"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə  Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1.  "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.          "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri" təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2005-ci il

№ 300

 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında

 

ƏSASNAMƏ

1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanmı və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, dövlət mühafizəsi üzrə hərbi hissəyə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

2.       Döyüş Bayrağı adı və nömrəsinin dəyişdirilməsindən asılı olmayaraq, Milli Qvardiyada həmişəlik qalır. Milli Qvardiyanın adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata yazılır.

3.       Döyüş Bayrağı hər vaxt Milli Qvardiyada, döyüş meydanında isə Milli Qvardiyanın döyüş əməliyyatları bölgəsində olmalıdır.

4.       Milli Qvardiyanın bütün şəxsi heyəti tərəfindən fədakarlıq və mərdliklə qorunmalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verilməməlidir. Döyüş Bayrağı itirildikdə, Milli Qvardiyanın komandanı və bu rüsvayçılığa müqəssir olan hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, Milli Qvardiya isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının

 

TƏSVİRİ

 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraq-ları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA!" şüarı tikilib. Yazıdakı hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir.

Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Milli Qvardiyanın emblemi (hündürlüyü 48 sm) yerləşib. Emblem ağ ipəkdən tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla "Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri tikilib. Yazıdakı hərflərin eni 136 sm, hündürlüyü 5,5 sm-dir.

Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı rəngli ipək sapla "Milli Qvardiya" sözləri tikilib. Yazıdakı hərflərin eni 92,5 sm, hündürlüyü 8 sm-dir.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 sm olan gir-də ağacdandır.

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın uzunluğu 270-285 sm-dir.