Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

 

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 11-ci bəndinin v) yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“v) mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumunun verdiyi çıxarış.”.[2]

2. “Mənzil fondunun dövlət uçotu qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1985-ci il 10 fevral tarixli 136 nömrəli qərarı barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 9 mart tarixli 80 nömrəli qərarının II hissəsinin 1-ci bəndinin üçüncü abzası və 3-cü bəndi çıxarılsın.

3. “Bakı şəhərinin şəhər təsərrüfatının 1986-1990-cı illərdə gələcək inkişafına dair tədbirlər haqqında” SSRİ Nazirlər Sovetinin 1985-ci il 31 oktyabr tarixli 1019 nömrəli qərarının yerinə yetirilməsi tədbirləri barədə” Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 1 aprel tarixli 111 nömrəli qərarının 44-cü bəndinin birinci abzasından “texniki inventarlaşdırma bürosu” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”na aşağıdakı dəyişikliklər edilsin:

a) I bölmənin 1.4.1-ci yarımbəndində “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarları ilə təsdiq edilmiş texniki pasport formaları” sözləri “texniki pasport” sözləri ilə əvəz edilsin;

b) II bölmədə “(texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları)” sözləri “(Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları)” sözləri ilə əvəz edilsin;

c) “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”na 5 nömrəli əlavədə “Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin rəisi” sözləri “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumunun rəisi” sözləri ilə əvəz edilsin.[3]

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş 11 və 11-x nömrəli formalardan “Şəhadətnamə texniki inventarlaşdırma orqanında qeydə alınmalıdır.” cümləsi çıxarılsın.

6. “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:

a) 2-ci bənddə “2004-cü” sözləri “2006-cı” sözləri ilə əvəz edilsin;

b) 3-cü bəndin birinci abzasında “(2001-2003-cü illərdə) sözləri “(2006- 2007-ci illərdə)” sözləri ilə, ikinci abzasında “İcra hakimiyyətlərinin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq struktur bölmələrinə həvalə edilsin və bu bölmələrin normal fəaliyyəti üçün müvafiq şəhər icra hakimiyyətləri lazımi məlumatların və sənədlərin verilməsini təmin etsinlər” sözləri isə “İcra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin iştirakı ilə göstərilən şəhər icra hakimiyyətlərinin müvafiq bölmələrinə həvalə edilsin və bu bölmələrin normal fəaliyyəti üçün şəhər icra hakimiyyətləri müvafiq istehsalat sahələri və material-texniki vəsaitlər ayırsınlar” sözləri ilə əvəz edilsin;

c) 4-cü bənddə “torpaq, su” sözlərindən əvvəl “daşınmaz əmlakın vahid kadastrı,” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydaları”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

a) III bölmənin 10-cu bəndində “rayon (şəhər)” sözlərindən sonra “icra hakimiyyəti orqanlarının” sözləri əlavə edilsin;

b) IV bölmənin 13-cü bəndinin ikinci abzasında “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturlarına” sözləri “icra hakimiyyətləri orqanlarına” sözləri ilə, üçüncü abzasında “Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturları” sözləri “rayon (şəhər) icra hakimiyyəti orqanları” sözləri ilə və dördüncü abzasında “Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli strukturlarından” sözləri “rayon (şəhər) icra hakimiyyəti orqanlarından” sözləri ilə əvəz edilsin;

c) VII bölmənin 30-cu bəndinin dördüncü abzasında “Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq yerli struktur bölmələri və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq struktur bölmələri” sözləri “müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin;

ç) VII bölmənin 34-cü bəndinin birinci abzasında “Dövlət Tikinti və Arxitektura Komitəsinin yerli struktur bölmələri” sözləri “müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

d) VII bölmənin 34-cü bəndinin a) yarımbəndində “Dövlət Tikinti və Arxitektura Komitəsinin” sözləri “memarlıq və şəhərsalma orqanlarının” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma Kadastrının yaradılması və tətbiq olunma metodikasının birinci mərhələdə, 2001-2003-cü illərdə sınaq təcrübəsi keçiriləcək şəhərlərin Siyahısı”nın adında “2001-2003- cü” sözləri “2006-2007-ci” sözləri ilə və “Kadastr xidmətinin yaranma müddəti” sütununda “2001-ci il” və “2002-ci il” sözləri “2006-cı il” sözləri ilə, “2003-cü il” sözləri isə “2007-ci il” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Binalar üzrə əmlak vergisinin hesablanması Qaydaları”nın 2.3-cü bəndində “Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları” sözləri “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları” sözləri ilə əvəz edilsin.[4]

10. “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli qərarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 27 oktyabr tarixli 139 nömrəli qərarının 1.2-ci, 2.1-ci, 2.2-ci, 2.3-cü, 2.7-ci, 2.8- ci yarımbəndləri və 3-cü bəndi çıxarılsın.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin aparılması Qaydaları”nın 10.2-ci bəndinin yeddinci abzası çıxarılsın.

12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

 

Bakı şəhəri, 20 fevral 2006-cı il                                    Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

                 № 55

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə qərarının preambulasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə 1-ci bəndinin ikinci abzasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.

 

[3] 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə 4-cü bəndinin “b” və “c” yarımbəndlərində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.

 

[4] 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə və 9-cu bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.