Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay  müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 12, maddə 762; 2005-ci il, ¹ 12, maddə 1102) qüvvədən düşmüş hesab edilsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 may 2006-cı il

¹ 413

 

 


Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.[1]

6. Nazirlik Bakı şəhərində yerləşir.

 

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

 

 8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;

8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək; [2]

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;

8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək;[3]

8.5-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;[4]

8.5-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq;

8.5-3. uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etmək, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparmaq, onların uçotu qaydasını və dispanserizasiyanın təqvimini müəyyən etmək, dispanserizasiyadan keçmiş uşaqların registrini yaratmaq və aparmaq;[5]

8.6. öz səlahiyyətləri daxilində ölkə ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli yeyinti məhsulları və istehlak mallarının idxalından sanitariya mühafizəsini təmin etmək, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək;[6]

8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;

8.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək;

8.9. qanunvericiliyə uyğun olaraq xüsusi icazənin verilməsini təmin etmək, hüquqmüəyyənedici sənədlər vermək;

8.9-1. özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımına rəy vermək;[7]

8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;

8.10-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;

8.10-2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;[8]

8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

8.11-1. qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsaslarını müəyyən etmək;[9]

8.12. müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində səhiyyə orqanlarına həvalə edilən məsələləri həll etmək;

8.13. tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək, qurumlarını ixtisaslı kadrlarla təmin etmək;[10]

8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

8.13-2. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək;[11]

8.14. ölkə ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq;[12]

8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək;

8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. qurumlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək; [13]

8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;

8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;

8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[14]

8.28. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək;

8.29. Kurort fondunun dövlət uçotunu aparmaq, kəşf edilmiş təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını həyata keçirmək; [15]

8.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. [16]

 

IV. NAZİRLİYİN HÜQUQLARI

 

 9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğunu və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək; [17]

9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicə-profilaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət etmək, qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq; [18]

9.4. ölkə üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

9.5. qanunvericiliyə uyğun olaraq dövlət məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;

9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək;

9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını istiqamətləndirmək;

9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək; [19]

9.9. səhiyyə müəssisələrinin və əhalinin tibb təyinatlı məmulatlara, sanitar avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;

9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.11. tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;[20]

9.11-1. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparmaq; [21]

9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, “Əməkdar həkim” fəxri adının, orden və medalların verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;

9.14. müvafiq sahədə tibbi konfrans, simpozium və qurultayların keçirilməsini təşkil etmək;

9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;

9.17. qurumlarının əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq; [22]

9.18. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.19. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.22. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;

9.23. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;[23]

9.25. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. [24]

11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [25]

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;[26]

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir;[27]

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Nazirliyi təmsil edir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirindən və nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.[28]

22. Müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-tibbi şura yaradıla bilər. Elmi-tibbi şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.

 

 


Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

 

STRUKTURU

 

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatı (şöbələr və sektorlar) [29]

 

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan qurumlar: [30]

 

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

Gəncə Şəhər Səhiyyə İdarəsi

Sumqayıt Şəhər Səhiyyə şöbəsi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri

Respublika Sanitariya-Karantin Müfəttişliyi

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 avqust  2006-cı il tarixli 455 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 680)

2.       14 iyun  2007-ci il tarixli 589 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 602)

3.       20 avqust 2007-ci il tarixli 622 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 770)

4.       26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 947)

5.       8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 612)

6.       11 noyabr 2008-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 967)

7.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970)

8.       28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, ¹ 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə 779)

9.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289)

10.    10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 83)

11.    15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)

12.    6 iyul 2012-ci il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 iyul 2012-ci il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə 688)

13.    4 sentyabr 2012-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, ¹ 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, ¹ 200)

  1. 6 fevral 2013-cü il tarixli 820 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 7 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31)
  2. 25 iyun 2013-cü il tarixli 923 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2013-cü il, ¹ 137)
  3. 26 sentyabr 2013-cü il tarixli 994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, ¹ 212)
  4. 26 sentyabr 2013-cü il tarixli 995 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, ¹ 212)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə yeni məzmunda 8.1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 26 sentyabr 2013-cü il tarixli 994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, ¹ 212) ilə 8.5-ci bəndə “qeyri-dövlət” sözündən əvvəl “uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti,” sözləri əlavə edilmişdir.

 

[4] 4 sentyabr 2012-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, ¹ 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, ¹ 200) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə 8.5-1-ci və 8.5-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[5] 26 sentyabr 2013-cü il 994 nömrəli tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, ¹ 212) ilə 8.5-3-cü bənd əlavə edilmişdir.

 

[6] 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, ¹ 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə 779) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə 8.6-cı bəndin əvvəlinə “öz səlahiyyətləri daxilində” sözləri, “etmək” sözündən sonra “, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək” sözləri əlavə edilmişdir.

 

[7] 25 iyun 2013-cü il tarixli 923 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2013-cü il, ¹ 137) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.9-1-ci yarımbənd əlavə edilmişdir.

 

[8] 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 83) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə 8.10-1-ci8.10-2-ci bəndlər əlavə edilmişdir.

 

[9] 26 sentyabr 2013-cü il tarixli 994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, ¹ 212) ilə 8.11-1-ci bənd əlavə edilmişdir.

 

[10] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 8.13-cü bənddə «strukturuna daxil olan qurumları» sözləri «qurumlarını» sözü ilə əvəz edilmişdir.

 

[11] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə yeni məzmunda 8.13-1-ci və 8.13-2-ci bəndlər əlavə edilmişdir.

 

[12] 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, ¹ 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə 779) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə 8.14-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.14. ölkə ərazisinə yoluxucu xəstəliklərin gətirilməsinin və həmin xəstəliklərin ölkə ərazisində yayılmasının qarşısını almaq;

 

[13] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 8.18-ci bənddə «strukturuna daxil olan qurumlarda» sözləri «qurumlarında» sözü ilə əvəz edilmişdir.

 

[14] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.27-ci bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilmişdir.

 

[15] 11 noyabr 2008-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 967) ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə yeni məzmunda 8.29-cu bənd əlavə edilmişdir, 8.29-cu bənd müvafiq olaraq 8.30-cu bənd hesab edilmişdir.

 

[16] 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 947) ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də 8.28-ci bənd 8.29-cu bənd hesab edilmişdir və yeni məzmunda 8.28-ci bənd əlavə edilmişdir.

 

[17] 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 612) ilə 9.2-ci bəndində “əlillik” sözündən sonra “, uşaqların sağlamlıq imkanlarının məhdudluğunu” sözləri əlavə edilmişdir.

 

[18] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə 9.3-cü bənddə “məktəbəqədər uşaq” sözləri “məktəbəqədər təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[19] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə 9.8-ci bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir, “, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək” sözləri çıxarılmışdır.

 

[20] 6 fevral 2013-cü il tarixli 820 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 7 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9.11. öz səlahiyyətləri daxilində tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə, tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;

 

[21] 6 fevral 2013-cü il tarixli 820 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 7 fevral 2013-cü il, ¹ 28, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, ¹ 31) ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 9.11-1-ci yarımbənd əlavə edilmişdir.

 

[22] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 9.17-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə, «strukturuna daxil olmayan» sözləri isə «digər» sözü əvəz edilmişdir.

 

[23] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 9.24-cü bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.

 

[24] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 10-cu bənddə «yerli və digər qurumları» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri ilə əvəz edilmişdir.

 

[25] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 11-ci bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[26] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 14.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilmişdir və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilmişdir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 14.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[27] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə 14.4-cü bənddə «strukturuna daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri əlavə edilmişdir.

6 iyul 2012-ci il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 iyul 2012-ci il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə 688) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.4-cü bəndində nöqtəli vergül işarəsindən əvvəl “, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir” sözləri əlavə edilmişdir.

 

[28] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin 21-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

[29] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu»na 1-ci bənddə «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilmişdir.

 

[30] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu»na 2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil

olan qurumlar:

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

 Gəncə Şəhər Səhiyyə İdarəsi

 Sumqayıt Şəhər Səhiyyə şöbəsi

Tibbi tədris müəssisələri

 Azərbaycan Dövlət Tibb Universiteti

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

 Orta Tibb İşçilərinin İxtisasartırma və Təkmilləşdirmə Tibb Məktəbi

 1 saylı Bakı Tibb Məktəbi

 2 saylı Bakı Baza Tibb Məktəbi

 Sumqayıt Tibb Məktəbi

Gəncə Tibb Məktəbi

 Mingəçevir Tibb Məktəbi

 Şəki Tibb Məktəbi

 Lənkəran Tibb Məktəbi

 Naxçıvan Tibb Məktəbi

Orta Tibb Təhsili üzrə Metodik Kabinet

Elmi tədqiqat institutları və mərkəzləri

ET Tibbi Profilaktika İnstitutu

ET Göz Xəstəlikləri İnstitutu

ET Hematologiya və Transfiziologiya İnstitutu

ET Ağ ciyər Xəstəlikləri İnstitutu

ET Mamalıq və Ginekologiya İnstitutu

ET Pediatriya İnstitutu

ET Kardiologiya İnstitutu

ET Tibbi Bərpa İnstitutu

ET Travmatologiya və Ortopediya İnstitutu

Elmi Cərrahiyyə Mərkəzi

Milli Onkoloji Mərkəz

Elmi Artroloji Mərkəz 

 Tibbi mərkəzlər və birliklər

Respublika Diaqnostika Mərkəzi

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Respublika Stomatoloji Mərkəzi

Respublika Uşaq Stomatoloji Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Respublika Xalq Təbabəti Mərkəzi

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi

Müalicə diaqnostika mərkəzləri

İnformatika və Statistika İdarəsi

 Stasionar müəssisələr

 Respublika Klinik Xəstəxanası

 Respublika Uşaq Xəstəxanası

 Respublika Müharibə və Əmək Veteranları Xəstəxanası

 Respublika Klinik Uroloji Xəstəxanası

 Respublika Doğum Evi

Mərkəzi Klinik Xəstəxana

Rayon (şəhər) mərkəzi xəstəxanaları

“Azərsutikinti” Xəstəxanası

Travmatologiya və Ortopediya Klinik Xəstəxanası

Psixiatriya Xəstəxanası

Kliniki Tibbi Mərkəz

Klinik xəstəxanalar

Klinik uşaq xəstəxanaları

Klinik psixiatriya xəstəxanaları

Uşaq yoluxucu klinik xəstəxanaları

Rayon (şəhər) xəstəxanaları

Kənd sahə xəstəxanaları

Birləşmiş şəhər xəstəxanaları

Birləşmiş şəhər uşaq xəstəxanaları

Şəhər (rayon) oftalmoloji xəstəxanaları

Uşaq Nevroloji Xəstəxanası

Təcili tibbi yardım xəstəxanaları

Tibbi bərpa xəstəxanaları

Reabilitasiya Xəstəxanası

(çıxarılıb)

Cüzam Xəstəxanası

Şəhər (rayon) doğum evləri

Uşaq Vərəm Xəstəxanası

Zöhrəvi Xəstəxana

Neyrocərrahlıq Xəstəxanası

 Dispanserlər

Respublika Dəri-Zöhrəvi Dispanseri

Dəri-zöhrəvi dispanserləri

Uşaq Dəri-Zöhrəvi Dispanseri

Vərəm əleyhinə dispanserlər

Onkoloji dispanserlər

Respublika Narkoloji Dispanseri

Narkoloji dispanserlər

Respublika Endokrinoloji Mərkəzi

Endokrinoloji dispanserlər

Psixonevroloji dispanserlər

Uşaq psixonevroloji dispanserləri

Kardioloji dispanserlər

 Ambulator-poliklinika müəssisələri

Poliklinikalar

Uşaq poliklinikaları

Stomatoloji poliklinikalar

Uşaq stomatoloji poliklinikaları

Qadın məsləhətxanaları

Tibbi-sanitar hissələr

Ambulatoriyalar

Feldşer-mama məntəqələri

Sağlamlıq mərkəzləri

Yazıçılar Poliklinikası

Ailə Planlaşdırılması Poliklinikası

Respublika Təsərrüfat Hesablı Poliklinikası

Kosmetoloji Müalicəxana

“Sağlamlıq zonası” Poliklinikası

Tələbə poliklinikaları

Reproduktiv sağlamlıq mərkəzləri

Rayon (şəhər) mərkəzi poliklinikaları

 Sanitariya-epidemioloji xidmət müəssisələri

 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

 Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri

 Respublika Taun Əleyhinə Stansiyası

 Rayonlararası Taun Əleyhinə şöbələr

 Respublika Sanitariya-Karantin Müfəttişliyi

 Profilaktik dezinfeksiya şöbələri

 Dezinfeksiya stansiyaları

Təcili yardım müəssisələri

 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

 Şəhər (rayon) Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyaları

 Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazası

 Təcili və Təxirəsalınmaz yardım stansiyaları

 Əczaçılıq idarə və müəssisələri

İnnovasiya və Təchizat Mərkəzi

Bakı Şəhər Apteklər İdarəsi

Bakı Şəhər Apteklər İdarəsinin aptek anbarı

Sumqayıt Mərkəzi Aptek Bazası

Rayonlararası aptek anbarları

Tibbi Texnikanın Təmiri və Quraşdırma Baza Zavodu

Apteklər

Əczaçılıq və Tibb Sənayesi Birliyi

Xüsusi Tibbi Təchizat Bazası

 Sanatoriyalar

Vərəm Əleyhinə sanatoriyalar

Uşaq vərəm sanatoriyaları

Respublika Uşaq Sümük-Vərəm Sanatoriyası

Uşaq qastroenteroloji sanatoriyası

Uşaq kardio-revmatoloji sanatoriyaları

Uşaq psixo-nevroloji sanatoriyaları

Uşaq kardioloji sanatoriyası

Uşaq uroloji sanatoriyası

Respublika uşaq sanatoriyası

“Mərdəkan” sanatoriyası

“Zuğulba” sanatoriyası

 “Qalaaltı” sanatoriyası

“Şuşa” uşaq sanatoriyası

Körpələr evi

Qan bankları

Elmi-Tibbi Kitabxana

Azərbaycan Təbabəti Muzeyi

        “Azərbaycan Tibb Jurnalı”

        Tikilməkdə olan obyektlərin müdiriyyəti

       " Tibb" qəzeti