«Razılaşdırılmışdır»

«Təsdiq edirəm»

Azərbaycan Respublikası

Azərbaycan Respublikası

Milli Arxiv İdarəsinin rəisi

Tələbə Qəbulu üzrə Dövlət

 

Komissiyası

«16» oktyabr 2006-cı il

Əmr № 49/İ

 

«17» oktyabr 2006-cı il

Rəis____________________ Ataxan Paşayev

Sədr_______________ Məleykə Abbaszadə

 

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti göstərilməklə

SİYAHISI

 

SİYAHININ TƏTBİQ EDİLMƏSİ ÜZRƏ GÖSTƏRİŞLƏR

 

1. Ümumi müddəalar

 

1.1. Bu siyahı «Milli Arxiv Fondu haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi qaydasına, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (bundan sonra komissiya) rəhbərliyinin, şöbə və sektorlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin tərkib və məzmununun təhlili, elmi və əməli əhəmiyyətinin öyrənilməsi, Komissiyanın rəhbər işçiləri və mütəxəssislərinin rəy və təklifləri, habelə ölkəmizdə arxiv işi üzrə qüvvədə olan normativ aktlar və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tövsiyələri əsasında tərtib edilmişdir.

1.2. Eyni zamanda ölkəmizin dövlət müstəqilliyi qazanması nəticəsində baş verən ictimai-siyasi və iqtisadi dəyişikliklər, idarəetmə orqanlarının yenidən təşkili və digər proseslər təhsil sistemini də əhatə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 iyul tarixli, 74 №-li fərmanı ilə mərkəzləşmiş qaydada tələbə seçilməsinə və yerləşdirilməsinə rəhbərlik edən dövlət idarəetmə orqanı — Azərbaycan Respublikasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılmışdır. Əvvəllər analoqu olmayan bu idarəetmə orqanının fəaliyyəti nəticəsində yaranan sənədlərin spesifik xüsusiyyətləri nəzərə alınaraq, həmin siyahının işlənib hazırlanması zəruri hesab edilmişdir. Bundan başqa, 2005-ci ildə «İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti göstərilməklə nümunəvi siyahısı»nın qüvvəyə minməsini, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 06 aprel tarixli, 219 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında yeni Əsasnamənin təsdiq edilməsini, TQDK-ya bir sıra yeni səlahiyyətlərin (dövlət qulluğuna işə qəbul, magistraturaya qəbul və s.) verildiyi ilə əlaqədar Komissiyanın fəaliyyəti nəticəsində yaranan yeni sənədlər də hazırkı siyahıda öz əksini tapmışdır.

1.3. Siyahı Komissiyanın fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətlərini müəyyən edən əsas normativ sənəddir.

1.4. Siyahıdan həmçinin Komissiyanın kargüzarlığında sənədlərin düzgün təşkili, təsnifatı, onların daimi və müvəqqəti saxlamaq üçün seçilməsi, işlərin formalaşdırılması və iş nomenklaturasının tərtibində də istifadə oluna bilər.

Siyahını tərtib etməkdə əsas məqsədlərdən də Komissiyanın fəaliyyəti nəticəsində yaranan sənədlərin etibarlı mühafizəsini təmin etmək və nəticə etibarı ilə Azərbaycan Respublikası Milli Arxiv Fondunu daha da zənginləşdirməkdir.

1.5. Siyahıda işlərin konkret sərlövhələri verilmir, yalnız sənədlərin kateqoriyaları və növləri sadalanır. İşin sərlövhəsini tərtib etmək üçün siyahıdan sənədlərin müvafiq adı və məsələnin qısa ifadəsi götürülür və digər lazımi elementlərlə tamamlanır.

Siyahıya müvafiq olaraq işlərin nomenklaturasında və işin üzərində onların saxlanma müddəti göstərilmir.

1.6. Siyahıda saxlanma müddəti «daimi» göstərilmiş sənədlər «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vaxtda müvafiq dövlət arxivinə təhvil verilir. Müvəqqəti saxlanılan sənədlər onlar üçün müəyyən olunmuş müddətdən tez məhv edilə bilməz. Lazım gəldikdə Komissiyanın ekspert komissiyasının (EK) qərarı və Milli Arxiv İdarəsi mərkəzi ekspert yoxlama komissiyasının (MEYK) razılığı ilə bəzi sənədlərin saxlanma müddəti dəyişdirilə bilər. Tərəflərin qərar və razılığı müvafiq sahə rəhbərləri tərəfindən təsdiq olunur.

1.7. Bütün kateqoriyalardan olan sənədlərin siyahı ilə müəyyən olunmuş müddətləri Milli Arxiv İdarəsinin qərarı ilə dəyişdirilir. Bu siyahı təsdiq edildikdən sonra aşkar olunmuş, yaxud yaradılmış sənədlərin saxlanma müddəti Komissiyanın təqdimatı ilə Milli Arxiv İdarəsinin mərkəzi ekspert yoxlama komissiyası tərəfindən müəyyən edilir.

 

2. Siyahının quruluşu və onun tətbiq edilməsi qaydası

 

2.1. Siyahı mövzu-məsələ prinsipi üzrə hazırlanmış, Komissiyanın, onun şöbə və sektorlarının fəaliyyətinin əsas məsələlərini əhatə edən bölmələrdən ibarətdir. Komissiya sistemə malik olmadığından, bütün sahələr üçün xarakterik olan ümumiləşdirilmiş bölmə adlarından istifadə olunmuş, sistemli sahələrdən fərqli olaraq, sənədlərin saxlanma müddəti də bir sütunda verilmişdir.

2.2. Şöbə və sektorların sənədləri bilavasitə dövlət arxivinə təhvil verilmir. Onların elmi-tarixi əhəmiyyət kəsb edən sənədləri Komissiyanın vahid fondu tərkibində dövlət arxivinə təhvil verilir.

2.3. İş və sənədlərin saxlanma müddəti onların kargüzarlıqdan qurtardığı ildən sonrakı il yanvarın 1-dən hesablanır. Məsələn, 1998-ci ildə kargüzarlıq müddəti qurtarmış işlərin saxlanma müddəti 1999-cu il yanvarın 1-dən hesablanır.

2.4. Saxlanma müddəti müvəqqəti, yaxud uzunmüddətli olan sənədlərin bəzi kateqoriyalarına qoyulmuş «EYK» (ekspert-yoxlama komissiyası) qeydi bu növ sənədlərin bir hissəsinin elmi-tarixi əhəmiyyət kəsb edə biləcəyini və onların dövlət mühafizəsinə veriləcəyini bildirir.

2.5. Siyahıya «lazım olanadək» müddəti də daxil edilmişdir. Bu, nəşr olunmuş və əsasən məlumat üçün göndərilmiş təlimat xarakterli materiallara və statistik hesabatlara aiddir.

 

3. Sənədlərin dəyərinin ekspertizası işinin təşkili

 

3.1. Komissiyanın, onun şöbə və sektorlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin və işlərin ekspertizası və saxlanma müddətinin müəyyən edilməsi zamanı ekspert komissiyası və arxiv işçiləri bu siyahını əldə rəhbər tuturlar.

3.2. Ekspert komissiyası həmçinin arxiv işi və kargüzarlıq üzrə digər qaydaları, Komissiyanın və Milli Arxiv İdarəsinin təlimatlarını əldə rəhbər tutur.

3.3. Sənədlərin elmi və əməli əhəmiyyətinin müəyyən edilməsi, onların arxivlərdə daimi mühafizə üçün seçilməsi məqsədilə mövcud prinsip və meyarlar əsasında hərtərəfli öyrənilməsi işi sənədlərin dəyərinin ekspertizası adlanır.

3.4. Sənədlərin elmi və əməli dəyərinin, ekspertizasını keçirmək üçün Komissiya rəhbərinin əmri ilə 3 — 5 nəfərdən ibarət ekspert komissiyası təyin olunur. Ekspert komissiyasının tərkibinə arxiv müdiri, yaxud arxivə cavabdeh şəxs və idarənin daha ixtisaslı və təcrübəli işçiləri daxil edilir. Komissiyanın rəhbər işçilərindən biri ekspert komissiyasının sədri təyin olunur. Ekspert komissiyasının tərkibinə müvafiq dövlət arxivinin nümayəndəsi də daxil edilir.

3.5. Ekspert komissiyası aşağıdakı funksiyaları həyata keçirir:

işlərin nomenklaturasının layihəsinə baxır;

daimi saxlanan və dövlət arxivinə verilməli olan işlərin siyahılarına baxaraq, onları arxiv təşkilatının ekspert-yoxlama komissiyasının təsdiqinə verilməsi haqqında qərar çıxarır;

saxlanılmalı olmayan işlərin məhv etmək üçün ayrılması haqqında akta baxır;

sənədlərin bəzi kateqoriyasının bu siyahı ilə müəyyən olunmuş saxlanma müddətinin dəyişdirilməsi haqqında təkliflərə baxır və çıxardığı qərarı Komissiyanın rəhbərliyinin təsdiqinə verir;

sənədlərin siyahısının, işlərin nomenklaturasının, Komissiyanın kargüzarlığı və arxiv işi üzrə metodik vəsaitlərin layihələrinin hazırlanması və baxılmasında iştirak edir;

kargüzarlığın təşkili, sənədlərin mühafizəsi və uçotu məsələləri üzrə Komissiyanın şöbə və sektorlarına əməli və metodiki köməklik edir. Ləğv olunan şöbə və sektorların sənədlərinin elmi-texniki cəhətdən işlənib qaydaya salınması və Komissiyanın arxivinə qəbulunu təmin edir.

3.6. Sənədlərin saxlanmaq və məhv etmək üçün seçilməsi işləri vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlövhəsi üzrə dəyərinin ekspertizadan keçirilməsinə yol verilmir.

3.7. Daimi saxlanılan işlərin siyahısı təsdiq olunduqdan sonra arxiv orqanları həmin siyahının əhatə etdiyi dövrə aid olan, saxlanma müddəti başa çatmış işlərin məhv edilməsi barədə Komissiyaya icazə verir.

3.8. Saxlanılmalı olmayan sənədlərin məhv edilməsi aktla tərtib edilir (rəsmiləşdirilir), ekspert komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və Komissiyanın rəhbərliyi tərəfindən təsdiq edilir.

3.9. Saxlanılmalı olmayan sənədlər təkrar emal üçün xammal tədarükü təşkilatlarına verilir, yaxud yandırma yolu ilə məhv edilir, nəticəsi işlərin miqdarı və çəkisi də göstərilməklə faktura ilə, yandırıldıqda isə aktla rəsmiləşdirilir.

3.10. Lazımi rəsmiləşdirmə və razılaşdırma olmadan sənədlərin məhv edilməsi və bu Siyahı ilə müəyyən edilmiş saxlanma müddətlərinin pozulması yolverilməzdir. Göstərilən qaydalar pozulduqda günahkar barəsində qanunvericiliyə müvafiq olaraq cəza tədbiri görülür.

3.11. Siyahının tətbiq olunması üzrə təlimat və bu işə nəzarət Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və müvafiq dövlət arxivi tərəfindən həyata keçirilir.

3.12. Bu Siyahı təsdiq olunduğu gündən qüvvəyə minir.

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti göstərilməklə

SİYAHISI

Sənədlərin adı

Saxlanma müddəti

Qeyd

RƏHBƏRLİK

1

Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları:

 

 

 

a) komissiyanın fəaliyyətinə aid olanlar;

Daimi

 

 

b) məlumat üçün göndərilənlər:

Lazım olanadək

 

2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və sərəncamları:

 

 

 

a) komissiyanın fəaliyyətinə aid olanlar;

Daimi

 

 

b) qeyri-dövlət ali təhsil müəssisələrinin qeydiyyata alınması haqqında;

Daimi

 

 

v) məlumat üçün göndərilənlər.

Lazım olanadək

 

3

Azərbaycan Respublikası Prezident Aparatının tapşırıqları:

 

 

 

a) komissiyanın fəaliyyətinin əsas məsələləri barədə;

Daimi

 

 

b) məlumat və razılaşdırmaq üçün göndərilənlər

3 il

 

4

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə

Daimi

 

5

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə və sektorları haqqında əsasnamələr

Daimi

 

6

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İdarə heyətinin iclas protokolları (əsli), qərarları, qərarlara aid materiallar (arayışlar, məruzələr, bildiriş qeydləri)

Daimi

 

7

Müzakirə olunan məsələlərə dair materiallar (arayışlar, məlumatlar və s.)

Daimi

 

8

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi yanında keçirilən müşavirə və yığıncaqların protokolları, stenoqramları, onlara aid materiallar (arayış, məruzələr, bildiriş qeydləri)

Daimi

 

9

Qəbul qaydaları (bakalavriat, magistratura pillələrinə və s.)

Yenisi ilə əvəz olunanadək

 

10

Ali hakimiyyət, icra orqanları, nazirlik, idarə və təhsil müəssisələri ilə yazışmalar:

 

 

 

a) tələbə (magistr, dövlət qulluqçusu) qəbulu ilə əlaqədar

5 il

 

 

b) digər məsələlər ilə əlaqədar

3 il

 

11

Sənədlərin əslinin götürülməsi haqqında aktlar, protokollar

Həmin sənədlər üçün göst. müddət bitənədək

 

12

Abituriyentlər haqqında sorğu məktubları (RTŞ-dən, orta məktəblərdən, rayon hərbi komissarlıqlarından və s.)

1 il

 

13

Ali təhsil müəssisələrinin əsasnaməsi

Daimi

 

14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin əmr və sərəncamları:

 

 

 

a) dövlət komissiyasının fəaliyyətinin əsas məsələləri üzrə;

Daimi

 

 

b) işçi qruplarının yaradılması, ekspert şuralarının, komissiyalarının tərkibi və yaradılması haqqında;

75 il EYK

 

 

v) inzibati-təsərrüfat məsələləri üzrə

5 il

 

15

Tələbə (magistr) qəbulu ilə əlaqədar əmrlər və onlara aid materiallar:

 

 

 

1) əmrlərin əsli və qəbul olanların siyahıları;

75 il

 

 

2) əmrlərlə bağlı yazışma (yuxarı dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olan məktublar)

5 il

 

16

Vətəndaşların müraciət, təklif, minnətdarlıq və şikayət ərizələri, o cümlədən Prezident Aparatı, Milli Məclis və digər dövlət hakimiyyəti orqanları vasitəsi ilə daxil olanlar

5 il

 

17

Açıq münaqişənin protokolları

5 il

 

18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının idarə və şöbələrinin hesabatları

Daimi

 

TƏŞKİLATI MƏSƏLƏLƏR

19

Xidməti istifadə üçün nəzərdə tutulmuş normativ sənədlər (çıxış formaları, plan-qrafik və s.)

Yenisi ilə əvəz olunanadək

 

20

Texniki tapşırıqlar

10 il

 

21

Kompüter proqramlarına dair təlimatlar

10 il

 

22

Təlimatlar (imtahan rəhbərinin, SQK-nın, imtahan keçirilən binanın rəhbərinin, qapalı və məxfi şəraitdə fəaliyyət göstərən işçi qrupu üzvlərinin, nəzarətçilərin davranış qaydası, abituriyentin yaddaş kitabçası)

Yenisi ilə əvəz olunanadək

 

23

İmtahan zalında imtahanın gedişi haqqında protokol

3 il

 

24

Sənəd Qəbulu Komissiyaları və imtahan keçirilən binalar haqqında məlumatlar

1 il

 

25

Nəzarətçilər haqqında məlumatlar

3 il

 

26

Qabiliyyət imtahanlarının nəticələri

5 il

 

27

Qəbul imtahanına daxil olan fənlərdən test tapşırıqlarının tərtib edilməsi üçün ümumi metodiki göstərişlər

Yenisi ilə əvəz olunanadək

 

28

Test bankına daxil olan testlərin əlyazmaları

5 il

 

29

Sual kitabçalarının hazırlanmasında istifadə olunan bunker materialları

5 il

 

30

Test bankının çap olunmuş materialları

10 il

 

31

Test bankı ilə işləyən müəlliflər və ekspertlər haqqında materiallar

5 il*

 

32

Sual kitabçaları və cavab kartları olan torbaların təhvili haqqında aktlar

1 il

 

33

Qeydiyyat siyahıları və müəyyən edilmiş vaxtdan sonra qeydiyyatdan keçən abituriyentlər haqqında ali məktəblərin məktubları

3 il

 

34

Abituriyentlərin imtahandan əvvəl doldurduqları «Abituriyentin ərizəsi»
formaları

5 il

 

35

Boş plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək üçün təqdim olunmuş abituriyent ərizələri

1 il (EK)

 

36

Abituriyentlərin cavab kartları

5 il (EK)

 

37

Abituriyent vəsiqələri

1 il (EK)

 

38

Abituriyentlərin imtahan zalları üzrə fotoşəkilləri

1 il

 

39

Ali və orta ixtisas təhsili müəssisələrinin müxtəlif pillələrinə qəbul planı (Prezident Aparatı və Nazirlər Kabinetindən daxil olan)

5 il

 

40

Orta və orta ixtisas təhsili müəssisələrin dəqiqləşdirilmiş siyahısı

1 il

Hər il kitabça şəklində dərc edilir.

41

Magistraturaya qəbulla bağlı bakalavrların

 

 

 

1) imtahandan əvvəl doldurduqları «Bakalavrın ərizəsi»
formaları;

3 il

 

 

2) cavab kartları;

3 il

 

 

3) vəsiqələri;

1 il

 

 

4) imtahan zalları üzrə fotoşəkilləri

1 il

 

42

Dövlət qulluğuna işə qəbulla bağlı namizədlərin

 

 

 

1) imtahandan əvvəl doldurduqları ərizə formaları

3 il

 

 

2) cavab kartları

3 il

 

 

3) vəsiqələri

1 il

 

43

Magistraturaya qəbul olunmuş bakalavrların qeydiyyat siyahıları və müəyyən edilmiş vaxtdan sonra qeydiyyatdan keçən bakalavrlar haqqında ali məktəblərin məktubları

3 il

 

44

Hərbi komissarlıqlara göndərilən siyahıların surəti

1 il

 

MALİYYƏLƏŞDİRMƏ, KREDİTLƏŞDİRMƏ, VERGİ VƏ GÖMRÜK

45

Maliyyələşdirmənin təşkili və metodikası barədə yazışma

3 il

 

46

Maliyyə orqanlarının təşəbbüs və təklif xarakterli yazışmaları (məruzələr, məlumatlar, arayışlar, izahlı yazılar və digər sənədlər)

5 il EYK

 

47

Maliyyə planları və onlara aid sənədlər (nəticələr, hesablamalar, arayışlar, çıxarışlar):

 

 

 

a) illik

Daimi

 

 

b) rüblük və aylıq

3 il

 

48

Maliyyələşdirmə planlarında dəyişikliklər haqqında sənədlər (müqavilələr, hesablamalar, məlumatlar, arayışlar, əsaslandırmalar)

5 il

 

49

Fəaliyyət sahələri üzrə maliyyələşdirmənin limitləri (limit arayışları)

Daimi

 

50

Mədaxil və məxaric balanslarının, icrası haqqında hesabat məlumatlarının təhlilləri

Lazım olanadək

 

51

Maliyyə planlaşdırmaları mədaxil və məxaric balanslarının icrası barədə maliyyə orqanları ilə yazışma

5 il

 

52

Maliyyə orqanları tərəfindən aparılan təftiş, təhlil və yoxlamalar üzrə sənədlər (aktlar, məruzələr, protokollar, izahatlar, arayışlar və onlara aid sənədlər)

10 il EYK

 

53

Kassanın (xəzinənin) qəfil yoxlama aktları

5 il

 

54

Xarici valyutalara sifarişlər

5 il

 

55

Valyuta planları

Daimi

 

56

Valyuta planlarının layihələri: onlara aid sənədlər (hesablamalar, cədvəllər, arayışlar)

5 il

 

57

Valyuta planlarının, ödəmələrin və valyuta mədaxillərinin yerinə yetirilməsi haqqında hesabatlar:

 

 

 

a) illik ümumi

Daimi

 

 

v) rüblük

Daimi

 

 

q) aylıq

1 il 2

 

58

Xarici ezamiyyətlər üzrə xarici valyutaların xərclənməsi haqqında hesabatlar

10 il

 

59

Xarici dövlətlərə xarici valyuta hesablaşmaları haqqında arayışlar:

 

 

 

a) illik

Daimi 1

 

 

b) rüblük

3 il

 

 

v) aylıq

1 il

 

60

Kapital qoyuluşları, material balansları üzrə planlar:

 

 

 

a) illik

Daimi 1

 

 

b) rüblük

3 il 2

 

 

v) aylıq

1 il 4

 

61

Kapital qoyuluşları, material balansları planlarına aid sənədlər (arayışlar, rəylər, hesablamalar):

 

 

 

a) illik

5 il

 

 

b) rüblük, aylıq

1 il

 

62

Nazirliklərin, idarələrin və başqa təşkilatların büdcə, xüsusi və digər vəsaitlər üzrə smetaları və hesablamaları:

 

 

 

a) illik

Daimi1

 

 

b) rüblük

3 il2

 

63

İnzibati-təsərrüfat və idarəçilik xərclərinin smetaları:

 

 

 

a) illik

5 il

 

 

b) rüblük

3 il

 

64

Fondların yaradılması, bölüşdürülməsi və istifadə edilməsi planları

3 il

 

65

Fondların uçotu, əmək haqqı məsrəfləri üzrə məlumatlar, əmək haqqından tutulmalar, sosial sığortaya ayrılmalar, məzuniyyətlərin ödənilməsi, son haqq-hesabların verilməsi və digər bu kimi işləri özündə əks etdirən sənədlər

 

 

 

 

5 il1

 

66

Maliyyə-iqtisadi və konyunktura icmaları:

 

 

 

a) tərtib edilmə yerində

Daimi

 

 

b) başqa təşkilatlarda

Lazım olanadək

 

67

Bütün fəaliyyət sahələrinin maliyyələşdirilməsi haqqında sənədlər (məxaric cədvəlləri, büdcə tapşırıqları, bank çıxarışları)

5 il

 

68

Təsdiq edilmiş maliyyə planları üzrə tabe təşkilatlara vəsaitin bölüşdürülməsi, nizamlanması və buraxılışı barədə yazışmalar

3 il

 

69

Smetadan xaric və məqsədli maliyyələşdirmələr barədə yazışma

3 il

 

70

Müəssisələrin fondlarının yaradılması və onların xərclənməsi haqqında sənədlər (arayışlar, nəticələr, hesablamalar)

5 il EYK

 

71

İdarə, müəssisə və təşkilatların təsdiq edilmiş nizamnamə fondları haqqında təhriri məruzələr, arayışlar

Daimi

 

72

İqtisadi normativlər (dövriyyə vəsaitlərinin normativləri; gəlirin bölüşdürülməsi normativləri və s.) və onlara aid hesablamalar

Daimi

 

73

İqtisadi normativlər barədə yazışma

5 il

 

74

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə hesabatlar, protokollar, aktlar, haqq-hesab cədvəlləri və yazışma

10 il

 

75

Dövriyyə vəsaitlərinin yaranması və təsərrüfat təşkilatlarına verilməsi haqqında sənədlər (təhlillər, arayışlar, hesablamalar)

5 il

 

76

Dövriyyə vəsaitlərinin yaradılması, yığılması, bölüşdürülməsi və dövriyyə vəsaitləri haqqında hesablamalar barədə yazışma

3 il

 

77

Əlavə kapital qoyuluşu ayrılması və onların bölüşdürülməsi haqqında sənədlər (nəticələr, arayışlar, hesabatlar)

10 il

 

78

Valyuta ödəmələri və onların istifadəsi barədə yazışma

5 il 1

 

79

Gəlir planlarının, büdcəyə ödəmələrin yerinə yetirilməsi, özünün dövriyyə vəsaitlərinin vəziyyəti haqqında hesabatlar (analitik cədvəllər)

3 il

 

80

Qeyri-istehsal xərcləri haqqında operativ hesabatlar (aylıq)

1 il

 

81

Cari maliyyələşdirmə və kreditləşdirmə barədə yazışma

3 il

 

82

Banklarda cari hesablaşma və hesabların açılması və hesablar üzrə pul haqq-hesab əməliyyatlarının rəsmiləşdirilməsi haqqında sənədlər (əsasnamələr, kartoçkalar, yazışma)

3 il

 

83

Cari büdcə əməliyyatları haqqında maliyyə orqanları ilə yazışma; cari və hesablaşma hesablarının vəziyyəti və bağlanması haqqında yazışma

 

3 il

 

84

Ödənməmiş hesablar və bankların hesabları ödəməkdən imtina etməsi barədə banklarla yazışma

 

 

3 il

 

85

İdarə aparatının təkmilləşdirilməsi, idarə aparatının ixtisar edilməsi üzrə müəyyən edilmiş tapşırığın bölüşdürülməsi, son hədd maliyyələşdirmənin və onlarda dəyişikliklərin təsdiq olunması haqqında sənədlər (planlar, əsaslandırmalar, arayışlar, hesablamalar)

10 il EYK

 

86

Büdcə tapşırıqları haqqında sənədlər (məlumatlar, arayışlar, hesablamalar)

10 il

 

87

İnzibati-təsərrüfat xərclərinin azaldılması və idarə aparatının saxlanılmasının xərcləri barədə yazışma

3 il

 

88

Ştat-smeta intizamına riayət edilməsinin yoxlanılması haqqında aktlar, təhriri məruzələr

5 il

 

89

Maliyyə intizamının pozulması haqqında yazışma

5 il

 

90

Təhvil verilmiş məhsula görə qarşılıqlı hesablaşma və yenidən hesablama barədə yazışma

3 il

 

91

Təcili maliyyə məlumatları və onlar üzrə iddialar

1 il

 

92

İmzaların dəyişdirilməsi barədə yazışma

3 il

 

93

Kredit məsələləri üzrə təhriri məruzələr, arayışlar

5 il EYK

 

94

Kredit planları və onlara aid hesablamalar:

 

 

 

a) illik ümumi

5 il 1

 

 

b) illik

5 il

 

 

c) rüblük

3 il

 

 

d) aylıq

1 il

 

95

Banka təqdim edilən və onlardan alınan kredit əməliyyatları haqqında sənədlər (öhdəliklər, arayışlar, xəbərdarlıqlar)

1 il

 

96

Kredit əməliyyatları barədə yazışma

5 il

 

97

Maliyyələşdirmənin bütün növləri üzrə açılmış kreditlərin ümumi cədvəlləri

3 il

 

98

Kassa mədaxil cədvəlləri və kreditlər haqqında xəbərdarlıqlar

3 il

 

99

Təşkilatların kreditlər üzrə maliyyələşdirilməsi haqqında məlumatlar:

 

 

 

a) illik

5 il

 

 

b) rüblük

3 il

 

 

c) aylıq

1 il

 

100

Kredit qalıqları üzrə aylıq məlumatlar

1 il

 

101

Borcların verilməsi və qaytarılması barədə yazışma

3 il 1

 

102

Kassa mədaxil-məxaric cədvəlləri və orderlər:

 

 

 

a) aylıq

1 il

 

 

b) gündəlik

lazım olanadək

 

103

Vergi bəyannamələri təqdim edilmə müddətləri barədə yazışma

 

3 il

 

104

Vergi bəyannamələrinin, deklarasiyaları və onlara izahat qeydləri

5 il

 

105

Vergi bəyannamələrinin, deklarasiyaların təsdiqi və dəqiqləşdirilməsi üzrə yazışma

 

5 il

 

106

Malların (işlərin, xidmətlərin) ixracını və idxalını təsdiqləyən gömrük bəyannamələri, invoyslar (ödəniş üçün təqdim olunan hesab), nəqliyyat sənədləri və s.

5 il

 

107

İdxal və ixrac əməliyyatları üzrə yazışma

5 il

 

108

Qeyri-maddi aktivlərin köhnəlməsinin müəyyən edilməsi aktları, cədvəlləri

Daimi

 

109

Təftiş və sənədli yoxlamaların qeydiyyatı kitabı

5 il

 

110

Dövlət, muxtar respublika və yerli vergi və yığımları haqqında sənədlər (hesablaşmalar, arayışlar, cədvəllər və s.)

5 il

 

111

Vergi ödəmələri və onlar üzrə borclar haqqında hesabatlar və məlumatlar

5 il

 

112

Vergi qanunvericiliyinə əməl edilməsinin düzgünlüyünün yoxlanılması barədə aktlar və bu aktlara aid sənədlər (arayışlar, məlumatlar, təhriri məruzələr)

5 il 1

 

113

Vergi qanunvericiliyinin pozulmasına görə qərarlar və onların qeydiyyat kitabı

5 il

 

 

 

 

 

114

Qiymət və təriflərə nəzarət işi, qiymətli metalların və daş-qaşın, strateji məhsulların yenidən qiymətləndirilməsi üzrə materiallar, arayışlar, məlumatlar və s.

5 il 1

 

115

Müəssisələrin valyuta vəsaitləri haqqında məlumat

5 il

 

116

Vergilər üzrə güzəştlərə dair sənədlər

5 il

 

117

Birdəfəlik yoxlamaların və siyahıya almaların sənədləri:

 

 

 

a) ilkin (anketlər, blanklar, sorğu vərəqləri)

3 il 1

 

 

b) yekun (hesabatlar, cədvəllər, məcmuələr)

Daimi

 

118

İqtisadiyyat və mədəniyyət sahələrinin vəziyyəti haqqında illik statistik məlumatlar, bülletenlər, cədvəllər:

 

 

 

a) işlənib hazırlanma yerində

Daimi

 

 

b) başqa təşkilatlarda

Lazım olanadək

 

119

Planların yerinə yetirilməsi haqqında təşkilatların hesabatları, hesabatların təhlili:

 

 

 

a) illik ümumi və daha böyük dövrlər üzrə

Daimi

 

 

b) yarımillik

5 il 1

 

 

c) rüblük

3 il 3

 

 

d) aylıq

1 il 5

 

120

Təşkilatın bütün fəaliyyət sahələri üzrə statistik hesabatlar və cədvəllər:

 

 

 

a) illik ümumi və daha böyük dövrlər üzrə

Daimi

 

 

b) yarımillik

5 il 1

 

 

c) rüblük

3 il 2

 

 

d) aylıq

1 il 3

 

121

Təşkilatın yardımçı fəaliyyət sahələri üzrə statistik hesabatlar və cədvəllər, struktur bölmələrin hesabatları

5 il

 

122

Təşkilatın ümumi hesabatlarının (statistikadan başqa) tərtibi haqqında sənədlər (cədvəllər, hesablaşmalar)1

3 il

 

123

Təşkilatların faaliyyətlərinin nəticələri haqqında sənədlər (məruzələr, icmallar, analitik arayışlar):

 

 

 

a) illik

Daimi

 

 

b) rüblük

3 il 1

 

124

Operativ və statistik uçot və hesabatlar üzrə yardımçı kitablar, hesabat formalarının uçot kitabları

1 il

 

125

Uçot və hesabatların taşkili və təkmilləşdirilməsi barədə yazışma

3 il

 

126

Dövlət statistika orqanları ilə statistik hesabatların tərtibi, təqdim edilməsi barədə yazışma

3 il

 

127

Təşkilatların mühasibat hesabatları və balansları, onlara aid izahatlar:

 

 

 

a) illik ümumi

Daimi

 

 

b) illik

Daimi

 

 

c) rüblük

3 il 1

 

128

Maliyyələşdirmə üzrə hesabatlar:

 

 

 

a) illik ümumi

Daimi

 

 

b) illik

Daimi

 

 

c) rüblük

3 il 1

 

 

d) aylıq

1 il 1

 

129

Təhvil qəbul, bölüşdürmə, ləğvetmə balansları və onlara aid əlavələr, izahatlar

Daimi

 

130

Hesabatların müzakirə və təsdiq edilməsi üzrə komissiya iclaslarının protokolları:

 

 

 

a) illik

Daimi

 

 

b) rüblük

3 il 1

 

131

İllik hesabatların və balansların işlənib hazırlanması üzrə analitik cədvəlləri

Daimi

 

132

Balansların və hesabatların təsdiq edilməsi və dəqiqləşdirilməsi barədə yazışma

5 il

 

133

Mühasibat və maliyyə hesabatlarının təqdim edilməsi müddətləri barədə yazışma

3 il

 

134

Mühasibat qeydiyyatı üçün əsas olan, təsərrüfat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid əlavələr (kassa, bank sənədləri, bank xəbərdarlığı və köçürmə tələbnamələri, bank çıxarışları, əmlak və materialların qəbulu, təhvil verilməsi və hesabdan silinməsi aktları, qiymətli əmtəə-materialların uçotu üzrə qəbz və qaimələr, avans hesabatları və başqaları)

5 il 1

 

135

Şəxsi hesablar:

75 il «Y»

 

 

a) fəhlə və qulluqçularınkı

EYK

 

 

b) pensiya və dövlətdən vəsait alanlarınkı

5 il 1

 

136

Hesablama-ödəniş cədvəlləri

3 il 1

 

137

Əsas vəsaitlərin inventar kartoçkaları

10 il 1

 

138

Pul məbləğlərinin və qiymətli əmtəə-materialların alınmasına etibarnamələr (o cümlədən ləğv edilmiş etibarnamələr)

3 il

 

139

Zəmanət məktubları

3 il

 

140

Uçot registrləri (baş kitab, jurnal-orderlər, qruplaşdırma sənədləri, memorial köməkçi və nəzarət kitabları, kassa kitabı, kassa orderlərinin, ödəniş tapşırıqlarının və digər sənədlərin qeydiyyat kitabları)

5 il 1

 

141

Köməkçi və nəzarət kitabları, jurnalları, kartotekaları, kassa kitabları, dövriyyə cədvəlləri

3 il 1

 

142

Deponentə qoyulmuş əmək haqqının uçotu kitabları, icra vərəqlərinin qeydiyyat jurnalları

3 il

 

143

Hesabların, kassa orderlərinin, etibarnamələrin, ödəmə tapşırıqlarının və s. qeydiyyat jurnalları, kitabları

3 il

 

144

Kreditlərin xərclənməsi haqqında məlumatlar:

 

 

 

a) illik

5 il

 

 

b) rüblük

3 il

 

145

Əmək haqqı fondları, limitləri və onların bölüşdürülməsi üzərində nəzarət, əmək haqqının artıq xərclənməsi və borclar, əmək haqqından, sosial sığortadan tutulmalar, məzuniyyət və işdən azad olma üzrə vəsaitlərin ödənilməsi haqqında məlumatlar

3 il

 

146

İnventarlaşdırma haqqında sənədlər (inventarlaşdırma komissiyası iclaslarının protokolları, inventar siyahıları, aktlar, üzləşmə cədvəlləri)

3 il 1

 

147

Vəsaitlərin, pensiyaların, iş qabiliyyətini itirmə vərəqələrinin dövlət sosial sığortası hesabına ödənilməsi haqqında sənədlər (hesabatların surətləri, protokollardan çıxarışlar, rəylər)

Lazım olanadək 1

 

148

İcra vərəqələri

Lazım olanadək 1

 

149

Kreditə alınmış mallar üçün tapşırıq-öhdəliklər, tapşırıq öhdəliklərin rəsmiləşdirilməsi üzrə yazışma

Lazım olanadək 1

 

150

Tədris məzuniyyətlərinin ödənilməsi, vergilər üzrə güzəştlər alınması və s. üçün mühasibata təqdim edilən arayışlar

3 il

 

151

Debitor borcları, çatışmazlıqlar, artıq xərclər, israfçılıq üzrə sənədlər (arayışlar, aktlar, öhdəliklər, yazışma)

5 il1

 

152

Əsas fondların yenidən qiymətləndirilməsi haqqında sənədlər (protokollar, aktlar, hesabatlar)

Daimi

 

153

Yenidən qiymətləndirmənin və əsas vəsaitlərin aşınmasının müəyyən edilməsi aktları, cədvəlləri

Daimi

 

154

Binaların, tikililərin pasportları

Daimi

 

155

Binaların və tikililərin pasportlaşdırılması barədə yazışma

3 il

 

156

Sənədli təftişin və nəzarət-təftiş işinin aparılması haqqında sənədlər (planlar, hesabatlar, yazışma)

 

3 il

 

157

Təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin sənədli təftişinin aktları, onlara aid sənədlər (arayışlar, məlumatlar, təhriri məruzələr)

 

5 il 1

 

KADRLARLA İŞ

158

Komissiya sədrinin şəxsi heyət üzrə əmr və sərəncamları:

 

 

 

a) fəhlə və qulluqçuların işə qəbulu və işdən azad edilməsi, iş yerinin dəyişdirilməsi, mükafatlandırılması, uzun müddətli ezamiyyətə göndərilməsi haqqında;

75 il EYK

 

 

b) məzuniyyətlər, ezamiyyətlər, xəstəliyə görə işə çıxmamaq və buna bənzər məsələlər haqqında

3 il

 

159

Şəxsi heyət üzrə əmrlər üçün sənədlər (əmək müqaviləsi, anketlər, ərizələr, xidməti qeydlər və s.)

3 il

 

160

Şəxsi heyət üzrə əmrlərə aid şəxsi işlərin tərkibinə daxil olmayan sənədlər (kadrların uçot vərəqi. Ərizələr, təqdimatlar, bildiriş qeydləri)

3 il

 

161

Komissiya üzrə nomenklatur işçilərin siyahısı

Daimi

 

162

Komissiyanın rəhbər heyətinin (sədr və müavinlər) şəxsi işləri (ərizələr, anketlər, tərcümeyi-hallar, ezam olunması yaxud göndərilməsi, işdən azad olunması, təşəkkür elan olunması, şəxsi sənədlərinin surətləri, xasiyyətnamələr, kadrların uçot vərəqi)

Daimi

 

163

Fəhlə və qulluqçuların şəxsi kartoçkaları

75 il

 

164

Fərdi maaş və maaşa əlavələr təyin olunması haqqında sənədlər (təqdimatlar, xahiş ərizəsi, anketlər, aktlar)

15 il

 

165

Şəxsi sənədlərin əsli (əmək kitabçaları)1

 

1. Tələb olunanadək. Tələb olunmayanlar — 50 ildən az olmayaraq

166

Hərbi vəzifəlilərin təxsislənməsi haqqında hesabatlar

5 il

 

167

Hərbi vəzifəlilərin siyahısı

1 il

 

İNZİBATİ-TƏSƏRRÜFAT, HÜQUQ KARGÜZARLIQ VƏ ARXİV İŞLƏRİ

168

Təsərrüfat məsələləri barədə dövlət idarə və müəssisələri ilə yazışma

5 il

 

169

Möhür və ştampların nümunələrinin təsdiqi barədə yazışma və onların hazırlanması və məhv edilməsinə dair sənədlər

3 il

 

170

Xidməti binalara giriş üçün buraxılış vəsiqə və vərəqlərinin verilməsi barədə yazışma

1 il

 

171

Anbara daxil olmuş mal və materialların qəbul aktları

3 il

 

172

Əsas və yardımçı fəaliyyət sahələrinin avadanlıqla təchizi barədə yazışma, mal və materialların gətirilməsi, hərəkəti və qalığı haqqında məlumatlar

3 il

 

173

Normativ aktların layihələri üzrə hüquqşünasın rəyi

5 il

 

174

Məhkəmə işləri üzrə yazışma

 

5 il

 

175

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iş nomenklaturası

Daimi

 

176

Dövlət arxivinə təhvil verilən sənədlərin siyahıları

Daimi

 

177

Sənədlərin məhv edilmək üçün ayrılması barədə təsdiq edilmiş aktlar

10 il

 

178

Qeydiyyat jurnalları və uçot kitabları, nəzarət kartoçkaları

3 il

 

179

Sənədlərin dövlət mühafizəsinə təhvil-qəbul aktları

Daimi

 

180

Arxiv arayışlarının surətlərinin, sənədlərdən çıxarışların verilməsi barədə ərizələr, sorğular, onların verilməsinə aid yazışma

3 il