|
"QEYDƏ ALINMIŞDIR" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2693 “31” may 2001-ci il Nazir müavini__________ A.B.Rəfiyev |
"TƏSDİQ
EDİLMİŞDİR" Azərbaycan
Respublikası DİN
BDYTİ Əmr
№ 85 "25" may
2001-ci il Rəis ________M.Q.Hüseynov |
AZƏRBAYCAN
RESPUBLİKASINDA
YANĞIN
TƏHLÜKƏSİZLİYİ QAYDALARI.
1.
ÜMUMİ QAYDALAR.
1.1
Azərbaycan
Respublikasında yanğın təhlükəsizliyi Qaydaları
(sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində
yanğın təhlükəsizliyi tələblərini müəyyən
edir. Bu qaydaların tələblərinə riayət
edilməsi təşkilatı hüquqi formasından və
mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanları,
təşkilatlar, müəssisələr, birliklər, digər
hüquqi şəxslər, onların vəzifəli
şəxsləri Azərbaycan Respublikası
vətəndaşları, xarici vətəndaşlar,
vətəndaşlığı olmayan şəxslər
(sonradan vətəndaşlar) üçün məcburidir.
1.2
Yanğın
Təhlükəsizliyi təmin edilərkən Qaydalarla
bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji
layihələşdirmə normaları, həmçinin
müəyyən edilmiş qaydada təsdiq olunmuş digər
normativ sənədlər rəhbər tutulmalıdır.
1.3
Hər bir
müəssisədə yanğın zamanı insanların
təhlükəsizliyi təmin edilməli, həmçinin həmin
obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri
işlənib hazırlanmalıdır.
1.4
Müəssisələrin bütün
işçiləri, yalnız yanğına qarşı ilkin
təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar.
İşin xüsusiyyəti dəyişdikdə isə
müəssisənin rəhbəri tərəfindən
müəyyən edilmiş qaydada baş vermiş mümkün
yanğınlar barəsində xəbər verilməsi və
söndürülməsi üsulların öyrədilməsi üzrə
əlavə təlimat keçməlidirlər. Hər bir
vəzifəli şəxs, mühəndis-texniki heyət və
fəhlə ilkin və sonrakı (ildə bir
dəfədən az olmayaraq) yanğına qarşı
təlimatlandırılaraq, bu haqda xüsusi Yanğına
qarşı təlimatlandırma jurnalında imza
etməlidirlər.
1.5
Ayrı-ayrı
ərazilərin, binaların, tikililərin, otaqların,
sexlərin, sahələrin, texnoloji avadanlığın,
elektrik şəbəkələrinin, isitmə sistemlərinin
və s. yanğın təhlükəsizliyinə cavabdeh
şəxslər müəssisənin rəhbəri
tərəfindən xüsusi əmrlə təyin edilməlidir.
1.6
Yanğın
Təhlükəsizliyi Qaydalarının tələblərinin
pozulmasına görə hüquqi, fiziki və vəzifəli
şəxslər qüvvədə olan qanunvericiliyə
əsasən məsuliyyət daşıyırlar.
1.7
Hüquqi, fiziki, vəzifəli
şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə
sahib olmağa, ondan istifadə etməyə və ya onu
idarə etməyə vəkil edilmiş şəxslər,
yanğın təhlükəsizliyinin təmin edilməsinə
müəyyən edilmiş qaydada təyin edilmiş
şəxslər yanğın təhlükəsizliyi
qaydalarının, göstərişlərin, qərarların
və yanğın nəzarəti üzrə dövlət
yanğın nəzarəti orqanlarının digər qanuni
tələblərinin vaxtında yerinə yetirilməsini
təmin etməlidirlər.
1.8. Nazirliklər,
idarələr, komitələr, digər mərkəzi
idarə etmə orqanları və icra hakimiyyəti
orqanları öz səlahiyyətləri çərçivəsində
aşağıdakı vəzifələri yerinə
yetirməlidirlər:
1.8.1. Tabelikdə olan
müəssisələrdə və müvafiq ərazilərdə
yanğın təhlükəsizliyi tədbirlərinin
işlənib hazırlanmasını təşkil
edərək yerinə yetirilməsini təmin etmək;
1.8.2.
Müəyyənləşdirilmiş
qayda normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti
hesabına maliyyələşdirilən yanğından
mühafizə bölmələrini yaratmaq və saxlamaq;
1.8.3.
Yanğından
Mühafizəyə tapşırılmış
vəzifələrin yerinə yetirilməsində ona
zəruri kömək göstərmək;
1.8.4.
Yanğına qarşı
təbliğatın aparılmasını və əhaliyə
yanğın təhlükəsizliyi tədbirlərinin
öyrədilməsini təşkil etmək;
1.8.5.
Hakimiyyət orqanlarının,
müəssisələrin və təşkilatların
rəhbərləri, habelə vətəndaşlar
tərəfindən yanğın təhlükəsizliyi normalarının,
standartlarının və qaydalarının
tələblərinə ciddi riayət olunmasını
təmin etmək;
1.8.6. Yanğın təhlükəsizliyi tədbirlərinin
işlənib hazırlanmasını təşkil
edərək yerinə yetirilməsini təmin etmək;
1.8.7.
Müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli
büdcələrin vəsaiti hesabına
maliyyələşdirilən Dövlət yanğından
mühafizə bölmələrini yaratmaq və saxlamaq;
1.8.8. Əhaliyə yanğın təhlükəsizliyi
tədbirlərinin öyrədilməsini təşkil etmək.
1.9. Azərbaycan Respublikası
ərazisində yerləşən hüquqi şəxslər
(müəssisələr), yanğın təhlükəsizliyi
tələblərinin yerinə yetirilməsinin təmin
edilməsi sahəsində aşağıdakı
vəzifələri yerinə yetirməlidirlər:
1.9.1.
Yanğın
təhlükəsizliyi tələblərinə riayət
etmək, Azərbaycan Respublikasının Dövlət
Yanğın Nəzarəti Orqanının vəzifəli
şəxslərinin göstərişlərini,
qərarlarını və digər qanunu tələblərini
yerinə yetirmək;
1.9.2.
Yanğın
Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini
işləyib hazırlamaq və həyata keçirmək;
1.9.3. Yanğına qarşı
təbliğat aparılaq, habelə öz işçilərinə
yanğın təhlükəsizliyi tədbirlərini
öyrətmək;
1.9.4. Yanğından müdafiə sistemlərini və
vasitələrini, o cümlədən ilkin
yanğınsöndürmə vasitələrini saz
vəziyyətdə saxlamaq, onların başqa
məqsədlər üçün istifadə olunmasına yol
verməmək;
1.9.5. Yanğından
mühafizə bölmələrini qanunvericilik aktları ilə
nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;
1.9.6. Yanğınları söndürməkdə, onların törənməsi
və yayılması səbəblərini və
şəraitini müəyyənləşdirməkdə, habelə
yanğın təhlükəsizliyi tələblərinin
pozulmasında və yanğınların törənməsində
təqsiri olan şəxslərin aşkar edilməsində
Baş Dövlət Yanğın Təhlükəsizliyi
İdarəsinin və onun bölmələrinin
əməkdaşlarına köməklik göstərmək;
1.9.7. Müəssisələrin
ərazisində yanğınların söndürülməsi zamanı
yanğınsöndürmə üzrə əməliyyatların
yerinə yetirilməsində iştirak edən yanğından
mühafizə xidmətinin şəxsi heyətinə və
yanğının söndürülməsinə cəlb olunmuş
qüvvələrə müəyyənləşdirilmiş qaydada
zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü
materialları, habelə ərzaq məhsulları və
istirahət yerləri vermək;
1.9.8. Azərbaycan
Respublikasının Dövlət Yanğın Nəzarəti
Orqanının və onun bölmələrinin vəzifəli
şəxsləri öz xidməti vəzifələrini yerinə
yetirərkən onların ərazilərə, binalara,
qurğulara və müəssisənin başqa obyektlərinə
daxil olmasını təmin etmək;
1.9.9. Azərbaycan
Respublikasının Dövlət Yanğın Nəzarəti
Orqanının vəzifəli şəxslərinin
tələbi ilə müəssisələrdə yanğın
təhlükəsizliyi vəziyyəti barəsində, o
cümlədən istehsal etdikləri məhsulun yanğın
təhlükəsizliyi, habelə öz ərazilərində baş
vermiş yanğınlar və onların nəticələri
barəsində məlumatlar və sənədlər vermək;
1.9.10. Yanğınlar, mövcud
yanğından müdafiə sistemlərinin və
vasitələrinin nasazlığını, yolların və
girişlərin vəziyyətindəki dəyişikliklər
barədə şəhər və rayon Dövlət
Yanğın Təhlükəsizliyi Xidmətinə və ya onun
bölmələrinə ləngimədən məlumat vermək;
1.9.11. Binalara, tikililərə,
qurğulara, buraxılan və satılan məhsullara
Yanğın Təhlükəsizliyi sertifikatının və
Yanğın təhlükəsizliyi sahəsində işlərin
yerinə yetirilməsinə və xidmətlərin
göstərilməsinə lisenziyalarının vaxtında
alınmasını təmin etmək;
1.9.12. Hüquqi şəxsin
(müəssisənin) əsaslı təmiri, yenidən
qurulması və genişləndirilməsi zamanı tikinti
layihə sənədlərini Dövlət Yanğın
Nəzarəti Orqanları ilə razılaşdırmaq,
həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma
işlərinin yerinə yetirilməsi və ya müəssisənin
təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu
haqda həmin orqanlara məlumat vermək.
1.10. Yanğın Təhlükəsizliyinin təmin
edilməsi sahəsində fiziki şəxslər
(vətəndaşlar) aşağıdakı
tələbləri yerinə yetirməlidirlər:
1.10.1. Yanğın
Təhlükəsizliyi normalarına, standartlarına və
qaydalara ciddi riayət etmək;
1.10.2. Öz mülkiyyətində
(istifadəsində) olan binalarda və tikililərdə,
nəqliyyat vasitələrində yanğın
təhlükəsizliyi qaydalarına riayət etmək və
Baş Dövlət Yanğın Təhlükəsizliyi
İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin
yanğınsöndürmə vasitələri və yanğına
qarşı avadanlıq saxlamaq;
1.10.3. Yanğın aşkar
etdikdə bu barədə dərhal şəhər və rayon
Dövlət Yanğım Təhlükəsizliyi Xidmətinə
məlumat vermək;
1.10.4. Yanğımdan Mühafizə
bölməsi gələnədək adamları, əmlakı
xilas etmək, yanğını söndürmək üçün mümkün
tədbirlər görmək;
1.10.5.
Yanğının
söndürülməsində yanğından mühafizə bölməsinə
kömək göstərmək;
1.10.6.
Dövlət Yanğın
Nəzarəti Orqanının vəzifəli
şəxslərinin göstərişlərini,
qərarlarını və digər qanuni tələblərini
yerinə yetirmək;
1.10.7. Onlara məxsus istehsal,
təsərrüfat, yaşayış və başqa bina və
tikililərdə yanğın təhlükəsizliyinin
tələblərinə riayət olunmasına nəzarət
etmək və bunların pozulmasının
qarşısını almaq məqsədilə
müayinələr və yoxlamalar aparmaq üçün səhər və
rayon Dövlət Yanğın Nəzarəti Orqanı
vəzifəli şəxsləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada imkan yaratmaq.
1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan
vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci
bəndlərinin tələblərini yerinə
yetirməlidirlər.
2. Yanğın
təhlükəsizliyinin təmin edilməsi üzrə
tədbirlərin təşkili.
2.1.
İnzibati, istehsal, anbar
və digər təyinatlı bina və otaqların görünən
yerlərində yanğın təhlükəsizliyi xidmətinin
çağırış telefon nömrələrini bildirən göstərici
lövhə asılmalıdır.
2.2.
Müəssisələrdə
açıq oddan istifadə edilməsi, siqaret çəkilməsi
və müvəqqəti yanğın təhlükəli
işlərin aparılması qaydaları yanğın
təhlükəsizliyi tələbləri barədə
təlimata əsasən müəyyən edilməlidir.
2.3. Azərbaycan Respublikası
Qanunvericiliyinə uyğun olaraq müəssisələrdə,
idarə və ya təşkilatlarda könüllü yanğından
mühafizə dəstələri yaradıla bilər.
2.4. Hər bir
müəssisənin yanğın təhlükəsizliyinin təmin
edilməsi üçün əmrlə (təlimat) yanğına
qarşı rejim müəyyənləşdirilməlidir.
Həmin əmrdə və ya təlimatda
aşağıdakılar öz əksini tapmalıdır;
- siqaret çəkmək üçün xüsusi
yerin ayrılması və ilkin yanğınsöndürmə
vəsaitləri ilə təmin olunması:
-
hazır məhsulların,
yarımfabrikatların və xammalın saxlanılması üçün
yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt
ərzində saxlana biləcək miqdarı nəzərə
alınmalıdır;
-
yanar tullantıların
və tozların təmizlənməsi, yağlı-xüsusi
geyimlərin saxlanılması qaydaları müəyyən
edilməlidir;
-
iş vaxtının sonunda
və yanğın baş verən zaman elektrik
avadanlıqları şəbəkədən
ayrılmalıdır;
-
müvəqqəti odlu və
digər yanğın təhlükəli işlərin
görülməsi qaydaları nəzərə alınmalıdır;
-
iş vaxtının sonunda
otaqlara baxışın keçirilməsi və bağlanması
qaydaları göstərilməlidir;
-
yanğın hadisəsi
zamanı işçilərin hərəkəti qaydaları
qeydə alınmalıdır;
- yanğın təhlükəsizliyi
əsaslarına dair dərslərin və yanğına
qarşı təlimatın keçirilmə vaxtı və bu
tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin
ayrılması göstərilməlidir.
2.5. Bina və qurğuların (yaşayış
evlərindən başqa) bir mərtəbəsində
birdəfəlik 10 nəfərdən çox adam olarsa,
yanğın zamanı insanların köçürülməsi üçün
“köçürmə” planları işlənib hazırlanmalı və
görünən yerlərdən asılmalıdır. Binada, onun
mərtəbələrində olan insanları yanğın
hadisəsi haqqında xəbərdar etmək üçün
xəbərverici qurğular quraşdırılmalıdır.
Kütləvi insan (50 və ya çox) toplaşan
obyektlərdə həmin obyekt rəhbəri
tərəfindən köçürmə planına əlavə olaraq
xidməti heyət üçün İnsanların yanğın yerindən
köçürmə tədbirləri hazırlanmalıdır. Bu
tədbirlər əsasında hər 6 ayda bir
dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb
etməklə təcrübə
məşğələ-təlimləri keçirilməlidir.
Gecə vaxtı insanlar olan obyektlər (uşaq
bağçaları, internat-məktəblər, xəstəxanalar
və sair) üçün köçürülmə təlimatı iki variantda
hazırlanmalıdır: “gündüz” və “gecə” vaxtı.
2.6. İdarə, müəssisə, təşkilatın
bütün əməkdaşları tutduğu vəzifədən
asılı olmayaraq yanğına qarşı rejimin bütün
tələblərinə ciddi riayət etməlidirlər.
3. Ərazinin saxlanılmasına dair
yanğın təhlükəsizliyi tələbləri.
3.1. Yaşayış məntəqələrinin və
müəssisələrin əraziləri, bina, tikililər və
açıq anbarların aralarındakı yanğına
qarşı ara məsafələri, həmçinin
yaşayış evlərinə bitişik bağ,
eləcə də digər tikililərin əraziləri
vaxtında yanar tullantılardan, zibildən, quru otlardan,
tökülmüş yarpaqlardan və digər yanar materiallardan
təmizlənməlidir. Yanar tullantıları, zibilləri
və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə
(konteyner) yığıb, sonra isə atmaq lazımdır.
3.2.
Binaların, tikililərin
və qurğuların aralarında olan yanğına qarşı
ara məsafələrində, malların
yığılmasına, avtomobillərin dayanacaq kimi
istifadə edilməsinə, bina və qurğuların
(qurulmasına) tikilməsinə icazə verilmir.
3.3. Binalara,
qurğulara, açıq anbarlara, yanğınların
söndürülməsi üçün istifadə edilən su mənbələrinə,
stasionar yanğın nərdivanlarına və yanğın invertarları
saxlanılan yerlərə sərbəst yanaşmaq üçün
gedən yolların, keçidlərin, girişlərin
tutulmasına qəti yol verilməməlidir.
3.4.
Müvəqqəti
tikintilər digər bina və tikililərdən 15 m-dən
çox məsafədə (digər normalara görə yanğına
qarşı aranın çox olması tələbi hallarından başqa)
və ya yanğına qarşı divarların yanında
yerləşdirilməlidir.
3.5.
Anbarlarda, bazalarda, taxıl
və pambıq qəbulu, saxlanma və emalı
müəssisələrində, ticarət obyektlərində, asan
alışan mayelər ( AAM ),yanar mayelər (YM ) və yanar
qazlar ( YQ ) çıxarılan, emal edilən və saxlanılan,
bütün növ partlayıcı maddələr istehsal olunan ərazi
və otaqlarda, yanğın və partlayış təhlükəli
sahələrdə, eləcə də müəssisələrin
siqaret çəkmək üçün ayrılmamış yerlərində,
məktəbəqədər uşaq
müəssisələrində, arxiv, muzey, teatr-tamaşa
müəssisələrində, məktəblərdə,
yetişmiş dənli və texniki bitkilərin
zəmilərində siqaret çəkməyə icazə verilmir.
3.6.
Bina və qurğuların
aralarındakı layihə normalan ilə təyin edilmiş
yanğına qarşı ara məsafələrində, bina
və qurğulara 50 metrdən yaxın olmamaq şərti
ilə tonqalların qalanmasına, tullantıların və
boş qabların (tarların) yandırılmasına icazə
verilir. Tullantıların və boş qabların
(taraların) xüsusi ayrılmış yerdə
yandırılması, xidmətçi heyətin nəzarəti
altında həyata keçirilməlidir.
3.7. Yanğına qarşı su mənbələrinin,
çol (xarici) yanğın nərdivanlarının, bina və
tikililərin girişlərinin tez
tapılması üçün müəssisələrin, bazaların,
anbarların və digər obyektlərin əraziləri
gecə vaxtı işıqlandırılmalıdır.
3.8. Obyektdaxili dəmir yollarından keçən yol və
keçidlər yanğın avtomobillərinin keçməsi üçün boş
olmalıdırlar və keçən yollar relslərin
başlıqları səviyyəsində bütöv
döşənəklə örtülməlidirlər.
3.9. Yaşayış evlərinin, meşələrin,
bağların, ictimai və mülki binaların
ərazilərindəki açıq meydança və
həyətlərdə AAM və YM olan qabları, həmçinin
sıxılmış və mayeləşdirilmiş qazla dolu
olan balonları saxlamağa icazə verilmir.
3.10. İynəyarpaqlı meşə
massivlərində yerləşmiş hər bir obyektin
ərazisi perimetr boyu eni 3 m-dən az olmayan qoruyucu
minerallaşdırılmış zolaqla təmin edilməlidir.
3.11. Kənd yaşayış
məntəqələrində, orada yerləşən ictimai,
məişət, istehsalat və digər obyektlər
yanğından mühafizə normalarına uyğun olaraq
yanğın texnikası və ilkin yanğınsöndürmə
vasitələri ilə təmin edilməlidirlər.
3.12. Yaşayış məntəqələrinin
və müəssisələrin ərazilərində yanar
tullantılardan ibarət zibilliklərin
yığılmasına icazə verilmir.
4. Binaların, tikililərin və
otaqların saxlanılmasına dair yanğın
təhlükəsizliyi
tələbləri.
4.1. Hər bir istehsalat və
anbar otaqlarının ( xarici qurğuların), yanğın
və partlayış təhlükəsi kateqoriyalarından
asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq
qaydalarının tələblərinə, əsasən, zona
və sinifləri təyin edilməlidir, qapılarına
onları göstərən xüsusi lövhəciklər
asılmalıdır. Yüksək yanğın
təhlükəsinə malik olan avadanlığın yanında
standart işarələr (anşlaqlar, təhlükəsizlik
lövhəcikləri) asılmalıdır.
Yanğın xasiyyətnamələri
öyrənilməmiş material və maddələrin,
eləcə də, yanğın-partlayış
təhlükəsinə dair göstəriciləri və ya sertifikatları
olmayan material və maddələrin istehsal proseslərində
istifadəsinə, həmçinin onların digər material və
maddələrlə birlikdə saxlanılmasına icazə
verilmir.
4.2. Otaqların, binaların və tikililərin
yanğına qarşı sistem və qurğuları
(tüstüyə qarşı qoruma, yanğın avtomatik
qurğuları, yanğına qarşı su təchizatı
sistemləri, yanğına qarşı qapılar, klapanlar,
yanğına qarşı divar və üst örtüklərindəki
digər qoruyucu qurğular və s.) daima saz
vəziyyətdə saxlanılmalıdır.
Qapıların öz-özünə bağlanması üçün
qurğular saz vəziyyətdə olmalıdırlar.
Yanğına qarşı və ya tüstüyə qarşı
qapıların(qurğuların) normal bağlanmasına mane
olan hər hansı bir cihazların
quraşdırılmasına icazə verilmir.
4.3. Yanğınla nəticələnə bilən
nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə
edilməsinə icazə verilmir. Eləcə də təyin
edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə
və digər təhlükəsizlik parametrlərinə
nəzarəti təmin edən nəzarət ölçü və texnoloji
avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda,
onların işləməsinə (istismarına) icazə
verilmir.
4.4. Tikinti konstruksiyaların, yanar bəzək və
istilik keçirməyən materialların, metal sütunların və
qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin
oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak,
şirələnmiş qatın və sair oddan qoruyucu
xassələrinin yox olması və ya pisləşməsi
daxil olmaqla) pozulması hallan dərhal aradan
qaldırılmalıdır.
Mövcud normativ tələblərə əsasən
odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı
elementlər və parçalar müddəti keçdikdən sonra və öz
hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni
məhlulla hopdurulmalıdırlar.
Hopdurulmuş konstruktiv elementlərin və
parçaların yanğına qarşı vəziyyəti ildə
iki dəfədən az olmayaraq yoxlanılmalıdır.
4.5. Yanğına qarşı divarların, üst
örtüklərinin və çəpərləmə
konstruksiyalarının müxtəlif mühəndis və texnoloji
kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ
gəlmiş dəlik və yarıqlar (aralar), tələb
olunan odadavamlılığı, tüstü və qaz
keçirməyən yanmayan tikinti qarışığı
(məhlulu) və ya digər materiallarla tutulmalıdır.
4.6. Otaqlar yenidən planlaşdırmadıqda,
onların təyinatı dəyişildikdə və ya yeni
texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan
tikinti və texnoloji layihələşdirmə
normalarının yanğına qarşı
tələblərinə riayət olunmalıdır.
Otaqları icarəyə götürdükdə, həmin
binanın təyinatı üçün yanğına qarşı
tələblər icarədarlar tərəfindən yerinə
yetirilməlidir.
4.7. Kütləvi insanlar toplaşan müəssisələr,
(teatrlar, muzeylər və s. ) həmçinin yanğın
potensialı yüksək olan neft emalı, ağac emalı, kimya
sənayesi və s. müəssisələrin
yaxınlıqdakı yanğından mühafizə
orqanının rabitə məntəqəsi ilə birbaşa
telefon əlaqəsi olmalıdır.
4.8. Müəssisələrin, binaların və
tikililərin otaqlarında aşağıdakılar
qadağandır:
-
mövcud normativ
sənədlərlə əvvəlcədən
şərtləşdirilmiş hallar istisna olmaqla,
zirzəmilərdə və kürsü
mərtəbələrində AAM, YM və bantın
saxlanılması;
-
partlayıcı
maddələr, qazla dolu balonlar,
qablaşdırılmış aerozol mallar, sellüloid və
digər partlayış-yanğın təhlükəli maddə
və materialların saxlanılması və istifadəsi;
-
çardaqlarda, texniki
mərtəbələrdə, ventkameralarda və digər
texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil
etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun,
avadanlığın, mebelin və digər əşyaların
saxlanılmasına yol vermək;
- lift xollarında,
boşluqlarında, anbarlar, köşklər, dükanlar və s.
yerləşdirmək;
-
əgər onlara giriş
ümumi pilləkən qəfəsindən təyin edilməyibsə,
orada yanar materiallar anbar və emalatxanalar təşkil
etmək, həmçinin zirzəmi və kürsü
mərtəbələrdə başqa təsərrüfat
otaqları yerləşdirmək;
-
eyvanlardakı və
lojalardakı layihə ilə nəzərdə tutulmuş
qapı və lyükları çıxarmaq, eləcə də
qonşu seksiyalara gedən keçidləri və bayır
nərdivanlarına çıxışları mebellə,
avadanlıqla və digər əşyalarla tutmaq;
-
otaqların
yığışdırılmasında və paltarların
yuyulmasında benzindən, ağ neftdən və digər AAM
və YM istifadə etmək, həmçinin donmuş boruları
lehimləmə lampalarından və ya digər üsullarla
açıq alovdan istifadə etməklə qızdırmaq;
-
iş yerini yağlı
sürtgü materiallardan təmizlənməmiş saxlamaq;
-
müəyyən olunmuş,
təsdiq edilmiş norma və qaydalarda nəzərə
alınmış hallar istisna olmaqla
pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər
quraşdırmaq;
-
yanğın baş
verməsində təhlükəsizlik zonalarına aid olan
lojaların və eyvanların şüşələnməsi;
-
pilləkən
qəfəslərində və dəhlizlərdə anbarlar
(kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki
arasında olan hissəsinin altından və onların
meydançalarında əşyalar, mebellər və digər yanar
materiallar (birinci və kürsülü mərtəbələrindəki
pilləkənin iki səki arasında olan hissənin
altında ancaq yanmayan materialdan olan arakəsmələrlə
çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə
qovşaqları, su ölçən qovşaqlar və elektrik
lövhələri qorumağa icazə verilir) saxlamaq;
-
binaların istehsalat və
anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan
başqa) yanan və çətin yanar material və metal
lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar
inşa etmək və ya qurumaq;
4.9. Bina və tikililərin damlarındakı
(örtüklərindəki) xarici (çöl) yanğın nərdivanları
və sipərlər saz vəziyyətdə saxlanılmalı
və ildə iki dəfədən az olmayaraq möhkəmliyi
yoxlanılmalıdır.
4.10. Bir köçürmə çıxışı olan otaqlarda
iştirakçıların sayı 50 nəfərdən çox olmayan
tədbirlərin keçirilməsinə icazə verilir.
Kütləvi şəkildə insan (50 və daha çox)
toplaşan, 4 və 5 odadavamlılıq dərəcəsi olan
binalarda tədbirlərin aparılmasına yalnız birinci
mərtəbədə icazə verilir.
4.11. Damın, texniki mərtəbələrin və
zirzəmilərin pəncərələri
şüşələnməlidir, qapılan isə bağlı
vəziyyətdə olmalıdır. Qapıların üstündə
açarın harada saxlanıldığı göstərilməlidir.
Bina və tikililərin zirzəmi və
yarımzirzəmilərinin xaricdən işıqlanması
üçün nəzərdə tutulmuş qapı və
pəncərə qarşısındakı oymaqlar, boşluqlar
(çuxurlar) mütamadi olaraq yanar zibildən təmizlənməlidir.
Həmin pəncərə oymaqlarının birdəfəlik
bağlanmasına icazə verilmir.
4.12. Ağ neft ilə yanan divar lampalarının (fonarlarının)
metaldan mühafizə qapağı olmaqla möhkəm
bərkidilməklə tavandan asılmalıdır. Lampanın
və ya fonarın mühafizə qapağı ilə tavanın
yanar (çətin yanan) konstruksiyaları arasındakı
məsafə 70-sm-dən və yanmayan divarlardan isə 20
sm-dən az olmamalıdır.
Ağ neft ilə yanan divar lampaları (fonarlar) metal
işıq qaytarıcıları olmaqla divara möhkəm
bərkidilməlidir. Fonarların və stolüstü ağ neft
lampalarının qoyulduğu yer möhkəm olmalıdır.
4.13. Maye yanacaqla işləyən
qızdırıcı cihazlarını benzin ilə
doldurulmasına icazə verilmir.
4.14. Tamaşa, yeməkxana, sərgi, ticarət
zallarında (otaqlarında), tribunalarda və eləcədə
kütləvi insan toplaşan digər otaqlarda adamların sayı
köçürmə yollarının buraxma qabiliyyətindən
asılı olaraq, müəyyən hesabdan və ya
layihələşdirmə normalan ilə təyin edilmiş
miqdardan çox olmamalıdır.
Hesabat üçün layihə normalarının
göstəriciləri olmadıqda, zaldan insanların
köçürməsinin təmin olunması vaxtını 2
dəqiqə, bir iştirakçıya düşən sahə isə
0,75 kv.m. qəbul etmək lazımdır.
4.15. Müxtəlif yağların silinməsi üçün
istifadə olunmuş silgi materiallarının
yığılması üçün qapaqla kip bağlanan metal qutu
quraşdırılması vacibdir.
Növbə qurtaran zaman qutu otaqdan
çıxarılmalıdır.
4.16. Yağla, lakla, rənglə və digər asan
alışan və yanar mayelərlə işləyən
şəxslərin paltarları bu məqsədlə xüsusi
ayrılmış yerlərdə quraşdırmaları metal
şkaflarda asılmış vəziyyətdə
saxlanılmalıdır.
4.17. Yeni il şənlikləri keçirilən və
adamların kütləvi şəkildə iştirak etdiyi
digər tədbirlərdə:
-
iki köçürmə
çıxışı olan, layihə normalarına cavab verən,
pəncərələrində barmaqcıqlar olmayan, ikinci
mərtəbədən yuxanda yerləşməyən, yanar mərtəbəara
örtüyü olan binalardan istifadə etməyə icazə verilir;
-
yolka bərk dayaqlar
üzərində elə quraşdırılmalıdır ki, onun
budaqlan tavana və divarlara toxunmasın;
-
elektrik
işıqlandırma sistemi olmayan otaqlarda “Yeni İl”
yalnız sutkanın işıqlı vaxtında
keçirilməlidir;
-
çil-çıraqların
bəzədilməsi, müvafiq qaydaların
tələblərinə əsasən yerinə
yetirilməlidir;
-
elektrik
şəbəkəsində gərginliyi azaldan
transformatorlardan istifadə olunmadığı zaman,
çil-çıraqların bəzədilərək 12 Volta
qədər gərginlikdən və 25 voltdan çox olmayan
lampalardan istifadə olunmalıdır;
-
çil-çıraqlarda nasazlıq
(məftillərin qızması, lampaların yanıb
sönməsi, qığılcım olması və s.) aşkar
olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda
ayırmaq lazımdır;
Aşağıdakılar qadağan olunur:
-
qövs şəkilli
projektorlardan, şamlardan istifadə etmək,
atəşfəşanlıq, yanğın təhlükəli
effekt verən yanğına səbəb olan amillərdən
istifadə etmək;
-
sellüloid oyuncaqlarla, eləcə
də oddan mühafizə tərkibi ilə hopdurulmamış
tənzif və pambıqla yolkanın bəzədilməsi;
-
uşaqlara asan yanan
materiallardan tikilmiş kostyumlar geyindirmək;
-
odlu, rəngləmə
və digər yanğın-partlayış təhlükəli
işlərin aparılması;
-
sıralar arasındakı
keçidin enini azaltmaq, keçidlərdə əlavə kresloların,
stulların qoyulması və s.
-
səhnəcik və
tamaşa vaxtı otaqlarda işıqların tam
söndürülməsi;
-
otaqlara normadan artıq
nəzərdə tutulmuş adamların toplaşması.
Tədbirlərin aparılması zamanı
səhnədə və tamaşa zalının otaqlarında
məsul şəxslərdən ibarət növbətçilər
təşkil edilməlidir.
5. Köçürmə
yollarına dair yanğın təhlükəsizliyi
tələbləri.
5.1. Köçürmə
çıxışlarının sayı, ölçüsü,
işıqlandırma şəraiti, tüstülənməmənin
təmin olunması, eləcə də köçürmə
yollarının uzunluğu, yanğına qarşı
tikinti-layihə normalarına uyğun olmalıdır;
5.2. Köçürmə
çıxışlarının bütün qapıları otaqlardan
çıxışa doğru sərbəst açılmalıdır.
Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez
açılan cəftə ilə bağlanıla bilər;
5.3. Köçürmə
çıxışlarında aşağıdakılar qadağan
olunur:
- köçürmə yollarında ( 5 odadavamlılıq
dərəcəsi olan binalardan başqa) tavanların,
divarların, pilləkan qəfəslərinin və
meydançaların, eləcə də pilləkan
qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş
pilləkan qəfəslərinin və meydançaların
bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə
edilməsi;
- keçidlərin, dəhlizlərin,
tamburların, qalereyaların, lift xollarının, pilləkan
qəfəslərinin və pilləkanların mebellə,
şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya
hazır məhsullarla tutulması, eləsə də
köçürmə çıxışlarının qapısının
mismarlanması;
- tamburların
çıxışlarında (şəxsi yaşayış
evlər və mənzillər istisna olmaqla) paltarın
qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq
və materialların müvəqqəti və ya daimi
saxlanılması;
- köçürmə yollarında
turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan,
qalxıb-endirilən qapıların və digər
sərbəst çıxışa mane olan qurğuların
quraşdırılması;
- pilləkən
qəfəslərində, xol və tamburlarda öz-özünə
bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya
çıxartmaq.
- 5.4.
Otaqlarda texnoloji, sərgi və digər avadanlıqların
yerini dəyişdikdə pilləkən
qəfəslərində köçürmə keçidləri və digər
köçürmə yolları, layihə normalarına uyğun
olmalıdır.
- 5.5.
Kütləvi insan toplaşan binalarda elektirik enerjisinin
kəsilməsi hallarını nəzərə alaraq, xidməti
heyət elektirik işıqlandırıcıları ilə
təmin edilməlidirlər
İşıqlarndırıjıların
sayı növbətçi heyətin hər bir
əməkdaşına, bir dənədən az olmamaq
şərti ilə, binada olan insanların, növbətçi
heyətin sayının və obyektin xüsusiyyətini
nəzərə almaqla rəhbərlik tərəfindən
müəyyən edilməlidir;
- 5.6.
Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça
zolaqları və digər döşəmə örtükləri,
döşəməyə möhkəm bərkidilməlidir.
6. Elektirik
qurğularına dair yanğın təhlükəsizliyi
tələbləri.
6.1. Elektrik
qurğuları və elektrik qurğularının
istehlakçılar tərəfindən istismarı zamanı müvafiq
qaydaların və digər normativ sənədlərə
uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.
6.2. Elektrik
mühərrikləri, idarə etmə aparatları, işə
salıb nizamlama, nəzarət ölçü cihazları və
mühafizə aparatları, köməkçi qurğular və elektrik
ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların
tələblərinə uyğun olaraq seçilib
quraşdırılmalı, eləcə də artıq
yükləmədən və qısa qapanmadan mühafizə
edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.
6.3. İşin
sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan
bütün otaqlarda elektrik qurğuları və cihazları
(növbətçi və qəza işıqlandırmaları,
avtomatik yanğınsöndürmə qurğuları, yanğın
və mühafizə siqnalizasiyası, eləcə də elektrik
qurğuları istisna olunmaqla) növbətçi işçilər
tərəfindən dövriyyədən açılmalıdır.
6.4. Elektrik ötürücü
xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam
örtükləri və yanar materiallar olan açıq anbarların
(ştabellər, tayalar) üzəri ilə çəkilməsinə
icazə verilmir.
6.5. Elektrik
qurğularının istismarı zamanı
aşağıdakılar qadağan olunur:
- elektrik aparatlarını və
cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə
(təlimatlarına) uyğun olmayan şəraitdə və ya
yanğına səbəb ola bilən nasazlığı
olduqda istifadə etmək, eləcə də örtüyü
(izolyasiyası) zədələnmiş və ya sıradan
çıxmış naqilləri və kabelləri istismar
etmək;
- nasaz elektrik qurğularından
istifadə etmək;
- elektrik lampasını və
işıqlandırıcısını kağıza, parçaya
və digər yanar materiallara bükmək, eləcə də
ondan mühafizə qapağı örtük (plafonu)
çıxarıldıqda istifadə etmək;
- dayağı yanmayan materiallardan
olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və
digər elektrik qızdırıcı cihazlarından
istifadə etmək;
- standartlara uyğun olmayan (qeyri
standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş
əriyən qoruyuculardan, qısa qapanmadan və artıq
yüklənmədən mühafizə edən digər
(əldəqayırma) aparatlardan istifadə etmək;
- magistral kabel xəttlərini
və elektrik naqillərinin anbar otaqlarından, yanğın
təhlükəli və yanğın partlayış
təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək;
- elektrik qızdırıcı
cihazlarını, televizorları, radio qəbuledicilərini və.s
qurğuları şəbəkəyə qoşulu halda
nəzarətsiz qoymaq.
6.6. Ehtiyat elektrik
dövrəsinin işçi və qəza işıqlandırma
sisteminin qidalandırıcı və idarə etmə
kabellərini topa şəkildə, bir boruda və ya tikinti
konstruksiyalarının bağlı kanalı ilə birgə
çəkilməsinə icazə verilmir.
6.7. İnsanların normal
təhlükəsiz köçürməsini həyata keçirmək
məqsədi ilə «Çıxış» sözləri
yazılmış işıqlı göstəricilər
həmişə saz vəziyyətdə olmalıdır.
Tamaşa nümayişi zamanı, sərgi və digər
tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı
vəziyyətdə olmalıdırlar.
6.8. Daşınan elektirik
işıqlandırıcıları elastiki elektirik
naqillərinə malik olmalı, şüşə qapaqlarla və
qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla
təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V- dan
artıq olmamalıdır.
6.9. Sofitləri
quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə
etməli, onların gövdəsi isə saxlayıcı trosdan
təcrid (izolyasiya) olunmalıdır.
Projektorları
və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar
arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı
projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır.
Projektor və sofitlər üçün işıq süzgəcləri
yanmayan materiallardan olmalıdır.
6.10. Avtomatik termonizamlayıcılarla
təmin edilməmiş elektrik sobalarının istismarına
icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu
və cihazlarının istismarı qəti qadağandır.
7. İstilik və ventilyasiya
sistemlərinə dair yanğın təhlükəsizliyi
tələbləri.
7.1. Bütün sobalar,
qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən)
qurğuları, digər istilik cihazları və sistemləri,
isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və
təmir edilməlidir. Nasaz sobaların və digər
qızdırıcı qurğuların istismarı qadağandır.
7.2. Yanar konstrksiyalarla
sobalar, onların elementləri və digər istilik
cihazları arasında yanğına qarşı
(arakəsmə) qoruyucu hörgü, arakəsmə, mərtəbə
arası örtüyün və tavanın yanar konstruktiv elementlərini
yanğından qorumaq üçün baca yanlarına hörülən kərpic
qatının ölçüləri mövcud tikinti norma və qaydalara
uyğun olmalıdır. Eyni zamanda yanar materiallı
döşəmələrdə ocaqlıq qarşısında 0,5
x 0,7 m ölçüdə azbest üzərinə mismarlanmış metal
və ya yanmayan materialdan təbəqələr
olmalıdır.
7.3. İsitmə
mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan
təmizlənməlidir; eyni zamanda bütün isitmə mövsümü
ərzində ən azı;
- qızdırıcı sobalar üçün
üç ayda bir dəfə fasiləsiz işləyən sobalar
və istilik qurğuları üçün iki ayda bir dəfə;
- mətbəx plitələri
və diğər fasiləsiz yandırılan sobalar üçün ayda
bir dəfə.
7.4. Qazanxana və
istilik generator qurğularının forsunkalarına
(odluqlarına) gələn hər bir yanacaq borusu
üzərində ən azı iki ədəd ventil
olmalıdır. Onlardan biri ocaqlığın, digəri
yanacaq çəninin yaxınlığında
quraşdırılmalıdır.
7.5.
Yaşayış məntəqələrinin,
müəssisələrin qazanxanalarında və digər istilik
istehsal edən qurğuların istismarı zamanı, xüsusi
hazırlıq keçməyən və vəsiqəsi olmayan
şəxslərin (ocaqçıların) işə
buraxılmasına, qazanxana və istilik generatorları
otaqlarında duru yanacağın saxlanmasına,
avadanlıqların istismarı zamanı texniki
şərtlərdən nəzərdə tutulmayan neft
məhsulları tullantılarından və digər “AAM” - lərdən
və “YM” - lərdən yanacaq kimi istifadə edilməsinə
icazə verilmir.
Qadağandır:
-
yanacaq verilən sistemin boru
xətlərindən və onun birləşən
yerlərindən duru yanacaq damcıladıqda (qaz
sızdıqda) istilik istehsal edən qurğuları istismar
etmək;
-
sönmüş qaz odluqlarına və
forsunkalarına (odluqlarına) yanacaq və qaz vermək;
-
nəzarət və
tənzimləmə cihazları olmadıqda və yaxud onlar
nasaz olduqda işləmək;
-
qazanların və buxar
kəmərlərinin üzərlərində hər hansı
yanar materialın qurudulması.
7.6.
İstilik sobalarının istismarı zamanı
qadağandır:
- yanar sobaları nəzarətsiz
qoymaq, eyni zamanda nəzarəti kiçik yaşlı uşaqlara
həvalə etmək;
- yanacağı, yaxud yanar maddə
və materialları ocaqlıq qabağına yığmaq;
- sobalarda, təyinatı üzrə
nəzərdə tutulmayan yanacaqlardan istifadə etmək;
- yığıncaq və kütləvi
tədbirlər keçirilən zaman otaqlarda sobaların
qalanmasını həyata keçirmək;
- standartlara uyğun olmayan qaz, duru
yanacaq sobalarından istifadə etmək;
- ventilyasiya və qaz
kanallarından tüstü bacası kimi istifadə etmək;
- sobaları həddən artıq
qızdırmaq.
7.7. Bina və
qurğularda sobaların qalanması iş vaxtının
başa çatmasına iki saat qalmış, sutkalıq insanlar olan
obyektlərdə və xəstəxanalarda isə yatmazdan iki
saat qabaq dayandırılmalıdır.
Gündüz
növbəli uşaq müəssisələrində sobaların
qalanması uşaqların gəlmə vaxtına bir saat
qalmış qurtarılmalıdır. Ocaqlıqdan
çıxardılan kül və kömür qalıqları, su ilə
isladılmalı, sonra onlar üçün xüsusi ayrılmış
təhlükəsiz yerə tökülməlidir.
7.8. Yanğın
təhlükəsizliyi standartlarının tələblərinə
və texniki şərtlərə cavab verməyən metal
sobaların quraşdırılmasına icazə verilmir.
Zavodlarda
hazırlanmış metal və digər sobaların
yataqxanalarda, inzibati, ictimai və müəssisənin köməkçi
binalarında, eləcə də yaşayış
evlərində müvəqqəti istilik sisteminin
quraşdırılması zamanı, bu növ məhsulu
hazırlayan müəssisənin lahiə normalarının
tələbləri, təlimatı göstərişləri,
mütləq yerinə yetirilməlidir.
Qaz
cihazlarının quraşdırılması və
istismarı, müvafiq qaydaların tələblərinə cavab
verməlidir.
7.9. Sobalardan mallara,
rəflərə, vitrinlərə, piştaxtalara, şkaflara
və başqa avadanlıqlara qədər məsafə ən
azı 0,7 m, ocaqlıq gözündən isə ən azı 1,25 m olmalıdır.
7.10. Çardaqlardan
keçən bütün tüstü boruları və divarları
ağardılmalıdır.
7.11. Bərk yanacaqla
işləyən qazanxana qurğusunun tüstü borusu
qığılcım söndürücülərlə təchiz edilməli
və vaxt aşırı bu qaydaların 7.3. bəndinə
uyğun olaraq qurumdan təmizlənməlidir.
7.12. Hava girən
yerdə odsaxlayan qurğu (sipər, şiber, qapaq və s.)
avtomatik yanğınsöndürmə sistemi, yanğın zamanı
ventilyasiyanı avtomatik söndürən qurğu, vaxtlı
vaxtında yoxlanılmalı və saz vəziyyətdə
saxlanılmalıdır.
7.13. Havanın səriləşdirilmə
və ventilyasiya sisteminin istismarı zamanı
aşağıdakılar qadağandır:
- ventilyasiya kameralarının
qapısını açıq qoymaq;
- sorma kanallarını,
gözlükləri və dəmir barmaqcıqları bağlamaq;
- hava çəkənlərə istilik
qaz cihazları qoşmaq;
- hava çəkənlərdə
toplanan piy qatlarının, tozun və digər yanar
maddələrin yandırılması.
7.14. Ventilyasiya
kameraları, siklonlar, süzgəclər, havaçəkənlər
yanğın və partlayış təhlükəsindən
asılı olaraq, müəssisə rəhbərinin
əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq,
yanar tozlardan və istehsalat tullantılarından
təmizlənməlidir. Təmizləmə işində
iştirak edən heyətlə birgə nəzarət
orqanına təqdim etmək üçün bu haqda akt tərtib
edilməlidir.
Yanğın
və yanğın partlayış təhlükəli otaqların
ventilyasiya sistemlərinin təhlükəsiz üsulla
təmizlənməsi üçün, müəssisə rəhbəri
tərəfindən xüsusi qaydalar işlənib
hazırlanmalıdır. Həmin qaydalar yerli Dövlət
Yanğın Nəzarəti Orqanı ilə
razılaşdırılmalıdır
7.15. Hidrosüzgəclərin,
uru süzgəclərin, toz tutan və digər ventilyasiya sistemi
qurğularının (aspiratorların) nasazlığı
və söndürülməsi (işinin dayandırılması)
zamanı, yanğın partlayış təhlükəli otaqlarda
(qurğularda) texnoloji avadanlıqların
işləməsinə icazə verilmir.
7.16. Yanar tozların,
lifli və digər tullantıların xaric edilməsi
zamanı, onların ventilyatora düşməsinə yol
verməmək üçün ventilyatorun qarşısında tutucular,
metal əşyalara qarşı isə maqnit tutucular
quraşdırılmalıdır.
7.17. Yerli sorma
sistemlərinin hava xətlərinə və pnevmatik
daşıyıcı borularına mütəmadi olaraq
baxış keçirmək, daxilini təmizləmək və onun
daxilində baş verə biləcək yanğınları
söndürmək üçün onlar baxış pəncərələri
ilə təmin olunmalıdırlar.
Baxış
pəncərələri, araları bir birindən 15 metrdən
çox olmamaq şərti ilə divarlardan və örtüklərdən
keçən boru xətlərinin yerində, döngələrdə
və üçlüklərdə yerləşdirilməlidirlər.
7.18. Maşın
və aqreqatların tozsuzlaşdırma qurğusunun hava təmitzləyici
süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda
yerləşdirilməlidir.
7.19. Avadanlıqlardan
ayrıları, dövr edən tozlu hava, süzgəclərin
köməyi ilə, iki mərhələli
təmizlənməyə məruz qalmalıdırlar.
8. Yanğına qarşı su
təchizatına dair tələblər.
8.1. Yanğına
qarşı su təchizatı xətləri saz
vəziyyətdə olmalıdır və yanğının
söndürülməsi üçün tələb olunan suyun sərfi
normasının tələblərini ödəməlidir.
Onların iş qabiliyyəti ildə ən azı iki
dəfə yoxlanılmalıdır (yazda və payızda).
Yanğın hidrantları daima saz vəziyyətdə
saxlanılmalıdır. Hidrantlar yerləşən
sahələrdə su xəttində suyun kəsilməsi
və ya təzyiqin tələb olunan miqdardan az olması halları
aşkar edildikdə yanğından mühafizə xidmətinə
xəbər verilməlidir.
Müəssisələrin
yanğın nasoslarının elektrik mühərrikləri
fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir.
8.2. Yanğın
baş verən zaman işə salmaq və lazımı
miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun
sərfini artırmaq üçün, su sayğacı
quraşdırılmış yerdə, diametri su xəttinin
giriş yerindən az olmayan əlavə su xətti
quraşdırmalı və ona ventil qoymalı. Ventili
“Yanğın baş verdikdə açmalı” sözləri
yazılmış lövhə ilə təmin etməli.
8.3. Hidrantlar və su
hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət
istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı
və ya işıq əks etdirən xüsusi təbəqə
ilə örtülmüş göstəricilər) təmin
edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər
olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd
edilməlidir.
Hər
bir yanğın hidrantı “YH” yazılmış
işıqlandırıcı ilə və ya işıqlandırıcı
(flyüoreset) göstəriciləri ilə təmin edilməlidir.
Göstəricilərdə, eləcə də hidrantın
nömrəsi, göstəricidən hidranta qədər olan
məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi
və ya dalanlı) göstərilməlidir.
Yanğın
su hovuzu üzərində “YSH” sözləri yazılmış
işıqlandırıcı və ya flyüoreset göstəricisi
ilə təmin edərək, hərflərlə su
ehtiyatının miqdarı (kub.metr) göstərilməlidir.
Yanğına
qarşı su hovuzları daima dolu vəziyyətdə
saxlanılmalıdır. Onların su götürmə
qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın
avtomobillərinin, onlara sərbəst yan alıb oradan su
götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə
bərk örtüklü meydança ilə təmin edilməlidir.
8.4. Daxili
yanğın kranları lülə və atıcı
şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq
yanğın kranına və lüləyə
birləşdirilmiş vəziyyətdə olmalıdır.
Yanğın kranlarını şkaflarla təmin
edilməlidir. Şkafların qapılarında yanğın
kranlarının nömrələri yazılaraq, bağlanıb,
möhürlənməlidir.
8.5. Nasos
stansiyasının otağı, xüsusi izahedici
mətnlərlə yazılmış, “Yanğına
qarşı su təchizatının ümumi sxemi” və
“Nasosların birləşmə sxemi” ilə təmin
olunmalıdır. Həmin sxemlər xüsusi çərçivəyə
salınaraq, görünən yerdən asılmalıdır.
Nasosxanada yerləşən hər bir siyirtmənin və su
təzyiqini qaldıran nasosun təyinatları barədə
göstəriciləri olmalıdır. Su təzyiqini yüksəldici
nasosların dövriyyəyə qoşulması qaydası
təlimatla müəyyən edilməlidir.
Nasos
stansiyası üçün «Xidməti heyətin yanğın baş
vermə zamanı fəaliyyəti» barədə təlimat
işlənib hazırlanmalı, işçilərə imza ilə
tanış etdirməklə bir nüsxəsi, nasos
stansiyasının otağında görünən yerdən
asılmalıdır.
Yaşayış
məntəqələrinin yanğına qarşı su
təchizatının nasos stansiyalarının dispetçer
otağı ilə yanğından mühafizə xidmətinin
rabitə məntəqəsinin dispetçer otağı
aralarında birbaşa telefon əlaqəsi olmalıdır;
8.6. Su xətləri
üzərində quraşdırılmış, elektrik ötürücüsü
ilə açılıb-bağlanan siyirtmələrin iş
qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın
nasoslarının iş qabiliyyəti isə ayda bir
dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd olunan
avadanlıqlar daim saz vəziyyətdə
saxlanılmalıdır
8.7. Obyektin
ərazisində və ya yaxınlığında ( 200 m
radiusunda ) təbii və ya süni su mənbələrinin (çaylar,
göllər, hovuzlar, süni su kanalları və s.) mövcud olduğu
halda, onlara ilin hər bir fəslində yanğın
avtomobillərinin və yanğının söndürülməsində
iştirak edən digər texnikanın yan alıb su
götürülməsi üçün, həmin su mənbələrə bitişik
12 x 12 m ölçüdə bərk örtüklü meydança və ya körpülər
qurulmalıdır.
8.8. Su təzyiqi
qüllələri ilin hər fəslində yanğın
texnikası ilə suyun götürülməsi üçün
uyğunlaşdırılmalıdır.
Yanğının
söndürülməsi üçün nəzərdə tutulmuş su
ehtiyatından məişət və istehsalat
məqsədləri üçün istifadə etmək qəti
qadağandır.
9.
Köçürmənin (təxliyyənin) idarə olunmasına və
insanların yanğın barədə xəbərdar
edilməsinə, avtomatik yanğınsöndürmə və
yanğın siqnalizasiya
qurğularına
olan tələblər.
9.1. Yanğın
siqnalizasiyasına və yanğınsöndürmə avtomatik
qurğularına, tüstüyə qarşı müdafiə,
insanları yanğın haqqında xəbərdaretmə
və köçürmənin idarəetmə sistemlərinə texniki
xidmət və planlı-ehtiyat təmiri ( TX və PET )
üzrə işlər, onları istehsal edən zavodların
texniki sənədlərinin tələbləri
nəzərə alınmaqla tərtib edilmiş illik
plan-qrafikə və təmir işlərinin keçirilməsi
müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir.
TX
və PET xüsusi təlim almış heyət və ya
lisenziyası olan, müqavilə üzrə
ixtisaslaşdırılmış təşkilatlar
tərəfindən həyata keçirilməlidir.
TX
üzrə və ya qurğuların dayandırılması
ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin)
əlaqədar təmir işləri zamanı
müəssisənin rəhbəri binaların, tikililərin,
otaqların və texniki avadanlıqların yanğından
qorunması üçün lazımı tədbirlər
görməlidirlər.
9.2. Dispeçer
otağında (yanğın postunda), yanğın avtomatik
qurğularının nasazlığı və yanğın
barədə həyacan siqnalı alındığı zaman,
növbətçi heyətin fəaliyyət göstərməsi
ardıcıllığı barədə təlimat
asılmalıdır.
Dispetçer
otağı telefon əlaqəsi və üç ədəddən
və daha çox, yararlı elektrik
işıqlandırıcıları ilə təchiz
olunmalıdır.
9.3. Yanğın
avtomatika qurğuları layihə sənədlərinə
uyğun olmalı, daima hazır və saz vəziyyətdə
saxlanılmalıdır.
Norma və
qaydalarda göstərilən hallardan başqa, qurğuların
“avtomatik işədüşmə” sistemindən “əl ilə
işəsalma” sisteminə keçirilməsi qadağandır.
9.4.
Yanğınsöndürmə qurğularının balonlarında
və çənlərində, odsöndürücü maddənin kütləsi
və ya təzyiqi onların təlimatlarında təyin olunan
hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən
doldurulmalıdırlar.
9.5. Sprinkler
qurğularının çiləyiciləri mexaniki
zədələnmədən qorunmalıdırlar.
Açılan
və saz olmayan çiləyicilərə tıxacların
taxılması (vurulması) qadağandır.
9.6.
Yanğınsöndürmə stansiyası izahedici mətnlə
yazılmış boru xətlərinin sxemi və
yanğın baş verən zaman qurğunu idarəetmə
təlimatı ilə təmin edilməlidir.
Hər
bir idarəetmə qovşağında mühafizə olunan
otaqların adı, qurğu seksiyasında çiləyicilərin
növü və sayı qeyd olunmuş lövhəcik
asılmalıdır. Ventil və kranlar bağlama sxeminə
uyğun olaraq nömrələnməlidirlər.
9.7. Qurğulara
vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün
ixtisaslaşdırılmış lisenziyası olan
təşkilatlarla ( bu o müəssisələrə aiddir ki,
qurğulara texniki qulluq edilməsi və xidmət heyəti
saxlamağa imkanı yoxdur) müqavilə bağlanmalıdır.
9.8. Əsas və
ehtiyat nasoslar, nəzarət ölçü cihazları və qapaqlar
yerləşdirilmiş, yanğınsöndürmə stansiya
otağının qapısında üzərində
“Yanğın Söndürmə Stansiyası” sözləri
yazılmış tablo olmalıdır. Stansiya daima
bağlı vəziyyətdə saxlanılmalıdır.
Otağın açan xidmət heyətində olmalıdır.
9.9.
Mal-əmtəə materialları saxlanılan otaqlarda
çiləyicilərə qədər olan məsafə ən
azı 0,9 m, xəbərvericilərə isə 0,5 m.
olmalıdır.
9.10. Mövcud Dövlət
Standartlarına uyğun olaraq avtomatik qazla (su ilə)
yanğınsöndürmə qurğularının boru
xətlərini aşağıdakı rənglərlə:
- qazla
yanğın söndürmə - san rəng;
- su ilə
yanğın söndürmə - yaşıl rəng;
- köpüklə
yanğın söndürmə - qəhvəyi rəngli
xəbərdaredici halqalar çəkməklə yaşıl
rəng.
Müalicə
və uşaq məktəbəqədər
təşkilatlarında, həmçinin
məktəb-internatların yataq korpuslarında, yalnız
xidmətçi heyət xəbərdar edilməlidir.
Xəbərvermə
sistemlərinin istifadə qaydaları, onların istismarı
üzrə təlimatda və köçürmə planlarında, sistemləri
işə salma hüququ olan şəxslərin adları qeyd
olunmaqla müəyyən edilməlidir.
9.11. İnsanların
yanğın barədə xəbərdar edilməsi üçün texniki
vasitələrin tələb olunmadığı hallarda,
obyekt rəhbərləri onların xəbərdar edilməsi
ardıcıllığını müəyyən etməli
və buna cavabdeh şəxslər təyin etməlidir.
9.12.
Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz
olmalı və bilavasitə şəbəkəyə
qoşulmalıdır.
Xəbərvermə
məntəqələrinin ötürülməsini və köçürmə
idarə etməsinin etibarlılığı təmin
edildikdə, obyektdə mövcud olan daxili radiostansiyalardan və digər
veriliş şəbəkələrindən istifadə
edilməsinə yol verilir.
10. Yanğın
avadanlığı və ilkin yanğın söndürmə
vəsaitlərinin saxlanılmasına dair yanğın
təhlükəsizliyi tələbləri.
10.l. Yanğın
avtomobilləri yanğın depolarında və ya bu
məqsəd üçün ayrılmış şəxsi heyətin
normal və təhlükəsiz iş şəraitini təmin
edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon
rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz
edilmiş xüsusi bokslarda saxlanılmalıdır.
Yanğın
avtomobillərindən yanğın texniki avadanlıqların
çıxarılması və yanğın texnikasından
digər məqsədlər üçün istifadə edilməsi qəti
qadağandır.
10.2. Yanğın
avtomobilləri və motopompalar, yanğınların
söndürülməsi üçün uyğunlaşdırılmış texnika
yanğın-texniki avadanlıqlarla tam təmin edilməli,
yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz
vəziyyətdə saxlanılmalıdır.
Yanğınların
söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli
orqanlarla təsdiqlənmiş çıxış cədvəli
və yanğınların söndürülməsi üçün qüvvə və
vəsaitlərin cəlb edilməsi planına əsasən
təyin edilməlidir.
10.3.
Yanğınsöndürmə məqsədi ilə
uyğunlaşdırılmış (yenidən təchiz
edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq
keçmiş motorçu (sürücü) təhkim olunmalıdır.
Müəssisələrdə yanğın motopompalarının
yanğın yerinə gətirilmə qaydaları
müəyyən edilməlidir.
10.4. Otaq, bina və
tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə
vəsaitləri ilə təmin edilməlidirlər.
Müvafiq
sertifikatları olmayan yanğınsöndürmə
vəsaitlərinin istifadəsinə yol verilmir.
11. Yanğın bas verən
zaman edilən hərəkətlər.
11.1. Hər bir
vətəndaş yanğının və ya yanmanın
əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun
artması və s.) aşkar etdikdə aşağıdakı
hərəkətləri etməlidir:
- dərhal telefonla yanğından
mühafizə orqanına xəbər vermək (bununla
bərabər obyektin ünvanını, yanğının baş
vermə yerini, həmçinin öz soyadını deməlidir);
- imkan daxilində insanların
köçürülməsi, yanğının söndürülməsi və
əmlakın oddan qorunması üçün ölçü götürməlidir;
- yanğın bölmələrinin
qarşılanmasını təmin etməlidir.
11.2. Əmlak
sahibləri: əmlaka sahib olmağa, ondan istifadəyə
və ya ona dair sərəncam verməyə müvəkkil olan
şəxslər, o cümlədən müəssisələrin
rəhbərləri və vəzifəli şəxslər,
yanğın yerinə gələn yanğın
təhlükəsizliyini təmin etməyə təyin edilmiş
məsul şəxslər aşağıdakıları
yerinə yetirməlidirlər;
- baş vermiş yanğın
haqqında yanğından mühafizəyə məlumatı
təkrar etmək və rəhbərliyə, dispetçerə,
obyekt üzrə məsul növbətçiyə xəbər vermək;
- insanların həyatları
təhlükə altında olduğu halda, əldə olan
qüvvə və vəsaitlər hesabına onların xilas
edilməsini təşkil etmək;
- yanğına qarşı avtomatik
müdafiə sistemlərinin (insanları yanğından
xəbərdarlığı, yanğınsöndürmə,
tüstüyə qarşı müdafiə) qoşulu olmasını
yoxlamaq;
- ehtiyac olanda elektroenerjini
kəsmək (yanğına qarşı müdafiə
sistemlərini çıxmaqla), elektrik nəql edən qurğu,
aqreqat, aparatların işini dayandırmaq, xammal, qaz, buxar
və su xəttlərini bağlamaq, qəza və bitişik
olan otaqlarda ventilyasiya sisteminin işini dayandırmaq,
binanın otaqlarında yanğının və
tüstülənmənin qarşısını alan başqa tədbirləri
yerinə yetirmək;
- binada yanğının
söndürülməsi tədbirlərindən başqa bütün
işləri dayandırmaq (əgər buna texnoloji istehsalat
prosesi yol verirsə);
- yanğının
söndürülməsində iştirak etməyən bütün
işçiləri təhlükəli zonadan uzaqlaşdırmaq;
- yanğından mühafizə
bölməsinin gəlməsinə qədər obyektin spesifik
xüsusiyyətlərini nəzərə alaraq,
yanğının söndürülməsinə ümumi rəhbərlik
etmək;
- yanğının
söndürülməsində iştirak edən işçilərin
təhlükəsizlik tələblərinə riayət
etmələrini təmin etmək;
- yanğının söndürülməsi
ilə eyni zamanda köçürməni və maddi dəyərlərin
qorunmasını təşkil etmək;
- yanğından mühafizə
bölməsinin qarşılanmasını təşkil etmək
və yanğın mənbəyinə giriş üçün qısa
yolun seçilməsində köməklik etmək;
- yanğınların
söndürülməsi və bununla bağlı ilk növbəli
qəza-xilasedici işlərin keçirilməsi üçün cəlb
edilən yanğından mühafizə bölmələrinə,
obyektdə olan və ya emal (edilən təhlükəli
(partlayış-təhlükəli) partlayıcı,
zəhərli maddələr haqqında, şəxsi
heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün
lazım olan məlumatları bildirmək.
11.3. Yanğın
bölməsi gəldikdə müəssisənin rəhbəri (və
ya onu əvəz edən şəxs) yanğın söndürmə
rəhbərini, obyektin, bitişik tikililər və
qurğuların konstruktiv və texnoloji
xüsusiyyətlərindən, saxlanılan və
işlədilən maddələrin, məmulatların sayı
və yanğın təhlükəli xüsusiyyətlərindən
və yanğının müvəffəqiyyətlə
ləğv edilməsi üçün lazımı olan digər
məsələlərlə məlumatlandırmalıdır.