«Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əlavələr edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilmiş Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin və digər qurumların  əməkdaşlarının respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş əməkdaşlarına mövcud qanunvericiliyə uyğun  «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinin təşkili məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı,  silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin birinci bəndinin axırıncı abzası  aşağıdakı redaksiyada verilsin.

 «Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri  tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. Ədliyyə Nazirliyində isə həmin nazirlik tərəfindən yaradılmış  komissiyanın Daxili İşlər Nazirliyinə təqdim edilən rəyinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri  həmin vəsiqəni verən nazirliyin vəsaiti hesabına ödənilir».

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 13 may 1998-ci il

                  № 109