Azərbaycan Respublikasının Biləsuvar, Qax, Qəbələ, Yardımlı, Goranboy, Salyan, Samux, Tovuz və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Biləsuvar, Qax, Qəbələ, Yardımlı, Goranboy, Salyan, Samux, Tovuz və Şəmkir rayonlarının rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Biləsuvar rayonu üzrə:
Ağalıkənd kənd inzibati ərazi vahidi tərkibindəki Kulibinka kəndi Ovçubərə kəndi adlandırılsın;
Qax rayonu üzrə:
Sarıbaş kənd inzibati ərazi vahidi tərkibindəki Qarabulaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın;
Qəbələ rayonu üzrə:
Yenikənd kəndi Zalam kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yenikənd kənd inzibati ərazi vahidi yaradılsın;
Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilsin;
Yardımlı rayonu üzrə:
Avaş kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaravuldaş kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin;
Goranboy rayonu üzrə:
Aşağı Ağcakənd qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xarxaput kəndi Meşəli kəndi adlandırılsın;
Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılsın;
Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılsın;
Faktiki mövcud olan Tatarlı kəndi dəqiqləşdirmə qaydasında Səfikürd kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin;
Salyan rayonu üzrə:
Faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin;
Samux rayonu üzrə:
Kolayır kənd inzibati ərazi vahidi tərkibindəki Alıncalı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın;
Zazalı kənd inzibati ərazi vahidi tərkibindəki Zazalı qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın;
Tovuz rayonu üzrə:
Qəribli kənd inzibati ərazi vahidi tərkibindəki Yanıqpəyə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın;
Şəmkir rayonu üzrə:
Qasım İsmayılov kənd inzibati ərazi vahidi tərkibindəki Pravda kəndi Qılıncbəyli kəndi adlandırılsın.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 3 iyul 1998-ci il
№ 518-IQ