"Azərbaycan Qızıl  Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1.            Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargahının, regional mərkəzlərinin və ərazi bölmələrinin fəaliyyəti üçün qeyri-yaşayış sahələri ilə təmin olunması məqsədilə zəruri tədbirlər görsün; [1]

1.4. öz səlahiyyətləri daxilində "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikasmm Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkhaqları dövlət büdcəsi hesabına ödənilən işçilərinin say həddini müəyyən etsin.

3. Müəyyən edilsin ki, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il

№ 584

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 11 fevral 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 12 fevral, 2008-ci il, № 32)

 

  1. 11 fevral 2008-ci il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 53)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 11 fevral 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 12 fevral, 2008-ci il, № 32) ilə 1-ci bəndinin 1.3-cü yarımbəndində "komitələrinin" sözü "bölmələrinin" sözü ilə əvəz edilmişdir.