“Avtomobil yollarında yol
göstəricilərinin yerləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Avtomobil yolları haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci
il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli
Fərmanının 2-ci bəndinin icrasının təmin
edilməsi məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Avtomobil yollarında yol
göstəricilərinin yerləşdirilməsi
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyinə və Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyinə
tapşırılsın ki, bu qərarla təsdiq edilən
Qaydalara uyğun olaraq və xarici ölkələrin müvafiq
sahədə qabaqcıl təcrübəsini nəzərə
alaraq, Bakı şəhəri və digər yaşayış
məntəqələri daxilində, həmçinin
yaşayış məntəqələrindən kənarda
olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin
iyun ayınadək quraşdırılmasını təmin
etsinlər.
3. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
A.RASİZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri, 29 aprel 2010-cu
il
¹ 78
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 aprel
tarixli 78 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Avtomobil yollarında yol
göstəricilərinin yerləşdirilməsi
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar "Avtomobil yolları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına
əlavə edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli
Fərmanının 2-ci bəndinin icrasının təmin
edilməsi məqsədilə hazırlanmışdır
və avtomobil yollarında yol göstəricilərinin
yerləşdirilməsi qaydalarını müəyyən
edir.
Bu Qaydalarda "yol
göstəriciləri" dedikdə, "Yol
hərəkəti haqqında" Azərbaycan Respublikası
Qanununun 4 saylı əlavəsi - "Yol
nişanları"nın V qrupuna
(məlumatverici-göstərici
nişanlar) aid 5.20.1-5.27,
5.31, 5.32.1-5.32.3, 5.38
və 5.39 nömrəli yol nişanları nəzərdə
tutulur.
2. YOL
GÖSTƏRİCİLƏRİNİN YERLƏŞDİRİLMƏSİ
2.1. Yol göstəriciləri "Yol
hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun
61-ci maddəsinin tələblərinə uyğun olaraq və
avtomobil yollarının texniki dərəcəsi,
hərəkət sürəti, hərəkət zolaqlarının
sayı və yolun tikildiyi coğrafi şərait (dağlıq,
düzənlik, yaşayış məntəqəsi
daxilində) nəzərə alınmaqla quraşdırılır.
Yol göstəricilərinin standarta
uyğun olmayan dayaqlarda quraşdırılması qadağandır.
2.2. 5.20.1 və 5.20.2
"İstiqamətlərin ilkin göstəricisi" yol
nişanlan yaşayış
məntəqələrinə və digər obyektlərə
hərəkət istiqamətlərinin qabaqcadan göstərilməsi
üçün quraşdırılır.
5.20.1 yol nişanı 3.11-3.15 qadağan
yol nişanlarından biri quraşdırılmış yol
sahələrində kənardankeçmə marşrut
sxemlərini göstərmək üçün də
tətbiq
olunmalıdır. Yaşayış məntəqələrindən
kənarda 5.20.1 yol nişanı yolayrıcından
və ya tormozlama zolağının
başlanğıcından 300 metrdən, yaşayış
məntəqələrində isə 50 metrdən az olmamaq
şərtilə quraşdırılır.
Avtomagistrallarda
"İstiqamətlərin ilkin göstəricisi" yol
nişanlan yolayrıcından və ya tormozlama
zolağının başlanğıcından 800 metrdən az
olmayaraq quraşdırılır.
5.20.2 yol
nişanı yolun hərəkət hissəsinin
üstündə, bilavasitə tormozlama
zolağının başlanğıcında, bu olmadıqda
isə yaşayış məntəqələrindən
kənarda
yolayrıcından 100 metr, yaşayış
məntəqələrində isə 50 metrdən az olmayan
məsafədə quraşdırılır.
2.3. 5.20.3 "Hərəkət
sxemi" yol nişanı yolayrıclarında ayrı-ayrı
istiqamətlərdə hərəkətin qadağan
olunduğunu və ya mürəkkəb qovşaqlarda icazə
verilən hərəkət istiqamətlərini göstərmək
məqsədilə quraşdırılır. Bu yol
nişanı bilavasitə yolayrıcının
əvvəlində yerləşdirilməlidir. Yol
nişanının ilkin olaraq yaşayış
məntəqələrində yolayrıcından 50-100 metr,
yaşayış məntəqələrindən kənarda
isə 150-300 metr məsafədə
quraşdırılmasına icazə verilir.
2.4. 5.21.1 və 5.21.2
"İstiqamət göstəricisi" yol nişanlan
yaşayış məntəqələrinə və
digər obyektlərə (hava limanı, dəniz limanı,
dəmir yolu vağzalı, avtovağzal, mehmanxanalar, tibb
müəssisələri, təhsil müəssisələri,
idman obyektləri, dövlət orqanları və sair)
hərəkət istiqamətlərinin göstərilməsi
üçün quraşdırılır. 5.21.1 və 5.21.2
yol nişanlan bilavasitə yolayrıclarının və ya yollardan
çıxışların qarşısında
yerləşdirilir. 5.21.1 və 5.21.2 yol nişanlarının
hər iki istiqamətdə cəmi bir və ya iki hərəkət
zolağı olan yolların çıxışlarında,
kəsişən yolların hər birində hər iki
istiqamətdə, ikidən çox zolağı olmayan yol
qovşaqlarında isə yolayrıclarının
qarşısında yolun sol tərəfində
yerləşdirilməsinə icazə verilir.
Yaşayış
məntəqələrində istiqamətin ilkin
göstəricisi kimi 5.20.1 və 5.20.2 yol
nişanlarının əvəzinə 5.21.2 yol
nişanının quraşdırılması
mümkündür.
2.5. Ağ fonu olan 5.22.
"Yaşayış məntəqəsinin
başlanğıcı" və 5.23 "5.22 yol
nişanı ilə işarə edilmiş yaşayış
məntəqəsinin qurtaracağı" yol nişanları
yaşayış məntəqələrində
hərəkət qaydalarını tənzimləyən
müvafiq tələblərin tətbiq olunduğunu
göstərir və müvafiq olaraq yaşayış
məntəqəsinin başlanğıcını və ya
qurtaracağını göstərmək məqsədilə
istifadə olunur.
Hər iki istiqamətdə cəmi bir,
iki və ya üç hərəkət zolağı olan
yollarda 5.23 yol nişanının sol tərəfdə,
qarşı hərəkət üçün
nəzərdə tutulmuş 5.22 yol nişanının
arxasında yerləşdirilməsinə icazə verilir.
2.6. Göy fonu olan 5.24
"Yaşayış məntəqəsinin
başlanğıcı" və 5.25 "5.24 yol
nişanı ilə işarə edilmiş yaşayış
məntəqəsinin qurtaracağı" yol nişanları
hərəkət şəraitindən asılı olaraq,
yaşayış məntəqələrində
hərəkət qaydalarını tənzimləyən
müvafiq tələblərin bu yolda tətbiq
olunmadığını göstərir və müvafiq olaraq
yaşayış məntəqəsinin
başlanğıcını və ya qurtaracağını
bildirmək üçün istifadə olunur.
Hər iki istiqamətdə cəmi bir,
iki və ya üç hərəkət zolağı olan
yollarda 5.25 yol nişanının sol tərəfdə,
qarşı istiqamətdən hərəkət edən
nəqliyyat vasitələri üçün nəzərdə
tutulan 5.24 yol nişanının arxa tərəfində
quraşdırılmasına icazə verilir. [1]
2.7. 5.26 "Obyektin adı" yol
nişanı yaşayış məntəqələri istisna
olmaqla, marşrut məntəqələrinin
göstərilməsi üçün bilavasitə obyektlərin
qarşısında yerləşdirilir.
2.8. 5.27 "Məsafələr
göstəricisi" yol nişanı müvafiq marşrut
üzrə yerləşən yaşayış
məntəqələrinə qədər olan məsafənin
göstərilməsi üçün istifadə olunur,
şəhərlərin və başqa iri yaşayış
məntəqələrinin çıxışlarında, yol
sahələrində isə aralarında 40 km-dən az
olması şərtilə yerləşdirilir.
Hər iki istiqamətdə cəmi bir,
iki və ya üç hərəkət zolağı olan
yollarda 5.27 yol nişanının sol tərəfdə,
qarşı istiqamətdən hərəkət edən
nəqliyyat vasitələri üçün
nəzərdə tutulan 5.20.1 yol nişanının arxa
tərəfində quraşdırılmasına icazə
verilir.
2.9. 5.31 "Kənardankeçmə
sxemi" yol nişanı hərəkət üçün
müvəqqəti bağlanmış yol sahəsində
kənardankeçmə marşrutunun göstərilməsi
üçün istifadə olunur. Bu yol nişanı yolayrıcından
yaşayış məntəqələrindən kənarda
150-300 metr, yaşayış məntəqələrində
isə 50-100 metr məsafədə quraşdırılır.
2.10. 5.32.1-5.32.3
"Kənardankeçmə sxemi" yol nişanları
hərəkət üçün
müvəqqəti bağlanmış yol
sahələrində kənardankeçmə istiqamətinin
göstərilməsi üçün istifadə olunur.
5.32.2 və 5.32.3 yol nişanlan
kənardankeçmənin başlanğıcında quraşdırılmalıdır.
Əgər kənardankeçmə marşrutu mövcud olan
yol şəbəkəsindən keçirsə, 5.32.1-5.32.3
nişanları marşrutda olan hər bir
yolayrıcının qarşısında
quraşdırılır.
2.11. 5.38 "Küçənin
istiqaməti" yol nişanı yaşayış
məntəqəsində müəyyən
küçəyə hərəkət istiqamətini
göstərir və bilavasitə yolayrıcının
qarşısında quraşdırılır.
2.12. 5.39 "Kəsişmə yoluna
xəbərdaredici və ya qadağanedici nişanlar" yol
nişanı kəsişən yolda hərəkətin
xüsusiyyətləri haqqında məlumat verir və
hərəkəti tənzimləmək üçün
quraşdırılır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 08, maddə
764) ilə "Avtomobil yollarında yol
göstəricilərinin yerləşdirilməsi
Qaydaları"nın 2.5-ci və 2.6-cı bəndlərinin
birinci abzasları yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi.
2.5.
5.22 "Yaşayış məntəqəsinin
başlanğıcı" və 5.23 "Yaşayış
məntəqəsinin qurtaracağı" yol nişanları
yaşayış məntəqələrində
hərəkətin xüsusi tələblərə riayət
olunmasını tənzimləyir və müvafiq olaraq
yaşayış məntəqəsinin
başlanğıcını və ya qurtaracağını
göstərmək məqsədilə istifadə olunur.
2.6.
5.24 "Yaşayış məntəqəsinin başlanğıcı"
və 5.25 "Yaşayış məntəqəsinin
qurtaracağı" yol nişanları hərəkət
şəraitindən asılı olaraq, yaşayış məntəqələrində
olan hərəkətin xüsusi tələblərinin
tətbiq edilməsi məqsədəmüvafiq hesab
edilməyən yollarda yaşayış məntəqəsinin
başlanğıcını və ya qurtaracağını
bildirmək üçün istifadə olunur.