|
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi tərəfindən
08 iyul 1998-ci il tarixdə
qeydiyyata alınmışdır. Qeydiyyat №
116 ________________S.Həsənova |
Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
kollegiyasının 15 iyun 1998-ci il tarixli
13-9 nömrəli qərarı ilə təsdiq edilmişdir. ________________prof.
Ə.Nağıyev |
Tikinti, quraşdırma və təmir-tikinti
bölməsinə daxil
olan qulluqçu vəzifələrin əlifba
sırası ilə adları və
dərəcələr diapazonu
QULLUQÇU
VƏZİFƏLƏRİNİN
VAHİD TARİF-İXTİSAS
SORĞU KİTABÇASI
HİSSƏ-3
Bölmə: tikinti, quraşdırma və
təmir-tikinti işləri
Bakı 1998
Tikinti, quraşdırma və təmir-tikinti
bölməsinə
daxil olan qulluqçu vəzifələrin
əlifba sırası ilə
adları və dərəcələr
diapazonu
|
Sıra №-si |
Vəzifələrin
adları |
Dərəcələr
diapazonu |
Səhifə |
|
1 |
2 |
3 |
4 |
|
1. Rəhbərlər |
|||
|
1.
Baş mütəxəssislər: |
13-17 |
7 |
|
|
Baş qaynaqçı |
13-16 |
7 |
|
|
Baş dispetçer |
13-16 |
8 |
|
|
Baş energetik |
13-16 |
9 |
|
|
Baş iqtisadçı |
13-16 |
11 |
|
|
Baş geodezist |
13-16 |
13 |
|
|
Baş markşeyder |
13-16 |
14 |
|
|
Baş mexanik |
13-16 |
15 |
|
|
Baş mühəndis |
16-17 |
18 |
|
|
Baş texnoloq |
13-16 |
20 |
|
|
Baş hidrogeoloq |
13-16 |
21 |
|
|
2
İnşaat laboratoriyasının rəisi |
12-13 |
24 |
|
|
3
İş icraçısı |
8-9 |
26 |
|
|
4 Böyük iş
icraçısı (sahə rəisi) |
10-11 |
29 |
|
|
5
Layihə-smeta bürosunun (qrupunun) rəisi |
13-14 |
33 |
|
|
6 Sahə
rəisləri: |
7-12 |
35 |
|
|
İnşaat maşın və mexanizmlərinin əsaslı
köçürülmə sahəsinin rəisi |
17-12 |
35 |
|
|
İstehsalat-texnoloji komplektləşdirmə
idarəsinin (İTKİ) istehsalat-komplektləşdirmə
sahəsinin rəisi |
7-12 |
37 |
|
|
Yükvurma-yükboşaltma işləri sahəsinin rəisi |
7-12 |
39 |
|
|
Kranaltı yolların qurulması və istismarı
sahəsinin rəisi |
7-12 |
40 |
|
|
Plan-xəbardaredici təmir sahəsinin rəisi |
7-12 |
42 |
|
|
7
Tikilməkdə olan müəssisələrin müdriyyəti: |
|
46 |
|
|
Direktor |
16-17 |
46 |
|
|
Baş mühəndis |
15-16 |
47 |
|
|
8
Tikinti-quraşdırma işləri üzrə usta |
6-10 |
50 |
|
|
Trestin (və ya ona bərabər tutulan təşkilatın) 9 rəhbəri,
tikinti idarəsinin (və ya ona bərabər)
tutulan təşkilatın) rəisi |
16-17 |
54 |
|
|
10
Şöbə rəisi: |
|
57 |
|
|
Əsas
şöbələr: |
|||
|
Əməyin və əmək haqqının təşkili
şöbəsinin rəisi |
11-14 |
57 |
|
|
Əməyin mühafizəsi və təhlükəsizlik
texnikası
şöbəsinin rəisi |
11-14 |
59 |
|
|
Əsaslı tikinti şöbəsinin rəisi |
11-14 |
62 |
|
|
İstehsalatın hazırlığı şöbəsinin
rəisi |
11-14 |
63 |
|
|
İstehsalat şöbəsinin rəisi |
11-14 |
65 |
|
|
Konstruktor şöbəsinin rəisi |
11-14 |
67 |
|
|
Smeta-müqavilə şöbəsinin rəisi |
11-14 |
68 |
|
|
Tikintinin mexanikləşdirmə trestinin maşın və
mexanizmlərinin istismar və təmir şöbəsinin rəisi |
11-14 |
69 |
|
|
Tikinti şirkət,konsern,birlik (və ya onlara bərabər
tutulan müəssisələrin) aparatında məlumat
(informasiya) və xarici əlaqələr
şöbəsinin rəisi |
11-14 |
71 |
|
|
Köməkçi
şöbələr: |
|||
|
Evtikmə kombinatlarının (və ya onlara bərabər
tutulan müəssisələrin) komplektləşdirmə
şöbəsinin rəisi |
10-13 |
74 |
|
|
Evtikmə kombinatlarının (və ya onlara bərabər
tutulan müəssisələrin) nəqliyyat şöbəsinin
rəisi |
10-13 |
76 |
|
|
İstehsalat-texnoloji komplektləşdirmə
idarəsinin (İTKİ) operativ-istehsalat şöbəsinin
rəisi |
10-13 |
78 |
|
|
İstehsalat-texnoloji komplektləşdirmə
idarəsinin (İTKİ) daşınma və realizasiya
şöbəsinin rəisi |
10-13 |
80 |
|
|
İstehsalat-texnoloji komplektləşdirmə
idarəsinin (İTKİ) komplektləşdirmə
şöbəsinin rəisi |
10-13 |
82 |
|
|
Yardımçı istehsalatlar şöbəsinin rəisi |
10-13 |
84 |
|
|
Yardımçı kənd təsərrüfatı şöbəsinin
rəisi |
10-13 |
85 |
|
|
Sosial inkişaf şöbəsinin rəisi |
10-13 |
87 |
|
|
Tikinti-quraşdırma
işlərinin keyfiyyətinə nəzarət
şöbəsinin rəisi |
10-13 |
89 |
|
|
Tikinti təşkilatlarının avadanlıq şöbəsinin
rəisi |
10-13 |
91 |
|
|
II. Mütəxəssislər |
|||
|
1
Geodezist |
6-11 |
94 |
|
|
2
Layihə-smeta bürosunun (qrupunun)
mühəndisi |
6-11 |
97 |
|
|
3
Mexaniklər: |
6-11 |
100 |
|
|
İnşaat maşın və mexanizmlərinin əsaslı
köçürülmə sahəsinin mexaniki |
6-11 |
100 |
|
|
Kranaltı yollarının qurulması və
istismarı
sahəsinin mexaniki |
6-11 |
102 |
|
|
Plan-xəbərdaredici təmir sahəsinin mexaniki |
6-11 |
103 |
|
|
Tikinti sahəsinin mexaniki |
6-11 |
106 |
|
|
4
Memar |
6-13 |
109 |
|
|
5
Müqavilə və iddia üzrə iqtisadçı |
6-11 |
112 |
|
|
6
Mühəndis-energetik |
6-11 |
115 |
|
|
7
Texniklər |
4-8 |
118 |
|
|
İstehsalatın hazırlığı üzrə texnik |
4-8 |
118 |
|
|
Texnik-geodezist |
4-8 |
119 |
|
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK
VƏ ƏHALİNİN SOSİAL
MÜDAFİƏSİ
NAZİRLİYİ
15 iyun 1998-ci il
13-9 №-li
Kollegiya Qərarı ilə təsdiq
edilmişdir.
GİRİŞ
1. Tikinti sahəsinə aid olan
qulluqçu vəzifələri üzrə Vahid Tarif İxtisas
Sorğu Kitabçası Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı "Fəhlə
peşələri və qulluqçu vəzifələri üzrə
ümumrespublika Təsnifatının və fəhlə peşələri
və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas
Sorğu Kitabçalarının işlənib hazırlanması
haqqında" qərarının icrası ilə əlaqədar.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafəsi Nazirliyinin hazırladığı proqram və
tövsiyyələrə əsasən hazırlanmışdır.
2. Tarif İxtisas Sorğu
Kitabçası Azərbaycan Respublikasında mülkiyyət
formasından asılı olmayaraq tikinti sahəsinə aid olan
rəhbərlər və mütəxəssislərin düzgün seçilməsi
və yerləşdirilməsi, işgüzarlığının
artırılması, onların arasında əmək
bölgüsünün təşkil edilməsində, vəzifə
borclarının, əməyin ödənilmə dərəcələrinə
ixtisas tələblərinin müəyyənləşdirilməsində,
əmək kitabçalarının düzgün doldurulmasında, sahənin
struktur bölmələri haqqında əsasnamələrin
hazırlanmasında, rəhbərlərin və mütəxəssislərin
attestasiyasının keçirilməsində istifadə edilən
yeganə normativ sənəddir.
3. Bu kitabçaya Tikinti sahəsinə xas
olan spesifik qulluqçu, vəzifələri daxil edilmişdir. Digər
qulluqçu vəzifələri üzrə tarif-ixtisas xüsusiyyətləri
Vahid Tarif-İxtisas Sorğu Kitabçasının "bütün sahələr
üçün ümumi olan qulluqçu vəzifələri" bölməsində
öz əksinin tapmışdır.
4. Tikinti sahəsinə aid olan
qulluqçu (məsələn: memar, geodezist, mexanik və sairə
bu kimi) vəzifələri üçün ali təhsil normativ tələb
sayılır. Bu vəzifələrin aşağı dərəcələri
üzrə tələblərində orta-ixtisas təhsilin
olmasına yol verilir.
5. Rəhbərlərin əməyinin
ödənilmə dərəcələri tikinti təşkilatların
növünə (idarə, trest, şirkət və s.) əsasən
müəyyənləşdirilir.
6. Kitabçada tikinti sahəsinə aid
olan qulluqçu vəzifələri üzrə əməyin ödənilməsinə
qoyulan ixtisas tələbləri bəzi hallarda 2 dərəcə
üzrə müəyyənləşdirilir ki, bu da işçilərin vəzifə
borcunun mürəkkəbliyindən, cavabdehlik səviyyəsindən
və müxtəlifliyindən irəli gəlir, Belə hallarda rəhbərlərin
və mütəxəssislərin attestasiyası zamanı real
işçilərin vəzifə borclarının mürəkkəbliyinin,
cavabdehlik səviyyəsinin, müxtəlifliyinin nəzərə
alınmasına, konkret olaraq bu və ya digər dərəcənin
müəyyən edilməsinə imkan yaradır.
7. Ödəniş dərəcələrinə
qoyulan ixtisas tələblərinə əsasən xüsusi
hazırlığı və ya iş stajı olmayan, ancaq vəzifə
borcunu keyfiyyətlə yerinə yetirən və praktiki təcrübəsi
olan işçilər attestasiyası komissiyasının təklifi
ilə müstəsna hallarda xüsusi hazırlığı və
iş stajı olan işçilər kimi hər hansı bir vəzifəyə
təyin edilə bilərlər.
TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ
I RƏHBƏRLƏR
I BAŞ MÜTƏXƏSSİSLƏR
BAŞ QAYNAQÇI
Vəzifə
borcu. Qaynaq işlərinin
icrasına texniki rəhbərliyi həyata keçirir. Qaynaq işlərinin
yerinə yetirilməsi və onların keyfiyyətinin
yaxşılaşdırılması zamanı, əmək
sürfinin azaldılmasını təmin edən, qaynağın
mütərəqqi metodlarının işlənməsini və
istehsalata tətbiqini təşkil edir. Tikinti obyektlərinin
qaynaq işləri hissəsinin texniki sənədlərini və
razılaşdırır. Yeni qaynaq avadanlığının
tətbiqi, əməyin elmi təşkili,
texnologiyasının təkmilləşdirilməsi, zay
olmanın aradan qaldırılması və işlərin
keyfiyyətinin yüksəldilməsi üzrə işləri
aparır. Qaynaq və qaynaq rejiminin texnologiyasına, materal sərfinin
normalarına, avadanlıqların istismarının texniki
qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası qaydalarına riayət olunmasına nəzarəti
həyata keçirir. Qaynaq işlərinin lazımi material və sənədlərlə
təmin olunmasına nəzarət edir. Qaynaqş
avadanlığının
pasportlaşdırılmasını və uçotunu təşkil
edir. Əməyin məhsuldarlığının, ehtiyatlardan
istifadə etməklə, artırılması ilə əlaqədar
işlərin yerinə yetirilməsini təşkil edir. Qaynaq
işlərinin yerinə yetirilməsi metodlarının və
texnologiyasının təkmilləşdirilməsi üzrə tədqiqat
və eksperimental işlərə rəhbərlik edir. Trestin
istehsal bazasının yenidənqurulması və onun texniki cəhətdən
silahlandırılması, texnoloji proseslərin kompleks mexanikləşdirilməsi
və avtomatlaşdırılması üsullarının tətbiqi
üzrə təkliflərin hazırlanmasında,
avadanlıqların plan-xəbərdaredici və əsaslı
təmir qrafiklərinin işlənməsində iştirak
edir. Qaynaqçılara olan tələbatı müəyyən edir və
onların hazırlığını və
attestasiyasını, qəbul edilmiş qaydada, təşkil
edir. Elmi-texniki nailiyyətlərin, qaynaq işlərinin yerinə
yetirilməsi üzrə mütərqqi təcrübənin öyrənilməsi
və tətbiqi üzrə işi təşkil edir. Qaynaq işlərinin
təkmilləşdirilməsi üçün elmi-tədqiqat və layihə-texnoloji
təşkilatları ilə əlaqələr yaradır.
Tikinti təşkilatlarının bölmələrində
qaynaqçıların işinə metodiki rəhbərliyi həyata
keçirir.
Bilməlidir:
müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını,
sərəncamlarını, əmrlərini, istehsalın
texnoloji hazırlığı və qaynaq işləri
texnologiyasının, habelə icrasının təşkili
üzrə metodiki sənədləri və qüvvədə olan
normativ-hüquqi aktları; qaynaq avadanlığının istehsal
gücünü, texniki xarakteristikasını, kostruktiv xüsusiyyətlərini
və iş rejimini, onun istismar qaydalarını;
qaynağın metod və üsullarını, texniki sənədlərin
işlənməsi və tərtibi üzrə əsasnamələri,
təlimatları və digər aidiyyatlı normativ-hüquqi
aktları; qaynaq zamanı istifadə olunan materiallara qoyulan tələbləri:
onların sərfi normasını; qaynaq
avadanlığının təmirinin təşkilini; qaynaq
işləri üzrə standartları və texniki şərtləri,
tikinti norma və qaydalarını; qaynaq zədələrinin
növlərini və onların aradan çıxarılması
üsullarını; qaynaq işlərinin təşkili və
texnologiyası sahəsində qabaqcıl milli (yerli) və beynəlxalq
təcrübəni; iqtisadiyyatın və istehsalın, əməyin
və idarəetmənin təşkilinin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizə üzrə norma və qaydaları.
İxtisas
tələbləri. Ali texniki təhsil
və tikinti təşkilatlarında ixtisas üzrə rəhbər
və mühəndis-texniki vəzifələrində 5 ildən az
olmayaraq iş stajı.
BAŞ
DİSPETÇER
Vəzifə
borcu. Tikinti təşkilatının bölmələrinin
ritmik işinin təmin olunmasına, yardımçı
istehsalatın vaxtında və eyni miqdarda məhsul
buraxılmasına, işin, istehsal proqramına və təqvim
qrafiklərinə müvafiq, yerinə yetirilməsinə yönəldilmiş
istehsal proseslərinin tənzimlənməsini həyata keçirir,
istehsal proseslərinin gedişinin xəbərdarlığı
və pozuntuların aradan qaldırılması üzrə tədbirlər
görür və pozuntuların ləğv olunması üçün təşkilatın
lazımi xidmətini cəlb edir. Bölmələrin və
subpodrat təşkilatların işini istiqamətləndirir.
Tikilən obyektlərin materiallarla, konstruksiyalarla (hissələrlə)
inşaat maşın və mexanizmlərlə, nəqliyyatla və
yükləmə-boşaltma vasitələri ilə təmin
olunmasına nəzarət edir. İstehsalın gedişinə
əməli nəzarət üçün lazım olan plan sənədlərinin
vaxtında alınmasını təmin edir. İstehsalın əməli
idarəolunması sahəsində qabaqcıl milli və beynəlxalq
təcrübəni öyrənir, istehsal
planlaşdırılmasının, dispetçerləşdirilməsinin
və əməli uçotunun təkmilləşdirilməsi üzrə
tədbirlərin işlənməsində və
realizasiyasında, istehsalın gedişinə, istehsalın əməli
idarəolunmasına texniki vasitələrin tətbiqi ilə əlaqədar
nəzarətdə iştirak edir. Əməli iclaslarda
iştirak edir. Tikinti təşkilatının bölmələrinin
dispetçer xidmətinə rəhbərliyi həyata keçirir, onlar tərəfindən
dispetçer jurnalının və digər texniki sənədlərin
aparılmasına nəzarət edir.
Bilməlidir:
müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını,
sərəncamlarının əmrlərini, tikinti
istehsalının əməli idarəedilməsinə, tikintidəistehsal
planlaşdırılmasının təşkilinə dair
metodiki, normativ və digər sənədləri, tikintinin
dispetçerləşdirilmə və kompyuterləşdirmə
sistemini, tikinti təşkilatlarının, həmçinin subpodrat
və xidməti təşkilatların strukturunu,
ixtisaslaşdırılmasını, istehsalat əlaqələrini
və onların inkişaf perspektivlərini; tikinti təşkilatında
istehsal anbarlarının, nəqliyyat və yükləmə-boşaltma
işlərinin təşkilini; tikinti istehsalının əməli
idarəolunmasına dair qabaqcıl milli və beynəlxalq təcrübəni;
əməyin, istehsalın və idarəetmənin
iqtisadiyyatının, texnologiyasının və təşkilinin
əsaslarını; əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğından mühafizənin norma
və qaydaları.
İxtisas
tələbləri. Ali texniki və ya mühəndis-iqtisadi təhsil
və müəssisənin profilinə uyğun dispetçer və ya
digər rəhbər və mühəndis-texnik vəzifələrdə
5 ildən az olmayaraq iş stajı.
BAŞ ENERGETİK
Vəzifə
borcu. Tikinti təşkilatının
tikinti obyektlərinin, yardımçı və xidmət təsərrüfatlarının
enerji təchizatını təmin edir. Energetika
avadanlıqlarının texniki cəhətdən düzgün
istismarını və təmirini, enerjinin qənaətlə
sərfinə nəzarəti təşkil edir. Enerji sexlərinin
və təsərrüfatının, kommunikasiyaların təmiri
qrafiklərinin, istehsal və istehsalat bölmələri tərəfindən
elektrik enerjisinə, yanacağa, buxara, qaza, suya,
sıxılmış havaya tələbatını, yanacaq və
enerjinin bütün növlərinin sərfi normalarını, həmçinin
avadanlıqların, materialların, enerji təsərrüfatının
istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə
edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini
planlaşdırır. Enerji ehtiyatlarının sərfi
normasının aşağı salınması, enerji
qurğularının daha davamlı və təhlükəsiz
işinə, həmçinin əmək məhsuldarlığının
yüksəldilməsinə imkan yaradan yeni texnikanın tətbiqi
üzrə tədbirlərin işlənməsini təmin edir.
Trestin istehsalat bazalarının perspektiv inkişaf
planlarının və əməyin mühafizəsi şəraitinin
yaxşılaşdırılmasının kompleks
planlarının işlənməsində iştirak edir. Yenilərinin
layihələndirilməsinə və mövcud enerji obyektlərinin
yenidənqurulmasına texniki tapşırığı tərtib
edir. Elektirik qurğularının, qazan və təzyiq
altında işləyən qabların, nəzarət-ölçü,
elektrik və metiliktexnikası cihazlarının təhlükəsiz
istismarına, yeraltı qurğuların və
kommunikasiyaların qorunması üzrə işlərin
aparılmasına nəzarəti təmin edir. Uçot, nəzarət,
müdafiə və avtomatlaşdırma cihazlarının təmirini
və yoxlanılmasını, həmçinin təzyiq altında
işləyən qazan və qabların vaxtında Dövlətenerjinəzarət
müfəttişliyinə təqdim olunmasını təşkil
edir. Əməyin mühafizəsi və təhlükəsizlik
texnikası qaydalarına riayət olunmasına nəzarət
edir. Digər xidmətlərlə birgə əməyin təhlükəsizliyi
üzrə standartlarının tətbiqində iştirak edir.
Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisinin və
yanacağın uçotu və sərfinin təhlilini, enerji təsərrüfatının
işlərinin texniki-iqtisadi göstəricilərinin, qəzalar,
onların səbəblərinin və azalıb
çoxalmasının inventar uçotunu təşkil edir. Enerji
qurğularının qış şəraitində işləməsi
üzrə hazırlıq tədbirlərini işləyir və
onların yerinə yetirilməsinə nəzarət edir.
Profilaktik təmirlərin, texniki yolamanı və təzyiq
altında işləyən buxarlı
suqızdırıcı qabların, aparatların, istisu və
buxar kəmərlərinin hazırlıq planlarının
yerinə yetirilməsinə nəzarət edir. Enerji təsərrüfatı
sahələrindən əməyin elmi təşkilini, iş
yerlərinin attestasiya və səmərələşdirilməsinin,
təmir və istismarın yeni mütərəqqi
metodlarının tətbiqini təmin edir. Enerji
avadanlıqlarının təkmilləşdirilməsinə
dair səmərələşdirici təkliflər və
ixtiralar üzrə rəylər verir və qəbul edilmiş təkliflərin
tətbiqini təşkil edir. İstehsalatda bədbəxt hadisələrin
tədqiqində, işçilərin əməyin mühafizəsi üzrə
biliyini yoxlayan komissiyanın işində iştirak edir. Tikinti
təşkilatlarının və onun bölmələrinin enerji
təsərrüfatının işçilərinə rəhbərlik
edir. Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarını, əmrlərini,
tikinti istehsalının enerji xidməti üzrə metodiki, normativ
və digər aidiyyatı sənədləri; enerji təsərrüfatının
təşkilini, onun texniki istismarının
qaydalırını və təmir aparılmasının
texnologiyasını; plan-xəbərdaredici Vahid təmir sistemini
və avadanlığın səmərəli
istismarını; enerji avadanlıqlarının istehsal gücünü,
texniki xarakteristikasını, konstruktiv xüsusiyyətini və
iş rejimini (enerji istifadə edən qurğuların)
onların istismar qaydalarını; yanacaq-enerji
ehtiyatlarının sərfi normasının işlənməsi
qaydalarını; iqtisadiyyatın, istehsalın, əməyin və
idarəetmənin təşkilinin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
istehsalat sanitariyası, təhlükəsizlik texnikası və
yanğından mühafizənin norma və qaydalarını.
İxtisas
tələbləri. Ali texniki və
tikinti təşkilatlarında ixtisas üzrə rəhbər və
mühəndis-texniki vəzifələrdə 5 ildən az olmyaraq
iş stajı.
BAŞ
İQTİSADÇI
Vəzifə
borcu. Daha az material, əmək və
maliyyə vəsaitlərinin sərfi zamanı yüksək nəticələr
əldə edilməsinə, əmək məhsuldarlığının
artması tempinin, istehsalın rentabelliyinin yüksəldilməsinin
və tikintinin maya dəyərinin aşağı
salınmasının sürətləndirilməsinə, əmək
məhsuldarlığının və əmək
haqqının uyğun artması templərinə yönəldilmiş
və tam təsərrüfat hesabını və özünümaliyyələşdirməni
təmin edən təşkilatı-iqtisadi fəaliyyətinin
təşkilini və təkmilləşdirilməsini həyata
keçirir. Sifarişçilərlə titul siyahısının
baxılmasını, razılaşdırılmasını,
podrat və subpodrat müqavilələrinin bağlanmasını
təmin edir. Tikinti təşkilatının bölmələrinin
istehsalın inkişaf planlarının, tərtibi, işlənməsi
və tikinti maliyyə planlarının və təsərrüfatdaxili
ehtiyatların aşkar edilməsi və istifadəsi üzrə tədbirlərin
həyata keçirilməsinə dair fəaliyyətinin metodiki rəhbərliyini
və istiqamətləndirilməsini yerinə yetirir. Nəzarət
reqlamentlərinə uyğun olaraq perspektiv iqtisadi və
inkişaf planlarını işləyir. Material və əmək
normativlərinin, iqtisadi həvəsləndirmə fəndlərinin
yaradılması üzrə işləri aparır.
İstehsalın təşkilinin təkmilləşdirilməsi
üzrə işdə iştirak edir. Əmək məhsuldarlığının
və tikinti istehsalının səmərəliliyinin yüksəldilməsinə
təşkilatın təsərrüfat sərbəstliyini və
iqtisadi məsuliyyətinin möhkəmləndirilməsinə yönəldilmiş
təkliflər hazırlayır. Texniki-iqtisadi planlaşdırma,
plan-hesablama qiymətlərinin işlənməsi, səmərələşdirici
təkliflərin, ixtiraların iqtisadi səmərəliliyinin
hesablanması üzrə metodiki sənədlərin, yeni
texnikanın və əməyin elmi təşkilinin öyrənilməsi
üzrə tədbirlərin hazırlanmasını təşkil
edir. Metodiki rəhbərliyi, təsərrüfatdaxili fəaliyyət
mühitinin təkmilləşdirilməsi və genişləndirilməsi
üzrə işlərin təşkilini həyata keçirir. Tikinti təşkilatlarının
maliyyə fəaliyyətinin təşkilini nəzarətini təmin
edir. Plan və uçot sənədlərinin səmərəli
işlənməsinin, həmçinin təsərrüfat fəaliyyətinin
planlaşdırma, uçot və təhlili sahəsində
mexanizasiya üsullarının tətbiqini təşkil edir. Plan
tapşırıqlarının yerinə yetirilməsinin
gedişinə, tikinti təşkilatlarının və onun
bölmələrinin istehsal-təsərrüfat fəaliyyətinin
kompleks iqtisadi təhlilinin aparılmasına nəzarəti təmin
edir. İqtisadi məsələlər üzrə tədqiqatların
aparılmasını təşkil edir. İqtisadiyyat üzrə
müşavirələrin, konfransların hazırlanmasını
və aparılmasını təmin edir. Kadrların iqtisadi təhsilini
təmin edir. Kollektiv və fərdi müqavilələrin işlənməsi
və onun tədbirlərinin yerinə yetirilməsində
iştirak edir. Kadrların iqtisadi təhsilini təmin edir.
Kollektiv və fərdi müqavilələrin işlənməsi və
onun tədbirlərinin yerinə yetirilməsində iştirak
edir. İqtisadi işləri yerinə yetirən bölmələrə
rəhbərlik edir İstehsala dair iqtisadi cəhətdən
daha məqsədəuyğun məsələləri rəhbərlik
tərəfindən tətbiqi imkan yaradır.
Bilməlidir:
tikintinin inkişaf istiqamətlərini müəyyən
edən dövlət qərar və qətnamələrini; müvafiq
icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını,
əmrlərini, tikinti təşkilatlarında iqtisadi işlərin
təşkili üzrə metodiki, normativ və digər
aidiyyatı sənədləri; təşkilatın texniki və
iqtisadi inkişafının perspektivlərini; iqtisadiyyatı,
istehsalın, əməyin və idarəetmənin
texnologiyasının və təşkilinin əsaslarını;
idarəetmənin iqtisadi metodlarını; yeni texnika və
texnologiyanın, səmərələşdirici təkliflərin
və ixtiraların tətbiqi üzrə tədbirləri; tikinti təşkilatlarının
plan işinin və maliyyə fəaliyyətinin təşkilinin
forma və metodlarını; mülki və əmək
qanunvericiliyinin əsasların; tikintinin iqtisadiyyatı sahəsində
elmin nailiyyətlərini və qabaqcıl və beynəlxalq təcrübəni;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğından mühafizənin norma
və qaydalarını.
İxtisas
tələbləri. Ali iqtisadi və
ya mühəndis-iqtisadi təhsil və müəssisənin profilinə
uyğun rəhbər və iqtisadi vəzifələrdə 5
ildən az olmayaraq iş stajı.
BAŞ
GEODEZİST
Vəzifə
borcu. Bina və qurğuların layihələrə
uyğun dəqiq nişanlanmasını, bölünmə əməliyyatlarının
görülməsini və inşa olunmasını təmin etmək məqsədilə,
vaxtlı-vaxtında kompleks geodeziya işlərinin yerinə
yetirilməsini təşkil edir. Səmərəli
metodların, ölçü və nəzarətedici vasitələrin
istifadə edilməsinə, çöl və kameral işlərin icra
olunma vaxtının müəyyənləşdirilməsinə,
geodeziya təminatına aid normativ sənədlərin tətbiq
və onların tələblərinə riayət edilməsinə
aid geodeziya təminatı üzrə işlərə texniki və
metodiki rəhbərdik edir. Geodeziya işlərinin (çöl
jurnallarının aparılması, çıxartmalar, zəruri
köçürmələr, o cümlədən açıq xəndəklərdəki
yeraltı kommunikasiyaların, geodeziya icra sənədlərinin
işlənib hazırlanması və saxlanması) yerinə
yetirilməsinə nəzarət edir. Ən məsuliyyətli
və mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində
iştirak edir, Geodeziya ölçü və nəzarətedici vasitələrinin
uçotunu aparır, onlara olan tələbatı müəyyənləşdirir,
vaxtlı-vaxtında onların təmirinin və müvafiq idarələr
tərəfindən yoxlanılmasını təşkil edir.
Bina və
qurğuların imza inşa prosesində xətti istehsalat heyət
tərəfindən layihələrdəki həndəsi
parametrlərin dəqiqliyini təmin etmək işinə seçmə
üsulla nəzarət edir. Tikinti norma və qaydalarında (Tİ
v.ə Q) və layihə sənədlərində həndəsi parametrlərə
qoyulan tələblərn pozulması haqqında ümumi jurnalda
qeydlər aparır və bu barədə idarə rəhbərlərini
xəbərdar edir. Geodeziya işlərinə aid yeni metod və
vasitələri istehsaltada tətbiq edir. Geodeziya bölgü əsaslarının
sifarişindən qəbul edilməsində iştirak edir.
Tikinti təşkilatlarının bölmələrində
geodeziya təminatı işlərini təşkil edir və əlaqələndirir.
Geodeziya işlərinin icra layihələrini
araşdırır və razılaşdırma üçün
hazırlayır. İllik və perspektiv təkmilləşdirilmiş
metodlarla aparılmasına və yeni texnikanın tətbiq
olunmasına aid işlər görür. Lazımi hesabatın tərtib
edilməsini təmin edir. Geodeziya xidmətinin ixtisasnın
artmasını, geodeziya işlərinin icra olunma
metodlarının öyrənilməsini və istehsalat təlimatlarının
keçirilməsini təşkil edir.
Bilməlidir:
Geodeziya işlərinin icrası üzrə
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini, digər istinad edilən, rəhbər tutulan
metodiki və normativ sənədləri; geodeziya alətlərini
və onların istismar olunma qaydalarını; geodeziya işlərinin
icrasının təşkil olunmasını və
texnologiyasını; iqtisadiyyatın, tikinti
istehsalatının təşkilinin və
texnologiyasını, əmək və idarəetmənin əsaslarını;
tikinti və geodeziya işlərində yol verilə bilən
artıq-əksikliyi; geodeziya işlərinin icra olunma sahəsində
qabaqcıl milli və beynəlxalq təcrübəni; əmək
qanunvericiliyinin əsaslarını; geodeziya işlərinin
icrasında əmək mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizə üzrə norma və qaydaları.
İxtisas
tələbləri. Ali texniki təhsil
və tikinti və ya layihə təşkilatlarında mühəndis-texniki
və rəhbər vəzifələrində ixtisas üzrə 5
ildən az olmayaraq iş stajı.
BAŞ
MARKŞEYDER
Vəzifə
borcu. Markşeyder işlərinin
icrasına, yeraltı və açıq dağ-mədən
süxurlarında, filiz mədənləri və tikinti
meydançalarında plana alma (çəkiliş) və ölçülmə
işlərinə rəhbərlik edir. Yeraltı markşeyder
çəklişlərinin istiqamətləndirilməsində, yüksəklik
nöqtələrinin köçürülməsində, qazmaların dəqiq (məsul)
görüşməsinin layihələndirilməsində, dağ-mədən
qazmalarının qarşılıqlı quyularla
("zaboy") aparılmasında, qaldırıcı komplektlərin
həndəsi sxemlərinin və şaxta divar və gövdə
keçiricilərin, şaquliliyinin yoxlanmasında iştirak edir.
Dağ-mədən qazmalarının verilmiş (düzgün) istiqamətdə
aparılmasını təmin edir.
Dağ-mədən
keçid işlərinin aparılmasına, faydalı
qazıntıların balans ehtiyatlarının səmərəli
istifadə olunmasına, ehtiyatların istifadə
olunmasının düzgün uçotunun təşkilinə, yerinə
yetirilən dağ-mədən işlərinin həcminə və
eləcədə istehsal prosesində yol verilən itkilərə
nəzarət edir. Podratçı təşkilatlar tərəfindən
görülən markşeyder işlərinin qəbulunu təmin edir.
Qurğuların dağ-mədən qazma işlərinin zərəli
təsirindən mühafizə olunması, qorunma məqsədilə
aparılan dağ-mədən qazmaları üzrə tədbirlərin
işlənib hazırlanmasına, işçi planlarının,
sxemlərin kəsiklərinin (profillərinin) hesabat və digər
texniki sənədlərinin tərtib olunmasına rəhbərlik
edir. Müəssisələrin tikinti və yenidənqurma layihələrinin
baxılmasında iştirak edir. Markşeyder işləri üzrə
tədqiqatların aparılmasını markşeyder ölçülmələrinin
yeni mütərəqqi metodlarının tətbiq edilməsini təşkil
edir. Əsas ıə mübadilə ediləcək markşeyder sənədlərinin
vaxtlı-vaxtında tərtib olunmasını və
artırılmasını təmin edir.
Şöbənin
(xidmətin) işçilərinə rəhbərlik edir,
markşeyder işlərinin aparılması ilə əlaqədar
bölmələrin fəaliyyətini əlaqələndirir.
Bilməlidir: markşeyder
xidmətinin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki və
normativ sənədləri; markşeyder
avadanlığının texniki istismar qaydalarını; yer səthinin
qalxıb-düşməsinə, qorunan obyektlərin vəziyyətinə
aid müşahidə metodlarını; iqtisadiyyatın,
istehsalatın təşkilinin, əməyin və idarəetmənin
əsaslarını; markşeyder işlərinin icra
olunmasına. aid mütərəqqi təcrübələri; əmək
qanunvericiliyinin əsaslarını; dağ-mədən işlərinin
təhlükəsiz aparılması qaydlarını markşeyder
işlərinin icra olunmasında əmək mühafizəsinin, təhlükəsizlik
texnikasının, istehsalat sanitariyasının və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
İxtisas
tələbləri. Ali texniki təhsil
və müəssisənin profilinə uyğun rəhbər və
mühəndis-texniki vəzifələrdə 5 ildən az
olmayaraq, iş stajı.
BAŞ MEXANİK
Vəzifə
borcu. İnşaat maşınlarının, avtonəqliyyatın
və avadanlıqların tikinti meydançalarında və təşkilatın
təsərrüfatında texniki cəhətdən düzgün
istismarını və fasiləsiz işini təmin edir, həmçinin
onların təhlükəsiz istismarını və istifadə
növbəsinin artırılmasını təmin edir və nəzarətdə
saxlayır. Baxışların, sınaqların və
inşaat maşınlarının və
avadanlıqlarının mövcud normativ-texniki sənədlərə
müvafiq əməli (profilaktik) təmirinin işləmə
planlarını təşkil edir, bu planları təsdiq edir və
onların yerinə yetirilməsinə nəzarət edir.
Maşınların işini idarə edən müasir
üsulların, texniki xidmətin və təmirin mütərəqqi
metodlarının tətbiqini təşkil edir. Əmək sərfinin,
maşınların istismar və təmirinin dəyərinin
azaldılması üzrə tədbirləri həyata keçirir.
Plan-xəbərdaredici təmirinin aparılmasını
planlaşdırır və təşkil edir. İnşaat
maşınlarının, avadanlıqların, cihazların
sınaqdan keçməsinə nəzarət edir. Təşkilatın
tikinti obyektləri və müəssisələrinin inşaat
maşınlarına, avadanlıqlara, ehtiyat hissələrinə,
sürtkü-yanacaq materiallarına cari və perspektiv tələbatını
müəyyən edir və onların alınması üçün
sifarişləri tərtib edir. Yeni maşınların və
avadanlıqların qəbulunu təşkil edir, lazım olan
hallarda reklamasiya aktlarını tərtib edir. Trest və idarələrdə,
onlara məxsus inşaat maşınlarının, təşkilatın
obyektlərində istifadəsinin plan və qrafiklərinin
mexanikləşdirilməsini razılaşdırır. Digər
xidmətlərlə birlikdə əməyin təhlükəsizliyi
standartlarının tətbiqində iştirak edir,
İnşaat maşınlarının və
avadanlıqların pasportlaşdırılmasına,
miqdarını, uçotunu, vəziyyətini və işini, ehtiyat
hissələrinin, sürtgü-yanacaq materiallarının sərfini təşkil
edir. Tikinti maliyyə planlarının işlənməsində,
əməyin mühafizəsi şəraitinin
yaxşılaşdırılmasına aid kompleks
planının müvafiq bölmələrinin, yeni texnikanın tətbiqi
və mexanizasiyası və avtonəqliyyat vasitələrinin
səmərəli istifadəsi üzrə tədbirlərin; icra
olunan işin və tikintinin kompleks mexanikləşdirilməsinin
texnoloji sxemlərin layihələrinin, təşkilatın
istehsal müəssisələrinin yenidən qurulması və
tikintisi üzrə texnoloji proseslərin mexanikləşdirilməsinə
və təmir bazasının inkişafına aid olan
tapşırıqların işlənməsində iştirak
edir, inşaat maşınlarının istismarı zamanı
sürtkü-yanacaq materiallarının qənaətli sərfi üzrə
tədbirlərin, tikinti quraşdırma işlərinin
kompleks mexanikləşdirilməsinin səviyyəsinin,
maşınların material və enerji ehtiyatların istifadə
normasının yüksəldilməsi üzrə
tapşırıqların həyata keçirilməsini təmin
edir. Tətbiq və yeni texnikanın öyrənilməsi üzrə eksperimaertal,
sazlama və digər işlərlə, avadanlıqların
sınağında, yeni və təmirdən çıxmış
avadanlıqların qəbulunda iştirak edir. Sıradan
çıxmış inşaat maşınların və
avadanlıqların təşkilatın balansından silinməsi
üçün sənədləri tərtib edir. İnşaat
maşınlarının, avadanlıqların, istehsal sahələrinin
də təmir-istismar bazalarının qış şəraitində
işə hazırlığı üzrə tədbirlərin həyata
keçirilməsini təmin edir. Qəbul edilmiş qaydada Dövlətdağmədəntexnkinəzarət
ilə birlikdə yükqaldıran maşınların və
avadanlıqların plandankənar dayanmalarının xəbərdarlığı,
düyün və detalların xidmət müddətinin
uzaldılması, avadanlıqların saxlanmasının
yaxşılaşdırılması üzrə-tədbirləri
işləyir və həyata keçirir. Maşınların
istismarı ilə əlaqədar qəza səbəblərini
öyrənir, onların xəbərdarlığı üçün tədbirlər
işləyir və tətbiq edir. İstehsalatda baş
vermiş bədbəxt hadisələrin təhlilini və
uçotunu təmin edir, maşın və mexanizmlərin işi ilə
əlaqədar istehsalatdakı bədbəxt hadisələrin əməyin
mühafizəsi, işçilərin biliyinin yoxlanılması üzrə
komissiyanın işində iştirak edir. Səmərələşdirici
təkliflərin tətbiqini təşkil edir. Şöbənin
işçilərinə rəhbərlik edir.
Təşkilatın
tikinti bölmələrinin, müəssisələrinin və təmir-istismar
bazalarının mexaniklərinin işinə metodiki rəhbərliyi
həyata keçirir.
Bilməlidir:
müvafiq icra hakimiyyəti orqanlarının qəraralarını,
sərəncamlarını, əmrlərini, tikinti
istehsalının mexanikləşdirilməsi məsələləri
üzrə metodiki, normativ və digər rəhbəredici sənədləri;
texniki xarakteristikaları; inşaat maşınlarının,
mexaniklərinin və avadanlıqların konstruktiv xüsusiyyətini,
iş rejimini, onların texniki istismar qaydalarını; təmirin
təşkili və aparılması üzrə normativ-texniki sənədləri;
mexaniki-təmir işlərinin təşkili və
texnologiyası; zədələrin siyahısının,
inşaat maşınlarının və mexanizmlərinin
istismarı üzrə pasportların və digər sənədlərin
tərtibi qaydalarını; iqtisadiyyatın və
istehsalın, əməyin və idarəetmənin təşkilinin
əsaslarını; inşaat maşınlarının təmir
və istismarını, material ehtiyatlarının qənaətli
istifadəsi sahəsində elm və texnikanın nailiyyətləri,
qabaqcıl milli və beynəlxalq təcrübəni; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi;
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizə üzrə norma və qaydaları.
İxtisas
tələbləri. Ali texniki təhsil
və tikinti təşkilatlarında ixtisas üzrə rəhbər
və mühəndis-texniki vəzifələrdə 5 ildən az
olmayaraq iş stajı.
BAŞ
MÜHƏNDİS
Vəzifə
borcları. Tikinti təşkilatının fəaliyyətinə
texniki rəhbərliyi həyata keçirir. Tikinti
istehsalının sənədləşdirilməsinin və
ixtisaslaşdırılmasının inkişaf perspektivlərini
və texniki siyasətini, əmək məhsuldarlığının
artmasının yüksək tempini, istehsalın mühəndis
hazırlığı səviyyəsinin daim artmasını,
xərclərin ixtisarını, tikintinin keyfiyyətinin
yaxşılaşdırılmasını və istehsal
fondlarının səmərəli istifadəsinin təmin
edilməsi ilə onun texnologiyasının və təşkilinin
təkmilləşdirilməsini müəyyən edir, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün
işlərə rəhbərlik edir. Texnoloji intizama riayət
olunmasına, tikinti norma və qaydalarının yerinə
yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik
texnikasına nəzarəti həyata keçirir. İstehsalın
mühəndis hazırlığını, inşaat
texnikasının istismarını, təmir və modernləşdirilməsini
təmin edir, Tikinti istehsalının təşkilinik. Təkmilləşdirilməsini,
tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin
prinsiplərinin geniş tətbiqini təmin edir.
Təşkilatın
perspektiv inkişaf planlarının yenidən
qurulmasının və modernləşdirilməsinin işləmələrinə,
təbii ehtiyatların qənaətlə istfadəsi və
daha əlverişli və təhlükəsiz əmək şəraitinin
yaradılması əv tikinti-istehsal mədəniyyətinin
yüksəldilməsi üzrə tədbirlərə
başçılıq edir. Layihə-smeta sənədlərinin
vaxtında hazırlanmasını təmin edir. İşlərin
istehsal layihələrinin işləmələrini və
icrasını, tikinti istehsalının texniki səviyyəsinin
artırılması üzrə tədbirləri, yeni texnika və
texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və
təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini,
tikintinin təşkili layihəsində (POS-TTL) nəzərlə
tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil
edir. Elmi-tədqiqat və layihə təşkilatları və
ali təhsil məktəbləri ilə eyni texnika və
texnologiyanın işlənməsinə aid müqavilə
bağlayır, onların yerinə yetirilməsinə nəzarət
edir. Tikinti istehsalının, əməyin və idarəetmənin
elmi əsasda təşkilinin təkmilləşdirilməsi,
hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin
mexanikləşdirilməsi və
avtomatlaşdırılması üzrə tədbirlər görür.
Texniki məlumat və təbliğat, səmərələşdirici
və ixtira, öyrənmə ümumiləşdirmə, qabaqcıl
milli və beynəlxalq təcrübənin yayılması sahəsində
işi təşkil edir, istehsalın perspektiv məsələlərinin
həllinə aid işçilərin yaradıcı təşəbbüsünü
inkişaf etdirir və istiqamətləndirir. Kadrların
hazırlığını və ixtisas artırmasını
təmin edir. Əməyin mühafizəsi üzrə bölmələrin
mühəndis-texniki işçiləri ilə ilkin təlimatın
aparılmasına və işçilərin öyrədilməsinə
nəzarət edir, bölmələrin işçiləri tərəfindən
əməyin mühafizəsi üzrə norma və qaydalarının
bölməsinə nəzarəti həyata keçirir. Bədbəxt hadisələrin
araşdırılmasında iştirak edir. İstehsalatda əməyin
təhlükəsizlik standartlarının hazırlanması və
tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji
proseslərin attestasiyası üzrə işlərə
başçılıq edir.
Tenderlərin
keçirilməsində və üstün inkişaf etmiş ərazilərdə
obyektlərinin inşasının təşkilində
iştirak edir. Tikinti təşkilatının texniki xidmətlərinə
rəhbərlik edir. Tikinti təşkilat və rəhbərinik
1-ci müavini hesab olunur.
Bilməlidir:
xalq təsərrüfatlarının və əsaslı
tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini
müəyyən edən dövlət qərar və qətnamələrini;
tikinti təşkilatının fəaliyyətinə dair
müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq
sərəncamlarını, əmrlərini, digər rəhbəredici
və normativ sənədləri, sahənin və təşkilatın
texniki və iqtisadi inkişafının perspektivlərini; bina
və qurğuları konstruktiv və planlı həllinin
işlənməsi məsələlərini; iqtisadiyyatı və
istehsalın; əməyin və idarəetmənin təşkilini;
podrat müqavilələrinin bağlanma və icra
qaydalarını; təşkilatın istehsalat-təsərrüfat
fəaliyyətinin planlarının işlənməsi və
təsdiqi qaydalarını; tikinti norma və
qaydalarının, dövlət standart və texniki şərtlərinin
tələblərini, tikinti istehsalının texnologiyası və
təşkili sahəsində elm və texnikanın nailiyyətlərini,
qabaqcıl milli və beynəlxalq təcrübəni; mülki və əmək
qanunçuluğunun əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizə üzrə norma və qaydaları.
İxtisas
tələbləri. Ali texniki təhsil
və tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki
vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
BAŞ
TEXNOLOQ
Vəzifə borcu. İstehsal
işlərinin qabaqcıl texnologiyasının tətbiqini təmin
edir. Tikinti elm və texnikasının nailiyyətlərindən
istifadə etməklə, istehsal işinin təhlükəsizlik sənaye
və iqtisadi metodlarının tətbiqini nəzərə
almaqla istehsalat işinin şəbəkə qrafikinin layihələrinin
işlənməsi-nə rəhbərlik edir. İstehsal
işi layihələrinin işlənməsini və yerinə
yetirilməsini, tikintinin təşkili layihələrinin və
layihə təşkilatları, həmçinin xüsusi işləri
yerinə yetirən subpodrat təşkilatları tərəfindən
işlənmiş təqvim qrafiklərinin
razılaşdırılmasını və icrasını təşkil
edir. Tikinti quraşdırma işlərinin istehsalının tərtibi
və qrafiklərinin razılaşdırılması, tikinti
materiallarının, detal və konstruksiyaların, inşaat
maşınlarının və texnoloji avadanlıqların gətirilməsi
qrafiki işləri üzrə qrafiki istiqamətləndirir.
Tikintinin illik planının yerinə yetirilməsi tədbirlərinin,
o cümlədən qış şəraitində işin
aparılmasının texniki təşkilat işləmələrini
təşkil edir. Yeni texnikanın, ehtiyatları qoruyan
qabaqcıl texnologiyanın; mütərəqqi materialların,
detal və konstruksiyaların, tikinti proseslərinin kompleks
mexanikləşdirilməsi və
avtomatlaşdırılması, zayolmanın xəbərdarlığı
və aradan qaldırılması, istehsalın əmək sərfinin
aşağı salınması yetirilməsinə nəzarət
edir. Təşkilatın istehsal bazasının perspektiv
inkişafının işlənməsini təşkil edir.
Tikintinin
avtomatlaşdırılmış sistemlə idarəolunmasının
işlənməsində və tətbiqində iştirak
edir. Texnoloji intizama riayət olunmasına və tikintinn keyfiyyətiniin
yüksəlməsi üzrə tədbirlərin yerinə yetirilməsinə
nəzarət edir. İstehsal texnologiyasının təkmilləşdirilməsi
üzrə iş təcrübəsinin ümumiləşdirilməsinə
və mübadiləsinə rəhbərlik edir. Elm və texnikanın
nailiyyətlərinin, mütərəqqi texnologiya, layihələndirmənin
tətbiqi və texnoloji sistemlərin ətraf mühitin mühafizəsi
üsullarının, layihə gücünün öyrənilməsinin tətbiqini
təmin edir. İş yerlərinin və texnoloji proseslərin
attestasiyası üzrə komissiyanın işində iştirak
edir.
Tikintinin
texnologiyasının yaxşılaşdrılmasına yönəldilmiş
səmərələşdirici təkliflərin tətbiqinə
nəzarəti həyata keçirir. İstehsalın texnoloji
hazırlıq xidmətinə və bölmələrinə rəhbərlik
edir.
Bilməlidir:
müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını,
sərəncamlarını, əmrlərini, tikinti
istehsalının texnologiyası üzrə metodiki, normativ və
digər rəhbəredici sənədləri; tikinti
istehsalının təşkil olunmuş texnoloji
hazırlıq sistemini; təşkilatın texniki inkişafının
perspektivlərini; tikinti-quraşdırma işlərinin və
yardımçı istehsalın texnologiyasını; tikinti
istehsalının texnoloji hazırlığının təşkilini
avadanlıqların istehsal gücünü, konstruktiv xüsusiyyətlərini
və iş rejimini, onun istismar qaydalarını; tikinti norma və
qaydalarının, dövlət standartlarının və texniki
şərtlərin tələblərini; xammala, materiala qoyulan
texniki tələbləri; texniki sənədlərin işlənməsinə
və tərtib olunmasına dair əsasnamələri; təlimatları
və digər rəhbəredici sənədləri; yeni texnika
və texnologiyanın, əməyin elmi təşkilinin, səmərələşdirici
təkliflərin və ixtiraların tətbiqinin iqtisadi səmərliliyinin
müəyyən edilməsi metodlarını; tikintinin istehsal
texnologiyasının sahəsində elm və texnikanın
nailiyyətlərini və qabaqcıl milli və beynəlxalq təcrübəni;
iqtisadiyyatın və istehsalın, əməyin və idarəetmənin
təşkilinin əsəslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizə üzrə norma və qaydaları.
İxtisas
tələbləri. Ali texniki təhsil
və tikinti təşkilatlarında rəhbər və
texnoloq vəzifələrdə 5 ildən az olmayaraq iş
stajı.
BAŞ HİDROGEOLOQ
Vəzifə
borcu. Bina və qurğuların yerləşdirilməsidə
və tikilməsində hidrogeoloji işlərin
vaxtlı-vaxtında və keyfiyyətli icrasını təşkil
edir. İnşa ediləcək sahənin
hidrogeologiyasının kompleks öyrənilməsini təmin edir.
İcra olunan tikinti-quraşdırma işlərinin layihə sənədlərinə
və texniki şərtlərə (su səviyyəsinin
endirilməsi və suyun axıdılması ilə
bağlı tikinti işləri, inyeksiya və sementləşmə
işləri, drenaj tədbirləri, yeraltı suların müvəqqəti
üvə daimi su təchizatında istifadə edilməsi üçün
suyığıcı (sugötürən) qurğular və s.)
uyğunluğunu müəyyənləşdirmək məqsədilə
layihə təşkilatları tərəfindən keçirilən
müəllif nəzarətində iştirak edir. Su səviyyəsinin
endirilməsi və suyun axıdılması (suçəkən)
sistemlərinin, müvəqqəti su təchizatının
suyığıcı qurğularının istismarına nəzarət
edir. Qurğuların, yamacların özüllərinin, tikilən
açıq və yeraltı mədən yerlərinin
(şaxtaların) qəbulunda iştirak edir. Əlverişsiz
hidrogeoloji şəraitində (yeraltı suların tikinti mədənlərində
yol açmaq ehtimalı, axar qumlar, suyun səviyyəsinin enməsi
ilə əlaqədar çökmə-uçulma halları və s.) yerləşən
tikinti sahəsində işlərin təhlükəsiz icra olunması
üzrə tədbirlərin görülməsinə nəzarəti təmin
edir.
Suyun
özünə yol açması (torpaq sahəsinə, özüllərə və
s.) ilə əlaqəli qərarların nəticələrini
ləğv etməsi üzrə tədbirlərin
hazırlanmasında iştirak edir.
Müşahidə
və tədqiqatların metodikasını işləyib hazırlayır,
icra olunan hidrogeoloji işlərin təşkilini təkmilləşdirir.
Tikinti-quraşdırma işləri prosesində yeraltı
suların çirklənmədən qorunmasına, inşa vaxtı
istifadə edilən və qurğuların istismarında
istifadə edilə bilən rejimli hidrogeoloji şəbəkənin
saxlanmasına aid ətraf mühitin mühafizəsi üzrə tələblərinə
riayət olunmasına nəzarət edir. Hidrogeoloji icra sənədlərinin
uçotunun və saxlanılmasının qaydalara müvafiq
aparılmasına nəzarət edilir. Hidrogeoloji işlər
üzrə illik və perspektiv qapşırıqların işlənib
hazırlanmasına rəhbərlik edir, onların həyata
keçirmə metodlarının təkmilləşdirilməsinə
və yeni texnikanın tətbiqinə aid işlər görür.
Lazımi hesabatın tərtib olunmasını təmin edir,
onların həyata keçirmə metodlarının təkmilləşdirilməsinə
və yeni texnikanın tətbiqinə aid işlər görür.
Lazımi hesabatın tərtib olunmasını təmin edir.
Bölmələrin işçilərinin fəaliyyətini əlaqələndirir.
Tikinti-quraşdırma işlərinə hidrogeoloji rəhbərlik
edir.
Bilməlidir:
bina və qurğuların yerləşdirilməsində
və inşasında aparılan hidrogeoloji işlərə
aid müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının
sərəncamlarını, əmrlərini, digər rəhbəredici,
metodiki və normativ sənədləri; iqtisadiyyatın,
istehsalatın təşkilinin əməyin və idarəetmənin
əsaslarını; hidrogeoloji işlərin aparılmasına
aid elmin nailiyyətlərini, bu sahədə qabaqcıl təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; hidrogeoloji
işlərin yerinə yetirilməsində əmək mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizə üzrə norma və qaydaları.
İxtisas
tələbləri. Ali texniki təhsil
və hidrogeoloq ixtisası üzrə tikinti və ya layihə təşkilatlarında
rəhbər və hidrogeoloq vəzifəsində 5 ildən az
olmayaraq iş stajı.
BAŞ
MÜTƏXƏSSİSLƏRİN ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ
OLAN İXTİSAS TƏLƏBLƏRİ
13-14-cü
dərəcələr: Tikinti trest, birlik və onlara bərabər
tutulan təşkilatlarda baş mütəxəssisin vəzifəsini
yerinə yetirdikdə (baş mühəndis istisna olmaqla);
15-16-cı
dərəcələr: Tikinti, konsern, şirkət, baş
idarə və onlara bərabər tutulan təşkilatlarda
baş mütəxəssisin vəzifəsini yerinə yetirdikdə
(baş mühəndis istisna olmaqla);
16-cı
dərəcə: Tikinti idarəsi və onlara bərabər
tutulan təşkilatlarda baş mühəndisin vəzifəsini
yerinə yetirdikdə;
17-ci dərəcə:
Tikinti trest, birlik və onlara bərabər tutulan təşkilatlarda
baş mühəndisin vəzifəsini yerinə yetirdikdə.
Qeyd: Tikinti
konsern, şirkət, baş idarələrin baş mütəxəssislərinin
ödəniş dərəcələri trestin müvafiq mütəxəssislərinin
ödəniş dərəcələrinə nisbətən bir dərəcə
artırılmışdır. Eyni qayda ilə baş mühəndisin
ödəniş dərəcəsini müəyyənləşdirmək
üçün trestin baş mühəndisinin ödəniş dərəcəsini
bir dərəcə artırmaq lazımdır.
2.
İNŞAAT LABORATORİYASININ RƏİSİ
Vəzifə
borcu. Tikinti quraşdırma işlərinin
və tikintiyə daxil olan material, konstruksiya və məmulatların
keyfiyyətinə nəzarət təmin edir. Tikintinin keyfiyyətinin
yüksəldilməsi, qış vaxtı tikinti-quraşdırma
işlərinin aparılması, yazda, donun
açıldığı dövründə tikiləcək obyektlərin
hazırlanması üzrə tədbirlərin işlənib
hazırlanması və tətbiqində iştirak edir.
Trestin
yardımçı müəssisələri üçün beton, tikinti məhlulu,
mastika, boyaq maddələri və digər materialların
hazırlanması üzrə respeturanın tərtib edilməsini
təmin edir.
Yardımçı
müəssisələrin istehsal etdiyi tikinti material, konstruksiya və
detalların keyfiyyətinə nəzarəti təşkil
edir.
Kənar,
mal göndərən təşkilatlardan daxil olan material
konstruksiya və detalların keyfiyyətinin standart və
texniki şərtlərə uyğun olmasına nəzarət
edir.
Tikinti
material və məlumatların laboratoriya analizlərinin və
sınaqların keçirilməsinə rəhbərlik edir.
Bilavasitə
obyektlərdə tikinti-quraşdırma işlərinin keyfiyyətinə,
icra olunan işlər üzrə jurnalının
aparılmasına, material, konstruksiya və məlumatların nəql
edilməsi, boşaltma və saxlanmasına nəzarəti təmin
edir.
Qış
vaxtı betonlama aparıldıqda, beton konstruksiyalarının
saxlanılması üçün temperatur rejiminə nəzarəti təşkil
edir.
Tikinti
təşkilatı və onun bölmələrində işlçilərlə
məşğələlər aparır. Tikinti
laboratoriyasının lazımi avadanlıqla təchiz
olunması, laboratoriya işlərinin təcrübəsində,
elm və texnika üzrə milli və beynəlxalq nailiyyətlərin
tətbiqi üçün ölçü götürür.
Tikintinin
keyfiyyətinin yüksəldilməsi məsələlərinə
aid, elmi-tədqiqat təşkilatları ilə əlaqə
yaradır.
Laboratoriya
avadanlıqlarının və laboratoriya əməkdaşlarının
iş yerlərinin vəziyyətinə nəzarət edir və
mövcud çatışmazlıqların ləğvi üçün ölçü götürür.
Kollektiv və fərdi müqavilələrin hazırlanmasında
və onların şərtlərinin yerinə yetirilməsində
iştirak edir. Şöbənin işçilərinə rəhbərlik
edir.
Bilməlidir:
Tikintidə işlərin keyfiyyətinin idarəolunmasına
aid müvafiq icra hakimiyyəti orqanlarının qərar sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədləri; tikinti material,
konstruksiya və məlumatlarının hazırlanma
texnologiyasını və onların keyfiyyətinə qoyulan tələbləri;
laboratoriyanın avadanlıqlarını və onların
istismar qaydasını; tikinti materialı və hazır məhsula
qoyulan texnki tələbləri, standart və texnoloji şərtləri;
tədqiqatların təşkilini və keçirilmə metodlarını;
tikinti istehalatının təşkilinin əsaslarını
və texnologiyasını; tikintinin keyfiyyətinin yüksəldilməsinə
aid mütərəqqi təcrübələri; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi.
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ
Ali
texniki təhsil və tikinti təşkilatlarında mühəndis-texniki
vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
12-ci dərəcə:
Tikinti trest və birliklərində inşaat laboratoriya rəisinin
vəzifəsini yerinə yetirdikdə;
13-cü dərəcə:
Tikinti, konsern, şirkət, baş idarələrində
inşaat laboratoriya rəisinin vəzifəsinin yerinə
yetirdikdə.
3.
İŞ İCRAÇISI
Vəzifə
borcu. Sahənin
istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik
edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi
üzrə tapşırıqların, eləcədə
tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin
bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə
yerinə yetirilməsini təmin edir[1].
Tikinti-quraşdırma
işlərinin icrasını layihə sənədlərinə,
tikinti norma və qaydalarına, texnik şərtlərə,
texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə
və digər normativ sənədlərə uyğun təşkil
edir.
Sahədə
tikinti-quraşdırma işlərinin texnoloji
ardıcıllıqla aparılmasını təmin edir.
İşlərin
kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi,
yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək
məhsuldarlığının yüksəldilməsi üçün
ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və
buraxılmış-sazlama işlərinin dəyərinin
azaldılması, materiallardan və əmək haqqı
fondlarından qənaətlə istifadə edilməsi üzrə
tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və
metodlarının yayılması üzrə iş aparır,
Tikinti
obyektləri üçün texniki sənədin alınmasını və
saxlanmasını təmin edir.
İnşaat
maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə,
materiallara, detallara, alətlərə, əşyalara
sifarişlər tərtib edir və onların səmərəli
istifadəsini qəmin edir.
İşlərin
istehsalat layihəsinə uyğun işlərin yerinə
yetirilməsini təmin edir. İşlərin icrası üzrə
jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri
hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib
edir və texniki icra sənədlərini hazırlayır.
İnşası
başa çatmış obyektlərin, eləcə də tikililərin
obyektlər üzrə ayrı-ayrı hazır mərhələ
iş komplekslərinin sifarişçiyə təhvil verilməsində
iştirak edir.
Subpodrat
(xüsusiləşdirilmiş) təşkilatları işə cəlb
etmək üçün, obyektlərin təhvil alınmasında
iştirak edir. Mühafizə olunan zonalarda işlərin
istehsalına icazə verən buraxılışları tərtib
edir. Tikinti-quraşdırma və buraxılış-sazlama
işlərinin həcmini, əmək məhsuldarlığı
və əmək haqqın fondu ustalara, icrası nəzərdə
tutulan, tapşırıqları müəyyən edir və
onların icrasına nəzarət edir. İş yerlərinin
attestasiyasını aparan komissiyanın işində iştirak
edir.
Fəhlələri,
işin təhlükəsizlik yerinə yetirilməsi metodları
ilə tanış edir, bilavasitə iş yerlərində
onları təlimatlandırır və bu barədə fəhlələrin
təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır.
Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar,
qoruyucu qurğular, bünövrə çalaları və xəndək
divarlarının bərkitmələri, dayaq konduktor və digər
qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat
vasitələri və işçilərin qoruyucu vasitələrinin
təyinatına uyğun istifadə edilməsini təmin edir.
Ağır
yüklərin daşınmasında normalara riayət edilməsini,
iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici
yazılar və plakatlarla təmin olunmasına nəzarət
edir.
İş
yerlərinə, sanitar-məişət otaqlarına, sahənin
ərazisinə kənar adamların daxil olmasına icazə
vermir. İş yerlərində, keçid və magistrala çıxan
;yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə,
kranaltı yolların düzgün saxlanılmasına və istismar
edilməsinə nəzarət edir,
Obyektyanı
anbar təsərrüfatında qiymətli materialların
qorunmasın təşkil edir. Hər gün işə
başlamazdan əvvəl, təhlükəsizlik
texnikasının vəziyyətini yoxlayır və aşkar
olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər
görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik
texnikası və istehsalat sanitariyası qaydalarının
pozulmasının araşdırmaları haqqında söhbətlər
aparır.
Fəhlələrin
əmək mühafizəsi təlimatlarına əməl etməsinə
nəzarət edir. Fərqlənən işçiləri
mükafatlandırmaq, istehsalat və əmək intizamını
pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi
haqqında təkliflərlə təqdim edir. Səmərələşdiricilərə
lazımi kömək göstərir. Kollektivdə tərbiyəvi
iş aparır. Fəhlələrin ixtisas artmasını təşkil
edir.
Bilməlidir: tikinti
sahəsinin və ya obyektiv istehsalat-təsərrüfat fəaliyyətinin
müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
tikinti istehsalatının təşkili və
texnologiyasını; tikilən obyektlərik layihə-smeta sənədlərini;
tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin
icrasına və qəbuluna aid norma və qaydaları, texniki
şərtləri; sahə və briqadaya aid təsərrüfat
hesabının üsullarını; icra olunan işlər üzrə
vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə
aid əsasnamələri; iqtisadiyyatın, eləcə də
istehsalatın, əməyin, idarəetmənin təşkilinin
əsaslarını; podrat təşkilatlarının
sifarişçi və subpodrat təşkilatlarla
qarşılıqlı münasbətlərinin nizamlama
qaydalarını; tikinti təşkilatının
istehsalat-texnoloji komplektləşdirmə və dispetçerləşdirmə
sistemini; tikinti istehsalının təşkilimə aid elmin
nailiyyətlərini və mütərəqqi təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
4. BÖYÜK
İŞ İCRAÇISI (SAHƏ RƏİSİ)
Vəzifə
borcu. Sahənin istehsalat-təsərrüfat
fəaliyyətinə rəhbərlik edir. Obyektlərin
vaxtlı-vaxtında istismara verilməsini, tikinti
istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və
buraxılış-sazlama iş
tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət
göstəriciləri üzrə yerinə yetirilməsini. maddi-texniki
və əmək ehtiyatlarından səmərəli istifadə
olunmasını, əmək haqqın və əmək məhsuldarlığı
artımlarının arasındakı düzgün nisbətən riayət
edilməsini təmin edir. Tikinti-quraşdırma işlərinin
kompleks mexanikləşdirilməsi, əməyin elmi təşkili
və yeni texnikanın tətbiqi, tikinti-quraşdırma və
barxılış-sazlama işlərinin əmək-tutumunun və
maya dəyərinin aşağı salınması, əməyin
mütərəqqi üsul və metodlarının ümumiləşdirilməsi
və yayılması üzrə iş aparır,
Sahənin
istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və
hesabatın tərtibini təşkil edir.
Tikinti
sahəsinin (meydançasının) planının
formalaşması üçük işlər toplusunun tərkibini
hazırlayır.
Sahədə
dispetçer rabitəsini, istehsalat tapşırıqlarının
yerinə yetirilməsi, eləcə də material, konstruksiya
detalların daxil olması haqqında gündəlik operativ məlumatların
toplanmasını, rəhbərliyə və müvafiq xidmətlərə
çatdırılmasını təşkil edir.
İnşaat
maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə,
materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara
sifarişləri tərtib edir və onların yerinə
yetirilməsinə nəzarət edir.
İş
icraçılarına rəhbərlik edir, onlara, icra üçün
tapşırıqları müəyyən edir, onların fəaliyyətini
əlaqələndirir və nəzarət edir. Müqavilə əsasında
sahənin obyektlərində işləyən subpodrat təşkilatların,
xüsusi işlərin istehsalı üçün, yardımçı bina, enerji təchizat,
yerli tikinti materiallarla və s. ilə təmin edir, onların fəaliyyətini
əlaqələndirir və onlardan icra olunan işləri qəbul
edir.
Başa
çatmış ayrı-ayrı mərhələ və iş
komplekslərini sifarişçiyə təhvil verir. Obyektlərin
istismara verilməsində iştirak edir. Əmək haqqı
fondunun istifadə olunmasına nəzarət edir, icra
olunmuş işlərin naryadlarını
razılaşdırır. Mexanizasiya, nəqliyyat, materiallara və
digər məqsədlərə sərf edilmiş xərclərə
nəzarəti təşkil edir. Sahə işçilərinin
seçilməsi, yerləşdirilməsi və onlardan məqsədəuyğun
istifadə edilməsi işini yerinə yetirir. Briqadaların
say və peşə-ixtisas tərkibinin komplektləşdirilməsi
üzrə işdə iştirak edir. Sahədə iş yerlərinin
attestasiyası üzrə komissiyanın işini təşkil
edir. Texnoloji ləvazimat, mühafizəedici vasitələrin və
sanitar-məişət binaların, eləcə də tikinti
maşın və mexanizmlərinin, enerji
qurğularının, nəqliyyat vasitələrinin təyinatına
uyğun istifadə edilməsini təşkil edir.
Sahə
anbarı və alətlər təsərrüfatını təşkil
edir. Fəhlələrin vaxtlı-vaxtında
ixtisaslarını artırmaq və eləcə də əməyin
təhlükəsiz metodlarına aid biliklərini yoxlamaq üçün
müvafiq istehsalat və tədris ocaqlarına göndərir.
Təhlükəsizlik
texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin
yerinə yetirilməsini təşkil edir. Aidiyyatı orqanlara
istehsalat zədələnmələri barədə
vaxtlı-vaxtında məlumat verir, müəyyən olunmuş
qaydada onları təhqiq edir. İtsehsalat zədələnmələrinə
yol verməmək məqsədilə tədbirlərin işlənib
hazırlanmasında iştirak edir, onların
vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət
edir.
Sahədə
müntəzəm olaraq xüsusi baxış keçirir, fəhlələrin
əmək şəraitini yoxlayır və aşgar edilən
çatışmazlıqların ləğvi üçün tədbirlər
görür.
Mühəndis-texniki
işçilər, briqadirlər və əməyin mühafizəsi
üzrə ictimai müvəkkillər ilə təhlükəsizlik
texnikası və istehsalat sanitariyası qaydalarının
pozulması nəticəsində yaranmış halların
araşdırmaları haqqında iş aparır, mühəndis-texniki
işçiləri və fəhlələri vaxtlı-vaxtında əməyin
təhlükəsizliyinin yüksəldilməsinə yönəldilmiş
əmr və sərənacmlarının məzmunu ilə
tanış edir. Əməyin mühafizəsi üzrə, əyani təbliyat
vasitələri ilə təmin edir. Fəhlələrin
istehsalat və əmək intizamına riayət etməsinə
nəzarət edir.
Təşkilatın
rəhbərliyinə, fərqlənən işçiləri
mükafatlandırmaq, istehsalat və əmək-intizamını
pozanlara isə - intizam töhmətlərinin verilməsi
haqqında təkliflər təqdim edir. Həmkarlar
İttifaqı ilə birlikdə kollektivdə tərbiyəvi
iş aparır.
Bilməlidir: Tikinti,
sahəsinin istehsalat-təsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə
aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən rəhbər
tutulan metodiki, normativ sənədləri, tikinti
istehsalatının təşkili və texnologiyasını;
tikinti norma və. qaydalarını, vahid norma və qiymətləri,
tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin
istehsalına və qəbuluna aid texniki şərtləri;
briqada və sahələrə aid təsərrüfat
hesabının üsullarını; mütəxəssis və fəhlələrin
əmək haqqının ödənilməsinə aid əsasnamələri;
maddi həvəsləndirici formaları; texniki-iqtisadi və
istehsalat planlaşdırmasının qayda və
üsullarını; iqtisadiyyat və istehsalatın, əməyin,
idarəetmənin təşkilinin əsaslarını; elmin
nailiyyətlərini, tikinti istehsalının təşkilinə
aid mütərəqqi təcrübələri; podrat təşkilatların
sifarişçi və subpodrat təşkilatlarla
qarşılıqlı münasibətlərinin nizamlama
qaydalarını; trestin istehsalat-texnoloji komplektləşmə
və dispetçerləşdirilmə sistemini; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ:
Ali
texniki təhsil və tikinti təşkilatlarında mühəndis-texniki
vəzifələrdə 3 ildən az olmayaraq iş stajı və
ya orta ixtisas (texniki) təhsili və tikinti təşkilatlarında
5 ildən az olmayaraq iş stajı.
(böyük
iş icraçısı da daxil olmaqla)
İş
icraçısının ödəniş dərəcələri
bütün sahələr üçün ümum olan qulluqçu vəzifələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçasında (VTİSK-1)
"iş icraçısının" ödəniş dərəcələrinə
ixtisas tələbləri əsasında və ya müəssisənin
qruplara düzgün aid edilməsi mümkün olmadığı hallarda,
aşağıdakı qaydada müəyyənləşdirilir;
8-9-cu dərəcələr:
tikinti idarəsində iş icraçısının vəzifəsini
yerinə yetirərkən;
10-11-ci
dərəcələr: tikinti idarəsində böyük iş
icraçısının (sahə rəisi) vəzifəsini yerinə
yetirərkən.
LAYİHƏ-SMETA
BÜROSUNUN (QRUPUNUN) RƏİSİ
Vəzifə
borcu. Tərkibinə daxil olduğu idarənin
istehsalat bazasının və eləcə də sifarişçi
ilə razılaşdırılmış texniki cəhətdən
mürəkkəb olmayan obyektlərin inşa olunması üçün layihə
smeta sənədlərinin işlənib hazırlanmasına rəhbərlik
edir.
Layihələndirmə
üzrə layihə təşkilatlarına verilən
tapşırıqların (sifarişlərin)
hazırlanması və təqdim olunmasında iştirak edir.
Torpaq sahələrinin ayrılması, lazımsız tikililərin
sökülməsi, geodeziya xidmətinin dayaq məntəqələrinin,
bina və qurğuların baş xətlərinin, qırmızı
xətlərin təhkim etməsi (bərkidilməsi)
hazırlanmış tikinti meydançalarını öz idarəsinə,
tikilməsi nəzərdə tutulan obyektləri üçün verilməsi
işlərinin təşkilində və rəsmiləşdirilməsində
iştirak edir.
Layihə
təşkilatları tərəfindən işlənib
hazırlanmış layihə-smeta sənədlərinin
komplektləşdirilmiş olmasının və keyfiyyətinin
yoxlanmasını, eləcə də qəbulunu təşkil
edir.
İdarənin
özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta
sənədləri ilə təmin edir.
Bu
obyektlərin maliyyələşdirilməsinin təminatına,
texnoloji avadanlığın hazırlanması və
vaxtlı-vaxtında çatdırılmasına nəzarət edir.
İdarənin
özünün tikinti obyektlərinə texniki nəzarət edir və
başa çatmış tikinti-quraşdırma ilərinin qəbulunda
iştirak edir. İdarənin özünün tikinti obyektlərinin, Dövlət
komissiyası tərəfindən istismara qəbul olunması
ilə əlaqədar, hazırlıq və qəbul işlərinin
təşkilində iştirak edir.
Kollektiv
müqavilənin və fərdi müqavilələrin
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Büronun
(qrupun) işçilərinə rəhbərlik edir.
Bilməlidir:
tikinti obyektlərinin layihələndirmə məsələlərinə
aid tikinti istehsalatının texnologiyasını;
iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin
və idarəetmənin təşkilinin əsaslarını;
tikinti obyektlərinin layihələndirilməsi sahəsinə
aid elmi nailiyyətləri və mütərəqqi təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsini, təhlükəsizlik texnikasının, istehsalat
sanitariyasının və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
Ali
texniki təhsil və tikinti, layihə təşkilatlarında
mühəndis-texniki, layihəçi vəzifələrində 5 ildən
az olmayaraq iş stajı.
13-cü dərəcə:
tikinti trest və birliklərində layihə-smeta büro
14-cü dərəcə:
tikinti konsern, şirkət, baş idarələrində layihə-smeta
bürosunun (qrupunun) rəisi vəzifəsini yerinə yetirdikdə.
6. SAHƏ RƏİSLƏRİ
İNŞAAT MAŞIN VƏ
MEXANİZMLƏRİNİN
ƏSASLI
KÖÇÜRÜLMƏ SAHƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Sahənin istehsalat-təsərrüfat
fəaliyyətinə rəhbərlik edir. İnşaat
maşın və mexanizmlərinin quraşdırılması
və sökülməsi daxil olmaqla, köçürülmə üzrə
tapşırığın yerinə yetirilməsini təmin
edir.
Tikinti
obyektlərində inşaat maşın və mexanizmlərinin
köçürülməsinə aid qrafiklərin tərtib edilməsində
iştirak edir.
Bütün
plan tapşırıqlarının və tikinti-iqtisadi göstəricilərin
ahəngli yerinə yetirilməsini təmin edir.
Əsaslı
köçürülmə üzrə plan tapşırıqlarını işləyib
hazırlanması və icraçıların (iş
icraçısılar, mexaniklər, ustalar) nəzərinə
çatdırılmasını təşkil edir və onların
müəyyən edilmiş həcmdə, müddətdə və
yüksək keyfiyyətlə yerinə yetirilməsini tələb
edir.
Onların
lazımi materiallar və işçi qüvvəsi ilə təmin
edilməsini təşkil edir.
Fəhlə
və mütəxəssislərdən maksimum istifadə etmək
məqsədi ilə, sahədə normalaşdırma və əmək
haqqının ödənilməsinin mütərəqqi
formalarını tətbiq edir. Müasir texniki vasitələrindən
istifadə etməklə icra olunan işlərə mütərəqqi
enerjiqənaətedən texnologiyasının tətbiq edilməsinə
imkan yaradır.
Təhlükəsiz
istismar qaydaları, texniki xidmət və sahədə istifadə
edilən texnoloji avadanlıq, dəzgah, mexanikləşdirilmiş
alətlər, aparatura və digər texniki vasitələrin təhlükəsiz
istismar xidmət və profilaktik təmirinə aid
qaydalarının yerinə yetirilməsinə nəzarət
edir.
Təzə
və əsaslı təmir olunmuş inşaat yol
maşını və digər texniki vasitələrin sürüb
yoxlanmasını və sınaqdan keçirilməsini təşkil
edir.
Dövlətdağmədəntexnikinəzarətin
nəzarətində olan yüksək yükqaldıran maşın və
digər istifadə edilən avadanlıqların təhlükəsiz
istismarını təmin edir. Ehtiyat hissələri
yanacaq-sürtkü və digər təmir istismar materiallarının
qənaətlə işlədilməsinə nəzarət
edir. İstehsalatın dövr edən yığma hissələrə,
ehtiyat hissələrinə, alətlərə, yanacaq-sürtkü və
digər materiallara olan ehtiyacını müəyyən edir.
Uçot və
hesabatın, qüvvədə olan təlimatlarda və statistik
hesabat formalarına uyğun aparılmasını təşkil
edir,
Sahədə
olan texniki vasitələrin və digər qiymətli
malların, materialların qorunması təmin edir.
Səmərələşdirmə
və ixtiraçılıq işləri üzrə rəhbərliyi
yerinə yetirir, ixtira və səmərələşdirici təkliflərin
işlənib hazırlanmasına və tətbiqinə
lazımi köməklik göstərir.
Müntəzəm
olaraq təhlükəsizlik texnikasının qayda və
normalarına riayət edilməsi üzrə iş aparır, bədbəxt
hadisələrin araşdırılmasını və uçotunu
təşkil edir, onların qarşısını almaq üçün tədbirlər
işləyib hazırlayır, sahə işçilərinin təhlükəsizlik
texnikasının qaydalarına aid biliklərinin
vaxtaşırı yoxlanmasında iştirak edir.
Xüsusi
geyim və mühafizəedici vasitələrin
vaxtlı-vaxtında alınması və istifadəsinə nəzarət
edir.
Bilməlidir:
maşın və mexanizmlərin əsas köçürülmə sahəsinin
istehsalat-təsərrüfat fəaliyyətinə aid müvafiq icra
hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri, iqtisadiyyatın və əməyin,
idarəetməyinin təşkilini; əsaslı köçürülmə
üzrə planlaşdırmanın əsaslarını, təsərrüfat
hesabının üsullarını, normalaşdırmanı və
əmək haqqının ödənilmə sistemlərini; texniki
sənədlərin, uçot və hesabatın növlərini və
formalarını, onların tərtib etmə
qaydalarını; inşaat maşın və mexanizmlərinin
əsaslı köçürülməsinə aid mütərəqqi təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariya
və yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
İSTEHSALAT-TEXNOLOJİ
KOMPLEKTLƏŞDİRMƏ İDARƏSİNİN
(İTKİ) İSTEHSALAT-KOMPLEKTLƏŞDİRMƏ
SAHƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Sahədə istehsalat-təsərrüfat
fəaliyyətinə rəhbərlik edir, material, məmulat,
yarımfabrikatların koplektləşdirmə, konteynerləşdirmə
və paketləşdirilməsini təmin edir.
Qeyri-tipləşdirilmiş
və ya qeyri-seriyalı konstruksiya və məmulatların
hazırlanmasını təşkil edir.
Bilavasitə
obyektin işçi zonasına, mərkəzləşdirilmiş
qaydada, komplektləşdirilmiş konstruksiya, məmulat,
yarımfabrikat və materialların
çatdırılmasını icra edir.
Məmulat,
material, avadanlığın sahəyə vaxtlı-vaxtında
daxil olması, eləcə də onların müəyyən
edilmiş vaxtda, lazımi sayda və müvafiq keyfiyyətdə
obyektlərə çatdırılmasının operativ uçotunu və
nəzarətini təşkil edir.
Ümumi
istifadə olunan stansiyalardan, vaqonların İTKİ-nin dəmiryol
xəttiyanı anbarlarına verilməsi və
qaytarılmasına, eləcə də vaqonların istifadəsinə
aid xərclərin ödənilməsinə nəzarət edir.
Material ehtiyatlarının vaxtlı-vaxtında
boşaldılmasını, avtonəqliyyata yüklənməsini,
eləcə də daxil olan material və məmulatların
çeşidlərə ayrılmasını təşkil edir.
Mal-nəqliyyat
qayimələrini rəsmiləşdirir. Tədarük,
yarımfabrikat, material, məmulatların komplekt şəklində,
nəzərdə tutulmuş həcmlərdə
çatdırılmasının gedişi haqqında sutka, həftə
(ongünlük) ərzində olan məlumatları yığır və
onları hazır şəklə salır.
Sahəyə
daxil olan və oradan göndərilən məmulat, material,
avadanlıq, düyün və tədarüklərin uçotunu təşkil
edir.
Konteynerlərin,
sahənin balansında olan avadanlıqların istismar və təmirini,
avtonəqliyyat və yükləmə-boşaltma maşın və
mexanizmlərindən səmərəli istifadə olunmasın
təşkil edir.
Sənayedən
daxil olan və tikintidə istifadə edilən material və məmulatların
hazırlıq dərəcəsinin yüksəldilməsinə
kömək göstərir.
İstehsalat-kompektləşdirmə
sahəsinə daxil olan yükün həcminin, növünün və
qorunmasının nəzarətini və material
ehtiyatlarının qəbulunu təşkil edir.
Material
ehtiyatlarının daxil və xaric olunmasına (hərəkətinə)
nəzarət edir.
Anbar təsərrüfatının
səmərəli təşkili, maddi-texniki ehtiyatların səmərəli
yerləşdirilmə və saxlanmasını təmin edir.
Sahə
üçün işçilərin seçilməsi, onların yerləşdirilməsi
və məqsədə uyğun imtifadəsini təmin edir.
Sahənin
istehsalat fəaliyyətinin planlaşdırılmasını,
uçotunu və bu haqda hesabatın tərtib olunmasını təşkil
edir.
Materialların
və əmək, haqqı fondunun qənaətlə istifadə
olunmasına aid tədbirlər işləyib hazırlayır.
Sahənin
kollektivi tərəfindən əməyin mühafizəsi üzrə
qaydaların yerinə yetirilməsinə nəzarət edir.
Sahədə
baş verən bədbəxt hadisələrin
araşdırılmasında iştirak edir.
Səmərələşdiricilərə
kömək edir, mütərəqqi təcrübələrin sahədə
yayılmasına şərait yaradır.
Bilməlidir: Sahənin
istehsalat-təsərrüfat fəaliyyətinə aid müvafiq icra
hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri; tikintinin maddi texniki təminatının
və komplektləşdirilmənin təşkili və
planlaşdırılmasını; operativ uçot və statistik
hesabat sənədlərinin tərtib etmə qaydasını;
yük qaldıran maşın və mexanizmlərinin, texnoloji
avadanlıqların texniki xarakteristikalarını və
istismar qaydalarını; iqtisadiyyatın, eləcə də əməyin,
istehsalatın və idarəetmənin təşkilinin əsaslarını;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası, yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
YÜKVURMA-YÜKBOŞALTMA
İŞLƏRİ
SAHƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Rəhbərliyi və sahənin
işinin operativ planlaşdırmasını yerinə yetirir.
Yüklərin
yüklənmə və boşaldılması üzrə
tapşırıqlarının yerinə yetirilməsini,
istehsalat meydançalarının və yükvurma-yükboşaltma vasitələrinin
səmərəli istifadəsini təmin edir.
Məhsulun
boşaldılma yerinə qədər olan keçid
yollarının və eləcə də daxil olan məhsulların
yığılması üçün meydançaların saz vəziyyətdə
saxlanmasını təmin edir.
Materialların
qəbulu üzrə təlimatın tələblərinə
müvafiq, daxil olan məhsulların boşaldılmasını, fasiləsiz
qəbulunu, eləcə də yarımfabrikat, tədarük,
material və digər məhsulların yüklənməsini təmin
edir.
Məsul
şəxslər tərəfindən, məhsulların qəbulu
və yolasalınması üzrə sənədlərinin düzgün tərtib
olunmasını təmin edir.
Anbardarlar,
takelajçılar, yükdaşıyan fəhlələr (ekspeditorlar)
və tabeliliyində olan digər heyyətin işinə rəhbərlik
edir.
İstehsalat-komplektləşdirmə
bazasına daxil olan yüklərin vəziyyətini, həcmini və
növünü yoxlayır.
Sahənin
anbarından materialların bir dəfə buraxılması və
eləcə də material və məmulatların tikinti obyektlərinə
çatdırılması üçün mal-nəqliyyat qaimələrinin tərtib
olunmasında iştirak edir. Anbar təsərrüfatının səmərəli
təşkilini, material-texniki ehtiyatların yerləşdirilməsi
və saxlanmasını, eləcə də yüklərin müəyyən
edilmiş müddətdə yola salınmasını təşkil
etmək məqsədi ilə, avtonəqliyyatın istifadəsi
üçün vaxtlı-vaxtında sifarişlərin verilməsini təmin
edir.
Yük
qaldıran maşın və mexanizmlərinin təmiri üçün
sifarişlər tərtib edir.
Yükvurma-yükboşaltma
işlərinin texniki inkişafının və
avadanlıqların modernləşdirilməsinin
planlaşdırılmasında, avadanlıqların
vaxtından tez korlanma hallarının və qəzaların səbəblərinin
araşdırılmasında iştirak edir, onların yol verilməməsinə
aid tədbirlərin işləyib-hazırlanmasını təmin
edir.
Daxil
olan və göndərilən material və məmulatların
hesabatının tərtib edilməsində iştirak edir:
Lazımi
statistik hesabatı hazırlayır və İTKİ-yə təhvil
verir. Sahədə yerləşən, magistrala çıxan
yolların, yükqaldıran maşın və mexanizmlərinin
vaxtlı-vaxtında təmirini təşkil edir.
Sahədə
mütərəqqi iş təcrübələrinin tətbiqini təşkil
edir.
Mexanikləşdirməyə,
nəqliyyata; habelə digər məqsədlərə sərf
olunan xərclərə nəzarət edir.
Sahə
işçilərinin istehsalat və əmək intizamına, əməyin
mühafizəsi qaydalarına riayət etməsinə nəzarət
edir.
Səmərələşdiricilərə
kömək göstərir.
Bilməlidir. sahənin
istehsalat-təsərrüfat fəaliyyətinə aid müvafiq icra
hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədlərini, yükvurma-yükboşaltma işlərinin
təşkili və planlaşdırılmasını; operativ
uçot və statistik hesabat sənədlərinin tərtib etmək
qaydasını; yük qaldıran maşın və mexanizmlərinin
istismar və təmir qaydalarını; iqtisadiyyatın və əməyin,
istehsalatın, idarəetmənin təşkilinin əsaslarını:
əmək haqqının ödənilməsinə aid əsasnaməni;
maddi-həvəsləndirici formaları; yükvurma-yükboşaltma
avadanlıqlarına texniki xidmət göstərmək üzrə mütərəqqi
təcrübələrİ; əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası;
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
KRANALTI YOLLARIN QURULMASI VƏ
İSTİSMARI
SAHƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Kranaltı rels yollarının
qurulması və istismarı üzrə, yüksək keyfiyyəti təmin
etmək şərti ilə, tapşırığın
icrasını təşkil edir.
Kranaltı
yolların qurulmasına və istismarına texniki nəzarəti
yerinə yetirir.
Nəqliyyat,
ləvazimat, material və alətlərə sifarişlərin
tərtib edilməsini
Yerinə
yetirilmiş işlər üzrə aktların, habelə material və
maddi qənimətlərin sərf edilməsinin
hesabatlarının tərtib olunmasını təşkil
edir.
Hər
bir iş icraçısı, mexanik, ustaya plan
tapşırıqlarını müəyyən edir və
onların lazımi işçi kadrlarla təmin olunmasını təşkil
edir.
Rels
yollarının və qüllələ kranların qurulması
üçün, istifadə olunan maşınların təhlükəsiz
istismar və təmirini təmin edir. Qülləli kranlarda, rels
yollarının keyfiyyətsizliyinə görə baş verə
bilən qəzanın qarşısını almaq üçün tədbirlər
işləyib hazırlayır. Rels yollarının
qurulması üzrə ən yaxın briqadaların təcrübəsini
ümumiləşdirir və yayır.
Planxəbərdaredici
təmir üzrə qrafiklərin işlənib
hazırlanmasında, habelə tələb olunan material və
ehtiyat hissələrinə sifarişlərin tərtib edilməsində
iştirak edir.
Sahədə
əməyin elmi təşkilini, əmək haqqının ödənilməsi
üzrə mütərəqqi üsulları, işçi və mütəxəssislərdən
maksimum istifadə etmək məqsədi ilə
normalaşdırılmış tapşırıqları tətbiq
edir.
Kranaltı
yolların istismar və qurulması üzrə icra olunan işlərin
təşkilini təkmilləşdirir.
Müasir
texniki təchizetmə vasitələrindən istifadə etməklə,
icra olunan işlərə mütərəqqi, enerjiyə qənaət
edən texnologiyaların tətbiq edilməsinə imkan
yaradır.
Sahədə
istifadə edilən texnoloji avadanlıq, dəzgahlar, mexanikləşdirilmiş
alət, aparatura və digər texniki vasitələrin təhlükəsiz
istismar, texniki xidmət və profilaktik təmiri üzrə
qaydalarının yerinə yetirilməsinə nəzarət
edir.
Sahədə
olan texniki vasitələrin və digər qiymətli
mal-materiallarının qorunmasını təmin edir.
Qüvvədə
olan təlimatlara və statistik hesabat formalarına uyğun
uçot və hesabatın aparılmasını təşkil edir.
Səmərələşdirmə
və ixtiraçılıq işlərinə rəhbərlik edir
və bununla əlaqədar təkliflərin işlənib
hazırlanmasına və tətbiqinə lazımi köməklik
göstərir. Təhlükəsiz əmək şəraitinin
yaradılması, habelə əməyin mühafizəsinin qayda və
normalarına riayət edilməsi üzrə müntəzəm iş
aparır. Bədbəxt hadisələrin
araşdırılmasını və uçotunu təşkil edir,
onların qarşısını almaq üçün tədbirlər
işləyib hazırlayır, sahənin işçilərinin
yükqaldıran maşın və mexanizmlərinin təhlükəsiz
istismarını və qülləli kranların rels
yollarının saz vəziyyətdə saxlanma qaydalarına
aid biliklərinin vaxtaşırı yoxlanmasında iştirak
edir.
Bilməlidir: sahənin
istehsalat-təsərrüfat fəaliyyətini müəyyən edən
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədlərini; kranaltı
yolların qurulma və yükqaldıran maşın və
mexanizmlərinin istismar qaydalarını; iqtisadiyyatın, habelə
istehsalatın, əməyin və idarəetmənin təşkilinin
əsaslarını; əmək haqqının ödənilməsinə
üzrə əsasnamələri, maddi-həvəsləndirici
formaları; avadanlıqların texniki xidməti və təmiri
üzrə mütərəqqi təcrübələri; sahənin
işinin planlaşdırma prinsiplərini; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
PLAN-XƏBƏRDAREDİCİ
TƏMİR SAHƏSİNİN
RƏİSİ
Maşınqayırma
zavodlarının texniki, istismar, və təmir sənədlərinə,
qüvvədə olan dövlət standartlarına, tikinti norma və
qaydalarına, inşaat maşınlarının texniki xidməti
və təmirinin təşkili üzrə tövsiyyələrə
uyğun, inşaat texnikasının plan-xəbərdaredici təmir
sisteminin, habelə inşaat texnikasının istismar prosesində
dayanmalarının qısa müddətdə aradan qaldırma
sisteminin fəaliyyət göstərməsini təşkil və
təmin edir.
İşlərin
həcmi, maya dəyəri, yeni texnika və əməyin elmi təşkilinin
tətbiqi üzrə tapşırıqları, habelə işlərin
yerinə yetirilməsinə aid təsdiq olunmuş plan və
qrafiklərə uyğun, material yanacaq və enerjinin istifadəsi
üzrə plan göstərcilərini mühəndis-texniki heyyətin nəzərinə
çatdırır. Mexanikləşdirmə idarəsinin
aparatına, material-texniki və enerji ehtiyatları, nəqliyyat,
texnoloji avadanlıq, mexanizmlər, ehtiyat hissələri, xüsusi
geyim, fərdi mühafizəedici vasitələri və s. almaq
üçün, vaxtlı-vaxtında sifarişlərin təqdim
olunmasını təmin edir.
Təmin
edir: plan tapşırıqlarının müəyyən
edilmiş müddətdə yerinə yetirilməsini, habelə müəyyən
edilmiş texnoloji proseslərə riayət olunmasını;
iş yerlərinin attestasiyasının və səmərələşdirilməsinin
keçirilməsini; əməktutumlu proseslərin və əllə
görülən işlərin mexanikləşdirilməsi və
avtomatlaşdırılması üzrə tədbirlərin
işlənib hazırlanması və tətbiq edilməsini;
istehsalat sahələrindən və avadanlıqlardan, dəzgah,
ləvazimat və alətlərdən səmərəli
istifadə olunmasını; istehsalatın vaxtlı-vaxtında
hazırlanmasının və sahənin ahəngli işləməsini;
inşaat maşınlarının və onların
yığma hissələrinin, təmir üçün zavodlara verilməsi
və geri alınmasını; çətin tapılan və tez
korlanan detal və yığma hissələrinin
ehtiyatlarının mövcudluğuna, habelə onların bərpa
və təmir olunmasına nəzarəti; inşaat
texnikasının təmir xərclərinin
azaldılmasını; sahənin uçot və hesabat sənədlərinin
aparılmasını.
Sahədə
əməyin təşkilini,
normalaşdırılmasının, ödənilməsinin və
həvəsləndirməsinin mütərrəqqi
üsullarını tətbiq edir.
İnşaat
maşın və avadanlıqlarını hazırlayan
zavodlara, onların keyfiyyəti üzrə reklamasiyalar təqdim
edir, hər hansı bir maşın üzrə alınan rədd
cavablarının, texniki istismara sərf olunan xərclərin
uçotunun aparılmasını, habelə keyfiyyətin idarəolunmasının
kompleks sisteminin tətbiqini, istehsalatın
pasportlaşdırılmasını təşkil edir.
Maşınların və onların işçi
avadanlıqlarının, yığma hissələrin və
detalların iş şəraitini öyrənir və mexanikləşdirmə
idarəsinin aparatına, onların
etibarlılığının artırılması üzrəü
təkliflər göndərir. Kadrların seçilməsi, briqada və
manqaların tərkiblərinin lazımi say və peşələr
üzrə təşkil olunması işində iştirak edir.
Əmək
kollektivində qarşılıqlı kömək və tələbkarlıq
şəraiti yaradır, tabeçiliyində olan heyətdə plan
tapşırıqlarının yerinə yetirilməsinə və
əməyin səmərəliliyinin yüksəldilməsinə
aid məsuliyyət hissini artırır.
Onların
peşəkar ustalıqlarının artmasında iştirak
edir, habelə ixtisaslarının artmasını və ikinci
etibarlı peşənin əldə edilməsini təşkil
edir.
Təsərrüfat
hesabının tətbiqini təşkil edir.
İstehsal
olunan məhsulun ölçü vahidinə sərf olunan əmək
haqqı fondunun azaldılmasını təmin edir,
Sahə
üzrə əməkhaqqı və mükafatların
miqdarını yoxlayır və razılaşdırır.
Briqada
və ayrı-ayrı işçilərin əmək
iştirakının əmsallarının müəyyən edilməsində
iştirak edir.
Ayrı-ayrı
işçilərin mükafatlandırılması üçün təkliflər
hazırlayır. Əlverişli əmək şəraitinin
yaradılmasını, istehsalat mədəniyyətinin yüksəldilməsinin,
iş vaxtından səmərəli istifadə
olunmasını, işçilərin əmək və istehsalat
intizamına riayət etməsini, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və istehsalat sanitariyasının
qaydalarının Yerinə yetirilməsi üzrə tədbirlərin
keçirilməsini və onlara riayət olunmasına nəzarəti
təmin edir. Sahədə texniki vasitələrin, qiymətli
malların və digər dəyərli materialların
qorunmasını təmin edir.
Sahənin
işçilərinin, əmək mühafizəsi üzrə norma və
qaydalarına aid, biliklərinin vaxtaşırı
yoxlanmalarında iştirak edir, xüsusi keyim və mühafizəedici
vasitələrin vaxtlı-vaxtında alınması və
istifadəsinə nəzarət edir.
Sahədə
baş verən bədbəxt hadisələrin
araşdırılmasında iştirak edir.
Səmərələşdirmə
və ixtiraçılıq üzrə işlərə rəhbərliyi
yerinə yetirir.
İxtira
və səmərələşdirici təkliflərin işlənib
hazırlanmasına və tətbiqinə lazımi köməklik
edir.
Sahədə
mütərəqqi təcrübələrin yayılmasına şərait
yaradır.
Kollektiv
və fərdi müqavilələrin işlənib
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Bilməlidir:
sahənin istehsalat-təsərrüfat fəaliyyətinə aid
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən. rəhbər
tutulan metodiki, normativ sənədlərini; sahədə plan-xəbərdaredici
təmir və təmir xidmətinin təşkili və
texnologiyasını; sahənik balansında olan inşaat-yol
maşınlarının, mexanizmlərin və onların
sistemlərinin quruluşunu, texniki istismar
xarakteristikalarını, konstruktiv əlamətlərini; təmir
işlərinin planlaşdırma qayda və üsullarını;
avadanlıqların təmiri, quraşdırılması və
sınaqdan keçməsi üzrə texniki şərtləri;
iqtisadiyyatın, habelə istehsalatın, əməyin, idarəetmənin
təşkilinin əsaslarını; planlaşdırmanın əsaslarını,
təsərrüfat hesabının, normalaşdırmanın
üsullarını, əmək haqqı sistemlərini və maddi
həvəsləndirmənin formalarını; inşaat
maşın və mexanizmlərinin texniki xidməti və təmiri
üzrə mütərəqqi təcrübələri; texniki sənədlərin,
uçot və hesabatın növ və formalarını, onların tərtibat
qaydalarını; əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
SAHƏ RƏİSLƏRİNİN
ÖDƏNİŞ DƏRƏCƏLƏRİN
İXTİSAS
TƏLƏBLƏRİ:
7-ci dərəcə:
İş stajına tələblər qoyulmadan orta ixtisas
(texniki) təhsili;
8-ci dərəcə:
İş stajına tələblər qoyulmadan ali texniki təhsil;
9-cu dərəcə:
Ali texniki təhsil və tikinti təşkilatlarında mühəndis-texniki
vəzifələrdə 1 ildən az olmayaraq iş stajı və
ya orta ixtisas (texniki) təhsili və tikinti təşkilatlarında
mühəndis-texniki vəzifələrdə 3 ildən az
olma-yaraq iş stajı;
10-cu dərəcə:
Ali texniki təhsil və 9-cu dərəcəli sahə rəisi
vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
11-ci dərəcə:
Ali texniki təhsil və 10-cu dərəcəli sahə rəisi
vəzifəsində 1 ildən az olmayaraq iş stajı;
12-ci dərəcə:
Ali texniki təhsil və 11-ci dərəcəli sahə rəisi
vəzifəsində 1 ildən az olmayaraq iş stajı.
7. TİKİLMƏKDƏ OLAN
MÜƏSSİSƏLƏRİN MÜDİRİYYƏTİ:
DİREKTOR
Vəzifə
borcu: İnvestisiya proseslərinin, digər
sahələrdə birlikdə tikinti kompleksinin, təhsil, səhiyyə,
mənzil, kommunal, mədəni-məişət təyinatlı
sahələrin bazasının istehsal gücünün işə
sapınmasına dair tapşırıqları yeri nə
yetirir.
Mütərəqqi
texnologiyanın, avadanlıqların, materialların və
konstruksiyaların, istehsalatın, əməyin və idarəetmənin
təşkilinin qabaqcıl metodlarının geniş tətbiqi
əsasında tikinti təşkilatlarının layihə-smeta
sənədləri ilə təmin olunmasını təşkil
edir.
Kapital
(əsaslı) qoyuluşunun səmərəliliyinin yüksəldilməsində
və investisiya dövriyyəsinin azaldılmasında iştirak
edir. Mövcud ümumdövlət təchizat və təminat sistemini nəzərə
almaqla, obyektlərin tikintisinin texnoloji, elektrotexniki, enerjetik
avadanlıqlar və aparatlarla təmin olunmasını təşkil
edir. Təsdiq olunmuş layihə-smeta sənədlərinə
müvafiq obyektlərin tikintisinin gedişinə və yerinə
yetirilən işlərin keyfiyyətinə nəzarəti və
texniki nəzarəti həyata keçirir. Podrat təşkilatların
menecer üsulu və ya tenderlərin keçirilməsi yolu ilə
tikintiyə cəlb olunmasını təşkil edir. Perspektiv
və illik əsaslı tikinti planlarının işlənməsində
iştirak edir, onların qəbul olunmuş qaydada
razılaşdırılmasını təmin edir. Tikintilərin
titul siyahılarının qəbul olunmuş qaydada işlənməsində
iştirak edir. Gələcək işlərin tikintisi üçük
layihə-smeta axtarış işlərinin planlarının
formalaşdırılmasını həyata keçirir.
Qanunauyğun şəkildə əmlak və vəsaitlərə
rəhbərlik edir, müqavilələr bağlayır, tikintinin
maliyyələşdirilməsi üzrə banklarda hesabların
açılmasına və bağlanmasına başçılıq
edir. İşçiləri işə qəbul edir, onları
işdən azad edir və onların cəzalandırılması
və ya mükafatlandırılması üçün müəyyən tədbirlər
görür. Məhkəmələrdə, dövlət və ya arbitraj
orqanlarında işlərin araşdırılmasında
iştirak edir, Müxtəlif tikililərin, anbarların, digər əmlakların
icarəyə verilməsinə və götürülməsinə,
qanunla qəbul edilmiş qaydada və həddə əmlakın
və material sərvətlərinin realizasiyasına
başçılıq edir.
Bilməlidir:
tikintinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən
edən dövlət qərar və qətnamələrini;
investisiya qanunlarını; tikinti təşkilatının fəaliyyətinə
dair müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini, digər rəhbəredici və normativ sənədləri,
sahənin və təşkilatın texniki və iqtisadi
inkişaf perspektivlərini; tikinti istehsalının
texnologiyasını, podrat müqavilələrin bağlanması
və icrası qaydalarını; təşkilatın istehsal-təsərrüfat
və maliyyə fəaliyyətinin planlarının işlənməsi
və təsdiqi qaydalarını; istehsalatın, əməyin,
idarəetmənin təşkilini və iqtisadiyyatını,
tikinti istehsalının texnologiyasını, təşkilini və
idarəetmə sahəsində elm və texnikanın nailiyyətlərini,
qabaqcıl milli və beynəlxalq təcrübəni; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası və yanğına
qarşı mühafizə, istehsalat sanitariyasının norma və
qaydalarını.
BAŞ
MÜHƏNDİS
Vəzifə
borcu. Tikinti prosesində meydana çıxan məsələlərin
vaxtında həll olunmasında iştirak edir. Planda göstərilən
müddətdə obyektlərin istismara verilməsinin təminində
iştirak edir. Layihələndirmə üçün layihə təşkilatlarından
alınan ilkin göstərişlərin dolğunluğunu və
keyfiyyətini təmin etməklə, layihə-smeta sənədlərinin
işlənməsi üçün ilkin göstəriciləri verir. Müvafiq
layihə-axtarış, konstruktor və lazım olan hallarda
elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün
müqavilələr bağlayır. Layihə təşkilatları
ilə razılaşdırılmış layihə-smeta sənədlərinin
işlənməsi və təhvil verilməsi qrafikinin yerinə
yetirilməsinə nəzarəti həyata keçirir, Layihə-smeta
sənədlərinin razılaşdırılmasında və
təsdiqində, həmçinin ekspertizanın və podratçı təşkilatların
iradlarının əsasında, dəyişikliklərin ona əlavə
edilməsinin, qəbul olunmuş qaydada təşkilində
iştirak edir. Əsaslı tikinti üzrə podrat müqavilənin,
qəbul edilmiş müddətdə, tərtib olunmasında layihə
təşkilatlarının iştirakı ilə podratçı təşkilatla
mövcud normativ sənədlərə müvafiq tikinti obyektləri
üçün müqavilə qiymətlərinin müəyyən edilməsini və
razılaşdırılmasını həyata keçirir. Bank idarələrində
layihə-axtarış işlərinin və tikinti obyektlərinin
kapital qoyuluşuna ayrılmış həcm həddində
maliyyələşdirilməni, həmçinin bank tərəfindən
bu məqsədlər üçün lazım olan bütün sənədlərin
təqdim olunmasını təmin edir. Avadanlıqlara və
materiallara, qəbul edilmiş qaydada, sifarişlərik
vaxtında təqdim olunmasını, alınmasını və
buraxılış komplekslərində, obyektlərdə
onların bölünməsini material və avadanlıqların
hazırlanmasına və tədarükünə müqavilələrik
bağlanmasını və onların realizasiyasına nəzarəti
həyata keçirir.
Tikinti
üçün torpaq sahələrinin məsələlərinə dair qəbul
edilmiş qaydada vəsadət qaldırır, lazım olduqda
isə onların mövcud tikililərdən azad olunması
haqqında konkret tədbirlər hazırlayır. Başa
çatmış obyektlərik lazımi sənədlərinin
hazırlanıb, komissiyaya təqdim olunmasında iştirak
edir, həmçinin komissiyasının işində iştirak
edir, Komissiyanın işinin başa çatmasından sonra obyektin
istismarçı təşkilata təhvil verlməsinə
başçılıq edir.
Bilməlidir.
tikintinin və onun sahələrinin iqtisadi və sosial
inkişaf istiqamətlərini müəyyən edən dövlət
qərar və qətnamələrini; tikinti təşkilatının
fəaliyyətinə dair müvafiq icra hakimiyyəti
orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini,
sərəncamlarını, əmrlərini və digər
normativ hüquqi aktlarını; sahənin və təşkilatın
texniki və iqtisadi inkişaf perspektivlərini; tikinti
istehsalının texnologiyasını; podrat müqavilələrin
bağlanması və icrası qaydalarını; təşkilatın
istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin
planlarının işlənməsi və təsdiqi
qaydalarını; istehsalatın, əməyin və idarəetmənin
təşkilini və iqtisadiyyatını; tikinti
istehsalının texnologiyasını, təşkilini və
idarəetmə sahəsində elm və texnikanın nailiyyətlərini;
mütərəqqi təcrübələri; qanunvericiliyin əsaslarını;
əməyin elmi təşkilinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası və
yanğına qarşı mühafizə və istehsalat
sanitariyasının norma və qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ
Ali
texniki və ya iqtisadi təhsil və tikinti təşkilatlarında
rəhbər və mühəndis-texniki vəzifələrdə
5 ildən az olmayaraq iş stajı.
16-17-ci
dərəcə: tikilməkdə olan müəssisələrin
müdiriyyətinin direktoru vəzifəsini yerinə yetirdikdə;
15-16-cı
dərəcə: tikilməkdə olan müəssisələrin
müdiriyyətinin baş mühəndisi vəzifəsini yerinə
yetirdikdə.
8.
TİKİNTİ VƏ QURAŞDIRMA İŞLƏRİ
ÜZRƏ USTA
Vəzifə
borcu.
İş
cizgilərinə, işlərin istehsalat layihəsinə,
istehsalat tapşırığına və normativ sənədlərinə
uyğun, ustaya həvalə olunduğu sahədə
tikinti-quraşdırma işləri üzrə
tapşırıqların icrasını təmin edir.
İcra
olunan işlərin texnoloji ardıcıllıqla
aparılmasına və onların lazımi kefiyyətinin təmin
edilməsinə nəzarət edir. Ehtiyac olduqda bölgü işlərini,
texnoloji əməliyyatların gedişində geodeziya nəzarətini
və tikinti-quraşdırma işlərinin həcminin ölçülməsini
yerinə yetirir.
Material,
konsruksiya və məmulatların qəbulunu, onların
yığılmasını, qeydiyyat və hesabatını təşkil
edir.
Sahədə
tikinti maşınlarının mexanizmlərinin, nəqliyyat
vasitələrinin səmərəli istifadə olunmasını,
materialların qənaətlə işlədilməsini təmin
edir
Sahədə
briqadaları, habelə onların tərkibinə daxil olmayan
manqa və ayrı-ayrı fəhlələri yerləşdirir,
onlara istehsalat tapşırığı verir fəhlələrlə
istehsalat təlimatı keçir.
İş
görmək üçün, onların qiymət və vaxt normalarını
göstərməklə, naryad verir, yerinə yetirilmiş işləri
qəbul edir, həmin işlərə əmək haqqı
naryadı doldurur, iş vaxtının; fəhlələrin
hasilat normasının, boşdayanmalarının uçot sənədlərini
tərtib edir.
İstehsalat
tapşırıqlarının və daxil olan tikinti
materiallarının, konstruksiyaların, məmulatların gündəlik
operativ hesabatını təşkil edir. Əməyin elmi təşkilini
tətbiq edir, qüvvədə olan hasilat normalarının fəhlələr
tərəfindən mənimsənilməsinə və yerinə
yetirilməsinə şərait yaradır.
Fəhlələrə
dərəcələrin verilməsinə, briqadaların say və
peşə ixtisas tərkibinin komplektləşdirilməsinə
aid təkliflər verir.
Briqada
və fəhlələrin alətlər, cihazlar, kiçik mexanikləşdirmə
vasitələri, nəqliyyat, xüsusi geyim, qoruyucu vasitələr
ilə təmin olunmasına nəzarət
İş
yerlərinin atestasiyasını aparan komissiyanın tərkibinə
daxil olur, işində iştirak edir.
Fəhlələri
işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə
tanış edir, bilavasitə iş yerlərində onları
təlimatlandırır və bu barədə fəhlələrin
təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır.
Texnoloji
ləvazimatların (avadanlıqların) (taxta-şalban,
ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək
divarlarının bərkitmələri, dayaq-konduktor və digər
quryular) tiinti maşınları, enerji qurğuları, nəqliyyat
vasitələrinin və işçilərin, qoruyucu vasitələrinin
təyinatına uyğun istifadə edilməsini təmin edir.[2]
Ağır
yüklərin daşınmasında, normalara riayət edilməsini,
iş yerlərinin təhlükəsizlik nişanları, xebərdaredici
yazılar və plakatlarla təmin olunmasına nəzarət
edir.
İş
yerlərinə, sanitar-məişət otaqlarına, sahənin
ərazisinə kənar adamların daxil olmasına icazə
vermir.
İş
yerlərində, keçid öz magistrala çıxan yollarda təmizliyə
və qayda-qanuna riayət edilməsini, kranaltı yolların
düzgün saxlanılmasını və istismar edilməsini təmin
edir,
Hər
gün işə başlamazdan əvvəl təhlükəsizlik
texnikasının vəziyyətini yoxlayır və aşkar
olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər
görür, təhlükəsizlik texnikası və istehsalat
sanitariyası qaydalarının pozulmasının
araşdırmaları haqqında fəhlələrlə müntəzəm
söhbətlər aparır.
Fəhlələrin
əmək mühafizəsi üzrə təlimatlara, istehsalat və əmək
intizamına əməl etməsinə nəzarət edir.
Sahənin
təsərrüfat fəaliyyətini təhlil edir, nəzərdə
tutulmuş fondların xərclənməsinə nəzarət
edir.
Əməyin
qabaqcıl metod və üsullarının tətbiqinə şərait
yaradır.
Kollektiv
müqavilənin və fərdi müqavilələrin
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Fəhlələrin
ixtisasının artmasına və peşəkarlığının
yüksəldilməsinə şərait yaradır.
Kollektivdə
tərbiyəvi iş aparır, fərqlənək fəhlələrin
müvafiq fondlardan (o cümlədən ustanın fondundan) müəyyən
olunmuş qaydada mükafatlandırılmasını təşkil
edir.
Bilməlidir. tikinti
sahəsinin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini, digər
istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədləri;
tikinti istehsalatının təşkili və
texnologiyasını; tikilməkdə olan obyektlərin
smeta-layihə sənədlərni; tikinti-quraşdırma
işlərinin icrasına və qəbuluna aid olan tikinti norma
və qaydalarını, texniki şərtləri; briqada və
sahələrin təsərrüfat hesabının
metodlarını; iqtisadiyyatın, habelə əməyin və
idarəetmənin təşkilinin əsaslarını, sahədə
görüləsi işlərin planlaşdırma prinsiplərini;
vahid norma və qiymətləri; fəhlələrin əmək
haqqının ödənilməsinə aid növbədə olan əsasnamələri;
istifadə olunan tikinti maşınlarının, mexanikləşdirilmiş
alətlərin, cihazların texniki xarakteristikalarını;
tikinti istehsalatının və əməyin elmi təşkilinə
aid mütərəqqi təcrübələri; qanunvericiliyin əsaslarını;
əməyik mühafizəsinin, təhlükəsizlik
texnikasının, istehsalat sanitariyasının və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ
6-cı
dərəcə: iş stajına tələblər qoyulmadan
orta ixtisas (texniki) təhsili.
İxtisas
təhsilinin olmadığı haqda, tikinti təşkilatında
5 ildən az olmayaraq iş stajı;
7-ci dərəcə:
iş stajına tələblər qoyulmadan ali texniki təhsil
və ya orta ixtisas (texniki) təhsili və tikinti təşkilatlarında
2 ildən az olmayaraq iş stajı;
8-ci dərəcə:
ali texniki təhsil və 7-ci dərəcəli usta vəzifəsində
2 ildən az
9-cu dərəcə:
ali texniki təhsil və 8-ci dərəcəli usta vəzifəsində
1 ildən az olmayaraq iş stajı;
10-cu dərəcə:
ali texniki təhsil və 9-cu dərəcəli usta vəzifəsində
1 ildən az olmayaraq iş stajı;
9. TRESTİN (VƏ YA ONA
BƏRABƏR TUTULAN TƏŞKİLATIN) RƏHBƏRİ,
TİKİNTİ İDARƏSİNİN (VƏ YA ONA
BƏRABƏR TUTULAN TƏŞKİLATIN) RƏİSİ
Vəzifə
borcu. Tikinti təşkilatlarının və
ya onların bölmələrinin bütün fəaliyyətlərinə,
dövlət müəssisələri (birlikləri) haqqında qanuna əsasən,
rəhbərlik edir.
İstehsalat
bölmələrinin və xidməti təsərrüfatın
işini və qarşılıqlı səmərəsini təşkil
edir, onların fəaliyyətini tikinti istehsalının təkmilləşdirilməsinə
və yüksək inkişaf tempinin əldə edilməsinə,
onun dünya səviyyəsi-nə uyğun olmasına, əmək
məhsuldarlığının hərtərəfli yüksəldilməsinə,
istehsalın səmərəliliyinə və təsərrüfat
mexanizminin təkmilləşdirilməsinə, işin keyfiyyətinə,
qabaqcıl texnika və texnologiyanın geniş tətbiqinə,
əməyin, istehsalın və idarəetmənin elmi təşkilinə
yönəldir.
Qəbul,
edilmiş kəmiyyət və keyfiyyət göstəricilərinə
əsasən, təşkilat tərəfindən, əsaslı
tikinti üzrə tapşırıqların, habelə dövlət
büdcəsi, Sifarişçi və banklar qarşısında bütün
öhdəliklərin yerinə yetirilməsini təmin edir.
Tam təsərrüfat
hesabı və özünü maliyyələşdirmə və
istehsalat daxili təsərrüfat hesabının inkişafı əsasında
təşkilatın yüksək rentabellik səviyyəsinin əldə
edilməsi ilə, istehsalat-təsərrüfat fəaliyyətini
təşkil, edir, yenilərinin tikintisinə, müəssisələrin
buraxılış komplekslərinin və, obyektlərin
tikintisi üçün, sifarişçilərlə
razılaşdırılmış müqavilə qiymətinə
əsasən, mövcud müəssisə və obyektlərin
genişləndirilməsi, yenidən qurulması və texniki cəhətdən
yenidən qurulması üçün müqavilələrin
bağlanmasını təmin edir, yeni icra hakimiyyətlərinin
istehsalat gücünün və uzunmüddətli proqrama müvafiq, maddi-texniki
bazanın inkişafı üzrə təkliflərini nəzərə
almaqla, tədbirləri həyata keçirir.
Elmi əsaslandırılmış
planlaşdırmanın metodlarının, material, maliyyə və
əmək xərcləri normativlərini öyrənir,
Elmi əsaslandırılmış
planlaşdırmanı, maddi, maliyyə və əmək xərcləri
normativlərinin, qabaqcıl təcrübənin maksimum istifadəsi,
həmçinin istehsalatdaxili ehtiyatların axtarılması əsasında
yüksək texniki-iqtisadi göstəricilər əldə edir
Əməyin
təhlükəsizliyinin təminetmə, əməyin mühafizəsinin
idarəolunması sistemlərinin bütün xidmətlər və
tabeçilikdə olan təşkilatlar tərəfindən tətbiq
edilməsi işinə ümumi rəhbərliyi həyata keçirir.
Təşkilatın
ixtisaslı kadrlarla təmini üzrə işçilərin biliyinin və
təcrübəsinin daha yaxşı istifadəsi, onların əməyinin
təhlükəsiz və əlverişli iş şəraitinin
yaradılması üzrə tədbirlər görür. Kollektivin sosial
inkişafı üzrə tədbirlərini həyata keçirir.
Kollektiv və fərdi müqavilələrin bağlanması və
yerinə yetirilməsini, əmək şəraitinin mühafizəsinin
yaxşılaşdırılmasını, kompleks
planlarının və sanitar-sağlamlıq tədbirlərinin
icrasını təmin edir, kadrların əməyə
şüurlu və düzgün münasibət ruhunda tərbiyələndirilməsi,
dövlət mənafeyinə ciddi riayət olunması, əmək
və istehsal intizamının möhkəmləndirilməsi üzrə
iş aparır, fəhlə və qulluqçuların
yaradıcı təşəbbüsünün inkişafına imkan
yaradır. Sosial-hüquq prinsiplərinin düzgün tətbiqini, rəhbərliyin
iqtisadi və mənəvi stimul məsələlərinin
müzakirəsində və həllində təkbaşınaçılığın
və kollektivçiliyin uyğunlaşmasını, həmçinin hər
bir işçinin, ona həvalə edilmiş işə görə və
kollektivin işinin yekununa görə məsuliyyətinin gücləndirilməsini
təmin edir. Yaşayış problemlərinin həlli, məktəbəqədər
uşaq müəssisələrinin olan tələbatın ödənilməsi,
qidalanma, ticarət-məişət xidmətinin istehsalatda, həmdə
məişətdə təşkili məsələləri,
tabeçilikdə olan yataqxanalarda lazımi yaşayış şəraitinin
yaradılması, yaşayış fondunun əsaslı təmiri
və istismarı üzrə tədbirləri həyata keçirir, Təşkilatın
fəaliyyətində dövlət qanunvericiliyinə, idarəetmənin
təkmilləşdirilməsi, müqavilə intizamının və
təsərrüfat hesabının möhkəmləndirilməsi uçun
hüquqi vasitələrdən fəal surətdə istifadəyə
riayət olunmasını təmin edir.
Ardıcıl
olaraq dövlət qərarlarını həyata keçirir.
Bilməlidir. tikinti
və tikinti sahələrinin iqtisadi və sosial inkişaf
istiqamətlərini müəyyən edən dövlət qərar və
qətnamələrini; tikinti təşkilatının fəaliyyətinə
dair müvafiq icra hakimiyyəti orqanlarının və
aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını,
əmrlərini, normativ və digər rəhbəredici sənədləri;
sahənin və təşkilatın texniki və iqtisadi
inkişaf perspektivlərini; tikinti istehsalının
texnologiyasını; podrat müqavilələrin bağlanma və
icra qaydalarını; təşkilatın istehsal-təsərrüfat
və maliyyə fəaliyyətinin planlarının işlənmə
və təsdiq qaydalarını; istehsalatın, əməyin
və idarəetmənin təşkilini və
iqtisadiyyatını; tikinti istehsalının
texnologiyasını, təşkilini və idarəetmə sahəsində.
elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və
beynəlxalq təcrübəni; qanunvericiliyin əsaslarını,
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ
Ali texniki
və ya iqtisadi təhsil və tikinti təşkilatlarında
rəhbər vəzifələrdə 5 ildən az olmayaraq
iş satjı.
16-cı
dərəcə: tikinti idarə (və ya ona bərabər
tutulan təşkilat) rəisinin vəzifəsini yerinə
yetirdikdə;
17-ci dərəcə:
trest (və ya ona bərabər tutulan təşkilat) rəhbərinin
vəzifəsini yerinə yetirdikdə.
10. ŞÖBƏ RƏİSİ
ƏSAS
ŞÖBƏLƏR
Əməyin
və əmək haqqının təşkili şöbəsinin
rəisi
Vəzifə
borcu. Əməyin təşkilinin,
normalaşdırılmasının və ödənilməsinin,
həmçinin onun maddi və mənəvi
stimullaşdırılmasının təkmilləşdirilməsi
üzrə işlərinin yerinə yetirilməsini təmin edir.
Əməyin ödənilməsinin, maddi və mənəvi
mükafatlandırmanın mövcud forma və sistemlərinin təkmilləşdirilməsi,
onların tam təsərrüfat prinsipinə uyğun olması
üzrə təklifləri işləyir və tətbiqinin səmərəliliyini
təhlil edir. İş vaxtının istifadə
olunmasını öyrənir və onun itkisinin səbəblərini
üzə çıxarır. Əməyin elmi təşkilinin tətbiqi,
təsərrüfat hesabının inkişafı,
tikinti-quraşdırma işlərində əmək sərfinin
azaldılması və iş vaxtının növbədaxili itkisinin
aradan qaldırılması üzrə təkliflər işləyir.
Əmək proseslərinin təşkilinin və əmək
şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının
yüksəlməsi ehtiyatlarının aşkar edilməsi üzrə
işlərin aparılmasına, həmçinin əmək bölgüsü
və onun kooperasiyasının təkmilləşdirilməsi,
iş vaxtının istifadəsi, ağır fiziki əməyin
tətbiqinin azaldılması, iş yerlərinin
attestasiyası və səmərələşdirilməsi, əməyin
metod və qaydaları, əlverişli əmək şəraitinin
yaradılması və ƏET-nin digər istiqamətləri
üzrə tədbirlərin işlənməsinə rəhbərlik
edir.
Əməyin
ödənilməsinin və təşkilinin kollektiv
formalarının səmərəliliyinin yüksəldilməsi və
tətbiqi üzrə həmçinin əmək proseslərinin xəritələrinin
və qulluqçularını əməyin təşkilinin eyni
tipli layihələrinin tətbiqi üzrə təkliflər
hazırlayır, əmək məhsuldarlığının
artması üzrə tapşırığın yerinə yetirilməsinin
təhlilinin aparılmasında, əməyə və əmək
haqqı fondunun xərclənməsinin düzgünlüyünə nəzarətin
aparılması üzrə planların işlənməsində
iştirak edir. İdərəetmənin strukturunun təşkilinin
təkmilləşdirilməsi, qulluqçuların əməyinin təşkili
və mexanikləşdirilməsi, struktur bölmələri və
işçilərin vəzifə təlimatları haqqında əsasnamələrin,
vəzifə maaşlarının və qəbul edilmiş əmək
haqqı fondlarının sxemlərinə müvafiq, ştat cədvəlləri
üzrə işi aparır. Əlverişli say, peşə və
ixtisas tərkibli briqada və dəstələrin komplektləşdirilməsi
üzrə tədbirlər iləyir. Təsdiq olunmuş norma və
qiymətlərin tətbiqinin düzgünlüyünə, naryadların
vaxtında və düzgün tərtibinə və verilməsinə
nəzarəti təşkil edir, Vaxtamuzd fəhlələrin əməyinin
normalaşdırılma sahəsinin genişləndirilməsinə
imkan yaradır. Əmək sərfi və əmək haqqı
kalkulyasiyalarının, tikinti-quraşdırma ilərinə,
həmçinin yardımçı istehsalatda və xidməti təsərrüfatda
işləri, yerli norma və qiymətlərin işlənməsini
təşkil edir,
Fəhlələrə
peşə və itxtisas dərəcələrinik düzgün verilməsinə
nəzarət edir. Qabaqcıl təcrübə məktəbinin
aparılmasını təşkil edir. Bölmələrdə əmək
qanunvericiliyinə, əməyin təşkili və əmək
haqqı məsələlərinə aid müvafiq icra hakimiyyəti
orqanlarının qərarlarına, sərəncamlarına və
digər normativ aktlarına riayət olunmasına nəzarət
edir. Fəhlələrin əmək şəraitinin
yaxşılaşdırılması üzrə, o cümlədən
təhlükəsiz iş yerlərinin təşkili. onların
attestasiyası, qəbul edilmiş qaydada təbii-iqlim və təşkilati-istehsalat
şəraitindən asılı olaraq. əməyin və
istirahətin səmərəli rejiminin müəyyən edilməsi
üzrə tədbirlərin tətbiqini təşkil edir.
Kadrlar
şöbəsi ilə birgə əməyin təhlükəsizliyi
məsələsinin nəzərə alınması ilə
peşə öyrənilməsini təşkil edir. Həmkarlar təşkilatı
ilə birgə kollektiv müqaviləni hazırlayır və onun
yerinə yetirilməsinə nəzarəti təmin edir.
Qabaqcıl kollektiv və işçilərin
mükafatlandırılması üzrə təklifləri və
işçilərin yaradıcı fəallığının
inkişafı, qabaqcıl istehsalat-təcrübəsinin
yayılması üzrə tədbirləri işləyir. Kadrlar
şöbəsinin və fəhlələrin istehsalat-texniki tədris
planlarının işlənməsi və onların
ixtisasının artırılması üzrə işdə
iştirak edir. İdarənin istehsal bölmələrini əmək
üzrə normativ materiallar və ədəbiyyatla təmin edir,
Metodiki rəhbərliyi həyata keçirir və bölmələrin
fəaliyyətini istiqamətləndirir, əməyin və əmək
haqqının təşkili məsələlərinin həllində
metodiki köməyi göstərir. Şöbənin işçilərinə
rəhbərlik edir.
Bilməlidir: müvafiq
icra hakimiyyəti orqanlarının sərəncamlarını,
qərarlarını və əmrlərini, əməyin və
əməkhaqqının, tikinti istehsalatının idarə
olunması üzrə metodiki, normativ və digər rəhbəredici
sənədləri; əmək qanunvericiliyini; əməyin
iqtisadiyyatını; tikinti istehsalının
iqtisadiyyatını və təşkilini; əmək və əmək
haqqı, əməyin elmi təşkili, normaların yenidən
baxılmasına dair təqvim planları, iqtisadi həvəsləndirmə
fondunun istifadə smetası üzrə illik və perspektiv
planların işlənməsi qaydalarını; əmək
haqqı üzrə forma və sistemlərin səmərəli tətbiqinin,
maddi və mənəvi stimullaşdırmanın təşkilini;
əməyin normallaşdırılmasının
metodlarını; mükafatlandırma haqqında əsasnaməni;
işlərin ixtisas xüsusiyyətlərini, fəhlələrin
peşələrini və qulluqçuların vəzifələrini,
iş və fəhlələrin tarifikasiyasını,
qulluqçulara vəzifə maaşlarının müəyyən
edilməsini; əmək haqlarına əlavələrin, üstəlik
və əmsalların tətbiqini, mükafatların
hesablanması qaydalarını, əmək və əmək
haqqı üzrə göstəricilərin uçto və təhlilini, bölmələr
və işçilər üçün vəzifə təlimatları üzrə
əsasnamələrin işlənməsi və təsdiqi
qaydalarını; texniki normallaşdırmanın əsaslarını;
iş vaxtının, əməyin qabaqcıl üsul və
metodlarının öyrənilməsi metodlarını: əməyin
normallaşdırılmasını və keyfiyyət
normalarının vəziyyətinin təhlilini; əməyin
ödənilməsi, istehsalatın təşkili və idarə
olunması üzrə qabaqcıl milli və beynəlxalq təcrübəni;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğından mühafizənin norma
və qaydalarını.
ƏMƏYİN
MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK
TEXNİKASI ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Tikinti təşkilatında təhlükəsiz
və sağlam əmək şəraitinin
yaradılmasına, bu sahədə tədbirlərin keçirilməsinə,
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyasının mövcud qanunvericiliklərinə, təliamtlarına,
norma və qaydalarına riayət olunmasına, əmək
şəraiti üzrə işçilərə, qəbul edilmiş
güzəştlərin və müavinətlərin verilməsinə
nəzarəti həyata keçirir. Tikinti meydançalarında və
iş yerlərində əmək şəraitinin öyrənilməsinin,
qoruyucu qurğuların texniki vəziyyətinin
yoxlanmasını təşkil edir. Daha mükəmməl çəpərləyici
texnikanın və digər mühafizə vasitələrinin
konstruksiyalarının tikinti meydançasında nəqliyyatın
və piyadaların təhlükəsiz hərəkət
marşrutunun işlənməsində və tətbiqində
laboratoriyanın iştirakını təmin edir. Tikinti təşkilatlarında
əmək şəraitinin yaxşılaşdırılmas
üzrə illik və perspektiv planların işlənməsində
iştirak edir. Tikinti təşkilatlarının işçiləri
ilə təhlükəsizlik texnikası üzrə ilkin təlimatın
aparılmasını təmin edir, bölmələr üzrə təhlükəsizlik
texnikası və əməyin mühafizəsi dair tədbirlərin
xərclər smetasının tərtibinə, xüsusi keyimə,
ayaqqabıya və digər fərdi qoruyucu vasitələrinə
(eynək, başlıq və s.) xüsusi qidalanmaya, qoruyucu və
müdafiə qurğularına sifarişlərin düzgün tərtib
olunmasına nəzarət edir. Əməyin mühafizəsinə
ayrılmış vəsaitin xərclənməsinə nəzarəti
həyata keçirir. Bölmələrə, əməyin mühafizəsi
və təhlükəsizlik texnikası üzrə qüvvədən
düşmüş təlimat və yaddaş kitabçalarının
yenidən baxılmasında və yenilərinin işlənməsində,
həmçinin işçiləri təhlükəsiz metodla işləməyi
öyrədən proqramın tərtibi üzrə metodiki kömək
göstərir.
İstehsalat
zədələrinin, peşə xəstəliklərinin təftişində
və təhlilində, onların qarşısının
alınması və aradan qaldırılması üzrə tədbirlərin
işlənməsində, həmçinin əmək şəraitinin
yaxşılaşdırılması, işçilərin
sağlamlığının möhkəmləndirilməsi məsələlərinə
dair kollektiv müqavilənin bölmələrinin tərtibində
iştirak edir. Struktur bölmələrin, əməyin təhlükəsizliyi
məsələləri üzrə, fəaliyyətini istiqamətləndirir.
Fərli və kollektiv mühafizə vasitələrinin, texnoloji və
quraşdırıcı ləvazimatların tətbiqinə və
vəziyyətinə, istehsalat sahələrinin təhlükəsizlik
plakatları və işarələri ilə işçilərin təlimat
və tədris üzrə proqramlarla təmin olunmasına nəzarət
edir. İşlərin icrası üzrə texnoloji xəritələrin,
əməyin təhlükəsizliyi layihələrinin
dolğunluğuna və kefiyyətinə nəzarət edir.
Əməyin mühafizəsi üzrə kabinetin işini və əməyin
mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat
sanitariyası üzrə tədbirlərin müsahibə, sərgilərin,
fotovitrinlərin, stendlərin qurulması, qaydaların, təlimatların,
yaddaşların yayılması, kinofilmlərin nümayişi və
i.a yollarla təbliğatını təşkil edir. Hər il
işçilərin, əməyin təhlükəsiz üsul və
qaydaları üzrə biliklərinin vaxtında
yoxlanılmasına nəzarət edir. Həmkarlar təşkilatı
tərəfindən yaradılmış, mühəndis-texniki
işçilərin əməyin mühafizəsinin norma və
qaydaları haqqında biliklərinin yoxlanması üzrə,
komissiyalarda iştirak edir. Tikintidə tələbələrin,
texniki-peşə məktəblərinin müdavimlərinin təcrübə
keçməsi və təhlükəsizlik texnikasına riayət
olunmasının təmin edilməsinə nəzarət edir.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
məsələləri üzrə tibb müəssisələri,
elmi-tədqiqat institutları və digər təşkilatlarla
əlaqə yaradır və onların tövsiyyələrinin tətbiqinə
dair tədbirlər görür. Şöbənin işçilərinə rəhbərlik
edir və tikinti təşkilatının müvafiq xidmət bölmələrinə
metodiki rəhbərliyi həyata keçirir.
Bilməlidir: müvafiq
icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını,
əmrlərini və əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və istehsalat sanitariyası üzrə metodiki normativ
və digər rəhbəredici sənədləri; yerlərində
əməyin mühafizəsi şəraitinin öyrənilməsi
metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və istehsalat sanitariyası üzrə işin təşkilini;
əməyin təhlükəsizliyinin standartlar sistemini; işin
ağırlığı ilə əlaqədar yüngül işə
keçirilmiş qadınların, yeniyetmələrin, fəhlələrin,
əməyinin istifadəsinin məhdudlaşdırılmasından
irəli gələn, işçilərə qoyulan psixofizioloji tələbləri
inşaat maşınlarının, mexanizmlərin,
avadanlıqların təhlükəsiz istismarının
qaydalarını; tikinti istehsalının
texnologiyasının əsaslarını; istehsalatın, əməyin,
idarəetmənin iqtisadiyyatının və təşkilinin əsaslarını;
əməyin mühafizəsi və təhlükəsizlik təhlükəsizlik
texnikası sahəsində mütərəqqi təcrübəni; əməyin
mühafizəsi və təhlükəsizlik texnikası üzrə təbliğat
və məlumat forma və metodlarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat
sanitariyası üzrə tədbirlərin yerinə yetirilməsi
haqqında hesabatın tərtibi və müddəti
qaydalarını; əmək qanunvericiliyinin əsaslarını.
ƏSASLI
TİKİNTİ ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Öz idarəsinin əsaslı tikinti
üzrə tapşırıqları yerinə yetirilməsini, əsas
fondların və istehsalat işçilərinin istifadəyə qəbul
olunmasını, öz idarəsinin kapital qoyuluşunun səmərəli
istifadə edilməsini və effektivliyinin
artırılmasını təmin edir. Öz idarəsi üçün tikilən
obyektlərin planlaşdırmasını və maliyyələşdirilməsini
təşkil edir.
Yerinə
yetirilən tikinti-quraşdırma işlərinin həcminin,
dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə,
texniki şərtlərə uyğun olunmasına nəzarət
edir.
Öz idarəsinin
əsaslı tikinti və layihə-axtarış işləri
üzrə illik və perspektiv planlarını işləyib
hazırlayır.
Öz idarəsinin
obyektləri üçün titul siyahılarını tərtib və müəyyən
olunmuş qaydada təsdiq edir.
Öz idarəsinin,
tikintisi nəzərdə tutulan, obyektləri üçün layihə-smeta
sənədlərini tərtib etmək məqsədi ilə
layihə təşkilatları ilə müqavilə
bağlayır.
Layihə-smeta
sənədlərinin ekspertizasını keçirir və
onları təsdiq edir.
Tikinti-quraşdırma
işlərin yerinə yetirilməsi üçün podratçı
tikinti-quraşdırma təşkilatları ilə müqavilələr
bağlayır.
Öz idarəsi
üçün inşa edilən obyektlərin material-texniki təminatını
təşkil edir.
Obyektlərin
tikintisinə texniki nəzarət, layihələrin müəllifləri
və nəzarət edən təşkilatların nümayəndələri
tərəfindən iş jurnalında qeyd olunan bütün göstəriş
və tövsiyyələrin vaxtlı-vaxtında yerinə yetirilməsinə
nəzarət edir.
Öz idarəsi
üçün tikilən obyektləri maliyyələşdirilmək məqsədi
ilə lazımi sənədləri hazırlayır və
müvafiq təşkilatlara təqdim edir.
Yerinə
yetirilmiş tikinti-quraşdırma işlərini podratçı təşkilatlardan
qəbul edir və müvafiq sənədləri tərtib edir.
Plan-iqtisadiyyat
şöbəsi və mühasibatlıqla birlikdə öz idarəsi üçün
tikilən obyektlər üzrə operativ statistik hesabatı
hazırlayır. Səmərələşdirici təkliflərin
tətbiq olunmasına yardım göstərir. Şöbənin
işçilərinin məqsədəuyğun istifadə edilməsini
təmin edir. Tenderlərin təşkili və keçirilməsi
üçün müvafiq sənədlərin hazırlanmasında iştirak
edir. Üstün inkişaf etmiş ərazilərdə tikinti obyektlərinin
inşa olunmasına aid təkliflər verir. Kollektiv müqavilələrin
və fərdi müqavilələrin hazırlanmasında və
onların şərtlərinin yerinə yetirilməsində
iştirak edir. Şöbənin işçilərinə rəhbərlik
edir.
Bilməlidir. əsaslı
tikintiyə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar,
sərəncam və əmrlərini, digər istinad edilən,
rəhbər tutulan metodiki və normativ sənədləri; əsaslı
tikinti üzrə planların hazırlanma və təsdiq olunma
qaydalarını; tikinti istehsalatının
texnologiyasını; kapital qoyuluşların maliyyələşdirilmə
qaydalarını; tikinti norma və qaydalarını; əsaslı
tikintiyə aid layihə-smeta və digər texniki sənədlərin
işləyib hazırlama, uçotun aparılması və
hesabatların tərtib olunması qaydalarını; təsərrüfat
müqavilələrinin bağlanma və yerinə yetirilmə
qaydalarını; tikinti sahəsi üzrə mütərəqqi təcrübələri
və elmi-texniki nailiyyətləri; tikinti istehsalatının
iqtisadiyyatını, təşkilini və
planlaşdırmasını, əməyin və idarəetmənin
təşkilini; əmək qanunvericiliyinin əsaslarını;
əmək mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
İSTEHSALATIN HAZIRLIĞI
ŞÖBƏSİNİN
RƏİSİ
Vəzifə
borcu. Tikinti istehsalatının mühəndis
hazırlığı sistemində layihə texnoloji sənədlərin
işlənib hazırlanmasını təmin edir.
Material-texniki və əmək ehtiyatlarından daha səmərəli
istifadə etmək məqsədi ilə, istehsalat işlərinin
tonlu təqvim qrafiklərini, işlərin istehsalat layihələrinin
və texnoloji xəritələrin işlənib
hazırlanmasını təşkil edir.
Layihə-texnoloji
sənədlərinin işlənib hazırlanmasında,
tikinti bölmələrinə metodiki gömək göstərir.
İşlərin
istehsalat layihələrinin yerinə yetirilməsinə diqqət
yetirir və lazım gələrsə onları təshih edir.
Müvəqqəti
bina və qurğuların, texnoloji ləvazimatların,
inventarların və alətlərin işçi cizgilərinin
(çertyojlarının) işlənib hazırlanmasını təmin
edir.
Tikintinin
təşkili layihələrinin baxılması və
razılaşdırılmasında iştirak edir.
İşlərin
istehsalat layihələrinin qəbulunda iştirak edir.
Tikinti
meydançalarının, işə başlamaq üçün, hazır
olmasına nəzarət edir.
Obyektlərdə
payız-qış şəraitində iş görmək üçün
müvafiq tədbirlərin hazırlanmasında iştirak edir.
Subpodrat
təşkilatların işləyib hazırladıqları
işlərin istehsalat layihələrinə baxır və
onları razılaşdırma üçün hazırlayır.
Tikintinin
texnologiyasının təkmilləşdirilməsinə yönəldilmiş
səmərələşdirici təkliflər üzrə layihə
işləmələrinin və iş cizgilərinin yerinə
yetirilməsini təşkil edir.
Kollektiv
və fərdi müqavilələrin hazırlanmasında və
onların şərtlərinin yerinə yetirilməsində
iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir:
trestin fəaliyyətini müəyyən edən müvafiq icra
hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri; tikinti istehsalatının mühəndis-hazırlığı
sistemini; layihə sənədlərinin və işlərin
istehsalat layihələrinin
işlənib
hazırlanma və razılaşma qaydasını; tikinti
konstruksiyalarının hesablama metodlarını;
iqtisadiyyatın və istehsalatın, əməyin, idarəetmənin
təşkilinin əsaslarını; tikinti
istehsalatının texnologiyasını; tikinti istehsalatının
mühəndis hazırlığı üzrə mütərəqqi təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
İSTEHSALAT
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. İstehsalın gedişinin əməli
tənzimlənməsini, onun təşkilini və
texnologiyasının təkmilləşdirilməsini və
bunun əsasında tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinin əldə edilməsini təmin edir.
İşin istehsal təqvim planının işlənməsini
və onun yerinə yetirilməsi-nə nəzarəti təşkil
edir. Aylıq planlarını və həftə-gün qrafiklərini
razılaşdırır. Tikinti bölmələri və subpodrat
təşkilatları arasında işin yerinə yetirilmə
müddəti üzrə əlaqəni təmin edir. Müəssisənin
istehsal fəaliyyətinə və onlar tərəfindən
inşaat konstruksiyalarının və məmulatlarının
buraxılış qrafikinin yerinə yetirilməsinə nəzarəti
həyata keçirir. Təcili müşavirələr üçün sənədlərin
hazırlanmasını təşkil edir və onlarda
iştirak edir. Obyektin tikintinin, təsdiq olunmuş qrafikinə
uyğun olaraq, onların tədarükünün növbəliliyini müəyyən
edir. Texnoloji avadanlıqların tədarük siyahısı və
sifarişçi ilə razılaşdırılmasında
iştirak edir. Əməli istehsalat
planlaşdırılmasının təcili təkmilləşdirilməsi
və dispetçer xidmətinin təşkili və mexanikləşdirilməsi
vasitələrinin tətbiqi üzrə tədbirlərin işlənməsini
və tətbiqini təmin edir. Təsərrüfat hesablı
briqadanın illik planlarının işlənməsində
iştirak edir və tam təsərrüfat hesabının və
özünü maliyyələşdirmənin tətbiqi gedişində
meydana çıxan istehsalat məsələlərini həll edir.
Bölmələrdə işin qəbul və təhvil
aktlarının, görülən işlərin üstünün açılması
üzrə aktlarının, iş jurnallarının və di-gər
icraçı istehsalat sənədlərinin tərtibinə, həmçinin
obyektlərin istismara verilməsinə hazırlığa nəzarəti
həyata keçirir, Tikinti materiallarının, qəbul edilmiş
normativlərə müvafiq sərfinə nəzarət edir. Mütərəqqi
texnoloji və təşkilati qərarların, həmçinin
tikintinin və onun səmərəliliyinin texniki səviyyəsinin,
istehsal proseslərimin təhlükəsizliyinin yüksəldilməsini,
əmək şəraitinin
yaxşılaşdırılmasını təmin edən
müsbət təcrübələrin tətbiqini təşkil edir.
Plan-istehsalat işlərinin, əməyin mühafizəsi üzrə
qərarlarına riayət olunmasına nəzarət edir:
Əmək şəraitinin
yaxşılaşdırılmasının kompleks
planlarının tərtibində və onun realizasiyasında
iştirak edir. Əməli planlaşdırmanın,
istehsalın cari uçotunun təkmilləşdirilməsii və
dispetçer xidmətinin mexanikləşdirilməsi, məlumat
verilmənin texniki vasitələrinin və dispetçer idarəetməsinin
tətbiqi üzrə tədbirlərin işlənməsini təşkil
edir.
Kollektiv
və fərdi müqavilənin işlənməsində və
onların tədbirlərinin yerinə yetirilməsində
iştirak edir. Şöbənin işçilərinə rəhbərlik
edir, böl-mələrin istehsalat xidmətinə metodiki rəhbərliyi
həyata keçirir.
Bilməlidir: müvafiq
icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını,
əmrlərini. istehsalat planlaşdırması və tikinti
istehsalının əməli idarəolunması üzrə
metodiki, normativ və digər rəhbəredici sənədləri;
təşkilatın inkişaf perspektivlərini; təşkilatın
istehsal gücünü və onun istehsalat bazasını; tikintidə
istehsal planlaşdırılmasının əməli təşkilini;
tikinti norma və qaydalarını, dövlət
standartlarının və texniki şərtlərin tələblərini;
istehsal gedişinin uçotunun əməli təşkilini;
subpodrat, yardımçı və xidməti təşkilatların
bölmələrin strukturunu, ixtisaslaşmasını, istehsal əlaqələrini;
istehsalın, əməyin və idarəetmənin
texnologiyasını, təşkilini və iqtisadi əsaslarını;
tikinti-quraşdırma işlərinin işlərinin istehsal
proqramının və təqvim qrafiklərinin işlənməsi
qaydalarını; tikinti istehsalının təşkili sahəsində
elmin naiiliyyətlərini və qabaqcıl milli və beynəlxalq
təcrübələri; əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi. təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
KONSTRUKTOR
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Eyni tipli seriyalı
yaşayış evlərinin konstruksiyasının təkmilləşdirilməsi,
istehsalat bazasının genişləndirilməsi, müvəqqəti
bina və qurğuların tikintisi ilə əlaqədar olam
layihə və konstruktor işlərinin yerinə yetirilməsini
təşkil edir. Eyni tipli layihələrdə olmayan
ayrı-ayrı layihə həllərinin işlənməsinə,
daha mütərəqqi konstruksiyaların, texnoloji proseslərin
proseslərin, həcmi bölgü (plan) məsələlərinin tətbiqi
ilə əlaqədar eyni tipli layihələrdə dəyişikliklərin
olunmasını təşkil edir. Təkmilləşdirilmiş
konstruksiya və yeni tipli binaların istehsalına keçməyə
hazırlıq üzrə layihə təkliflərinin işlənməsini
həyata keçirir. Formalar, ləvazimatlar, mexanizmlər,
qurğular və digər qeyri-standart növ avadanlıqlar üzrə
layihə, konstruktor işlərinin yerinə yetirilməsini təmin
edir. Səmərələşdirici təkliflərin
baxılmasında və işçi cizgilərinin işlənməsi
zamanı səmərələşdiricələrə köməyin
göstərilməsində iştirak edir. Yeni texnika, texnologiya və
yeni konstruksiyaların planlarının və tətbiqinin
işlənməsində, layihə təşkilatları tərəfindən
kombinatlar üçün işlənən layihələrin
baxılmasında və təsdiq olunmasında iştirak edir.
Layihə həllərinin dəqiqləşdirilməsi və
dəyişdirilməsi məsələləri, texnologiya və
tədarükçü-zavodda materialların, inşaat
konstruksiyalarının və mexanizmlərin olması ilə əlaqədar
meydana çıxan konstruktiv dəyişikliklərin
razılaşdırılması məsələləri üzrə
layihə təşkilatları ilə əlaqəni
yaradır.
Layihə-konstruktor
sənədlərinin surətçıxarmasını,
çoxaldılmasın, komplektləşdirilməsini, uçotunu,
saxlanmasını və verilməsini təşkil edir. DBK
zavodlarının konstruktor şöbələrinə texniki və
metodiki rəhbərliyi, onların fəaliyyətinə nəzarəti
həyata keçirir. Kollektiv və fərdi müqavilələrin
işlənməsində və onların tədbirlərinin
yerinə yetirilməsində iştirak edir. Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir: müvafiq
icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını,
əmrlərini, istehsalat konstruktor hazırlığı üzrə
metodiki, normativ və digər rəhbəredici sənədləri;
daxili və xarici məmulat nümunələrinin texniki xüsusiyyətlərini
və iqtisadi göstəricilərini; cizgilərin və digər
texniki sənədlərin işlənməsinə və tərtibinə
dair standartları, metodikaları və təlimatları;
işlənən konstruksiyalara qoyulan texniki tələbləri;
layihələndirmənin avtomatlaşdırılması
üsullarını; konstruksiyalandırma zamanı texniki
hesablamaların aparılması metodlarını; layihə və
konstruksiyalaşdırş zamanı əməyin elmi təşkilinin
əsas tələblərini; texniki estetikanın və bədii
konstruksiyalaşdırmanın əsaslarını;
avtomatlaşdırılmış layihələndirmənin əsaslarını;
oxşar məhsulun konstruksiyalaşdırmasının
qabaqcıl milli və beynəlxalq təcrübəsini; əmək
qanunvericiliyinin əsaslarını; əməyik mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizənin norma və qaydalarını.
SMETA-MÜQAVİLƏ
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Sifarişçi, subpodrat və digər
təşkilatlarda əsaslı tikinti üzrə podrat müqavilələrin
bağlanması üçün hazırlıq və rəsmiləşdirmə
işlərinə rəhbərlik edir.
Bağlanmış
müqavilələrə uyğun, tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə aid siarişçi və subpodrat təşkilatlarla
aparılan .hesabatların düzgünlüyünə nəzarəti təşkil
edir.
Sifarişçinin
təqdim etdiyi smeta sənədlərinin materiallarının
dəyərinin kalkulyasiyasını, nəqliyyat sxemlərinin
və digər sənədlərinin yoxlama və
razılaşdırma üzrə işlərinə rəhbərlik
edir. Digər şöbələrin iştirakı ilə, tikinti
material və konstruksiyaları, nəqliyyat, kommunal və
başqa xidmətlər üzrə işlərə plan-hesablama
qiymətlərinin tərtib olunma, habelə tikinti təşkilatlarının
müəssisələrində hazırlanmış məmulatların
buraxılış qiymətlərinin müəyyənləşdirmə
işlərini təşkil edir.
İqtisadiyyatın
təhlili laboratoriyası ilə birlikdə, yeni texnika və
texnologiyanın, əməyin elmi təşkilinin, səmərələşdirici
təklif və ixtiraların iqtisadi efektliyinin hesablanmasında
iştirak edir.
Sifarişçi,
subpodrat və ya mal göndərən təşkilatlar tərəfindən
müqavilə öhdəlikləri pozulduğu hallarda, peni və cərimələrin
tutulmasına aid iddia işini təşkil edir
Öz idarəsi
üçün inşa edilən obyektlərin maliyyələşdirilməsinin
rəsmiləşdiirilməsində iştirak edir.
Tikinti
təşkilatının fəaliyyəti haqqında plan
şöbəsi və mühasibatlığın təqdim etdiyi
hesabatın hazırlanmasında iştirak edir. Qiymətlərin
dəyişilməsi ilə əlaqədar smeta sənədlərində
müvafiq dəyişiklər edir.
Kollektiv
və fərdi müqavilələrin hazırlanmasında və
onların şərtlərinik yerinə yetirilməsində
iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir:
trestiin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
podrat müqavilələrin bağlama qaydalarını; smeta
işini; tikintilərin maliyyələşdirmə
qaydalarını; tikintidə qiymətqoymanı; tikinti
istehsalatının texnologiyasının əsaslarını;
iqtisadiyyatın və istehsalatın və idarəetmənin təşkilinin
əsaslarını; əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarının.
TİKİNTİNİN
MEXANİKLƏŞDİRMƏ TRESTİNİN
MAŞIN VƏ
MEXANİZMLƏRİNİN İSTİSMAR VƏ
TƏMİR
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Mexanikləşdirmə trestinin
istehsalat proqramının hazırlanmasında iştirak edir və
onun icrasını təşkil edir. Mexanikləşdirilmiş
işlərin görülməsi üçün obyektlərin
vaxtlı-vaxtında hazırlanmasına, normativ və texniki sənədlərin,
habelə inşaat maşınlarının istismarında
işlərin istehsalat layihələrinin tələblərinə
riayət olunmasın nəzarət edir.
Maşınların
daşınması və onların yanacaq-sürtkü materialları
ilə təmin olunmasını təşkil edir.
Radio-dispetçer
rabitəsinin iişinə rəhbərlik edir.
Maşınlar
parkının strukturunun təkmilləşdiirilməsi,
maşınların iş növbələrinin sayının
artırılması, istehsalat işində mütərəqqi
texnologiyaların tətbiqi üzrə, təkliflər işləyib
hazırlayır. Texnikanın qış şəraitində
işləməsi üçün hazırlıq tədbirləri görür.
İnşaat
texnikasının sınaq, təmir və müayinə etmə
planlarının hazırlanmasında iştirak edir və
onları razılaşdırır.
Texniki
uçot v hesabat sənədlərinin aparılmasını təşkil
edir. Maşın və mexanizmlərin texniki
sazlığına nəzarəti təmin edir. Əvəz
olunan işçi avadanlığın istehsalat edilməsinə aid
təkliflər hazırlayır.
Maşın,
avadanlıq və ayrı-ayrı düyünlərin iş şəraitini
öyrənir, maşın və əvəz olunan işçi
avadanlığın texniki-istismar xüsusiyyətlərinin təkmilləşdirilməsinə
yönəldilmiş təkliflər hazırlayır.
Təmir
xidmətinin işini (baş mexanikin xidməti olmadıqda) təşkil
edir.
İstismar
və təmir xidmətlərində əməyin təşkilinin
təkmilləşdirilməsi üzrə iş aparır.
Əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası, yanğın əleyhinə mühafizəyə
qoyulan tələblərə riayət olunmasına nəzarət
edir. :
Baş
verən cəzaların səbəblərinin öyrənilməsində
iştirak edir, maşın və mexanizmlərin istismar və
təmiirində təhlükəsiz və sağlam əmək
şəraitinin yaradılması üzrə tədbirlər
işləyib hazırlayır və onları tətbiq edir.
Maşın
və mexanizmlərin istismar və təmirinin
yaxşılaşdırılmasına aid sərələşdirici
təkliflərin baxılmasında iştirak edir. Maşın
və mexanizmlərin istismar və təmiri üzrə şöbə
və bölmələrin işçilərinə rəhbərlik
edir.
Kollektiv
və fərdi müqavilələrin hazırlanmasında və
onların şərtlərinin yerinə yetirilməsində
iştirak edir.
Bilməlidir:
şöbənin istehsalat və təsərrüfat fəaliyyətinə
aid müvafiq icra hakimiyyəti orqanlarıkın qərar, sərəncam,
əmrlərini, digər istinad edilən, rəhbər tutulan
metodiki, normativ sənədləri; maşın və mexanizmlərin
plan-xəbərdaredici təmirinin və səmərəli
istismarının vahid sistemini; maşın və mexanizmlərin
texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini
və istismar əlamətlərini; maşın və mexanizmlərin
istismarı üzrə standartları, texniki şərtləri və
təlimatları; iqtisadiyyatını və istehsalatın, əməyin
və idarəetmənin təşkilinin əsaslarını;
dövlət yol polisinin qaydalarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
TİKİNTİ, ŞİRKƏT,
KONSERN, BİRLİK (VƏ YA
ONLARA BƏRABƏR TUTULAN
MÜƏSSİSƏLƏRİN)
APARATINDA MƏLUMAT
(İNFORMASİYA) VƏ
XARİCİ
ƏLAQƏLƏR ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Müəssisənin bölmələrinin
və ayrı-ayrı mütəxəssislərini ölkəmizin və
xaricin elmi, texniki, iqtisadi nailiyyətlərinə və
qabaqcıl istehsalat təcrübəsinə aid məlumatlarla təmin
olunmasını təşkil edir.
Müəssisənin
xüsusiyyətini və inkişaf perspektivini nəzərə
almaqla, məlumat işləri üzrə tədbirlər layihəsinin
işlənib hazırlanmasına, habelə sorğu-məlumat
fondunun yaradılmasına rəhbərlik edir. Fondun müntəzəm
olaraq artmasını təmin edir.
Texiiki
və təşkilati məsələlərin həllinə,
habelə istehsalat proseslərinin, əməyin təşkili və
istehsalatın idarə olunmasının təkmilləşdirilməsinə
yönəldilmiş tədbirlərin hazırlanması ilə əlaqədar
sahə üzrə xüsusi əhəmiyyət kəsb edən məlumatları
təhlil edir, rəhbərliyin və müvafiq şöbələrin
Elm və
texnikanın nailiyyətlərinə aid məlumatların
mübadiləsini, məlumat materiallarının
toplanmasını, sistemləşdirilməsini, öyrənilməsini
və ümumiləşdirilməsini, istehsalatın mövcud vəziyyəti
və inkişaf perspektivi haqqında referat, xülasə və
mövzular icmalının tərtibini, habelə müəssisənin
fəaliyyətinin nəticələrini ölkəmizin və
xaricin oxşar müəssisələri ilə müqayisə edilməsini,
kənar təşkilatların sorğusuna əsasən öz müəssisəsinin
qabaqcıl təcrübəsi barədə məlumatın
hazırlanmasını təşkil edir.
Müəssisənin
bölmələri tərəfindən məlumat materiallarından
imtisadə olunmasını təşkil edir.
Müəssisədə
texniki nailiyyətlərindən və qabaqcıl təcrübədən
istifadə olunması üçün müvafiq təkliflər işləyib
hazırlayır.
Xarici ədəbiyyat,
kataloq və elmi-texniki sənədlərin tərcüməsini təşkil
edir.
Xarici
ölkələrdəki tikinti şirkət, konsern, firma və digər
müvafiq müəssisələr haqqında lazımi məlumat
toplayır, mümkün əməkdaşlıq imkanlarını müəyyənləşdirir
və bu barədə rəhbərliyə təkliflər
verir.
Müəssisələrdə
birbaşa və uzunmüddətli təsərrüfat əlaqələrinin
yaradılması işində iştirak edir.
Xarici
ölkələrdəki müəssisələrlə istehsalat, təchizat,
mütəxəssis və fəhlə qüvvəsinin mübadiləsinə
aid saziş, müqavilə, niyyət protokollarının tərtibində
və bağlanmasında iştirak edir.
Ölkəmizdə
və xaricdə tikinti sahəsi üzrə elan edilmiş tenderlərin
şərtləri haqqında ətraflı məlumatları
toplayıb rəhbərliyə təqdim edir.
Müəssisənin
ayrı-ayrı mütəxəssislərinin iş təcrübəsini
(ixtisaslarını) artırmaq məqsədi ilə xarici müəssisələrə
ezam olunması barədə müvafiq təkliflər verir.
İdarənin
qarşısında qoyulan tapşırıqların
vaxtlı-vaxtında yerinə yetirilməsini təmin edir.
Şöbənik
işçilərinə rəhbərlik edir,
Bilməlidir:
elmi-texniki məlumatların təşkilinə aid müvafiq icra
hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların
qərar, sərəncam, əmrlərini, digər istinad edilən,
rəhbər tutulan metodiki və normativ-hüquqi aktları; elmi və
texniki istehsalat məlumatlarının komplektləşdirmə,
saxlanma, axtarma və verilmə sistemini müəyyənləşdirən
qayda, təlimat, əsasnamə və digər normativ sənədləri;
sahənin və müəssisənin inkişaf perspektivlərini;
tikinti sahəsi üzrə ölkəmizin və xaricin elm və
texnikasının vəziyyətini və perspektivlərini; müəssisənin
istehsalat və təşkilat strukturunu; müəssisənin əsas
texnoloji proseslərini; iqtisadiyyatın və əməyin elmi
təşkilini; istehsalatın və idarəetmənin təşkilinin
əsaslarını; əmək qanunvericiliyinin əsaslarını;
əmək mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənik-norma və qaydalarını.
ƏSAS ŞÖBƏNİN
RƏİSİ, ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ
İXTİSAS TƏLƏBLƏRİ
Ali
ixtisas təhsili və ixtisas üzrə mütəxəssis və rəhbər
vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
2-ci dərəcə:
tikinti idarəsində əsas şöbələrin rəisi vəzifəsini
verinə yetirdikdə;
12-13-cü
dərəcələr: tikinti trest və birliyində əsas
şöbələrin rəisi vəzifəsini yerinə yetirdikdə;
14-cü dərəcə:
tikinti konsern, şİrkət, baş idarəsində əsas
şöbələrin rəisi vəzifəsini yerinə yetirdikdə.
KÖMƏKÇİ ŞÖBƏLƏR
EV TİKMƏ KOMBİNATLARININ
(VƏ YA ONLARA
BƏRABƏR TUTULAN
MÜƏSSİSƏLƏRİN)
KOMPLEKTLƏŞDİRMƏ
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Kombinatın istehsalat fəaliyyəti
üçün lazımi material ehtiyatları (resursları ilə (material,
yarımfabrikat, konstruksiya, komplektləşdirici məmulat, alət,
ehtiyat hissələri) təmin olunmasını təşkil
edir.
Material
ehtiyatlarının alınması üçün toplanmış tələbnamələrinin
(sifarişlərinin) tərtib olunmasını təmin edir,
layihə-texniki sənədlərinə və tikintilərin
illik planlarına uyğun olaraq kombinatın ehtiyatlara olan tələbatını
əsaslandırmaq üçün hesablamalar aparır.
Müvafiq
fondların alınması, kombinatı məhsul istehsal edən
zavodlara və təchizat təşkilatlarına təhkim edilməsi
üçün, komplektləşdirmə üzrə lazımi sənədlər
toplusunu işləyib hazırlayır, aidiyyatı təşkilatlara
təqdim edir.
Mal göndərən
təşkilatlar və materialların növləri üzrə
ayrılmış fondların və limitlərin
vaxtlı-vaxtında realizasiyasını təmin edir.
Avadanlıq,
komplektləşdirici məmulatlar və tikinti materialları
ilə təchiz olunmaq üçün mal göndərən təşkilatlarla
müqavilələr bağlayır və onların icra
olunmasına nəzarət edir. Anbar təsərrüfatını
təşkil edir, məmulatların və materilların
lazımi qaydada qəbulunu və buraxılmasını,
onların keyfiyyət və kəmiyyətcə qorunmasına
zəmin yaradan qaydada saxlanmasını təmin edir.
Vaqonların
və avtomobil nəqliyyatının vaxtında
boşaldılmasını, vaqonlar üzrə borcların ödənilməsini,
gələn məmulatların və materialların çeşidlərə
ayrılmasını, yük-nəqliyyat sənədlərinin tərtib
edilməsini təmin edir.
Anbarda
yükvurma-yükboşaltma işlərinin təşkilini və əməyin
elmi təşkilini mexanikləşdirmənin, əllə
görülən işlərin azaldılmasının tətbiq edilməsinə
yönəldilmiş tədbirlərin realizasiyasını təşkil
edir.
Obyektlərin
material-texniki ehtiyatlarla istehsalat-texnoloji komplektləşdirilməsini,
texnoloji axın (arasıkəsilməyən) qrafikinə
uyğun ehtiyatları anbardan tiklən obyektlərin iş
zonasına (yerinə) çatdırır.
Kombinat
üzzrə ay və həftə-gün mühəndis-komplektləşdirilmə
tonlu qrafiklərinin icrasını və komplektləşdirilmə
prosesinin operativ nizamlanmasını təşkil edir.
Qeyri-seriyalı
və qeyri-tipləşdirilmiş detalların, düyünlərin, məmulatların
vaxtında hazırlanmasını təmin edir.
Kombinatın
bütün bölmələrində materialların məsrəf
normalarına riayət edilməsinə, onların düzgün
saxlanmasına və istifadə edilməsinə nəzarət
edir.
Kollektiv
müqavilənin və fərdi müqavilələrin
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir:
komplektləşdirilməyə aid müvafiq-icra hakimiyyəti
ortalarının qərar, sərəncam, əmrlərini, digər
istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədləri;
komplektləşdirilmənin planlaşdırılmasına,
xammalın, materialların və digər material
resurslarının, istehsalat ehtiyatlarının normativlərinin
hazırlanmasının metod və qaydalarını; komplektləşdirilmənin
və anbar təsərrüfatının təşkilini;
materialların alınması üçün tələbnamələrin tərtibetmə,
mal göndərən təşkilatlarla müqavilələrin
bağlanılması və onların icrasına nəzarət,
kombinatın bölmələrinə buraxılan materiallar üzrə
limitlərin müəyyənləşdirməsi qaydalarını;
məhsulun keyfiyyətinin material-texniki təminatı üzrə
standartları və texniki şərtləri; topdan
satış qiymətlərinin preyskurantlarını, işlənən
materilların nomenklaturasını; istehsalatın təşkilinin
və texnologiyasının, əməyin və idarəetmənin
əsaslarını; komplektləşdirilmə və anbar təsərrüfatı
üzrə əməliyyatların uçotunun təşkili və
komplektləşdirilmə planının yerinə yetirilməsi
barədə hesabatın tərtib etmə qaydalarını;
komplektləşdirilməyə aid mütərəqqi, təcrübələri;
əmək
qanunvericiliyinin əsaslarını; əmək mühafizəsinin,
təhlükəsizlik texnikasının, istehsalat
sanitariyasının və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
EVTİKMƏ KOMBİNATLARININ
(VƏ YA ONLARA
BƏRABƏR TUTULAN
MÜƏSSİSƏLƏRİN) NƏQLİYYAT
ŞÖBƏSİNİN
RƏİSİ
Vəzifə
borcu. Obyektlərə tikinti
materialları, konstruksiya və detalların
vaxtlı-vaxtında və komplektləşmiş
çatdırılması, nəqliyyat vasitələrindən səmərəli
istifadə edilməsi, əmək məhsuldarlığının
artırılması, maya dəyərinin azaldılması,
daşınmanın rentabelliyinin artmasını təmin edir.
Yükləmə-boşaltma
və nəqliyyat işlərinin təşkilini, bu işlərin
mexanikləşdirilməsi üçün tədbirlərin həyata
keçirilməsini və yükləmə-boşaltma vaxtı nəqliyyat
vasitələrinin boşdayanmasının
azaldılmasını yerinə yetirir.
Yükdaşınma
həmçinin, nəqliyyat vasitələrinə kəmiyyət və
nomenklatura üzrə tələbatı və bu tələbatın
özünün və kənardan cəlb edilən nəqliyyatın
hesabına təminatını müəyyən edir. Müəyyən
edilmiş göstəricilərin əsasında yükdaşınma və
avtonəqliyyat işlərinə aid illik və rüblük
tapşırıqların hazırlanmasında iştirak edir.
Nəqliyyat
vasitələrinin paylaşdırılmasına və onlardan
istifadə edilməsinə operativ nəzarəti yerinə
yetirir.
Material-texniki
ehtiyatlara (ehtiyat hissələri, yanacaq sürtgü və digər
materiallar) üzrə hesablamalar aparılır onlar üzrə
sifarişlərin tərtib edilmə-sində iştirak edir və
istifadə olunmasına nəzarət edir.
Plan xəbərdaredici
təmir qrafiklərinin tərtib edilməsi və yerinə
yetirilməsinə nəzarət edir.
Avtonəqliyyatın
texniki xidmət və təmirinin planlaşdırmasını
və təşkilini, nəqliyyat vasitələrinin əsaslı
təmiri üzrə sifarişlərin tərtibini, habelə əsaslı
təmir üzrə limitlərin realizasiyasında nəzarəti
yerinə yetirir.
Yüksək
istehsalat intizamına riayət edilməsini təmin edir. Əməyin
mühafizəsi və nəqliyyatın təhlükəsizlik hərəkətinin
təminatı üzrə işləri təşkil edir.
Nəqliyyat
vasitələrinin texniki vəziyyətinə nəzarət
edir. Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərini
təhlil edir, onların qarşısının
alınması üçün, tədbirlər işləyib hazırlayır
və həyata keçirir.
İşlərin
daşınması üçün tabe təşkilatları müvafiq nəqliyyatla
təmin edir.
Nəqliyyat
vasitələrinin işinin, habelə onların mövcud
sayının, daxil olmasının və yerdəyişməsinin
operativ uçotunun aparılmasını təmin edir.
Əməyin
elmi təşkilini, yükləmə-boşaltma və nəqliyyat
işlərinə tətbiq olunması üzrə iş
aparır.
Kollektiv
və fərdi müqavilələrin işlənib
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir: nəqliyyatın
işinin təşkili üzrə müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki və
normativ sənədləri, avtonəqliyyatın işinin təşkilini;
və onun istismar qaydalarını; avtonəqliyyata və
lazımi material-texniki ehtiyatlara olan tələbatın müəyyənetmə
qaydalarını; iqtisadiyyatın, istehsalatın təşkilinin,
əməyin və idarəetmənin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əmək mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
İSTEHSALAT-TEXNOLOJİ
KOMPLEKTLƏŞDİRMƏ
İDARƏSİNİN
(İTKİ) OPERATİV-İSTEHSALAT
ŞÖBƏSİNİN
RƏİSİ
Vəzifə
borcu. Tikinti-quraşdırma işlərinin
yerinə yetirilmə qrafikinə uyğun obyektlərin,
yığma goıstruksiyalarının, düyün
detallarının, məmulatların, yarımfabrikatların və
materialların texnoloji komplektləri ilə təmin
olunmasına rəhbərlik edir.
Qeyri-tipləşdirilmiş
və qeyri-seriyalı konstruksiya, məmulat, düyün,
yarımfabrikatların hazırlanması, habelə
materialların texnoloji hazırlığının yüksəldilməsi
üzrə istehsalın təşkilində iştirak edir.
Texnoloji
komplektlərin daxil olmasının gedişinin və hazır
məhsul ehtiyatlarının hərəkətinin operativ uçot və
nəzarətini təşkil edir,
Texnoloji
komplektlərin daxil olmasının operativ nizamlanmasını,
İTKİ-nin istehsalat müəssisələri tərəfindən
məhsulların istehsalını təmin
Komplektləşdirmə,
konteynerləşdirmə, nəqliyyat daşınmaları, yükləmə-boşaltma
işləri üzrə İTKİ-nin bölmələrinin fəaliyyətini
əlaqələndirir.
Məhsulun
hazırlanması məntəqələrində və tikinti
meydançalarında İTKİ-nin dispetçer xidmətinə operativ
rəhbərlik edir. İTKİ-nin istehsalat bölmələri tərəfindən
istehsal olunan məhsulun həcminin, konstruksiya, məmulat,
material, düyünlər və tədarüklər ilə komplekt şəkildə
təchiz olunma işi üzrə qrafiklərin yerinə yetirilməsinin
operativ uçotunu təmin edir, sutka, həftə (on gün), ay ərzində
görülən işlər haqqında məlumat hazırlayır və
müvafiq xidmətlərə çatdırır.
Obyektlərin
tikinti materialları və alətlərinə material-texniki təchizatı
üzrə illik və rüblüg planlarının hazırlanmasına rəhbərlik
edir və onların icrasını təşkil edir.
Subpodrat
təşkilatlarına və tikinti sənayesinin müəssisələrinə
lazımi fondları verir.
Komplektləşdirmə
üzrə unifikasiya edilmiş normativ-texnoloji sənədləri
istehsalatın hazırlığı şöbəsindən qəbul
edir və komplektləşdirmə-texnoloji xəritələrin
İTKİ-nin komplektləşdirmə şöbəsinə
verir.
İTKİ-də
yeni texnikanın tətbiq olunması, səmərələşdirmə
və standartlaşdırma üzrə işləri təşkil
edir.
İTKİ-də
yeni texnikanın tətbiq olunması, səmərələşdirmə
və standartlaşdırma üzrə işləri təşkil
edir.
İTKİ-nin
öz gücü ilə təmir işlərinin yerinə yetirilməsini
təşkil edir, İTKİ-nin yardımçı
istehsalatında və anbar bazasında tikinti
materiallarının düzggün silinməsinə nəzarət edir.
İTKİ-də
material ehtiyatlarının qənaət edilməsi, xammal,
material və yanacaq-enerji ehtiyatlarından səmərəli
istifadə olunması üzrə işlərinə rəhbərlik
edir.
Xammal,
material və yanacaq-enerji ehtiyatlarının sərf
olunması üzrə lazımi statistik hesabatların tərtib
olunmasını təmin edir.
Kollektiv
müqavilənin və fərdi müqavilələrin
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir:
maddi-texniki təchizat və komplektləşdirilməyə
aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini, digər istinad edilən, rəhbər tutulan
metodiki və normativ sənədləri; maddi-texniki təminatın
komplektləşdirmənin perspektiv və cari
planlarının hazırlanmasının metod və
qaydalarını: maddi-texniki təchizatın və anbar təsərrüfatının
təşkil olunmasını; texniki-istehsalat sənədlərinin
tərtibetmə qaydalarını; operativ uçotun təşkilinin
və hesabatın tərtibetmə qaydalarını;
iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və
idarəetmənin əsaslarını; komplektləşdirməyə
və maddi-texniki təchizata aid mütərəqqi təcrübələri;
əmək
qanunvericiliyinin əsaslarını; əmək mühafizəsinin,
təhlükəsizlik texnikasının, istehsalat
sanitariyasının və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
İSTEHSALAT-TEXNOLOJİ
KOMPLEKTLƏŞDİRMƏ
İDARƏSİNİN
(İTKİ) DAŞINMA VƏ REALİZASİYA
ŞÖBƏSİNİN
RƏİSİ
Vəzifə
borcu. Tikinti obyektlərində
materialların çatdırılması üzrə təsdiq
olunmuş nomenklaturaya əsasən material-texniki ehtiyatların
realizasiyası işini yerinə yetirir. Mal göndərən təşkilatlar
tərəfindən müqavilə öhdəliklərinin yerinə
yetirilməsinə və daxili material və məlumatların
keyfiyyətinə nəzarəti təmin edir.
Müqavilə
öhdəlikləri pozulduqda, mal göndərən təşkilatlara
qarşı iddia sənədlərini hazırlayır.
Material
və məlumatların mal alan təşkilatların nəqliyyatı
ilə daşınması üçün, müşayətedici və mal-nəqliyyat
sənədlərini nəzarət uçotunun mərkəzi məntəqəsinə
vaxtlı-vaxtında çatdırılmasını təşkil
edir.
Mal göndərən
təşkilatların anbarlarından mərkəzləşdirilmiş
qaydada alınan material və məlumatların həcminin
genişləndirilməsinə köməklik göstərir.
Material
ehtiyatlarının hərəkətinin, xüsusilə
quraşdırma işlərində bilavasitə istifadə
olunan materialların daxil olmasının operativ uçotunu təşkil
edir.
Material-texniki
ehtiyatlarının realizasiyasının gedişi haqda
hesabatın tərtib edilməsini təşkil edir.
Material,
məlumatların kəmiyyət və keyfiyyət üzrə qəbul
olunması şərtlərinin yerinə yetirilməsinə,
onların yükləmə, boşaldılma, yığılma və
saxlanmasının düzgünlüyünə aid anbar təsərrüfatının
fəaliyyətinə nəzarət edir.
Tikinti
obyektlərinə, təsdiq edilmiş normalara uyğun,
materialların buraxılmasına, seçmə üsulla nəzarət
edir. Normadan artıq və satılmayan material və məlumatları
aşkar edir, onların müəyyən edilmiş qaydada
realizasiyası üçün müvafiq sənədləri hazırlayır.
Kollektiv
və fərdi müqavilələrin hazırlanmasında və
onların şərtlərinin yerinə yetirilməsində
iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir:
İTKİ-nin və şöbənin fəaliyyətinə aid
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədləri; maddi-texniki təminat
üzrə texniki sənədləri; maddi-texniki təminatın,
cari-və perspektiv planlarının istehsalat
ehtiyatlarının normativlərinin tərtib olunma
qaydalarını; standartları, texniki şərtləri,
topdan satış qiymətlərin preyskurantlarını,
istifadə edilən materialların nomenklaturasını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
İSTEHSALAT-TEXNOLOJİ
KOMPLEKTLƏŞDİRMƏ
(İTKİ)
KOMPLEKTLƏŞDİRMƏ ŞÖBƏSİNİN
RƏİSİ
Vəzifə
borcu. İşlərin istehsalat layihəsinə,
komplektləşdirmələrinə, limitlə alınan
mallar xəritələrinə və komplektləşdirmənin
texnoloji xəritələrinə uyğun olaraq tikinti obyektlərinin
lazımi material-texniki ehtiyatlarla komplektləşdirilməsinə
aid tapşırıqların yerinə yetirilməsini təmin
edir.
Komplektləşdirmə
qrafiklərini (tapşırıqlarını) işləyib
hazırlayır. İllik tikinti tapşırıqlarına,
layihə və texnoloji sənədlərə uyğun olaraq,
material ehtityatları üçün toplu sifarişlərinin tərtib
olunmasının təmin edir. Ayrılmış fond və
limitlərin tədarükçülər və materialların növləri
üzrə vaxtlı-vaxtında realizasiyasını təmin edir.
Texnoloji qrafikə uyğun mərkəzləşdirilmiş
qaydada, avtonəqliyyatla komplektləşdirici məlumat və
materialların əsas (bazis) anbarından obyektin işçi zonasına
çatdırılmasını təşkil edir.
Anbar təsərrüfatını
təşkil edir, məlumat və materialların lazımi səviyyədə
qəbul və buraxılışını, onların kəmiyyət
və keyfiyyətcə lazımi səviyyədə
saxlanması üçün qorunmasını təşkil edir. Mühəndis-komplektləşdirmə
işləri üzrə aylıq-toplu və həftə-sutka,
qrafiklərinin faktiki yerinə yerinə yetirilməsi haqda məlumatları
ümumiləşdirir və təhlil edir.
Komplektləşdirmə
prosesini operativ qaydada nizamlayır. Komplektləşdirmə
qrafiklərinin (tapşırıqlarının)
icrasını aylıq hesabatını tərtib edir,
Əşyaların siyahıya alınmasında
(inventarlaşmasında) iştirak edir, Trestin bütün bölmələrində
materialların məsrəf normalarına riayət
olunmasına, onların düzgün saxlanması və istifadəsinə
nəzarət edir. Kollektiv müqaviləinin hazırlanmasında və
onun şərtlərinin yerinə yetirilməsində
iştirak edir,
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir:
komplektləşdirmə üzrə müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
material ehtiyatları ilə obyektlərin komplektləşdirmə qrafiklərini; və əsas
anbardan inşa edilən obeyktlərin işçi zonasına məlumat və
materialların göstərilməsinin texnoloji qrafikini; komplektləşdirmə
və anbar təsərrüfatı üzrə əməliyyatların
uçotunun təşkilini və komplektləşdirmə
tapşırıqlarının icrası haqda hesabatın tərtib
olunma qaydasını; iqtisadiyyatın və istehsalatın təşkilinin
əməyin, idarəetmənin əsaslarını;
iqtissadiyyatın və komplektləşdirmənin
planlaşdırılmasının əsaslarını;
komplektləşdirmə sahəsində mütərəqqi-təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; əmək
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
YARDIMÇI İSTEHSALATLAR
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə borcu. Öz sənaye bazasının təşkili
və inkişafını, sənaye müəssisələrinin məhsulunun,
plana və müqavilə öhdəliklərinə uyğun olaraq,
vaxtlı-vaxtında lazımi həcmdə və yüksək
keyfiyyətlə istehsalının, texniki iqtisadi göstəriciləri
ilə ölkəmizin və xaricin yüksək texnki nailiyyətlərinə
uyğun, yeni məhsulun istehsalının mənisəməsinin
(öyrənməsini) təmin edir. Yardımçı istehsalat müəssisələrinin
işini əlaqələndirir Yeni müəssisələrin
tikilməsi, mövcudlarının isə yenidən qurulması,
modernləşdirilməsi üçün kapital qoyuluşuna olan tələbatı
müəyyənləşdirir.
Öz
istehsalatının inkişafı üzrə təklifləri
işləyib hazırlayır. Yardımçı istehsalat müəssisələrinin
tikilməsi və yenidən qurulması üzrə layihə sənədlərinə
rəy hazırlayır.
Müəssisələr
və tikinti-quraşdırma təşkilatları arasında
təsərrüfat-hesablı qarşılıqlı münasibətlər
sisteminin təkmilləşdirilməsi üzrə təkliflər
hazırlayır.
İşlərin
illik və rüblük planlarının, yardımçı istehsalat muəssisələrinin
sənaye maliyyə planlarının hazırlanmasında, yeni
texnika və texniki-təşkilat tədbirlərinin tətbiqi
üzrə plan layihələrinin baxılmasında, avadanlıq,
alət və texnoloji ləvazimatın hazırlanması üzrə
sifarişlərin yerləşdirilməsində iştirak
edir.
Sənaye
müəssisələrinin təsərrüfat fəaliyyətini təhlil
edir. Müəssisələrin fəaliyyət göstərməsi üzrə
operativ planlarının işlənib hazırlanması,
onlara, tikinti konstruksiya, detal, qeyri-tipləşdirilmiş
avadanlıqların və s. hazırlanması üçün, texniki sənədlərin
vaxtlı-vaxtında verilməsi müəssisələrin rüblük və
illik iş planlarının yerinə yetirilməsinə buraxılan
məhsulun keyfiyyətinə,
müəssisələrin material-texniki təminatı üzrə
planlarının yerinə yetirilməsinə nəzarət
edir. Müəssisələrin material, yarımfabrikat və ehtiyat
hissələrinə olan tələbatının müəyyənləşdirilməsində
iştirak edir. Kollektiv və fərdi müqavilələrin yerinə
yetirilməsində iştirak edir. Şöbənin işçilərinə
rəhbərlik edir.
Bilməlidir: istehsalat
planlaşdırılması istehsalatın operativ idarə
olunması üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar
sərəncam, əmrlərini və digər istinad edilən,
rəhbər tutulan metodiki, normativ sənədləri; müəssisələrin
ixtisaslaşmasını və onların arasında olan
istehsalat əlaqələrini; istehsal olunan məhsulun
nomenklaturasını; görülən işlərin (xidmətlərin)
növlərini; istehsalatın texnologiyasının əsaslarını;
istehsalat proqramlarının və istehsal olunan məhsulların
təqvimi qrafiklərinin işlənib hazırlanma
qaydasını; müəssisələrdə anbar təsərrüfatının,
nəqliyyat və yükləmə-bolşatma işlərinin təşkilini;
istehsalatın gedişinin operativ uçotu və nizamlanması üzrə
mexanikləşdirmə vasitələrini və təşkilatı
texnikanı; iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin
və idarəetmənin təşkilinin əsaslarını; əmək
qanunveriçiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlukəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
YARDIMÇI KƏND TƏSƏRRÜFATI
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə borcu.
Yardımçı kənd təsərrüfatının təşkilatı-təsərrüfatının
fəaliyyətinə rəhbərlik edir.
Kənd
təsərrüfatı məhsullarının istehsal və təhvili
üzrə plan tapşırıqlarının
hazırlanmasında iştirak edir və onların yerinə
yetirilməsini təmin
Əmək
ehtiyatları, torpaq sahələri, bina, qurğu,
istehsalatın texniki və digər vasitələrinin səmərəli
istifadəsini təmin edir. Əməyin elmi təşkilinin,
istehsalatın mütərəqqi texnologiyasının, qabaqcıl
üsulların kənd təsərrüfatı bitkilərinin becərilməsində,
yüksək məhsuldarlı kənd təsərrüfat bitki növlərinin
və cins heyvanlarının yetişdirilməsini, elmi əsaslandırılmış
gübrə vermə sisteminin tətbiqini təşkil edir.
Məhsul
istehsalında əmək, material və pul vəsaitinin qənaət
olunmasına nail olur.
Yardlımçı
təsərrüfatın istehsalat fəaliyyəti üzrə,
planlaşdırma, uçot və müəyyən edilmiş
hesabatın tərtibini təşkil edir.
Əmək və istehsalat
intizamına işçilər tərəfindən əməl
olunmasına nəzarət edir.
Əmək mühafizəsinin norma və
qaydalarının yerinə yetirilməsini təmin edir.
Kadrların hazırlanmasının və ixtisasların
artmasının təşkilində iştirak edir.
Fəhlələrə
mənzil-məişət xidmətlərinin göstərilməsini
təşkil edir.
Kollektiv
müqavilənin və fərdi müqavilələrin
hazırlanmasında və onların şərtlərinin yerinə
yetirilməsində iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir: yardımçı
kənd təssərrüfatının istehsalat-təsərrüfat fəaliyyətinə
aid müvafiq icra hakmiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədləri; kənd təsərrüfatı
istehsalatının texnologiyasını; kənd təsərrüfatın
idarəolunmasına aid mütərəqqi təcrübələri; əmək
haqqının ödənilməsinin və
normallaşdırmasının sistemlərini; maddi-həvəsləndirmə
sistemini; torpaq və əmək qanunvericiliyini; əməyi mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariya və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
SOSİAL İNKİŞAF
ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. İstehsalat
kollektivi, üzvələrinin fiziki və mənəvi
inkişafını təkmilləşdirmək üçün, kompleks sosial-iqtisadi
tədbirləri etməklə, sosial tədbirlərin maddi
bazasının inkişafını və ondan daha
yaxşı istifadə olunmasını təmin edir.
İstehsalat
kollektivində əlverişli psixoloji mikroiqlimin yaranması,
sosial inkişaf üzrə, qabaqcıl təcrübənin öyrənilməsi
və yayılması,
işçilərin yaradıcılıq fəallığının
yüksəldilməsi və kadr axınının
qarşısının alınmasında iştirak edir.
Kollektivin
sosial inkişafının problemlərinə aid sosal-iqtisadi tədqiqatların
aparılmasını təşkil edir.
Sosial-iqtisadi
məlumatların toplanması və hazır şəklə
salınmasına aid metodikaları işləyib
hazırlayır və realizə edir.
Kollektivin
sosial inkişafı üzrə kompleks planlarının təşkilində
iştirak edir və onların hazırlanmasına metodiki rəhbərlik
edir.
Maddi
və mənəvi həvəsləndirmənin
formalarının, kadrların seçilmə, yerləşdirmə
və tərbiyəetmə sistemlərinin təkmilləşdirməsində
iştirak edir.
Vaxtaşırı
müxtəlif qrup işçilərin arasında anketləşdirmənin
keçirilməsini təşkil edir.
Anketləşdirmənin
nəticələrinin təhlilini keçirir və sosial məsələlər
üzrə tədbirlər hazırlayır.
Kollektivin
sosial pasportunun göstəricilərini işləyib
hazırlayır.
Kollektivdə
sosioloji və psixoloji bilikləri təbliğ edir, bölmə rəhbərlərini,
kadr xidməti işçilərini təlimatlandırır.
Kollektiv və fərdi müqavilələrin hazırlanmasında
və onların şərtlərinin yerinə yetirilməsi,
habelə nəticələrinin
yekunlaşdırılmasında iştirak edir.
Əmək
kollektivlərinin sosial inkişafı üzrə, tədbirlərinin
sosial və iqtisadi səmərəliliyinin təhlilini keçirir.
Şöbənin işçilərinə rəhbərlik edir.
Bilməlidir. əmək kollektivlərinin
sosial inkişafı üzrə müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
əməyin sosiologiyasını; sosioloji tədqiqatların
keçirilmə üsullarını; əmək psixologiyasını,
müəhndis və sosial psixologiyasının əsaslarını;
iqtisadiyyatın, istehsalatın təşkili, əmək və
idarəetmənin əsaslarını; əmək
haqqının forma və sistemlərini; əmək
kollektivinin sosial inkişafının
planlaşdırılmasının qayda və
metodlarını; sosioloqların müəssisə və təşkilatlarda
əldə etdiyi mütərəqqi iş təcrübələrini;
tikinti istehsalatının texnologiyasının əsaslarını;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
TİKİNTİ-QURAŞDIRMA
İŞLƏRİNİN KEYFİYYƏTİNƏ
NƏZARƏT ŞÖBƏSİNİN RƏİSİ
Vəzifə
borcu. Tikinti-quraşdırma işlərinin
keyfiyyətinin idarə sistemi üzrə perspektiv, illik və cari
kompleks planlarını hazırlayır. Texniki inkişaf, eklm
və texnikanın nailiyyətlərini tikinti təşkilatlarında
tətbiq olunmasına aid planların işlənib
hazırlanmasında iştirak edir. Mövcud nəzarət
metodlarını və onların praktiki fəaliyyətdə
istifadə edilməsini təkmilləşdirir və yenilərini
hazırlayır. Tikinti-quraşdırma işlərinin
istehsalında və inşaat konstruksiya və tədarüklərim
hazırlanma prosesində meydana çıxam qüsurların (defektləri)
səbəblərini müntəzəm olaraq öyrənir.
Qüsurların aradan qaldırılmasına sərf olunan itkiləri
təhlil edir və onların ləğvi üçün tədbirlər görür.
Tikinti-quraşdırma
işlərinin istehsal prosesində material, konstruksiya üçün, məlumatların
keyfiyyətini yoxlamaq və sınaqdan keçirmək üçün, müasir
metod, yeni alət və avadanlıqların tətbiqini təşkil
edir, İşin keyfiyyəti, habelə yeni material və texnologiyanın
istifədəsi üzrə normativ sənədlərin öyrənilməsi
üçün tenxniki təlim mühazirj, məruzə və
seminarların keçirilməsini
təşkil edir. Yerli şəraitə uyğun
olaraq, sənaye məhsullarının və
tikinti-quraşdırma işlərinin keyfiyyətini qiymətləndirir,
aşkarlığı təmin edir və istehsal vahidləri tərəfindən,
işin keyfiyyət səviyyəsinin yüksəldilməsində,
əldə olunan nəticələrə görə onların
maddi marağını təşkil edir. İcra olunan
tikinti-quraşdırma və xüsusi işlərin layihə sənədlərinə
və tikinti üzrə normativ sənədlərin tələblərinə
uyğun olmasına, İTKİ-də sənaye müəssisələrində
konstruksiya, detal və məmulatların hazırlanmasına,
seçmə üsulla nəzarət edir, İTKİ-də və sənaye
müəssisələrində hazırlanan tikinti material,
konstruksiya və məlumatların keyfiyyətinin idarəetməsinə
metodiki rəhbərliyi aşağıdakı istiqamətlərdə
həyata keçirir: material, konstruksiya və avadanlıqların qəbulu
və saxlanması, reklamasiya işləri, idarənin özünün
istehsalatının texnoloji prosesi, standartların tətbiqi, məhsulun
keyfiyyətinə nəzarət (giriş, əməliyyat, qəbul)
və məhsulun keyfiyyətinə attestasiyası.
İnşaat laboratoriyasının işinə metodiki rəhbərliyi
və nəzarəti yerinə yetirir.
Məhsulun
keyfiyyətinin idarəetmə məsələləri üzrə
(DS, TL və Q, TŞ, təlimat sorğu kitabçaları və
s.) bölmələri normativ və sorğu ədəbiyyatı
ilə təmin edir. Sənaye müəssisələrinin məhsulu
və tikinti-quraşdırma işlərini keyfiyyət məsələlərini
texniki-iqtisadi şurada baxılması üçün müzakirəyə
hazırlayır. Tikinti-quraşdırma işlərinin və
obyektə daxil olan material ehtiyatlarının keyfiyyətsizliyi
haqqında təşkilatın rəhbərliyinə məlumat
verir. İstehsalat bölmələrinin lazımi ölçü cihazları və
laboratoriya avadanlıqları ilə komplektləşdirilməsinin,
habelə mövcud vasitələrin uçotunu aparır. Şöbənin
fəaliyyəti haqqında hesabatları hazırlayır və
onları müvafiq təşkilatlara təqdim edir, Tikinti təşkilatının
fəaliyyəti haqqında hesabatın tərtibatında,
kollektiv müqavilənin hazırlanmasına və onun şərtlərinin
icrasında iştirak edir. Şöbənin əməkdaşlarına
rəhbərlik edir.
Bilməlidir: tikinti-quraşdırma
işlərinin keyfiyyətlə idarəolunması üzrə
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədləri;
tikinti-quraşdırma işlərinin keyfiyyəti üzrə idarələrarası
nəzarət sistemini, onların keyfiyyətinin yüksəldilməsinin
planlaşdırma metodlarını; texniki nəzarətin
sistem, metod və vasitələrini; tikinti
istehsalatatının texnologiyasının; sahə üzrə və
tikinti təşkilatlarında qüvvədə olan standart və
texniki şərtləri; tikinti məhsullarının keyfiyyətinin
attestasiya qaydalarını; xammal, yarımfabrikat, komplektləşidirici
"məlumat, hazır tikinti məhsulunun keyfiyyəti üzrə
reklamasiyanın təqdim olunma və baxılma
qaydasını; icra olunan tikinti-quraşdırma işləri
və tikinti məhsullarının qəbul və
sınaqlarının aparılma qaydalarını; uçotun təşkili,
tikinti-quraşdırma işlərinin keyfiyyətinə aid
hesabatın hazırlanma müddəti və qaydasını;
tikinti-quraşdırma işlərində yüksək keyfiyyət
göstəricisinə nail olmaq üçün qabaqcıl təcrübələri
və onların tətbiqi ilə əlaqədar nəzarətin
təşkilini; iqtisadiyyatın, istehsalatın təşkilinin,
əməyin və idarəetmənin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
TİKİNTİ
TƏŞKİLATININ AVADANLIQ ŞÖBƏSİNİN
RƏİSİ
Vəzifə
borcu. Bütün istehsalat və
yardımçı bölmələrdə fəaliyyət göstərək
quraşdırılmış avadanlıqların fasiləsiz
işləməsini təmin edir və vahid plan-xəbərdaredici
təmir sisteminə uyğun olaraq, onların vəziyyətinə
nəzarət edir. Təmirdən çıxmış və yeni
alınmış avadanlıqların qəbulu üzrə
akdların tərtibat və rəsmiləşdirilməsini
yerinə yetirir. Avadanlıqların qəzaya
uğramasının və sınmasının
araşdırılmasında və bu barədə aktların
tərtib edilməsində iştirak edir.
Avadanlıqların
qəza vəziyyətinə düşməsi və
sınması-üzrə təhlil aparır və nəzarət
edir, onların nəticələrinin aradan götürmək üçün təkliflər
işləyib hazırlayır.
Avadanlıqlara
olan tələbatı əsaslandırmaq və onların
alınması üçün sifarişləri
tərtib etmək məqsədləri ilə, müvafiq
hesablama materiallarını hazırlayır.
Daxil
olan avadanlıqların bölmələr üzrə paylanmasında
iştirak edir.
Artıq və istifadə olmayan
avadanlıq, mexanizm və aqreqatları aşkar edir.
İstifadəsiz qalan
avadanlıqları təşkilatın daxilində yenidən
payşdırılmasını və ya kənar təşkilatlara
realizasiya olunmasını təmin edir.
Avadanlıqların
inventarlaşdırılmasında və onların təşkilatım
balansından silinməsində iştirak edir.
Mal
göndərən təşkilatlardan daxil olan avadanlıqların
yükləmə, gətirilmə və
boşaldılmasını təşkil edir.
Avadanlıqlar
üzrə hesabatın vaxtlı-vaxtında və keyfiyyətli tərtibatını tərtibatını
təmin edir.
Kollektiv
və fərdi müqavilələrin hazırlanmasında və
onların şərtlərinin yerinə yetirilməsində
iştirak edir.
Şöbənin
işçilərinə rəhbərlik edir.
Bilməlidir: avadanlıqlara
xidmət göstərilməsi və onların təmirinin təşkil
olunması üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar,
sərəncam əmrlərini və digər istinad edilən,
rəhbər tutulan metodik, normativ sənədləri; tikinti
istehsalatatının texnologiyasının əsaslarını;
təmir xidmətinin təşkilini; avadanlıqların
işləməsinin və təmir işlərinin
icrasının planlaşdırılmasının metod və
qaydalarını; texnoloji avadanlıqların plan-xəbərdaredici
təmir və səmərəli istismarının vahid
sistemini; avadanlıqların istehsal gücünü, texniki
xarakteristikasını, konsruktiv xüsusiyyətini, iş rejimi və təyinatını,
onun istismar qaydalarını: avadanlıqların istismar, təmir
və moderinləşdirilməsinə əməyin elmi təşkilinə
qoyulan tələbləri; iqtisadiyyatın, istehsalatın təşkilinin,
əməyin və idarəetmənin
əsaslarını əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalar.
KÖMƏKÇİ ŞÖBƏNİN RƏİSİ, MÜDÜRÜ
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ
İXTİSAS TƏLƏBLƏRİ
Ali
təhsil, tikinti təşkilatlarında mütəxəssis vəzifələrində
5 ildlən az olmayaraq iş stajı,
10-cu
dərəcə: tikinti idarəsində köməkçi şöbələrin
rəisi vəzifəsini yerinə yetirdikdə;
11-12-ci
dərəcələr: tikinti, trest və birliyində köməkçi
şöbələrin rəisi vəzifəsini yerinə yetirdikdə;
13-cü
dərəcə; tikinti, konsern, şirkət, baş idarəsində
köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə
yetirdikdə.
II. MÜTƏXƏSSİSLƏR
1. GEODEZİST
Vəzifə
borcu. Bina və
qurğuların, layihələrə uyğun dəqiq
nişanlanmaşını, bölünmə əməliyyatlarının
görülməsini və inşa olunmasını təmin etmək məqsədi
ilə, kompleks geodeziya işlərini yerinə yetirir. Geodeziya
bölgü əsaslarını sifarişçidən qəbul edir və
bina, qurğuların inşa prosesində bölgü işlərini
yerinə yetirir (meydancadaxili xətti qurğuların, magistral
qurğular istisna-olmaqla, müvəqqəti bina və
qurğuların bölgüsü, quraşdırma üfüqlərində daxili
bölgü şəbəkəsinin yaradılması, oxlararası
bölgü) layihə tələblərinə aid bütün pozuntular
haqqında bölmənin baş mühəndisin və tikinti təşkilatlarının
baş geozedistinə məlumat verir.
Tikinti-quraşdırma
işləri prosesində, işlərin istehsal layihələrində
nəzərdə tutulmuş hallarda, bina və
qurğuların, konstruksiya və elementlərinin hərəkətinə
və deformasiyalarına nəzarət edir.
Layihə
sənədlərinin, həndəsi parametrlərin dəqiqliyinə
aid tələblərinin pozulması nəticəsinə bina və
qurğuların qəzaya (avariyaya) uğramaq təhlükəsi
haqqınla işlərin ümumi jurnalında qeydlər aparmaqla, təcili
tikinti idarə rəhbərliyi xəbərdar edir,
Başa
çatmış tikinti obyektlərinin təhvil verilməsində
istifadə edilən lazımi icra sənədlərini tərtib
etməklə, vaxtlı-vaxtında icra çəkilişlərini,
o cümlədən açıq xəndəklərdə yeraltı
kommunikasiyaların çəkilişlərini keçirir,
Xətti
istehsalat heyəti tərəfindən həndəsi parametrləri
dəqiqliyinə riayət olunmasına seçmə üsulla nəzarət
edir.
Geodeziya
cihaz, xətti ölçü vasitələrinin vəziyyəti,
onların düzgün saxlanma və istismarına nəzarət edir.
Başa
çatmış tikinti obyektlərinin sifarişçiyə təhvil
verilməsində iştirak edir. Tikinti meydançasında qəbul
edilmiş geodeziya nişanlarının qorunması üçün
müşahidə aparır. Bölgü işlərini yalnız işlərin
istehsalat layihəsi və "işlərin istehsalı
üçün" icazə olduqda yerinə yetirir.
Bilməlidir.
geodeziya işlərinin yerinə yetirilməsinə aid müvafiq
icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri; geodeziya cihazlarını və
onların texniki istismar qaydalarını; geodeziya işlərinin
icrasına aid əsasnamələri, təlimatları,
normativ-metodiki sənədlərin tələblərini,
iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və
idarəetmənin əsaslarını; tikinti
istehsalatının texnologiyasının əsaslarını;
geodeziya işlərinin istehsalı üzrə mütərəqqitəcürbələri;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ
İXTİSAS TƏLƏBLƏRİ:
6-cı
dərəcə: orta ixtisas (texniki) təhsil və
texnik-geodezist vəzifəsində 3 ildən az olmayaraq iş
stajı;
7-ci dərəcə iş
stajına tələb qoyulmadan ali texniki təhsil;
8-ci
dərəcə: ali texniki təhsil və 3 ildən az
olmayaraq geodezist vəzifəsində iş stajı;
9-cu
dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli
geodezist vəzifəsində 2 ildən az olmayaraq iş
stajı;
10-cu
dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli
geodezist vəzifəsində 2 ildən az olmayaraq iş
stajı;
11-ci
dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli
geodezist vəzifəsində 2 ildən az olmayaraq iş
stajı.
LAYİHƏ-SMETA
BÜROSUNUN (QRUPUNUN) MÜHƏNDİSİ
Vəzifə
borcu. İnşa olunan
obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin
olmasını və onların, təyinatına əsasən,
tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini
təmin edir.
Obyektlərin
layihələndiriolməsi üçün, layihə təşkilatları
ilə birlikdə titul siyahılarını işləyib
hazırlayır.
Obyektlərin
layihələndirilməsi üçün ilkin məlumatları
hazırlayır, layihələndirmə ünün
tapşırıqlar tərtib edir və onları lahiyə təşkilatlarına
göndərir. Cari layihələndirmə üçün əmək üzrə
limitlərin paylaşdırılmasını
hazırlayır. Lahiyə təşkilatlarından lahiyə sənədlərini
qəbul edir və onlarla birlikdə, podrat tikinti təşkilatlarının
iştirakı və bu sənədləri müzakirə edir,
lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin
düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə
uyğunluğunu yoxlayır.
Yeni
normativ qiymət, preyskurant, kataloqlar, vahid qifmətlər
toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar,
vaxtlı-vaxtında layihə-smeta sənədlərində
lazımi dəyişikliklər edir. Layihə-smeta sənədlərini
lahiyə təşkilatları ilə razılaşdırmaya
hazırlayır. Layihə-smeta sənədləri üzrə,
podratçı təşkilatlardan rəylərin
alınmasını təmin edir, ekspertiza və
podratçının iradları üzrə onun axıra qədər
işləməsinə nəzarət edir və təsdiq
olunması üçün hazırlayır. Təsdiq edildikdlən sonra,
layihə-smeta sənədlərini tikinti təşkilatlarının
müvafiq şöbələrinə göndərir. Tikintisi başa
çatmış obyektlərin layihələndirilməsinə çəkilən
xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri
təqdim edir. Layihə-axtarış işləri üzrə
tapşırıqların icrası haqqında hər ay hesabat
tərtib edir. Layihə-smeta sənədləri üzrə
lazımi arayışlar hazırlayır. Onların arxivdə
saxlanmasını təmin edir. Müəyən edilmiş forma üzrə
hesabatları tərtib edir.
Bilməlidir: tikintidə
layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra
hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri; layihə-smeta sənədlərinin
işlənib hazırlanmasının təşkilini,
onların razılaşdırma və təsdiq etmə
qaydalarını; smeta, smeta-maliyyə hesablamaları və
kalkulyasiyaların tərtib olunması üzrə metodiki və
vahid qiymətlərin toplu və kataloqlarının, inşaat
materialları, konstruksiya, məmulat, avadanlıqların
quraşdırılması üzrə, qiymətlər cədvəllərinin
preyskurant topluları və avadanlıqların,
materialların tipləşdirilimiş dəstlərinin tərtib
və istifadə olunma qaydalarını; iqtisadiyyatın,
istehsalatın təşkilinin, əməyin və idarəetmənin
əsaslarını; əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
6-cı dərəcə: orta ixtisas
(texniki) təhsil və texnik vəzifəsində 3 ildən az
olmayaraq və ya orta ixtisas təhsilli mütəxəssisi
başqa vəzifələrdə əəz etdikdə, 1 ildən
az olmayaraq iş stajı;
7-ci dərəcə:
iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-ci
dərəcə: ali texniki təhsil və 3 ildən az
olmayaraq mühəndis vəzifəsində iş stajı;
9-cu
dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli.
mühəndis vəzifəsində 2 ildən az olmayaraq iş
stajı;
10-cu
dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli
mühəndis vəzifəsində 2 ildən az olmayaraq iş
stajı;
11
-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli
mühəndis vəzifəsində 2 ildən az olmayaraq iş
stajı.
3. MEXANİKLƏR:
İNŞAAT MAŞIN
VƏ
MEXANİZMLƏRİNİN ƏSASLI KÖÇÜRÜLMƏ
SAHƏSİNİN MEXANİKİ
Vəzifə
borcu.
İnşaat maşın və mexanizmlərinin köçürülməsi
üzrə saə rəisinin müəyyən etdiyi
tapşırıqların icrasını, layihə sənədlərinə,
Tİ və Q-a, texniki şərtlərə riayət etməklə,
təmin və nəzarət edir. Texnikanın əsaslı
köçürülməsi üzrə nəqliyyat sxeminin və hərəkət
marşrutlarının işlənib hazırlanmasında
iştirak edir. Maşın və mexanizmlərin köçürülməsi
üzrə işlərin həcmindən və müddətindən
asılı olaraq, ustalar ilə birlikdə briqada və
manqaları tərtib edir, icra olunmuş işləri qəbul
edir. Perspektiv planların, habelə quraşdırma işlərinin
yaxşılaşdırılması və inşaat
maşın mexanizmlərinin köçürmə müddətinin
azaldılması üzrə tədbirlərin işlənib
hazırlanmasında iştirak edir.
Nəqliyyat
vasitələrinə texnikanın yüklənmə və bərkidilmə
sxemlərini işləyib hazırlayır və onların müvafiq
səviyyələrdə razılaşdırır.
İnşaat maşın və mexanizmlərinin köçürülməsində,
habelə sahədə yerləşən qaldırıcı
qurğu, cihaz; elektrik avadanlığı, qazqaynaq və
elektrik qaynaq aparatları, təzyiq altında işləyən
qabların istismar və təmirində təhlükəsizlik
texnikasının qaydalarına əməl edilməsini və
onların saz olması və müntəzəm olaraq
yoxlanmasını təmin edir.
Nəql
edilmə prosesində texnikanın hərəkət etmə
qaydası və onun qorunmasına nəzarətin yerinə
yetirilməsi haqqınla, texnikanı müşayət edən
şəxsləri təlimatlandırır. İnşaat
maşın və mexanizmlərinin texniki vəziyyətinə
nəzarət edir. İnşaat maşın və mexanizmlərinə
xidmət göstərən fəhlələri təhlükəsiz
iş üsul və metodları ilə təlimatlandırır və
öyrədir. İş yerlərini, əməyin mühafizəsi üzrə,
xəbərdaredici yazı, plakat və təlimatlarla təmin
edir. Baş vermiş qəza və bədbəxt hadisələrin
səbəblərinin araşdırılmasında və
onların qarşısının alınası üzrə tədbirlərin
işlənib hazırlanmasında iştirak edir. Səmərələşdirmə
və ixtiranın inkişafına köməgəlik göstərir.
İnşaat maşın və mexanizmlərinin
daşınmasının təşkilinə aid mütərəqqi
təcrübələri öyrənir. Uçot və müəyyən
edilmiş hesabatın aparılmasını təşkil edir.
Maşın və mexanizmlərin əsaslı köçürülmə
dövründə, onların texniki cəhətdən saz vəziyyətdə
qəbulunu və verilməsini təşkil edir.
Texnoloji
nəqliyyat və quraşdırma ləvazimatının
texniki cəhətdən düzgün istismarını təmin edir.
İnşaat maşın və mexanizmlərinin əsaslı
köçürülməsini icra edən, ona tabe olan sahə fəhlələrinə
rəhbərlik edir.
Bilməlidir. sahənin
istehsalat-təsərrüfat və texniki fəaliyyətinə aid
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədləri; sahədə
quraşdırma, təmir xidmətinin təşkilini; köçürülən
maşın və mexanizmlərin texniki
xarakteristikalarını; onların konstruktiv xüsusiyyətlərini,
daşınmanın təşkilini, normaları, dövlət
standartlarını, sahədə işin təşkilini;
tikinti istehsalatının texnologiyasının əsaslarını;
iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və
idarəetmənin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
KRANALTI YOLLARIN
QURULMASI VƏ İSTİSMARI
SAHƏSİNİN MEXANİKİ
Vəzifə
borcu. Kranaltı (rels)
yollarının qurulması və istismarı üzrə işlərin
vaxtlı-vaxtında və keyfiyyətlə icrasını təmin
edir. Ona təhkim edilmiş, ixtisaslaşdırılmış
briqadalardan ibarət kollektivə rəhbərlik edir, obyektdə
işlərin istehsal prosesində onların yerdəyişməsinə
nəzarət edir. Kranaltı yolların qurulması üzrə
sahə rəisinin müəyyən etdiyi
tapşırıqların icrasını, layihələrə,
tikinti norma və qaydalarına və texniki şərtlərə
riayət etməklə təşkil edir. Tikinti obyektlərində
inşaat maşın və mexanizmlərinin
quraşdırılması üzrə qrafiklərin tərtib edilməsində
iştirak edir. Sahədə istifadə edilən inşaat
maşın və mexanizmlərinin əsaslı təmiri üzrə
qrafik tərtib edir və əsaslı təmirdən sonra
onları qəbul edir. İcra sənədlərinin, yerinə
yetirilmiş iş həcmlərinin, inşaat, maşın və
mexanizmlərinin işləmə vaxtının uçotunu
aparır, habelə sahə mexanizmlərindən istifadə
edilməsinə gündəlik nəzarət edir. Sahə üçün verilən
naryad üzrə maşın və mexanizm hazırlayan zavodlardan
daxil olan yeni texnikanı qəbul və komplektləşdirir.
Plan-xəbərdaredici və sifarişli təmirlərin
istehsalına aid qrafiklərə uyğun mexanizmlərin tikinti
obyektindən çıxarılmasını təmin edir.
"Texniki baxış" və "texniki xidmət"
qrafiklərinə daxil olan bütün sahə
avadanlıqlarının təmirinin icrası üçün işə
başlamazdan ən azı 10-15 gün əvvəl cədvəllərin
tərtib edilməsində iştirak edir. Səmərələşdirmə
və ixtiralar üzrə işdə iştirak edir, təkliflərin
işlənib hazırlanması və tətbiq edilməsində
lazımi köməklik göstərir. Təhlükəsiz iş şəraitinin
yaradılması, əməyin mühafizəsi üzrə qayda və
normalara riayət edilməsi üçün müntəzəm iş
aparır.
Baş
vermiş bədbəxt hadisələrin
araşdırılması, uçotu və onlara yol verməmək
məqsədilə təbirlərin
işlənib hazırlanmasında iştirak edir,
vaxtaşırı işçilərin yükqaldıran sahə və
mexanizmləri təhlükəsiz istismar qaydaları üzrə biliklərinin
yoxlanılmasını təşkil edir.
Kranaltı
yolların qurulmasını və istimarını yerinə
yetirən sahə işçilərinə rəhbərlik edir.
Bilməlidir: sahənin
fəaliyyətini müəyyənləşdirən müvafiq icra
hakimiyyəti orqanlarının qərar. sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri; yükqaldıran maşın və
mexanizmlərinin texniki xarakteristikalarını, konstruktiv
xüsusiyyətlərini, təyinatını, iş rejimlərini
və istismar qaydalarını, maşın və mexanizm avadanlıqlarının
təmir, quraşdırma. nizamlama və sazlama işlərinin
təşkilini və texnologiyasını, tikinti
istehsalatının texnologiyasının əsaslarını;
iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və
idarəetmənin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
PLAN-XƏBƏRDAREDİCİ
TƏCİLİ SAHƏSİNİN MEXANİKİ
Vəzifə borcu. Bütün növlərdən
olan avadanlıqların və kommunikasiyaların, ventilyasiya və
yanğın əleyhinə qurğuların qəzasız və
etibarlı işini təmin edir. Avadanlığın düzgün
istismarını, onun vaxtlı-vaxtında və keyfiyyətli təmirini və modernləşdirilməsini
təmin edir. Vaxtaşırı avadanlıqlar üzrə
baxışların keçirilməsini təşkil edir, onlara
texniki xidmət göstərmək və təmirlər üzrə
qrafiklər tərtib edir, avadanlıqların texniki sənədlərini
aparır.
Avadanlıqların
ayrı-ayrı düyün və detalların vaxtında tez
dağılmasının səbəbini aşkar etmək və
aradan qaldırmaq məqsədilə onların iş şəraitini
öyrənir. Maşınların, avadanlıqların və
onların düyülərinin təmiri, habelə düyün və
detalların bərpası üzrə mütərəqqi
metodların, avadanlıqların boş dayanmalarının
azaldılması və işləmə müddətinin
artması, təmir işlərinə çəkilən xərclərin
azaldılmasına və keyfiyyətin yüksəldilməsinə
aid tədbirləri işləyib hazırlayır və tətbiq
edir.
Avadanlığın
işləməsi, istismar və təmirinə çəkilən
xərclər, onun boş dayanma davamiyyətinin səbəbləri,
habelə xidmət göstərmə, təmiri və modernləşməsi
üzrə yerinə yetirilən işlərin uçotunu aparır. Ona
təhkim olunmuş sahədə yerləşən
maşın, mexanizmqaldırıcı qurğu, elektrik
avadanlıqları, qaz və elektrik qaynaq aparatları, təzyiq
altında işləyən qabların quraşdırma, sökülmə
və istismar və təmirində təhlükəsizlik
texnikasının qaydalarının yerinə yetirilməsini,
habelə onların işçi vəziyyətdə
olmasının yoxlanılmasını təmin edir. Sahənin
hesabında olan maşın, mexanizm, avadanlıq, digər
qurğuların sınaqdan keçirilməsini təşkil edir. Təhlükəsiz
iş metod və
üsulları haqqında fəhlələri təlimatlandırır
və öyrədir. Əmək mühafizəsi üzrə iş yerlərini
xəbardaredici yazı, plakat və təlimatlarla təmin edir.
Baş verən qəza və bədbəxt hadisələrin səbəblərinin
araşdırılmasında da onların qarşısını
almaq üçün tədbirlərin işlənib hazırlanmasında
iştirak edir
Təmir
üçün buraxılan vəsaitlərin xərclənməsinə nəzarət
edir. Təmir üçün lazımi material, ehtiyat hissələri, detal
və alətləri almaq məqsədi ilə sifarişlər
tərtib edir və onların işlənilməsi üzrə uçot
və hesabat sənədlərinin aparılmasını təmin
edir. Avadanlığın detal və düyünlərinin
hazırlanma və bərpası üçün, habelə dəyişdirilməsi
tələb olunan avadanlıqların alınması üçün
sifarişləri tərtib edir. Avadanlıqların təmir və
modernləşdirilməsinə aid səmərələşdirici
təklif və ixtiralara baxır, onlar üzrə rəylər
verir, qəbul olunmuş təkliflərin tədbiq
olunmasını təmin edir. Avadanlıqları təmir edən
və onların iş qabiliyyətini təmin edən sahə
işçilərinə rəhbərlik edir.
Bilməlidir. avadanlıqların,
inşaat maşın və mexanizmlərinin təşkili üzrə
müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam,
əmrlərini və digər istinad edilən, rəhbər
tutulan metodiki, normativ sənədləri; plan-xəbərdaredici
təmirin vahid sistemini; sahə qurğularının və
avadanlıq sistemlərinin texniki xarakteristikalarını;
konstruktiv xüsusiyyətlərini, təyinatını və
iş rejimini, onun istehsalat və texniki istismar, habelə texniki
istismar vəziyyətinə və normal fəaliyyətinə
nəzarət etmənin qaydalarını; planlaşdırma
metodlarını, texniki xidmət göstərmə və təmirlərin
təşkilini, habelə təmir işlərinin
texnologiyasını; avadanlığı quraşdırma,
nizamlama və sazlama metodlarını; defekt (qüsur) cədvəllərinin
və digər texniki sənədlərin hazırlanma
qaydasını; avadanlıqların təmirə vermə və
onların təmirdən sonra geri almaq qaydalarını;
iqtisadiyyatın, istehsalın təşkilinin və əmək
haqının ödənilməsinin əsaslarını; təmirin
təşkili və texnologiyası üzrə mütərəqqi təcrübələri;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
TİKİNTİ SAHƏSİNİN
MEXANİKİ
Vəzifə
borcu.
İnşaat maşın və mexanizmlərinin istismar
prosesində istifadəsinə, texniki vəziyyətinə və
onlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət
edir. Sahəyə məxsus inşaat maşın və
mexanizmlərinin təmiri və texniki xidməti üzrə işə
rəhbərlik edir. Bu maşın və mexanizmlərə
vaxtaşırı baxış və sınaq keçirilməsini
təşkil edir. Onların texniki xidmət və sınaq
keçirilməsini təşkil edir. Onların texiki xidmət və
təmirləinin planlaşdırılmasında iştirak
edir. İnşaat maşınlarının işiin uçotunu təşkil
edir və onların istifadəsi üzrə hesabat sənədlərii
tərtib edir.
Maşın
və mexanizmləri təmirə verir. Təmirin
vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə
nəzarət edir. Yeni maşınları qəbul edir və
onları texiki müayinədən keçirir. İstismar etmə müddətinə
və digər səbəblərəörə, sıradan
çıxmış maşın və mexanizmlərin silinməsi
üçün lazımi sənədləri hazırlayır. Qış
şəraitində işləmək üçün inşaat
maşın və mexanizmlərinin hazırlığı üzrə
tədbirlər görür. Sahədə olan inşaat
maşınlarının pasportlaşdırılması və
uoçtunu (mövcud, daxil olan, yerdəyişən) aparır. Özü hərəkət
etməyən və ya aşağı sürətdə hərəkət
edən maşın və mexanizmlərin quraşdırma,
sökülmə, nəql edilməsi üzrə işə rəhbərlik
edir.
Baş
podrat ümumtikinti təşkilatlarında tikinti obyektləri üçün
metal konstruksiyalarının quraşdırılması, meal məmulatlaının
hazırlanması və obyektlərin elektrik, istilik və su təchizatı
üzrə işlərinə rəhbərlik edir. Sahədə
olan inşaat maşın, mexanizmlər, qaldırıcı
qurğu, cihazlar, elektrik avadanlığı, qazqaynaq
aparatları, təzyiq altında işləyən qabların,
quraşdırma, sökülmə, istismar və təmiri zamanı təhlükəsizlik
texnikasıın qaydalarının yerinə yetirilməsini,
habelə oların saz olması və müntəzəm
yoxlanmasını təmir edir. Texniki ləvazimatın saz
olmasına nəzarət edir, Sahəyə məxsus
maşın və mexanizmləri, avadanlıqlar, asma nənnilərin
və digər qurğuların sınaqdan keçirilməsini təşkil
edir. Kiçik mexanizasiya vasitələri, mexanikləşdirilmiş
və əl ilə görülən işərdə istifadə
olunan alətlərin, tikinti ləvazimatının düzgün
istismarını təmin edir; səyyar alət-paylayıcı
stansiya (SPAS) və alət-paypayıcı anbarlarını (APA)
alət və avadanlıqlarla komplektləşdirir,
onların istismar, təmir və uçotunu təşkil edir.
İnşaat maşın və mexanizmlərinə xidmət
edən sahə fəhlələrini təhüksəizlik iş
metod və üsulları üzrə təlimatlandırır və
öyrədir.
İş
yerlərini əməyin mühafizəsi üzrə xəbərdaredici
yazı, plakat və təlimatlarla təmin edir.
Baş
vermiş qəza və bədbəxt hadisələrin səbəblərinin
araşdırılmasında və onların
qarşısının alınması üzrə tədbirlərin
işlənib hazırlanmasında iştirak edir.
Əl
və mexanikləşdirilmiş alət və kiçik mexanikləşdirmə
vasitələri materiallar, ehiyat hissələri, yığma
hissələr, komplektləşdirici məmulatların
alınması üçün sifaişləri tərtib edir, onların
isifadəsinə nəzarət edir və onların işlədilməsi
üzrə uçt və hesabat sənədlərini aparır. Tikiti
meydançasında v təmir-quraşdırma emalatxanalarında fəhlə-mexanizatorlara
rəhbərlik edir.
Bilməlidir: maşın
və mexanizmlərinin təmiri və xidmət göstərilməsinin
təşkili üzrə müvafiq icra hakimiyyəti
orqanlarının qərar, sərəncam, əmrlərini və
digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
inşaat maşın və mexanizmlərinin üzrə texniki
xarakteristikasını; konstruktiv xüsusiyyətlərini. təyinatını
və iş rejimini, onların texniki istismar qaydalarını;
təmir işlərinin Texnologiya və təşkilini:
avadanlığı quraşdırma. nizamlama və sazlama
metodlarını; tikinti istehsalatının
texnologiyasının əsaslarını; iqtisadiyyatın,
istehsalın təşkilinin əməyin, idarəetmənin əsaslarını;
əmək qanunvericiliyinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın əleyhinə mühafizənin
norma və qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ:
6-cı dərəcə:
orta ixtisas (texniki) təhsil, texnik vəzifəsində 3 ildən
az olmayaraq və ya orta ixtisas təhsilli mütəxəssisi
başqa vəzifələrdə əvəz etdikdə, 1 ildən
az olmayaraq iş stajı;
7-ci dərəcə:
iş stajına tələb qoyulmadan ali texniki təhsil; -
8-ci
dərəcə: ali texniki təhsil və 3 ildən az
olmayaraq mexanik vəzifəsində iş stajı;
9-cu
dərəcə; ali texniki təhsil və 8-ci dərəcəli
mexanik vəzifəsində 2 ildən az olmayaraq iş
stajı;
10-cu dərəcə:
ali texniki təhsil və 9-cu dərəcəli mexanik vəzifəsində 2
il-dən az olmayaraq iş stajı;
11
-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli
mexanik vəzifəsində 2 il-dən az olmayaraq iş
stajı.
4 MEMAR
Vəzifə
borcu. Müxtəlif obyektər
üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin)
işlənib hazırlanmasına rəhbərlik edir.
Layihələndirmə
layihə təkliflərinin və şəhər, məssisə,
bina və qurğuların baş planlarının işlənib
hazırlanmasında, müvafiq orqanlarla, nəərdə
tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə
şərtlərinin razılaşdırılmasında
bilavasitə iştirak edir. Layihə işlərinin müəyyən
edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət
etmənin yüksəldilməsini, habelə qəbul edilmiş
layihə həllinin, layihələndirmə və tikinti üzrə
qüvvədə lan normativ materialla uyğun olmasını təmin
edir. Lazımi texniki-iqtisadi əsaslandırma və
tikini-quraşdırma işlərinin həcmi üzrə
hesablamanın tərtib edilməsinə, tikintinin smeta dəyərinin,
lazımi tərkibdə və sayda avadanlıq məmulat və
materialların müəyyən edilməsinə rəhbərlik
edir. Layihə - axtarış işlərinin aparılması
üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə
bağlamaq üçün materiallar hazırlayır. Subpodrat təşkilatlara
texniki tapşırıqlar işləyib hazırlayır və
tapşırılmış işin icrası üçün, onları
lazımi məlumatlarla təmin edir. daha məqsədəuyğun
qənaətli layihə həllinin axtarışı üzrə
tədqiqat işinin aparılması və onun eksperimental
yoxlanmasında iştrak edir. Mütərəqqi konstruktiv həllin
aşkar edilməsi üçün, müxtəlif variantlar işləyib
hazırlayır Layihənin digər hissələri ilə
memarlıq hissəsinin uzlaşdırmasını, lazımi
texniki sənədlərin komplektliyini, layihələndirmənin
bütün mərhələlərində layihə
materiallarının həcminin azaldılmasını təmin
edir. Layihələrin müvafiq icra hakimiyyəti və ekspertiza
orqanlarında baxılmasında,
razılaşdırılmasında və müdafiəsində
iştirak edir.
Layihələndirilən
obyektlərin tikintisində müəllif nəzarətini yerinə
yetirir, tikintidə istifadə edilən inşaat
materialları, konstruksiya, məmulatların təsdiq
olunmuş layihə, standart və texniki şərtlərə
uyğun olmasına nəzarət edir.
Layihələndirmə
və tikinti üçün ormativ materiaların işlənib
hazırlanmasında iştirak edir.
İcra
edilmiş işlərin elmi-texniki hesabatlarının bölmələrini
tərtib edir. Layihələndirmə və tikintidə mövcud
olan mütərəqqi təcrübələri öyrənir. Layihələndirmə
və tikintiyə aid olan səmərələşdirici təklif
və ixtialara, habelə normativ sənədlərinin layihələrinə
aid fikir söyləyir və rəy verir.
Layihənin
memarlıq hissəsinin (bölməsinin) işlənib
hazırlanmasında iştirak edən memar və texniklərin
işini lanlaşdıır və əlaqələndirir.
Bilməlidir: layihə
və tikinti işlərinik icrasına, tikintinin inkişaf
istiqamətinə aid müvafiq icra hakimiyyəti orqanlarının
qərar, sərəncam, əmrlərini və digər istinad
edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
rayon planlaşdırma sxemlərini və şəhərlərin
baş planlarını; layihələndirmənin
üsullarını; layihə işlərinin təşkili və
planlaşdırmasını; işlənib hazırlanan layihələrə
qoyulan texniki tələbləri; ətraf mühitin mühafizəsi
üzrə tələbləri; müxtəlif təyinatlı obyektlərin
layihələndirilməsində əməyin elmi təşkilinin
tələblərini; tikinti norma və qaydalarını; layihə-smeta
sənədlərinin işlənib hazırlanması və tərtibi
üzrə standartları, texniki şərtləri və digər
rəhbəredici sənədləri; layihənin işlənib
hazılanmasına aid texniki-iqtisadi hesablamaların və əsaslandırmanın
metodlarını; analoji obyektlərin layihələndirilmə
və işasında mütərəqqi təcrübələri;
layihələndirmənin və tikintinin texniki vasitələrini;
standartlaşdırmaın əsaslarını; layihələndirməni
əsaslarını; ixtira və kəşflər üzrə
sifarişlərin tərtib etmə qaydasın;
iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və
idarə-etmənin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyini mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ
İXTİSAS TƏLƏBLƏRİ:
6-cı
dərəcə: orta ixtisas (texniki) təhsil 3 ildən az
olmayaraq texnik vəzifəsində iş stajı;
7-ci dərəcə:
iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-9-cu
dərəcələr: ali ixtisas təhsili və memar vəzifəsində
3 ildən az olmayaraq iş stajı;
10-cu dərəcə: ali texniki təhsil
və 8-9-cu dərəcəli memar vəzifəsində 3 il- dən
az olmayaraq iş stajı;
11-ci dərəcə: ali texniki təhsil
və 10-cu dərəcəli memar vəzifəsində 3 il-dən
az olmayaraq iş stajı.
12-13-cü
dərəcə (aparıcı memar); ali texniki təhsil və
11-ci dərəcəli memar vəzifəsində 3 ildən az
olmayaraq iş stajı.
5. MÜQAVİLƏ VƏ İDDİA
İŞLƏRİ ÜZRƏ İQTİSADÇI
Vəzifə borcu. Sifarişçi
və subpodrat təşkilatlarla bağlanılan podrat müqavilələrini
hazırlayır, obyektlərin işası üzrə smeta sənədlərini
yoxlayır, təhvil aktlarını tərtib etməklə,
yerinə yetirilmiş işlərin dəyərini
hesablayır və uçotunu aparır. Tikintidaxili titul
siyahılarının baxılması və
yoxlanılmasında iştirak edir və podrat müqavilələrini
hazırlayır. Sifarişçidən alınmış smeta sənədlərinin
yoxlanmasını və onun keyfiyyətinə aid iradların
hazırlanmasını yerinə yetirir. Subpodrat təşkilatların
nümayəndələri ilə birlikdə, layihə təşkilatı
və sifarişçi ilə smetaları, mateialların dəyər
kalkulyasiyalarını, nəqliyyat sxemlərini və s. razılaşdırır.
İşlərin mərhələlər üzrə icra
olunmasına aid cədvəlləri tərtib edir. Limitləri
qoyulmuş xərcləri əlavə etməklə, yerinə
yetirilmiş işlərin dəyərəni hesablayır.
İcra olunmuş və sifarişçinin ödədiyi
tikinti-quraşdırma işlərinin uçotunu aparır. İcra
olunmuş işlərin, nəzarət məqsədi ilə
ölçülməsində iştirak edir. Plan şöbəsi ilə
birlikdə tikinti material və konstruksiyalara, nəqliyyat,
kommunal və digər xidmətlərə plan-hesablama qiymətlərinin;
habelə tikinti təşkilatlarının yardımçı müəssisələrinin
məhsullarına buraxılış qiymətlərinin
işlənib hazırlanmasında iştirak edir. Vahid qiymətlər
və üstəlik xərclərin normalarına, nəzərdə
tutulmayan məsrəflər zrə, məxaric
smetalarını tərtib edir və onları lazım gəldikdə
sifarişçi ilə razılaşdırır. Yeni texnika və
texnologiya, əməyin elmi təşkili, səmərələşdirici
təklif və ixtiraların tətbiqinin iqtisadi effektliyini
hesablayır.
Arbitrajda
baxılmaq üçün, idia sənədlərinin hazılanmasında
iştirak edir. Təsərrüfat hesablı biqadalar üçün işlərin,
materialların və mexanikləşdirmə üzrə xərclərin
hesablanma dəyərini müəyyən edir.
Bilməlidir:
tikintidə
smeta işi üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar,
sərəncam, əmrlərini və digər istinad edilən
rəhbər tutulan metodiki, normativ sənədləri; əsaslı
tikintinin perspektiv və cari planlarının ilənib
hazırlanma qaydasını; idarətmənin əsaslarını;
tikintinin təşkilini, iqtisadiyyatın və
texnologiyasınını əsaslarını; podrat müqavilələrin
bağlanma qaydalarını; smetaların tərkibini, məzmununu,
işənib hazırlanma və razılaşdırılma
qaydasını; tikintinin maliyyələşdirmə
qaydalarını; tikintidə qiymətqoyma məsələəri
üzrə normativ sənədləri; plan-uçot sənədlərini;
operativ və statistik uçot və hesabatın təşkilini; əmək
qanunvericiliyinin əsaslarını; əməyini mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ
İXTİSAS TƏLƏBLƏRİ:
6-cı
dərəcə: orta ixtisas (iqtisadi) təhsili və texnik vəzifəsində
3 ildən az olmayaraq iş stajı və ya orta ixtisas təhsilli
mütəxəssisləri əvəz edən başqa vəzifələrdə
5 ildən az olmayaraq iş stajı;
7-ci
dərəcə: iş stajına tələb qoyulmadan ali
iqtisadi və ya
mühəndis-iqtisadi təhsil;
8-9-cu
dərəcələr: ali iqtisadi və ya mühəndis-iqtisadi təhsil,
iqtisadçı vəzifəsində 3 ildən az olmayaraq iş
stajı;
10-11-ci
dərəcə (aparıcı iqtisadçı): ali iqtisadi və
ya mühəndis-iqtisadi təhsil və 9-cu dərəcəli
iqtisadçı vəzifəsində 2-3 ildən az olmayaraq iş
stajı.
6.
MÜHƏNDİS-ENERGEİK
Vəzifə
borcu. obyektlərinin
yardımçı istehsalat və xidmət göstərən təsərrüfalarıın
fasiləsiz enerji təchizatını təmin edir. Enerji
avadanlığının istismar və təmirini, habelə
enerjinin qənaətlə işlədilməsinə nəzarəti
təşkil edir. Enerji təsərrüfat və sexlərinin
işlərinin planlaşdırır, enerji
avadanlığının təmir qrafiklərini, elektroenerji,
yanacaq, buxar, qaz, su, sıxılmış havanın
istehsalı və istifadəsi üzrə planlrı, yanacaq və
enerjinin ütün nöflərinin normalarını işləyib
hazırlayır, habelə enerji təsərrüfatlarıın
istismarı üçün lazım olan sifarişləri və
hesablamaları tərtib edir. Təşklatın istehsalat
bazasının perspektiv inkişaf planının işləib
hazırlanmasında iştirak edir. "Yeni layihələndirilən,
habelə işləyən enerji obyektlərinin yenidən
qurulması üçün texniki tapşırıqları tərtib edir.
Nəzarətedici
ölçü, elektrotexniki və istiliktexniki cihazlara nəzarət edir. Təzyiq
atında işləyən qəzan və qabların
vaxtlı-vaxtında Dövlət enerji müfəttişliyinə təqdim
edilməsini təşkil edir. Əməyin mühafizəsi
qaydalarına riayət edilməsinə nəzarət edir,
Tikinti təşkilatında enerji avadanlıqlarının
mövcudluğunun və hərəkəcinin inventar uçotunu, habelə
elektrik enerjisi və yanacağın sərf olunmasının,
enerji təsərrüfaı işinin texniki-iqtisadi gösəricilərinin
ucotunu və təhlilini aparır. Enerji
avadaqlıqlarının qəzaları uğramasının səbəblərinin
araşdırılmasında iştirak edir və onların
aradan aldırılma və yol verilməməsi üçün tədbirlər
işləyib hazırlayır. Enerji qurğularını,
qış şəaitində işləmək üçün,
hazırlamaq məqsədi ilə tədbirlər işləyib
hazırlayır və onların icrasına nəzarət edir.
Enerji təsərüfatıın sahələrində əməyin
elmi təşkilinin, istismar və təmirdə yeni mütərəqqi
üsulların tətbiqini təmin edir. İş yerlərinin
attestasiyası üzrə komissiyanın işində iştirak
edir. Avadanlığın təkmilləşdirilməsinə
aid, səmərələşdirici təkliflər və
ixtiralar üzrə rəylər verir və qəbul edilmiş təkliflərin
tətbiq edilməsini təşkil edir. Təhlükəsiz iş
üsulları üzrə fəhlələrə istehsalat təlimatları
keçir və onların mühafizəedici vasitə və
qurğularla təmin olunmasını yoxlayır.
Bilməlidir: enerji
avadanlıq və kommuniksiyaların istismarı üzrə müvafiq
icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini
və digər istinad edilən, rəhbər tutulan metodiki,
normativ sənədləri; enerji təsərrüfatının təşkilini,
enerji avadanlığının texniki xarakteristikasını,
konstruktiv üsusiyyətlərini, təyinatını, iş
rejimini, onun texniki istismar qaydalarıı və təmirlərin
aprarılma texnologiyasını; istehsalata enerji xidmət göstərmək
sahəsində elmin nailiyyətərini və mütərəqqi
təcrübələri, iqtisadiyyatın, istehsalatın təşkilinin,
əməyin və idarəetmənin əsaslarını; əmək
qanunvericiliyinin əsaslarını; əməyini mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
ÖDƏNİŞ
DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ:
6-cı
dərəcə; orta ixtisas (texniki) təhsil, texnik vəzifəsində
3 ildən az olmayaraq və ya orta ixtisas təhsilli mütəxəssisi
başqa vəzifələrdə əvəz etdikdə 1 ildən
az olmayaraq iş stajı;
7-ci dərəcə:
iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-ci
dərəcə: ali texniki və 3 ildən az olmayaraq mühəndis-energetik
vəzifəsində iş stajı;
9-cu
dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli
mühəndis-energetik vəzifəsində 3 ildən az olmayaraq
iş stajı;
10-11
-ci dərəcə (aparıcı mühəndis-energetik); ali
texniki təhsil və 2-3 ildən az olmayaraq 9-cu dərəcəli
mühəndis-energetik vəzifəsində iş stajı.
7. TEXNİKLƏR İSTEHSALATIN HAZIRLIĞI
ÜZRƏ TEXNİK
Vəzifə
borcu. Tikinti
istehsalatının mühəndis hazırlığı ilə təmin
olunmasında iştirak edir. Layihə-smeta sənədlərini
alır və onların qeydiyyat jurnalını aparır. Onun
komplektləşdirilməsini habelə lazımi
razılaşdırma və təsdiqlərinin mövcudluğunu
yoxlayır. Lahiyə-smeta sənədlərinin
saxlanmasını, uçotunu, habelə subpodrat təşkilatlarına
verilməsini təmin edir. Tikinti meydançalarında layihə-smeta
sənədərinin saxlanmasına və icra sənədlərinin
aparılmasına nəzarət edir. Rekvizitləri göstərməklə,
işlərin aparılması jurnallarını
hazırlayır və tikinti sahəsinə təhvil verir.
Obyektlərin istismara verilməsi üçün sənədləri
hazırlayır.
İşlərin
icra layihələrinin işlənib hazırlanması, müvəqqəti
bina və qurğuların
qeyri-standartlaşdırılmış avadanlıq, qurğu və
əşyaların layihələndirilməsi, obyektərin
istismara verilməsi, inşaat maşınlarının işi
və fəhlələrin hərəkətinin toplu qrafiklərinin
tərtib edilməsində iştirak edir. Natural və dəyər
ölçüsünə iş həcmlərinin cədvəllərini,
tikinti material, detal və konstruksiyalarına tələbnamə
və məmulatların hazırlanmasına aid sifarişləri
tərtib edir. Sifarişləri tikinti təşkilatlarının
yardımçı müəssisələrində yrəşdirir və
onların icrasına nəzarət edir. Təsərrüfat
hesablı briqadalar üçün, komplektəşmə cədvələrini
və limitlə alınan malar üzrə xəritələri tərtib
edir, Materialların faktiki sərf edilməsini normativlə
müqayisə edir.
Bilməlidir: tikinti
istehsalatının mühəndis hazırlığı sistemini;
tikinti istehsalatıın texnologiya və təşkilini; layihə-smeta
sənədlərinin tərkibini, tərtibatına qoyulan tələbləri
və onların təhvil vermə qaydalarını; işlərin
icra layihələrinin işlənib hazırlanma
qaydasını tikinti təşkilatlarının
yardımçı muəssisələrində buraxılan məmulatların
nomenklaturasıı; istifadə olunan inşaat materialları;
məmulat və konstruksiyaların nomenklaturasını; əmək
qanunvericiliyinin əsaslarını; əməyini mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğın əleyhinə mühafizənin norma və
qaydalarını.
TEXNİK-GEODEZİST
Vəzifə
borcu. İnşa olunan
tikinti obyektlərinin layihələrə uyğun
olmasını təmin edən, geodeziya işlərini yerinə
yetirir, Sifarişçidən tikinti obyektlərinin geodeziya bölgü əsasını,
o cümlədən bina vqurğuların baş oxlarının,
mühəndis kommunikasiya trassalarının qəbulunda iştirak
edir: İnşa prosesində bölgü işlərini, başa
çatmış mərhələlərin icraçı çəkilişlərini
yerinə yetirir.
Xətti
istehsalat heyəti tərəfindən, həndəsi parametrlərin
dəqiqliyini təmin etmək işinə, seçmə üsulla
aparılan nəzarətdə iştirak edir, bilavasitə rəhbərinə,
aşkar pozuntular haqqında məlumat verir. Geodeziya ölçülərinə
aid jurnalı aparır. Tikinti mydançasında olan geodeiya
nişanlarının qorunması,
inşa prosesində onların vəziyyətinin dəyişilməsinə
nəzarət edir, zədələnmiş nişanların təmirini
məhv edilmişlərin isə yeniləri ilə əvəz
edilməsini təmin edir. Başa çatmış tikinti obyektlərinin
təhvil verilməsində istifadə edilən icraçı
geodeziya sənədlərinin hazırlanmasında iştirak
edir.
Bilməlidir: geodeziya
alətərini və onların texniki istismar
qaydalarını; geodeziya işlərinin istehsalı üzrə əsasnamə,
təlimat, habelə normativ-metodiki sənədlərin tələb
və təvsiyyələrini; tikinti istehsalının
texologiysının əsaslarını; gerdeziya işlərinin
istehsalı üzrə mütərəqqi təcrübələri; əmək
qanunvericiliyinin əsaslarını; eodeiya işlərinin
icrasında əməyini mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə
mühafizənin norma və qaydalarını.
TEXNİKLƏRİN
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS
TƏLƏBLƏRİ:
4-cü dərəcə:
iş stajına tələb qoyulmadan, orta ixtisas təhsili;
5-6-cı
dərəcə: orta ixtisas təhsili və 2 ildən az
olmayaraq texnik və ya ota ixtisas təhsilli mütəxəssisi əvəz
edəcək başqa vəzifələrdə iş stajı;
7-8-ci
dərəcə: orta ixtisas təhsili və 5 ildən az
olmayaraq müvafiq olaraq 6-cı-7-ci dərəcələrdə
texnik vəzifəsində iş stajı.
* iş
icrasının vəzifə borcu tikinti sahəsinin tam strukturu
üçün müəyyən edilib: "böyük
iş icraçısı - iş
icraçısı usta"
İş
icrasının sahəsi bilavasitə tikinti idarəsinin rəhbərliyinə
tabe olan hallarda,
iş
icrasının vəzifə borclarına böyük iş
icraçısının funksiyaları daxil olur5 iş
icraçısının tabeliyində usta olmayan
hallarında, onun vəzifə borclarına ustanın
funksiyaları əlavə olunur.