İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı təsdiq edilsin (əlavə olunur).

2. Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatorunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 iyun tarixli 96 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 6, maddə 380) 1-ci bəndi ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 31 oktyabr 2011-ci il

178

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2011-ci il 31 oktyabr

tarixli 178 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

İlk peşə-ixtisas təhsili üzrə ixtisasların

TƏSNİFATI

 

 

I. SƏNƏTŞÜNASLIQ, MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

İxtisasların şifri

İxtisas qrupu

İxtisasın adı

1

2

3

030101

Arxiv işləri

Arxiv işləri üzrə mütəxəssis

030102

Kargüzarlıq

Kargüzar

030103

Reklam işi

Reklam işçisi

030104

Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması

Memarlıq hissələrinin yapıcısı

Memarlıq hissələrinin modelçisi

030105

Dekorativ suvaq və yapma məmulatlanmn bərpası

Dekorativ suvaq və yapma məmulatlarının bərpaçısı

030106

İnşaat işlərinin bərpası

Bədii-dekorativ boyaların bərpaçısı

030107

Xalça və xalça məmulatlarının bərpası

Xalça və xalça məmulatının bərpaçısı

Xalça məmulatları üzrə bərpaçı-rəssam

030108

Daş və ağac memarlıq abidələrinin bərpası

Daş memarlıq abidələrinin bərpaçısı

Ağac memarlıq abidələrinin bərpaçısı

Daş və ağac abidələrinin bərpaçısı

030109

Musiqi alətlərinin bərpası

Musiqi alətlərinin bərpaçısı

Musiqi alətlərinin ustası

030110

İnteryer və eksteryerin bədii tərtibatı

İnteryer və eksteryerin bədii tərtibatçısı

Bədii tərtibat işlərinin icraçısı

030111

Zərgərlik

Zərgər

030112

Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar

Ağacdan bədii məmulatlar hazırlayan usta

Ağac üzərində yandırma üsulu ilə naxış vuran

Ağacdan bədii məmulatların fanerçisi

Keramikadan bədii məmulatlar hazırlayan usta

Metaldan bədii məmulatlar hazırlayan usta

Metaldan döymə üsulu ilə bədii məmulatlar hazırlayan usta

030113

Ağac və parça üzərində naxış və rəssamlıq

 

 

Ağac üzərində naxış rəssamı

Parça üzərində naxış rəssamı

030114

İnkrustator

İnkrustator

030115

Metal üzərində dekorativ naxış və rəssamlıq

Metal üzərində dekorativ naxış rəssamı

030116

Oyma

Daş üzərində oyma ustası

Sümük və buynuz üzərində oyma ustası

Daş üzrə tornaçı

Bədii məmulatlar tökməçisi

Bədii tökmə qəlibçisi

Bədii məmulatlar zərb edən usta

030117

Məmulat üzərində naxış rəssamlığı

Şüşə, çini və saxsı məmulat üzərində naxış rəssamı

030118

Parçadan bədii naxışlı məmulatlar

Parçadan bədii naxışlarla məmulatlar hazırlayan usta

030119

Xalq bədii yaradıcılığı

Bədii tikmə ustası

Xalçaçı

Misgər

II. İQTİSADİYYAT, XİDMƏT, AVTOMATİKA VƏ İDARƏETMƏ PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030201

Bank işi

Nəzarət işi (əmanət bankında)

Xəzinədar

030202

Mühasibat işi

Mühasib

Əməliyyatçı-mühasib

030203

Sığorta işi

Sığorta agenti

030204

Kommersiya

Kommersiya agenti

Nəzarətçi-xəzinədar

Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar

Ərzaq malları satıcısı

Turizm agenti

Alış üzrə agent

Təchizat üzrə agent

030205

Dispetçer (istehsalat-dispetçer) xidməti

Dispetçer (istehsalat-dispetçer) xidmətinin operatoru

030206

Qaz avadanlıqlarının təmiri və istismarı

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər

Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

030207

Kino-video nümayişi

Kino-video nümayişçisi

Video çəkilişi üzrə operator

030208

İaşə xidməti

Ofisiant

Barmen

Bufetçi

Ofisiant, barmen, bufetçi

Qənnadçı, şirniyyatçı

Aşpaz

Barmen-ofisiant

030209

Kimyəvi təmizləmə aparatçısı

Kimyəvi təmizləmə aparatına xidmət edən usta

Hazırlanan malların keyfiyyətinə nəzarətçi

Yumşaldıcı (buğla)-presləyici

Ləkəçıxaran

030210

Bərbərlik

Bərbər

Bərbər-vizajist-manikürçü

Bərbər-manikürçü

Bərbər-vizajist

030211

Fotoqraf işi

Fotoqraf

Fotolaborant

030212

Dağ-xizək turizmi

Dağ-xizək turizm növü üzrə bələdçi

030213

Bələdçilik

Ekoturizm üzrə bələdçi

Milli park bələdçisi

Yerli bələdçi

030214

Avtomatlaşdırılmış texnologiyalar və istehsal

Avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator

030215

Mühafizə-yanğın siqnalizasiyası

Mühafizə-yanğın siqnalizasiyasının elektromontyoru

030216

Nəzarət-ölçü cihazları və avtomatika

Nəzarət-ölçü və avtomatika cihazlarının çilingəri

030217

Gəmiçilik xidməti

Gəmi stüardı

Bort bələdçisi

Növbətçi köməkçisi

Gəmi aşpazı

Kambuzçu

030218

Dəmiryol nəqliyyatında daşıma sənədlərinin emalı və xidməti

Yük və baqaj üzrə xəzinədar

Bilet üzrə xəzinədar

Daşıma sənədlərinin emalı operatoru

Sərnişin vaqonu bələdçisi

Yüklərin müşayiəti və xüsusi vaqonlar üzrə bələdçi

030219

İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti

Kompyuterlərin təmiri və xidməti üzrə texnik

Lokal şəbəkələrə xidmət üzrə texnik

Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator

Veb-dizayner

Kompyuter operatoru

III. KƏND TƏSƏRRÜFATI, BALIQ VƏ MEŞƏ TƏSƏRRÜFATI PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030301

Bitkiçilik

Üzüm ustası

Tərəvəz ustası

Meyvə-tərəvəz ustası

Bitki mühafizəsi ustası

Tütün ustası

Maya göbələyi yetişdirən usta

Gülbecərən usta

Çaybecərən usta

Efir yağlı bitkilər mütəxəssisi

Çəltikçi

Pambıqçı

Baramaçı

030302

Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət

Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)

Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər

Traktorçu-maşinist

Motonəqliyyat vasitələrinin sürücüsü

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, avtomobil sürücüsü (BC)

Dizel mühərrikinin motorçusu

Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru-avtomobil sürücüsü

Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü

Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü

030303

Maşın-traktor parkına texniki xidmət

Maşın-traktor parkına texniki xidmət üzrə sazlayıcı-usta

Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər

030304

Heyvandarlıq üzrə mütəxəssis

Heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru

Heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru

Heyvanlarda süni mayalanma üzrə texnik

Mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru

Maşınla sağım operatoru

Quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru

030305

Atların minik təlimi

At təlimçisi

030306

Arıçılıq

Arıçı

030307

Meliorasiya və çilingər işləri

Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü

Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər

Suvarma maşınları və nasos qurğuları maşinisti

030308

Mədən avadanlıqlarının təmiri

Avadanlıqların təmiri və onlara xidmət üzrə elektrik-çilingər

030309

Yeraltı mədən işləri

Təmizləmə quyusunun mədən işçisi

Yeraltı mədən işçisi

Yeraltı qurğuların maşinisti

Qazma kompleksinin maşinisti

Qazmaçı

Yeraltı mədən montajçısı

Yeraltı elektrik çilingəri

Qatılaşdırıcıların aparatçısı

030310

Faydalı qazıntıları saflaşdırma

Şadaraçı

Zənginləşdirmə məhsullarının nəzarətçisi

Dəyirman maşinisti

Yuyucu maşınların maşinisti

İdarəetmə qurğusunun operatoru

Quruducu

Konveyer maşinisti

030311

Neft və qazçıxarma

Quyuların tədqiqi üzrə operator

Quyuların yeraltı təmiri üzrə operator

Neft və qazçıxarma operatoru

Laylarda təzyiqin tənzimlənməsi üzrə operator

Laylan hidropartlatma üzrə operator

030312

Quyuların təmiri

Quyuların yeraltı və əsaslı təmirə hazırlanması üzrə operator

Quyuların əsaslı təmiri üzrə qazmaçının köməkçisi

Qaldırıcı qurğuların maşinisti

030313

İstismar və kəşfiyyat quyularının qazılması

İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi

İstismar və kəşfiyyat quyularının elektrik üsulu ilə qazmaçı köməkçisi

030314

Qazma qurğuları

Neft və qaz qazma qurğularının maşinisti

Qaldırıcı qurğu maşinisti

Qazma qurğularına xidmət üzrə çilingər

030315

Quyuların sementlənməsi

Sementləmə aqreqatının mühərrik ustası

Sementqumqarışdırıcı aqreqatın maşinisti

Quyuların sementlənməsi üzrə operator

030316

Qüllə montajı (geniş profilli)

Qüllə montajçısı

Qüllə montajçısı-qaynaqçı

Qüllə montajçısı-elektrik montyoru

030317

Quyuların dəniz qazması

Dənizdə üzən qazma aqreqatının qazmaçı köməkçisi

Dənizdə üzən qazma aqreqatının dizelçisi

Dəniz qazma estakadalarının quraşdırılması və təmiri üzrə çilingər

Dəniz qazma estakadalarının quraşdırılması və təmiri üzrə çilingər

030318

Meşə təsərrüfatı

Yeger

Meşəçi

030319

Bağ-park və landşaft sahələrinə nəzarət

Bağban

Yaşıl təsərrüfat fəhləsi

030320

Kibrit hazırlanmasında avtomat və yarımavtomat xətlər, kibrit istehsalı avadanlıqlarının işlədilməsi

Kibrit hazırlanmasında avtomat xətlərin operatoru

Kibrit qutularının hazırlanmasında yarımavtomat xətlərin operatoru

Etiketvuran dəzgahın operatoru

Qutudoldurma dəzgahının operatoru

Kibrit avtomatlarının operatoru

030321

Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması

Kağız-sellüloz istehsalının yoxlayıcısı

Kağızhazırlayan (kartonhazırlayan) maşınların maşinisti (torçu)

Prespat maşinisti (torçu)

Kağızhazırlayan (kartonhazırlayan) maşınların presçisi

Kağızhazırlayan (kartonhazırlayan) maşınların quruducusu

IV. ENERGETİKA, ELEKTROTEXNİKA, CİHAZQAYIRMA VƏ OPTİK TEXNİKA, RADİOTEXNİKA, RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030401

Qazanxana maşın və avadanlıqlarına xidmət

Qazanxana maşinisti

Qazanxana avadanlıqlarına baxan maşinist

Aqreqatların (buxar-generator turbinlərinin) blok-şit sisteminin idarəedici maşinisti

Buxar avadanlıqlarının baxıcı-maşinisti

030402

Buxar və qaz turbinləri

Buxar turbinlərinin maşinisti

Qaz-turbin qurğularının maşinisti

030403

Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıqlarına xidmət və təmiri

Elektrik stansiyalarının avadanlıqlarına xidmət üzrə çilingər

Paylaşdırıcı qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri

Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət və təmir üzrə elektrik çilingəri

Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri

Elektrik stansiyalarının elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri

Yanacaqötürücü avadanlıqların təmiri üzrə çilingər

Səyyar-əməliyyat briqadasının elektrik montyoru

İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər

Buxar-qaz turbinləri avadanlıqlarının təmiri üzrə çilingər

Əl ilə elektrik qaynaq avadanlıqlarının (transformatorların) təmiri üzrə elektrik montyoru

Paylayıcı qurğuların təmiri və istismarı üzrə elektrik montyoru

Avtomatik və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru

Hava elektrikötürücü xətlərinin təmiri üzrə elektrik montyoru

İkinci kommutasiya və rabitənin təmiri üzrə elektrik montyoru

Kabel xətlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru

030404

Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırılması

Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi

030405

Lift təmiri

Lift üzrə elektromexanik

Transformatorların sarğılarının yığıcısı

030406

Elektrik maşınları və aparatları üzrə yığıcı

Elektrik maşın, aparat və cihazlarının yığılmasına nəzarətçi

Elektrik maşın, aparat və cihazlarının sazlayıcısı

Elektrik maşınlarının elementlərinin sarıyıcısı

Elektrik maşınlarının və aparatlarının yığıcısı

030407

Elektrikölçən cihazların təmiri

Elektrikölçən cihazların yığıcısı

030408

Elektroquraşdırma-sxem işi

Elektroquraşdırıcı-sxemçi

030409

Elektrik avadanlıqlarına xidmət və təmiri (sahələr üzrə)

Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

030410

Eynəkquraşdırma

Eynək quraşdırıcısı

030411

Optik-mexanik

Optik cihazların və hissələrin yoxlayıcısı

Optik

Optik-mexanik

Optik detallara örtükçəkmə vakuum qurğularının operatoru

030412

Optik sənaye avadanlıqlarını sazlama

Optik sənaye avadanlıqlarının sazlayıcısı

030413

Narkoz-tənəffüs aparatlarının təmiri və xidməti

Narkoz-tənəffüs aparatlarının təmiri və xidməti elektromexaniki

030414

Tibbi avadanlıqların təmiri və xidməti

Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki

Tibbi optik cihazların təmiri və xidməti elektromexaniki

030415

Elektron tibbi cihazların təmiri və xidməti

Elektron tibbi cihazların təmiri və xidməti elektromexaniki

030416

Protez-ortopedik məmulatları

Protez-ortopedik məmulat hazırlayan usta

030417

Vakuum elektron cihazları

Elektrovakuum cihazlarının quraşdırıcısı

Rəngli kineskopların istehsalında yığıcı-quraşdırıcı

030418

Mikroelektron cihazları istehsalı

Vakuum-tozlama proseslərinin operatoru

Diffuz proseslərinin operatoru

Fotolitoqrafiya operatoru

030419

Plazmokimya və neon (elion) avadanlıqlarının təmiri

Plazmokimya avadanlıqları operatoru

Neon avadanlıqları operatoru

030420

Elektron avadanlıqlarına xidmət

Cihaz və detalların yoxlayıcısı

Mikroqaynaq operatoru

Mikrosxemlərin yığıcısı

Yarımkeçirici cihazların yığıcısı

030421

Texnoloji avadanlıqlara xidmət

Sınaq avadanlığının sazlayıcı-quraşdırıcısı

Texnoloji avadanlığın sazlayıcısı

030422

Gəmi naviqasiya avadanlıqlarının quraşdırılması

Gəmi radioquraşdırıcısı

Gəmi elektroquraşdırıcısı

030423

Radiomexanika

Radio-televiziya aparatlarının təmiri və xidməti radiomexaniki

Qəbuledici televiziya antenalarının radiomontyoru

Radioelektron avadanlıqların təmiri radiomexaniki

030424

Radioelektron aparat və cihazların quraşdırılması

Radioelektron aparat və cihazların yoxlayıcısı və quraşdırıcısı

Radioelektron aparat və cihazların yığıcı-çilingəri

Radioelektron aparatların çilingər-mexaniki

030425

Teleqraf və radio xidməti

Radiooperator

030426

Elektrorabitə və simli veriliş avadanlıqlarına xidmət

Radiolaşdırmanın stansiya avadanlıqlarının elektromontyoru

Teleqraf rabitəsinin stansiya avadanlıqlarının elektromontyoru

Telefon rabitəsinin stansiya avadanlıqlarının elektromontyoru

030427

Telefon rabitəsinin və simli verilişin xətt-kabel qurğularına xidmət

Kabelçi-lehimçi

Telefon rabitəsi və radiolaşdırmanın xətt qurğularının elektromontyoru

030428

Radio və telefon avadanlıqlarının quraşdırılması

Rabitə avadanlıqlarının quraşdırıcısı

030429

Mobil telefonların təmiri

Mobil telefonların təmiri ustası

030430

Rabitə avadanlıqlarının quraşdırılması

Rabitə quraşdırıcısı-antenaçı

Rabitə quraşdırıcısı-kabelçi

Rabitə quraşdırıcısı-xətçi

Rabitə quraşdırıcısı-lehimçi

030431

Rabitə

Rabitə operatoru

Teleqrafçı

Telefonçu

V. METALLURGİYA, MAŞINQAYIRMA VƏ METAL EMALI PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030501

Metallurgiya istehsalatında kran maşınlarına xidmət

Metallurgiya istehsalatında kran maşinisti

030502

Domnaçılıq

Domna sobasının su kəməri işçisi

Domna sobasının operatoru

Çuqunun desulfurasiyasının kürəçisi

Domna sobasının kürəçisi

030503

Poladəritmə (istehsalın növlərinə görə)

Marten sobası poladəridicisinin köməkçisi

Elektrik sobası poladəridicisinin köməkçisi

Elektroşlak yenidənəritmə qurğusunun poladəridicisinin köməkçisi

030504

Prokat istehsalı

Kletlərin yenidən əridilməsi və yığılması üzrə yaymaçı

Profilelastikləşdirici aqreqatın yaymaçısı

İsti yayma dəzgahının yaymaçısı

Soyuq yayma dəzgahının yaymaçısı

İdarəetmə postunun operatoru

İsti yayma dəzgahının idarəetmə postunun operatoru

Soyuq yayma dəzgahının idarəetmə postunun operatoru

Profilelastikləşdirici aqreqatın operatoru

030505

Boru istehsalı

Kalibrləmə dəzgahının yaymaçısı

Borunun isti yayma dəzgahının yaymaçısı

Borunun soba qaynaq dəzgahının yaymaçısı

Borunun soyuq yayma dəzgahının yaymaçısı

Borunun isti yayma dəzgahının idarə postunun operatoru

030506

Odadavamlı materialların istehsalı

Sobalarda kürəçi

Odadavamlı xammalın əridicisi

Odadavamlı məmulatların presləyicisi

Sobalara və tunel vaqonlarına yığıcı

Odadavamlı məmulatların qəlibçisi

030507

Əlvan metalların emalı

Soyuq metalların yaymaçısı

Əlvan metalların məftilçisi

Əlvan metalların emalı üzrə xətt operatoru

Hidropresdə presləyici

İsti metalın yayıcısı

Boruyayıcı

030508

Modelçilik

Ağac modellər üzrə modelçi

Metal modellər üzrə modelçi

Əridilən modellər üzrə modelçi

Gips modellər üzrə modelçi

030509

Metallurgiya

Qara metalların istehsalında nəzarətçi

Əlvan metalların istehsalında nəzarətçi

Qara və əlvan metalların istehsalında nəzarətçi

030510

Metal məmulatlar istehsalı

Soyuqköçürmə avtomatlarının avtomatçısı

Məftilçi

Lent və metal tor hazırlayan

Kanat eşmə üzrə maşinist

030511

Soyuq ştamplama avadanlıqları üzrə sazlama

Soyuq ştamplama avadanlıqlarının sazlayıcısı

Soyuq ştamplama avadanlıqlarının avtomat və yarımavtomat xətlərinin operatoru

Ştamplayıcı

030512

Dəmirçi-presləmə avadanlıqları üzrə sazlama

Dəmirçi-presləmə avadanlıqlarının sazlayıcısı

Avtomat və yarımavtomat xətlərin dəmirçi-operatoru

030513

Qaynaq və qazplazmakəsici avadanlıqları üzrə sazlama

Qaynaq və qazplazmakəsici avadanlıqlarının sazlayıcısı

Avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı

030514

Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri)

Qaz qaynaqçısı

Elektrik qaz qaynaqçısı

Əl elektrik qaynaqçısı

030515

Tökmə avadanlıqlarının sazlanması

Tökmə maşınlarının sazlayıcısı

Qəlibləyici və qollu maşınların sazlayıcısı

030516

Lazer qurğularında qaynaq

Lazer qurğularında qaynaqçı

030517

Elektronşüa qaynaq qurğularında qaynaq

Elektronşüa qaynaq qurğularında qaynaqçı

030518

Ağac tədarükü və daşıma

Krançı-maşinist

Daşıma maşınlarının maşinisti

Qırılacaq meşə sahəsinin hazırlanmasında, ağacın daşınmasında və çıxarılmasında traktorçu

030519

Ağac tədarükü avadanlıqlarının təmiri

Ağac tədarükü avadanlıqlarının təmiri üzrə çilingər

030520

Ağac emalı və kağız istehsalı avadanlıqlarının sazlanması

Kağız istehsalında avadanlıqların sazlayıcısı

Ağac emalı avadanlıqlarının sazlayıcısı

030521

Elektron-mexaniki saatların təmiri

Mexaniki saatların təmiri üzrə saatsaz

Elektron və kvars saatların təmiri üzrə saatsaz

Saat quraşdırıcısı

Elektron-mexaniki saatların bloklarının elektroquraşdırıcısı

030522

Texnoloji avadanlıqların quraşdırılması (avadanlığın növü üzrə)

Texnoloji avadanlıqların və onlarla bağlı konstruksiyaların quraşdırıcısı

Xırdalama-üyütmə avadanlıqlarının və sortlaşdırma və zənginləşdirmə avadanlıqlarının quraşdırıcısı

Metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı

Kənd təsərrüfatı avadanlıqlarının quraşdırıcısı

Şaxta avadanlıqlarının yerin üzərində quraşdırıcısı

030523

İnşaat materialları istehsalında texnoloji avadanlıqlar

İnşaat materialları istehsalında texnoloji avadanlıqların ustası

030524

Soyuducu qurğulara xidmət

Soyuducu qurğuların maşinisti

030525

Dəzgah və çilingərlik işlərinə nəzarət

Alət və məmulatların komplektləşdiricisi

Dəzgah və çilingərlik işlərinə nəzarətçi

030526

Mexaniki emalda dəzgah və avadanlıqların sazlanması

Avtomat xətlərin və aqreqat dəzgahlarının sazlayıcısı

Avtomat və yarımavtomatların sazlayıcısı

Proqram idarəli dəzgah və manipulyatorların sazlayıcısı

Proqramla idarə olunan dəzgahların operatoru

Genişprofilli dəzgahçı

030527

Torna və frezer dəzgahı

Tornaçı

Frezerçi

Rəqəmli idarə olunan dəzgahların kompyuter operatoru (CAD/CAM/ CAE)

030528

Cilalama

Universal cilalayıcı

030529

Çilingərlik

Alətçi-çilingər

Mexaniki yığma işləri üzrə çilingər

Təmirçi-çilingər

VI. AVİASİYA, KOSMİK RAKET, DƏNİZ TEXNİKASI VƏ NƏQLİYYAT VASİTƏLƏRİ PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030601

Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı

Planer və mühərrik üzrə mexanik

Güc qurğuları üzrə mexanik

Uçan aparatların hidropnevmatik sistemləri üzrə mexanik

Yerüstü aviasiya avadanlıqları üzrə mexanik

Aviasiya yanacaq-sürtgü materiallarının texnoloji avadanlıqları üzrə mexanik

030602

Uçan aparatların elektrik, cihaz və radio avadanlıqlarının təmiri və istismarı

Uçan aparatların elektrik avadanlıqları üzrə elektromexanik

Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik

Uçan aparatların radio avadanlıqları üzrə elektromexanik

Rəqəmli aviasiya informasiya sistemlərinin avadanlıqları üzrə elektromexanik

030603

Gəmi gövdəsinin quraşdırılması

Gəmi yığıcısı-tamamlayıcısı

Metal gəmilərin gövdələrinin yığıcısı

Gəmi çilingər-quraşdırıcısı

Gəmi gövdəsinin təmirçisi

030604

Kiçikhəcmli gəmilərin quraşdırılması

Ağac gəmilərin yığıcısı

Kiçikhəcmli gəmilərin yığıcısı-tamamlayıcısı

Üzən dəmir-beton qurğuların yığıcısı

Kiçikhəcmli gəmilərin maşın və mexanizmlərin istismarçısı

030605

Gəmi maşın və mexanizmlərin təmiri və istismarı

Gəmi maşın və mexanizmlərin təmiri üzrə çilingər

Növbətçi-motorçu

Motorçu (maşinist)

030606

Gəmi torna işi

Gəmi tornaçısı

030607

Gəmi qaynağı

Gəmi qaz qaynaqçısı

Gəmi elektrik qaynaqçısı

Gəmi elektrik - qaz qaynaqçısı

030608

Daxili su yollarında radiorabitə işi

Radiooperator

Radioteleqrafçı

Elektroradio naviqatoru

030609

Gəmi xidməti

Qazanxana qurğusunun maşinisti

Gəmi ocaqçısı

Gəmi elektriki

Növbətçi elektrik

Matros

Sükan-universalçı

Sahil matrosu

Şkiper köməkçisi

Şkiper

Kapitan-mexanik (dalğıc, xilasedici gəminin, motorlu katerin)

Patrul, xilasedici katerlərin kapitanı (baş motorçu-sükançı)

Kapitan (starşina, şkiper)

030610

Dalğıclıq

Dalğıc

Matros-dalğıc

030611

Dokerman-matros

Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı

030612

Bosman

Bosman

Matros

Sahil bosmanı

030613

Gəmi rəngsazı

Gəmi rəngsazı

Rəngsaz

030614

Dəniz yolları avadanlıqlarına xidmət

Dəniz yollan avadanlıqlarının növbətçi operatoru

030615

Maşinist

Dizel-qatar maşinisti

Elektrovoz maşinisti

Elektrovoz maşinisti köməkçisi

Teplovoz maşinisti

Teplovoz maşinisti köməkçisi

030616

Hərəkət tərkibinin təmiri və xidməti

Vaqon baxıcısı

Vaqon baxıcısı-təmirçisi

Sərnişin vaqonlarının bələdçisi

Dəmiryol stansiyasının növbətçisi

Texniki xidmət məntəqələrində lokomotivlərin baxıcısı və təmiri çilingəri

Elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik

Elektrik avadanlıqlarının təmiri və xidməti elektrik montyoru

030617

Dartı yarımstansiyası

Dartı yarımstansiyasının elektrik montyoru

Kontakt şəbəkəsinin elektrik montyoru

030618

İşarəvermə, mərkəzləşdirmə, bloklama qurğuları (İMB)

İşarəvermə, mərkəzləşdirmə, bloklama qurğularının təmiri və xidməti elektrik montyoru

030619

Hərəkət heyətinin (elektrovozun, elektrik qatarının) elektrik avadanlıqlarının təmiri

Hərəkət heyətinin təmiri çilingəri

030620

Elektrik qatarı (metropoliten)

Elektrik qatarının maşinisti

Elektrik qatarının maşinist köməkçisi

Hərəkət tərkibinin təmiri çilingəri

030621

Metropolitendə çilingər-elektrik

Metropolitenin metal konstruksiyalarının təmiri və xidməti çilingər-elektriki

Metropoliten avadanlıqlarının təmiri və xidməti çilingər-elektriki

Metropolitenin tunel və stansiya avadanlıqlarının təmiri və xidməti çilingər-elektriki

Eskalatorların təmiri və xidməti çilingər-elektriki

030622

Nəqliyyat terminalına xidmət

Elektrik və avtoarabacıqların sürücüsü

Kran maşinisti (krançı)

Avtomobil (dəniz, çay) nəqliyyatında hərəkət və yükləmə-boşaltma işləri dispetçer məntəqəsinin operatoru

030623

Yanacaqdoldurma stansiyaları

Yanacaqdoldurma stansiyalarının operatoru

030624

Avtomobillərin təmiri - sürücülük

Avtomobillərin təmiri çilingəri-avtomobil sürücüsü

Avtomobillərin təmiri çilingəri

Dizel mühərriklərində yanacaq aparatlarının çilingəri

Avtomobil təmiri üzrə tənəkəçi-qaynaqçı

Avtomobil üzrə elektrik

Avtomobil sürücüsü

030625

Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyəti

Avtomobil mühərriklərinin yığıcısı

Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlayıcısı

030626

Yolbasan maşınına xidmət

Hamar vallı özügedən yolbasan maşinisti

Pnevmatik təkərli yarımqoşqulu və özügedən yolbasan maşinisti

Bərkidici və planlaşdırma-bərkidici maşının maşinisti

030627

Kompressor maşınına xidmət

Səyyar kompressor maşinisti

Avtokompressor maşinisti

030628

Avtomobil kran maşım sürücülüyü

Avtomobil kran maşinisti-sürücü

030629

Borudüzən maşınına xidmət

Borudüzənin maşinisti

Səyyar boruəyən qurğu maşinisti

Borutəmizləyən maşının maşinisti

030630

İnşaat maşınına xidmət

Traktor və yol inşaatı maşınlarının təmiri üzrə çilingər

030631

Metropolitendə stansiya növbəsi

Metropolitenin stansiya növbətçisi

030632

Mərkəzləşdirmə postunun operatoru

Mərkəzləşdirmə postunun operatoru

İşarəçi

Yoldəyişən

030633

Qatar təminatı

Qatar tərtibatçısı

Vaqonların hərəkət sürətinin tənzimləyicisi

Yük qatarlarının konduktoru

Yükləmə-boşaltma işlərində kompleks briqadanın mexanizatoru (dok fəhləsi-mexanizator)

Stropçu

Kran elektriki

030634

Gəmi yolu xidməti

Gəmi yolları avadanlıqlarının montyoru

Gəmi buraxılış məntəqəçisi

Tral briqadasının yol fəhləsi

Sahil fəhləsi

Gəmi yolları avadanlıqlarının növbətçi fəhləsi

Gəmi yolları avadanlıqlarının növbə briqadiri

Məcra kəşfiyyatçı dəstəsinin yol fəhləsi

Məcra kəşfiyyatçı dəstəsinin briqadiri

VII. KİMYƏVİ VƏ BİOKİMYƏVİ TEXNOLOGİYA PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030701

Laborant-analitik

Laborant-mikrobioloq

Laborant-polyaroqrafçı

Spektral analiz laborantı

Kimyəvi analiz laborantı

Kimyəvi-bakterioloji analiz laborantı

030702

Ekoloji aparatlar

Qaztəmizləmə aparatçısı

Mayetəmizləmə aparatçısı

Çirkab suları təmizləmə aparatçısı

Distillə aparatçısı

Kimya sənayesi tullantılarının emalı aparatçısı

Kimyəvi sutəmizləmə aparatçısı

Qaz-toztutma qurğularına xidmət operatoru

030703

Kimyəvi liflərin istehsalı

Kimyəvi liflərin istehsalında aparatçı

Eşmə və dartma operatoru

Kimyəvi lifləri eşmə və sarıma operatoru

Kimyəvi liflərin naxışlayıcısı

Sap sarıyıcı

Yerləşdirici

030704

Naxış istehsalatı avadanlığı (toxuculuq sənayesinin ümumi peşələri)

Enlətmə avadanlığının operatoru

Ağardıcı

Qaynadıcı

Parça naxışçısı

030705

Boya işi (tekstil sənayesinin ümumi peşələri)

Boyaçı

030706

Şüşə-lif, şüşə-lif materialların və şüşəplastik məmulatların istehsalı

Rovinq hazırlayan operator

Rulon-konstruksiya materiallarmı hazırlayan operator

Kvars şüşə-lif operatoru

Fasiləsiz şüşə-lif operatoru

Optik şüşə-lif operatoru

Birdövrlü metodla şüşə-kətan operatoru

Ştapel şüşə-lif operatoru

Kaolin tərkibli şüşə-lif operatoru

Silisium oksidli materialların istehsalında operator

Elektrik sobalarının idarəetmə pultunun operatoru

Büzməli listşəkilli şüşə-plastik hazırlayan qurğuların operatoru

Şüşə-plastik konstruksiyalar hazırlayan qurğuların operatoru

Şüşə-sap yumaqçısı

030707

İnşaat keramikası məmulatları (çini və saxsı məmulatlar)

İnşaat keramikası məmulatlarının presləyicisi

İnşaat keramikası məmulatlarının qəlibçisi

Çini və saxsı məmulatların kürəçisi

Çini və saxsı məmulatların tökücüsü

Çini və saxsı məmulatların qəlibçisi

030708

Şüşə istehsalı

Şüşə istehsalında yoxlayıcı

030709

Şüşədən məmulatlar və hissələr hazırlama

Şüşə məmulatlarım üfürmə üsulu ilə hazırlayan

Kvarsəridən

Şüşəformalaşdıran maşınların operatoru

Şüşəçi

030710

Çini və saxsı məmulatların bəzəyi və komplektləşdirilməsi

Çini və saxsı məmulatların şirləyicisi

Çini və saxsı məmulatların komplektləşdiricisi

Düzənləyici-təmizləyici

Çini, saxsı və keramik məmulatların yoxlayıcı-qəbuledicisi

030711

Şüşədoğrama və naxışvurma

Üfürülmüş məmulatların naxışvuranı

Şüşədoğrayan

030712

Minalanmış qab-qacaq hazırlama

Minasaz

Mina ilə nəqqaşlıq

030713

Neft-kimya sənayesinin aparatı

Neft-kimya sənayesinin aparatçısı-operatoru

030714

Texnoloji nasos və kompressorlar

Kompressor qurğularının maşinisti

Nasos qurğularının maşinisti

Texnoloji nasosların maşinisti

Texnoloji kompressorların maşinisti

030715

Neft emalı

Texnoloji qurğuların operatoru

Cihazçı

Texnoloji qurğuların təmiri üzrə çilingər

030716

Magistral boru kəmərləri

Yeraltı boru, kəmərlərinin korroziyadan müdafiəsi üzrə montyor

Xətt boru kəmərçisi

030717

Plastmas məmulatlar

Plastmas tökücüsü (qəlibçi)

Üfürmə maşınlarının maşinisti

Plastik kütləni xırdalayan maşinist

Mikstruder maşinisti

Özüyapışan təbəqə qurğusunun maşinisti

Ekstruder maşinisti

Plastmas məmulatların presçisi

Listşəkilli materialların presçisi

Təbəqəli materialların presrulon metodu ilə presçisi

Boru və profillərin presçisi

Plastik kütlədən məmulatlar istehsalında rotor xəttinin operatoru

030718

Şin, rezin texniki məmulatlar, rezin qarışıqlarının istehsalı

Lateksli qarışığın hazırlanması üzrə aparatçı

Rezin yapışqanların və örtüklərin hazırlanması üzrə aparatçı

Rezin qarışıqların yaymaçısı

Rezin qarışıqların kalandrçısı

Kalandr maşinisti

Hopdurma aqreqatının maşinisti

Rezinqarışdıranın maşinisti

Streyner maşinisti

İnqrediyentlərin çəkisinin tərtibatçısı

Tədarükün və məmulatların kəsicisi

Rezin məmulatların və hissələrin tədarükçüsü

Rezin məmulatların və hissələrin biçicisi

Rezin, polimer hissələrin və məmulatların yapışdırıcısı

Eşmə şlanqlar hazırlayan aqreqatın maşinisti

Yapışqan aqreqatının maşinisti

Hörmə maşınının maşinisti

Hörükaçma maşınının maşinisti

Rezin texniki məmulatların yığıcısı

Rezin ayaqqabıların ştampçısı

Vulkanizasiya aparatçısı

Avtoşin aqreqatının maşinisti

Protektor aqreqatının maşinisti

Breker və halqaların yığıcısı

Bandajsız şinlərin yığıcısı

Təkər yığıcısı

Rezin məmulatların birləşdiricisi

Presdə tekstilin birləşdiricisi

Rezin məmulatların və hissələrin biçicisi

Presçi-vulkanizatorçu

VIII. İLKİN TƏLƏBAT VƏ ƏRZAQ MALLARININ TEXNOLOGİYASI PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030801

Elevator, unüyütmə, yarma və yem istehsalının aparatı

Yem istehsalının aparatçısı

Yarma istehsalının aparatçısı

Unüyütmə istehsalının aparatçısı

Taxıl emalı aparatçısı

030802

Çörək məmulatlarının hazırlanması

Çörək ustası

Xəmirhazırlayan maşının maşinisti

Xəmir qəlibçisi

030803

Xammalın qabsız saxlanılması qurğusu

Xammalın qabsız saxlanılması qurğusunun operatoru

Mayatutan

030804

Axın-avtomat xətti (makaron istehsalı)

Axın-avtomat xəttinin operatoru

Yarımfabrikat makaron məmulatlarının presləyicisi

030805

Şəkər istehsalı aparatı

Utfel qaynadıcısının aparatçısı

Diffuz şirəsinin defeksaturasiya aparatçısı

Diffuziya aparatçısı

030806

Dondurma istehsalı

Bişirici

Vafli ustası

Dondurmanın möhkəmləndiricisi

030807

Şəkərli məmulatların hazırlanması

Karamel hazırlayan

Konfet hazırlayan

Marmelad-pastila məmulatlarını hazırlayan

Bükmə-qablaşdırma maşınının maşinisti

030808

Pivəçəkmə

Mayayetişdirmə aparatçısı

Qıcqırtma prosesinin aparatçısı

Yeyinti məhsulları istehsalı xəttinin operatoru

030809

Ət və ət məhsulları istehsalı

Quş cəmdəklərini ayıran

Quş və dovşan ətindən kulinariya məmulatları hazırlayan

Quş və dovşan cəmdəklərinin çeşidləyicisi

Ət məhsullarının termik emalı aparatçısı

Bişmiş kolbasa istehsalında avtomat operatoru

Qiyməhazırlama xəttinin operatoru

Qiymə tərtibatçısı

Kolbasa məmulatlarının qəlibçisi

Ət və əlavə məhsulların ayırıcısı

Ət yarımfabrikatlarını hazırlayan

Əti sümükdən ayıran

030810

Süd və süd məhsulları

Pasterilizə aparatçısı

Yağ sənayesi işçisi

Yağ sənayesi işçisi-usta

Üzlü və mayalı süd məhsullarının istehsalında usta

Pendirtutan-usta

030811

Bitki və marqarin yağı istehsalı

Hidratasiya aparatçısı

Xammal və yarımfabrikatlar yaymaçısı

Yağçı

Dəndöyən qurğunun maşinisti

Yeyinti məhsullarının sıxıcısı-presləyicisi

Yeyinti məhsullarının quruducusu

Kulinariya və qənnadı yağlarını hazırlayan aparatçı

Marqarin istehsalı xəttinin operatoru

Yağ özüllərinin tamperasiyaçısı

030812

Yeyinti məhsulları istehsalı avadanlıqları

Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı

Tomat və tərəvəz konservləri hazırlayan usta

030813

Toxuculuq istehsalı

Keyfiyyət yoxlayıcısı

Zərif darama avadanlığının operatoru

Eşmə avadanlığının operatoru

Darama avadanlığının operatoru

Sapsarıyıcı

Burma avadanlığının operatoru

Kələf avadanlığının operatoru

Əyirici (pambıq, yun, ipək, kətan)

Toxucu (pambıq, yun, ipək, kətan istehsalatı)

Barama sarıyıcısı

030814

Parçanın tamamlanması

Basma maşınlarının operatoru

Parça tamamlayıcısı

030815

Trikotaj istehsalatı avadanlıqları

Trikotaj məmulatları və polotno hörücüsü, tikişçi

Tikişçi

030816

Toxunmayan materialların istehsalı

Toxunmayan materiallar istehsalı üzrə avadanlıqların operatoru

030817

Baş geyimləri istehsalı

Baş geyimləri ustası

Baş geyimləri tikişçisi

030818

Tikiş istehsalatı

Tikiş avadanlıqlarının operatoru, tikişçi

Ülgülərin düzücüsü

Biçici

Dərzi

030819

Modelçilik və dizayner

Geyim üzrə dizayner

030820

Tikiş istehsalı üzrə maşın və avadanlıqlar

Maşın və avadanlıqların sazlayıcısı

Təmirçi-çilingər

030821

Ayaqqabı (geniş profilli) istehsalı

Ayaqqabıların təmiri üzrə usta

Ayaqqabıların fərdi tikişi üzrə usta

Ortopedik ayaqqabıların tikişi üzrə usta

Materialların biçicisi

Biçim avadanlıqlarının operatoru

Ayaqqabı dizayneri

030822

Dəri emalı

Dəri-qalantereya məmulatlarının tikişçisi

Dəriçi-biçici

Dəri xammalını emal edən

030823

Poliqrafiya avadanlıqlarına xidmət

Poliqrafiya avadanlıqlarının sazlayıcısı

Yarımfabrikat və hazır məmulatların nəzarətçisi

030824

Elektron yığma və səhifələmə

Kompyuter üzrə operator, dizayner

Poliqrafiya üzrə dizayner

030825

Cildçilik

Kitabbağlayan

Cildçi

030826

Çap xidməti (geniş profilli)

Çap ustası

Çap formasının hazırlayıcısı və quraşdırıcısı

IX. İNŞAAT VƏ ARXİTEKTURA PEŞƏ İSTİQAMƏTİ ÜZRƏ

030901

Sement istehsalında maşın və avadanlıqlara xidmət

Fırlanan sobaların maşinisti (kürəçisi)

Şaxta sobalarının maşinisti (kürəçisi)

Xammal dəyirmanlarının maşinisti

Kömür dəyirmanlarının maşinisti

Sement dəyirmanlarının maşinisti

030902

Boru kəmərlərinin quraşdırılması

Yerüstü boru kəmərlərinin quraşdırıcısı

Texnoloji boru kəmərlərinin quraşdırıcısı

030903

Sənayedə dəmir-beton və kərpic boruları

Sənaye dəmir-beton borularının baca ustası

Sənaye kərpic borularının baca ustası

030904

Taxtapuş

Rulon taxtapuş və ədədi materiallardan taxtapuş üzrə taxtapuşçu

Polad taxtapuş üzrə taxtapuşçu

030905

Mənzil-kommunal təsərrüfatı

Çilingər-santexnik

İşıqlandırma şəbəkəsinin elektrik quraşdırıcısı

030906

Xarrat-dülgər və parket istehsalı

Parketçi

Dülgər

İnşaat xarratı

Xarrat-dülgər və parket ustası

030907

Bəzək tamamlama işləri

İnşaat rəngsazı

Üzlükçü-plitəçi

Üzlükçü-mozaikaçı

Sintetik materialların üzlükçüsü

Suvaqçı

030908

Ümumi inşaat işləri

Armaturçu

Betonçu

Bənna

Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı

Çatmaçı

030909

Elektrik qaldırıcılarına (liftlərə) xidmət

Elektrik qaldırıcılarının (liftlərin) quraşdırıcısı

030910

İnşaatda quraşdırma işləri

İnşaat çilingəri

Metal konstruksiyaların yığılması üzrə çilingər

İnşaat elektrik çilingəri

030911

Armatur tor və karkas hazırlama

Armatur tor və karkas qaynaqçısı

Armatur karkasını əl üsulu ilə məftillərlə bərkidən armaturçu

030912

Dəmir-beton məmulatları

Qəlibləmə aqreqatının maşinisti

Betonqarışdıran qurğuların motorçusu

İnşaat materiallarının, konstruksiyalarının və məmulatlarının qəlibçisi

İnşaat məmulatlarının presləyicisi

030913

İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları

Sanitar-texniki sistemlərin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər

Ventilyasiya, havanın kondisiyalaşması, pnevmonəqliyyat və aspirasiya sistemlərinin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər və quraşdırıcı

Texnoloji boru kəmərlərinin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər

030914

Büzücü və divar materiallarının istehsalında texniki avadanlıqlara xidmət

Tikinti məmulatlarının istehsalında avadanlıqların idarəetmə pultunun operatoru

030915

Daş emalı

Daşyonan

Daş mişarçısı

Daş frezerçisi

Daş məmulatların pardaxlayıcısı-cilalayıcısı

030916

Avtomat yoxlama, nizamlama və idarə cihaz və aparatlarının quraşdırılması

Avtomat yoxlama, nizamlama və idarə cihaz və aparatlarının quraşdırıcısı

030917

İşarəvermə, mərkəzləşdirmə və bloklama üzrə elektroquraşdırma

İşarəvermə, mərkəzləşdirmə və bloklama üzrə elektroquraşdırıcı

030918

Elektrik avadanlıqları və elektrik şəbəkələrinin elektroquraşdırılması

İkinci zəncir və paylaşdırıcı qurğuların elektroquraşdırıcısı

Kabel şəbəkələri elektroquraşdırıcısı

İşıq və işıqlandırma şəbəkələri elektroquraşdırıcısı

Elektrik avadanlıqları və güc şəbəkələri elektroquraşdırıcısı

Elektrik maşınları elektroquraşdırıcısı

Elektroquraşdırıcı-sazlayıcı

030919

Yol maşınlarına xidmət

Dəmiryol tikinti maşın və mexanizmlərinin sazlayıcısı

Defektoskop arabasının operatoru

Yol maşın və mexanizmlərinin təmiri çilingəri

Yol montyoru

Yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir

 

Qeydlər:

1. Tabeliyindən asılı olmayaraq, ilk peşə-ixtisas təhsili sahəsi üzrə kadr hazırlığı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş peşə və ixtisaslar üzrə nümunəvi təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.

2. Adları bu Təsnifata daxil olmayan peşə və ixtisaslar üzrə kadr hazırlanması müəssisə və təşkilatların (işəgötürənlərin) sifarişi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə müvafiq qaydada həyata keçirilə bilər.