Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

Əməkdar Müəllim

 

Ağayev Əkbər Əli oğlu

Baxşəliyev Adil Baxşəli oğlu

Hüseynov Yadigar Yusub oğlu

Hüseynov Zəfər Qafar oğlu

Xəlilov Sabir Ağakişi oğlu

Xəlilov Sadiq Xosrov oğlu

Qədimov Ələddin Həsən oğlu

Qəhrəmanov Rəşid Fərrux oğlu

Ramazanov Qafar Əbdüləli oğlu

Səttarov Vaqif Qafar oğlu

 

Əməkdar Jurnalist

 

Məmmədov Avtandil İsrafil oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 noyabr 2012-ci il

2547