Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 Azərbaycan Respublikasının aşağıdakı rayonlarının inzibati-ərazi bölgüsündə dəyişikliklər edilsin:

Bakı ŞӘHӘRİ

Binəqədi rayonu üzrə

 Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M.Ə.Rasulzadə şəhər tipli qəsəbə adlandırılsın, Kirov qəsəbə  inzibati-ərazi vahidi M.Ə.Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Xocəsən şəhər tipli qəsəbəsi Biləcəri qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin şəhər tipli qəsəbə mərkəz olmaqla Xocəsən  qəsəbə inzibati-ərazi vahidi yaradılsın.

 Biləcəri qəsəbə inzibati-ərazi vahidinin Sulutəpə qəsəbəsi Xocəsən qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilsin.

Əzizbəyov rayonu üzrə

 Artyom qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Artyom şəhər tipli qəsəbə Pirallahı şəhər tipli qəsəbə adlandırılsın, Artyom qəsəbə  inzibati-ərazi vahidi Pirallahı qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə adlandırılsın, Jiloy qəsəbə inzibati-ərazi vahidi  Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

Qaradağ rayonu üzrə

 Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə adlandırılsın, Dənizkənarı qəsəbə  inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

Ağcabədi rayonu üzrə

 Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Cəfərbəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Cəfərbəyli kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Kuybişev kənd inzibati-ərazi vahidinin mərkəzi Kuybişev kəndindən Yeni Qaradolaq kəndinə keçirilsin, Kuybişev kənd inzibati-ərazi vahidi  Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılsın.

 Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Minaxorlu kəndi Kürdlər kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Minaxorlu kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Nəcəfqulubəyli kəndi Ağcabədi şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nəcəfqulubəyli kənd  inzibati-ərazi vahidi yaradılsın.

 Salmanbəyli kəndi Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Salmanbəyli kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Təzəkənd kəndi Hüsülü kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılsın.

 Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Ağdaş rayonu üzrə

 Ağzıbir kəndi Pirəzə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağzıbir kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Orta Ləki kənd inzibati-ərazi vahidinin Hapıtlı və Ovçulu kəndləri Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Korarx kəndi Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Korarx kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi  yaradılsın. Qulbəndə kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Şordəhnə kəndi Şordəhnə kəndi adlandırılsın.

 Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Yuxarı Qolqəti kəndi Qolqəti kəndi adlandırılsın, Yuxarı Qolqəti kənd inzibati-ərazi  vahidi Qolqəti kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi və Mövdut kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Aşağı Qolqəti kəndi rayonunun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Ağstafa rayonu üzrə

 Böyük Kəsik qəsəbə inzibati ərazi-vahidi tərkibindəki V.İ.Lenin adına qəsəbə rayonun yaşayış məntqələri uçot məlumatından çıxarılsın.

Dəvəçi rayonu üzrə

 Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi adlandırılsın, Beynəlmiləl kənd inzibati-ərazi vahidi  Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Çuxurəzəmi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çovrurah kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Təzəkənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mollakamallı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Gədəbəy rayonu üzrə

 Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Goranboy rayonu üzrə

 Alpout kəndi Fəxralı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Alpout kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Kələk kəndi Xınalı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kələk kənd inzibati-ərazi vahidi yaradılsın.

 Xınalı kənd inzibati-ərazi vahidinin Şıxlar kəndi Kələk kənd inzibati -ərazi vahidinin tərkibinə verilsin.

 Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaşaltı  Qaraqoyunlu kənd inzibati-ərazi vahidi yaradılsın.

 Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Quşçular kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Quşçular kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Nərimanlı kəndi Çinli Boluslu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nərimanlı kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Çinli Boluslu kənd inzibati-ərazi vahidinin Çinli Zeynallı kəndi Nərimanlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Səmədabad kəndi Əzizbəyov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Səmədabad kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Əzizbəyov kənd inzibati-ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Şadılı kəndi Qaradağlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şadılı kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Tatarlı kəndi Şəfikürd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Tatarlı kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd  inzibati-ərazi vahidi yaradılsın.

 Yenikənd kəndi Qaraçinar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yenikənd kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Yolqulular kəndi Xoylu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yolqulular kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Yolpaq kəndi Muzdurlar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yolpaq kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Muzdurlar kənd inzibati-ərazi vahidinin Əhmədabad kəndi Yolpaq kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkinbindəki yaşayış məntəqəsi Yeni yol kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Hacıqabul rayonu üzrə

 Kalinovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kalinovka kəndi Meyniman kəndi adlandırılsın, Kalinovka kənd inzibati-ərazi vahidi  Meyniman kənd inzibati-ərazi vahidi adlandırılsın.

Xaçmaz rayonu üzrə

 Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi adlandırılsın, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür  kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılsın.

 Müşkür kənd inzibati-ərazi vahidi tərkibindəki Qasabovka kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Müşkür kənd inzibati-ərazi vahidi tərkibindəki Yekaterinovka kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Xanlar rayonu üzrə

 Xanlar rayonunun tərkibindəki yaşayış məntəqəsi Xəqani kənd adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

 Xəqani kəndi mərkəz olmaqla Xəqəni kənd inzibati-ərazi vahidi yaradılsın.

 Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılsın.

 Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Üçbulaq kəndi Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Azad kənd inzibati-ərazi vahidi tərkibindəki Azad kəndi Yeni Zod kəndi adlandırılsın, Azad kənd inzibati-ərazi vahidi Yeni Zod kənd  inzibati-ərazi vahidi adlandırılsın.

 Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi adlandırılsın, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd  inzibati-ərazi vahidi adlandırılsın.

 Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə adlandırılsın, Əzizbəyov qəsəbə  inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Mirzik kənd inzibati-ərazi vahidi tərkibindəki Mirzik kəndi Şəhriyar kəndi adlandırılsın, Mirzik kənd inzibati-ərazi vahidi Şəhriyar kənd  inzibati-ərazi vahidi adlandırılsın.

 Qarabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılsın.

 Şəhriyar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 komissar adına kəndi Kərəmli kəndi adlandırılsın.

 Yeni Zod kənd inzibati-ərazi vahidi tərkibindəki Oktyabr kəndi Göyçəkənd kəndi adlandırılsın.

 Yeni Əlibayramlı kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Əlibayramlı kəndi Mollacəlilli kəndi adlandırılsın, Yeni Əlibayramlı kənd  inzibati-ərazi vahidi Mollacəlilli kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səmədli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Yeni Zod kənd inzibati ərazi-vahidi tərkibindəki Kamo kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Çaykənd kənd inzibati ərazi-vahidi tərkibindəki Çaykənd qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Çıraqdərə qəsəbə inzibati ərazi-vahidi tərkibindəki Çıraqdərə şəhər tipli qəsəbə rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Çıraqdərə qəsəbə inzibati ərazi-vahidi ləğv edilsin.

Xızı rayonu üzrə

 Giləzi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Məşədi Həsən kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Şuraabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Türkoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Xocalı rayonu üzrə

 Xramort kənd inzibati-ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kənd adlandırılsın, Xramort kənd inzibati-ərazi vahidi Pirlər kənd  inzibati-ərazi vahidi adlandırılsın.

İmişli rayonu üzrə

 Poltavka kənd inzibati-ərazi vahidi tərkibindəki Poltavka kəndi Aranlı kəndi adlandırılsın, Poltavka kənd inzibati-ərazi vahidi Aranlı kənd  inzibati-ərazi vahidi adlandırılsın.

 Suvorovka kənd inzibati-ərazi vahidi tərkibindəki Suvorovka kəndi Hacırüstəmli kəndi adlandırılsın, Suvorovka kənd inzibati-ərazi vahidi  Hacırüstəmli kənd inzibati-ərazi vahidi adlandırılsın.

İsmayıllı rayonu üzrə

 Qubaxəlilli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çərmədil kəndi adlandırılsınn və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Quşəncə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Enişdibi kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin

 Həftəsov kənd inzibati-ərazi vahidi tərkibindəki Varna kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Qəbələ rayonu üzrə

 Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Quba rayonu üzrə

 Qırmızı Qəsəbə qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qırmızı Qəsəbə şəhər tipli qəsəbə Fətəli xan şəhər tipli qəsəbə adlandırılsın, Qırmızı  Qəsəbə qəsəbə inzibati-ərazi vahidi Fətali xan qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Vəlvələ kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Paşaoba kəndi adlandırılsın və rayonu yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Qusar rayonu üzrə

 Avaran kənd inzibati-ərazi vahidi tərkibindəki Avaranqışlaq kəndi Kuzunqışlaq kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Əniq kənd inzibati-ərazi vahidi tərkibindəki Əniqoba və Xuluqoba, Hil kənd inzibati-ərazi vahidi tərkibindəki Hiloba, Xuray kənd  inzibati-ərazi vahidi tərkibindəki Ləgərqışlaq, Yasab kənd inzibati-ərazi vahidi tərkibindəki Yasaboba kəndləri Quxuroba kənd  inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Gilah kənd inzibati-ərazi vahidi tərkibindəki Nəcəfkəndoba və Haçatala kəndləri Gilahoba kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin

 Yuxarı Qələnxur kənd inzibati-ərazi vahidi tərkibindəki Zuxuloba kəndi Şirvanovka kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 İmamqulukənd kənd inzibati-ərazi vahidi tərkibindəki İmamqulu kəndi İmamqulukənd kəndi adlandırılsın.

 İmamqulukənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Suduroba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Qalacıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Minaxür kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Quxuroba kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Gicanoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yergi kek kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Şirvanovka kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mucuğoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Urva kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Urvaoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot mə  lumatına daxil edilsin.

Laçın rayonu üzrə

 Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

 Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılsın.

 Cicimli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Cicimli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Fətəlipəyə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Turşsu kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Kürdhaci kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarasaqqal kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Leninkənd kənd inzibati-ərazi vahidi tərkibindəki Leninkənd kəndi Qarakeçdi kəndi adlandırılsın, Leninkənd kənd inzibati-ərazi vahidi  Qarakeçdi kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Zabux kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

Lerik rayonu üzrə

 Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qışlaq kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yuxarı Amburdərə kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri  uçot məlumatına daxil edilsin.

 Mistan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digovdərə kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Lənkəran rayonu üzrə

 Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri adlandırılsın, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər  inzibati-ərazi vahidi adlandırılsın.

 Avropa qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə adlandırılsın, Avrora qəsəbə  inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kənarmeşə kəndi Kənarmeşə, Güvənil kəndi Küvənil, Viyan kəndi Viyən kəndləri  adlandırılsın.

 Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə İstisu şəhər tipli qəsəbə adlandırılsın, Kirov qəsəbə inzibati-ərazi  vahidi İstisu qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Osaküçə kənd inzibati-ərazi vahidi tərkibindəki Rvo zavodu kəndi Haftaruon kəndi adlandırılsın.

 Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Seliqavol kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Göyşaban kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ürgə kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Horavenc kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şivlik kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xanbulan kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Pirakənd kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Şürük kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Moğonojoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Kərgəlan kənd inzibati-ərazi vahidi tərkibindəki Şəhərbağı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Nərimanabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Vatutin qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Masallı rayonu üzrə

 Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dadva kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Böyük Xocalar kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşurlu kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəmirçi kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Böyük Kolatan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bağıroba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Hisgədərə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mişkəmi kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Qızılavar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəlləkoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağakişibəyli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ətcələr kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Təklə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xoşçobanlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Təklə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mollahəsənli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Təklə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Sığıncaq kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Türkoba kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəzvinoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xəlfələr kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

Oğuz rayonu üzrə

 Oğuz şəhər inzibati-ərazi vahidi tərkibindəki Oğuzqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Böyük Söyüdlü kənd inzibati-ərazi vahidi tərkibindəki Bala Söyüdlü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Saatlı rayonu üzrə

 Bayramovka kənd inzibati-ərazi vahidi tərkibindəki Bayramovka kəndi Dədə Qorqud kəndi adlandırılsın, Bayramovka kənd inzibati-ərazi  vahidi Dədə Qorqud kənd-inzibati-ərazi vahidi adlandırılsın.

 Dədə Qorqud kənd inzibati-ərazi vahidi tərkibindəki Qolovinovka kəndi Heydərabad kəndi adlandırılsın.

 Dədə Qorqud kənd inzibati-ərazi vahidi trkibindəki Telmankənd kəndi Əhmədbəyli kəndi adlandırılsın.

 Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılsın.

 Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylər kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Potubəyli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Hacıqasımlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Naharlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Varxan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaralar kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Sabirabad rayonu üzrə

 Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi adlandırılsın, Pokrovka kənd inzibati-ərazi vahidi  Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Qaratəpə kənd inzibati-ərazi vahidi tərkibindəki Novodonetskoe kəndi əkəndi adlandırılsın.

 Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Cəfərli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Salyan rayonu üzrə

 Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilsin.

 Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılsın. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci  Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

Samux rayonu üzrə

 Əli Bayramlı kənd inzibati-ərazi vahidi tərkibindəki Əli Bayramlı kəndi Əhmədbəyli kəndi adlandırılsın, Əli Bayramlı kənd inzibati-ərazi  vahidi Əhmədbəyli kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Ziyadlı kənd Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Qovlarsarı kənd inzibati-ərazi vahidinin İstixana kəndi Ziyadlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 İnstitut qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bağbanlar kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Siyəzən rayonu üzrə

 Zarat kənd inzibati-ərazi vahidi tərkibindəki Dib kəndi Qalaşıxı kəndi adlandırılsın.

 Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı və Xandək kəndləri rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Şamaxı rayonu üzrə

 Astraxanka kənd inzibati-ərazi vahidi tərkibindəki Astraxanka kəndi Qızmeydan kəndi adlandırılsın, Astraxanka kənd inzibati-ərazi vahidi  Qızmeydan kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi adlandırılsın, Kirovka kənd inzibati-ərazi vahidi  Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Qızmeydan kənd inzibati-ərazi vahidi tərkibindəki Novoastraxanka kəndi Yeni Qızmeydan kəndi adlandırılsın.

 Dzerjinovka kəndi inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi adlandırılsın, Dzerjinovka kənd inzibati-ərazi  vahidi İkinci Çabanı kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtəpə kəndi adlandırılsın.

 Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, Həmin qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi  vahidi yaradılsın.

 Şamaxı şəhər inzibati-ərazi vahidinin Kələxana kəndi Şəhriyar qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Mədrəsə qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Şaumyanabad kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Şəki rayonu üzrə

 Orconikidze qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Orconikidze şəhər tipli qəsəbə Turan şəhər tipli qəsəbə adlandırılsın.

 Orconikidze qəsəbə inzibati-ərazi vahidi Turan qəsəbə inzibati-ərazi vahidi adlandırılsın.

 Orta Zəyzit kənd inzibati-ərazi vahidi tərkibindəki Vayvay kəndi Qırxbulaqə kəndi adlandırılsın.

 Şəki şəhər inzibat-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çeşməli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Şəki şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Oryat kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Baş Laysqi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qumux kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çələbixan qəsəbəsi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qızılarx kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılsın.

 Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılsın.

 Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılsın.

 Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Bolludərə, Qaratorpaq və Sarıca qəsəbələri müvafiq olaraq Bolludərə, Qaratorpaq və Sarıca  kəndləri hesab edilsin.

 Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilsin.

 Cəyirli kənd inzibati-ərazi vahidi tərkibindəki Qozlubulaq qəsəbəsi Qozlubulaq kəndi hesab edilsin.

Şəmkir rayonu üzrə

 Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Daşbulaq kəndi İrmaşlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Daşbulaq kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Hacıalılar kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq,həmin kənd mərkəz olmaqla Hacıalılar kənd inzibati-ərazi  vahidi yaradılsın.

 İsgəndərli kəndi Kür qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İsgəndərli kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Şeidlər kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şeidlər kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Qasımalılar kənd inzibati-ərazi vahidinin Əhmədli kəndi Şeidlər kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Qasım İsmayılov kənd inzibati-ərazi vahidi tərkibindəki Komsomol kəndi Qaralar kəndi adlandırılsın.

 Təzəkənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Yeni yol kəndi adlandırılsın.

 Təzəkənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarabağlar kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Şuşa rayonu üzrə

 Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Saxkadzor kəndi Onverst kəndi adlandırılsın.

 Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba kəndi adlandırılsın, Yextsahoq kənd inzibati-ərazi vahidi  Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırılsın.

Tərtər rayonu üzrə

 Səhlabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Ələsgərli kəndi adlandırılsın.

 Qaradağlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təzəkənd kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Səhlabad kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yenikənd kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Soyulankənd inzibati-ərazi vahidi tərkibindəki Yerevanlı kəndi İrəvanlı kəndi adlandırılsın.

 Bəyimsarov kənd inzibati-ərazi vahidi tərkibindəki Maralyansarov kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Tovuz rayonu üzrə

 Abulbəyli kəndi Bozalqanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Abulbəyli kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd  inzibati-ərazi vahidi yaradılsın.

 Cirzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Cirzan kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Qaraxanlı kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaraxanlı kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

Zaqatala rayonu üzrə

 Yeni Suvaqil kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Suvaqil kəndi Yeni Suvagil kəndi adlandırılsın, Yeni Suvaqil kənd inzibati-ərazi  vahidi Yeni Suvagil kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Danaçı kənd inzibati-ərazi vahidi tərkibindəki Xalatalabinə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Əliabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Məhsul qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

 Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Zəngilan rayonu üzrə

 Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Şayıflı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tağlı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına  daxil edilsin.

 Zəngilan şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağ oyuq qəsəbəsi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

Zərdab rayonu üzrə

 Zərdab şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qoşaoba kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Gödəkqobu kəndi Məmmədqasımlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Gödəkqobu kənd  inzibati-ərazi vahidi yaradılsın.

 Pərvanlı kəndi Yarməmmədbağı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Pərvanlı kənd inzibati-ərazi  vahidi yaradılsın.

Naxçıvan Muxtar Respublikası Babək rayonu üzrə

 Cavidabad kənd inzibati-ərazi vahidi tərkibindəki Cavidabad kəndi Qaracuq kəndi adlandırılsın, Cavidabad kənd inzibati-ərazi vahidi  Qaracuq kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri  uçot məlumatına daxil edilsin.

 Leninabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Kərimbəyli kəndi adlandırılsın, Leninabad kənd inzibati-ərazi vahidi  Kərimbəyli kənd inzibati-ərazi vahidi adlandırılsın.

 Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi  vahidi yaradılsın.

 Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılsın.

 Vayxır kəndi Alagözməzrə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Vayxır kənd inzibati-ərazi vahidi  yaradılsın.

 Alagözməzrə kənd inzibati-ərazi vahidinin Xalxal kəndi Vayxır kənd inzibati-ərazi vahidinin tərkibinə verilsin.

 Qahab kənd inzibati-ərazi vahidi tərkibindəki Qahab kəndinin bir hissəsi Naxışnərgiz kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri  uçot məlumatına daxil edilsin.

Culfa rayonu üzrə

 Culfa şəhər inzibati-ərazi vahidi tərkibindəki Cuğa kəndi Gülüstan kəndi adlandırılsın.

 Xangah kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlincə adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil  edilsin.

Sədərək və Şərur rayonlar üzrə

 Sədərək rayonunun Dəmirçi və Maxta kənd inzibati-ərazi vahidləri Şərur rayonunun tərkibinə verilsin.

 Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot  məlumatına daxil edilsin.

 Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi  yaradılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 5 oktyabr 1999-cu il

 № 708-IQ