğuz şəhəri və müvafiq olaraq Vartaşen rayonu Oğuz rayonu, Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılsın.

Quba rayonu üzrə

Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılsın. Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilsin.

Faktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Aşağı Atuc kəndi mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılsın. Yelenovka kənd Sovetindən Susayqışlaq kəndi Aşağı Atuc kənd Sovetinin tərkibinə verilsin.

İspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılsın.

Faktiki mövcud olan Çayqışlaq kəndi Zərqava kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Qutqaşen rayonu üzrə

Qutqaşen şəhəri Qəbələ şəhəri və müvafiq olaraq Qutqaşen rayonu Qəbələ rayonu adlandırılsın.

Daşkəsən rayonu üzrə

Qabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi, Zağalı kənd Sovetinin Xaçbulaq kəndi Xoşbulaq kəndi, Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılsın.

İmişli rayonu üzrə

1 May qəsəbə Sovetinin Aşağı Qaragüvəndli və Yuxarı Qaragüvəndli kəndləri faktiki birləşdiyinə görə həmin kəndlər Qaragüvəndli kəndi adlandırılsın.

Qaragüvəndli kəndi 1 May qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılsın.

Suvorovka kəndi Poltavka kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılsın.

Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılsın.

Ağamalılar kəndi Muradxanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağamalılar kənd Soveti yaradılsın.

Qaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılsın. Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilsin.

Qulubəyli kəndi Muradalılı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qulubəyli kənd Soveti yaradılsın.

Telişli kəndi Məmmədli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Telişli kənd Soveti yaradılsın. Məmmədli kənd Sovetindən Allahmədədli kəndi Telişli kənd Sovetinin tərkibinə verilsin.

Göbəktala kəndi Rəsullu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Göbəktala kənd Soveti yaradılsın. Rəsullu kənd Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə verilsin.

Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılsın.

Boşçalılar kəndi Sarıxanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Boşçalılar kənd Soveti yaradılsın.

Yevlax rayonu üzrə

Şilyan kəndi Ərəş kəndi və müvafiq olaraq Şilyan kənd Soveti Ərəş kənd Soveti adlandırılsın.

Kəlbəcər rayonu üzrə

Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılsın. Dalqılıclı kənd Sovetindən Məmməduşağı kəndi Şaplar kənd Sovetinin tərkibinə verilsin.

Dəmirçidam kəndi Seyidlər kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Dəmirçidam kənd Soveti yaradılsın. Seyidlər kənd Sovetindən Qanlıkənd kəndi Dəmirçidam kənd Sovetinin tərkibinə verilsin.

Əli Bayramlı kəndi Zar kənd Sovetinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əli Bayramlı kənd Soveti yaradılsın. Zar kənd Sovetindən Vəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilsin.

Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılsın. Keşdək kənd Sovetindən Armudlu, Həsənlər, Təkdam, Kaha və Alolar kəndləri Yellicə kənd Sovetinin tərkibinə verilsin.

Taxtabaşı kəndi Başlıbel kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılsın.

Kürdəmir rayonu üzrə

Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilsin.

Gədəbəy rayonu üzrə

Novoqorelovka kəndi Ərtəpə kəndi və müvafiq olaraq Novoqorelovka kənd Soveti Ərtəpə kənd Soveti, Novospasovka kəndi Pirbulaq kəndi, Arıqıran kəndi Çiçəkli kəndi və müvafiq olaraq Arıqıran kənd Soveti Çiçəkli kənd Soveti, Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılsın,

Goranboy rayonu üzrə

Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılsın.

Nadirkənd kəndi Borsunlu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nadirkənd kənd Soveti yaradılsın.

Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılsın. Goranlı kənd Sovetindən. Qarapirimli və Gülməmmədli kəndləri Qırıqlı kənd Sovetinin tərkibinə verilsin.

Qaramusalı kəndi Xınalı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaramusalı kənd Soveti yaradılsın. Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilsin.

Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılsın. Baxçakürd kənd Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə verilsin.

Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilsin. Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılsın.

Qızılhacılı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Qızılhacılı kənd Soveti ləğv edilərək Qızılhacılı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Qızılhacılı qəsəbə Soveti yaradılsın.

Laçın rayonu üzrə

 Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılsın. Aşağı Fərəcan kənd Sovetindən Suarası, Xanalılar və Türklər kəndləri Səfiyan kənd Sovetinin tərkibinə verilsin.

Sadınlar kəndi Hacılar kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sadınlar kənd Soveti yaradılsın.

Malxələf kəndi Mığıdərə kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Malxələf kənd Soveti yaradılsın. Mığıdərə kənd Sovetindən Mazutlu və Məlikpəyə kəndləri Malxələf kənd Sovetinin tərkibinə verilsin.

Faktiki mövcud olan Ağalaruşağı kəndi rayonum yaşayış məntəqələri siyahısına daxil edilsin.

Oğuldərə kəndi Qorçu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Oğuldərə kənd Soveti yaradılsın. Ağalaruşağı kəndi Oğuldərə kənd Sovetinin tərkibinə verilsin.

İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılsın. Köhnəkənd kənd Sovetindən Xumarta və Çəmbərxaç kəndləri İrçan kənd Sovetinin tərkibinə verilsin.

Şəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılsın. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılsın. Şəlvə kənd Sovetindən Budaqdərə və Qovuşuq kəndləri Hacıxanlı kənd Sovetinin tərkibinə verilsin.

Quşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılsın.

Bozlu kəndi Mirik kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Bozlu kənd Soveti yaradılsın. Mirik kənd Sovetindən Qalaça kəndi Bozlu kənd Soveti tərkibinə verilsin.

Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılsın. Təzəkənd kənd Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin tərkibinə verilsin.

Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilsin.

Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilsin.

Fərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilsin.

Qarıkaha kənd Sovetinin Qarıkaha və Laçınkənd kəndləri Laçın şəhəri ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılsınlar. Qarıkaha kənd Sovetinin mərkəzi Zerti kəndinə keçirilərək həmin kənd Soveti Zerti kənd Soveti adlandırılsın.

Lerik rayonu üzrə

Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi, Vizəzəminkənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi və 37-ci Kilometr kəndi Peştətük kəndi adlandırılsın.

Lənkəran rayonu üzrə

Sütəmurdov kəndi Gərmətük kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sütəmurdov kənd Soveti yaradılsın.

Mirbəşir rayonu üzrə

Mirbəşir şəhəri Tərtər şəhəri və müvafiq olaraq Mirbəşir rayonu Tərtər rayonu adlandırılsın.

Puşkin rayonu üzrə

Puşkin şəhərinin və Puşkin rayonunun tarixi adları özlərinə qaytarılaraq, Puşkin şəhəri Biləsuvar şəhəri və müvafiq olaraq Puşkin rayonu Biləsuvar rayonu adlandırılsın.

Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti, Novomixaylovka kəndi Zəhmətabad kəndi, Kirovka kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi, Novoqrajdanovka kəndi Çinarlı kəndi, Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılsın.

Saatlı rayonu üzrə

Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılsın.

Leninkənd kənd Sovetinin ərazisində yeni salınmış yaşayış məntəqəsi Yeni Novruzlu kəndi adı ilə, Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin,

Füzuli rayonu üzrə

Hüseynbəyli kəndi dəqiqləşdirmə qaydasında Mirzəcamallı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Cəbrayıl rayonu üzrə

Dəqiqləşdirmə qaydasında Qaracaq, Çələbilər, Söyüdlü və Xanağabulaq kəndləri Dağ Tumas kənd Sovetinin tərkibində, Aşağı Sirik, Yuxarı Nüsüs, Molla Həsənli, Aşıq Məlikli, Niftalılar, Əsgərxanlı və Quşçular kəndləri Sirik kənd Sovetinin tərkibində, Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində, Yanarxac kəndi Soltanlı kənd Sovetinin tərkibində, Qoşabulaq və hacı İsaqlı kəndləri Şahvəlili kənd Sovetinin tərkibində və Yuxarı Məzrə kəndi Şükürbəyli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsinlər.

Qazanzəmi kəndi Dağ Tumas kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qazanzəmi kənd Soveti yaradılsın. Dağ Tumas kənd Sovetindən Çullu, Dağ Maşanlı, Söyüdlü və Xanağabulaq kəndləri Qazanzəmi kənd Sovetinin tərkibinə verilsin.

Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılsın. Soltanlı kənd Sovetindən Alıkeyxalı kəndi Maşanlı kənd Sovetinin tərkibinə verilsin.

Sarıcalı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sarıcalı kənd Soveti yaradılsın. Şükürbəyli kənd Sovetindən Əmirvarlı və Məzrə kəndləri Sarıcalı kənd Sovetinin tərkibinə verilsin.

Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılsın. Horovlu kənd Sovetindən Papı və Əfəndilər kəndləri Çərəkən kənd Sovetinin tərkibinə verilsin.

Xələfli kəndi Sirik kəndi Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Xələfli kənd Soveti yaradılsın. Sirik kənd Sovetindən Tatar, Kürdlər və Nüsüs kəndləri Xələfli kənd Sovetinin tərkibinə verilsin.

Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılsın.

Şamxor rayonu üzrə

Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri və müvafiq olaraq Şamxor rayonu Şəmkir rayonu adlandırılsın.

DQMV-nin Şuşa rayonu üzrə

Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilsin.

Yuxarı Quşçular kəndi Malıbəyli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Quşçular kənd Soveti yaradılsın. Malıbəyli kənd. Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilsin.

Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılsın. Xəlfəli kənd Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin tərkibinə verilsin.

Faktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılsın. Daşaltı kənd Sovetindən Nəbilər kəndi Zarıslı kənd Sovetinin tərkibinə verilsin.

Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılsın. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılsın.

Şırlan kəndi Xanalı kənd Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla Şırlan kənd Soveti və Səfixanlar kəndi Xanalı kənd Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla Səfixanlar kənd Soveti yaradılsın. Xanalı kənd Sovetindən Çaykənd, Paşalar, Məmişlər və Cəmillər kəndləri Şırlan kənd Sovetinin, Xanlıqpəyə və Allahqulular kəndləri isə Səfixanlar kənd Sovetinin tərkibinə verilsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA

 

Bakı şəhəri, 7 fevral 1991-ci il.

             № 54-XII.