Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə 1).

2. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin nümunəsi, eskizi və təsviri təsdiq edilsin (əlavə 2).

3. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın ki, müharibə, silahlı qüvvələr və əmək veteranı vəsiqələrinin, onları verən orqanların sifarişinə və vəsaiti hesabına çap edilməsini təmin etsin.

 

Baş nazirin birinci müavini A.Abbasov

Bakı şəhəri 22 sentyabr 1995-ci il

       № 216             

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əlavə 1

 

 

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında

 

Ə S A S N A M Ə

 

Bu Əsasnamə “Veteranlar haqqında” 1994-cü il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununa əsasən Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Azərbaycan Respublikasının digər mərkəzi icra orqanları tərəfindən müharibə, silahlı qüvvələr və əmək veteranları adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərin tənzimləyir.

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müharibə əlili və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;

Başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - təsdiqedici sənədlərə əsasən;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə - müvafiq arxiv orqanlarının arayışları əsasında;

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə - medal və döş nişanı vəsiqəsi əsasında;

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstlərinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə - müharibə əlili və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müharibə əlili və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında;

1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara – arxiv arayışları əsasında;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında.

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İş lər, Milli Təhlükəsizlik nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən nazirliyin vəsaiti hesabına ödənilir.

2. Silahlı qüvvələrin veteranları

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yaşa və xidmət müddətinə görə (sıravi və komanda (rəis) heyəti adına xələl gətirən hərəkətlərinə görə və cinayət məsuliyyətinə cəlb edilməsinə görə orqanlardan, hərbi hissələrdən xaric olunanlar istisna olmaqla) ehtiyata və ya istefaya buraxılmış “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təminatına hüququ olan hərbi qulluqçular Silahlı Qüvvələrin veteranları sayılırlar.

Silahlı qüvvələr veteranı adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir.

Əvvəllər ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara bu ad Müdafiə, Daxili, İşlər, Milli Təhlükəsizlik nazirliklərinin pensiya təyin edən orqanları tərəfindən hazırlanan sənədlər əsasında verilir.

Silahlı qüvvələr veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən nazirliyin vəsaiti hesabına ödənilir.

3. Əmək veteranları

Əmək veteranı adı qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:

iqtisadiyyatın bütün sahələrində:

istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar;

Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqilabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar dostluğu ordeni, Şərəf Nişanı” ordeni, Şərəf ordeni I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;

Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar;

Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;

uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda).

Əmək veteranı adı bu Əsasnamədə göstərilən şəxslərə, onların işlədikləri idarə, müəssisə, təşkilatların (bundan sonra “müəssisə”) yuxarı mərkəzi icra orqanı tərəfindən verilir.

Pensiyaya çıxmış şəxslərə bu ad onların axırıncı işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir.

Bütün başqa hallarda, o cümlədən müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya çıxmış şəxslərə veteran adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Əmək veteranı adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə iş lədiyi müəssisənin müdiriyyətinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir.

Ərizə və digər zəruri sənədlər qərar qəbul etmək üçün üç həftə müddətində həmin müəssisənin yuxarı mərkəzi icra orqanına (nazirlik, komitə, baş idarə, şirkət, konsern və s.) göndərilir. Yuxarı mərkəzi icra orqanı olmadıqda sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir.

Əmək veteranı adı verilməsi haqqında qərar bir ay müddətində respublikanın yuxarı mərkəzi icra orqanları tərəfindən qəbul edilir. Əmək veteranı adı verməkdən imtina edildiyi hallarda, həmin orqanlar vəsatət qaldıran müəssisələrə imtinanın səbəblərini bildirirlər.

Əmək veteranı adı almış şəxslərə əmək veteranı vəsiqəsi verilir. Əmək veteranı vəsiqəsi respublikanın yuxarı mərkəzi icra orqanları tərəfindən vəsatət qaldırmış müəssisə vasitəsilə veterana təqdim edilir.

Əmək veteranı vəsiqəsinin hazırlanması xərcləri həmin vəsiqəni verən orqanların vəsaiti hesabına ödənilir.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əlavə 2

 

 

Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi

 

1. Müharibə veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə göy rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının müharibə veteranı” sözləri yazılmışdır (nümunəsi 1 nömrəli eskizlə əlavə olunur).

2. Silahlı qüvvələr veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə tünd qırmızı rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının silahlı qüvvələr veteranı” sözləri yazılmışdır (nümunəsi 2 nömrəli eskizlə əlavə olunur).

3. Əmək veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə yaşıl rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının Əmək veteranı” sözləri yazılmışdır (nümunəsi 3 nömrəli eskizlə əlavə olunur).

4. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin 1-ci səhifəsində “vəsiqəni verən müəssisə, VƏSİQƏ, seriya, nömrə, soyadı, adı, atasının adı, şəxsi imza” sözləri yazılmış, 3x4 sm ölçülü fotoşəkil üçün yer qoyulmuşdur. Vəsiqələrin 2-ci səhifəsində “Vəsiqənin sahibi müharibə veteranları (müvafiq surətdə silahlı qüvvələr veteranları, əmək veteranları) üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir, verildiyi tarix, müəssisə rəhbərinin imzası” sözləri yazılmışdır.

5. Vəsiqənin içərisinə onu verən mərkəzi icra orqanı tərəfindən vərəq əlavə edilir. Əlavədə Qanunla vəsiqənin sahibi üçün nəzərdə tutulmuş güzəştlər sadalanır və bu, müvafiq mərkəzi icra orqanının möhürü ilə təsdiq edilir.

6. Vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 nömrəli eskiz

 

 

 

_____________________________________

(vəsiqəni verən müəssisə)

_____________________________________

VƏSİQƏ     seriya      No:

 

 

 

 

 

 

Soyadı__________________

Adı ____________________

Atasının adı _____________

şəxsi imza_______________

        M.Y.

    Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

    Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir.

 

Verildiyi tarix “      ”____________ 199 il

             ______________________________

            (müəssisə rəhbərinin imzası)

     M.Y.

 

 

 

 

 

 

 

 

 

 

 

 

A Z Ə R B A Y C A N

R E S P U B L İ K A S I N I N

M Ü H A R İ B Ə

V E T E R A N I

 


2 nömrəli eskiz

 

 

 

_____________________________________

(vəsiqəni verən müəssisə)

_____________________________________

VƏSİQƏ     seriya      No:

 

 

 

 

 

 

Soyadı__________________

Adı ____________________

Atasının adı _____________

şəxsi imza_______________

        M.Y.

    Vəsiqənin sahibi silahlı qüvvələrin veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

    Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir.

 

Verildiyi tarix “      ”____________ 199 il

             ______________________________

            (müəssisə rəhbərinin imzası)

     M.Y.

 

 

 

 

 

 

 

 

 

 

 

 

A Z Ə R B A Y C A N

R E S P U B L İ K A S I N I N

S İ L A H L I    Q Ü V V Ə L Ə R

V E T E R A N I

 


3 nömrəli eskiz

 

 

 

_____________________________________

(vəsiqəni verən müəssisə)

_____________________________________

VƏSİQƏ     seriya      No:

 

 

 

 

 

 

Soyadı__________________

Adı ____________________

Atasının adı _____________

şəxsi imza_______________

        M.Y.

    Vəsiqənin sahibi əmək veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

    Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir.

 

Verildiyi tarix “      ”____________ 199 il

             ______________________________

            (müəssisə rəhbərinin imzası)

     M.Y.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A Z Ə R B A Y C A N

R E S P U B L İ K A S I N I N

Ə M Ə K   V E T E R A N I