Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"na əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin adlarının Gədəbəy rayonuna aid olan hissəsinə "Novo-Saratovka kəndinin ayrıca tikilmiş sahəsi", "Arabaçı kəndinin yuxarı hissəsi", "Pərizamanlı kəndinin yuxarı hissəsi", "İnəkboğan kəndinin yuxarı hissəsi", "Böyük Qaramurad kəndinin ayrıca tikilmiş yeni sahəsi", "Novo-İvanovka kəndinin yeni tikilmiş yuxarı hissəsi", "Şurakənd kəndinin sürüşmə ilə bağlı köçürüləcək yeni sahəsi", "Ataxal kəndinin yuxarı hissəsi", "Poladlı kəndinin yeni tikilmiş sahəsi", "Çobankənd kəndinin yeni tikilmiş yuxarı hissəsi" sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasizadə

Bakı şəhəri, 8 oktyabr 2003-cü il
№ 131